Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2334/2025 29.09.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi, Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “müharibə veteranı adının və vəsiqənin verilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, 09 oktyabr 1993-cü il tarixdə Beyləqan rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağrılmışdır. Hərbi xidməti N saylı hərbi hissədə başlamışdır. Cəbrayıl, Füzuli, Kəlbəcər rayonları ərazisindəhərbi hissənin tərkibində döyüşlərdə iştirak etmişdir. 1994-cü ildə atəşkəs olunana kimi hərbi hissənin apardığı bütün döyüş əməliyyatlarında iştirak etmişdir. Dəfələrlə yanında ağır silah mərmiləri partlamış və bunun nəticəsində qardaşı Hüseynov Əziz kar olmuşdur. Hal-hazırda eşitmə qabiliyyəti yoxdur. O, oktyabr 1993-cü ildən 1994-cü ilin yanvar ayına kimi 188 saylı, 1994-cü ilin yanvar ayından isə N nömrəli hərbi hissənin tərkibində xidmət edərək, həmin hissənin apardığı bütün döyüş əməliyyatlarında da iştirak etmişdir. Dəfələrlə müraciət etməyinə baxmayaraq, ona müharibə vetranı adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyindən ona bildirilmişdir ki, guya o, xx.xx.1994cü ildə hərbi hissəni özbaşına tərk etmişdir. Halbuki, o 1997-ci ilin iyul ayına kimi hərbi xidmətdə olmuşdur, heç vaxt hərbi hissəni öz başına tərk etməyərək, hərbi hissənin tərkibində hərbi əməliyyatlarda iştirak etməyinə baxmayaraq, onun hüquqları pozulmuş və ona müharibə vetranı adı və vəsiqəsi verilməmişdir. İddiaçı məxsus AO seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, həqiqətən də o xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Füzuli, Cəbrayıl və Kəlbəcər istiqəmətində gedən döyüşlərdə iştirak etmişdir. Bu səbəbdən də o eyni iddia tələbi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi əsasında aparılmış araşdırmanın nəticəsi olaraq, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1 (120) 384/2024 saylı Qərardadı ilə iddia qismən təmin edilmiş və məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyulmuşdur. Məhkəmənin bu qərarından sonra o təkrarən sənədlərlə birlikdə Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli Qərarının surətini də əlavə etməklə sənədlərini yenidən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “Müharibə Veteranı” adı və vəsiqəsi verilməsi Komissiyasına göndərmiş olsa da Azərbaycan Respublikası Müdafiə Nazirliyin xx.xx.2024-cü il tarixli, 3-25-2/2-H-74xx.xx/2024 saylı məktubu ilə ona bildirmişdir ki onun tərəfindən göndərilmiş sənədlərə Müdafiə Nazirliyinin aparatı nazirlikləri ona bildirmişdir ki, döyüş əməliyyatlarının aparıldığı dövrdə əməliyyatlara cəlb edilmiş hərbi hissələrin tərkibində xidməti barədə təqdim edilmiş sənədlərdə və qərarda qeyd edilmiş məlumatlara əsasən N nömrəli hərbi hissənin tərkibində xidmət keçən zaman hərbi hissəni özbaşına tərk etdiyiniz üçün xx.xx.1994-cü il tarixdən şəxsi heyətin siyahısından çıxarıldığına görə ona “ Müharibə Veteranı“ adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Füzuli Hərbi Prokurorluğunun arayışından da görünür ki, barəsində heç bir cinayət işi açılmamışdır. Əgər həqiqətən də o hərbi hissəni özbaşına tərk etmiş olsaydı hərbi prokurorluq tərəfindən cinayət işi açılmış olardı. Sənədləşmə zamanı hansısa səhv qeyd onun barəsində qeyri qanuni qərar qəbul edilməsinə səbəb olmuşdur. Yuxarıda qeyd etdiklərinə uyğun olaraq, o təkrarən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. Belə ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə isəqeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən: 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının X2 Dövlət Agentliyivə hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buaxılmasdır.Normanı ümumiləşdirərək qeyd etmək istəyirəm ki, şəxsə Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfumuna Aəzrbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivin xx.xx.2025-ci il tarixli 3-25-29/2-274/2025 nömrəli arxiv arayışından da göründüyü kimi iddiaçı N nömrəli hərbi hissə komandirinin 12.10,1993-cü il tarixli 226 nömrəli əmri ilə şəxsi heyətin siyahısına salınması və xidmətini davam etdirmək N nömrəli hərbi hissəyə göndərildiyinə görə, komandirin 20.01,1994-cü il tarixli 17 nömrəli əmri ilə şəxsi heyətin siyahısından çıxarılması geyd olunmuşdur. N nömrəli hərbi hissə komandirinin 21.01,1994-cü il tarixli 1 nömrəli əmri ilə şəxsi heyətin siyahısına daxil edilsədə, hərbi hissəni özbaşına tərk etdiyinə görə, hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 53 nömrəli əmri ilə şəxsi heyətin çıxarılmışdır. Bununla da, iddiaçının xx.xx.1994-cü il tarixdən sonrakı hərbi xidməti və ganuni əsaslarla ehtiyata buraxılması barədə məlumat aşkar olunmamışdır. Qeyd edilənləri nəzərə alaraq Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli, 396 nömrəli Fərmanının 1.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Deməli, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır. Əgər sayılsaydı onların sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasına ehtiyac qalmazdı. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 iyun 2017-ci il tarixli 2-1(102)-1161/2017 nömrəli iş üzrə qərarında göstərilmişdir ki, “Hərbi qulluqçunun vəzifəyə təyin edilməsinə dair məlumat yeganə sübut olmaqla həmin əmrin iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyatlarında iştirak etməsi üçün yetərli sayıla bilməz". «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə edilmiş əlavəyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslər «Müharibə veteranı» sayılmırlar. Odur ki, yuxarıda göstərilənləri nəzərə alıb, Azərbaycan Respublikası İPM-nin 38, 47.2, 48.2-ci, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 47-ci və 154-cü maddələrini rəhbər tutaraq, məhkəmədən İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında iddia tələbini müdafiə etdiyini bildirərək, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuşdur.Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Beyləqan rayonu ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, iddiaçı Beyləqan rayonunda qeydiyyatda olduğundan iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin qənaətinə görə iddia mümkün iddiadır, həm də əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: -İşdə olan seriya AZE0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci il tarixdə Beyləqan rayonunda anadan olmuş, Beyləqan rayonu, Qaradağlı kəndində qeydiyyatdadır. - İş materiallarında olan İddiaçı məxsus AO seriyalı ******* nömrəli hərbi biletin surətindən (səhf 7) görünür ki, İddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Füzuli, Cəbrayıl və Kəlbəcər istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. - İşdə olan Azərbaycan Respublikasının Prokurorluğu Füzuli Hərbi Prokurorluğunun xx.xx.2022-ci il tarixli, 16/5659 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixli, 1167 nömrəli məktubda adı göstərilən İddiaçı barəsində Füzuli Hərbi prokurorluğunda təqsirləndirici material və ya cinayət işi yoxdur. - İşdə olan Azərbaycan Respublikası DİN Daxili Qoşunların Baş İdarəsinin xx.xx.2025-ci il tarixli, 122 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, arxiv sənədlərinə istinad edilərək verilir ondan ötrü ki, həqiqətən də sıravi İddiaçı dislokasiya yeri Füzuli rayonu-döyüş bölgəsi olmuş N saylı hərbi hissənin tərkibində müddətli həqiqi hərbi xidmət keçməsi faktlarını təsdiq edən məlumatlar aşağıdakılardır: 1) N saylı hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 3N №-li əmrilə N saylı hərbi hissənin əsgəri kimi N noyabr 1994-cü il tarixdən hissənin qazan təminatına daxil edilmişdir; 2) Daxili qoşunların komandanının xx.xx.1994-cü il tarixli 257 №-li əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 352 №-li əmrilə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsini müxtəlif vaxtlarda özbaşına tərk edərək N saylı hərbi hissəyə gəlmiş əsgərlərin siyahısında hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilmişdir; 3) N saylı hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli 97 №-li əmrilə qospitaldan gəlmiş hesab edilmişdir (qospitala hansı tarixdə getməsi barədə əmr aşkar olunmadı); 4) N saylı hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli 131 №-li əmrilə Daxili Qoşunların qospitalma getmiş və xx.xx.1995-ci il tarixli 145 №-li əmrlə qospitaldan gəlmiş hesab edilmişdir; 5) N saylı hərbi hissə komandirinin xx.xx.1996-cı il tarixli 83 №-li əmrilə komendant bölüyünün 2-ci taqımının 3-cü bölməsinin komandiri vəzifəsinə təyin edilmişdir; 6) Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 601 saylı Fərmanına və MN-in xx.xx.1997-ci il tarixli 110 №-li əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.1997-ci il tarixli 186 №-li əmrilə Silahlı Qüvvələrə ehtiyata buraxılmaqla hissənin şəxsi heyəti siyahısından və bütün təminat növlərindən çıxarılıb, qeydiyyata alınmaq üçün 157 saylı keçid vərəqəsi ilə Beyləqan RHK-nın sərəncamına göndərilmişdir. - İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-25-2/2-H-7409 nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçıya “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2024-cü il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilməmişdir. Döyüş əməliyyatlarının aparıldığı dövrdə əməliyyatlara cəlb edilmiş hərbi hissələrin tərkibində xidməti barədə təqdim edilmiş sənədlərdə və qərarda qeyd edilmiş məlumatlara əsasən N nömrəli hərbi nissənin tərkibində xidmət zamanı hərbi hissəni özbaşına tərk etdiyi üçün xx.xx.1994-c 0 il tarixdən şəxsi heyətin siyahısından çıxarıldığına görə iddiaçıya “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. - İşdə olan Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-384/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, iddia qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə iddiaçılar İddiaçı və X4 müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmuşdur. - İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli 3-25-29/2-162/2025 nömrəli məktubunda göstərilmişdir ki, N Nq-İİ hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: səh-36, sıra-61, məlumatda adı “Azər” yazılmışdır) xx.xx.1993-cü il tarixdə Beyləqan RHK-dan çağırılmış, 1975-ci il təvəllüdlü X5 hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli N Nq-İİ əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısına salınması və xidmətini davam etdirmək üçün N Nq-İİ hərbi hissəyə göndərildiyinə görə, komandirin xx.xx.1994-cü il tarixli N Nq-İİ əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə məlumat yazılmışdır.N Nq- İİ hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli N Nq-İİ əmrində (əsas: §-17,sıra-32, səh-11, əmrdə adı “Azər” yazılmışdır) xx.xx.1993-cü il tarixdə Beyləqan RHK-dan həqiqi hərbi xidmətə çağırılmış, 1975-ci il təvəllüdlü X5 hərbi hissənin şəxsi heyətin siyahısına, bütün növ təminatlara salınması və “sıravi” hərbi rütbəsi verilərək “kursant” vəzifəsinə təyin olunması barədə məlumat vardır. N Nq-İİ hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 17 Nq-li əmrində (əsas: §-7, sıra-68, əmrdə adı “Azal” yazılmışdır) xidmətlərini davam etdirmək üçün N Nq-İİ hərbi hissəyə göndərilən hərbi qulluqçuların siyahısında X6 adı qeyd olunmuşdur.N Nq-İİ hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: səh-89, sıra-544) xx.xx.1993-cü il tarixdə Beyləqan RHK-dan çağırılmış, 1975-ci il təvəllüdlü İddiaçı hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli N Nq-İİ əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısına salınması və hərbi hissəni özbaşına tərk etdiyinə görə, hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli N Nq-İİ əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə məlumat yazılmışdır. N Nq-li hərbi hissə komandirinin yanvar-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. N Nq-İi hərbi hissənin sənədləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Beyləqan rayon Polis Şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 3/3-13-67/2-1388/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.1975-ci il təvəllüdlü Beyləqan rayon sakini İddiaçı Beyləqan Rayon Polis Şöbəsində heç bir təqsirləndirici materialı və məhkumluğu yoxdur. - İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin xx.xx.2025-ci il tarixli, 86 nömrəli arayışında qeyd edilmişdir ki, xx.xx.1975-ci il təvəllüdlü İddiaçı adına yazılmış AO №0770878 hərbi biletinin 7-ci səhifəsinə əsasən xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Füzuli, Cəbrayıl və Kəlbəcər istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir. Qeyd:Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasınınərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmətyerini özbaşına tərk etməyə,fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş(2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və yabarələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir.(maddə 3). Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları (müharibə veteranı, Silahlı Qüvvələrin veteranı adlarının verilməsi ilə əlaqədar-öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti,Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti nəzərdə tutulur) tərəfindən verilir (maddə 7). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin: 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. (Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, "Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur.). Həmin Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018 tarixli 422 nömrəli qərarına əsasən Əsasnamə”nin 1 -ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə "hərbi biletlər” sözlərindən sonra "(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və "yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra "(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 14-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc - hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son - hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdeh orqana müharibə veteranı statusunun və vəsiqəsinin verilməsini xahiş etmişdir, lakin cavabdeh orqan tərəfindən ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-25-2/2-H-7409 nömrəli məktubda qeyd edilmişdir ki, iddiaçıya “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2024-cü il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilməmişdir. Döyüş əməliyyatlarının aparıldığı dövrdə əməliyyatlara cəlb edilmiş hərbi hissələrin tərkibində xidmətiniz barədə təqdim edilmiş sənədlərdə və qərarda qeyd edilmiş məlumatlara əsasən N nömrəli hərbi nissənin tərkibində xidmət zamanı hərbi hissəni özbaşına tərk etdiyi üçün xx.xx.1994-c 0 il tarixdən şəxsi heyətin siyahısından çıxarıldığına görə iddiaçıya “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Məhkəməyə daxil olmuş məlumatlar əsasında müəyyən olunur ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin xx.xx.2025-ci il tarixli, 86 nömrəli arayışında qeyd edilmişdir ki, xx.xx.1975-ci il təvəllüdlü İddiaçı adına yazılmış AO №0770878 hərbi biletinin 7-ci səhifəsinə əsasən xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Füzuli, Cəbrayıl və Kəlbəcər istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Məhkəməyə daxil olmuş sənədlər üzrə müəyyən olunur ki, cavabdeh orqan tərəfindən iddiaçı barəsində N Nq-İİ hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: səh-89, sıra-544) xx.xx.1993-cü il tarixdə Beyləqan RHK-dan çağırılmış, 1975-ci il təvəllüdlü İddiaçı hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli N Nq-İİ əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısına salınması və hərbi hissəni özbaşına tərk etdiyinə görə, hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli N Nq-İİ əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə məlumat yazılmışdır. N Nq-li hərbi hissə komandirinin yanvar-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. Bundan sonra Azərbaycan Respublikası DİN Daxili Qoşunların Baş İdarəsinin xx.xx.2025-ci il tarixli, 122 nömrəli arxiv arayışı üzrə müəyyən edilmişdir ki, sıravi İddiaçı N saylı hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 3N №-li əmrilə N saylı hərbi hissənin əsgəri kimi N noyabr 1994-cü il tarixdən hissənin qazan təminatına daxil edilmişdir; Daxili qoşunların komandanının xx.xx.1994-cü il tarixli 257 №-li əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 352 №-li əmrilə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsini müxtəlif vaxtlarda özbaşına tərk edərək N saylı hərbi hissəyə gəlmiş əsgərlərin siyahısında hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilmişdir; N saylı hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli 97 №-li əmrilə qospitaldan gəlmiş hesab edilmişdir (qospitala hansı tarixdə getməsi barədə əmr aşkar olunmadı); N saylı hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli 131 №-li əmrilə Daxili Qoşunların qospitalına getmiş və xx.xx.1995-ci il tarixli 145 №-li əmrlə qospitaldan gəlmiş hesab edilmişdir; N saylı hərbi hissə komandirinin xx.xx.1996-cı il tarixli 83 №-li əmrilə komendant bölüyünün 2-ci taqımının 3-cü bölməsinin komandiri vəzifəsinə təyin edilmişdir; Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 601 saylı Fərmanına və MN-in xx.xx.1997-ci il tarixli 110 №-li əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.1997-ci il tarixli 186 №-li əmrilə Silahlı Qüvvələrə ehtiyata buraxılmaqla hissənin şəxsi heyəti siyahısından və bütün təminat növlərindən çıxarılıb, qeydiyyata alınmaq üçün 157 saylı keçid vərəqəsi ilə Beyləqan RHK-nın sərəncamına göndərilmişdir. İnzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Azərbaycan Respublikasının Prokurorluğu Füzuli Hərbi Prokurorluğunun xx.xx.2022-ci il tarixli, 16/5659 nömrəli məktubuna əsasən, xx.xx.2022-ci il tarixli, 1167 nömrəli məktubda adı göstərilən İddiaçı barəsində Füzuli Hərbi prokurorluğunda təqsirləndirici material və ya cinayət işi yoxdur. Məhkəmə tərəfindən qeyd edilir ki, İddiaçı N saylı hərbi hissənin tərkibində xidmət edərkən hərbi hissəni özbaşına tərk etmiş olsa da, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinin müddəaları ona şamil oluna bilməz. Belə ki, həmin müddəalara görə döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş şəxslərə müharibə veteranı adı verilə bilməz. Hazırki iş üzrə müəyyən edilmiş hallarından və yuxarıda qeyd edilən sənədlərdən görünür ki, iş üzrə iddiaçı hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilməmişdir. İddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Füzuli, Cəbrayıl və Kəlbəcər istiqamətində gedən döyüş əməliyyatlarında iştirak etməsi, bundan sonra İddiaçı N saylı hərbi hissədə xidmət etməsi, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 601 saylı Fərmanına və MN-in xx.xx.1997-ci il tarixli 110 №-li əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.1997-ci il tarixli 186 №-li əmrilə Silahlı Qüvvələrə ehtiyata buraxılmaqla hissənin şəxsi heyəti siyahısından və bütün təminat növlərindən çıxarılıb, qeydiyyata alınmaq üçün 157 saylı keçid vərəqəsi ilə Beyləqan RHK-nın sərəncamına göndərilməsi müəyyən olunur. İddiaçı döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmiş olsa belə o, bu hərkətlərinə görə, məhkum edilməmişsə, əksinə döyüş əməliyyatlarında iştirak etmişsə və qanuni əsaslarla hərbi hissədən tərxis olunmuşsa bu hal yuxarıda qeyd edilən hüquq normalarına əsasən müharibə veteranı adının verilməsi üçün əsas verir. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçı hazırki tələbi irəli sürməkdə haqlıdır və ona müharibə veteranı adı verilməlidir. İddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün yuxarıda qeyd edilən maddi hüquq normalarında nəzərdə tutulan istisna hallar mövcud olmamışdır. Məhkəmə hesab edir ki, iddiaçı iddia tələbində haqlı, iddiaçının ikin müraciətindən imtina edilməsi ilə bağlı cavabdehin hərəkətləri isə qanunsuz olmuşdur. Məhkəmə hesab edir ki, cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 61-ci maddəsinin tələblərinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1 -ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə öhdəlik qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 69-cu, 75-ci, 78 – 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia ərizəsi təmin edilsin. İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə öhdəlik qoyulsun. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğugündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-2334/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2334/2025
29.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver