Məhkəmə qərarları › İş №2-1(120)-2335/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-2335/2025

25.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-2335/2025 25.04.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X4, İddiaçı, Üçüncü şəxslər X2 və X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdehnə qarşı “Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, AZ-V 064682 nömrəli doğum haqqında şəhadətnamədə düzəliş edilməsi və X8 ata adı qrafasında X10 yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdehnə qarşı “Sabirabad regional Asan Xidmət mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, AZ-V 064682 nömrəli doğum haqqında şəhadətnamədə düzəliş edilməsi və X8 ata adı qrafasında X10 yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəməsinin 21 fevral 2025-ci il tarixli qərardadı ilə X10 və X11 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmələri qərara alınmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X11 ilə ailə qurmaqla nikahları xx.xx.2020-cü ildə rəsmi qeyd edilmişdir. Birgə nikahlarından uşaqları doğulmamışdır. Ailə qurduqları ilk vaxtlarda mehriban yaşasaq da, sonradan xasiyyətləri uyğun gəlməmişdir. Aralarında olan nikah formal xarakter daşıdığı üçün bu səbəbdən də, nikahlarının pozulması barədə məhkəməyə müraciət etmək qərarına gəlmişdirlər. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(056)- 669/2023 saylı qətnaməsinə əsasən X11 ilə arasında xx.xx.2020-ci il tarixdə Sabirabad Rayon İcra Hakimiyyəti Başçısının Cavad kənd icra nümayəndəliyində qeydə alınmış 04 saylı nikah pozulması qət edilmişdir. Bundan sonra X10 ilə evlənməklə nikahları 5 saylı Bakı «Asan Xidmət» mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən 08 iyul 2024-cü il tarixdə 2156 saylı nikah bağlanmışdır. Nikah bağlanmamışdan əvvəl X10 birgə nikahlarından 31 may 2024-cü il tarixdə Murad adlı uşaq doğulmuşdur. Lakin, texniki səhv olaraq uşağın ata qrafasında X13 yazılmışdır. Halbuki, uşğağın bioloji atası X6r. Bu barədə Cavabdehnə ərizə ilə müraciət etmiş və müraciətinə əsasən ona verilmiş xx.xx.2024-cü il tarixli, 3-1 6.5/8-15-722/2024 saylı məktubda göstərilmişdir ki, xx.xx.2024cü il tarixində Bakı şəhərində doğulmuş övladı X8 doğum haqqında şəhadətnaməsində atası kimi X11 yox X10 qeyd olunaraq uşağa doğum haqqında yeni şəhadətnamə verilməsi barədə xx.xx.2024-cü il tarixli ərizənizə cavab olaraq bildiririk ki, xx.xx.2020-ci il tarixində X11 ilə rəsmi nikaha daxil olunmuş, Sabirabad rayon məhkəməsi xx.xx.2023-cü il tarixində nikahının pozulması barədə Qətnamə çıxarmışdır. xx.xx.2023-cü il tarixində Sabirabad rayon qeydiyyat şöbəsi onların nikahının pozulmasını dövlət qeydiyyatına almışdır. Nikah pozulması barədə məhkəmə Qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan 7 ay 25 gün sonra, yəni xx.xx.2024-cü il tarixində övladı dünyaya gəlmişdir. Ona bildirilmişdir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 170-ci maddəsinə və “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.15-ci maddəsinə əsasən Nikah dövründə ana bətninə düşmüş, lakin nikah pozulduqdan və ya etibarsız hesab edildikdən sonra anadan olmuş uşağın doğumunun qeydiyyatı, nikahın pozulduğu və ya etibarsız hesab edildiyi gündən uşağın doğulduğu günədək 10 aydan çox keçməmişdirsə, valideynləri nikahda olan uşağın doğumunun qeydiyyatı qaydasında aparılır. Onun xx.xx.2024-cü il tarixində dünyaya gətirdiyi övladı X1 Mustafa Təyyar oğlu ilə rəsmi nikahının pozulmasından 10 ay keçməmişdən dünyaya gəldiyi üçiin uşağın atası kimi X11 qeyd edilə bilər. Qeyd olunanları nəzərə alaraq Sabirabad regional Asan Xidmət mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, AZ-V 064682 nömrəli doğum haqqında şəhadətnamədə düzəliş edilməsi və X8 ata adı qrafasında X10 yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Sabirabad regional Asan Xidmət mərkəzində Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək, iddianın məhkəmə tərəfindən təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Üçüncü şəxslər X10 və X11 iddianın təmin edilməsinə etirazlarının olmadıqlarını bildirdilər. Beləliklə, işin hallarından müəyyən olunur ki, iddiaçı Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, AZ-V 064682 nömrəli doğum haqqında şəhadətnamədə düzəliş edilməsi və X8 ata adı qrafasında X10 yazılması ilə bağlı cavabdeh qeydiyyat şöbəsinə müraciət etmiş, qeydiyyat şöbəsi iddiaçının müraciətinin təminindən imtina etmişdir. İddiaçı cavabdehin imtinasını əsassız hesab etməklə hazırkı iddiasında xx.xx.2024-cü il tarixli, AZ-V 064682 nömrəli doğum haqqında şəhadətnamədə düzəliş edilməsi və X8 ata adı qrafasında X10 yazılmasını inzibati məhkəmə icraatında mübahisələndirir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. İş materiallarında olan Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(056)-669/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, X11 ilə X9 arasında xx.xx.2020-ci il tarixdə Sabirabad Rayon İcra Hakimiyyəti Başçısının Cavad kənd icra nümayəndəliyində qeydə alınmış 04 saylı nikah pozulmuşdur. İş materiallarında olan nikahım bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X10 ilə X15 xx.xx.2024-cü il tarixdə 5 saylı Bakı «Asan Xidmət» mərkəzi Qeydiyyat Şöbəsində nikaha daxil olmuşlar. İş materiallarında olan doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X14 xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Nizami rayonunda anadan olmuş, (doğulmuş) valideynləri qrafasında atası X11, anası İddiaçı göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdeh İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-16-5/8-15-722/2024 nömrəli məktubundan görünür ki, xx.xx.2024-cü il tarixində Bakı şəhərində doğulmuş övladınız X8 doğum haqqında şəhadətnaməsində atası kimi X11 yox X10 qeyd olunaraq uşağa doğum haqqında yeni şəhadətnamə verilməsi barədə xx.xx.2024-cü il tarixli ərizənizə cavab olaraq bildiririk ki, xx.xx.2020-ci il tarixində X11 ilə rəsmi nikaha daxil olmusunuz. Sabirabad rayon məhkəməsi xx.xx.2023-cü il tarixində nikahının pozulması barədə Qətnamə çıxarmışdır. xx.xx.2023-cü il tarixində Sabirabad rayon qeydiyyat şöbəsi sizin nikahınızın pozulmasını dövlət qeydiyyatına almışdır. Nikah pozulması barədə məhkəmə Qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan 7 ay 25 gün sonra yəni xx.xx.2024-cü il tarixində övladınız dünyaya gəlmişdir. Bildiririk ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 170-ci maddəsinə və “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.15-ci maddəsinə əsasən Nikah dövründə ana bətninə düşmüş, lakin nikah pozulduqdan və ya etibarsız hesab edildikdən sonra anadan olmuş uşağın doğumunun qeydiyyatı, nikahın pozulduğu və ya etibarsız hesab edildiyi gündən uşağın doğulduğu günədək 10 aydan çox keçməmişdirsə, valideynləri nikahda olan uşağın doğumunun qeydiyyatı qaydasında aparılır. Onun xx.xx.2024-cü il tarixində dünyaya gətirdiyi övladı X1 Mustafa Təyyar oğlu ilə rəsmi nikahının pozulmasından 10 ay keçməmişdən dünyaya gəldiyi üçün uşağın atası kimi X11 qeyd edilə bilər. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-16-5/8-xx-xx/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.2024-cü il təvəllüdlü X14 anadan olarkən uşağın anası X3 X11 ilə rəsmi nikahının pozulmasından 10 ay müddət keçməmişdir. Onların nikahı xx.xx.2020-ci il tarixində Sabirabad rayon Cavad kənd İcra nümayəndəliyi tərəfindən qeydə alınmışdır. Sabirabad rayon məhkəməsinin xx.xx.2023-cü il tarixində qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən Sabirabad rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixində onların nikahının pozulması dövlət qeydiyyatına alınmışdır. Eyni zamanda bildiririk ki, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.8.1 -ci maddəsinə əsasən öz aralarında nikahda olan ata və ana doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 170-ci maddəsinə və “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.15-ci maddəsinə əsasən nikah dövründə ana bətninə düşmüş, lakin nikah pozulduqdan və ya etibarsız hesab edildikdən sonra anadan olmuş uşağın doğumunun qeydiyyatı, nikahın pozulduğu və ya etibarsız hesab edildiyi gündən uşağın doğulduğu günədək 10 aydan çox keçməmişdirsə, valideynləri nikahda olan uşağın doğumunun qeydiyyatı qaydasında aparılır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sabirabad rayon qeydiyyat şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-16-5/6-147/2025 nömrəli məktubuna əlavə edilmiş Azərbaycan Respublikası Ailə Məcəlləsinin: -159.1-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. -159.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. -160.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -160.2-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. -161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. -161.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. -162.1-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. -162.2-ci maddəsinə görə itmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. -162.3-cü maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpa edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın: -1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. -2-ci bəndinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 2-ci hissəsi isə vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydlərinin bərpa qaydasını tənzimləyir. Həmin hissənin 13-cü bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. İtmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir (bənd 14). Vətəndaşlıq vəziyyəti aktlarının qeydləri qeydiyyat şöbələrində və konsulluq idarələrində qeydiyyat şöbələrinin və konsulluq idarələrinin arxivi və ya vətəndaşlıq vəziyyəti aktlarının Respublika Arxivi tərəfindən təsdiq edilir (bənd 15). Doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir (bənd 16). Beləliklə, sadalanan normalardan müəyyən olunur ki, qanunvericilik akt qeydində düzəliş edilməsini (dəyişiklik edilməsini) o halda mümkün sayır ki, vətəndaşlıq vəziyyəti akt qeydi inzibati orqanda mövcuddur. İnzibati orqan akt qeydində dəyişiklik etməkdən imtina etdikdə həmin imtinadan müvafiq qaydada - inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Akt qeydində düzəliş edilməsindən fərqli olaraq akt qeydinin bərpası o zaman aparılır ki, akt qeydi itmiş, məhv olmuş və ya bu və ya digər səbəbdən aşkar olunmamış olsun. Akt qeydinin bərpası iki qaydada aparılır:

1. qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər olduqda, ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpa edilməsi;

2. itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktının məhkəmə qaydasında müəyyən edilməsi. İddia ərizəsindən və iş materiallarından görünür ki, iddiaçı və cavabdeh arasında olan münasibətlər mülki xarakter daşıyır. İddiaçı tələbində xx.xx.2024-cü il tarixli, AZ-V 064682 nömrəli doğum haqqında şəhadətnamədə düzəliş edilməsi və X8 ata adı qrafasında X10 yazılmasını tələb etsə də, işin mahiyyətindən həmin qeydin düz olmamasının müəyyən edilməsinə dair ərizə olduğu məlum olur. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizələrə mülki qaydada baxılmalıdır.

Beləliklə, doğum haqqında şəhadətnamədə düzəliş edilərək və məhkəmə qaydasında X8 ata adı qrafasında X10 yazılması faktı müəyyən edilməlidir. Belə bir faktın müəyyən edilməsi isə inzibati məhkəmə icraatında deyil, mülki mühakimə icraatı qaydasında həyata keçirilir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.10-cu maddəsinə əsasən məhkəmə atalığın etiraf olunması faktının müəyyən edilməsi barədə işlərə baxır. Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən Uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı Qərarında göstərmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.10-cu maddəsində nəzərdə tutulan faktın- yəni atalığın etiraf olunması faktının xüsusi icraat qaydasında məhkəmə tərəfindən müəyyən edilməsi zamanı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Bu normaya əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Yəni atalığı etiraf etmə (atalığın tanınması) faktının müəyyən olunması üçün 3 şərt mövcud olmalıdır: 1. Özünü uşağın atası hesab edən şəxs uşağın anası ilə nikahda olmamalıdır; 2. Həmin şəxs özünü uşağın atası hesab etməlidir; 3. Özünü uşağın atası hesab edən şəxs ölmüş olmalıdır. Atanın sağ olduğu dövrdə atalığın müəyyən olunması isə Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən həll edilir və birmənalı olaraq bu iddialara iddia icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qüvvədə olan qanunvericilik akt qeydinin məhkəmə qaydasında bərpasını yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilmə faktının müəyyən edilməsi yolu ilə nəzərdə tutduğundan, belə bir ərizəyə isə inzibati məhkəmə icraatı qaydasında baxılması nəzərdə tutulmadığından hazırkı iddia mümkün sayılmamalıdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 04 saylı Qərarının 15.1-ci bəndində göstərilmişdir ki, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır (Qərar 15.2-ci bənd). Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (Qərar 15.3-cü bənd). Qeyd edilənlərə əsasən məhkəmə iddianın inzibati məhkəmə icraatında mümkünsüzlüyünü bildirməklə yanaşı izah edir ki, iddiaçının mülki tələblə mülki məhkəmə icraatında aidiyyəti üzrə müvafiq ümumi məhkəməyə müraciət etmək hüququ saxlanılır. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdehnə qarşı “Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, AZ-V 064682 nömrəli doğum haqqında şəhadətnamədə düzəliş edilməsi və X8 ata adı qrafasında X10 yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər.

Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar