Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-2332/2024 16.07.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “sorğunun cavablandırılması və xx.xx.2019-cu il tarixli, 191 nömrəli müqavilə ilə ona verilmiş 22 (iyirmi iki) baş keçi üçün nə qədər vəsaitin ayrılması haqqında məlumatın verilməsi” barədə iddia tələbinə dair işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “sorğunun cavablandırılması və xx.xx.2019-cu il tarixli, 191 nömrəli müqavilə ilə ona verilmiş 22 (iyirmi iki) baş keçi üçün nə qədər vəsaitin ayrılması haqqında məlumatın verilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 2-1(120)-2369/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı sorğunun cavablandırılması və xx.xx.2019-cu il tarixli, 191 nömrəli müqavilə ilə ona verilmiş 22 (iyirmi iki) baş keçi üçün nə qədər vəsaitin ayrılması barədə məlumatın verilməsi barədə iddiası üzrə zəruri cəlb etmə qaydasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 X5 Filialı adi cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-1707/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 X5 Filialı, üçüncü şəxs qismində cəlb edilməklə) qarşı sorğunun cavablandırılması və xx.xx.2019-cu il tarixli, 191 nömrəli müqavilə ilə ona verilmiş 22 (iyirmi iki) baş keçi üçün nə qədər vəsaitin ayrılması barədə məlumatın verilməsi barədə iddia tələbinə dair iş üzrə icraata xitam verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(106)-305/2023 nömrəli qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-1707/2023 nömrəli qərardadı ləğv edilmiş, iş baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) “Məşğulluq” altsistemində xx.xx.2019-cu il tarixdə iş axtaran kimi qeydiyyata alınmışdır. Dövlət Məşğulluq Xidmətinin ləğv edilmiş Sabirabad rayon Məşğulluq Mərkəzi, tərəfindən xx.xx.2019-cu il tarixdə 191 nömrəli müqavilə ilə özünəməşğulluq proqramina cəlb olunaraq 22 (iyirmi iki) baş keçi aktivləri və 400 kq qarışıq yem ilə təmin olunmuşdur. xx.xx.2019-cu il tarixdə 191 nömrəli müqavilə ilə ona verilmiş 22 (iyirmi iki) baş keçi üçün nə qədər vəsait ayrılmışdır. Hər bir keçi üçün ayrılan vəsait göstərilməklə, ümumilikdə nə qədər vəsait ayrılması və ayrılmasına dair sənədlərin surətinin ona təqdim olunmasını xahiş etmişdir. Artıq bu tələblə məhkəməyə 3-cü dəfədirki müraciət edir. Lakin hec bir müraciətimə düzgün cavab verilməmişdir. Bu isə “Vətəndaşların müraciəti haqqında” qanunun tələblərini kobut şəkildə pozur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verdiyim sorğunun cavablandırılması və xx.xx.2019-cu il tarixdə 191 nömrəli müqavilə ilə ona verilmiş 22 (iyirmi iki) baş keçi üçün nə qədər vəsait * ayrılması barədə məlumatın ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 X5 filialının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdiyini və qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 izahat verərək Filialın əməkdaşı tərəfindən iddiaçı ilə əlaqə saxlanılaraq ətraflı söhbət aparılmışdır. Danışıq zamanı istəyinin cəlb olunduğunu özünüməşğulluq proqramı üzrə ona verilən aktivlərin dəyəri barədə məlumatın verilməsinə köməklik göstərilməsindən ibarət olduğunu bildirmişdir. Özünüməşğulluq proqramına cəlb olunan vətəndaşlara aktivlər Nazirlik tərəfindən mərkəzləşdirilmiş şəkildə keçirilən tenderdə qalib gələn təchizatçı şirkət tərəfindən alınaraq təhvil verilir. Dövlət Məşğulluq Xidmətinin ləğv edilmiş Sabirabad rayon Məşğulluq Mərkəzi tərəfindən 29 dekabr 2019-cu il tarixdə 191 nömrəli müqavilə ilə özünüməşğulluq proqramına cəlb olunaraq 22 (iyirmi iki) baş keçi aktivləri və 400 kq qarışıq yem ilə təmin olunmuşdur. Verilən aktivlərə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən kliniki baxış keçirilmiş aktivlərin sağlam olması barədə akt tərtib olunmuşdur. Əlavə olaraq ona aktivlər verilərkən təhvil-təslim ilə bağlı video çəkiliş aparılmış çəkiliş zamanı tam razı qaldığı bildirmişdir. Qeyd edilənləri nəzərə alaraq iddianın iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 191 nömrəli müqavilənin surətindən görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Məşğulluq Xidmətinin Sabirabad rayon Məşğulluq Mərkəzi adından Mərkəzin direktoru X3 ilə İddiaçı arasında özünüməşğulluğa kömək göstərilməsinə dair müqavilə bağlanmışdır. Özünüməşğulluğa kömək göstərilməsinə dair xx.xx.2019-cu il tarixli, 191 nömrəli müqavilənin: 3.2.1-ci bəndinə əsasən əmlakıbiznes-planda göstərilən məqsədlə təyinatına uyğun istifadə etmək; 3.2.2-ci bəndinə əsasən bu Müqavilə bağlandıqdan sonra 5 (beş) iş günü müddətində seçilmiş özünüməşğulluq istiqamətinə uyğun olaraq ailə kəndli təsərrüfatı kimi uçota durmaq və ya sahibkarlıqsubyekti kimi qeydiyyatdan keçmək; 3.2.3-cü bəndinə əsasən bu Müqavilə əsasında verilmiş Əmlakdan 1 (bir) il ərzində üzrlü səbəb olmadan istifadə etmədikdə, həmin Əmlakı və yaxud onun dəyərini Əmlak qaytarılan vaxt müəyyən edilmiş bazar qiymətinə uyğun olaraq Mərkəzin təqdim etdiyi Dövlət Məşğulluq Xidmətinin xəzinədarlıq orqanında olan xəzinə hesabına ödəməklə qaytarmaq; 3.2.4-cü bəndinə əsasən Əmlakıüçüncü şəxslərin istifadəsinə və sərəncamınaverməmək; 3.2.5-ci bəndinə əsasən Əmlakınistifadəsinə verildiyi müddətdə korlanmamasını (məhv olmamasını) təmin etmək; 3.2.6-cı bəndinə əsasən təhvil aldığı Əmlakda hər hansı bir qüsurlar aşkar olunduğu və ya Əmlakın məhv olmasihaSlarında bu barədə dərhal Mərkəzə məlumat vermək, habelə qüsurların və ya məhv olma hallarının yaranmasını və səbəblərini təsdiq edən sənədləri (aktlar, mütəxəssis rəyi, fotoşəkil və s.) Mərkəzə təqdim etmək; 4.2-ci bəndinə əsasən Özünüməşğulluğa cəlb olunmuş şəxs ona verilmiş Əmlaka bu Müqavilə müddətində qəsdən ziyan vurduqda və ya həmin Əmlakdan təyinatı üzrə istifadə etmədikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq vurulmuş ziyanın əvəzini qanunvericiliklə müəyyən edilmiş qaydada ödəməlidir. 5.1-ci bəndinə əsasən tərəflər arasında bu müqavilənin icrası ilə bağlı yaranmış fikir ayrılıqları qarşılıqlı anlaşma, danışıqlar yolu ilə həll edilir. 5.2-ci bəndinə əsasən tərəflər mübahisəni onun yarandığı vaxtdan 30 (otuz) iş günü ərzində danışıqlar yolu ilə həll edə bilmədikdə mübahisələr Azərbaycan Respublikasının mövcud qanunvericiliyə uyğun məhkəmə qaydasında həll edilir. İş materiallarında olan Özünüməşğulluğa kömək göstərilməsinə dair müqaviləyə 1 nömrəli əlavədən görünür ki, özünüməşğulluğa cəlb olunmuş şəxs İddiaçı ilə imzalanmış xx.xx.2019-cu il tarixli, 191 nömrəli müqavilənin 2.2-ci bəndinə əsasən onun istifadəsinə 22 (iyirmi iki) baş keçi aktivləri və 400 kq qarışıq yem verilmişdir. İş materiallarında olan Əmək və Əh alinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 X5 Filialının iddiaçıya ünvanladığı 30 sentyabr 2022-ci il tarixli, **********9 nömrəli məktubundan görünür ki, müraciətinin araşdırılması məqsədilə xx.xx.2022-ci il tarixində Filialın əməkdaşı aparıcı mütəxəssis - X8 tərəfindən (***-***-**-**) telefon (***-***-**-**) əlaqəsi saxlanılaraq onunla ətraflı söhbət aparılmışdır. Danışıq zamanı istəyinin cəlb olunduğunu özünüməşğulluq proqramı üzrə ona verilən aktivlərin dəyəri barədə məlumatın verilməsinə köməklik göstərilməsindən ibarət olduğunu bildirmişdir. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) “Məşğulluq” altsistemində 27 noyabr 2019-cu il tarixdə işaxtaran (işi və qazancı olmayan şəxs) kimi qeydiyyata alınmışdır. Özünüməşğulluq proqramına cəlb olunan vətəndaşlara aktivlər Nazirlik tərəfindən mərkəzləşdirilmiş şəkildə keçirilən tenderdə qalib gələn təchizatçı şirkət tərəfindən alınaraq təhvil verilir. Dövlət Məşğulluq Xidmətinin ləğv edilmiş Sabirabad rayon Məşğulluq Mərkəzi tərəfindən 29 dekabr 2019-cu il tarixdə 191 nömrəli müqavilə ilə özünüməşğulluq proqramına cəlb olunaraq 22 (iyirmi iki) baş keçi aktivləri və 400 kq qarışıq yem ilə təmin olunmuşdur. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 X5 Filialının iddiaçıya ünvanladığı 03 noyabr 2022-ci il tarixli, **********6 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olmuş müraciətə Nazirliyin tabeliyində X4 X5 filialında baxılmışdır. Müraciətin araşdırılması məqsədilə xx.xx.2022-ci ii tarixində Fiiialın əməkdaşı böyük mütəxəssis - X8 tərəfindən (***-***-**-**) telefon (***-***-**-**) əlaqəsi saxlanılaraq onunla ətraflı söhbət aparılmışdır. Danışıq zamanı istəyinin cəlb olunduğu özünüməşğulluq proqramı üzrə verilən aktivlərin dəyəri barədə məlumatın verilməsinə köməklik göstərilməsindən ibarət olduğunu bildirmişdir. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) “Məşğulluq” altsistemində 27 noyabr 2019-cu il tarixdə işaxtaran (işi və qazancı olmayan şəxs) kimi qeydiyyata alınmışdır. Özünüməşğulluq proqramına cəlb olunan vətəndaşlara aktivlər Nazirlik tərəfindən mərkəzləşdirilmiş şəkildə keçirilən tenderdə qalib gələn təchizatçı şirkət tərəfindən alınaraq təhvil verilir. Dövlət Məşğulluq Xidmətinin ləğv edilmiş Sabirabad rayon Məşğulluq Mərkəzi tərəfindən 29 dekabr 2019-cu il tarixdə 191 nömrəli müqavilə ilə özünüməşğulluq proqramına cəlb olunaraq 22 (iyirmi iki) baş keçi aktivləri və 400 kq qarışıq yem ilə təmin olunmuşdur. Verilən aktivlərə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən kliniki baxış keçirilmiş aktivlərin sağlam olması barədə akt tərtib olunmuşdur. Əlavə olaraq ona aktivlər verilərkən təhvil-təslim ilə bağlı video çəkiliş aparılmış çəkiliş zamanı tam razı qaldığı bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********1 nömrəli məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olmuş müraciətə aidiyyəti üzrə baxılmışdır. Nazirliyin tabeliyində X4 X5, filialında işaxtaran kimi qeydiyyata alınaraq özünüməşğulluq proqramında iştirak etmək üçün müraciət etmişdir. Seçim mərhələsindən sonra sözügedən proqramda iştirakı məqsədəmüvafiq hesab edilmiş və xx.xx.2019-cu il tarixdə təşkil olunmuş təlim kursunda iştirak edərək biznes planını uğurla müdafiə etmişdir. xx.xx.2019-cu il tarixdə müvafiq aktı imzalamaqla təchizatçı şirkət tərəfindən aktivlərlə təmin olunmuşdur. Eyni zamanda, aktivlərin dəyərinin özünüməşğulluq proqramına cəlb edilmiş şəxslərin müdafiə etdiyi biznes planındakı məbləğlər əsasında deyil, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq imzalanan müqavilə əsasında müəyyən olunduğu izah edilmişdir. Agentliyin təqdim etdiyi məlumata əsasən ona verilmiş aktivlərin tələf olması ilə bağlı Filiala heç bir sənəd təqdim etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17- 2/2-15694/2023 nömrəli məktubunda qeyd olunmuşdur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və üçüncü şəxs qismində Nazirliyin tabeliyində X4 X5 filialına qarşı “sorğunun cavablandırılması və xx.xx.2019-cu il tarixli, 191 nömrəli müqaviiə ilə ona verilmiş 22 (iyirmi iki) baş keçi üçün nə qədər vəsaitin ayrılması barədə məlumatın ona verilməsi barədə” iddia tələbi ilə əlaqədar inzibati məhkəmə işi üzrə tərəfindən Nazirliyə ünvanlanan 23 dekabr 2022-ci il tarixli, 2-1(120)- 3469/2022 nömrəli məhkəmə sorğusuna Agentlikdə baxılmışdır. İddiaçı teleqram vasitəsilə etmiş olduğu xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müraciətləri uyğun olaraq xx.xx.2022 tarixli **********9 nömrəli, xx.xx.2022-ci il tarixli **********5 nömrəli, xx.xx.2022-ci il tarixli **********9 nömrəli və xx.xx.2022-ci il tarixli **********6 nömrəli məktublarla cavablandırılmışdır. Özünüməşğulluq proqramı çərçivəsində xx.xx.2019-cu il 191 nömrəli tarixli müqaviləyə əsasən “Keçiçilik təsərrüfatı” zərfinə daxil olan əmlaklar (20 baş keçi, 2 baş təkə) İddiaçı istifadəsinə verilmişdir. Qanunvericiliyə uyğun olaraq tərəflərarası müqaviləyə əsasən xx.xx.2021-ci il tarixdə vətəndaşın fəaliyyətinə yekun monitorinq keçirilmiş və əmlaklar İddiaçı mülkiyyətinə verilmişdir. İş materiallarında olan Əmək və Əh alinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 X5 Filialının iddiaçıya ünvanladığı 12 oktyabr 2023-cü il tarixli, 3-17-2/2-S-62656/2023 nömrəli məktubundan görünür ki, müraciətinin araşdırılması məqsədilə 11 oktyabr 2023-cü il tarixdə Filialın əməkdaşı tərəfindən (***-***-**-**) telefon (***-***-**-**) əlaqəsi saxlanılaraq onunla ətraflı söhbət aparılmışdır. Danışıq zamanı istəyinin cəlb olunduğunu özünüməşğulluq proqramı üzrə ona verilən aktivlərin dəyəri barədə məlumatın verilməsinə köməklik göstərilməsindən ibarət olduğunu bildirmişdir. Özünüməşğulluq proqramına cəlb olunan vətəndaşlara aktivlər Nazirlik tərəfindən mərkəzləşdirilmiş şəkildə keçirilən tenderdə qalib gələn təchizatçı şirkət tərəfindən alınaraq təhvil verilir. Dövlət Məşğulluq Xidmətinin ləğv edilmiş Sabirabad rayon Məşğulluq Mərkəzi tərəfindən 29 dekabr 2019-cu il tarixdə 191 nömrəli müqavilə ilə özünüməşğulluq proqramına cəlb olunaraq 22 (iyirmi iki) baş keçi aktivləri və 400 kq qarışıq yem ilə təmin olunmuşdur. Verilən aktivlərə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən kliniki baxış keçirilmiş aktivlərin sağlam olması barədə akt tərtib olunmuşdur. Əlavə olaraq ona aktivlər verilərkən təhvil-təslim ilə bağlı video çəkiliş aparılmış çəkiliş zamanı tam razı qaldığı bildirmişdir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Göründüyü kimi, inzibati münasibətlər (publik hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt, yəni inzibati orqan iştirak edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu inzibati orqanlar tərəfindən yalnız publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. İnzibati orqanların inzibati aktların verilməsi, icra olunması və ləğv edilməsi ilə bağlı (faktiki xarakterli hərəkətləri də daxil olmaqla) fəaliyyəti inzibati mübahisənin predmetini təşkil edə bilər. İnzibati mübahisələrin səciyyəvi xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, onun tərəfləri əvvəlcədən qeyri-bərabərdirlər, onlardan biri suverenlik daşıyıcısıdır və həmin tərəf (inzibati orqan) digərinə (fiziki və ya hüquqi şəxs) münasibətdə hakimiyyət səlahiyyətlərinə malikdir. İnzibati Prosessual Məcəllə inzibati orqanlarla fiziki və ya hüquqi şəxslər arasında inzibati hüquq münasibətləri ilə bağlı yaranan mübahisələrə məhkəmə tərəfindən baxılması və həll edilməsi prosesini tənzimləyir. Mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir, xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: Bənd 1.1. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır Bənd 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır Bənd 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 2.1. Azərbaycan Respublikasında informasiyanın əldə olunması azaddır. 2.2. Hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir. 2.3. İnformasiya sahibinə müraciət edən hər kəs: 2.3.1. sorğu edilən informasiyanın informasiya sahibində olub-olmadığını öyrənmək, bu informasiya olmadıqda onu əldə etmək üçün yardımçı məlumatlar almaq; 2.3.2. informasiya sahibi sorğu edilən informasiyaya malik olduqda onu sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə əldə etmək hüququna malikdir. 2.4. Fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır. 2.4-1. İnformasiyanın əldə edilməsinə o şərtlə icazə verilir ki, bu, Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi, maliyyə-kredit və valyuta siyasəti sahələrində maraqlarının qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın mühafizəsi, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin, cinayət işləri üzrə ibtidai araşdırmanın normal gedişinin təmin edilməsi məqsədlərinə zidd olmasın.[1] 2.5. İnformasiya sahiblərindən bu Qanunun tələblərinə uyğun olaraq əldə edilmiş sənədləşdirilmiş informasiyadan, digər məqsədlər, o cümlədən kommersiya məqsədləri üçün törəmə informasiya məhsulunun yaradılmasına bu şərtlə icazə verilir ki, törəmə informasiya yaradılarkən ilkin mənbəyə istinad edilsin. İddiaçı informasiya sorğusunun inzibati orqan tərəfindən cavablandırılmasını tələb edir. Lakin informasiya sorğusuna baxılan zaman iddiaçının həmin sorğunu hansı məqsədlə, hansı hüquqi marağa əsasən tələb olunduğunun qeyd edilmədiyi müəyən edilir. İlk növbədə məhkəmə iddiaçının tələbi üzrə hüquqi marağının müəyyən edilməsi istiqamətində araşdırma aparmış, tərəflərlə müzakirələr aparmış və müəyyən edilmişdir ki, iddiaçının hüquqi marağı müqavilənin şərtlərinə düzgün əməl edilməməsi, bu səbəbdəndə ona maddi ziyan dəyməsi olmuşdur. Belə ki, iddiaçı hal-hazırki tələblə 22 (iyirmi iki) baş keçi üçün nə qədər vəsaitin ayrılması haqqında məlumatın əldə etməklə gələcəkdə cavabdehə qarşı yeni bir dəymiş ziyanla bağlı tələbini irəli sürmək istəyir. İş materiallarına əlavə edilən sənədlərə əsasən qeyd edilən aktivlərin mərkəzləşdirilmiş şəkildə keçirilən tenderdə qalib təchizatçı şirkət tərəfindən alınaraq vətəndaşlara təhvil verildiyi müəyyən edilir. Eləcə də, həmin alınan aktivlərə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən kliniki baxış keçirilərək aktivlərin sağlam olması barədə akt tərtib edildiyi, iddiaçıya təhvil verilən zaman təhvil-təslim ilə bağlı video çəkilisi aparıldığı, iddiaçı tərəfindən aktivlərdən tam razı qalındığı ilə bağlı çıxışının olduğu və təhvil-təslim aktının tərəfindən imzalandığı müəyyən edilir. İddiaçı müqavilənin şərtlərinin pozulduğunu iddia etdiyi təqdirdə müqaviləni və ona dəymiş ziyanı mübahisələndirmək hüququ vardır. Digər tərəfindən hər hansısa bir cinayət əməlinin olduğunu iddia etdiyi təqdirdə müvafiq orqanlara şikayət etmək hüququda məhkəmə iclaslarında tərəfə izah edilmişdir. Məhkəmə hesab edir ki, hal-hazırki tələblə bağlı aktivlərin dəyəri ilə bağlı informasiyanın əldə edilməsi iddiaçının hüquq və azadlıqlarının həyata keçirilməsi və ya vəzifələrinin realizəsi baxımından heç bir mahiyyət müəyyən etmir. Tərəflər arasında bağlanılna müqavilədəndə göründüyü kimi müqavilə 1 il müddətinə əvəzsiz qaydada bağlanılmış və tərəflərin hüquq və vəzifələri aydın şəkildə qeyd edilmişdir. Nəzərə almaq lazımdır ki, tələb olunan məlumatın verilməsinə dair sorğunun məqsədi, sorğu edilən məlumatın mahiyyəti, məlumatın əldə edilməsində sorğu edən şəxsin hüquqi marağı sorğuda əsaslandırılmalıdır. Başqa sözlə, iddiaçı sorğu vasitəsi ilə tələb etdiyi məlumatları əldə etməkdə müəyyən legitim və əsaslı məqsəd güdməli, həmin məlumatların təqdim olunması onun hüquqi marağı baxımından zəruri olmalı, müəyyən xidməti və ya ictimai ehtiyacların təmin olunması maraqlarından (məsələn, Limanın fəaliyyəti ilə bağlı hər hansı tədqiqat layihəsi üçün lazım olması və həmin tədqiqat haqqında məlumatı ictimaiyyətə çatdırmaq məqsədilə sorğu edilməsinə dair maraqlardan) irəli gəlməlidir. Hazırkı mübahisəyə münasibətdə həmin məlumatların əldə olunmasında iddiaçı öz dəqiq məqsədi, tələb edilən məlumatların onun ifadə azadlığı hüququnun həyata keçirilməsində kəsb etdiyi əhəmiyyəti, hüquqi marağı baxımından məlumatların əldə olunmasının zəruriliyi barədə nə inzibati orqana, nə də məhkəməyə açıqlama verməmiş və bunu dəqiqliklə, ifadə etməmişdir. Qeyd olunmalıdır ki, iddiaçı tərəfindən ümumi şəffaflıq və informasiya əldə etmək hüququna istinad olunması həmin məlumatların tələb edilməsi üçün yetərli sayıla bilməz. Bu baxımdan xüsusi olaraq vurğulamaq lazımdır ki, məlumat əldə etmək hüququ heç bir ehtiyac və zərurət olmadan, şəxsin hüquqi maraqlarının təmin olunması məqsədi güdmədən hər bir halda informasiya tələb etmək anlamında qiymətləndirilə bilməz. Məhkəmənin bu yanaşması İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Ağalıyev Azərbaycana qarşı” 8135/12 nömrəli, 10 yanvar 2023-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə də uyğundur. Avropa Məhkəməsinin həmin hüquqi mövqeyinə görə, “Məhkəmə “axtarılan məlumatın mahiyyəti” ilə bağlı əlavə müvafiq kontekstual təfərrüatlar olmadan ərizəçinin tələb etdiyi bütün məlumatların, məsələn, AzTV-nin yanacaq və təmir xərcləri və vebsaytın saxlanması xərcləri ilə bağlı məlumatların mütləq ictimai maraq doğuran məsələlər olmaları barədə ərizəçinin iddialarını qəbul edə bilməz. Eynilə, ərizəçinin verdiyi sualların xüsusiyyətlərini və təfərrüatlı xarakterini nəzərə alaraq, məlumatların “mövcud və əlçatan” olub-olmaması sualı yaranır. Sonuncu meyarla əlaqədar olaraq, Məhkəmə təkrar edir ki, Konvensiya ərizəçinin sorğusu üzrə məlumat toplamaq və onu ərizəçinin istədiyi xüsusi formada təqdim etmək öhdəliyi qoymur. Bununla belə, Məhkəmə yuxarıda qeyd edilən iki meyarın yerinə yetirilib-yetirilmədiyini təfərrüatlı formada araşdırmağı zəruri hesab etmir, belə ki, hazırkı işin halları ilə sıx əlaqəli olan məlumat əldə edilməsinə dair sorğunun məqsədi və ərizəçinin roluna dair vacib meyarların təmin olunması iş materialları ilə sübut olunmur. Məlumat əldə edilməsinə dair sorğuların məqsədinə gəldikdə, Məhkəmə bir daha bildirir ki, bu meyarın təmin olunmuş hesab edilməsi üçün ərizəçinin Məhkəmə qarşısındakı icraatda mübahisəli sorğunun verilməsinə dair öz məqsədini ilk dəfə izah etməsi kifayət deyildir. Sorğunu verən şəxs ilk növbədə, müvafiq daxili orqanlar qarşısında, digər məsələlərlə yanaşı, informasiyanın əldə olunması və ictimaiyyətə çatdırılmasında onun xüsusi rolunun sorğu edilən məlumatın mahiyyəti ilə hansı dərəcədə uyğunluğunu göstərməklə sorğunun dəqiq məqsədini və hansı səbəblə onun ifadə azadlığı hüququnun həyata keçirilməsində mühüm əhəmiyyət kəsb etdiyini kifayət qədər izah etməlidir. Ərizəçinin ümumi şəffaflıq prinsipinə əsasən müəyyən məlumatların əlçatan olması barədə mücərrəd fikirləri kifayət deyildir. Bundan əlavə, məlumatın “əldə edilməsində və ictimaiyyətə çatdırılmasında” sorğu verən şəxsin rolu xüsusi əhəmiyyət kəsb edir. Əsas məqam, sözügedən məlumatı əldə etmək istəyən şəxsin ictimai “gözətçi” kimi bunu jurnalistləri, QHT-ləri, akademik tədqiqatçıları, ictimai maraq doğuran məsələlərə dair ədəbiyyat müəlliflərini və müəyyən hallarda bloggerləri əhatə edən, lakin bununla məhdudlaşmayan ictimaiyyəti məlumatlandırmaq məqsədi ilə edib-etməməsidir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə əsas kimi gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-108/2024 saylı, xx.xx.2023-cü il tarixli qərarında da yuxarıda qeyd edilən mövqedən çıxış etmişdir. İş materiallarından ərizəçinin əldə etmək istədiyi məlumatların onun ifadə azadlığı hüququnun həyata keçirilməsində nə üçün mühüm rol oynadığı müəyyən edilmir və buna görə də ona bu məlumatların verilməsindən imtina edilməsi 10-cu maddəyə əsasən ərizəçinin ifadə azadlığı hüququna müdaxilə təşkil etmir. Eləcə də, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1ci maddəsinə əsasən Məhkəmənin, nəzarət orqanının, Azərbaycan Respublikasının Hesablama Palatasının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qanunla müəyyən edilmiş hüquq və vəzifələrinin icrası ilə bağlı məlumatların açıqlanması halları istisna olmaqla, satınalan təşkilat digər hallarda təchizatçıların kommersiya sirri təşkil edən və ya qanunla qorunan digər məlumatlarını açıqlamır və onları məxfi (konfidensial) saxlayır. “Kommersiya sirri haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən hüquqi və fiziki şəxslərin bank sirrini təşkil edən məlumatlarının qorunması və istifadəsi müvafiq qanunvericiliklə tənzimlənir və həmin məluatlar kommersiya sirri hesab olunur. Beləliklə məhkəmə hesab edir ki, dövlət satınalmaları ilə əlaqədar qanunvericilikdə müvafiq satınalmalarla bağlı ümumi məlumatların dövlət satınalmalarının vahid internet portalı vasitəsilə həyata keçirilməsi təsbit edilmiş və bu tipli məlumatların müvafiq məhdudiyyətlər tətbiq edilməklə açıqlandığı müəyyən edilmişdir. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinə əsasən həmin Qanunun 29.1-ci maddəsində göstərilən ictimai informasiyalar bu Qanunun 22.4-cü maddəsində nəzərdə tutulan hallardan başqa, informasiya sorğusunun predmeti ola bilməz. Konvensiyanın 10-cu maddəsi şəxslərə dövlət orqanında olan məlumatları əldə etmək hüququnu vermir və dövləti həmin şəxsə belə məlumatları verməyə məcbur etmir. Bununla belə, birincisi qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə belə məlumatların açıqlanması tələb olunduqda və ikincisi, informasiyanın əldə edilməsi fərdin ifadə azadlığı hüququnu həyata keçirməsi üçün bir vasitə olduğu halda, belə bir hüquq və ya öhdəlik yarana bilər. Məlumat verilməsindən imtina edilməsinin ərizəçinin ifadə azadlığı hüququna müdaxilə olub-olmaması və ya hansı dərəcədə müdaxilə təşkil etməsi hər bir fərdi işə əsasən və həmin işin xüsusi halları nəzərə alınmaqla qiymətləndirilməlidir. Konvensiyanın 10-cu maddəsinin dövlət orqanlarının məlumatı açıqlamaqdan imtinasına şamil edilibedilmədiyini müəyyən etmək üçün aşağıdakı meyarlar müəyyənləşdirilmişdir: (a) məlumatın verilməsinə dair sorğunun məqsədi; (b) sorğu edilən məlumatın mahiyyəti; (c) məlumatın “qəbul edilməsində və ictimaiyyətə çatdırılmasında” sorğu edən şəxsin xüsusi rolu və (d) sorğu olunan məlumatın mövcudluğu və əlçatanlığı.” Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Məhkəmə tərəfindən iddiaçıya 14 may 2024-cü il tarixli, 2-1(120)-3223/2024 nömrəli hüquqi yardım məktubu ünvanlanaraq, həmin hüquqi yardım məktubuna münasibət bildirmək təklif olunmuş, lakin iddiaçı hüquqi yardım məktubuna heç bir münasibət bildirilməmişdir. Eyni zamanda məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı hazırkı iddianı qaldırmağa subyektiv hüququ olmadığından iddiası mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-2332/2024
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-2332/2024
16.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver