Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2318/2025 11.09.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı Masallı rayon Masallı Bələdiyyəsi üçüncü şəxs qismində cəlb olunmaqla torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması,buna dair müvafiq çıxarışın, plan və ölçü sənədinin verilməsi tələbinə dair GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, məhkəmə iclas katibi Əlili Nərgiz Elsəvər qızının katibliyi, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı Masallı rayon Masallı Bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla torpaq sahəsinə dair mülkiyyət hüqunun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması,buna dair müvafiq çıxarışın, plan və ölçü sənədinin verilməsi tələbinə dair inzibati işə 11 sentyabr 2025-ci il tarixdə, məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi idarəsinə ( bundan sonra mətndə DƏDKR 8 saylı Cəlilabad Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Masallı rayon Masallı bələdiyyəsinin 30 iyun 2012-ci il tarixli və 31 avqust 2012-ci il tarixli qərarları ilə ona ayrılmaqla X3 Kitabında 31 avqust 2012-ci il tarixdə 4036 nömrə ilə uçota alınaraq A № 408684 saylı torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edildiyi Masallı şəhəri,Z.Əliyeva küçəsində yerləşən 400 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq müvafiq çıxarışla plan və ölçü sənədinin verilməsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşidirilməsi) barədə ərizə təqdim edərək məhkəmədən, Masallı rayon Masallı bələdiyyəsinin 30 iyun 2012-ci il tarixli və 31 avqust 2012-ci il tarixli qərarları ilə ayrılmış Masallı şəhəri, Zərifə Əliyeva küçəsində yerləşən, faktiki istifadədə olan 0,0389 ha-dan ibarət torpaq sahəsinin kordinatlarının düzgün müəyyənləşdirilərək İddiaçı xüsusi mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması və bu barədə Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və plan və ölçünün verilməsi öhdəliyinin cavabdeh DƏDKR 8 saylı Cəlilabad Ərazi İdarəsi həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırmışdır ki, Masallı şəhərində bələdiyyələr formalaşana qədər torpaq sahəsi alıb fərdi yaşayış evi inşa etmişdir.Torpağı satan şəxs sənədləşməni sonra aparacağını bildirsə də, sonradan məlum olmuşdur ki, həmin torpağa ümumiyyətlə heç bir sənədi olmamaqla torpaq bələdiyyə mülkiyyətindədir. Qeyd olunan torpaqdan uzun illərdir ki, hələ bələdiyyələr formalaşmamışdan əvvəldən istifadə edir. Uzun illərdir ki, istifadəsində olan həmin torpağın sənədləşdirilməsi üçün bələdiyyəyə müraciəti əsasında Masallı rayon Masallı bələdiyyəsinin 30 iyun 2012-ci il tarixli qərarı ilə ona fərdi yaşayış evimin altı və ətrafındakı 0,04 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Bununla bağlı ərazinin yerqruluşu planı tərtib və təsdiq edilmiş, Masallı rayon Torpaq və Xəritəçəkmə Şöbəsi tərəfindən və Masallı rayon İHB Aparatının Memarlıq və Tikinti Şöbəsi tərəfindən müvafiq rəylər verilmiş, bələdiyyənin 31 avqust 2012-ci il tarixli qərarı ilə qeyd olunan torpağın ona satılmasına razılıq verilmiş, torpaqların alqı-satqısına dair akt tərtib edilmiş, torpağın dəyərini bələdiyənin bank hesabına ödəmişdir. Həmin torpaq X3 Kitabında 31 avqust 2012-ci il tarixdə 4036 nömrə ilə uçota alınaraq A N° 408684 saylı torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. Lakin həmin torpağa dair hüquqları qeydiyyata alınmamışdır. Sözügedən torpağa dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə çıxarışla plan və ölçü sənədinin verilməsi barədə ərizə ilə cavabdehə müraciət etmişdir. 25 noyabr 2024-cü il tarixli məktubla bundan imtina edilmişdir. Halbuki cavabdehin hüququ qeydə almaqdan imtina etməsi qanunsuzdur. Odur ki, məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olmuşdur. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra məhkəmənin qərardadı ilə Masallı rayon Masallı Bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuş, İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdehin etirazları: Cavabdeh inzibati orqan DƏDKR-nin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş 3-21-3-44/2-1751/2025 saylı xx.xx.2025-ci il tarixli yazılı münasibətdə (etiraz) qeyd göstərilmişdir ki, Masallı rayonu, Masallı Bələdiyyəsi İddiaçı torpaq sahəsinin ayrılması barədə 30 iyun 2012-ci il tarixli, 07 saylı qərarı qəbul etmiş və torpağın alqı-satqısına dair xx.xx.2012-ci il tarixdə akt tərtib etmişdir. Bələdiyyə tərəfindən torpaq 01 dekabr 2007-ci il tarixdən sonra satılmışdır ki, bu da həmin vaxt bələdiyyənin adına mülkiyyət hüququnu tanıtmadan torpaq sahəsini satılmasını qadağan edir.“Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər barədə” Azərbaycan Respublikasının 2007-ci il 23 oktyabr tarixli 466-İİQD nömrəli qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən 01 dekabr 2007-ci il tarixdən sonra bələdiyyə öz adına mülkiyyət hüququnu tanıtdırdıqdan sonra vətəndaşa hərrac yolu ilə və ya bilavasitə torpaq sata bilər.”Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsinin, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklülüyünü) onlara xitam verilməsini, təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.Qeyd olunanlara əsasən iddianın təmin olunmaması xahiş edilmişdir. Üçüncü şəxs Masallı rayon Masallı Bələdiyyəsi tərəfindən iddaya dair yazılı münasibət (etiraz) məhkəməyə daxil olmamışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının (şifahi məhkəmə baxışı) yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş iddiaçı məhkəmə iclasına gəlməmiş, üçüncü şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə İPM-nin 62.3cü maddəsinə əsasən işə iddiaçının və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək, məhkəmədən iddanın təmin olunmamasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 2.2.3-cü və 34.1-ci maddələrinə əsasən cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb etmək hüququnu müəyyən edən öhdəliyin icrası haqqında iddia üzrə ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: Məhkəmənin müvafiq sorğusuna əsasən: Bələdiyyələrlə İş Baş İdarəsinin 3016-9/2-5167/2025 saylı xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Masallı Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 07 saylı iclas protokolu inzibati nəzarət icraatı qaydasında baxılması üçün Bələdiyyələrlə İş Baş İdarəsinə təqdim edilmişdir. Məktuba əlavə olunmuş Masallı rayon Masallı Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 07 saylı protokolundan müəyyən olunur ki, İddiaçı 0,04 ha torpaq sahəsinin alqı-satqı qaydasında satılmasına razılıq verilmişdir. Masallı rayon Masallı Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli 19 №-li məktubu ilə təqdim olunmuş: Masallı rayon Dövlət Xəritəçəkmə Komitəsinin Masallı Rayon Şöbəsi tərəfindən Masallı Bələdiyyəsinə ünvanlanmış “Masallı şəhər sakini İddiaçı fərdi yaşayış evinin tikintisi üçün satılacaq torpaq sahəsi barədə” xx.xx.2012-ci il tarixli 194 №-li rəydə qeyd olunmuşdur ki, Masallı şəhər sakini İddiaçı fərdi yaşayış evinin tikintisi üçün satılacaq torpaq sahəsi Masallı şəhərinin Z.Əliyeva küçəsində yerləşir. Masallı bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsidir. Şəhərin ikinci zonasına aiddir.Masallı şəhərinin ikinci zonasında keçirilən son torpaq hərracının nəticələrinə əsasən 0,01 ha torpağın satış qiyməti 144,44 manat olmuşdur.Bələdiyyə tərəfindən bilavasitə satılacaq torpağın ümumi sahəsi 400 kv. metr olmaqla şimaldan Aysel Kərimovanın həyətyanı torpağı ilə cənubdan bələdiyyə mülkiyyəti torpağı ilə, şərqdən məhəllə yolu ilə, qərbdən- Nargilənin həyətyanı torpağı ilə həmsərhəddir.Həmin torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid olduğuna görə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin birinci bəndinə uyğun olaraq bələdiyyə tərəfindən ona alqı-satqı qaydasında satıla bilər. Masallı rayon İcra Hakimiyyəti Başçısı Aparatı Memarlıq və Tikinti Şöbəsinin xx.xx.2012-ci il tarixli 191 №-li rəyində Masallı şəhər sakini İddiaçı satılacaq həyətyanı torpaq sahəsi Masallı şəhərinin Z.Əliyeva küçəsində yerləşdiyi, Satılacaq torpağın ümumi sahəsinin 0,04 ha olmaqla, şimaldan A.Kərimovanın həyətyanı torpaq sahəsi, cənubdan bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi, şərqdən məhəllədaxili yol, qərbdən həyətyanı torpaq sahəsi ilə həmsərhəd, sahədən kommunikasiya xətlərinin keçmədiyi, nəzərdə tutulan torpaq sahəsinin İddiaçı satıla bilinəcəyi qeyd olunmuşdur. Masallı rayon Masallı Bələdiyyəsinin 07 saylı 30 iyun 2012-ci il tarixli iclasının protokolunun qərarından çıxarışdan müəyyən olunur ki, iclasda- Masallı şəhəri R.Abbasov küçəsi 42 saylı evdə yaşayan İddiaçı tikib istifadə etdiyi fərdi yaşayış evinin altında və ətrafında olan 0,04 ha torpaq sahəsi bələdiyyə mülkiyyəti olduğuna görə həmin torpaq sahəsi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 10-cu bəndinə uyğun olaraq bələdiyyə tərəfindən bilavasitə ona alqı-satqı qaydasında satılmasına razılıq verilməsi; -İddiaçı satılacaq torpaq sahəsi şəhərin ikinci zonasına və 0,04 ha olmaqla, şimaldan Aysel Kərimovanın həyətyanı torpaq sahəsi ilə, cənubdan bələdiyyə mülkiyyəti olan torpaq sahəsi ilə, şərqdən məhəllə yolu və qərbdən həyətyanı torpaq sahəsi ilə həmsərhəd olması; -İddiaçı tapşırılsın ki, 0,04 ha torpaq sahəsinin dəyərini 600 (altı yüz) manat pulu Kapital bankın rayon filialında Masallı bələdiyyəsinin ******************** saylı hesablaşma hesabına ödənilməsinin təmin edilməsi; -Torpaq və Xəritəçəkmə Komitəsinin rayon şöbəsindən xahiş edilsin ki, İddiaçı adına 0,04 ha torpaq sahəsi üçün “Torpaq sahəsinin plan və ölçüsü”nün hazırlanmasına köməklik göstərilməsinə kömklik edilməsi; -Qərarın icrasına nəzarətin Bələdiyyə sədri Azər Baxışova həvalə olunması qərara alınmışdır. Masallı Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 10 saylı protokolundan çıxarışdan müəyyən olunur ki, Masallı şəhəri, R.Abbasov küçəsi 42 saylı evdə yaşayan İddiaçı tikib istifadə etdiyi fərdi yaşayış evinin altında və ətrafında olan 0,04 ha torpaq sahəsi bələdiyyə mülkiyyəti olduğuna görə həmin torpaq sahəsi “Bələdiyyə torpaqlarının İdarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 maddəsinə və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 10-cu bəndinə uyğun olaraq bələdiyyə tərəfindən bilavasitə ona alqı-satqı qaydasında satılması və s qərara alınmışdır. Torpaqların alqı-satqısına dair aktın surətindən müəyyən olunur ki, aktın 2-ci bəndində İddiaçı tərəfindən “Kapital Bankın” Masallı rayon filialında Masallı Bələdiyyəsinin ******************** saylı hesablaşma hesabına 600 (altı yüz) manat torpaq sahəsinin haqqını tam ödəmişdir. Akt Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə Komitəsinin Masallı rayon Şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə 139 nömrə ilə qeydə alınmışdır. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib olunmuş “Torpaq sahəsinin planı və ölçüsü”ndən müəyyən olunur ki, Masallı rayonu Masallı Bələdiyyəsinin 30 iyun 2012-ci il tarixli 07 saylı qərarı ilə Masallı rayonunda fərdi yaşayış evi tikmək üçün İddiaçı ayrılmış 400 kv.m torpaq sahəsinə dair A 408684 №-li “Torpaq sahəsinin planı və ölçüsü” sənədi verilmişdir. DƏDKR 8 saylı Ərazi İdarəsinin 3-21-3-44/2-3418/2025 saylı, xx.xx.2025-ci il tarixli məktubu ilə təqdim olunmuş DƏDKR 8 saylı Cəlilabad Ərazi İdarəsinin Yerquruluşunun təşkili şöbəsinin mühəndisi Rauf Əzizov tərəfindən tərtib olunmuş mütəxəssis rəyində araşdırmanın nəticəsi olaraq aşağıdakılar qeyd olunmuşdur; Masallı rayon Masallı Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 07 saylı qərarı ilə Masallı şəhəri Zərifə Əliyeva küçəsində A № 408684 seriyalı **********0064 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən İddiaçı fərdi yaşayış evi tikmək üçün mülkiyyətə verilməsi nəzərdə tutulmuş 0,04 ha ( faktiki 0,0389 ha) həyətyanı torpaq sahəsinin Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialında faktiki istifadə və sənəd üzrə yerləşmə vəziyyəti, ölçüləri və döngə nöqtələrinin koordinatları müəyyən edilərək rəyə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatlarına görə Masallı rayonu Masallı Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 07 saylı qərarı ilə Masallı şəhəri Z.Əliyeva küçəsində A № 408684 seriyalı **********0064 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən İddiaçı fərdi yaşayış evi tikmək üçün mülkiyyətə verilməsi nəzərdə tutulmuş 0,04 ha ( faktiki 0,0389 ha) həyətyanı torpaq sahəsinin ayrılması barədə qərarın qəbul olunduğu vaxt və hazırda kateqoriyası-yaşayış məntəqələrinin torpaqları, məqsədli təyinatı-həyətyanı, uqodiyası-tikili altında olan torpaqlar, əmlak növü-torpaq sahəsi hüquqi statusu-bələdiyyə mülkiyyətində saxlanılmış torpaq sahəsi olduğu müəyyən edildi. Masallı rayon Masallı Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 07 saylı qərarı ilə Masallı şəhəri Zərifə Əliyeva küçəsində A № 408684 seriyalı **********0064 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən İddiaçı fərdi yaşayış evi tikmək üçün mülkiyyətə verilməsi nəzərdə tutulmuş 0,04 ha ( faktiki 0,0389 ha) həyətyanı torpaq sahəsinin Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialında faktiki istifadə və sənəd üzrə yerləşmə vəziyyəti arasında qismən uyğunsuzluğun olduğu müəyyənləşdirildi. Masallı rayon Masallı Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 07 saylı qərarı ilə Masallı şəhəri Zərifə Əliyeva küçəsində A № 408684 seriyalı **********0064 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən İddiaçı fərdi yaşayış evi tikmək üçün mülkiyyətə verilməsi nəzərdə tutulmuş 0,04 ha ( faktiki 0,0389 ha) həyətyanı torpaq sahəsinin fiziki sərhədlər daxilində təyinatına uyğun olaraq iddiaçının faktiki istifadəsində olduğu müəyyən edildi. Masallı rayon Masallı Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 07 saylı qərarı ilə Masallı şəhəri Zərifə Əliyeva küçəsində A № 408684 seriyalı **********0064 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən İddiaçı fərdi yaşayış evi tikmək üçün mülkiyyətə verilməsi nəzərdə tutulmuş 0,04 ha həyətyanı torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarına görə şimal-şərq, cənub-qərb və cənub-qərb istiqamətlərində müvafiq olaraq 26,8 kv.m, 8,7 kv.m və 11,0 kv.m metrədək hissələri Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialında üçüncü şəxslərin qanuni istifadəsində olan həyətyanı torpaq sahələrinin hüdudları daxilində yerləşmə (üst-üstə düşmə), həm də şimal-qərb istiqamətində 36,0 kv.m-dək hissəsinin isə iddiaçının faktiki istifadəsində olan həyətyanı torpaq sahəsinin hüdudlarından kənarda vəziyyəti müəyyən edilərək rəyə əlavə olunmuş yerquruluşu planında öz əksini tapmışdır. Qeyd: Mülki iş üzrə Masallı şəhəri, Z.Əliyeva küçəsində A № 408684 seriyalı **********0064 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən İddiaçı fərdi yaşayış evi tikmək üçün mülkiyyətə verilməsi nəzərdə tutulmuş 0,04 ha (faktiki 0,0389 ha) həyətyanı torpaq sahəsinin koordinatları ilə faktiki istifadə kimi plana alınmış torpaq sahəsinin koordinatları, həm də Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialı arasında uyğunsuzluqların olduğu müəyyənləşdirildi. DƏDKR 8 saylı Cəlilabad Ərazi İdarəsinin 3-21-3-44/2-5108/2025 saylı, xx.xx.2025ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, mütəxəssis rəyində qeyd olunan üçüncü şəxslər Masallı rayonu Masallı şəhəri Nizami adına təsərüfatın ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsində, adlı siyahıda, 8 saylı ərazi idarəsinin arxiv materialında qeydiyyata alınmadığından həmin torpaq sahələrinə dair hüquqmüəyyənedici sənəd və məlumatları təqdim etmək, sözügedən torpaq sahələrinin faktiki istifadə vəziyyətini müqayisəli tərzdə cavablandırmaq mümkün olmadı. İddiaçı ayrılmış 0,04 ha torpaq sahəsinin sənəd üzrə yerinin faktiki istifadə vəziyyətinin döngə nöqtələrinin koordinatlarına uyğunlaşdırılacağı təqdirdə, üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə bağlı mülkiyyət hüquqlarının pozulmayacağı müəyyənləşdirildi. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan tərəfindən verilmiş 3-21-3-44/2-6995/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Masallı rayonu Masallı Bələdiyyəsinin torpaq sahəsinin ayrılmasına dair 30 iyun 2012-ci il tarixli 07 saylı qərarı, həmçinin torpaqların alqı-satqısına dair akt 03 sentyabr 2012-ci il tarixində tərtib edilmişdir ki, bu da “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” 23 oktyabr 2007-ci il 466 saylı İİİ QD Azərbaycan Respublikasının Qanunundan irəli gələn tələblərə cavab vermir. Qüvvədə olan qanunvericiliyin tələbinə əsasən 01 dekabr 2007-ci il tarixindən sonra bələdiyyələr torpaq sahələri üzərində hüquqlarını dövlət reyestrində qeydiyyata aldırdıqdan sonra həmin torpaq sahəsinə dair qərar qəbul edə bilərlər. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 86-cı maddəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qeydiyyata alınmış, bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri alqı-satqı obyekti ola bilər. Bələdiyyə mülkiyyətindəki torpaqların alqı-satqısı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı, şəhərsalma sənədləri əsasında planlaşdırılır və qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyələr tərəfindən həyata keçirilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. - 6.1-ci maddəsinə əsasən Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. - 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. - 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalar, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının razılığı alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi halları, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi halları istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər 9.6. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, istifadəyə və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin: 1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. 7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu təsərrüfat planı, yaşayış məntəqəsinın baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Bənd 16. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir 19-cu bəndinə görə ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planını (cizgisini) sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2002-ci il tarixli 696 nömrəli Fərmanının 2-ci bəndi ilə müəyyən edilmişdir ki, Əsasnamənin 7-ci və 24-cü bəndlərində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri, 17, 18, 19, 21, 22-ci bəndlərində və 26-cı bəndinin ikinci cümləsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikası Dövlət və Xəritəçəkmə Komitəsinin (“DTXK”) yerli qurumları həyata keçirirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1.İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İPM: 58.Sübutların araşdırılması qaydası. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
68. Məhkəmə qərarının əsası. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Məhkəmənin mövqeyi.
Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Hazırkı işin hallarına əsasən ilk öncə qeyd edilməlidir ki, İddiaçı Masallı rayon Masallı bələdiyyəsinin 30 iyun 2012-ci il tarixli və 31 avqust 2012-ci il tarixli qərarları ilə ayrılmış Masallı şəhəri, Zərifə Əliyeva küçəsində yerləşən, faktiki istifadədə olan 0,0389 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla çıxarışın, plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8.0-cı maddəsinə əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar (maddə 8.0.1); Həmin Qanunun 11-ci maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər: Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır (maddə11.1). Həmin Qanunun 12-ci maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi; Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir (maddə 12.1). Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, Masallı rayonunda yerləşən 400 kv.m (faktiki-0,0389 ha) həyətyanı torpaq sahəsi Masallı rayon Masallı bələdiyyəsinin 30 iyun 2012-ci il tarixli və 31 avqust 2012-ci il tarixli iclas protokolunun qərarları əsasında iddiaçıya satılmışdır və həmin vaxtdan da, qeyd olunan torpaq sahəsi onun faktiki istifadəsində və sahibliyindədir. Mübahisələndirilən torpaq sahəsinin iddiaçının qanuni sahibliyinə verilməsi iş materiallarında olan torpaq sahəsinin satılması barədə qərar, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Masallı rayon şöbəsinin müvafiq rəyi, Masallı rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin rəyi, torpaqların alqı- satqısına dair akt, o cümlədən “Torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə də təsdiq edilir. Mübahisəli torpaq sahəsi iddiaçıya Masallı bələdiyyəsinin 30 iyun 2012-ci il tarixli və 31 avqust 2012-ci il tarixli iclas protokolunun qərarına və xx.xx.2012-ci il tarixli torpaqların alqı-satqısına dair akta əsasən satılmış və həmin torpaq sahəsinin iddiaçıya satılmasına Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Masallı rayon şöbəsinin rəyi ilə etiraz edilməmişdir. Beləliklə, torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmuş və onun tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilməklə iddiaçıya satılmışdır. Cavabdehin iddiaya qarşı yeganə dəlili ondan ibarət olmuşdur ki, xx.xx.2007-ci il tarixdən bələdiyyə torpaqları hərrac və müsabiqə yolu ilə satıla bilərdi. Alqı-satqı predmeti olan torpaq sahəsi üzərində bələdiyyə öz hüquqlarını dövlət qeydiyyatına aldıqdan sonra alqı-satqı edə bilərdi. Qanunvericiliyin tələblərinə əsasən, bələdiyyənin yalnız hərrac və ya müsabiqə vasitəsilə satılan torpaqları əvvəlcə qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalı, daha sonra isə hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edilməklə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərilməlidir. Müvafiq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması isə hərrac və ya müsabiqə vasitəsilə həyata keçirilmir. Bu halda, torpaq sahələri açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə deyil, bələdiyyələr tərəfindən qəbul edilmiş qərarlarla satıla bilər. Torpaq sahəsi bu qaydada satılarkən isə hərrac və ya müsabiqə vasitəsilə satılmadığına görə satılan sahə üzərində bələdiyyənin mülkiyyət hüququnun əvvəlcə qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələb olunmur. Hazırkı işin hallarından isə müəyyən olunurkı, iddiaçıya torpaq sahəsi bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşı kimi məhz “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən fərdi yaşayış evinin tikintisi üçün satılmışdır. Odur ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair” 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 - hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 - hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 - daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 - daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 - bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş üzrə müəyyən edilmədiyindən, iddiaçının təqdim etdiyi sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1 və 10.2.1-ci maddələrinə əsasən torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır. Bu baxımdan torpaq sahəsinə iddiaçının adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq bu barədə çıxarışın verilməsindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nın 4.2-ci bəndinə əsasən, mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsi”nin 3.1, 3.1.16-cı bəndlərinə əsasən, daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq DƏDKR-in vəzifələrinə aid edilmişdir. Normaların əlaqəli təhlilindən göründüyü kimi, daşınmaz əmlak kimi bina və qurğulara münasibətdə “texniki pasport”, torpaq sahələrinə münasibətdə isə “torpaq sahəsinin planı və ölçüsü” tərtib edilir. Hazırkı halda, iddiaçının iddiası torpaq sahəsi üzərində hüquqlarının qeydə alınmasından ibarət olduğundan, Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsi”nin müddəalarına əsasən mübahisəli torpaq sahəsinə dair onun adına “torpaq sahəsinin planı və ölçüsü”də tərtib edilməlidir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
NƏTİCƏVİ HİSSƏ
Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Masallı rayonu Masallı Bələdiyyəsinin 30 iyun 2012-ci il tarixli 07 saylı və 31 avqust 2012-cu il tarixli 10 saylı iclas protokolunun qərarı ilə ayrılmış Masallı şəhəri, Zərifə Əliyeva küçəsində yerləşən, İddiaçı faiktiki istifadəsində olan 0,0389 ha-dan ibarət torpaq sahəsinin koordinatlarının düzgün müəyyənləşdirilərək İddiaçı xüsusi mülkiyyət hüququnun Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Rəşidə Quliyeva