Məhkəmə qərarları › İş №2-1(120)-232/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-232/2022

25.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-232/2022 25.04.2022 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. ТƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 09.07.N2-ci il tarixdən 13.09.N2-ci il tarixinə qədər Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə Qarabağ Müharibəsində iştirak etmişdir. Xidmət yeri isə Füzuli rayonu ərazisində “Elxan bəy” adına N nömrəli batalyon olmuşdur. Qeyd etmək zəruridir ki, həmin vaxt Fizuli rayonu uğrunda döyüşlər gedirdi. Bu barədə Müdafiə Nazirliyi tərəfindən verilmiş Arxiv arayışında qeyd edilmişdir. Həmin arayışdan da göründüyü kimi iddiaçı 09.07.N2-ci il tarixindən Füzuli rayonu ərazisində “Elxan bəy” adına N nömrəli batalyonda xidmət etmiş və 13.09.N2-ci il tarixində tərxis olunmuşdur. İddiaçı N2-ci ildə döyüş zonasında hərbi əməliyyatlarda iştirak etdiyinə görə “müharibə veteranı” statusu və müvafiq vəsiqə almaq niyyətindədir. İddiaçı bu barədə ilk öncə «Müharibə Veteranı» adı və müvafiq veteran vəsiqəsinin verilməsi barədə ərizə ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyasına müraciət etmişdir. Komissiyanın 06.07.2021-ci il tarixli cavab məktubu ilə Mərkəzi Arxivin 24.06.2021-ci il tarixli 9/2-4683 nömrəli arayışına əsasən hərbi xidməti tam təsdiqlənmədiyindən “müharibə veteranı” adının və müvafiq vəsiqəsinin verilməsindən imtina edilmişdir. Həmçinin, İddiaçı ilə eyni müdafiə batalyonundan qulluq etmiş şəxslər məhkəməyə şahid ifadələri verməyə razıdırlar. Həmin şəxslərlə onun çiyin-çiyinə xidmətdə olmağının canlı şahidləridir. «Veteranlar haqqında» Azərbaycan Respublikası qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnaməni və müvafiq vəsiqələrin nümunəsini müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Müharibə və silahlı qüvvələrin veteranlarına müvafiq veteran adını və sənədlərini uyğun olaraq müvafiq icra hakimiyyəti orqanları verirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N5-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»yə uyğun olaraq «Müharibə Veteranı» adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən yaradılmış xüsusi komissiyanın rəyinə əsasən verilir. Həmin Əsasnaməyə əsasən müharibə veteranı adı N1-ci il oktyabrın 9-dan N4-cü ilin mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara, 10 may N4-cü il tarixdən sonra döyüş zonasında hərbi xidmət keçərkən, və yaxud döyüş zonalarında döyüş tapşırığının yerinə yetirilməsi üçün ezamiyyətdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik, Dövlət Sərhəd Xidməti orqanları və hərbi hissələr tərəfindən verilmiş arayışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Ona görə də, hesab edir ki, məhkəmə hərbi əməliyyatların aparılması müddətində onun həqiqətən də döyüş bölgəsində vətənə qulluq etməyi faktını hərtərəfli araşdıraraq qanuni qərar qəbul edəcəkdir. Qeyd edilənləri nəzərə alaraq ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, iddia ərizəsində Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiyasının məktubunu mübahisələndirmişdir. Həmin məktubda qeyd olunmuşdur ki, arxiv arayışına əsasən iddiaçının xidməti tam təsdiqlənmədiyindən ona “Müharibə veteranı” vəsiqəsinin verilməsindən imtina olunur. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş səxslər Müharibə veteranı sayılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.N5-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən: “N88-ci il fevralın 1-dən N4-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin hərbi qulluqçulara N4-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idaretmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və va arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteram” adı verilir. Qeyd olunanlara əsasən İddiaçı tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı və cаvаbdеh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclаsınа gəlməmişdir. Məhkəmə Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirаkı оlmаdаn bахılmаsını mümkün hеsаb еdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 noyabr 20N-cu il tarixli, 4 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuşdur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 20N-cu il tarixli, 4 nömrəli qərarına əsasən Neftçala rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, iddiaçı Neftçala rayonunda qeydiyyatda olduğundan iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin qənaətinə görə iddia mümkün olsa da, lakin qismən əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.N66-cı il tarixdə Neftçala rayonunun Boyat kəndində anadan olmuş, Neftçala rayonunun Boyat kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan hərbi bilet əvəzi 04264 nömrəli arayışın təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 04.N85-14.05.N87-ci illərdə və 09.07.N2-13.09.N2-ci illərdə xidmətdə olmuşdur. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İddiaçı ünvanladığı 06.07.2021-cu il tarixli, 1/1-14315 nömrəli məktubunda qeyd edilmişdir ki, Mərkəzi Arxivin 24.06.2021-ci il tarixli, 9/2-4683 nömrəli arayışına əsasən hərbi xidməti tam təsdiqlənmədiyinə görə İddiaçı “müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 24.06.2021-ci il tarixli, 9/2-4683 nömrəli məktubunun surətində və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 08.09.2021-ci il tarixli, 4/2-623 nömrəli məktubunda qeyd olunmuşdur ki, N nömrəli hərbi hissə komandirinin N iyul N2-ci il tarixli, 88 nömrəli əmrində pulemyotçu İddiaçı (əsas: sıra 22, səh 36, əmrdə atasının adı yazılmamışdır, hərbi rütbəsi göstərilməyib, əmr hərbi hissə komandiri tərəfindən imzalanmışdır) batalyonun şəxsi heyətinə daxil edilməsi barədə məlumat vardır. Qeyd edirlər ki, N nömrəli hərbi hissə komandirinin avqust-sentyabr N2-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. İşdə olan “Elxan bəy” adına N nömrəli hərbi hissəinin komandirinin verdiyi 15.09.N2-ci il tarixli 889 nömrəli arayışdan görünür ki, İddiaçı 09.07.N2-ci il tarixdən 13.09.N2-ci il tarixinə qədər “Elxan bəy” adına N nömrəli hərbi hissədə xidmət edib və təxris olunmuşdur. İşdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məhkəməyə göndərdiyi 10.09.2021-ci il tarixli, 012-15N-1221 nömrəli məktubundan görünür ki, xx.xx.N66-cı ildə Neftçala rayonunda doğulmuş İddiaçı hərbi hisssəni və ya xidmət yerini özbaşına tərk etməyi, fərariliyi və digər cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməsi, məhkum edilməsi, barəsində cinayət təqibinə xitam verilməsi və amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi barədə DİN-in müvafiq uçotlarında məlumat yoxdur. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hüququ İdarəsinin 14.10.2021-ci il tarixli, 1-1/4957 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.09.2018-ci il tarixli 422 nömrəli Qərarına (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.N5-ci il tarixli 216 nömrəli Qərara dəyişikliklər edilməsi barədə) əsasən “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. Yəni şəxsin hərbi hissədə xidmət etməsi barədə qeydlər, sənədlər arxiv arayışı, əmrlərlə ilə təsdiq olunduğu halda mötəbər sayılır. (Əsas: “İnzibati İcraat haqqında” Qanununun N-cu maddəsi). Məhkəmə iş materiallarına əlavə olunmuş Mərkəzi Arxivin arxiv arayışında isə göstərilmişdir ki, N nömrəli hərbi hissə komandirinin avqust-sentyabr N2-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. Həmçinin, həmin arayışda qeyd olunmuşdur ki, N nömrəli hərbi hissə komandirinin iyul N2-ci il tarixli əmrində İddiaçı batalyonun şəxsi heyətin siyahısına daxil edilmişdir. Əmr komandir tərəfindən imzalanmamışdır. “Müharibə veteranı” adının verilməsi üçün şəxsin hərbi hissəyə daxil edilməsi kifayət etmir, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) da şərtdir. Buna görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.N5-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə “Qeyd” hissəsi əlavə olunmuşdur. Ona əsasən Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə “Müharibə veteranı” adı verilə bilməz. Azərbaycan Respublikası Milli Məclisinin 17.10.N7-ci il tarixli, 383-İ QR Qərarın 9-cu bəndinə əsasən: "... Qərarın qüvvəyə mindiyi günədək hərbi hissədən, qulluq yerindən özbaşına getmiş, fərarilik etmiş şəxslər hərbi uçota qəbul edilməli, onların xidmət müddətləri Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət müddətinə hesablanmamalıdır.” Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin 1-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N5-ci il tarixli, 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci maddəsinə görə N1-ci il oktyabrın 9-dan N4-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may N4-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Fövqəladə Hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N5-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.09.2018 tarixli 422 nömrəli qərarına əsasən Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 14-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, iddiaçı 09.07.N2-ci il tarixdən 13.09.N2-ci il tarixinədək “Elxan bəy” adına N nömrəli hərbi hissədə xidmət edib, təxris olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin 06.07.2021-cu il tarixli, 1/1-14315 nömrəli məktubu ilə İddiaçı “müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Göründüyü kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 24.06.2021-ci il tarixli, 9/2-4683 nömrəli arayışına əsasən iddiaçının hərbi xidməti tam təsdiqlənmədiyinə görə cavabdeh ona müharibə adının və vəsiqəsinin verilməsində imtina etmişdir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin “imtinasın”da və Mərkəzi Arxivin arayışında N nömrəli hərbi hissə komandirinin avqust-sentyabr N2-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmadlğı qeyd olunsa da, iddiaçıya məxsus hərbi bilet əvəzi olan 04264 nömrəli arayışın təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 09.07.N2-13.09.N2-ci illərdə xidmətdə olmuşdur. Həmçinin işdə olan “Elxan bəy” adına N nömrəli hərbi hissəinin komandirinin verdiyi 15.09.N2-ci il tarixli 889 nömrəli arayışdan görünür ki, İddiaçı 09.07.N2-ci il tarixdən 13.09.N2-ci il tarixinə qədər “Elxan bəy” adına N nömrəli hərbi hissədə xidmət edib və təxris olunmuşdur. Bundan başqa, iddiaçı məhkəmə iclasında onunla birlikdə eyni vaxtda eyni hərbi hissədə döyüş bölgəsində xidmət etmiş X4 müharibə veteranı adının və vəsiqəsinin verildiyi bildirmişdir. X1 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, o, İddiaçı tanıyır, N2-ci ilin iyun ayından sentyabr ayına kimi İddiaçı ilə birlikdə Füzuli rayonunun Aşağı Veysəlli kəndində yerləşən N nömrəli hərbi hissədə hərbi xidmətdə olmuşdurlar. Ona Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən Müharibə veteranı vəsiqəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən verilmiş 25.11.2015-ci il tarixli, M/V 057655 nömrəli vəsiqənin surətindən görünür ki, X5 müharibə veteranıdır. Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hüquq İdarəsi tərəfindən 02.03.2022-ci il tarixli, 11/764 nömrəli məktuba əlavə olunaraq X3 müharibə veteranı vəsiqəsinin verilməsinə əsas olan sənədlər göndərilmişdir. Həmin məktuba əlavə olunmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 05.05.2015-ci il tarixli, 9/2-2801 nömrəli arxiv arayışından görünür ki, X5 N nömrəli hərbi hissə komandirinin şəxsi heyət üzrə N iyul N2-ci il tarixli, 88 nömrəli (səh-36. sıra-35) əmri ilə 6-cı bölüyün şəxsi heyətinə daxil olaraq tağım komandiri vəzifəsinə təyin olunmuşdur. N nömrəli hərbi hissə komandirinin sentyabr N2-ci il tarixli nizami hissə üzrə və şəxsi heyət üzrə əmrlərində xidməti barədə məlumat aşkar edilməmişdir. Bundan başqa həmin sənələrin işçərisində olan “Elxan bəy” adına N nömrəli hərbi hissəinin komandirinin verdiyi 15.09.N2-ci il tarixli 889 nömrəli arayışdan görünür ki, İddiaçı 09.07.N2-ci il tarixdən 13.09.N2-ci il tarixinə qədər “Elxan bəy” adına N nömrəli hərbi hissədə xidmət etmiş və təxris olunmuşdur. Yuxarıda qeyd edilən sənədlərdən göründüyü kimi, X1 iddiaçı ilə birlikdə “Elxan bəy” adına N nömrəli hərbi hissədə xidmət etmiş, onunla birlikdə təxris olunmuş, onun da adına əvvəllər verilmiş arayışda iddiaçıda olduğu kimi xidməti barədə məlumatın aşkar edilmədiyi qeyd olunmuş, bununla belə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən ona müharibə veteranı adı və vəsiqəsi verilmiş və müharibə veteranı adı və vəsiqəsi verilərkən eyni ilə İddiaçıun cavabdeh inzibati orqana təqdim etdiyi sənədlərə istinad olunmuşdur. Məhkəmənin qənaətinə görə yuxarıda qeyd olunan hallar zəruri inzibati icraat aparılmaqla cavabdeh inzibati orqan tərəfindən araşdırılmalıdır. Belə ki, İnzibati icraat haqqında” Qanunun : 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 61-ci maddəsinin tələblərinə görə: 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Göründüyü kimi inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Məhkəmə hesab edir ki, cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. İPM-in 73.2 və 73.3.3-cü maddələrinə əsasən: 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra onun müraciəti əsasında yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərarı iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Beləliklə, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar