Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2318/2024 28.11.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, məhkəmə iclas katibi X4, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, şifahi məhkəmə iclasında baxaraq müəyən etdi: Тəsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. Məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı ərizəsinə əsasən məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilərək İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması davam etdirilməsi qərara alınmışdır. İddiaçı iddia tələbini tələbi onunla əsaslandırmışdır ki, o, N993-cü ilin oktyabr ayında Beyləqan rayon Hərbi Komissarlığı tərəfindən səfərbərliklə hərbi xidmətə çağrılmışdır. 2N dekabr N993-cü il tarixdən N saylı hərbi hissədə atıcı vəzifəsinə təyin olunmuşdur. Lakin verilən əmrdə atasının adı səhvən Dərəgah yazılmışdır. 05 yanvar N994-cü ildə gedən döyüşlərdə yaralanmışdır və müalicə üçün Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalına göndərilmişdir. Bir müddət Hospitalda ayağından aldığı güllə yarasından müalicə olunmuş, sonra N ay ona məzuniyyət verilib və yenidən hərbi hissəyə döyüşə göndərilmişdir. 0N oktyabr N994-cü il tarixdə ona kiçik çavuş hərbi rütbəsi verilmişdir. N aprel N995-ci il tarixdə hərbi xidmətdən N saylı hərbi hissənin N nömrəli əmri ilə təxris olunmuşdur. Lakin barəsində verilən əmrlərdə bəzi texniki səhvlərə yol verilib. Bəzi əmrlərdə atasının adı düz yazılmayıb. Bəzi əmrlərdə vəzifəsi və rütbəsi səhv göstərilmişdir. Belə ki, döyüşlərdə yaralandığı, Hərbi Hospitalda müalicə olunduğu və sonra verilən məzuniyyət müddətində sənədlərdə hərbi hissəni özbaşına tərk etmiş kimi göstərilmişdir. Belə ki, 05 yanvar N994-cü ildə o, yaralanmışdır. Müalicə üçün onu hərbi hospitala göndərmişlər. Hospitalda və sonra məzuniyyətdə olduğuna görə təminatdan çıxarılmalı olduğu halda bundan N gün sonra hərbi hissəni özbaşına tərk etdiyinə görə bütün növ təminatdan çıxarılmağı barədə əmr verilmişdir. Halbuki, həmin vaxt o, hərbi hospitalda müalicə olunmağı üçün elə hərbi hissə tərəfindən tibbi yardım maşını ilə göndərilmişdir. Yəni 05 yanvar N994-cü ildə döyüşlərdə yaralanıb bir neçə ay müalicə olunduğu və məzuniyyətdə olduğu müddətdə səhvən fərari kimi sənədləşdirilmişdir. Halbuki müalicə olunduqdan sonra da o, hərbi xidmətini davam etdirmiş və hətta yaxşı xidmət etdiyinə görə onun hərbi rütbəsini artıraraq ona kiçik çavuş rütbəsi verilmişdir. Yəni onun fərari hesab edildiyi müddətdə ona nümunəvi xidmətinə görə kiçik çavuş rütbəsi verilmişdir. Bu həmin vaxt ordunun təzə yarandığına və sənədləşmənin aparılmasındakı çatışmamazlığa görə edilmiş texniki səhvdir. Hansısa sənədləşməyə məsul şəxsin etdiyi texniki səhvə görə onun hərbi xidməti ləkələnə bilməz. Ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün o, cavabdehə müraciət etmişdir. Lakin cavabdeh barəsində verilmiş əmrlərdə ata adının səhv yazılmasını, hospitalda müalicə olunduğu müddət fərari hesab edildiyini əsas göstərərək ona imtina verilmişdir. O, N saylı hərbi hissənin N aprel N995-ci il tarixli N nömrəli əmri ilə ehtiyata buraxılmağına baxmayaraq cavabdeh qanuni əsaslarla ehtiyata buraxılmamasını əsas götürmüşdür. Halbuki o, qanuni əsaslarla, hərbi hissə komandirinin əmri ilə ehtiyata buraxılmışdır. O, döyüş tapşırığını yerinə yetirərkən 05 yanvar N994-cü ildə ağır yaralanmışdır. Hal-hazırda da sağlamlığında problemlər var. 05 yanvar N994-cü ildən başlayaraq bir müddət hərbi hospitalda müalicə olunmuşdur. Müalicəsi başa çatdıqdan sonra N ay məzuniyyətdə olmuş və sağlamlığı tam bərpa olunmamasına baxmayaraq yenidən hərbi xidmətə qayıtmışdır. Müharibə dövründə aldığı xəsarətlərə görə ona Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış 2-ci qrup əlillik verilmişdir. O, 2-ci qrup müharibə əlilidir, ancaq müharibə veteranı deyildir. Müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adının və müvafiq vəsiqəsinin verilməsi üzrə Komissiyaya müraciət etmişdir. Lakin Komissiya xx.xx.2023-cü il tarixli 2/2-N03N4 saylı məktub göndərərək müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edildiyi bildirilmişdir. O, döyüşlərdə birbaşa iştirak etmiş və torpaqlarımızın azad olunması uğrunda yaralanmış, qanını axıtmışdır. Buna görə müharibə əlilidir. Lakin ona müharibə veteranı adı verilməsindən imtina edilmişdir. Bildirir ki, həmin illərdə Müdafiə Nazirliyi yenidən formalaşdırıldığına görə sənədləşmə işlərində çoxlu boşluq var idi. Bu boşluğun səbəbidir ki, barəsində də yanlış qeydlər aparılmışdır. Atəşkəs dövrünə kimi bütün döyüş əməliyyatlarında iştirak etmişdir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh orqan iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, İddiaçı iddia ərizəsində göstərilənlər əsassız və qanunsuz olduğu səbəbindən, aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, iddiaçı ərizəsində göstərmişdir ki, döyüşlərində iştirak etmişdir. Buna etiraz edib bildirir ki, Müharibə veteranı, silahlı qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi və «Veteranlar haqqında» Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikasının 7 aprel 2006-cı il tarixli 90-NNN QD №-li Qanunu ilə «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə edilmiş əlavələr və dəyişikliklərə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu maddənin birinci hissəsində göstərilən «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini «Veteranlar haqqında» Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2006-cı il tarixli 396 №-li Fərmanının ikinci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabineti də özünün 22 sentyabr N995-ci il tarixli 2N6 №-li Qərarı ilə «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnaməni təsdiq etmişdir. Həmin Əsasnamənin N-ci bəndinin onuncu yarımbəndinə uyğun olaraq, «N988-ci il fevralın N-dən N99N-ci ıl oktyabrın 9- dək erməni milliyətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində- keçmiş DQMV ərazisində aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə-Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə - müdafiə, daxili işlər, milli təhlükəsizlik orqanları, Dövlət Sərhəd xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir». Həmin Əsasnamənin N-ci bəndinin on birinci yarımbəndinə uyğun olaraq, «Müharibə veteranı» adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir». Hesab edirəm ki, iddia tələbi əsassızdır. Belə ki, Belə ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli N044 nömrəli arayışına əsasən xx.xx.N993-cü il tarixdən sonrakı hərbi xidməti təsdiqlənmədəyinə, döyüş əməliyyatları aparılan dövrdə hərbi hissəni özbaşına tərk etdiyinə və qanuni əsaslarla ehtiyata buraxılmadığına görə ona “Müharibə veteram” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinə olunmuş qeydində göstərilib ki, Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidməti yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya aministiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxlərə “Müharibə veteranı” adı verilə bilməz Bu səbəbdən ona Müdafiə Nazirliyinin komissiyası tərəfindən veteran adının və vəsiqəsinin verilməsi qanuna zidddir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflər lazımi qaydada xəbərdar edilmişdirlər. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmənin iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Məhkəmə tərəfləri dinləyərək, iddia ərizəsini, etiraz ərizəsini və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 2/2-N03/4 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş ərizənizə cavab olaraq bildiririk ki, Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2023-cü il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2023cü il tarixli N044 nömrəli arayışına əsasən xx.xx.N993-cü il tarixdən sonrakı hərbi xidmətiniz təsdiqlənmədiyinə, döyüş əməliyyatları aparılan dövrdə hərbi hissəni özbaşına tərk etdiyinizə və qanuni əsaslarla ehtiyata buraxılmadığınıza görə Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur. Əlavə olaraq bildiririk ki, “Vətəndaşların müraciətləri haqqında” Qanunun N4.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında 30 (otuz) gün müddətinə şikayət vermək hüququna malikdir. Cavabdeh Mərkəzi Hərbi Həkim Komissiyasinin xx.xx.2022-ci il tarixli, 672 nömrəli qərarında qeyd edilmişdir ki, Beyləqan RHK tərəfindən N993-cü ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən aldığı və xx.xx.N994cü ildə MN Mərkəzi Hərbi Poliklinikasında müayinə olunduğu yaralanma- diaqnoz: “Sağ saidin yuxarı N/3-nin yumşaq toxumalarının dəlib keçən odlu silah güllə yaralanması" (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 74 nömrəli göndərişi, xx.xx.2022-ci il tarixli 622 nömrəli arayışı, MN Mərkəzi Hərbi Poliklinikasından verilmiş xx.xx.2022-ci il tarixli müayinə vərəqəsindən çıxarış, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR”. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin katibliyi Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, N №-li hərbi hissədən gəlmiş, sıravi İddiaçı Dərəgah oğlu N №-li hərbi hissə komandirinin 0N yanvar N994-cü il tarixli N №-li əmrilə (əsas: § N, səh N0, sıra 247, əmrdə atasının adı Dərəgah yazılmışdır) xx.xx.N993-cü il tarixdən atıcı vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin N aprel N994-cü il tarixli N №-li əmrilə sıravi İddiaçı (əsas: § 3, sıra N5, əmrdə vəzifəsi göstərilməyib) ORVB-dən N-ci MAT-a keçirilmişdir. Hərbi hissəni özbaşına tərk etdiyi üçün İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah Rəisinin xx.xx.N994-cü il tarixli 02 №-li əmrinə əsasən N №-li hərbi hissə komandirinin N may N994-cü il tarixli NN9 №-li əmrilə (əsas: § N, səh 35, sıra 98, əmrdə hərbi rütbəsi və vəzifəsi göstərilməyib) xx.xx.N994-cü il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmışdır. N №-li hərbi hissə komandirinin 0N oktyabr N994-cü il tarixli 24N №-li əmrilə sıravi İddiaçı (əsas: § 3, səh N2) “kiçik çavuş” hərbi rütbəsi verilməklə manqa komandiri vəzifəsinə təyin olunmuşdur. Qeyd edir ki, N №-li hərbi hissə komandirinin noyabr-dekabr N994-cü il və aprel N995-ci il tarixli nizəmi hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır.Bildirir ki, N70 nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. xx.xx.N986-cı il tarixli, H3 ******* nömrəli hərbi biletin edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.N993-cü il tarixdən xx.xx.N995-ci il tarixədək N8N nömrəli hərbi hissənin tərkibində olmuşdur. xx.xx.20N6-cı il tarixli NN9354 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı üçüncü qrup əlil olmuşdur. Azərbaycan Respublikasi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan Rayon Şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, 25 07.N968-ci il təvəllüdlü İddiaçı Beyləqan RHK-ı tərəfindən xx.xx.N993-cü ıl tarixdə N saylı hərbi hissəyə təhvil verilmişdir. H3 № ******* saylı "Uçot kartası'nda onun xx.xx.N994-cü İİ tarixdən xx.xx.N995-ci il tarixədək N saylı hərbi hissədə hərbi xidmət keçməsi və həmin tarixdə “Çağırışın əsasları haqqında qanun” əsasında tərxis edilməsi yazılmışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Füzuli-Beyləqan istiqamətində N8N sayiı hərbi hissənin tərkibində döyüşlərdə iştirak etməsi və yaralanması qeyd edilmişdir. Hərbi hissəni və ya xidmət yerini özbaşına tərk edilməsi, barəsində cinayət təqibinə xitam verilməsi və amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi və digər məlumatlar hərbi vəzifəlinin adına yazılmış “ Uçot kartası"nda aşkar edilmədi. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin katibliyi Mərkəzi Arxivinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, N №-li hərbi hissədən gəlmiş, sıravi İddiaçı Dərəgah oğlu N №-li hərbi hissə komandirinin 0N.0N,N994-cü il tarixli N №-li əmrilə (əsas: §N, səh.- N0, sıra-247; qeyd: əmrdə atasının adı “Dərəgah” yazılmışdır) xx.xx.N993-cü il tarixdən 3cü motoatıcı taborda “atıcı” vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N №-li əmrilə (əsas: §3, sıra-N5; qeyd: əmrdə vəzifəsi göstərilməyib) Beyləqan RHK-nın çağırışçısı, sıravi İddiaçı “OPBB”-dən Nci MAT-a keçirilmişdir. Hərbi hissəni özbaşına tərk etdiyinə görə İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.N994-cü il tarixli müvafiq əmrinə əsasən, N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli NN9 №-li əmrilə (əsas: §N, səh.-35, sıra-98; qeyd: əmrdə hərbi rütbəsi və vəzifəsi göstərilməmişdir) xx.xx.N994-cü il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmışdır. N №-li hərbi hissə komandirinin 0N,N0.N994-cü il tarixli 24N №-li əmrilə (əsas: §3, səh.-N2) N-ci MAT-ın hərbi qulluqçusu sıravi İddiaçı “kiçik çavuş” hərbi rütbəsi verilməklə, vakant fəzifəyə, 2-ci MAB-ün 2-ci MAT-nın “N-ci manqasının komandiri” vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: kitab: “xx.xx.N994-xx.xx.N994-R, S, T, U, F, X, Ç, Ş”; səh.-N4, sıra-N58) N968-ci il təvəllüdlü, Beyləqan RHK-nın çağırışçısı İddiaçı hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilməsi barədə məlumat vardır. Lakin hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə müvafiq qeydiyyat aparılmamışdır. Qeyd edirik ki, N №-li hərbi hissə komandirinin xx.xx.N994-xx.xx.N994-cü il, noyabr-dekabr N994-cü il və aprel N995-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. Bildiririk ki, N №-li hərbi hissənin N994-cü il tarixli əsgər heyətinə pul təminatının ödənilməsi cədvəlləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Azərbaycan Respublikasinin Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, N38 nömrəli məktubunda qeyd edilmişdir ki, N №-li hərbi hissədən gəlmiş, sıravi İddiaçı Dərəgah oğlu N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N №-li əmrilə (əsas: §-N, səh-N0, sıra-247, əmrdə atasının adı “Dərəgah” yazılmışdır) xx.xx.N993-cü il tarixdən 3-cü motoatıcı taborda atıcı vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N №-li əmrilə (əsas: §- 3, sıra-N5, əmrdə vəzifəsi göstərilməyib) Beyləqan RHK-nın çağırışçısı, sıravi İddiaçı ORVB-dən N-ci MAT-a keçirilmişdir. Hərbi hissəni özbaşına tərk etdiyinə görə, İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.N994-cü il tarixli 02 №-li əmrinə əsasən, N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli NN9 №-li əmrilə (əsas: §-N, səh-35, sıra-98, əmrdə hərbi rütbəsi və vəzifəsi göstərilməmişdir) xx.xx.N994-cü il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmışdır. N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 24N №-li əmrilə (əsas: §-3, səh-N2) N-ci MAT-ın hərbi qulluqçusu sıravi İddiaçı “kiçik çavuş” hərbi rütbəsi verilməklə, vakant fəzifəyə, 2-ci MAB-ın 2-ci MAT-nın N-ci manqasının komandiri vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: səh-N4, sıra-N58) N968-ci il təvəllüdlü, Beyləqan RHK-nın çağırışçısı İddiaçı hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısına salınması barədə məlumat yazılmış, lakin hərbi hissəni şəxsi heyətinin siyahısından çıxarılması barədə müvafiq qeydiyyat aparılmamışdır. Qeyd edirik ki, N №-li hərbi hissə komandirinin, xx.xx.N994-xx.xx.N994-cü il, noyabr-dekabr N994-cü il və aprel N995-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N №-li hərbi hissənin xx.xx.N993-cü il tarixdən xx.xx.N994-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat yazılmışdır. Məktubunuzda İddiaçı xidmət keçdiyi hərbi hissənin nömrəsi göstərilmədiyindən araşdırmalar barəsində Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş müraciət əsasında aparılmışdır. Beyləqan rayon Polis şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Beyləqan rayon Allahyarlı kəndində qeydiyyatda olmaqla yaşayan xx.xx.N968-ci il təvəllüdlü İddiaçı barəsində (AZE-********) hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməsi, fərariliyə və digər cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməsi, məhkum edilməsi, barəsində cinayət təqibinə xitam verilməsi, amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi faktları aşkar edilməmişdir. Azərbaycan Respublikasinin Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, N882 nömrəli məktubunda qeyd edilmişdir ki, N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: kitab: “xx.xx.N994-xx.xx.N994-R, S, T, U, F, X, Ç, Ş"; səh.-N4, sıra-N58) N968-ci il təvəllüdlü, Beyləqan RHK-nın çağırışçısı İddiaçı hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilməsi barədə məlumat vardır. Lakin hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə müvafiq qeydiyyat aparılmamışdır. N №-li hərbi hissədən gəlmiş, sıravi İddiaçı Dərəgah oğlu N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N №-li əmrilə (əsas: §N, səh.-N0, sıra- 247; qeyd: əmrdə atasının adı “Dərəgah” yazılmışdır) 2N,N2.N993-cü il tarixdən 3-cü motoatıcı taborda “atıcı” vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N №-li əmrilə (əsas: §3, sıra-N5; qeyd: əmrdə vəzifəsi göstərilməyib) Beyləqan RHK-nın çağırışçısı, sıravi İddiaçı “OPBE”-dən N-ci MAT-a keçirilmişdir. Hərbi hissəni özbaşına tərk etdiyinə görə İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.N994-cü il tarixli müvafiq əmrinə əsasən, N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli NN9 №-li əmrilə (əsas: §N, səh.-35, sıra-98; qeyd: əmrdə hərbi rütbəsi və vəzifəsi göstərilməmişdir) xx.xx.N994-cü il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmışdır. N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 24N №-li əmrilə (əsas: §3, səh.-N2) N-ci MAT-ın hərbi qulluqçusu sıravi İddiaçı “kiçik çavuş” hərbi rütbəsi verilməklə, vakant vəzifəyə, 2-ci MAB-ün 2-ci MAT-nın “N-ci manqasının komandiri” vəzifəsinə təyin olunmuşdur. Qeyd edirik ki, N №-li hərbi hissə komandirinin xx.xx.N994-xx.xx.N994-cü il, xx.xx.N994-xx.xx.N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı tərxis olunması barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasinin Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 246N nömrəli məktubunda qeyd edilmişdir ki, N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: soh-N4, sıra-N58) N968-ci il təvəllüdlü, Beyləqan RHKnın çağırışçısı X2 N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısına salınması barədə məlumat yazılmış, lakin hərbi hissəni şəxsi heyətinin siyahısından çıxarılması barədə müvafiq qeydiyyat aparılmamışdır. N №-li hərbi hissədən gəlmiş, sıravi İddiaçı Dərəgah oğlu N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N №-li əmrilə (əsas: §-N, səh-N0, sıra-247, əmrdə atasının adı “Dərəgah” yazılmışdır) xx.xx.N993-cü il tarixdən 3-cü motoatıcı taborda atıcı vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. N №-li hərbi hissə komandirinin xx.xx.N994cü il tarixli N №-li əmrilə (əsas: §-3, sıra-'N5, əmrdə vəzifəsi göstərilməyib) Beyləqan RHKnın çağırışçısı, sıravi İddiaçı ORVB-dən N-ci MAT-a keçirilmişdir. Hərbi hissəni özbaşına tərk etdiyinə görə, İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.N994-cü il tarixli 02 №-li əmrinə əsasən, N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli NN9 №-li əmrilə (əsas: §-N, səh-35, sıra-98, əmrdə hərbi rütbəsi və vəzifəsi göstərilməmişdir) xx.xx.N994-cü il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmışdır. N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 24N №li əmrilə (əsas: §-3, səh-N2) N-ci MAT-ın hərbi qulluqçusu sıravi İddiaçı “kiçik çavuş” hərbi rütbəsi verilməklə, vakant fəzifəyə, 2-ci MAB-ın 2-ci MAT-nın N-ci manqasının komandiri vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N995-ci il tarixli 40 №-li əmrilə (əsas: §-2, səh-73) N-ci MAT-ın hərbi qulluqçusu, 2-ci MAB-ın 2-ci MAT-nın N-ci manqasının komandiri, kiçik cavuş İddiaçı “çavuş” hərbi rütbəsi verilmişdir. Qeyd edirik ki, N №-li hərbi hissə komandirinin, xx.xx.N994-xx.xx.N994-cü il, noyabr-dekabr N994-cü il, yanvar N995-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti, komandirin martdekabr N995-ci il tarixli nizami hissə üzrə əmrlərində hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikasi Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza Və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı əlillik vəziyyəti xx.xx.20N4-cü il tarixində qiymətləndirilmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən bir il müddətinə (xx.xx.20N5-ci il tarixinədək) üçüncü dərəcə əlillik təyinatı aparılmışdır. Daha sonra vətəndaşa xx.xx.20N5-ci il tarixində qiymətləndirmə aparılmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən bir il müddətinə üçüncü dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Şəxsin üçüncü dərəcə əlilliyi xx.xx.20N6-cı il tarixində Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemi tərəfindən 5 il müddətinə avtomatlaşdırılmış qaydada uzadılmışdır. Sonrakı dövrdə vətəndaşa dair X3 tərəfindən 4086003AABK6 nömrəli göndəriş rəsmiləşdirilmişdir. Həmin göndəriş əsasında şəxsin əlillik vəziyyəti xx.xx.20N7-ci il tarixində yenidən qiymətləndirilmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən 5 il müddətinə (xx.xx.2022-ci il tarixinədək) ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli NN nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Nəzərinizə çatdırırıq ki, hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı xidmət keçdiyi qurumun hərbi həkim komissiyasının qərarı, şəhadətnaməsi və ya əlillik səbəbini təsdiq edən müvafiq sənəd əsas götürülür. Əlillik müddətinin bitdiyi xx.xx.2022-ci il tarixindən sonra İddiaçı Beyləqan Rayon Mərkəzi Xəstəxanasının V0004022NUEC nömrəli göndərişi və müraciəti əsamda sonuncu dəfə xx.xx.2022-ci il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli N87 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və XN-sosial ekspert komissiyasının xx.xx.2022-ci il tarixli, №**********6 nömrəli qərarında qeyd edilmişdir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və XNsosial ekspert komissiyası (bundan sonra-Komissiya) xx.xx.2022-ci il tarixdə aşağıda adı göstərilən 27 nəfər vətəndaşın əlilliyinin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir. N8) Beyləqan rayon sakini xx.xx.N968-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod).Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022ci il tarixli 672 Qərar verilmişdir. Həmin qərarda “Sağ saidin yuxarı N/3-nirı yumsaq toxumalarının dəlib keçən odlu silah güllə yaralanması” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi Travmadır, Azərbaycan Respublikası müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başağrılardan, ürək bulanmalarının olmasından şikayərlənmiş, sağ aşağı ətrafda budun yuxarı N/3-də çapıqlar və həmin nahiyədə 20x20 sm ölçüdə hiperemiya müəyyən edilmiş, hərəki məhdudluq və patofunksional pozuntu aşkar edilməmişdir. Nevroloji müayinə zamanı əlillik təyinatına əsas verən ocaqlı patologiya, hərbi travmanın qalıq əlaməti aşkar edilməmişdir.Təqdim edilmiş Respublika Neyrocərrahiyyə Xəstəxanasının PHŞ xx.xx.2022-ci il tarixli Kranial KT müayinə nəticəsi “Mülayim beyin atrofivası. Saq gabıaaltı nüvələr nahiyəsində isemik sahə diggəti çəkir. Arxa kəllə çuxurunda ölçüsü təxminən N4xN8 mm araxnoidal kista diggəti çəkir” kimi, Medi-Style Hospital xx.xx.2022-ci il tarixli EMG müayinə nəticəsi Bu müavinə zamanı əldə olunan elektrofizioloji göstəricilər sağ ayaqda Femoral sinirin nevropativası lehinə dəyərləndirilir. Həmçinin SN radikulopativava inkar edilmir” kimi müəyyənləşdirilsə də, əyani müayinə zamanı klinik olaraq öz təsdiqini tapmamışdır. Anamnestik məlumatlarda və obyektiv müayinələrin nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin N3 may 2022-ci il tarixli N87 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikasinin Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3057 nömrəli məktubunda qeyd edilmişdir ki, N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: səh-N4 sıra-N58) N968-ci il təvəllüdlü, Beyləqan RHKnın çağırışçısı İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısına salınması barədə məlumat yazılmış, lakin hərbi hissəni şəxsi heyətinin siyahısından çıxarılması barədə müvafiq qeydiyyat aparılmamışdır. N №-li hərbi hissədən gəlmiş, sıravi İddiaçı Dərəgah oğlu N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N №-li əmrilə (əsas: §-N, səh-N0, sıra-247, əmrdə atasının adı “Dərəgah” yazılmışdır) xx.xx.N993-cü il tarixdən 3-cü motoatıcı taborda atıcı vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. N №-li hərbi hissə komandirinin xx.xx.N994cü il tarixli N №-li əmrilə (əsas: §-3, sıra-N5, əmrdə vəzifəsi göstərilməyib) Beyləqan RHKnın çağırışçısı, sıravi İddiaçı ORVB-dən N-ci MAT-a keçirilmişdir. Hərbi hissəni özbaşına tərk etdiyinə görə, İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.N994-cü il tarixli 02 №-li əmrinə əsasən, N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli NN9 №-li əmrilə (əsas: §-N, səh-35, sıra-98, əmrdə hərbi rütbəsi və vəzifəsi göstərilməmişdir) xx.xx.N994-cü il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmışdır. N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 24N №li əmrilə (əsas: §-3, səh-N2) N-ci MAT-ın hərbi qulluqçusu sıravi İddiaçı “kiçik çavuş” hərbi rütbəsi verilməklə, vakant fəzifəyə, 2-ci MAB-ın 2-ci MAT-nın N-ci manqasının komandiri vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N995-ci il tarixli 40 №-li əmrilə (əsas: §-2, səh-73) N-ci MAT-ın hərbi qulluqçusu, 2-ci MAB-ın 2-ci MAT-nın N-ci manqasının komandiri, kiçik çavuş İddiaçı “çavuş” hərbi rütbəsi verilmişdir. Qeyd edirik ki, N №-li hərbi hissə komandirinin, xx.xx.N994-xx.xx.N994-cü il, noyabr-dekabr N994-cü il, yanvar N995-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti, komandirin martdekabr N995-ci il tarixli nizami hissə üzrə əmrlərində tərxis olunması barədə məlumat aşkar olunmamışdır. İddiaçı hərbi biletinin kserosurətinin N3-cü hissəsindək qeydiyyata görə, aparılan araşdırmalar zamanı N №-li hərbi hissə komandirinin aprel N995-ci il tarixli nizami hissə üzrə əmrlərində barəsində məlumat aşkar edilməmişdir. Tətbiq olunan hüquq normaları: Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin N-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci maddəsinə görə N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N0 may N994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Fövqəladə Hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.20N8 tarixli 422 nömrəli qərarına əsasən Əsasnamə”nin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N4-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. Məhkəmə müəyyən etdi ki, iddiaçı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan isə iddiaçının xx.xx.N993-cü il tarixdən sonrakı hərbi xidməti təsdiqlənmədiyinə, döyüş əməliyyatları aparılan dövrdə hərbi hissəni özbaşına tərk etdiyinə və qanuni əsaslarla ehtiyata buraxılmadığına görə müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan Rayon Şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, 25 07.N968-ci il təvəllüdlü İddiaçı Beyləqan RHK-ı tərəfindən xx.xx.N993-cü ıl tarixdə N saylı hərbi hissəyə təhvil verilmişdir. H3 № ******* saylı "Uçot kartası'nda onun xx.xx.N994-cü İİ tarixdən xx.xx.N995-ci il tarixədək N saylı hərbi hissədə hərbi xidmət keçməsi və həmin tarixdə “Çağırışın əsasları haqqında qanun” əsasında tərxis edilməsi yazılmışdır. Həmçinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Füzuli-Beyləqan istiqamətində N8N sayiı hərbi hissənin tərkibində döyüşlərdə iştirak etməsi və yaralanması qeyd edilmişdir. Və hərbi hissəni və ya xidmət yerini özbaşına tərk edilməsi, barəsində cinayət təqibinə xitam verilməsi və amnistiya aktma əsasən cinayət məsuliyyətindən azad edilməsi və digər məlumatlar hərbi vəzifəlinin adına yazılmış “Uçot kartası"nda aşkar edilməmişdir. Həmçinin Cavabdeh Mərkəzi Hərbi Həkim Komissiyasinin xx.xx.2022-ci il tarixli, 672 nömrəli qərarında qeyd edilmişdir ki, Beyləqan RHK tərəfindən N993-cü ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən aldığı və xx.xx.N994cü ildə MN Mərkəzi Hərbi Poliklinikasında müayinə olunduğu yaralanma- diaqnoz: “Sağ saidin yuxarı N/3-nin yumşaq toxumalarının dəlib keçən odlu silah güllə yaralanması" (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 74 nömrəli göndərişi, xx.xx.2022-ci il tarixli 622 nömrəli arayışı, MN Mərkəzi Hərbi Poliklinikasından verilmiş xx.xx.2022-ci il tarixli müayinə vərəqəsindən çıxarış, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır”. Həmçinin iş materiallarından və iddiaçıya məxsus xx.xx.N986-cı il tarixli, H3 ******* nömrəli hərbi biletin edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.N993-cü il tarixdən xx.xx.N995-ci il tarixədək N8N nömrəli hərbi hissənin tərkibində olmuşdur. Göründüyü kimi işin faktiki hallarında ziddiyyətli məqamlar mövcuddur. Halbuki, inzibati orqan kimi cavabdeh inzibati orqan iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı "İnzibati icraat haqqında" Qanunun və digər qanunların tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq nəticəyə gəlməli idi. Hazırki işin hallarından müəyyən olunur ki, cavabdeh inzibati orqan iddiaçının ərizəsi əsasında "İnzibati icraat haqqında" Qanunun müddəalarına uyğun olaraq zəruri inzibati icraatı yetərli şəkildə aparmamışdır. Həmin inzibati icraatın aparılmaması nəticəsində iddiaçının müraciəti üzrə zəruri faktiki və hüquqi hallar da tam müəyyən olunmamışdır. Məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları zəruri inzibati icraat aparılmaqla araşdırmamışdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun N9.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Odur ki, cavabdeh inzibati orqan bu vəzifəsinin icrası zamanı yalnız Müdafiə Nazirliyinin Arxiv İdarəsinə müraciət etməsi ilə kifayətlənməməli, əlavə araşdırma aparmalıdır. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan həyata keçirilən fəaliyyəti zamanı “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə riayət etməlidir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 2.0.8-ci maddəsinə əsasən qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamdır. NN-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. N3.N-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz . 6N-ci maddəsinin tələblərinə görə: 6N.N. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 6N.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 6N.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 6N.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Göründüyü kimi inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Məhkəmə hesab edir ki, cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. İPM-in 73.2 və 73.3.3-cü maddələrinə əsasən: 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.N. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərarı iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Beləliklə, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.N-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 8N və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Pərvanə Qurbanova
Məhkəmə qərarları › İş №2-1(120)-2318/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2318/2024
28.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver