Məhkəmə qərarları › İş №2-1(120)-2324/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2324/2024

26.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2324/2024 26.11.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2010-cu il tarixli, 02 nömrəli doğum haqqında akt qeydinin ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı “xx.xx.2010-cu il tarixli, 02 nömrəli doğum haqqında şəhadətnamədə doğum yerinin Rusiya Federasiyasının Apatit şəhərinə dəyişdirilməsi üçün vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi” bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-2324/2024 nömrəli qərardadı ilə iddia tələbinə “Cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2010-cu il tarixli, 02 nömrəli doğum haqqında akt qeydinin ləğv edilməsi” kimi baxılması qərara alınmışdır. Şifahi məhkəmə iclasında İddiaçı nümayəndəsi X11 izahatında iddia tələbini müdafiə etdiyini bildirərək, Cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2010-cu il tarixli, 02 nömrəli doğum haqqında akt qeydinin ləğv edilməsini məhkəmədən xahiş etdi. Cаvаbdеh Cavabdehnə məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, cavabdehin nümayəndəsi məhkəmə iclаsınа gəlməmişdir. Cаvаbdеh Cavabdeh məhkəməyə ərizə göndərərək nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə cavabdehin nümayəndəsinin iştirаkı оlmаdаn bахılmаsını mümkün hеsаb еdir. İddia tələbinin məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Masallı Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2-366/2006 nömrəli qətnaməsindən görünür ki, X2 dəyişdirilib Qədirli yazılması, adı və ata adının əvvəlki kimi saxlanılması qət edilmişdir. - xx.xx.2007-ci il tarixli, 343 nömrəli bildirişdən görünür ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2-366/2006 nömrəli qətnaməsinin əsasında X6 yeni “Qədirli” soyadı verilmişdir. - AZ-İİ №385653 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2001-ci il tarixdə Masallı rayonu, Banbaşı kəndində anadan olmuşdur. - AZE 17988922 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X14 xx.xx.2001-ci il tarixdə Masallı rayonu, Banbaşı kəndində anadan olmuşdur. xx.xx.2023-cü il tarixli, AZ-İİ №586889 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə X14 xx.xx.2023-cü il tarixdə nikaha daxil olmuş və sonuncu Nəzərova soyadını qəbul etmişdir. - AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2001ci il tarixdə anadan olmuşdur. - xx.xx.2010-cı il tarixli, 02 nömrəli doğum haqqında akt qeydindən görünür ki, X14 xx.xx.2001-ci il tarixdə Masallı rayonu, Banbaşı kəndində anadan olmuşdur. - Masallı RMX PHŞ-nin xx.xx.2024-cü il tarixli, 18-1-60/2-190/2024 nömrəli məktubdan görünür ki, Masallı rayon Banbaşı kənd sakini xx.xx.1979-cu il təvəllüdlü X3 doğuşu ilə bağlı Masallı RMX PHŞ-nə müraciət daxil olmamışdır. - Masallı RMX PHŞ-nin xx.xx.2024-cü il tarixli, 18-1-60/2-770/2024 nömrəli məktubdan görünür ki, xx.xx.1979-cu il təvəllüdlü Masallı rayon Banbaşı kənd sakini X3 xx.xx.2001-ci il tarixdə Masallı RMX PHŞ-də doğuş etməsi barədə hər-hansı bir məlumat daxil olmamışdır. Həmçinin göstərilən şəxsə xx.xx.2009-cu ildə Banbaşı tibb məntəqəsi tərəfindən verilmiş tibbi arayış barəsində hər-hansı bir məlumat aşkar olunmadı. - xx.xx.2023-cü il tarixli, İ-DP № 859951 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X12 xx.xx.2001-ci il tarixdə Rusiya, Murmansk vilayəti, Apatitı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 2002-ci ilin yanvar ayının 19-cu günündə 31 saylı nömrə ilə qeydə alınmış, ata qrafasında X9, ana qrafasında X1 adı qeyd edilmişdir. - xx.xx.2024-cü il tarixli, A-00825 nömrəli doğum haqqında arayışdan görünür ki, X5 doğumu haqqında Rusiya, Murmansk vilayəti, Apatit şəhər İnzibatçılığı VVAQ şöbəsi tərəfindən tərtib edilmiş 19 yanvar 2002-ci il tarixli, 31 saylı akt qeydi var, doğum tarixi xx.xx.2001-ci il, doğulduğu yer Murmansk vilayəti, Apatitı şəhəri qeyd edilmişdir. - Masallı RMX PHŞ-nin xx.xx.2024-cü il tarixli, 18-1-60/2-1763/2024 nömrəli məktubdan görünür ki, xx.xx.1979-cu il təvəllüdlü Masallı rayon Banbaşı kənd sakini X3 xx.xx.2001-ci il tarixdə Masallı RMX PHŞ-də doğuş etməsi barədə hər-hansı bir məlumat aşkar olunmadı. Göstərilən şəxsə xx.xx.2009-cu ildə Banbaşı tibb məntəqəsi tərəfindən verilmiş tibbi arayış barəsində hər-hansı bir məlumat aşkar olunmadı. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) növündə mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. 4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. 5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Məhkəmə tərəfindən iş materialları araşdırılmış və müəyyən edilmişdir ki, xx.xx.2001-ci il təvəllüdlü Nəzərova (Vəliyeva, Qədirli) X13 şəhəri, Digah küçəsi, ev 4 ünvanında yaşayır, barəsində doğulduğu ildə, yəni 19 yanvar 2002-ci il tarixli, 31 saylı akt qeydi var, doğum tarixi xx.xx.2001-ci il, doğulduğu yer Murmansk vilayəti, Apatitı şəhəri qeyd edilərək tərtib edilmiş və doğum haqqında şəhadətnamə verilmişdir, lakin bir müddət sonra onun barəsində ikinci doğum akt qeydi xx.xx.2010-cu il tarixli, 02 nömrəli aktla qeydə alınması aşkar edilmişdir. xx.xx.2010-cu il tarixli, 02 nömrəli akt qeydinin tərtib olunmasına əsas Banbaşı həkim ambulatoriyasının 26 dekabr 2009-cu il tarixli arayışı, doğum yeri Masallı rayonu, Banbaşı kəndi, akt qeydinin cinsi qrafasında “kişi” qeyd edilməsi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Banbaşı həkim ambulatoriyasının 26 dekabr 2009-cu il tarixli arayışının mövcud olması cavabdeh və həkim ambulatoriyası tərəfindən sübuta yetirilməmiş, bundan başqa Murmansk vilayətinin, Apatit şəhər İnzibatçılığı VVAQ şöbəsi tərəfindən verilmiş doğum haqqında arayışla müəyyən olunur ki, iddiaçının doğulduğu yer Masallı rayonu, Banbaşı qəsəbəsi deyil Rusiya Federasiyasının Murmansk vilayətinin, Apatit şəhəridir. Həmçinin iddiaçı Nəzərova (Vəliyeva, Qədirli) Günəş Fuad qızının cinsinin “kişi” olması müəyyən olunmur. İddiaçı xx.xx.2010-cu il tarixli, 02 nömrəli aktla qeydə alınmış doğum haqqında akt qeydinin ləğv edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Məhkəmə tərəfindən cavabdeh inzibati orqana sorğu verilməsinə baxmayaraq doğum haqqında akt qeydinin tərtib edilməsinə əsas olan sənədləri məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, doğum haqqında akt qeydinin ləğv edilməsi üçün kifayət qədər əsaslar olmuşdur və cavabdeh orqan, müraciətin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Məhkəmə qeyd edir ki, müvafiq qeydiyyatın aparılmasında məqsəd vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Vətəndaşlıq vəziyyəti qeydləri sırasında doğumun qeydiyyatı xüsusi yer alır və bu qeydiyyatın hüquq müəyyənetmə əhəmiyyəti, milli qanunvericiliklə yanaşı, BMT-nin də bir sıra qətnamələrində təsdiq olunmuşdur. Azərbaycan Respublikası İPM-nin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı barəsində tərtib edilmiş Cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2010-cu il tarixli, 02 nömrəli doğum haqqında akt qeydi ləğv edilsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Hakim Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar