Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-2312/2023 28.11.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 06 saylı qərarının X2 və X6 Cəlilabad rayonu, Maşlıq kəndi ərazisindən 0.19 ha torpaq sahəsinin ayrılması hissəsində ləğv edilməsi və 1998-ci ildə Cəlilabad rayonu, Maşlıq kəndində torpaq islahatı vaxtı adambaşına düşən pay torpağı normasına uyğun olaraq 0,59 ha torpaq sahəsinin ayrılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə iş materiallarına 28 noyabr 2023-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 0,40 ha torpaq sahəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iş üzrə iddianın dəyişdirilərək “Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 06 saylı qərarının X2 və X6 Cəlilabad rayonu, Maşlıq kəndi ərazisindən 0.19 ha torpaq sahəsinin ayrılması hissəsində ləğv edilməsi və 1998-ci ildə Cəlilabad rayonu, Maşlıq kəndində torpaq islahatı vaxtı adambaşına düşən pay torpağı normasına uyğun olaraq 0,59 ha torpaq sahəsinin ayrılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum valideynlərimə Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 06 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün 0.19 ha torpaq sahəsi verilmişdir. Yəni nəzərdə tutulmuş normadan 0.40 ha əskik torpaq sahəsi verilmişdir. Hansıki, torpaq islahatı gedən zaman adambaşına 0.295 ha pay torpağı müəyyən edilmişdir. Bu fakt iddia ərizəsinə əlavə etdiyi Cəlilabad rayon Muğan bələdiyyəsi tərəfındən verilmiş xx.xx.2023-cii il tarixli, 24 saylı arayışlarda öz təstiqini tapır. Bundan əlavə iddia ərizəsinə əlavə etmiş olduğum Cəlilabad rayon Muğan bələdiyyəsinin xx.xx.2023-ci il tarixli, 24 saylı arayışında qcyd edilir ki, islahat gedən zaman valideynlərimə verilən pay torpağından 0.40 ha zəbt adı ilə çıxılmış, lakin heç bir torpaq sahəsi verilməmişdir. Qeyd edim ki, mənə və ailə üzvlərimə verilmiş “Torpağa mülkiyyət hüququna dair” JN-411 saylı Dövlət aktında məndən əlavə iki nəfərin yəni atam və anamın adı vardır. Lakin guya zəbt edilmiş torpaq sahəsi isə bunlardan hansı tərəfındən və harada olması öz əksini tapmamışdır. Yəni həmin zəbt torpaq sahəsi konkret olaraq kim tərəfındən olması müəyyən edilmədiyi üçün ciddi mübahisə yaranmışdır. Hesab edirəm ki, yuxarıda qeyd etdiyim xüsusat məndən asılı olmayan səbəblərdən yaranmışdır. Bununla da mənim qanunla qorunan hüquqlarım pozulduğu üçün məcbur qalıb məhkəməyə müraciət etməli olmuşam. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh məhkəməyə iddiaya qarşı yazılı etirazını təqdim etmişdir. Etirazda bildirilmişdir ki, Cəlilabad rayon Maşlıq kənd sakini İddiaçı Şirvan İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 2 iyun 1998ci il tarixli, 06 saylı qərarı ilə onun ailəsinə verilmiş kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsindən, 0.40 ha az olduğunu, həmin az olan torpağ sahəsinin yerinin müəyyən edilib onun ailə üzvlərinə verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulmasını bildirmişdir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il tarixli, 226 nömrəli fərmanı ilə “X11 Komissiyasının yaradılması haqqında” 1995-ci il 2 mart tarixli, 290 nömrəli Fərmanı, “Azərbaycan Respublikası X11 Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 1995-ci il 14 aprel tarixli, 313 nömrəli fərmanları qüvvədən düşmüş hesab edilmişdir. Ləğv edilən Azərbaycan Respublikası X11 Komissiyasının müvafiq sənədləri, X8 X7 Ağentliyinin sənədləri və əmlakı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə təhvil verilmişdir. Yuxarıda göstərilən Fərmanlara əsasən Cavabdeh qismində çıxış edə bilməz. Qeyd edilənlərə əsasən İddiaçı iddia ərizəsinin məhkəmə qaydasında araşdırılmasma etiraz edirlər. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Hazırki iddia mübahisələndirmə haqqında iddia növünə aid olmaqla inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilinəcəyindən və iddiaçı tərəfindən iddianın irəli sürülməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürüldüyündən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddiaçıya real yardım edilərək buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etməsi təklif olunmuşdur. İddiaçı iş üzrə xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında məhkəməyə buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında ərizə təqdim etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, valideynləri X2 və X6 torpaq islahatı vaxtı 0,59 ha pay torpaq sahəsi ayrılmşdır. Onun 0,19 ha hissəsinə JN-441 saylı Dövlət aktı verilmişdir. Digər 0,40 ha hissəsi zəbt kimi göstərilmişdir. Həmin 0,40 ha torpaq sahəsinin sənədlərinin verilmədiyi ona sonradan məlum olmuşdur. Çünki, o işləri ilə əlaqədar Rusiya Federasiyasına gedirdi, sənədlərlə maraqlana bilmirdi. Həmin 0,40 ha torpaq sahəsinin sənədinin olmadığını bildikdə İcra Hakimiyyətinə və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə müraciət etmişdir. Onlar cavabında sənədin onlarda olmadığını və bunun həll yolunun məhkəməyə müraciət etməkdə olduğunu bildirdilər. Odur ki, iddia müddətinin ötürülməsi üzürlü hesab edilib bərpa edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı “buraxılmış prosessual müddətin bərpası barədə” ərizənin təmin edilməsini və iddianın mümkün sayılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iddiaçının “buraxılmış prosessual müddətin bərpası barədə” ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, “buraxılmış prosessual müddətin bərpası barədə” ərizə təmin edilməməli və iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə isə, inzibati-orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Həmin Qanunun 73.3-cü maddəsinə əsasən inzibati aktdan şikayət verilməsi ilə bağlı müddət üzrlü səbəbdən buraxıldıqda, maraqlı şəxsin ərizəsinə əsasən şikayət instansiyası tərəfindən həmin müddət bərpa edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.2-ci maddəsinə görə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Həmin Məcəllənin 24.4-cü maddəsinə görə təbii fəlakət və ya digər təxirəsalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il müddət keçdikdən sonra müddətin bərpasına dair ərizə verilə bilməz. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldıra bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda müvafiq müddətlərə riayət olunması iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. Qeyd olunmalıdır ki, sözügedən məsələ ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarında da vurğulanmışdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 06 saylı qərarı əsasında Cəlilabad rayonu, Maşlıq kəndi ərazisində yerləşən, 0,19 ha pay torpaq sahəsi X1 və X5 ümumi birgə mülkiyyətlərinə verilmişdir. İddiaçı iddia edir ki, torpaq islahatı gedən zaman adambaşına 0.295 ha pay torpaq sahəsi müəyyən edilmişdir. Onun valideynlərinə isə 0,59 ha pay torpaq sahəsi verilməli olduğu halda, islahat zamanı valideynlərinə verilən pay torpağından 0.40 ha zəbt adı ilə çıxılmış, lakin heç bir torpaq sahəsi verilməmişdir. Lakin onun valideynlərinin zəbt torpağı olmamışdır. İş materiallarında görünür ki, iddiaçının hazırkı iddia ərizəsi məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Göründüyü kimi, iddiaçı cavabdeh inzibati orqana qarşı iddianı sözügedən Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 06 saylı qərarın qəbul olunmasından 23 ildən çox vaxt keçdikdən sonra qaldırmışdır. Halbuki, İPM-in 38-ci maddəsi bu qəbildən olan iddialar üzrə iddia müddətini 30 gün müəyyən etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçı tərəfindən pozulmuş hüquqların müdafiəsi üzrə qanunla müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Məhkəmə buraxılmış müddətin üzrlü hesab edilməsinə dair ərizəyə münasibətdə qeyd edir ki, qanunvericiliyin yuxarıda qeyd olunan müddəaların mənasına əsasən, iddianın verilməsi üçün nəzərdə tutulmuş müddət prosessual müddətlər anlayışına aid olunmaqla, onun buraxıldığı təqdirdə bərpa edilməsi nəzərdə tutulmuşdur. Lakin müddəti buraxmış şəxs onun təqsiri olmadan buraxılması halları barədə bildirməli və bu halları əsaslandırmalıdır. Bu isə o anlamı yaradır ki, müddətə riayət etməmiş şəxs sübut etməlidir ki, müəyyən edilmiş müddətin ötürülməsi üzürlü səbəbdən baş vermiş və bilavasitə onun iradəsindən asılı olmamışdır. Buraxılan prosessual müddətin onun təqsiri olmadan buraxılmasını əsaslandırarkən, iddiaçı ərizəsində valideynləri X2 və X6 torpaq islahatı vaxtı 0,59 ha pay torpaq sahəsi ayrıldığını, onun 0,19 ha hissəsinə JN-441 saylı Dövlət aktı verildiyini, digər 0,40 ha hissəsinin isə zəbt kimi göstərildiyini, həmin 0,40 ha torpaq sahəsinin sənədlərinin verilmədiyinin ona sonradan məlum olduğunu, çünki, o işləri ilə əlaqədar Rusiya Federasiyasına gedib-gəldiyini, sənədlərlə maraqlana bilmədiyini, həmin 0,40 ha torpaq sahəsinin sənədinin olmadığını bildikdə isə İcra Hakimiyyətinə və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə müraciət etdiyini, onlar isə cavabında sənədin onlarda olmadığını və bunun həll yolunun məhkəməyə müraciət etməkdə olduğunu, bundan sonra hazrki iddia tələbi ilə məhkəməyə müraciət etdiyini qeyd etsə də, məhkəmə iddia tərəfinin həmin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, mübahisə predmeti olan torpaq sahəsi iddiaçının valideynlərinin mülkiyyətinə Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 06 saylı qərarı əsasında verilmiş, həmin qərar əsasında Dövlət aktı tərtib edilərək onlara təqdim edilmiş, yəni həmin vaxtdan Cəlilabad rayon Aqrar İslahat Komissiyasının mübahisələndirilən qərarından məlumatlı olmalarına baxmayaraq onlar həmin qərarı qanunla müəyyən edilmiş müddət ərzində mübahisələndirməmiş, aradan 23 ildən artıq müddət keçdikdən sonra iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir ki, bununla da həmin qərarı mübahisələndirmək üçün qanunvericiliklə nəzərdə tutulmuş müddət ötürülmüşdür. Yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə ki, İddiaçı mübahisə predmeti olan Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 06 saylı qərarını mübahisələndirmək üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürdüyündən artıq həmin qərarın ləğv olunmasını iddia etmək imkanını itirmişdir. Buna görə də iddia mümkün sayılmamalıdır. Beləliklə, məhkəmə hesab edir ki, qanunvericiliklə müəyyən edilmiş iddia müddəti üzrsüz səbəbdən ötürüldüyündən, İddiaçı “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizəsi təmin edilməməli və İddiaçı Cavabdehnə qarşı “Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 06 saylı qərarının X2 və X6 Cəlilabad rayonu, Maşlıq kəndi ərazisindən 0.19 ha torpaq sahəsinin ayrılması hissəsində ləğv edilməsi və 1998-ci ildə Cəlilabad rayonu, Maşlıq kəndində torpaq islahatı vaxtı adambaşına düşən pay torpağı normasına uyğun olaraq 0,59 ha torpaq sahəsinin ayrılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 13-cü, 23.1-ci, 33-cü, 24-cü, 35-ci və 38.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Həsənov X3 “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizəsi təmin edilməsin. İddiaçı Cavabdehnə qarşı “Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 06 saylı qərarının X2 və X6 Cəlilabad rayonu, Maşlıq kəndi ərazisindən 0.19 ha torpaq sahəsinin ayrılması hissəsində ləğv edilməsi və 1998-ci ildə Cəlilabad rayonu, Maşlıq kəndində torpaq islahatı vaxtı adambaşına düşən pay torpağı normasına uyğun olaraq 0,59 ha torpaq sahəsinin ayrılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, rəsmi qaydada təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-2312/2023
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-2312/2023
28.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver