Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-234/2024 23.09.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Rüfət İlham oğlunun katibliyi, Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X23 Şəxsinin Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə müraciət edərək, yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1962-ci ildə ünvan 1ində anadan olmuşdur. Onun Masallı rayonunun Köçəkli və Həsənli kəndlərində fəaliyyət göstərmiş sabiq “Şən həyat“ sovxozunda iyun 1977-dekabr 1989-cu illərdə 12 il 8 ay, sabiq “Köçəkli” sovxozunda xx.xx.1990-xx.xx.1997-ci illərdə 7 il 8 ay, xx.xx.1998-xx.xx.2000-ci illərdə "xxxx" K/M-də tədarükçü fəhlə kimi 2 il,2 ay, 22 gün, xx.xx.2000-ci ildən xx.xx.2005-ci ilə kimi Köçəkli bələdiyyəsində xadimə kimi 5 il, 3 ay 9 gün, cəmi 27 il 9 ay stajı vardır. O, yaşa görə əmək pensiyası təyin olunmasından ötrü cavabdeh Dövlət Sosial Müdafiə X16 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. Cavabdeh inzibati orqan xx.xx.2022-ci il tarixli, **********5 nömrəli imtina məktubu ilə ona yaşa görə əmək pensiyası təyin olunmasından imtina etmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X23 şəxsinin Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialı Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı "yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edir ki, icraatınızda olan 2-1 (120)-639/2023 nömrəli inzibati iş üzrə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Buna əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsini rəhbər tutaraq işə dair etirazımızı təqdim edirik.İddiaçı Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir.Ərizəçinin müraciətinə aidiyyəti üzrə Mərkəzi filial tərəfindən baxılaraq onun qanunvericiliklə tələb olunan 25 il sığorta stajının mövcud olmaması səbəbindən yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün hesab edilmədiyi bildirilmişdir.Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) vəeləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 7-ci maddəsinə əsasən yaşa görə pensiya hüququnun yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajı toplaması. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 21.1 -ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən* asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.25-ci maddəsinə əsasən sosial sığorta stajı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verdiyi sənədlə təsdiq olunur.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020 -ci il tarixli Konstitusiya Məhkəməsinin Plenumu qərarına əsasən pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1 -ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı 2006-cı il yanvarın 1-dək olan dövr üzrə nəzərə alınan sosial sığorta stajı “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir.Konstitusiyada əksini tapan sosial təminat hüququ 38ci maddənin İİİ hissəsinə müvafiq olaraq qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Hər kəsin pensiya hüququ sosial təminat hüququnun subyektiv hüquq növü kimi çıxış edir.Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur.Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq, sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 -ci və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 1 dekabr 2010-cu il tarixli Qərarı). Məhkəmə qərarlarında qanunvericinin sosial təminat sistemi ilə bağlı qanunvericilikdə mülahizə sərbəstliyini tanımalı, onun bütün faktorları nəzərə alaraq formalaşdırdığı sistemə ziddiyyət təşkil edəcək tövsifdən və təfsirdən çəkinməli, qanunun ümumi məqsədlərini nəzərə almalıdır. İddiaçı təqdim etdiyi əmək kitabçasının surətinə əsasən xx.xx.1998-ci il tarixdən xx.xx.2000-ci il tarixədək, xx.xx.2000-ci il tarixdən xx.xx.2004-cü il tarixədək, 01.01,2005-ci il tarixdən xx.xx.2005-ci il tarixədək, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(106)-2782/2019 nömrəli qətnaməsinə əsasən xx.xx.1990-cı il tarixdən 01,09.1997-ci il tarixədək əmək fəaliyyəti dövrü , Masallı rayon Dövlət Arxivinin 15 dekabr 2017-ci il tarixli 466 nömrəli arayışına əsasən 1977-ci il üzrə 5 ay, 1978-ci il üzrə 12 ay, 1979-cu il üzrə 12 ay, 1980- ci il üzrə 7 ay, 1981 -ci il üzrə 12 ay, 1982-ci il üzrə 12 ay, 1983-cü il üzrə 5 ay, 1984-cü il tarixə 7 ay, 1985-ci il üzrə 5 ay, 1986-cı il üzrə 8 ay, 1987-ci il üzrə 3 ay, 1988-ci il üzrə 5 ay, 1989- cu il üzrə 5 ay əmək haqqı aldığı dövrlər olmaqla onun mübahisələndirilməyən sığorta stajı 22 il 9 ay 20 gün təşkil edir. Eyni zamanda İddiaçı xx.xx.2006-cı il tarixədək 22 il 9 ay 20 gün sığorta stajına uyğun olaraq 15.997,64 manat pensiya kapitalı pensiya yaşına çatdığı tarixdə qanunvericiliklə tələb olunan 16.742,88 manat pensiya kapitalından azdır. xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır.Əlavə olaraq bildiririk ki, iddiaçının əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan 21,06.2000-ci il tarixdən xx.xx.2006-cı il tarixədək “Köçəkli” bələdiyyəsində işlədiyi müddəti dəqiqləşdirmək zərurəti yaranmışdır. Fondun 2 saylı Lənkəran-Astara regional filialının xx.xx.2022-ci il tarixli aktına əsasən iddiaçının “Köçəkli” bələdiyyəsində xx.xx.2000-ci il tarixdən xx.xx.2000-ci il tarixədək, xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək əməkhaqqı almağı barədə məlumat olmadığından həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Belə olan halda İddiaçı qanunvericiliklə tələb olunan 25 il sığorta stajına və ya pensiyanın minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına malik olmadığından ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilməmişdir.Odur ki, yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 47-ci maddəsini rəhbər tutaraq,İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı "yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair 2-1(120)-639/2023 nömrəli inzibati iş üzrə iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflər lazımi qaydada xəbərdar edilmişdir. İddiaçı məhkəməyə gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə İddiaçı iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. Baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının 11 aprel 2017-ci il tarixli 2 №-li qərarına əsasən Masallı şəhərinin ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Prezidentinin 22 may 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu adlandırılmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mahiyyəti üzrə əsaslıdır. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin məhkəmə icraatı zamanı verdikləri izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarına əlavə edilmiş: - AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1962-ci il tarixdə doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. - İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********5 saylı imtina məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına daxil olmuş ərizənə aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Pensiya yaş həddi qadınlar üçün 62 yaş 6 ay müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qeyd olunan Qanunun 22-1.1 -ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. Təqdim etdiyi arxiv arayışlarına və məhkəmənin qətnamələrinə əsasən sığorta stajı 13 il 10 ay təşkil edir. xx.xx.2006-cı ii tarixindən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə sənədlər təqdim edəcəyi təqdirdə sığorta stajı qanunveriliciklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrlərinə müvafiq qaydada araşdırılmaqla yenidən baxıla bilər. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq sizə xx.xx.2019-cu il tarixindən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmiş, xx.xx.2022-ci il tarixindən 180 manata çatdırılmışdır. "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və yə) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. - İşdə olan Masallı rayonu, Həsənli Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 28 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı həqiqətən, xx.xx.2000-ci il tarixdən ərizəsinə əsasən Masallı rayonundakı Köçəkli bələdiyyəsinə xadimə kimi işə qəbul edilmişdir (əmr № 04, xx.xx.2000-ci il). xx.xx.2009-cu ildə Köçəkli bələdiyyəsinə fəaliyyətinə xitam verilmiş, ştatda olan işçilər əmrlə işdən azad edilmiş, o cümlədən İddiaçı işdən çıxma əmri verilmişdir (xx.xx.2009-cu il), əmr kitabları, əmək haqqı cədvəlləri və digər sənədlər yaradılmış komissiyanın iştirakı ilə Masallı rayonundakı Həsənli Bələdiyyəsinə təhvil verilmişdir. Hazırda Köçəkli bələdiyyəsinin Həsənli bələdiyyəsində saxlanılan sənədləri arasında İddiaçı 2000-ci ilin son 3 ayı, 2001-2004-ci illərin bütün ayları, 2005-ci ilin sentyabr ayı da daxil olmaqla əvvəlki bütün aylar üçün əmək haqqı alması barədə ( cəmi 5 (beş) il) məlumat vardır. - İşdə olan Masallı rayon Dövlət Arxivinin 28 yanvar 2019-cu il tarixli 61 nömrəli arxiv arayışında göstərilmişdir ki, İddiaçı Masallı Rayon Dövlət Arxivində mühafizə olunan, Masallı rayon İcra Hakimiyyəti Başçısının Həsənli kənd inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə məxsus (əvvəlki Həsənli kənd X14 İcraiyyə Komitəsi), 1986-1987-1988- 1989-1990-cı illərə aid 12 saylı təsərrüfatbaşına kitabın, 645-ci təsərrüfatında, 84-cü səhifəsində, iş yeri - “Şən həyat" sovxozunda fəhlə işləməsi; 1991-1992-1993-1994-1995ci illərə aid 14 saylı təsərrüfatbaşına kitabın 863-cü təsərrüfatında, 16-cı səhifəsində "Köçəkli” sovxozunda fəhlə işləməsi; barədə, qeydlər vardır. Sabiq “Şən həyat” sovxozunun mühasibat sənədləri Masallı Rayon Dövlət Arxivinə tam şəkildə təhvil verilməyib. “Köçəkli” sovxozunun sənədləri isə, ümumiyyətlə, Masallı Rayon Dövlət Arxivinə təhvil verilməyib. - İşdə olan Masallı rayon Dövlət Arxivinin 15 dekabr 2017-cu il tarixli 466 nömrəli arxiv arayışında göstərilmişdir ki, İddiaçı (Radə) Malik qızı sabiq “Şən həyat” tərəvəzçiliksüdçülük sovxozuna fəhlə qəbul edilməsi barədə əmri tapılmadı, lakin, 1977-ci ilin iyul ayından (Radə kimi) Ağamalının briqadasında əmək haqqı almağa başlamış (xx.xx.1978ci il tarixli 301 saylı əmrlə ilk dəfə növbəti əmək məzuniyyətinə buraxılıb), xx.xx.1984-cü il tarixli 76-13 saylı əmrlə İbrahimin briqadasına keçirilmiş, xx.xx.1985-ci il tarixli 116-27 saylı əmrlə Ağamalının briqadasına keçirilmiş, xx.xx.1985-ci il tarixli 347 saylı əmrlə, xx.xx.1985-ci ildən körpə uşağın bir yaşı olanadək haqqı qismən ödənilən məzuniyyətə buraxılmış, xx.xx.1987-ci il tarixli 49 saylı əmrlə 1987-ci ildə işləmək üçün Yaşarın briqadasına təhkim edilmişdir. İşdən çıxma əmri tapılmadı.xx.xx.1990-cı ildə “Şən həyat” sovxozunun bazasında yeni “Köçəkli” sovxozu yaranmışdır. “Köçəkli” sovxozunun sənədləri arxivə verilməyib. İşlədiyi müddətdə aşağıdakı kimi əmək haqqları almışdır. 1977 1978 1979 1980 1981 1982 1983 1984 1985 1986 1987 1988 1989 Yanvar — xx.xx.19 xx.xx.1979 87 xx.xx.19 xx.xx.1982 — — — 35 76 — 82 78-ci il -cu il 81-ci il -ci il tarixli tarixli tarixli 404 tarixli 259-6 saylı Fevral — — — — — — — 301 saylı saylı əmrlə 41 312 saylı əmrlə 35 əmrlə növbəti əmrlə növbəti Mart — növbəti əmək 74 növbəti əmək — 73 — 35 — 35 — əmək məzuniyyə əmək məzuniyyə məzuniy tinə məzuniy tinə Aprel — buraxılıb 97 yətinə buraxılıb 200 226 121 35 194 35 115 yətinə buraxılıb buraxılıb May — — 181 251 106 35 249 — 234 İyun -- — 113 104 60 35 — 35 91 İyul 32 45 206 — — 35 — — 101 Avqust 66 13 47 — — 30 — 35 ... Sentyabr 15 — — — — — — — — Oktyabr — — — 45 — — — — — Noyabr 67 — — 33 10 — — — — Dekabr 13 25 — 33 35 — — 63 — Sabiq “Şən həyat” tərəvəzçilik-südçülük sovxozunun əmr kitabları və əmək haqqı cədvəlləri Masallı Rayon Dövlət Arxivinə tam şəkildə təhvil verilməyib. Bəzi sənədlərdə adı Radə kimi qeyd edilib.“Şən həyat” sovxozunun xx.xx.1990-cı il tarixli 12 saylı əmri ilə, Azərb. SSR Nazirlər Sovetinin xx.xx.1989-cu il tarixli 501 saylı qərarının yerinə yetirilməsi məqsədi ilə, “Şən həyat” sovxozunun bazasında, mərkəzi Məmmədxanlı kəndi olmaqla (Təkdam kəndi də daxil olmaqla) yeni M.Abıyev adına sovxoz və mərkəzi Köçəkli kəndi olmaqla yeni “Köçəkli” sovxozu yaradılmışdır. - İşdə olan Masallı rayon Dövlət Arxivinin 26 aprel 2021-ci il tarixli 186 nömrəli arxiv arayışında göstərilmişdir ki, verilir, İddiaçı (Radə) Malik qızına ondan ötrü ki, o, sabiq “Şən həyat” tərəvəzçilik- südçülük sovxozunda fəhlə işlədiyi müddətdə, 1977-ci ilin iyul ayından 1980-ci ilin aprel ayına qədər “Radə“ kimi, aşağıdakı qaydada əmək haqqları almışdır.1980-ci ilin may ayından sonrakı müddətdə əmək fəaliyyəti zamanı adı “İradə“ kimi qeyd olunub. 1977 1978 1979 1980 Yanvar — 62 61 88 Fevral — 44 53 41 Mart — 40 35 — Aprel — 104 22 97 May — 65 59 — İyun — 29 56 — İyul 32 74 56 --- Avqust 66 31 26 - Sentyabr 15 9 53 — Oktyabr — 24 57 — Noyabr 67 90 82 — Dekabr 13 13 19 — Sabiq “Şən həyat" tərəvəzçilik-südçülük sovxozunun əmr kitabları və əmək haqqı cədvəlləri Masallı Rayon Dövlət Arxivinə tam şəkildə təhvil verilməyib. “Şən həyat" sovxozunun xx.xx.1990-cı il tarixli 12 saylı əmri ilə, Azərb. SSR Nazirlər Sovetinin xx.xx.1989-cu il tarixli 501 saylı qərarının yerinə yetirilməsi məqsədi ilə, “Şən həyat” sovxozunun bazasında, mərkəzi Köçəkli kəndi olmaqla yeni “Köçəkli” sovxozu yaradılmışdır - İşdə olan Masallı rayon Dövlət Arxivi tərəfindən tərtib edilmiş 10 aprel 2019-cu il tarixli Akt DSMF Masallı rayon şöbəsinin Pensiya sektorunun müdiri X4, pensiya sektorunun məsləhətçisi X5 və Masallı rayon Dövlət Arxivinin müdiri X10 iştirakı ilə tərtib edilərək göstərilmişdir ki, İddiaçı adına verilmiş xx.xx.2017-ci il tarixli 466 saylı sabiq “Şən həyat” tərəvəzçilik-südçülük sovxozunda işləməsi barədə arxiv arayışını sığorta stajına daxil edilən əmək stajını yerində qarşılıqlı yoxlanılmışdır. İddiaçı sabiq “Şən həyat” sovxozunda işləməsini arxivdə saxlanılan mühasibat sənədləri ilə qarşılıqlı sürətdə yoxlanılan zaman heç bir qanun pozuntusu aşkar edilməmişdir. - İşdə olan Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1187/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, İddiaçı hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi və aldığı müavinət çıxılmaqla yaranmış fərqin hesablanıb ödənilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə X23 şəxsinin Masallı rayon filialının üzərinə qoyulması qərara alınmışdır. - İşdə olan Masallı rayon Məhkəməsinin 2(050)-3085/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Masallı rayon Dövlət Arxivində saxlanılan sənədlər əsasında verilmiş 26 aprel 2021-ci il tarixli 186 saylı arxiv arayışının İddiaçı məxsus olması faktının müəyyən edilməsi qərara alınmışdır. -İşdə olan Şirvan Apelyasiya Məhkəməsinin 2(106)-390/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, maraqlı şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X23 Şəxsinin Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialının apellyasiya şikayəti təmin edilməmişdir. Masallı rayon Məhkəməsinin 2(050)- 3085/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi maraqlı şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X23 Şəxsinin Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. - İşdə olan Şirvan Apelyasiya Məhkəməsinin 2(106)-2782/2019 nömrəli, xx.xx.2019cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmişdir. Masallı rayon Məhkəməsinin 2(050)-1897/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilərək ərizəçi İddiaçı C.Yaqubov adına “Köçəkli” sovxozunda 1990-cı ilin yanvar tarixindən 01 sentyabr 1997-ci il tarixədək işləməklə sosial sığorta stajına malik olması faktı müəyyən edilməsi qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikas Ali Məhkəməsinin Mülki Kollegiyasıının 10 mart 2020-ci il tarixli, 2(102) -1159/2020 saylı qərarından görünür ki, maraqlı şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon Şöbəsinin kassasiya şikayəti təmin ediməmişdir. - İşdə olan Masallı rayon Dövlət Arxivinin məhkəməyə ünvanladığı 18 avqust 2022-ci il tarixli 271 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı iddiası ilə bağlı, xx.xx.2022 il tarixdə Masallı Rayon Dövlət Arxivinə (RDA) daxil olmuş, sorğunuza cavab olaraq, İddiaçı adına verilmiş xx.xx.2017-ci il tarixli 466 saylı, xx.xx.2018-ci il tarixli 100 saylı, xx.xx.2019cu il tarixli 61 saylı, xx.xx.2021-ci il tarixli 186 saylı, arxiv arayışlarının verilməsinə əsas olan sənədlərin təsdiq olunmuş surətləri göndərilir. Arxivdə sənədlərdən mütəmadi olaraq istifadə olunduğu üçün, arxiv sənədlərinin əslini, arxiv işçisinin iştirakı ilə yalnız məhkəmə iclası zamanı baxış keçirilməsi məqsədi ilə məhkəməyə təqdim etmək olar, digər hallarda isə təsdiq edilmiş surətlər təqdim edilir. Masallı RDA-nin 1,5 ştat vahidi var (1-müdir, 0,5 xadimə). Masallı RDA-nin müdiri, Masallı rayin İHB-nın xx.xx.2022-ci il tarixli 79 saylı əmri ilə, xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilə kimi növbəti əmək məzuniyyətində olduğundan və müdiri əvəz edəcək ştatın olmamasından, Masallı RDA-nə daxil olan sorğuların cavablandırılması gecikdirilə bilər (dövlət arxivlərində sorğuların icra müddəti, arxivə daxil olmuş sorğuların və arxiv işçilərinin sayından və asılı olaraq 15 iş günündən 30 iş gününə kimi təşkil edir). - İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli **********4 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına daxil olmuş xx.xx.2022-ci il tarixli 2-1 (120)-1965/2022 nömrəli məktubunuza aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun iddiaçının pensiya yaşına çatdığı xx.xx.2018-ci il tarixinə qüvvədə olan 8.1-ci maddəsinə əsasən beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı xx.xx.2018-ci il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçı 25 il sığorta stajı və ya fərdi hesabının sığorta hissəsində minimum 16704 manat (116 manat x 144 ay) pensiya kapitalına malik olmalıdır. İddiaçı təqdim etdiyi Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2019- cu il tarixli 2(106)-2782/2019 nömrəli qətnaməsinə əsasən xx.xx.1990-cı il tarixindən xx.xx.1997-ci il tarixinədək əmək fəaliyyəti dövrü, Masallı rayon Dövlət Arxivinin arayışına əsasən 1977-ci il üzrə 5 ay, 1978-ci il üzrə 12 ay, 1979-cu il üzrə 12 ay, 1980-ci il üzrə 7 ay, 1983-cü il üzrə 5 ay, 1984-cü il tarixə 7 ay, 1985-ci il üzrə 5 ay, 1986-cı il üzrə 8 ay, 1987-ci il üzrə 3 ay, 1988-ci il üzrə 5 ay, 1989-cu il üzrə 5 ay əmək haqqı aldığı dövrlər nəzərə alınmaqla mübahisələndirilməyən 13 il 10 ay ümumi iş stajı vardır. İddaçının 13 il 10 ay ümumi iş stajına uyğun olaraq pensiya kapitalı pensiya yaşına çatdığı xx.xx.2018-ci il tarixədək indeksləşdirilməklə 5398,31 manat təşkil edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X1 altsistemi proqram təminatına əsasən Qanunun 22.1.1-ci maddəsinin tətbiq etməklə avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin olunması üçün vətəndaşın xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinə fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. - İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli **********2 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına daxil olmuş xx.xx.2022-ci il tarixli 2-1 (120)-1965/2022 nömrəli məktuba aidiyyəti üzrə baxılmışdır. İddiaçı “Şən Həyat” tərəvəzçilik-südçülük sovxozundakı əmək fəaliyyətinə dair Fondun 2 saylı Lənkəran-Astara regional filialı tərəfindən tərtib edillmiş xx.xx.2022-ci il tarixli yoxlama aktının surəti Məhkəməyə təqdim edilir. - İşdə olan 01.11 2022-ci il tarixli yoxlama aktının surətindən görünür ki, 2 saylı X13 filialının Pensiya təminatı şöbəsinin böyük mütəxəssisi X11, 2 saylı X13 filialının Pensiya təminatı şöbəsinin aparıcı mütəxəssisi X7, Masallı rayon Dövlət Arxivinin müdiri X10 iştirakı ilə İddiaçı adına Masallı rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 466 saylı və xx.xx.2021-ci il tarixli 186 saylı arxiv arayışlarının düzgünlüyü Masallı rayon Dövlət Arxivində saxlanılan sabiq “Şən Həyat” tərəvəzçilik-südçülük sovxozunun əmr kitabları və əmək haqqı cədvəllərinə əsasən araşdırılmışdır. Araşdırma zamanı İddiaçı sabiq “Şən Həyat” tərəvəzçilik- südçülük sovxozuna fəhlə qəbul edilməsi barədə əmri tapılmadı, lakin 1977-ci ilin Vİİ- İXXİ-Xİİ; 1978-ci ilin l-Xİİ (xx.xx.1978-ci il tarixli 301 saylı əmrlə növbəti əmək məzuniyyətinə buraxılıb); 1979-cu ilin l-Xİİ (xx.xx.1979-cu il tarixli 404 saylı əmrlə növbəti əmək məzuniyyətinə buraxılıb); 1980-cı ilin İ-İV,Vİl-Vİİİ,Xll (1977-ci ilin iyul ayından 1980-cı ilin may ayına qədər adı Radə kimi göstərilib);1983-cü ilin İV-Vİİİ (xx.xx.1983-cü il tarixli 6 saylı protokola əsasən 025987 saylı xəstəlik vərəqəsinə əsasən xx.xx.1983-cü il tarixdən xx.xx.1983-cü il tarixədək bülleten pulu);1984-ci ilin 11l-Vİ,X-Xİi; 1985-ci ilin İV-V!;1985-ci ilin Xİ-Xİİ -1986-cı ilin l-Vİİİ (xx.xx.1985-ci il tarixli 347 saylı əmrlə xx.xx.1985-ci ildən körpə uşağın bir yaşı olanadək haqqı qismən ödənilən məzuniyyət);1987-ci ilin (xx.xx.1987-ci il tarixli 49 saylı əmrlə 1987- ci ildə işləmək üçün Yaşarın briqadasına təhkim edilib) l,!V-V; 1988-ci ilin lll-!V,V!,Vİİİ (haqqı qismən ödənilən məzuniyyət); 1988-ci ilin Xll;1989-cu ilin İ.İV-Vİİ (işdən çıxma əmri tapılmadı); ayları üzrə əmək haqqı alması və xx.xx.1981-ci il tarixli 312 saylı, xx.xx.1982-ci il tarixli 259-6 saylı əmrlə növbəti əmək məzuniyyətinə buraxılması müəyyən edildi. - İşdə olan Masallı rayon Məhkəməsinin Şirvan İnzibati Məhkəməsinə ünvanladığı 2(050)-3085/2021 nömrəli, xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, ərizəçi İddiaçı maraqlı şəxs Azərbaycan Respublikası əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 8 saylı Regional Ərazi Filialına qarşı sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair Masallı Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli, 2(050)-3085/2021 saylı qətnaməsinin surəti göndərilmişdir. - İşdə olan Şirvan İnzibati Məhkəməsinin 2-1 (120)-1187/2020 nömrəli, xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, Şirvan İnzibati Məhkəməsinin (hakim Zaur Allahyarov) 21 oktyabr 2020-ci il tarixli, 2-1 (120)-1187/2020 nömrəli qərarı Şirvan Apelyasiya Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2-1 (106)-184/2021 nömrəli qərardadına əsasən ləğv edilmiş və işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılmışdır. Qeyd olunan işə hakim Orxan İsmayılov tərəfindən baxılmış, iddiaçının xx.xx.2021 -ci il tarixli teleqramına əsasən məhkəmənin xx.xx.2021-ci il tarixli, 2-1(120)-1145/2021 nömrəli qərardadı ilə iddia ərizəsi geri qaytarılmaqla icraata xitam verilmişdir. Qərardad xx.xx.2021-ci il tarixdə qanuni qüvvəyə minmişdir. - İşdə olan xx.xx.1998-cı il tarixli, ИT-İ ******* əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1998-cı ildən xx.xx.2009-cü ilədək müxtəlif sahələrdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. - İşdə olan Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən təqdim edlmiş kommersiya qrumlarının dövlət reyestri məlumatları haqqında olan çıxarışdan görünür ki, "xxxx" MMC-i xx.xx.2009-cu il tarixdən dövlət qeydiyyatına alınmışdır. - İşdə olan Masallı rayon Məhkəməsinin Şirvan İnzibati Məhkəməsinə ünvanladığı 2(050)-3085/2021 nömrəli, xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, Masallı rayon Məhkəməsinin 08 oktyabr 2021 -ci il tarixli, 2(050)-3085/2021 saylı qətnaməsi 14 mart 2022-ci il tarixdə qanuni qüvvəyə minmişdir. - İşdə olan Masallı rayon Dövlət Arxivinin məhkəməyə ünvanladığı 30 may 2023-cü il tarixli 3-48-33RA/2-69/2023 nömrəli məktubunda göstərilmişdir ki, "xxxx" kiçik müəsisəsinin sənədləri Masallı rayon RDA-nə təhvil verilmədiyindən, İddiaçı xx.xx.1998-ci ildən xx.xx.2000-ci ilə kimi həmin müəsisədə işləməsi barədə arxiv arayışının və ya məlumatın məhkəməyə təqdim olunması imkanı xaricindədir. - İşdə olan Masallı rayonu Həsənli Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 23 nömrəli arayışda göstərilmişdir ki, İddiaçı həqiqətən xx.xx.2000-ci il tarixdə Köçəkli bələdiyyəsinə xadimə kimi işə qəbul edilmişdir. xx.xx.2009-cu il tarixli 17 nömrəli əmrə əsasən xadimə vəzifəsindən azad edilmişdir. - İşdə olan Masallı rayonu Həsənli Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 22 nömrəli arayışda göstərilmişdir ki, Verilir Masallı rayon Köçəkli kənd sakini xx.xx.1962-ci ildə anadan olmuş İddiaçı- qızına ondan ötəri ki, o, 2000-ci ildən 2005-ci ilə kimi Köməkli Bələdiyyəsində xadimə işlədiyi müddətdə aşağıda ki, kimi əmək haqqı almışdır. Aylar 2000 2001 2002 2003 2004 2005 Yanvar — 100,00 120,00 100,00 100,00 80,00 Fevral — 160,00 120,00 100,00 100,00 80,00 Mart — 160,00 120,00 100,00 100,00 80,00 Aprel — 160,00 120,00 100,00 100,00 80,00 May — 160,00 120,00 100,00 100,00 80,00 İyun — 160,00 120,00 100,00 100,00 80,00 İyul --- 160,00 120,00 100,00 100,00 80,00 Avqust -- 160,00 100,00 100,00 100,00 80,00 Sentyabr -- 160,00 100,00 100,00 100,00 80,00 Oktyabr 100,00 160,00 100,00 100,00 100,00 80,00 Noyabr 100,00 160,00 100,00 100,00 100,00 80,00 Dekabr 100,00 160,00 100,00 100,00 100,00 80,00 - İşdə olan Azər-M kiçik müəsissəsinin direktorunun imzası və möhürü ilə təsdiq edilmiş arayışda göstərilmişdir ki, İddiaçı 1998-1999-cu ildən 2000-ci ilə kimi Azər-M kişik müəsisəsində işlədiyi müddətdə aşağıda ki, kimi əmək haqqı almışdır. Aylar 1998 1999 2000 Yanvar — 25000 28000 Fevral — 25000 28000 Mart — 25000 28000 Aprel — 25000 28000 May — 25000 28000 İyun 1500 25000 -- İyul 15000 25000 -,-- Avqust 15000 25000 - Sentyabr 15000 25000 - Oktyabr 15000 25000 - Noyabr 15000 25000 - Dekabr 15000 25000 - - İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli 3-17-1/2-258087/2023 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına daxil olmuş xx.xx.2023-cü il tarixli 2-1(120)-936/2023 nömrəli məktuba aidiyyəti üzrə baxılmışdır. İddiaçı təqdim etdiyi Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(106)-2782/2019 nömrəli qətnaməsinə əsasən xx.xx.1990-cı il tarixindən xx.xx.1997-ci il tarixədək “Köçəkli” sovxozunda, əmək kitabçasının surətinə əsasən xx.xx.1998-ci il tarixdən xx.xx.2000-ci il tarixinədək, Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(050)-3085/2021 nömrəli qətnaməsi ilə təsdiq edilmiş Masallı Rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 186 nömrəli arayışına əsasən xx.xx.1977-ci il tarixindən xx.xx.1980-ci il tarixədək olan əmək fəaliyyəti dövrü üzrə ümumilikdə 12 il 8 ay 21 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumata əsasən iddiaçının xx.xx.2006-cı il tarixdən sonra fərdi hesabında pensiya kapitalı qeydə alınmadığından onun əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.2000-ci il tarixdən xx.xx.2009-cu il tarixədək olan “Köçəkli” bələdiyyəsində işlədiyi dövrü dəqiqləşdirmək zərurəti yaranmışdır. Fondun 2 saylı Lənkəran-Astara regional filialının xx.xx.2022-ci il tarixli aktına əsasən iddiaçının “Köçəkli” bələdiyyəsində işlədiyi dövr üzrə 2000-ci ilin X-Xİİ ayların əmək haqqı cədvəllərində möhür oxunmaz vəziyyətdədir, 2001-2005-ci illərin əmək haqqı cədvəlləri isə “Həsənli” bələdiyyəsinin möhürü ilə təsdiq olunmuşdur. Qeyd olunan səbəblərdən həmin dövr sığorta stajına daxil edilməmişdir. Masallı Rayon Dövlət Arxivinin xx.xx.2017-ci il tarixli 466 nömrəli arxiv arayışına əsasən bəzi dövrlərdə İddiaçı adı Radə kimi qeyd edildiyindən, həmçinin həmin arayışla Masallı Rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 186 nömrəli arayışı arasında uyğunsuzluq olduğundan sözügedən arayışda qeyd olunan dövrlər sığorta stajına daxil edilməmişdir. - İşdə olan Masallı rayon Dövlət Arxivinin məhkəməyə ünvanladığı 28 fevral 2024-cü il tarixli 3-48-33RA/2-044/2024 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı iddiası ilə bağlı, xx.xx.2024 il tarixdə Masallı Rayon Dövlət Arxivinə (RDA) daxil olmuş, sorğuya cavab olaraq, İddiaçı (Radə) Malik qızının keçmiş “Şən hət” sovxozunda işlədiyi müddətdə, haqqında və ya onun da aid olduğu əmrlərin (eyni zamanda xx.xx.2017-ci il tarixli 466 saylı arxiv arayışının verilməsinə əsas olan sənədlərin) təsdiq olunmuş surətləri göndərilmişdir. - İşdə olan Masallı rayonu Həsənli Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 11 nömrəli məktubda göstərilmişdir ki, 2009-cu ildə bələdiyyələrin birləşməsi ilə bağlı bələdiyyənin arxivində heç bir sənəd yoxdur. Lakin hal-hazırda Həsənli, Köçəkli, Məmmədxanlı, Təkdam Həsənli bələdiyyəsinin ərazisi hesab edilir və bu kəndlər Həsənli bələdiyyəsinə birləşib. - İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli **********9 nömrəli məktubunda göstərilmişdir ki, müraciətə Azərbaycan Respublikasının Əmək və X8 Nazirliyi yanında X18 Fondunun Masallı rayon şöbəsində baxılmışdır. Əmək pensiyası təminatına dair normativ hüquqi aktlara əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun qüvvəyə mindiyi günədək 01 yanvar 2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2.1-ci maddəsinə uyğun Sığortaolunanm sığorta stajına işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti daxil edilir. - İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli 3-17-1/2-160644/2024 nömrəli məktubunda göstərilmişdir ki, məhkəmə sorğusuna əsasən İddiaçı 1977-1990-cı illərdə “Şən həyat” sovxozunda, xx.xx.1992-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək “Azər- M” kiçik müəssisəsində və xx.xx.2000-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək Köçəkli Bələdiyyəsində olan əmək fəaliyyəti dövrlərinə dair müvafiq araşdırma yekunlaşdıqdan sonra nəticəsi barədə məlumat veriləcəkdir. - İşdə olan Azərbaycan Respublikası Lənkəran Regiona Ədliyyə İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli 3-16-28/1-46/24 nömrəli məktubunda göstərilmişdir ki, Şirvan İnzibati Məhkəməsinin icraatında İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Masallı rayonu Həsənli bələdiyyəsinin xx.xx.2024-cü il tarixli cavab məktubunun surəti göndərilir. - İşdə olan Masallı rayonu Həsənli Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 12 nömrəli məktubda göstərilmişdir ki, 2009-cu ildə bələdiyyələrin birləşməsi ilə bağlı bələdiyyənin arxivində heç bir sənəd yoxdur. Lakin hal-hazırda Həsənli, Köçəkli, Məmmədxanlı, Təkdaın Həsənli bələdiyyəsinin ərazisi hesab edilir və bu kəndlər Həsənli bələdiyyəsinə birləşib. - İşdə olan Masallı rayon Dövlət Arxivinin məhkəməyə ünvanladığı 27 avqust 2020cü il tarixli 259 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı lə bağlı, xx.xx.2020-ci il tarixdə Masallı Rayon Dövlət Arxivinə (MRDA) daxil olmuş, sorğunuza cavab olaraq, onun adına verilmiş xx.xx.2017-ci il tarixli 466 saylı arxiv arayışının verilməsinə əsas olan sənədlərin təsdiq olunmuş surətlər göndərilir. - İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli 3-17-1/2-227720/2024 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Döviət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına daxil olmuş 18,09.2024-cü il tarixli 2-1(120)-234/2024 nömrəli sorğuya aidiyyəti üzrə baxılmışdır. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsistemində olan məlumata əsasən İddiaçı “Sosial müavinətlər haqqında" Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinin xx.xx.2020-ci il tarixədək qüvvədə olmuş redaksiyasının tələblərinə uyğun olaraq 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadın kimi xx.xx.2019-cü il tarixdən yaşa görə sosial müavinət təyin edilib və ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan və ya əlilliyi müəyyən edilmiş uşağı olan qadınların və kişilərin, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə, bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən adıçəkilən şəxs (beş uşağı olan qadın kimi) xx.xx.2018-ci il tarixdə yaşa görə əmək pensiyası yaşına çatmışdır. - İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli 3-17-1/2-177154/2024 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı 1977-1990-cı illərdə “Şən həyat” sovxozunda, xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixədək "xxxx" kiçik müəssisəsində və xx.xx.2000-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Köçəkli Bələdiyyəsində olan əmək fəaliyyətinə dair tərtib edilmiş yoxlama aktlarının surəti məhkəməyə təqdim edilir. - İşdə olan Masallı rayon Dövlət Arxivi tərəfindən tərtib edilmiş 15 iyul 2024-cü il tarixli Akt DSMF-nin 2 saylı Lənkəran-Astara regional filialının Pensiya təminatı şöbəsinin aparıcı mütəxəssisi X7 və Masallı rayon Dövlət Arxivinin müdiri X10 iştirakı ilə tərtib edilərək göstərilmişdir ki, "xxxx" kiçik müəssisəsinin əmr kitabları, əmək haqqı cədvəlləri Masallı rayon Dövlət Arxivinə təhvil verilmədiyindən və qeyd edilən sənədlərin harada saxlanılması barədə məlumat olmadığından İddiaçı həmin müəssisədə işləməsi faktını yoxlamaq mümkün olmamışdır. - İşdə olan Masallı rayonu Həsənli Bələdiyyəsi tərəfindən tərtib edilmiş 18 iyul 2024cü il tarixli Akt DSMF-nin 2 saylı Lənkəran-Astara regional filialının Pensiya təminatı şöbəsinin aparıcı mütəxəssisi X7, Masallı rayonu Həsənli Bələdiyyəsinin sədr müavini X3 iştirakı ilə tərtib edilərək göstərilmişdir ki, İddiaçı Köçəkli Bələdiyyəsində işləməsi Həsənli bələdiyyəsində saxlanılan (2010-cu ilin yanvar ayında Köçəkli bələdiyyəsi Həsənli bələdiyyəsinə birləşdirilib) Köçəkli bələdiyyəsinin haqq-hesab ödəniş cədvəllərinə əsasən araşdırılmışdır. Araşdırmaya təqdim edilmiş Köçəkli bələdiyyəsinin haqq-hesab ödəniş cədvəllərinə əsasən İddiaçı (cədvəllərdə ata adı yazılmayıb) 2000-ci il üçün X-Xİİ (3 ay) 2001-ci il üçün İ-Xİİ (12 ay), 2002-ci il üçün İ-Xİİ (12 ay), 2003-cü il üçün İ-Xİİ(12 ay), 2004-cü il üçün İ-İX (9 ay), 2005-ci il üçün İ-İX (9 ay) əmək haqqı alması müəyyən edildi.Haqq-hesab ödəniş cədvəlləri Həsənli bələdiyyəsinin möhürü ilə təsdiqlənib. İddiaçı işə girmə işdən azad edilməsi əmrləri əmr kitabları təqdim edilmədiyindən yoxlamaq mümkün olmadı. - İşdə olan Masallı rayon Dövlət Arxivi tərəfindən tərtib edilmiş 18 iyul 2024-cü il tarixli Akt DSMF-nin 2 saylı Lənkəran-Astara regional filialının Pensiya təminatı şöbəsinin aparıcı mütəxəssisi X7 və Masallı rayon Dövlət Arxivinin müdiri X10 iştirakı ilə tərtib edilərək göstərilmişdir ki, İddiaçı “Şən həyat” sovxozunda işləməsi Masallı rayon Dövlət Arxivində saxlanılan sabiq “Şən həyat” sovxozunun əmr kitablarına və əmək haqqı cədvəllərinə (sabiq “Şən həyat” sovxozunun sənədləri Masallı rayon Dövlət Arxivinə tam şəkildə təhvil verilməyib) əsasən araşdırıldı. Araşdırma zamanı İddiaçı Masallı rayon sabiq “Şən həyat” tərəvəzçilik südçülük sovxozuna fəhlə qəbul edilməsi barədə əmri aşkarlanmadı, lakin 1977-ci ilin Vİİ-İX-, Xİ-Xİİ (1977-ci ilin iyul ayından 1980-cı ilin may ayına kimi adı Radə qeyd edilib) 1978-ci ilin İ-Xİİ ()xx.xx.1978-ci il tarixli 301 Salı əmrlə növbəti məzuniyyətə buraxılıb) 1980-cı ilin İ-İV, Vİİ-Vİİİ, Xİİ 1983-cü ilin İV-Vİİİ (xx.xx.1983cü il tarixli 6 saylı protokola əsasən 025987 saylı xəstəlik vərəqəsinə əsasən xx.xx.1983cü il tarixdən xx.xx.1983-cü il tarixədək bülleten pulu) 1984-cü ilin, İİİ-Vİ, X-Xİİ, 1985-ci ilin İV-Vİ, 1985-ci ilin Xİ-Xİİ, 1986-cı ilin İ-Vİİİ (xx.xx.1985-ci iltarixli 347 saylı əmrlə xx.xx.1985ci ilədək körpə üşağın 1 yaşı olanadək haqqı qismən ödənilən məzuniyyət 1987-ci ilin İ,İV- V (xx.xx.1987-ci il tarixli 49 saylı əmrlə 1987-ci ildə işləmək üçün Yaşarın briqadasına təhkim edilib) 1988-ci ilin İİİ-İV,Vİ,Vİİİ (haqq qismən ödənilən məzuniyyət) 1988-ci ilin Xİİ, 1989-cu ilin İ, İV-Vİİ ()işdən çıxma əmri tapılmadı) ayları üzrə əmək haqqı alması və xx.xx.1981-ci il tarixli 312 saylı, xx.xx.1982-ci il tarixli 259-6 saylı əmrlə növbəti əmək məzuniyyətinə buraxılması müəyyən edilmişdir. Cavabdeh orqan tərəfindən iddia ərizəsinə etiraz verilərək göstərilmişdir ki, İddiaçı təqdim etdiyi əmək kitabçasının surətinə əsasən xx.xx.1998-ci il tarixdən xx.xx.2000-ci il tarixədək, xx.xx.2000-ci il tarixdən xx.xx.2004-cü il tarixədək, 01.01,2005-ci il tarixdən xx.xx.2005-ci il tarixədək, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(106)- 2782/2019 nömrəli qətnaməsinə əsasən xx.xx.1990-cı il tarixdən 01,09.1997-ci il tarixədək əmək fəaliyyəti dövrü , Masallı rayon Dövlət Arxivinin 15 dekabr 2017-ci il tarixli 466 nömrəli arayışına əsasən 1977-ci il üzrə 5 ay, 1978-ci il üzrə 12 ay, 1979-cu il üzrə 12 ay, 1980- ci il üzrə 7 ay, 1981 -ci il üzrə 12 ay, 1982-ci il üzrə 12 ay, 1983-cü il üzrə 5 ay, 1984-cü il tarixə 7 ay, 1985-ci il üzrə 5 ay, 1986-cı il üzrə 8 ay, 1987-ci il üzrə 3 ay, 1988-ci il üzrə 5 ay, 1989- cu il üzrə 5 ay əmək haqqı aldığı dövrlər olmaqla onun mübahisələndirilməyən sığorta stajı 22 il 9 ay 20 gün təşkil edir. Sonradan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə xx.xx.2023-cü il tarixli 3-17-1/2-258087/2023 nömrəli məktub ünvanlayaraq göstərmişdir ki, İddiaçı təqdim etdiyi Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(106)-2782/2019 nömrəli qətnaməsinə əsasən xx.xx.1990-cı il tarixdən xx.xx.1997ci il tarixədək “Köçəkli” sovxozunda, əmək kitabçasının surətinə əsasən xx.xx.1998-ci il tarixdən xx.xx.2000-ci il tarixədək, Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(050)-3085/2021 nömrəli qətnaməsi ilə təsdiq edilmiş Masallı Rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 186 nömrəli arayışına əsasən xx.xx.1977-ci il tarixdən xx.xx.1980-ci il tarixədək olan əmək fəaliyyəti dövrü üzrə ümumilikdə 12 il 8 ay 21 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumata əsasən iddiaçının xx.xx.2006-cı il tarixdən sonra fərdi hesabında pensiya kapitalı qeydə alınmadığından onun əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.2000-ci il tarixdən xx.xx.2009-cu il tarixədək olan “Köçəkli” bələdiyyəsində işlədiyi dövrü dəqiqləşdirmək zərurəti yaranmışdır. Fondun 2 saylı Lənkəran-Astara regional filialının xx.xx.2022-ci il tarixli aktına əsasən iddiaçının “Köçəkli” bələdiyyəsində işlədiyi dövr üzrə 2000-ci ilin X-Xİİ ayların əmək haqqı cədvəllərində möhür oxunmaz vəziyyətdədir, 2001-2005-ci illərin əmək haqqı cədvəlləri isə “Həsənli” bələdiyyəsinin möhürü ilə təsdiq olunmuşdur. Qeyd olunan səbəblərdən həmin dövr sığorta stajına daxil edilməmişdir. Masallı Rayon Dövlət Arxivinin xx.xx.2017-ci il tarixli 466 nömrəli arxiv arayışına əsasən bəzi dövrlərdə İddiaçı adı Radə kimi qeyd edildiyindən, həmçinin həmin arayışla Masallı Rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 186 nömrəli arayışı arasında uyğunsuzluq olduğundan sözügedən arayışda qeyd olunan dövrlər sığorta stajına daxil edilməmişdir. İşin tərəflər arasında mübahisə doğuran halı iddiaçının 25 il ümumi iş stajına malik olub – oİmamasıdır. Məhkəmə cavabdeh inzibati orqan tərəfindən iddiaçının əmək fəaliyyətinin mübahisə edilən xx.xx.2000-ci il tarixdən xx.xx.2009-cu il tarixədək olan “Köçəkli” bələdiyyəsində əmək fəaliyyəti dövrü üzrə xadimə işlədiyi dövrlər ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, əmək kitabçasına əsasən, İddiaçı xx.xx.1998-cı ildən xx.xx.2000-ci il tarixədək “Azər- M” kiçik müəssisəsində fəhlə, xx.xx.2000-ci il tarixdən xx.xx.2009-cu il tarixədək olan “Köçəkli” bələdiyyəsində xadimə işləmişdir. İş materiallarından görünür ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2009-cu il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Məhkəməyə təqdi edilmiş əmək haqqı cədvəllərində də görünür ki, İddiaçı Köçəkli Bələdiyyəsində işləməsi Həsənli bələdiyyəsində saxlanılan (2010-cu ilin yanvar ayında Köçəkli bələdiyyəsi Həsənli bələdiyyəsinə birləşdirilib) Köçəkli bələdiyyəsinin haqq-hesab ödəniş cədvəllərinə əsasən araşdırılmışdır. Araşdırmaya təqdim edilmiş Köçəkli bələdiyyəsinin haqq-hesab ödəniş cədvəllərinə əsasən İddiaçı (cədvəllərdə ata adı yazılmayıb) 2000-ci il üçün X-Xİİ (3 ay) 2001-ci il üçün İ-Xİİ (12 ay), 2002-ci il üçün İ-Xİİ (12 ay), 2003-cü il üçün İ-Xİİ(12 ay), 2004-cü il üçün İ-İX (9 ay), 2005-ci il üçün İ-İX (9 ay) əmək haqqı alması müəyyən edildi.Haqq-hesab ödəniş cədvəlləri Həsənli bələdiyyəsinin möhürü ilə təsdiqlənib. İddiaçı işə girmə işdən azad edilməsi əmrləri əmr kitabları təqdim edilmədiyindən yoxlamaq mümkün olmadı. Cavabdeh orqan tərəfindən tərəfindən bildirilmişdir ki, iddiaçının “Köçəkli” bələdiyyəsində işlədiyi dövr üzrə 2000-ci ilin X-Xİİ ayların əmək haqqı cədvəllərində möhür oxunmaz vəziyyətdədir, 2001-2005-ci illərin əmək haqqı cədvəlləri isə “Həsənli” bələdiyyəsinin möhürü ilə təsdiq olunmuşdur. Məhkəmə tərəfindən sorğular göndərilmiş və sorğular əsasında müəyyən edilmişdir ki, Köçəkli Bələdiyyəsi digər kəndlərin bələdiyyələri ilə birlikdə Həsənli Bələdiyyəsinə birləşdirilmişdir. Məhkəmə tərəfindən hesab edilir ki, hazırkı iş üzrə mübahisəli məsələ üzrə İddiaçı xx.xx.1998-cı ildən xx.xx.2000-ci il tarixədək “Azər- M” kiçik müəssisəsində fəhlə, xx.xx.2000-ci il tarixdən xx.xx.2006-cı il tarixədək əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Vətəndaşın pensiya təminatı sahəsində hüquqları onun qanunvericilik qaydasında tanınan əmək və ya digər ictimai faydalı fəaliyyətindən irəli gəldiyindən, dövlət bu hüququ artıq əldə etmiş vətəndaşa münasibətdə müəyyən vəzifələr daşıyır. Məsələnin başqa qaydada tənzimlənməsi dövlətin hüquqi münasibətlərin müəyyən bir sahəsində əvvəllər mövcud olmuş qanunvericilik tənzimlənməsindən irəli gələn publik-hüquq öhdəliklərindən imtina etməsi kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X9 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Bundan başqa, adıçəkilən normanın iddiaçıya tətbiq olunması sosial ədalət prinsipinin də qorunmasına gətirib çıxarır. Məhkəmə iddiaçının təqdim etdiyi əmək kitabçasını sığorta stajının müəyyən edilməsi üçün mötəbər sübut hesab edir. Odur ki, məhkəmə iddiaçının təqdim etdiyi əmək kitabçasını sığorta stajının müəyyən edilməsi üçün mötəbər sübut hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Yuxarıdakı qanunvericilik aktlarından göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Bundan başqa cavabdeh orqan iddiaçının Sabiq “Şən Həyat” tərəvəzçilik südçülük sovxozunda fəhlə işlədiyi dövrlərlə bağlı qeyd edir ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(050)-3085/2021 nömrəli qətnaməsi ilə təsdiq edilmiş Masallı Rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 186 nömrəli arayışına əsasən xx.xx.1977-ci il tarixdən xx.xx.1980-ci il tarixədək əmək fəaliyyəti dövrünü qəbul edərək mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. Belə ki, araşdırma zamanı İddiaçı Masallı rayon sabiq “Şən həyat” tərəvəzçilik südçülük sovxozuna fəhlə qəbul edilməsi barədə əmri aşkarlanmamışdır, lakin 1977-ci ilin Vİİ-İX-, Xİ-Xİİ (1977-ci ilin iyul ayından 1980-cı ilin may ayına kimi adı Radə qeyd edilib) 1978-ci ilin İ-Xİİ ()xx.xx.1978-ci il tarixli 301 Salı əmrlə növbəti məzuniyyətə buraxılıb) 1980-cı ilin İ-İV, Vİİ-Vİİİ, Xİİ 1983-cü ilin İV- Vİİİ (xx.xx.1983-cü il tarixli 6 saylı protokola əsasən 025987 saylı xəstəlik vərəqəsinə əsasən xx.xx.1983-cü il tarixdən xx.xx.1983-cü il tarixədək bülleten pulu) 1984-cü ilin, İİİ- Vİ, X-Xİİ, 1985-ci ilin İV-Vİ, 1985-ci ilin Xİ-Xİİ, 1986-cı ilin İ-Vİİİ (xx.xx.1985-ci iltarixli 347 saylı əmrlə xx.xx.1985-ci ilədək körpə üşağın 1 yaşı olanadək haqqı qismən ödənilən məzuniyyət 1987-ci ilin İ,İV-V (xx.xx.1987-ci il tarixli 49 saylı əmrlə 1987-ci ildə işləmək üçün Yaşarın briqadasına təhkim edilib) 1988-ci ilin İİİ-İV,Vİ,Vİİİ (haqq qismən ödənilən məzuniyyət) 1988-ci ilin Xİİ, 1989-cu ilin İ, İV-Vİİ ()işdən çıxma əmri tapılmadı) ayları üzrə əmək haqqı alması və xx.xx.1981-ci il tarixli 312 saylı, xx.xx.1982-ci il tarixli 259-6 saylı əmrlə növbəti əmək məzuniyyətinə buraxılması müəyyən edilmişdir. Konstitusiyada və beynəlxalq-hüquqi aktlarda əksini tapan sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Bu Qanunun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sosial sığorta stajı ─ əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur (maddə 1.0.2). 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.) (maddə 7). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir.” “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, tələb edilən sənədlərin siyahısında əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədləri, yəni xx.xx.2017-ci il tarixli, 466 saylı arxiv arayışı və xx.xx.2021-ci il tarixli, 186 saylı arxiv arayışını təqdim etmişdir. İşdə olan Masallı rayon Dövlət Arxivinin 15 dekabr 2017-cu il tarixli 466 nömrəli arxiv arayışında göstərilmişdir ki, İddiaçı (Radə) Malik qızı sabiq “Şən həyat” tərəvəzçiliksüdçülük sovxozuna fəhlə qəbul edilməsi barədə əmri tapılmadı, lakin, 1977-ci ilin iyul ayından (Radə kimi) Ağamalının briqadasında əmək haqqı almağa başlamış (xx.xx.1978ci il tarixli 301 saylı əmrlə ilk dəfə növbəti əmək məzuniyyətinə buraxılıb), xx.xx.1984-cü il tarixli 76-13 saylı əmrlə İbrahimin briqadasına keçirilmiş, xx.xx.1985-ci il tarixli 116-27 saylı əmrlə Ağamalının briqadasına keçirilmiş, xx.xx.1985-ci il tarixli 347 saylı əmrlə, xx.xx.1985-ci ildən körpə uşağın bir yaşı olanadək haqqı qismən ödənilən məzuniyyətə buraxılmış, xx.xx.1987-ci il tarixli 49 saylı əmrlə 1987-ci ildə işləmək üçün Yaşarın briqadasına təhkim edilmişdir. İşdən çıxma əmri tapılmadı.xx.xx.1990-cı ildə “Şən həyat” sovxozunun bazasında yeni “Köçəkli” sovxozu yaranmışdır. “Köçəkli” sovxozunun sənədləri arxivə verilməyib. İşlədiyi müddətdə əmək haqqları almışdır. Sabiq “Şən həyat” tərəvəzçilik-südçülük sovxozunun əmr kitabları və əmək haqqı cədvəlləri Masallı Rayon Dövlət Arxivinə tam şəkildə təhvil verilməyib. Bəzi sənədlərdə adı Radə kimi qeyd edilib.“Şən həyat” sovxozunun xx.xx.1990-cı il tarixli 12 saylı əmri ilə, Azərb. SSR Nazirlər Sovetinin xx.xx.1989-cu il tarixli 501 saylı qərarının yerinə yetirilməsi məqsədi ilə, “Şən həyat” sovxozunun bazasında, mərkəzi Məmmədxanlı kəndi olmaqla (Təkdam kəndi də daxil olmaqla) yeni M.Abıyev adına sovxoz və mərkəzi Köçəkli kəndi olmaqla yeni “Köçəkli” sovxozu yaradılmışdır. İşdə olan Masallı rayon Dövlət Arxivinin 26 aprel 2021-ci il tarixli 186 nömrəli arxiv arayışında göstərilmişdir ki, verilir, İddiaçı (Radə) Malik qızına ondan ötrü ki, o, sabiq “Şən həyat” tərəvəzçilik- südçülük sovxozunda fəhlə işlədiyi müddətdə, 1977-ci ilin iyul ayından 1980-ci ilin aprel ayına qədər “Radə“ kimi, aşağıdakı qaydada əmək haqqları almışdır.1980-ci ilin may ayından sonrakı müddətdə əmək fəaliyyəti zamanı adı “İradə“ kimi qeyd olunub. Bununla bağlı ənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair Masallı Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli, 2(050)-3085/2021 saylı qətnaməsinin surəti təqdim edilmişdir. Cavabdeh orqan tərəfindən Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(050)-3085/2021 nömrəli qətnaməsi ilə təsdiq edilmiş Masallı Rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 186 nömrəli arayışına əsasən, xx.xx.1977-ci il tarixdən xx.xx.1980-ci il tarixədək olan əmək fəaliyyəti dövrü mübahisələndirilməmişdir. Masallı Rayon Dövlət Arxivinin xx.xx.2017-ci il tarixli 466 nömrəli arxiv arayışına əsasən bəzi dövrlərdə İddiaçı adı Radə kimi qeyd edildiyindən, həmçinin həmin arayışla Masallı Rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 186 nömrəli arayışı arasında uyğunsuzluq olduğundan sözügedən arayışda qeyd olunan dövrlər sığorta stajına daxil edilməmişdir. İşdə olan Masallı rayon Dövlət Arxivinin 28 yanvar 2019-cu il tarixli 61 nömrəli arxiv arayışında göstərilmişdir ki, İddiaçı Masallı Rayon Dövlət Arxivində mühafizə olunan, Masallı rayon İcra Hakimiyyəti Başçısının Həsənli kənd inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə məxsus (əvvəlki Həsənli kənd X14 İcraiyyə Komitəsi), 1986-1987-1988- 1989-1990-cı illərə aid 12 saylı təsərrüfatbaşına kitabın, 645-ci təsərrüfatında, 84-cü səhifəsində, iş yeri - “Şən həyat" sovxozunda fəhlə işləməsi qeyd edilmişdir. İşdə olan Masallı rayon Dövlət Arxivi tərəfindən tərtib edilmiş 18 iyul 2024-cü il tarixli Akt DSMF-nin 2 saylı Lənkəran-Astara regional filialının Pensiya təminatı şöbəsinin aparıcı mütəxəssisi X7 və Masallı rayon Dövlət Arxivinin müdiri X10 iştirakı ilə tərtib edilərək göstərilmişdir ki, İddiaçı “Şən həyat” sovxozunda işləməsi Masallı rayon Dövlət Arxivində saxlanılan sabiq “Şən həyat” sovxozunun əmr kitablarına və əmək haqqı cədvəllərinə (sabiq “Şən həyat” sovxozunun sənədləri Masallı rayon Dövlət Arxivinə tam şəkildə təhvil verilməyib) əsasən araşdırıldı. Araşdırma zamanı İddiaçı Masallı rayon sabiq “Şən həyat” tərəvəzçilik südçülük sovxozuna fəhlə qəbul edilməsi barədə əmri aşkarlanmadı, lakin 1977-ci ilin Vİİ-İX-, Xİ-Xİİ (1977-ci ilin iyul ayından 1980-cı ilin may ayına kimi adı Radə qeyd edilib) 1978-ci ilin İ-Xİİ ()xx.xx.1978-ci il tarixli 301 Salı əmrlə növbəti məzuniyyətə buraxılıb) 1980-cı ilin İ-İV, Vİİ-Vİİİ, Xİİ 1983-cü ilin İV-Vİİİ (xx.xx.1983cü il tarixli 6 saylı protokola əsasən 025987 saylı xəstəlik vərəqəsinə əsasən xx.xx.1983cü il tarixdən xx.xx.1983-cü il tarixədək bülleten pulu) 1984-cü ilin, İİİ-Vİ, X-Xİİ, 1985-ci ilin İV-Vİ, 1985-ci ilin Xİ-Xİİ, 1986-cı ilin İ-Vİİİ (xx.xx.1985-ci iltarixli 347 saylı əmrlə xx.xx.1985ci ilədək körpə üşağın 1 yaşı olanadək haqqı qismən ödənilən məzuniyyət 1987-ci ilin İ,İV- V (xx.xx.1987-ci il tarixli 49 saylı əmrlə 1987-ci ildə işləmək üçün Yaşarın briqadasına təhkim edilib) 1988-ci ilin İİİ-İV,Vİ,Vİİİ (haqq qismən ödənilən məzuniyyət) 1988-ci ilin Xİİ, 1989-cu ilin İ, İV-Vİİ ()işdən çıxma əmri tapılmadı) ayları üzrə əmək haqqı alması və xx.xx.1981-ci il tarixli 312 saylı, xx.xx.1982-ci il tarixli 259-6 saylı əmrlə növbəti əmək məzuniyyətinə buraxılması müəyyən edilmişdir. Мəhkəmə Аzərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında» Əsasnamənin 1-ci və 3-cü bəndlərinə əsasən arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən dövlət orqanlarından biri olan Masallı rayon Dövlət Arxivinin xx.xx.2017-ci il tarixli, 466 saylı arxiv arayışı, Masallı rayon Dövlət Arxivinin 28 yanvar 2019-cu il tarixli 61 nömrəli arxiv arayışını və xx.xx.2021-ci il tarixli, 186 saylı arxiv arayışlarını, həmçinin məhkəmənin sorğusu əsasında Masallı rayon Dövlət Arxivindən göndərilmiş məktublara əlavə olunmuş sovxozun şəxsi hesab kitabları üzrə arxiv cədvəllərini iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər subut kimi qəbul edir. Məhkəmə arxiv arayışının mötəbər sübut kimi qəbulunun mümkünlüyü ilə bağlı həmçinin aşağıdakı normaları qeyd edir. Məhkəmə hesab edir ki, iddiaçının 1977-ci ilin iyul ayından 1989-cu ilin iyul ayınadək üzrə qeyd edilən iş illəri onun sosial sığorta stajına hesablanmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının sovxozda işlədiyi bütün müddətlər (minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olmayaraq) onun iş stajının hesablanmasında nəzərə alınmalıdır. Bu yuxarıda istinad edilən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsindən irəli gəlir. Bununla yanaşı, kolxozlardakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. Məhkəmənin qənaətinə görə iddiaçı əmək kitabçasındakı və arayışlar üzrə iş illəri nəzərə alınmaqla, tələb olunan 25 ildən çox sosial sığorta stajını topladığından o, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Məhkəmənin qənaətinə görə iddiaçı əmək kitabçasındakı iş illəri nəzərə alınmaqla, tələb olunan 25 ildən çox sosial sığorta stajını topladığından o, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Göründüyü kimi iddiaçının əmək kitabçasında və arxiv arayışlarında olan qeydlərə uyğun işə daxil olması, həmin birlikdə işləməsi və əmək haqqı alması tam sübuta yetirilir. Cavabdeh inzibati orqan iddiaçının işlədiyi sovxozun sənədlərinin, xüsusilə də əmək haqqı cədvəllərinin tam şəkildə arxivə təhvil verilməməsi və yaxud hər hansı formada aşkar edilməməsi səbəbindən, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Cavabdeh orqan xx.xx.1998-cı ildən xx.xx.2000-ci il tarixədək “Azər- M” kiçik müəssisəsində fəhlə işlədiyi dövrü sosial siğorta stajı kimi qəbul etdiyini bildirmiş, lakin sonra məhkəməyə göndərilən yoxlama aktı üzrə qeyd etmişdir ki, "xxxx" kiçik müəssisəsinin əmr kitabları, əmək haqqı cədvəlləri Masallı rayon Dövlət Arxivinə təhvil verilmədiyindən və qeyd edilən sənədlərin harada saxlanılması barədə məlumat olmadığından İddiaçı həmin müəssisədə işləməsi faktını yoxlamaq mümkün olmamışdır. Məhkəmə bununla bağlı bildirir ki, iddiaçının 1977-ci ilin iyul ayından 1989-cu ilin iyul ayınadək “Şən həyat” sovxozunda fəhlə işləməsi,xx.xx.1998-cı ildən xx.xx.2000-ci il tarixədək “Azər- M” kiçik müəssisəsində fəhlə, xx.xx.2000-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan “Köçəkli” bələdiyyəsində xadimə işləməsi onun əmək kitabçasında və arxivdən əldə edilən arayışlar və arayışlara əsas olan sənədlər (əmək haqqı cədvəli, əmr və s.) qeyd olunduğu üçün sovxoz, müəssisə və bələdiyyə tərəfindən müəyyən dövr üçün sovxoza məxsus, o cümlədən iddiaçının əmək fəaliyyətinə dair sənədlərin (əmrlər kitabının və əmək haqqı cədvəllərinin) arxivə təhvil verilməməsi iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Məhkəmə hesab edir ki, iddiaçının işlədiyi illərə dair sovxozun arxiv sənədlərinin arxivə təhvil verilməməsi və yaxud saxlanılmaması sovxozda işləyən işçinin (iddiaçının) hüquqlarına mənfi təsir etməməlidir. Məhkəmə cavabdehin nümayəndəsi tərəfindən göstərilən dəlillərlə bağlı onu da qeyd edir ki, cavabdehin bildirdiyi hallar iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Məhkəmə cavabdehin imtinasında göstərdiyi dəlillərlə bağlı onu da qeyd edir ki, cavabdehin bildirdiyi hallar iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(102)-1479/2021 nömrəli və xx.xx.2021-ci il tarixli, 2-1(102)-1640/2021 nömrəli qərarlarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. “İnzibati icraat haqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. İddiaçı xx.xx.1962-ci ildə anadan olmuşdur, onun yaşa görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən pensiya hüququ yaranmış olur. Ona “Sosial müavinətlər haqqında" Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinin xx.xx.2020-ci il tarixədək qüvvədə olmuş redaksiyasının tələblərinə uyğun olaraq 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadın kimi xx.xx.2019-cü il tarixdən yaşa görə sosial müavinət təyin edilib və ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan və ya əlilliyi müəyyən edilmiş uşağı olan qadınların və kişilərin, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə, bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən adıçəkilən şəxs (beş uşağı olan qadın kimi) xx.xx.2018-ci il tarixdə yaşa görə əmək pensiyası yaşına çatmışdır. - İş materiallarına əlavə edilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli **********9 nömrəli məktubunda göstərilmişdir ki, iddiaçının müraciətə Azərbaycan Respublikasının Əmək və X8 Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsində baxılmışdır. Əmək pensiyası təminatına dair normativ hüquqi aktlara əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun qüvvəyə mindiyi günədək 01 yanvar 2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Beləliklə də məhkəmə hesab edir ki, İddiaçı hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı iddia ərizəsi təmin edilsin. İddiaçı pensiya hüququnun yarandığı gündən yaşa görə əmək pensiyası təyin edilsin və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi (aldığı müavinət çıxılmaqla) öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-234/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-234/2024
23.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver