Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-2319/2025 05.09.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “2000 (iki min) manat məbləğində vergi borcunun olması barədə qeydin şəxsi hesab vərəqəsindən silinməsi” barədə iddianın mümkünlüyü məsələsinə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq Тəsviri hissə: İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “2000 (iki min) manat məbləğində vergi borcunun olması barədə qeydin şəxsi hesab vərəqəsindən silinməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2022-ci ilin avqust ayında fəaliyyət göstərdiyi obyektdə guya bir nəfəf işçi ilə əmək müqaviləsi bağlamadan işlətdiyi üçün ona 2000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan məbləğdə maliyyə sanksiyası xx.xx.2022-ci il tarixdə tərəfindən ödənilmiş və bu fakt şəxsi hesab vərəqəsində təsdiqini tapmışdır. Belə ki, şəxsi hesab vərəqəsindən görünür ki, OVN qərarına əsasən (yazılma tarixi xx.xx.2022-ci il) 2000 manat məğləğində hesablama qeyd olunmuş və tərəfindən xx.xx.2022-ci il tarixdə 2000 manat məbləğində ödəniş edilməsi qeyd olunmuşdur. Lakin, ödədiyi 2000 manat məbləğində vəsait cavabdeh vergi-orqanı tərəfindən xx.xx.2022-ci il tarixdə şəxsi hesab vərəqəsindən silmişdir. Qeyd olunan ödənişin şəxsi vərəqədə bərpa edilməsi üçün Dövlət Vergi Xidmətinə etdiyi müraciətinə verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, DVX tərəfindən ərazi vergilər baş idarəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubda xx.xx.2022-ci il tarixdə 2000 manat vəsaitin tərəfindən ödənilmədiyi həmin məbləğin X6 (VÖEN **********) oğluna məxsus olduğu qeyd olunmuşdur. Özünə məxsus VÖEN nömrəsinə əsasən ödənilmiş 2000 manat məbləğində pul vəsaitinin başqa vergi ödəyicisinə məxsus olması mümkün deyildir. Çünki VÖEN nömrə ilə qeyd olunan şəxsin VÖEN nömrəsi arasında əhəmiyyətli dərəcədə rəqəm fərqləri mövcuddur. Cavabdeh vergi orqanı əməkdaşlarının qanunsuz əməli (və ya səhvi) nəticəsində xx.xx.2022-ci il tarixdə ödədiyi 2000 manat məbləğində ödəniş şəxsi vərəqəsindən silinimişdir. Ona tətbiq edilmiş qanunsuz 2000 manat maliyyə sanksiyası xx.xx.2022-ci il tarixdə tərəfindən uçotda olduğu 6 saylı Ərazi Vergilər Baş İdarəsndə mövcud olan ********** saylı VÖEN-ə ödənilmişdir. Lakin ərazi vergilər baş idarəsi tərəfindən büdcəyə ödədiyi 2000 manat vəsaitin xx.xx.2023-cü il tarixdə ş/h vərəqəsindən silinmişdir. Şəxsi hesab vərəqəsindən silinmiş 2000 manatın şəxsi hesab vərəqisinə bərpa edilməsi və bu qanunsuzluğa yol vermiş şəxslər barədə tədbir görülməsi barədə İqtisadiyyat Nazirliyinə rəsmi müraciət etmişdir. Lakin AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən ünvanına daxil olmuş xx.xx.2023-ci il tarixli cavab məktubunda bildirilir ki, “DVX tərəfindən Ərazi Vergilər Baş İdarəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubda xx.xx.2023-cü il tarixdə 2000 manat vəsait tərəfindən ödənildiyi və həmin məbləğin X3 (VÖEN: **********) məxsus olduğu qeyd edilmişdir.” Həmin cavab məktubunda bildirilir ki, güya Ərazi Vergilər Baş İdarəsi bu barədə ona xx.xx.2022-ci il tarixdə cavab verilmişdir. Lakin heç bir cavab məktubu onun ünvanına daxil olmamışdır. Qeyd edilənləri nəzərə alaraq iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsi qeyd etmişdir ki, İddiaçı (VÖEN:**********) cavabdeh 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı Şirvan inzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “2000 (iki min) manat məbləğində vergi borcunun olması barədə qeydin şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə qərar qəbul edilməsini xahiş etmişdir. Öncə iddiaçının tələbi üzrə qeyd etmək istərdik ki, iddiaçının sonuncu müraciətində qeyd olunan hallar ilə bağlı müraciətləri nəzərə alınaraq təkrar müraciəti baxılmamış saxlanılaraq nəticəsi barədə müvafiq izahat verilmişdir. Belə ki, iddiaçının xx.xx.2024-cü il tarixli (AVİS qeydiyyatı: xx.xx.2024-cü il tarixli, **********933300 nömrəli) müraciətinə aidiyyəti üzrə 6 saylı Ərazi Vergilər Baş idarəsində baxılaraq bildirilmişdir ki, bundan əvvəl İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə dəfələrlə daxil olan eyni məzmunlu təkrar müraciətlərinizə vergi orqanlarının qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri daxilində baxılaraq, xx.xx.2023-cü il tarixli **********539700 nömrəli, xx.xx.2023-cü il tarixli **********137900 nömrəli, xx.xx.2024cü il tarixli **********301300 nömrəli və xx.xx.2024-cü il tarixli **********379500 nömrəli məktublarla ətraflı cavablandırılmışdır. “Vətəndaşların müraciətləri haqqında’’ Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinin 8.1.4 bəndinə əsasən vətəndaşın təkrar müraciətlərinə bir il ərzində 3 dəfə mahiyyəti üzrə əsaslandırılmış cavab verildikdə və təkrar müraciətdə məsələnin həlli üçün yeni məlumatlar olmadıqda müraciət baxılmamış saxlanılır, il ərzində vətəndaşın eyni məzmunlu müraciətlərinə dəfələrlə cavab verildiyi, habelə hər dəfəsində müraciətlərdə yeni hallar müəyyən olunmadığı üçün müraciət Qanunun tələbinə əsasən baxılmamış saxlanılmışdır. Belə ki, İddiaçı (VÖEN:**********) Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına ünvanlanmış və 6 saylı Ərazi Vergilər Baş idarəsinə əlavə icra üçün həvalə edilmiş xx.xx.2024-cü il tarixli müraciətlərinə (AVİS.qeydiyyatı: xx.xx.2024- cü il tarixli H **********695305 /6 nömrəli) aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, vergi ödəyicisi İddiaçı (VÖEN: **********) tərəfindən xx.xx.2022-ci il tarixdə (AVİS qeydiyyatı: xx.xx.2022-ci il tarixli, **********227500 nömrəli) vergi orqanına müraciət edilərək xx.xx.2022-ci il tarixdə şəxsi hesab vərəqəsinə işlənmiş 2 000,0 manat vəsaitin X2 (VÖEN: **********) məxsus olduğu qeyd edilmişdir. X4 (VÖEN: **********) oğlunun xx.xx.2023-cü il tarixli **********255200 nömrəli, xx.xx.2022-ci il tarixli **********926800 nömrəli və "xxxx" MMC-nin Lerik poçt filialının xx.xx.2022-ci il tarixli, **********339900 nömrəli müraciətləri nəzərə alınmış, zəruri düzəlişlərin aparılması təmin olunmuş və müraciət 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********225100 nömrəli məktubu ilə cavablandırılmışdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarına əsasən iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddiaçı iddia ərizəsinə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materiallarında olan vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli, **********2903 nömrəli qərarının surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10 maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 1 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 2000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-21-2-13/2- H-37xx-xx/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə dəfələrlə daxil olan eyni məzmunlu təkrar müraciətlərinə vergi orqanlarının qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri daxilində baxılaraq, xx.xx.2023-cü il tarixli **********539700 nömrəli, xx.xx.2023-cü il tarixli **********137900 nömrəli, xx.xx.2024-cü il tarixli **********301300 nömrəli və xx.xx.2024-cü il tarixli **********379500 nömrəli məktublarla ətraflı cavablandırılmışdır. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinin 8.1.4 bəndinə əsasən vətəndaşın təkrar müraciətlərinə bir il ərzində 3 dəfə mahiyyəti üzrə əsaslandırılmış cavab verildikdə və təkrar müraciətdə məsələnin həlli üçün yeni məlumatlar olmadıqda müraciət baxılmamış saxlanılır. İl ərzində vətəndaşın eyni məzmunlu müraciətlərinə dəfələrlə cavab verildiyi, habelə hər dəfəsində müraciətlərdə yeni hallar müəyyən olunmadığı üçün müraciət Qanunun tələbinə əsasən baxılmamış saxlanılmışdır. Müraciətə baxılmasının nəticəsi ilə razılaşmadığı təqdirdə məhkəməyə şikayət etmək hüququ nəzərinə çatdırılmışdır. Vergi qanunvericiliyi və inzibatçılığı, sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericilikləri ilə bağlı əlavə məlumat almaq üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet saytına (www. taxes.gov.az), Çağrı Mərkəzinə (195) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilər. Əsaslandırma hissəsi: Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. İPM-in 24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. İPM-in 24.4-cü maddəsinə görə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İPM-in 30.1-ci maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Qeyd edilən normaların tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İddia ərizəsindən müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin 2000 (iki min) manat məbləğində vergi borcunun olması barədə qeydin şəxsi hesab vərəqəsindən silinməsini xahiş edir. Hazırkı işdə tələb “mübahisələndirmə haqqında” iddiaya uyğundur. Bu qəbildən olan iddialarda isə, mövcud qanunvericilik iddia müddətini nəzərdə tutur və bu müddət kriteriyasına riayət olunmaması mümkünlük şərtinin mövcud olmaması nəticəsini yaradır. Belə ki, iddiaçının tələbin vergi borcunun silinməsi ilə bağlı olmuşdur. Lakin məhkəmə tərəfindən aparılan araşdırma nəticəsində mübahisə predmet olan vergi borcu üzrə xx.xx.2022-ci il tarixdə qərar qəbul olunduğu, həmin qərarın hal-hazırda da qüvvədə olduğu və məhkəmə sorğusuna verilən cavab məktublarından isə iddiaçının qeyd edilən vergi borcundan və müvafiq qərardan uzun müddətdir məlumatlı olduğu müəyyən edilir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının mübahisələndirdiyi qərardan uzun müddətdir məlumatlı olmuşdur. Belə ki, iş materiallarına əsasən mübahisələndirilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022ci il tarixli, **********2903 nömrəli qərardan uzun müddətdir ki, məlumatı olmuşdur. İddiaçı isə bu illər ərzində qeyd edilən qərarla bağlı heç bir mübahisə yaratmamışdır. İddiaçı dörd ildən çox müddət keçdikdən sonra iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərlə bağlı iddiaçı tərəfdən məhkəməyə sübutlar təqdim edilməmişdir. məlumatlı olmadığını qyed etsə də, iş materiallarına əsasən dəfələrlə inzibati orqanla vergi borcu barədə olan mübahisə üzrə yazışmalarının olduğu müəyyən edilir. Məhkəmə tərəfindən isə tərəfə hüquqi yardım göstərilsə də, İddiaçı ərizə ünvanlayaraq qeyd edilən iddiası üzrə tələbinin təmin edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən dəqiqləşdirmələr aparılsa belə qəbul ediləcək aktın yekun hissəsində dəyişiklik olmayacaqdır və iddiaçı tərəfin hüquqi marağına uyğun mübahisə üzrə prosessual müddət ötürüldükdən sonra məhkəmədə iddia qaldırdığından iddiası mümkün sayılmamalıdır. Həmçinin nəzərə alınmalıdır ki, mübahisə predmeti olan sərəncamın qanunla müəyyən edilmiş vaxtlarda mübahisələndirilməməsi, təkcə cavabdeh inzibati orqan üçün deyil, üçüncü şəxslər üçün də əlavə nəticələr yaranmasına şərait yaratmış olur. Müvafiq vaxtda mübahisənin qaldırılması isə, başqa şəxslər qarşısında öhdəliklərin genişlənməməsinə səbəb ola bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Məhkəmə də qeyd olunan istiqamətdə yardım etmək vəzifəsinin mühüm elementi kimi iddianın mümkün sayılmamasına səbəb ola biləcək halı iddiaçının diqqətinə çatdırmaq üçün onunla müzakirə aparmış, xx.xx.2025-ci il tarixli, 2-1(120)-2319/2025 nömrəli məktubla hüquqi yardım məktubuna münasibət bildirmək üçün vaxt verilmiş, iddiaçı da müddətin bərpası barədə ərizə təqdim etmişdir. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı həmin ərizənin münasibət bildirilməsi ilə bağlı da aşağıdakıların xüsusi olaraq vurğulanmasını zəruri hesab edir. İPM-in: 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; 24.2-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır; 24.3-cü maddəsinə əsasən, ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir; 24.4-cü maddəsinə əsasən, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz; 24.5-ci maddəsinə əsasən, ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir; 24.6-cı maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. Yuxarıda sadalanan normaların məzmunundan göründüyü kimi, prosessual müddət o halda bərpa oluna bilər ki, həmin müddətin buraxılmasında proses iştirakçısının təqsiri olmasın. Məhkəmə qeyd edir ki, mübahisə predmeti olan qərar barədə iddiaçı ən azı 2022-ci ilin oktyabr ayında məlumatlı olmuşdur. Qüvvədə olmuş qanunvericilik belə aktların mübahisələndirilməsi (ləğv edilməsi) ilə bağlı iddiaların irəli sürülməsi üzrə 30 gün müddət müəyyən etmişdir. Lakin iddiaçı həmin müddətdən istifadə etməmişdir. Bu imkanı mümkünsüz edən və iddiaçının iradəsindən aşkar kənara çıxan hər hansı hal müəyyən olunmamışdır. Belə ki, inzibati prosessual qanunvericiliyin müddətin bərpası əsası ilə bağlı tələbi aşkardır. Tələb təqsirin olmaması ilə bağlıdır ki, hazırkı hallar üzrə iddia müddətinin ötürülməsində iddiaçının təqsirini istisna edən hallar mövcud deyil. Məhkəmə eyni zamanda prosessual müddətin bərpası barədə ərizə və iddianın mümkünlüyü məsələsinə vahid qərardadla münasibət bildirilməsinə münasibətdə də prosessual pozuntunun olmaması qənaətindədir. Belə ki, hazırkı halda iddianın mümkün hesab edilməməsinin yeganə əsası müddətin ötürülməsi ilə bağlıdır ki, həmin ərizənin də müddətlə bağlılığı ayrı-ayrı qərardad çıxarılmaqla onlardan ayrı-ayrılıqda şikayət verilməsi əvəzində vahid qərardadın qəbulunu iddiaçının həmin qərardaddan şikayət vermək hüququnun istifadəsini asanlaşdırdığı qənaətindədir. Bu zaman oxşar məzmunlu ifadələrin iki ayrı qərardadda əks olunmasını da məhkəmə əhəmiyyətsiz hesab edir. Nəzərə alınmalıdır ki, kassasiya instansiya məhkəməsinin 2-1(102)-472/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qərarında, 2-1(102)-2163/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qərarında, 2-1(102)-1701/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qərarında da ərizəyə və iddianın mümkünlüyü məsələsinə vahid qərardadla baxılmasına da qəbul edilmiş qərardadlardan şikayətə baxılmış və prosessual normanın pozuntusuna dair hər hansı müddəaya, yəni həmin qərardadların ayrı-ayrılıqda qəbul edilməli olmasına dair mövqe nümayiş etdirilməmişdir. Bununla da, işin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, mübahisələndirilən sərəncam üzrə iddia müddətləri buraxılmışdır. Odur ki, məhkəmə hazırkı iddianın mümkün sayılmaması qənaətinə gəlir. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, məhkəmə bütün qeyd olunanlara əsasən hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35, 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-2319/2025
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-2319/2025
05.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver