Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-2329/2025 02.06.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, məhkəmə iclas katibi Babayeva Gülnarə Eldar qızının katibliyi ilə, İddiaçı1, üçüncü şəxs X1 nümayəndəsi və vəkili Vəkil Tərlan oğlunun iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdehnə qarşı X2 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla qərarın etibarsız hesab edilməsi tələbinə dair inzibati işə məhkəmə binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdehnə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati məhkəməsinə müraciət edərək, Cavabdeh 01 avqust 2004-cü il tarixli 11 saylı qərarının etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı1 məıhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddia tələbinin dəyişdirilməsi ( tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən Cavabdeh 01 avqust 2004-cü il tarixli 11 saylı qərarının, X2 ilə Cavabdeh arasında bağlanmış 01 avqust 2006-cı il tarixli 6 nömrəli icarə müqaviləsinin, torpaq sahəsinin yerquruluşu planının, 23 aprel 2004-cü il tarixli aktın etibarsız hesab edilməsinə və X1 mülkiyyətlərində olan 1,66 ha torpaq sahəsindən istifadə hüququna xitam verilərək çıxarılmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçılar yenidən İPM-nin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi ( tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Cavabdeh 01 avqust 2004-cü il tarixli 11 ssaylı qərarının 01 avqust 2006-cı il tarixli 6 nömrəli və 12 oktyabr 2010-cu il tarixli 21 nömrəli icarə müqaviləsinin, torpaq sahəsinin yerquruluşu planı, 23 aprel 2004-cü il tarixli aktın etibarsız hesab edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İPM 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra məhkəmənin 2-1(120)-5412/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə X2 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuş, İPM-in 49-cu maddəsinə və İPM-nin 47-ci maddəsinə uyğun olaraq xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana və üçüncü şəxsə təqdim edilmiş, cavabdehə iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirmələri təklif olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh inzibati orqanın və üçüncü şəxsin iddia tələbinə dair yazılı mülahizəsi (etirazı) məhkəməyə daxil olmamışdır. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etdi. İddiaçı xx.xx.2025-ci il tarixdə “Elektron məhkəmə” sistemi vasitəsilə məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsini geri qaytararaq işin baxılmamış saxlanmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 ərizəsini müdafiə edərək, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil Tərlan oğlu izahat verərək iddiaçı tərəfindən iddia ərizəsinin geri qaytarılması barədə ərizənin təmin olunmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməklə iş üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəməyə iddianın geri götürülməsi barədə ərizə verdikdə o, iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Həmin səbəbdən də iddiaçının iradəsinə uyğun olaraq məhkəmə iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul etməlidir. İPM-nin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Göstərilənlərə əsasən və İPM-nin 55.5, 80, 81.1, 85.1-cı maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı1 ərizəsi təmin edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdehnə qarşı X2 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla qərarın etibarsız hesab edilməsi tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşidə Quliyeva.
Məhkəmə qərarları › İş №2-1(120)-2329/2025
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-2329/2025
02.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver