Məhkəmə qərarları › İş №2-1(120)-2333/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-2333/2025

18.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-2333/2025 18.04.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “cavabdeh orqanın hərəkətlərini qanunsuz hesab etməklə torpağın mülkiyyətə verilməsinə dair JN-333A kod 80505018 şəhadətnaməyə əsasən mərhum X8 (sənəddə Mozi kimi yazılmışdır) qızının, İddiaçı, X3, X2, X1 mülkiyyətinə verilmiş Masallı rayonu Dədəlan kəndində yerləşən 0,29 ha torpaq sahəsinin ölmüş şəxsə X4 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “cavabdeh orqanın hərəkətlərini qanunsuz hesab etməklə torpağın mülkiyyətə verilməsinə dair JN-333A kod 80505018 şəhadətnaməyə əsasən mərhum X8 (sənəddə Mozi kimi yazılmışdır) qızının, İddiaçı, X3, X2, X1 mülkiyyətinə verilmiş Masallı rayonu Dədəlan kəndində yerləşən 0,29 ha torpaq sahəsinin ölmüş şəxsə X4 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. İşin hallarının araşdırılması məqsədilə iş üzrə xx.xx.2025-ci il, xx.xx.2025-ci il, tarixlərə məhkəmə iclasları təyin edilmiş və iddiaçının ünvanına bu barədə bildiriş göndərilmişdir, lakin iddiaçı tərəf məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçıya göndərilmiş xx.xx.2025-ci il tarixli bildirişdə, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən artıq müddət ərzində məhkəmə icraatından yayındığı halda iddianın geri götürülmüş sayılması ona bildirilmişdir. Bundan başqa iddiaçıya SMS xəbərdarlığı AZEMİS vasitəsi ilə məhkəmə iclasının vaxtı və yeri barədə SMS bildiriş göndərilmişdir. Göründüyü kimi (sərəncam, xəbərnamə və məhkəmə iclas protokollarından məlum olur), məhkəmənin tələbinə baxmayaraq, iddiaçılar 30 gündən artıq müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınmışdırlar. İPM-in 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “cavabdeh orqanın hərəkətlərini qanunsuz hesab etməklə torpağın mülkiyyətə verilməsinə dair JN-333A kod 80505018 şəhadətnaməyə əsasən mərhum X8 (sənəddə Mozi kimi yazılmışdır) qızının, İddiaçı, X3, X2, X1 mülkiyyətinə verilmiş Masallı rayonu Dədəlan kəndində yerləşən 0,29 ha torpaq sahəsinin ölmüş şəxsə X4 məxsus olması barədə arayışın verilməsi” öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi geri götürülmüş sayılmalı və iş üzrə icraata xitam verilməlidir. İPM-in 81.1-ci maddəsinə görə inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları tərəfindən baxılır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2014-cü il tarixli Qərarının 2-ci bəndində belə qənaətə gəlinmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququ təmin olunmalıdır. İddia ərizəsinə iddiaçı tərəfindən sübutlar əlavə edilməmişdir. Eləcə də, tələbi qeyrimüəyyən olmuşdur. Məhkəmə tərəfindən ünvanlanan hüquqi yardıma uyğun bir daha iddiaçıya izah olunur ki, o, gələcəkdə məhkəmə tərəfindən edilən hüquqi yardıma əsasən müvafiq sübutlarla və düzgün tələblə inzibati orqana müraciət etməli, tələbindən imtina olunacağı təqdirdə tələbini dəqiqləşdirərək eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə iddia ilə məhkəməyə müraciət etməlidir. Tələbi müvafiq sənədlərin şəxsə məxsusluğu və ya digər əsaslar üzrə fakt təsdiqi ilə bağlı olarsa o halda ümumi (rayon/şəhər) məhkəməsinə müraciət etmək hüququda izah olunmalıdır. Göstərilənlərə əsasən və İPM-in 55.3, 55.5 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “cavabdeh orqanın hərəkətlərini qanunsuz hesab etməklə torpağın mülkiyyətə verilməsinə dair JN-333A kod 80505018 şəhadətnaməyə əsasən mərhum X8 (sənəddə Mozi kimi yazılmışdır) qızının, İddiaçı, X3, X2, X1 mülkiyyətinə verilmiş Masallı rayonu Dədəlan kəndində yerləşən 0,29 ha torpaq sahəsinin ölmüş şəxsə X4 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi geri götürülmüş sayılsın və iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar