Məhkəmə qərarları › İş №2-1(120)-232/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-232/2023

21.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-232/2023 21.06.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Nəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclasının katibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi ilə, İddiaçı, vəkili və nümayəndəsi X9, cavbdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocavənd rayon bölməsinə qarşı “şəhid ailəsi statusunun alınması üçün oğlu X15 şəhid hesab olunması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocavənd rayon bölməsinə qarşı “şəhid ailəsi statusunun alınması üçün oğlu X15 şəhid hesab olunması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının oğlu X1 və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsi tərəfindən hərbi xidmətə çağrılmış, 29 aprel 2020-ci il tarixdən DSX-nin N saylı hərbi hissəində 2-ci sərhəd komendatlığının 11-ci sərhəd zastavasının 1-ci sərhəd döyüş məntəqəsində pulemyotçu vəzifəsində xidmətə başlamış, 23 may 2020-ci il tarixdə xidmət etdiyi postda ona olan psixi təzyiqdən və işgəncələrdən xidmət etdiyi döyüş postunda müəmmalı surətdə ölmüşdür. Hal-hazıradək onun oğluna şəhid statusu verilməmişdir. Onun oğlu X22 öz vəzifə borcunu layiqlə yerinə yetirmiş, döyüş postunu tərk etməmiş, onun üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmişdir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” 03 sentyabr 1993-cü il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində Azərbaycan Respublikasının suverenliyi, azadlığı uğrunda həlak olmuş, itkin düşmüş və qanunvericiliyə uyğun olaraq ölmüş hesab edilən şəxs şəhid hesab olunur. Onun oğlu X22 qanunvericiliyə uyğun olaraq döyüş növbətçiliyi zamanı ölmüşdür, ona görədə onun ölümü həmin Qanunun təsir dairəsinə düşür və onun şəhid hesab olunması üçün əsasdır. “Şəhid ailəsi” statusunun alınması üçün oğlu X15 şəhid hesab olunması barədə Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Xocəvənd rayon şöbəsinə arayış verilməsi barədə məktula müraciət etsə də, Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Xocəvənd rayon şöbəsinin rəisinin 20 oktyabr 2021-ci il tarixli məktubu ilə əsassız olaraq arayış verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası inzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq olunur. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati icraat qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinin mənasına görə öhdəliyin icrası iddia vasitəsi ilə iddiaçı cavabdehdən aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Mən hesab edirəm ki “Şəhid ailəsi” statusunun alınması üçün oğlum X15 Şəhid hesab olunması barədə arayış Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Xocəvənd rayon şöbəsi tərəfindən verilməli olduğuna görə araiışm verilməsi öhdəliyi Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Xocəvənd rayon şöbəsinin üzərinə öhdəlik kimi qoyulmalıdır. Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocavənd rayon şöbəsinə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, Əliyev X5 və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocavənd rayon bölməsinə xx.xx.2021-ci il tarixdə şəhid ailəsi statusunun verilməsi barədə arayışın verilməsi üçün ərizə ilə müraciət etmişdir. X27 Xidmətinin Sərhəd Qoşunlarının hərbi hissəsi tərəfindən göndərilmiş bildirişdə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu X11nun xx.xx.2020-ci il tarixdə Dövlət Sərhədinin müdafiəsi və mühafizəsi əmrini yerinə yetirən zaman ona təhkim olunmuş silahdan atəş açaraq özünə qəsd etməsi qeyd olunmuşdur. Odur ki, vətəndaş İddiaçı mərhum oğlu X15 şəhid hesab olunması barədə arayış verilməsi mümkün olmamışdır. İddiаçı İddiaçı şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə etdiyini və qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiаçının vəkili və nümayəndəsi X16 şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocavənd rayon şöbəsinin nümayəndəsi X7 şifahi məhkəmə baxışı iclasında izahat verərək etirazda qeyd edilən halları təsdiqləmiş və nəticənin verilməsini məhkəmənin mülahizəsinə buraxaraq qanuni qərar verilməsini xahiş etmişdir. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir (İPM-in 1, 2.1, 3.1 və 8.1.4cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İddiaçı cavabdeh orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. Çünki cavabdeh orqan iddiaçının müraciəti əsasında inzibati akt hesab olunmayan arayışın verilməsindən imtina etmişdir. Həmçinin, iddia tələbi iddaya cavab verməli olan inzibati orqana qarşı yönəlmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” 4.1-ci bəndinin ikinci yarımbəndinə əsasən, şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. İddiaçının oğlu siravi əsgər olduğundan və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocavənd rayon bölməsinndə hərbi qeydiyyatda olduğundan hazırki tələbə cavab verməli inzibati orqan məhz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocavənd rayon bölməsidir. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli, 616 nömrəli məktubla müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mahiyyət etibarı ilə əsassızdır Beə ki, iddiaçı oğlu X15 şəhid olması barədə arayışın verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulmasını tələb etməkdə haqlı deyildir. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocavənd rayon bölməsinin İddiaçı ünvanladığı xx.xx.2021-ci il tarixli, 616 nömrəli məktunda qeyd edilmişdir ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsi tərəfindən göndərilmiş bildirişdə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu X11 xx.xx.2020-ci il tarixdə Dövlət Sərhədinin müdafiəsi və mühafizəsi əmrini yerinə yetirən zaman (xidməti vəzifələrini icra edərkən) ona təhkim olunmuş silahdan atəş açaraq özünə qəsd etməsi bildirilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli, 10 saylı Qərarı ilə təsdiq edilmiş "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları” nın tələblərinə əsasən Şəhid- Azərbaycan Respublikasının azadlığı suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatlarla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir.Bu qərarın 1.2.7-ci bəndinə əsasən Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular şəhid hesab edilir. Odur ki, mərhum oğlu X15 şəhid hesab olunması barədə arayışla təmin olunması mümkün olmamışdır. İşdə olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları “X24 Diviziyası komandirinin 23/24 may 2020-ci il tarixli, 0124 nömrəli əmrindən çıxarışın təsdiq edilmimiş surətindən görünür ki, 2-ci sərhəd komendantlığı 11-ci sərhəd zastavası 1-ci sərhəd döyüş məntəqəsi 1-ci qrup pulemyotçunun köməkçisi-atıcı X11 23 may 2020-ci il tarixdə Dövlət Sərhədinin müdafiəsi və mühafizəsi əmrini yerinə yetirən zaman (xidməti vəzifələrini icra edərkən) ona təhkim olunmuş silahdan atəş silahdan atəş açaraq özünə qəsd etmişdir. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocavənd rayon bölməsinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 68 nömrəli məktubundan görünür ki, Əliyev X5 və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocavənd rayon bölməsinə xx.xx.2021 -ci il tarixdə şəhid ailəsi statusunun verilməsi barədə arayışın verilməsi üçün ərizə ilə müraciət etmişdir. Lakin, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının hərbi hissəsi tərəfindən göndərilmiş bildirişdə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu X11nun xx.xx.2020-ci il tarixdə Dövlət Sərhədinin müdafiəsi və mühafizəsi əmrini yerinə yetirən zaman (xidməti vəzifələrini icra edərkən) ona təhkim olunmuş silahdan atəş açaraq özünə qəsd etməsi qeyd olunmuşdur. Odur ki, vətəndaş İddiaçı mərhum oğlu X15 şəhid hesab olunması barədə arayış verilməsi mümkün olmamışdır. İşdə olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları “X24 Diviziyasının xx.xx.2022-ci il tarixli, k/6/710 nömrəli məktubundan görünür ki, Sabiq əsgər X6 Sərhəd Xidməti Sərhəd Qoşunlarının “Qazax” X8 xx.xx.2020-ci il tarixdən xidmətə başlamışdır. Əsgər X2 Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməmiş, xx.xx.2020-ci il tarixdə xidmətdə olan zaman xidməti istifadə üçün ona təhkim olunmuş AK-74 avtomat silahından atəş açaraq intihar etmişdir. Qeyd olunan cinayət işi üzrə istintaq Şəmkir hərbi prokrorluğu tərəfindən aparılmışdır. İşdə olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 16/1540 nömrəli məktubundan görünür ki, DSXnin N nömrəli hərbi hissəsinin sabiq hərbi qulluqçusu X11 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməmiş, xx.xx.2020-ci il tarixdə xidmətdə olan zaman xidməti istifadə üçün ona təhkim olunmuş AK-74 avtomat silahından atəş açaraq intihar etmişdir. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocavənd rayon bölməsinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 315 nömrəli məktubundan görünür ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının hərbi hissəsi tərəfindən göndərilmiş bildirişdə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər mərhum X15 xx.xx.2020-ci il tarixdə Dövlət Sərhədinin müdafiəsi və mühafizəsi əmrini yerinə yetirən zaman (xidməti vəzifələrini icra edərkən) ona təhkim olunmuş silahdan atəş açaraq özünə qəsd etməsi qeyd olunmuşdur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları” nın tələblərinə əsasən Şəhid- Azərbaycan Respublikasının azadlığı suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatlarla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir.Bu qərarın 1.2.7-ci bəndinə əsasən Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular şəhid hesab edilir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X14 Qazax Reg.MTE Bölməsinin xx.xx.2020-ci il tarixli, 06 nömrəli ekspert rəyinin surətindən görünür ki, X25 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı bədənində olan xəsarət-baş beyin toxumasının əzilib-dağılması, sərt beyin qişasının, sərt və yumşaq damağın, dilin yumşaq toxumalarının zədələnmələri, kəllə tağı və əsası sümüklərinin geniş defektli, çoxsaylı, çoxqəlpəli sınıqları ilə müşayət olunan başın dəlib-keçən iki ədəd yara patronu mis tərkibli mərmi (güllə) ilə doldurulmuş odlu silahdan istiqamətləri aşağıdan-yuxarıya, nisbətən sağdan-sola, giriş dəlikləriaralarındakı məsafə 1,0 sm olmaqla çənəaltı nahiyədə, çıxış dəlikləri isə eyni olmaqla alın-təpə nahiyəsində yerləşməklə atəşin əlavə faktorlarının təsir etdiyi yaxın məsafənin birinci zonasından (1,5 sm-dək məsafə hüququnda) açılmış iki atəş nəticəsində törənmişlər, həyatidirlər, qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə əmələ gəlmələri istisna olunmur, ayrı-ayrılıqda və ümumilikdə yetirilən anda həyat üçün təhlükəli olmaqla ölümlə nəticələnən ağır zərər vurmaya aiddirlər. X25 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı onda aşkar edilmiş yaraların giriş və çıxış dəliklərinin yerləşmə nahiyələrinə əsasən demək olar ki, atəşlər anında müxtəlif duruş vəziyyətlərdə (ayaq üstə, oturaq, yarımoturaq və s.) ola bilərdi. X25 ölümünə səbəb başın dəlib-keçən odlu silah güllə yaraları nəticəsində bilavasitə baş beyin toxumasının əzilib-dağılması olmuşdur, mərhumun ölmü meyitin məhkəmə-tibbi müayinəsindən 6-8 saat əvvəl vermişdir. İşdə olan Gəncə Hərbi Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1-1(095)-028/2021 nömrəli Hökmündən görünür ki, X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.3-cü maddəsi ilə tutulan cinayət əməllərini törətməkdən təqsirli bilinib 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəza çəkmə müddətinin əvvəli 29 may 2020-ci il tarixdən hesab edilmiş, cəzanı ümumi rejimi cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldiənədək dəyişdirilmədən saxlanılmışdır. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış N nömrəli hərbi hissədə saxlanılan “AK-74M” markalı, 3673 nömrəli avtomat silah, 114 ədəd patron, 04 ədəd sandıqça, Şəmkir hərbi prokurorluğunda saxlanılan 01 ədəd zirehli dəbilqə, 01 ədəd zirehli jilet, N ədəd qoruyucu lövhə hərbi hissənin istifadəsində verilmişdir. Şəmkir hərbi prokurorluğunda saxlanılan 03 ədəd giliz, 01 ədəd hərbi kitel, üzərində bel kəməri olan 01 ədəd hərbi şalvar, 01 ədəd qısaqol alt köynəyi, 01 ədəd alt tumanı, 01 cüt əsgər çəkməsi, 01 cüt corab, pambıq tampon nümunələri, saç nümunələri, əl-barmaq izləri isə məhv edilməsi, 01 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanılması müddəti ərzində iş materiallarında saxlanılmışdır. İşdə olan Azərbaycan Respublikasının Prokurorluğu Şəmkir Hərbi Prokurorluğunun məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, HS-21/3445 nömrəli məktubundan görünür ki, Şəmkir hərbi prokurorluğunda Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissənin hərbi qulluqçusu, X11nun xx.xx.2020-ci il tarixdə odlu silahdan atəş açaraq özünü öldürməsi ilə bağlı əsgər X10 Azərbaycan Respublikası CM-nin 332.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə istintaq tamamlanaraq xx.xx.2020-ci il tarixdə baxılması üçün Gəncə hərbi məhkəməsinə göndərilmişdir. Şəmkir hərbi prokurorluğuna daxil olaraq cinayət işinin nəzarət icraatına əlavə edilmiş X10 Azərbaycan Respublikası CM-nin 332.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair Gəncə hərbi məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmün surətini göndərmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları “X24 Diviziyasının məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, k/6/3330 nömrəli məktubundan görünür ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları “X24 Diviziyasınınmərhum hərbi qulluqçusu X11 xidmət müddəti ərzində Dövlət Sərhədinin müdafiəsi və mühafizəsinə təyin edilmişdir. Mərhum hərbi qulluqçu X11na xidməti döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı hər hansı bir əmr verilməmiş və bu kimi tapşırıqlara cəlb olunmamışdır. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocavənd rayon bölməsinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 614 nömrəli məktubundan görünür ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının hərbi hissəsi tərəfindən göndərilmiş bildirişdə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər mərhum X15 xx.xx.2020-ci il tarixdə Dövlət Sərhədinin müdafiəsi və mühafizəsi əmrini yerinə yetirən zaman (xidməti vəzifələrini icra edərkən) ona təhkim olunmuş silahdan atəş açaraq özünə qəsd etməsi qeyd olunmuşdur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları” nın tələblərinə əsasən Şəhid- Azərbaycan Respublikasının azadlığı suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatlarla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir.Bu qərarın 1.2.7-ci bəndinə əsasən Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular şəhid hesab edilir. İşdə olan Gəncə Hərbi Məhkəməsinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 396 nömrəli məktundan görünür ki, X4 Hərbi Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.3-cü maddəsi ilə təqsirli bilinib 6 (altı) il müddətinə azadlıqdan mərhumetmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmışdır. Hökmdən Apelyasiya və Kasassiya şikayətləri verilmiş, Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə hökm qüvvəsində saxlanılmış, kasassiya şikayəti isə məhkumun imtina ərizəsinə əsasən geri qaytarılmışdır. Hökm xx.xx.2022ci il tarixdə öz qanuni qüvvəsini almış və xx.xx.2021-ci il tarixdə icraya yönəldilmişdir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxs şəhid hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli, 10 nömrəli qərarı ilə təsdiq olunmuş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»na əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular şəhid hesab edilirlər (bənd 1.2.5). Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər (bənd 1.2.6). Şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir (bənd 4.1). Şəhid ailələrinə vəsiqə bu Qaydaların 4.1-ci bəndində göstərilən arayışlara əsasən yaşadıqları ərazi üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələri tərəfindən verilir (bənd 4.2). «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Qanunun 1-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 30 dekabr 2008-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş «şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın 1.2.6-cı bəndinin, «o cümlədən, atəşkəs dövründə döyüş bölgələrində yerləşən hərbi hissələrdə və daxili işlər orqanlarında xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşlər nəticəsində, habelə minaya düşərək həlak olan şəxslər» müddəası təcrübədə qeyrimüəyyənliyə səbəb olduğuna görə şəxsin şəhid hesab olunması ilə bağlı hüquq münasibətlərinə daha yüksək hüquqi qüvvəyə malik olan «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Qanunun 1-ci maddəsinin tətbiq edilməli olduğu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın 1.2.6-cı bəndinin «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli qanunun tələblərinə müvafiq təkmilləşdirilməsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə tövsiyə edilməsi qərara alınmışdır. Göründüyü kimi normatiq hüquqi aktlarda, istərsə də Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş şəxslər şəhid hesab edilir. Məhkəmə qeyd edir ki, iddiaçının oğlu X1 və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsi tərəfindən hərbi xidmətə çağrılmış, 29 aprel 2020-ci il tarixdən DSX-nin N saylı hərbi hissəində 2-ci sərhəd komendatlığının 11-ci sərhəd zastavasının 1-ci sərhəd döyüş məntəqəsində pulemyotçu vəzifəsində xidmətə başlamış, 23 may 2020-ci il tarixdə xidmət etdiyi postda ona olan psixi təzyiqdən və işgəncələrdən xidmət etdiyi döyüş postunda müəmmalı surətdə ölmüşdür. Belə ki, iddiaçının oğlu döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirərkən deyil, xx.xx.2020-ci il tarixdə xidmətdə olan zaman xidməti istifadə üçün ona təhkim olunmuş AK-74 avtomat silahından atəş açaraq intihar etmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları “X24 Diviziyasının məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, k/6/3330 nömrəli məktubuna əsasən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları “X24 Diviziyasınınmərhum hərbi qulluqçusu X11 xidmət müddəti ərzində Dövlət Sərhədinin müdafiəsi və mühafizəsinə təyin edildiyi, mərhum hərbi qulluqçu X11na xidməti döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı hər hansı bir əmrin verilmədiyi və bu kimi tapşırıqlara cəlb olunmadığı müəyyən edilmişdir. X15 ona təhkim olunmuş silahdan atəş açaraq özünə qəsd etməsi Gəncə Hərbi Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1-1(095)-028/2021 nömrəli Hökmündə də öz əksini tapmışdır. Belə olan halda məhkəmə hesab edir ki, qanunvericilik normalarının təhlili göstərir ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin şəhid hesab olduğunu əhatə edir. X15 şəhid hesab edilməsi üçün hər hansı normativ əsas müəyyən edilməmişdir və ona təhkim olunmuş silahdan atəş açaraq özünə qəsd etməsi şəhid statusu verilməsi üçün əsas ola bilməz. Eyni zamanda, iddiaçı da bununla bağlı hər hansı bir mötəbər sübut təqdim edə bilməmişdir. Belə olan halda, cavabdehin iddiaçıya onun tələb etdiyi arayışı vermək öhdəliyi yoxdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). İPM-ə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). İPM-ə 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, şərh olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocavənd rayon bölməsinə qarşı “şəhid ailəsi statusunun alınması üçün oğlu X15 şəhid hesab olunması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. İş üzrə digər prosessual xərclər yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocavənd rayon bölməsinə qarşı “şəhid ailəsi statusunun alınması üçün oğlu X15 şəhid hesab olunması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar