Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2333/2023 29.08.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal оğlunun sədrliyi, Məhkəmə iclas katibi X9 оğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “11 iyun 2003-cü il tarixli, 14 nömrəli ölüm aktı üzrə ölən şəxsin adının “Fatimə”dən “Aidə”yə, təvəllüdünün “02 fevral 1989-cu il” tarixdən “01 noyabr 1991-ci il” tarixə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Şirvan şəhərində məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “mərhum qızı X2 adına ölüm haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 29 avqust 2023-cü il tarixli, 2-1(120)-2333/2023 nömrəli qərardadı ilə iddia tələbinə “11 iyun 2003-cü il tarixli, 14 nömrəli ölüm aktı üzrə ölən şəxsin adının “Fatimə”dən “Aidə”yə, təvəllüdünün “02 fevral 1989-cu il” tarixdən “01 noyabr 1991-ci il” tarixə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İşin qısa mahiyyəti ondan ibarətdir ki, övladı X4 xx.xx.2003-cü il tarixdə vəfat etmişdir. Digər qız övladı X3 xx.xx.1989-cu ildə anadan olmuşdur, hazırda həyatdadır və ailəsi ilə birlikdə Salyan rayonunda yaşayır. X2 adına ölüm haqqında şəhadətnamə almaq istəyərkən digər qızı X1 adına ölüm haqqında şəhadətnamə verilmiş, X2 adına isə sağdır kimi arayış verilmişdir. Sabirabad rayon İcra Hakimiyyətinin Moranlı Kənd İcra Nümayəndəliyi tərəfindən X2 barəsində ölüm akt qeydi tərtib olunarkən 11 iyun 2003-cü il tarixli, 14 nömrəli ölüm akt qeydində ölən şəxsin adı “Aidə” əvəzinə “Fatimə”, təvəllüdü isə “01 noyabr 1991-ci il” əvəzinə “02 fevral 1989-cu il” tarixi qeyd edilmişdir. İddiaçı müvafiq sənədlər əsasında ölüm haqqında akt qeydində düzəliş edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Odur ki, hazırkı inzibati mübahisə yaranmışdır. Şifahi məhkəmə iclasında İddiaçı izahatında iddia tələbini müdafiə etdiyini bildirərək, 11 iyun 2003-cü il tarixli, 14 nömrəli ölüm aktı üzrə ölən şəxsin adının “Fatimə”dən “Aidə”yə, təvəllüdünün “02 fevral 1989-cu il” tarixdən “01 noyabr 1991-ci il” tarixə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cаvаbdеh Cavabdehnə məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, cavabdehin nümayəndəsi məhkəmə iclаsınа gəlməmişdir. Məhkəmə Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə cavabdehin nümayəndəsinin iştirаkı оlmаdаn bахılmаsını mümkün hеsаb еdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci il tarixdə anadan olmuş, Sabirabad rayonu, Sarxanbəyli kəndində qeydiyyatdadır. - 11 iyun 2003-cü il tarixli, 14 nömrəli ölüm haqqında akt qeydindən görünür ki, X1 xx.xx.2003-cü ildə vəfat etməsi barədə qeydiyyat aparılmışdır. - xx.xx.2023-cü il tarixli, 05/69-56 nömrəli arayışdan görünür ki, X1 xx.xx.2003-cü ildə vəfat etməsi barədə qeydiyyat aparılmışdır. - xx.xx.2023-cü il tarixli, 05/69-55 nömrəli arayışdan görünür ki, X2 xx.xx.1991-ci ildə anadan olması barədə qeydiyyat aparılmışdır. - AZE 14362131 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1989-cu il tarixdə Sabirabad rayonu, Sarxanbəyli kəndində anadan olmuş, ailəlidir, ünvan 1 ünvanında qeydiyyatdadır. AZE 14362131 nömrəli şəxsiyyət vəsiqəsinin verilmə tarixi xx.xx.2014-cü il kimi qeyd edilmişdir. xx.xx.2022-ci il tarixdə Sarxanbərli kəndinin sakinlərinin iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, X3 xx.xx.1989-cu ildə Sarxanbəyli kəndində anadan olmuş və halhazırda ailəsi ilə birlikdə Salyan rayonunda yaşayır. İddiaçı 1991-ci il təvəllüdlü qızı X4 xx.xx.2003-cü ildə vəfat etmişdir və hal-hazırda qəbri Sarxanbəyli kənd qəbiristanlığındadır. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) növündə mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. 4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. 5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının övladı X2 barəsində Sabirabad rayon İcra Hakimiyyətinin Moranlı Kənd İcra Nümayəndəliyi tərəfindən ölüm akt qeydi tərtib olunarkən 11 iyun 2003-cü il tarixli, 14 nömrəli ölüm akt qeydində ölən şəxsin adı “Aidə” əvəzinə “Fatimə”, təvəllüdü isə “01 noyabr 1991-ci il” əvəzinə “02 fevral 1989-cu il” tarixi qeyd edilmişdir. İddiaçı müvafiq sənədlər əsasında ölüm haqqında akt qeydində düzəliş edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamənin (Ümumi müddəalar) 2.2.2-ci bəndinə əsasən vətəndaşın doğum haqqında şəhadətnaməsi ilk dəfə şəxsiyyət vəsiqəsinin verilərkən tələb olunan sənədlərdən biridir. 11 iyun 2003-cü il tarixli, 14 nömrəli ölüm akt qeydində iddiaçının övladı ölən şəxsin adı “Aidə” əvəzinə “Fatimə”, təvəllüdü isə “01 noyabr 1991-ci il” əvəzinə “02 fevral 1989-cu il” tarixi qeyd edilmiş, iddiaçı isə uzun illər ərzində müvafiq sənədlərdə icra edilmiş qeydlərin düzgünlüyünə etimad göstərmişdir. Buna görə də məhkəmə hesab edir ki, 11 iyun 2003-cü il tarixli, 14 nömrəli ölüm aktı üzrə ölən şəxsin adının “Fatimə”dən “Aidə”yə, təvəllüdünün “02 fevral 1989-cu il” tarixdən “01 noyabr 1991-ci il” tarixə düzəliş edilməsi üçün kifayət qədər əsaslar olmuşdur və cavabdeh orqan, müraciətin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Məhkəmə qeyd edir ki, müvafiq qeydiyyatın aparılmasında məqsəd vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Vətəndaşlıq vəziyyəti qeydləri sırasında doğumun qeydiyyatı xüsusi yer alır və bu qeydiyyatın hüquq müəyyənetmə əhəmiyyəti, milli qanunvericiliklə yanaşı, BMT-nin də bir sıra qətnamələrində təsdiq olunmuşdur. Azərbaycan Respublikası İPM-nin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə qərara aldı: İddia təmin edilsin. 11 iyun 2003-cü il tarixli, 14 nömrəli ölüm aktı üzrə ölən şəxsin adının “Fatimə”dən “Aidə”yə, təvəllüdünün “02 fevral 1989-cu il” tarixdən “01 noyabr 1991-ci il” tarixə düzəliş edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Hakim Şahəli Musayev
Məhkəmə qərarları › İş №2-1(120)-2333/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2333/2023
29.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver