Məhkəmə qərarları › İş №2-1(120)-2311/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2311/2024

29.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2311/2024 29.02.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Rüfət İlham oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********70929 nömrəli Qərarı ilə təyin olunmuş səyyar vergi yoxlaması üzrə tələb olunan sənədlərin (xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə bank sənədlərinin, kassa (xəzinə) sənədlərinin, əhali ilə nağd qaydada aparılan əməliyyatların, NKA və yeni nəsil nəzarət kassa aparatlarının hesabatlarını, bütün ciddi uçot blanklarının, əmək haqqı hesablama cədvəllərinin, bağlanılmış əmək müqavilələrinin, malların alış və satışını, həmçinin malmaterialların (iş və xidmətlərin) alışını və satışını təsdiq edən sənədlərin, satılmış yaşayış və qeyri-yaşayış binalara dair müqavilələrin (sənədlərin), istehsal olunmuş məhsulların həcminə dair hesabatların, görülmüş işlərə (xidmətlərə) dair aktların (Forma-2-lərin), əsas vəsaitlərin (kateqoriyalar üzrə) siyahısı və amortizasiya hesablama cədvəllərinin, debitor və kreditorlarla hesablaşmalar cədvəllərinin, yük gömrük bəyannamələrinin, eləcə də malların idxal olunması ilə bağlı digər sənədlərin (CMR, İnvoys, paçkinq list və s.), malmaterial hesabatlarının, müqavilələrin, o cümlədən obyektlərin icarəsi ilə əlaqədar bağlanmış müqavilələrin və vergilərin hesablanması üçün lazım olan digər sənədlərin təsdiq edilmiş kserosurətləri və elektron fayllar) iddiaçıya verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsi Cavabdeh qarşı iddia tələbi ilə müraciət edərək, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********70929 nömrəli Qərarı ilə təyin olunmuş səyyar vergi yoxlaması üzrə tələb olunan sənədlərin (xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə bank sənədlərinin, kassa (xəzinə) sənədlərinin, əhali ilə nağd qaydada aparılan əməliyyatların, NKA və yeni nəsil nəzarət kassa aparatlarının hesabatlarını, bütün ciddi uçot blanklarının, əmək haqqı hesablama cədvəllərinin, bağlanılmış əmək müqavilələrinin, malların alış və satışını, həmçinin malmaterialların (iş və xidmətlərin) alışını və satışını təsdiq edən sənədlərin, satılmış yaşayış və qeyri-yaşayış binalara dair müqavilələrin (sənədlərin), istehsal olunmuş məhsulların həcminə dair hesabatların, görülmüş işlərə (xidmətlərə) dair aktların (Forma-2-lərin), əsas vəsaitlərin (kateqoriyalar üzrə) siyahısı və amortizasiya hesablama cədvəllərinin, debitor və kreditorlarla hesablaşmalar cədvəllərinin, yük gömrük bəyannamələrinin, eləcə də malların idxal olunması ilə bağlı digər sənədlərin (CMR, İnvoys, paçkinq list və s.), malmaterial hesabatlarının, müqavilələrin, o cümlədən obyektlərin icarəsi ilə əlaqədar bağlanmış müqavilələrin və vergilərin hesablanması üçün lazım olan digər sənədlərin təsdiq edilmiş kserosurətləri və elektron fayllar) Cavabdeh götürülərək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə və ya vergi orqanının yoxlamanı keçirən vəzifəli şəxsinə təqdim olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********170929 nömrəli Qərarı ilə Cavabdeh (VÖEN: **********) sahibkarlıq fəaliyyəti üzrə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən növbədənkənar səyyar vergi yoxlaması (yoxlanılan dövr: mart 2020 - fevral 2023) təyin edilmişdir. xx.xx.2023-cü il tarixli **********170951 nömrəli “SVYnın keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” Tələbnamə və xx.xx.2023-cü il tarixli KY231914574 seriyalı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” Çıxarışın surətləri xx.xx.2023-cü il tarixli **********965200 nömrəli məktubla vergi ödəyicisinin elektron poçt qutusuna göndərilmişdir. Vergi Məcəlləsinin 42-ci maddəsinə əsasən vergi ödəyicisinə müəyyən edilmiş qaydada xx.xx.2023-cü il tarixli **********170951 nömrəli “SVY-nın keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” Tələbnamə təqdim edilmiş, lakin səyyar vergi yoxlaması zamanı Cavabdeh tərəfindən aşağıda göstərilən sənədlərdən heç biri təqdim edilməmişdir:xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə bank sənədlərinin, kassa (xəzinə) sənədlərinin, əhali ilə nağd qaydada aparılan əməliyyatların, NKA və yeni nəsil nəzarət kassa aparatlarının hesabatlarını, bütün ciddi uçot blanklarının, əmək haqqı hesablama cədvəllərinin, bağlanılmış əmək müqavilələrinin, malların alış və satışını, həmçinin mal-materialların (iş və xidmətlərin) alışını və satışını təsdiq edən sənədlərin, satılmış yaşayış və qeyri-yaşayış binalara dair müqavilələrin (sənədlərin), istehsal olunmuş məhsulların həcminə dair hesabatların, görülmüş işlərə (xidmətlərə) dair aktların (Forma-2-lərin), əsas vəsaitlərin (kateqoriyalar üzrə) siyahısı və amortizasiya hesablama cədvəllərinin, debitor və kreditorlarla hesablaşmalar cədvəllərinin, yük gömrük bəyannamələrinin, eləcə də malların idxal olunması ilə bağlı digər sənədlərin (CMR, İnvoys, paçkinq list və s.), mal-material hesabatlarının, müqavilələrin, o cümlədən obyektlərin icarəsi ilə əlaqədar bağlanmış müqavilələrin və vergilərin hesablanması üçün lazım olan digər sənədlərin təsdiq edilmiş kserosurətləri və elektron fayllar.Tələbnamədə göstərilən sənədlər təqdim edilmədiyi üçün, xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası Vergi Məcəlləsinin 42.2-ci maddəsinə uyğun olaraq sənədlərin təqdim edilməməsi barədə akt tərtib edilmiş, akt vergi orqanının əməkdaşı və vergi ödəyicisi tərəfindən imzalanmış və bir nüxsəsi vergi ödəyicisi tərəfindən qəbul edilmişdir.Yoxlamanın aparılması üçün zəruri olan sənədlər təqdim edilmədiyindən Vergi Məcəlləsinin 43-cü maddəsində nəzərdə tutulmuş qaydada “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi” haqqında xx.xx.2023-cü il tarixli **********172562 nömrəli Qərar çıxarılmışdır və qərarın surəti xx.xx.2023-ci il tarixli **********767700 nömrəli elektron məktubla vergi ödəyicisinin elektron poçt qutusuna göndərilmişdir. Lakin vergi ödəyicisi xx.xx.2023-cü il tarixli **********172562 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi” haqqında Qərarda qeyd olunan sənədlərdən yoxlamaya heç bir sənədi təqdim etməmişdir. Qeyd olunanları nəzərə alaraq xx.xx.2023-cü il tarixində Vergi Məcəlləsinin 43.10-cu maddəsinə əsasən sənədlərin təqdim olunmaması barədə akt tərtib olunmuş, vergi ödəyicisi aktı imzalamaqdan və bir nüxsəsini qəbul etməkdən imtina etmişdir. Qərarın surəti xx.xx.2023-ci il tarixli **********669600 nömrəli elektron məktubla vergi ödəyicisinin elektron poçt qutusuna göndərilmişdir Yuxarıda qeyd olunanları, Vergi Məcəlləsinin 43.11-ci və İnzibati Prosessual Məcəllənin 2.1-ci , 2.2.3-cü və 34.1-ci maddələrini rəhbər tutaraq,İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********70929 nömrəli Qərarı ilə təyin olunmuş səyyar vergi yoxlaması üzrə tələb olunan sənədlərin (xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə bank sənədlərinin, kassa (xəzinə) sənədlərinin, əhali ilə nağd qaydada aparılan əməliyyatların, NKA və yeni nəsil nəzarət kassa aparatlarının hesabatlarını, bütün ciddi uçot blanklarının, əmək haqqı hesablama cədvəllərinin, bağlanılmış əmək müqavilələrinin, malların alış və satışını, həmçinin mal-materialların (iş və xidmətlərin) alışını və satışını təsdiq edən sənədlərin, satılmış yaşayış və qeyri-yaşayış binalara dair müqavilələrin (sənədlərin), istehsal olunmuş məhsulların həcminə dair hesabatların, görülmüş işlərə (xidmətlərə) dair aktların (Forma-2-lərin), əsas vəsaitlərin (kateqoriyalar üzrə) siyahısı və amortizasiya hesablama cədvəllərinin, debitor və kreditorlarla hesablaşmalar cədvəllərinin, yük gömrük bəyannamələrinin, eləcə də malların idxal olunması ilə bağlı digər sənədlərin (CMR, İnvoys, paçkinq list və s.), mal-material hesabatlarının, müqavilələrin, o cümlədən obyektlərin icarəsi ilə əlaqədar bağlanmış müqavilələrin və vergilərin hesablanması üçün lazım olan digər sənədlərin təsdiq edilmiş kserosurətləri və elektron fayllar) iddiaçıya verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə Qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə münasibət bildirməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı və cavabdeh lazımi qaydada xəbərdar edilmişdir. İddiaçı tərəfindən iddia ərizəsi üzrə inzibati işə onun iştirakı olmadan baxılmasının xahiş etməsi barədə ərizə əlavə etmişdir. Cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İddianın mümkünlüyü: İddiaçı xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdeh barəsində səyyar vergi yoxlaması həyata keçirilməsini qərara almışdır. İddiaçıya görə cavabdeh yoxlama ilə bağlı zəruri sənədləri təqdim etməkdən imtina etmişdir. Tərəflər arasında iddiaçının inzibati orqan kimi fəaliyyətinin həyata keçirilməsi ilə bağlı mübahisə yaranmışdır. Tərəflər arasında mübahisə cavabdehin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olsa da, hazırkı vəziyyətdə sahibkarlıq subyekti ilə vergi orqanı arasında yaranmış mübahisə inzibati hüquq münasibətləri ilə bağlı olmaqla inzibati məhkəmə icraatı qaydasında həll edilə bilər. İddiaçının qəbul etdiyi aktın nəticəsində iddiaçı ilə cavabdeh arasında publik hüquq münasibətləri yaranmışdır. İddiaçı cavabdehə münasibətdə hakimiyyət səlahiyyətlərinə malikdir. Bununla belə, qanunvericiliyə əsasən, bəzi hallarda inzibati orqan (iddiaçı) mübahisə ilə əlaqədar yekun qərar qəbul etmək hüququna malik olmur. Məsələn, hazırkı halda Vergi Məcəlləsinin 43.10-cu maddəsinə görə iddiaçı sənədlərin götürülməsi barədə özü qərar qəbul etmək səlahiyyətinə malik deyil. Bu halda mübahisə məhkəmə icraatı qaydasında həllini tapa bilər. Odur ki, iddiaçı ilə cavabdeh arasında inzibati hüquq münasibəti yarandığından İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə əsasən, belə mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. İddiaçı yoxlama aparılması ilə bağlı cavabdehdən sənədlərin təqdim edilməsini xahiş edir. İnzibati Prosessual Məcəllənin 2.2.3 və 34.1-ci maddələrinə əsasən bu öhdəliyin icrası haqqında iddia növüdür. Öhdəliyin icrası haqqında iddia özü-özlüyündə müəyyən hərəkətin edilməsinin tələb olunması ilə bağlıdır. İddianın mahiyyəti: İddia mümkün iddia olmaqla yanaşı, həm də mahiyyəti üzrə əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: - İddiaçının “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********170929 nömrəli qərarı ilə vergi ödəyicisi olan cavabdehin fəaliyyəti üzrə Vergi Məcəlləsinin 23, 36, 38-ci maddələrinə əsasən səyyar vergi yoxlaması (yoxlanılan dövr: mart 2020-ci il – fevral 2023-cü il) təyin edilmişdir. - “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” çıxarışdan görünür ki, xx.xx.2020-ci il – xx.xx.2023-cü il dövrünün yoxlanılması məqsədilə qəbul edilən növbədənkənar səyyar vergi yoxlaması barədə vergi orqanın qərarı reyestrdə qeydiyyata alınmışdır. - Vergi Məcəlləsinin 42-ci maddəsinə əsasən cavabdehə “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********170951 nömrəli tələbnamə təqdim edilmişdir. - Cavabdeh tərəfindən tələb edilən sənədlər vergi orqanına təqdim edilmədiyindən xx.xx.2023-cü il tarixdə “Səyyar vergi yoxlamasının keçirilməsi zamanı vergi ödəyicisi tərəfindən Sənədlərin və nümunə kimi əşyaların verilməsindən imtina barədə akt tərtib edilmişdir. - Sənədlərin və nümunə kimi əşyaların verilməsindən imtina haqqında xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Sənədləri təqdim etmək Cavabdeh təklif olundu. O isə bildirmişdir ki, təklif olunan sənədlər tərtib olumadığı üçün təqdim edə bilməmişdir. - İddiaçı tərəfindən “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2023-cü il tarixli **********172562 nömrəli qərar qəbul edilmiş və həmin qərarda cavabdehdən xx.xx.2020-ci il – xx.xx.2023-cü il dövrü üzrə səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin götürülməsinin həyata keçirilməli olması göstərilmişdir. - İddiaçı orqan tərəfindən vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi haqqında tələbnamə cavabdehə göndərilmişdir. Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Vergi Məcəlləsinin 42.1-ci maddəsinə əsasən, səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Sənədlərin və ya elektron faylların verilməsi barəsində tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 15 iş günü müddətində vergi orqanına təqdim etməlidir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı sənədlərin və ya elektron faylların verilməsi barədə tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 1 iş günü ərzində təqdim etməlidir. Sənədlərin lazımi qaydada təsdiq edilmiş surətləri təqdim edilir. Həmin Məcəllənin 42.3-cü maddəsinə əsasən səyyar vergi yoxlaması üçün zəruri olan vergi orqanı tərəfindən tələb edilən sənədlərin və ya elektron faylların vergi ödəyicisi tərəfindən vergi orqanına verilməsindən imtina edilməsi və ya bu Məcəllənin 42.1-ci maddəsində göstərilən müddətdə təqdim edilməməsi qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. Bu maddədə göstərilən qaydada sənədlərin və ya elektron faylların təqdim edilməsindən imtina edildikdə, səyyar vergi yoxlamasını həyata keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş qaydada sənədlərin götürülməsini həyata keçirə bilər Həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən sənədlərin və nümunə kimi əşyaların götürülməsinə səyyar vergi yoxlaması və operativ vergi nəzarəti keçirildikdə yol verilir. Həmin Məcəllənin 43.11-ci maddəsinə əsasən, vergi ödəyicisinin bu maddədə nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilir. Hazırki iş üzrə iddiaçı və cavabdeh arasında yaranmış hüquq münasibətini tənzimləyən əsas normativ hüquqi aktı olan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin yuxarıda göstərilən normalarının tələblərindən göründüyü kimi vergi yoxlaması üçün zəruri sənədləri tələb etmək hüququ, vergi ödəyicisinin isə həmin sənədləri təqdim etmək vəzifəsi, hətta, vergi ödəyicisi tərəfindən həmin sənədlərin təqdim edilməməsinə məsuliyyət daşıdığı təsbit edilmişdir. Cavabdeh tərəfindən vergi orqanının tələb etdiyi sənədlər təqdim edilmədiyinə görə iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Cavabdehin səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərarının məhkəmə qaydasında mübahisələndirildiyi və buna görə də hazırkı iş üzrə iddianın mümkün sayılmaması barədə mülahizəsi əsassızdır. Belə ki, cavabdeh tərəfindən həmin qərarın mübahisələndirilməsi barədə iddiası üzrə işin nəticəsindən asılı olmayaraq, vergi ödəyicisi tərəfindən vergi münasibətlərinin şəffaflığını təmin etmək məqsədilə tələb olunan sənədlər vergi orqanına təqdim etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********70929 nömrəli Qərarı ilə təyin olunmuş səyyar vergi yoxlaması üzrə tələb olunan sənədlərin (xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə bank sənədlərinin, kassa (xəzinə) sənədlərinin, əhali ilə nağd qaydada aparılan əməliyyatların, NKA və yeni nəsil nəzarət kassa aparatlarının hesabatlarını, bütün ciddi uçot blanklarının, əmək haqqı hesablama cədvəllərinin, bağlanılmış əmək müqavilələrinin, malların alış və satışını, həmçinin mal-materialların (iş və xidmətlərin) alışını və satışını təsdiq edən sənədlərin, satılmış yaşayış və qeyri-yaşayış binalara dair müqavilələrin (sənədlərin), istehsal olunmuş məhsulların həcminə dair hesabatların, görülmüş işlərə (xidmətlərə) dair aktların (Forma-2-lərin), əsas vəsaitlərin (kateqoriyalar üzrə) siyahısı və amortizasiya hesablama cədvəllərinin, debitor və kreditorlarla hesablaşmalar cədvəllərinin, yük gömrük bəyannamələrinin, eləcə də malların idxal olunması ilə bağlı digər sənədlərin (CMR, İnvoys, paçkinq list və s.), mal-material hesabatlarının, müqavilələrin, o cümlədən obyektlərin icarəsi ilə əlaqədar bağlanmış müqavilələrin və vergilərin hesablanması üçün lazım olan digər sənədlərin təsdiq edilmiş kserosurətləri və elektron fayllar) Cavabdeh götürülərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinə təqdim edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar