Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-234/2022 13.01.2022 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X2 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X4 qarşı «iddiaçıya yaşa görə təyin edilmiş əmək pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 13 yanvar 2022-ci il tarixdə məhkəmənin binasında (ünvan: Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi, 10) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y YƏ N E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 4 saylı Regional Ərazi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26.12.1996-16.09.2002-ci illərdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Sabirabad ATF-də işlədiyi dövrlərin sığorta stajı kimi hesablanaraq ona yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 4 saylı Regional Ərazi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İşin hazırlıq icraatı mərhələsində iddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “26.12.1996-16.09.2002-ci illərdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Sabirabad ATF-də işlədiyi dövrlərin sığorta stajı kimi hesablanaraq ona yaşa görə təyin edilmiş əmək pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 4 saylı Regional Ərazi Filialının üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Bundan əlavə iddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “26.12.1996-16.09.2002-ci illərdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Sabirabad ATF-də işlədiyi dövrlərin sığorta stajı kimi hesablanaraq ona yaşa görə təyin edilmiş əmək pensiyasının dayandırıldığı 21.05.2021-ci il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X13 Şəxsinin 4 saylı Regional Ərazi Filialının üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadları ilə iddianın dəyişdirilməsi qəbul olunmuş, eləcə də iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 4 saylı Regional Ərazi Filialı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X6 ilə əvəz olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47-ci, 49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, o, xx.xx.1955-ci il təvəllüdlüdür. Sovet Ordusunda 2 il hərbi xidmətdə olmuşdur. O, istehsalatın müxtəlif sahələrində çalışmışdır. Həmin dövrlər əmək kitabçasında qeyd olunmuşdur. Ona 01.08.2019-cu ildən yaşa görə əmək pensiyası təyin olunsa da, 21.05.2021-ci ildən dayandırılımşdır. O, ərizə ilə DSMF 4 saylı Regional Ərazi Filialına yaşa görə əmək pensiyasının təyin olunması barədə müraciət etmişdir. Həmin filialın 30.07.2021-ci il tarixli cavab məktubunda Audit yoxlamasına əsasən 26.12.1996-16.09.2002-ci illərdə "xxxx" ASC-nin Sabirabad ATF-nin sənədləri arxivə təhvil verilmədiyi əsas gətirilərək ona yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. Qeyd edir ki, həmin idarədə işləməyi əmək kitabçamda qeyd olunmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə əsasən Əmək pensiyası şəxsin (ərizəçinin) daimi yaşadığı yer, qaçqın və məcburi köçkünlərə isə məskunlaşdıqları yer üzrə məcburi dövlət sosial sığortası, pensiyalar və pensiyalara əlavələr sahəsində idarəetməni həyata keçirən müvafıq icra hakimiyyəti orqanı tərəfındən təyin edilir. Qeyd edilmiş faktiki və hüquqi əsaslara görə o, məhkəməyə müraciət etmək məcburiyyətindədir. DSMF 4 savlı Regional Ərazi Filialı tərəfindən ona yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilməklə əmək pensiyaları haqqında Qanunun sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətlərindən bəhs edən 21-ci maddəsini pozmuş olur. Həmin Qanunda qeyd edilir ki, Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin olunmuş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. İddiaçı göstərilənlərə əsaslanaraq, 26.12.1996-16.09.2002-ci illərdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Sabirabad ATF-də işlədiyi dövrlərin sığorta stajı kimi hesablanaraq ona yaşa görə təyin edilmiş əmək pensiyasının dayandırıldığı 21.05.2021-ci il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X13 Şəxsinin X2 nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddənin tələbləri onu ehtiva edir ki, inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafuq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Əmək pensiyasının təyin edilməsi ilə bağlı hazırkı tərəflər arasında yeni mübahisənin (məhkəmə icraatının) yaranmasına səbəb ola bilən halların aradan qaldırılması üçün hazırkı məhkəmə icraatı çərçivəsində həmin məsələlərə tərəflərin iştirakı ilə aydınlıq gətirilməli, zərurət yarandığı halda, iddia tələbinin dəqiqləşdirilməsində iddiaçıya yardım edilməlidir. Məhkəmənin bu qaydaya riayət etmək vəzifəsi İPM-in 13-cü maddəsinin müddəalarından irəli gəlir. Həmin maddəyə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçının tələbinin dəqiqləşdirilməsi istiqamətində göstərilən yardım isə onun hüquqi marağına uyğun olmalıdır. İddiaçının hüquqi marağı baxımından aparılan qiymətləndirmə isə onu tələb edir ki, məhkəmə tərəfindən xidməti vəzifəsinə uyğun olaraq tərəflərin bu barədə bildirməsindən asılı olmayaraq şəxsin arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən və əlverişli iddia növlərindən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddia qaldırmış şəxs özünün məqsədinə hüquqi müdafiənin başqa vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, məhkəmə belə tələblərə cavab verməyən iddianın mümkünlüyü məsələsinə baxa bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarının 6-cı bəndinə əsasən, ddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. X11 1.3. və 2.1-ci bəndlərinə əsasən, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Beləliklə, hazırki işdə qeyd edilənlər nəzərə alındıqda İddiaçı hüquqi marağı onu tələb edir ki, iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi ilə çıxış etməlidir. Məhkəmə həmçinin iddianın mümkünlük şərtlərini xidməti vəzifəsinə görə araşdırmalı, iddiaçının hüquqi marağını düzgün müəyyən etməli, cavabdehin təqdim etdiyi dəlillərə də formal münasibət bildirməli, həmin dəlillərdən irəli gələn zəruri araşdırmanın aparılmasını təmin etməlidir. İş materiallarına əsasən, İddiaçı - 26.12.1996-cı il tarixdən 16.09.2002-ci il tarixədək "xxxx" ASC-nin Sabirabad AQRARTİKİNTİ filialında işlədiyini və əmək haqqı aldığını iddia edir. Lakin iddiaçının, həqiqətən də real olaraq işləməsini müəyyən etmək üçün iddia edilən dövrlərin əmək kitabçasında qeyd edilməsi ilə yanaşı, qeyd olunan illərə dair işə daxil olma, işdən çıxma əmrləri, əmək haqqı cədvəllərinin də olması zəruridir. Lakin, iddiaçı tərəfindən bu illərə dair həmin sənədlərin təqdim olunmaması iddiaçının işləməsini ciddi şübhə altına alır. Bundan başqa, tərəflərindən aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçının əmək kitabçasındakı olan 16.02.1983-cü il tarixdəki işə başlaması ilə bağlı qeydə aid müəssisənin dövlət qeydiyyatına alınması tarixi 11.03.1998-ci ili əhatə etmişdir. Bununla da, 11.03.1998-ci il tarixində qeydiyyata alınmış müəssisənin möhürünün 16.02.1983-ci tarixdə işə qəbul zamanı əmək kitabçasında öz əksini tapması həmin dövrlərə aid staj dövrlərinin mötəbər olmadığının göstəricisi hesab edilir. Beləliklə, 16.02.1983-cü tarixdən 11.03.1998-ci il tarixədək olan dövrlərin sosial sığorta stajı kimi nəzərə alınaraq yaşa görə pensiyanın təyin edilməsi mümkünsüz hesab edilir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazının məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan iddiaçıya məxsus əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı 01.08.1991-ci il tarixdə “Sabirabad 4 №-li Aqrartikinti tresti”nə trestin PŞ-nin rəisi vəzifəsinə köçürülmüş, 1996-cı ilin dekabr ayında “4 №-li Aqrartikinti tresti” ləğv olunaraq "xxxx" ASC-nin Sabirabad AQT-ti kimi fəaliyyətə başlamış və həmin tarixdən filiala iqtisadçı vəzifəsinə köçürülmüş, 16.09.2002-ci il tarixdə öz ərizəsinə əsasən işdən azad edilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin 15.10.2021-ci il tarixli, **********934200 saylı məktubundan görünür ki, vergi ödəyicisinin dövlət reyestrində olan məlumatlara əsasən "xxxx" X14 Cəmiyyətinin Sabirabad Aqrartikinti filialı 17.07.1998-ci il tarixdə 9 (doqquz) rəqəmli ********* saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə, 02.10.2004-cü il tarixdə isə "xxxx" X14 Cəmiyyətinin Saatlı Aqrartikinti filialı adı ilə ********** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə 5 saylı Ərazi Vergilər İdarəsində vergi uçotuna alınmışdır. Halhazırda fəaliyyəti aktivdir. İşdə olan Sabirabad rayon Dövlət Arxivinin 20.10.2021-ci il tarixli, 116 saylı Arayışından görünür ki, "xxxx" ASC-nin Sabirabad ATF-nin sənədləri mühafizə üçün Sabirabad rayon Dövlət Arxivinə təhvil verilməmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin 19.11.2021-ci il tarixli, **********561400 saylı məktubundan görünür ki, vergi ödəyicisinin dövlət reyestrində olan məlumatlara əsasən "xxxx" X14 Cəmiyyətinin Sabirabad Aqrartikinti filialı”nın 17.07.1998-ci il tarixdə 9 (doqquz) rəqəmli ********* saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, 02.10.2004-cü ul tarixdə isə 10 (on) rəqəmli ********** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə vergi orqanlarında vergi ödəyicisi kimi vergi ödəyicisi kimi vergi uçotuna alınması barədə məlumat aşkar edilmişdir. Hal-hazırda fəaliyyəti aktivdir. İşdə olan "xxxx" ASC-nin Sabirabad “Aqrartikinti” filialının 30.11.2021-ci il tarixli, 21/030 saylı məktubundan görünür ki, İddiaçı 26.12.1996-cı il tarixə kimi "xxxx" ATSC-nin X12 Birliyində işləmişdir. Həmin dövrə qədər Birliyin tərkibində bir neçə təşkilat, o cümlədən 43 saylı TSMD, Ağac Emalı zavodu və digər təşkilatlar fəaliyyət göstərirdi. 01.06.1998-ci il tarixdə "xxxx" ATSC-nin Əsasnaməsində struktur dəyişikliyi edildiyindən Birlik və onu tabeçiliyində olan təşkilatlar ləğv olunub varis olaraq Sabirabad 43 saylı TSMD-yə birləşdirilmişdir. İdarə şəhər yaxınlığında yerləşən və TSMD-nin tərkibinə verilən Ağac Emalı zavodunun inzibati binasında fəsaliyyətini davam etdirmişdir. Sonradan isə "xxxx" ATSC-nin (bundan sonra cəmiyyət) struktur vahidi olan Sabirabad ATF "xxxx" Dövlət şirkətinin ümumi əmlakında olan keçmiş 43 saylı TSMD-nin balansında olan əmlakın onun istifadəsinə verilməsi ilə yaradılmışdır. Sabiq istehsalat şöbəsinin rəisi İddiaçı 26.12.1996-cı il tarixdən 16.09.2002-ci il tarixədək məhz 43 saylı TSMD və Sabirabad ATF-də işləmişdir. Məlum olduğu kimi 2010-cu ildə Kür və Araz çaylarında sel sularının daşması nəticəsində Kür çayının tam yaxınlığında –birinci bəndlə ikinci bənd arasında yerləşən Ağac Emalı zavodunun bütün ərazisi, o cümlədən İnzibati idarə binası su altında qaldığından bina, bina daxilindəki avadanlıqlar və idarə sənədləri tamamilə məhv olmuşdur. Bu səbəbdən tələb olunan sənədləri təqdim etmək imkanları xaricindədir. İşdə olan Sabirabad Rayon Statistika İdarəsinin 20.12.2021-ci il tarixli, 94 saylı məktubundan görünür ki, 19.06.1996-cı il tarixdən 43 saylı TSMD-də (sonradan "xxxx" ASC-nin Sabirabad Aqrartikinti filialı qeydiyyatdadır. Sözügedən müəssisə 26.12.1996- 16.09.2002-ci illərdə qeydiyyatda olub və fəaliyyət göstərib. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı xx.xx.1955-ci il tarixdə Sabirabad rayonu, Əsədli kəndində doğulmuş, ona 01.08.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin olunmuş, lakin sonradan aparılmış audit yoxlaması zamanı iddiaçının 26.12.1996-16.09.2002-ci illərdə "xxxx" ASC-nin Sabirabad ATF-nin sənədləri arxivə təhvil verilmədiyindən və həmin illər üzrə sosial sığorta stajı öz təsdiqini tapmadığından həmin illər sığorta stajı kimi nəzərə alınmamış və ona yaşa görə əmək pensiyası təyin olunması üçün tələb olunan sığorta stajı və pensiya kapitalı çatmadığından əmək pensiyası 21.05.2021-ci il tarixdən dayandırılmışdır. İddiaçının qeyd olunan 26.12.1996-16.09.2002-ci illərdə 43 saylı TSMD və Sabirabad ATF-də işləməsi adına açılmış 30.08.1972-ci il tarixli, İT-İ seriyalı ******* nömrəli əmək kitabçası, eləcə də "xxxx" ASC-nin Sabirabad “Aqrartikinti” filialının 30.11.2021-ci il tarixli, 21/030 saylı məktubu ilə öz təsdiqini tapır. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı 26.12.1996- 16.09.2002-ci illərdə 43 saylı TSMD və Sabirabad ATF-də işləmişdir. Onun qeyd olunan illərdə işləməsi əmək kitabçası ilə təsdiq olunur. Əmək kitabçası isə iş stajını təsdiq edən sənəd olduğundan məhkəmə hesab edir ki, iddiaçının işlədiyi və sosial sığorta stajına daxil edilməsini tələb etdiyi həmin illər onun sosial sığorta stajına daxil edilməlidir. Belə ki, iddiaçının işlədiyi iş yerinin sənədlərinin, habelə əmək haqqı cədvəllərinin arxivə təhvil verilməməsi və ya saxlanılmaması iddiaçının təqsirindən baş verməmiş və iddiaçı buna görə məsuliyyət daşımır. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdeh formal əsaslara istinad etməklə iddiaçının işlədiyi illəri onun sosial sığorta stajına daxil etməkdən qanunsuz imtina etməklə, ona yaşa görə təyin edilmiş əmək pensiyasını dayandırmışdır. Məhkəmə “iddiaçının qeyd olunan illərə dair işə daxil olma, işdən çıxma əmrləri, əmək haqqı cədvəllərinin də olması zəruri olması, lakin, iddiaçı tərəfindən bu illərə dair həmin sənədlərin təqdim olunmaması” barədə cavabdeh inzibati orqanın etiraz dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, "xxxx" ASC-nin Sabirabad “Aqrartikinti” filialının məhkəməyə ünvanladığı 30.11.2021-ci il tarixli, 21/030 saylı məktubunda 2010-cu ildə Kür və Araz çaylarında sel sularının daşması nəticəsində Kür çayının tam yaxınlığında –birinci bəndlə ikinci bənd arasında yerləşən Ağac Emalı zavodunun bütün ərazisi, o cümlədən İnzibati idarə binası su altında qaldığından bina, bina daxilindəki avadanlıqlar və idarə sənədləri tamamilə məhv olduğundan, tələb olunan sənədləri təqdim etmək imkanları xaricindədir. Bundan başqa cavabdeh inzibati orqanın “iddiaçının əmək kitabçasındakı olan 16.02.1983-cü il tarixdəki işə başlaması ilə bağlı qeydə aid müəssisənin dövlət qeydiyyatına alınması tarixinin 11.03.1998-ci ili əhatə etməsi, bununla da, 11.03.1998-ci il tarixində qeydiyyata alınmış müəssisənin möhürünün 16.02.1983-cü tarixdə işə qəbul zamanı əmək kitabçasında öz əksini tapmasının həmin dövrlərə aid staj dövrlərinin mötəbər olmadığının göstəricisi hesab edilməsi” barədə etiraz dəlillərinə münasibətdə isə məhkəmə qeyd edir ki, 11.03.1998-ci il tarixində qeydiyyata alınmış müəssisənin möhürünün 16.02.1983-cü tarixdə işə qəbul zamanı əmək kitabçasında öz əksini tapması iddiaçının təqsirindən deyil buna məsul şəxslərin təqsirindən baş vermişdir ki, iddiaçı buna görə pensiya hüququndan məhrum edilə bilməz. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, İddiaçı 26.12.1996-16.09.2002-ci illərdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Sabirabad ATF-də işlədiyi dövrlər sığorta stajı kimi hesablanaraq ona yaşa görə təyin edilmiş əmək pensiyasının dayandırıldığı 21.05.2021-ci il tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X2 üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 26.12.1996-16.09.2002-ci illərdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Sabirabad ATF-də işlədiyi dövrlərin sığorta stajı kimi hesablanaraq ona yaşa görə təyin edilmiş əmək pensiyasının dayandırıldığı 21.05.2021-ci il tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X2 üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-234/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-234/2022
13.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver