Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-234/2025 20.10.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyası tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi və iddiaçıya əlilliyinin səbəb əlaqəsinin hərbi xidmət dövrü ilə əlaqədar 61-80 faiz olmaqla 5 (beş) il müddətinə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tağızadə Aygün Bahadır qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi və iddiaçıya əlilliyinin səbəb əlaqəsinin hərbi xidmət dövrü ilə əlaqədar 61-80 faiz olmaqla 5 (beş) il müddətinə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 20 oktyabr 2025-ci il tarixdə, məhkəmənin binasında (ünvan: ünvan 1asında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri Hissə İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “xx.xx.2022-ci il tarixdən etibarən növbəti 5 il müddətinə İİ dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəqiqləşdirilməsi (iddianın dəyişdirilməsi) barədə ərizə təqdim edərək iddiaçı və cavabdehin olduğu kimi saxlanılmasını, iddia tələbinə “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-3507/2024 nömrəli qərarın ləğv edilməsi və xx.xx.2022-ci il tarixdən 61-80 faiz olmaqla əlilliyin təyin edilməsi və əlilliyin səbəb əlaqəsinin “hərbi travmadır qeyd edilməklə cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-569/2024 nömrəli, 16 sentyabr 2024-cü il tarixli qərardadına əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “xx.xx.2022-ci il tarixdən etibarən növbəti 5 il müddətinə İİ dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddiaçı və cavabdehin olduğu kimi saxlanılması, iddia tələbinə “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3- Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-3507/2024 nömrəli qərarın ləğv edilməsi və xx.xx.2022-ci il tarixdən 61-80 faiz olmaqla əlilliyin təyin edilməsi və əlilliyin səbəb əlaqəsinin “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı almışdır” kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. Daha sonra yenidən iddiaçı İPM-nin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, iddiaçı və cavabdehin olduğu kimi saxlanılmasını, iddia tələbinə “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3- Sosial Ekspert Komissiyasının müvafiq qərarının ləğv edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 saylı qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarının müvafiq bəndlərinə əsasən orqanizmin funksiyasının pozulması faizi 61-80 olmaqla iddiaçıya, 12 yanvar 2022-ci il tarixdən etibarən növbəti 5 il müddətinə əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-234/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “xx.xx.2022-ci il tarixdən etibarən növbəti 5 il müddətinə İİ dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddiaçı və cavabdehin olduğu kimi saxlanılması, iddia tələbinə “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3- Sosial Ekspert Komissiyasının müvafiq qərarının ləğv edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 saylı qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarının müvafiq bəndlərinə əsasən orqanizmin funksiyasının pozulması faizi 61-80 olmaqla iddiaçıya 12 yanvar 2022-ci il tarixdən etibarən növbəti 5 il müddətinə əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddiaçı yenidən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəqiqləşdirilməsi (iddianın dəyişdirilməsi) barədə ərizə təqdim edərək iddiaçı və cavabdehin olduğu kimi saxlanılmasını, iddia tələbinə “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyası tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi və iddiaçıya əlilliyinin səbəb əlaqəsinin hərbi xidmət dövrü ilə əlaqədar 61-80 faiz olmaqla beş il müddətinə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-234/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadına əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza Komissiyasının müvafiq qərarının ləğv edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 saylı qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarının müvafiq bəndlərinə əsasən orqanizmin funksiyasının pozulması faizi 61-80 olmaqla iddiaçıya 12 yanvar 2022-ci il tarixdən etibarən növbəti 5 il müddətinə əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” tələbi üzrə iddiaçı və cavabdehin olduğu kimi saxlanılması, iddia tələbinə “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3- Sosial Ekspert Komissiyası tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi və iddiaçıya əlilliyinin səbəb əlaqəsinin hərbi xidmət dövrü ilə əlaqədar 61-80 faiz olmaqla 5 (beş) il müddətinə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 24 avqust 1978-ci ildə Sabirabad rayonunda anadan olmuşdur. Hal-hazırda Sabirabad şəhəri X14 küçəsi 95 A ünvanda yaşayır və həmin ünvanda qeydiyyatdadır. Sabirabad RHK-ı tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmış və döyüş zonasında yerləşən N saylı hərbi hissəyə göndərilmişdir. N yanvar 1998-ci il tarixdə hərbi hissədə hərbi xidməti vəzifələrini yerinə yetirən zaman düşmən tərəfindən açılan odlu silahdan “kəllə boşluğuna nüfuz etməyən odlu silahdan kor güllə yaralanması” xəsarəti almışdır. O, Hərbi xidməti vəzifəsini yerinə yetirən zaman aldığı xəsarətlə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasının Hərbi-Həkim Komissiyası tərəfindən şəhadətləndirilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasının Hərbi-Həkim komissiyası tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli 731 saylı qərarında qeyd edilənləri eyni ilə iddia ərizəsinə əlavə edir. Sabirabad RHK tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xüsusi istintaq şöbəsinin xx.xx.2014-cü il tarixli qərarına əsasən xidməti vəzifələrini yerinə yetirərkən xx.xx.1998-ci ildə aldığı və xx.xx.2014-cü ildə Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmə zamanı təyin edilmiş yaralanmanın nəticəsi – diaqnoz: “Kəllə boşluğuna nüfuz etməyən odlu silahdan kor güllə yaralanması (xx.xx.1998), kəllə boşluğundan xaric xəlbir sümüyünün yad cismi (metalgüllə)” (Azərbaycan Respublikası SHXÇDX-nin Sabirabad rayon şöbəsinin xx.xx.2014-cü il tarixli 1 saylı arayışı, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli 1034 saylı arayışı, N saylı hərbi hissə komandiri tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli 190 saylı travma haqqında arayış, MN MHHK-nın həkim mütəxəssisi cərrahın rəyi ilə təsdiq edilir), “Hərbi Travmadır, Hərbi Xidmət Vəzifələrini (Xidməti Vəzifələri) X9”, xx.xx.2014-cü ildə MN MHP-nın hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirmə zamanı təyin edilmiş xəstəlik-diaqnoz: “Xroniki sfenoidit, remissiya mərhələsində” (MN MHP tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli 1034 saylı arayış ilə təsdiq edilir), “Xəstəlikdir, Hərbi Xidmət Dövründə Alınmışdır” və xx.xx.2014-cü ildə MN MHP-nın hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirmə zamanı təyin edilmiş xəstəlik – diaqnoz: “Sol gözün hipermetropiyası 0,75D nəticəsində görmə itiliyinin 0,9-a qədər azalması, korreksiya ilə 1,0 olmaqla, sağ gözün görmə itiliyi 1,0 olmaqla” (MN MHP tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli 1034 saylı arayış ilə təsdiq edilir), “Ümumi Xəstəlikdir”. Əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 7.2 maddəsinin c), ç), e) bəndləri. MN MHHK-nın 584 nömrəli xx.xx.2014-cü il tarixli protokolu. Aldığı xəsarətlə bağlı Tibbi-Sosial Ekspertiza Komissiyasının 05 yanvar 2015-ci il tarixli qərarı ilə ona İİ dərəcəli əlillik təyin edilmişdir. TSEK-sı tərəfindən aşağıdakı diaqnozlar üzrə ona İİ dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2015-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi (7 il fasiləsiz) DSMF-nun Sabirabad rayon Şöbəsindən İİ qrup əlil kimi Əmək pensiya almışdır. İddiaçı dəfələrlə Respublikanın İxtisaslı Tibb Müəssisələrində müainə və müalicə olunmuşdur. X4 ixtisaslı həkimlərinin təqdim etdikləri müainə və müalicə barədə xəstəlik sənədlərindən aparılan müalicələrin heç bir effektinin olmadığı təsdiqini tapmışdır. İddia ərizəsinə əlavə etdiyi tibbi sənədlərdən görünür ki, hərbi xidməti vəzifəsini yerinə yetirərkən aldığı xəsarətlərin nəticəsi olaraq onun sağlamlığına ağır xəsarətlər dəymiş, faktiki olaraq o, sağlamlığını itirməklə ağır xəstə və əlil olmuşdur. Bununla bağlı iddiaçı xx.xx.2022-ci il tarixdən etibarən növbəti 5 illik müddətə İİ dərəcəli əlilliyin təyin edilməsinə dair Sabirabad RMX-nın Həkim Məsləhət Komissiyasının 088 saylı elektron göndərişlə cavabdeh DTSERA-nə müraciət etmişdir. Müraciəti ilə bağlı ona əlillik təyinatına dair imtina cavabı verilmişdi. Dəfələrlə o, bununla bağlı cavabdehə təkrar müraciət etsədə və hər dəfə əsassız və qanunsuz səbəblə imtina cavabı almışdır. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı münasibəti (etiraz): İddiaçının əlillik vəziyyətinə Sabirabad rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və Səbəb: “Hərbi xidmət dövrü ilə əlaqədar”, “X1: XİX Sinif – Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri=S00- S09-Başın travmaları=S00-Başın səthi travması=S00.0-Başın tüklü hissəsinin səthi travması; Diaqnozun mətni: Keçirilmiş QKBT s/v. Kəllə baş beyinə nifuz edən odlu silahdan kor güllə yaralanması sağ arxa kəlbirvari hüceyrəsində yad cism. Postravmatik ensefalopatiya kəllə daxili təzyiqin yüksəlməsi. Ağır ifadə olunmuş asteno-nevrotik sindromla; Meyar: 2.2 İkinci dərəcə əlillik = DİGƏR: Keçirilmiş QKBT s/v. Kəllə baş beyinə nifuz edən odlu silahdan kor güllə yaralanması sağ arxa kəlbirvari hüceyrəsində yad cism postravmatik ensefalopatiya...” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Sabirabad rayon Mərkəzi Xəstəxanasının xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və Səbəb: “Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik” “X1: Vİ Sinif- Sinir sistemi xəstəlikləri=G90-G99-Sinir siteminin digər pozğunluqları=G96.8-Mərkəzi sinir sisteminin digər dəqiqləşdirilmiş; Diaqnozun mətni: Keçirilmiş qapalı kəllə-beyin travmasının qalıq əlamətləri. Kəllədaxili travmaların nəticələri. Postravmatik ensefalopatiya kəllədaxili təzyiqin yüksəlməsi, ağır dərəcədə ifadə olunmuş asteno-nevrotik sindromla; Meyar 2.2 İkinci dərəcə əlillik=2.2.12 Sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli) kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən funksiya pozuntusu” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Sabirabad rayon Mərkəzi Xəstəxanasının xx.xx.2017-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəb: “Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik” “X1: Vİ Sinif- Sinir sistemi xəstəlikləri=G90-G99-Sinir siteminin digər pozğunluqları=G96.8-Mərkəzi sinir sisteminin digər dəqiqləşdirilmiş; Diaqnozun mətni: Keçirilmiş qapalı kəllə-beyin travmasının qalıq əlamətləri. Kəllədaxili travmaların nəticələri. Postravmatik ensefalopatiya kəllədaxili təzyiqin yüksəlməsi, ağır dərəcədə ifadə olunmuş asteno-nevrotik sindromla; Meyar 2.2 İkinci dərəcə əlillik =2.2.12 Sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli) kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən funksiya pozuntusu” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Sabirabad rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: XX Sinif-Xəstələnmənin və ölümün xarici səbəbləri=Y35-Y36- Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar=Y36-Hərbi əməliyyatlar =Y36.4 – Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Kəllə və baş beyin nüfuz etməyən kor odlu silah növləri ilə törədilmiş zədələnmələr, Kəllə və baş beyin nüfuz etməyən kor odlu silah növləri ilə törədilmiş zədələnmələr, Kəllə və baş beyin nüfuz etməyən kor odlu silah yaralanmasından sonrakı vəziyyət (xx.xx.1998-ci il) Xəlbirvari sümüyün hüceyrələrində qalmış metal yad cism(güllə). Alın sümüyü əsasının, alın cibinin sınığı ilə nəticələnmiş kor güllə yaralanmasından sonrakı vəziyyət; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi – Səbəb: Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir” səbəbi ilə imtina edilmişdir. Sabirabad rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Kəllədxili travmaların nəticələri, Keçirilmiş (1998) kəllə boşluğundan xaric xəlbir sümüyünün yad cismi (metal güllə), sonrakı vəziyyət. Alın nahiyyəsinin odlu silah yaralanması. Yumuşaq toxumalarda yad cism qeyd edilir. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi:Diaqnoz əlillik əlaməti təyin etməməsi –Səbəb Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir” səbəbi ilə imtina edilmişdir. Bundan əlavə İddiaçı əyani müayinədə olmuş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tərəfindən 24 fevral 2023-cü il tarixli, 3-17-4/3-3-1152/2023 nömrəli qərar qəbul edilmişdir. Qərarda qeyd edilmişdir ki, Sabirabad rayon sakini xx.xx.1976-cı il təvəllüdlü İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin xx.xx.2022-ci il tarixli göndəriş əsasında DTSERA-də əyani müayinə olunmuş və ona Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarı verilmişdir. Növbəti dəfə əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2014-cü il tarixli 731 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Kəllə boşluğuna nüfuz etməyən odlu silahdan kor güllə yaralanması (xx.xx.1998), kəllə boşluğundan xaric xəlbir sümüyünün yad cismi (metalgüllə)” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi Travmadır, Hərbi Xidmət vəzifələrini (xidməti vəzifələri) X9” və “Xroniki sfenoidit, remissiya mərhələsində” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” və “Sol gözün hipermetropiyası 0.75D nəticəsində görmə itiliyinin 0,9-a qədər azalması, korreksiya ilə 1,0 olmaqla, sağ gözün görmə itiliyi 1,0 olmaqla” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi Xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı yuxusuzluq, əsəbilik, başağrısından şikayətlənmiş, qəbul etdiyi medikamentoz preparatlardan "Depakin", “Finlipsal” qəbul etdiyini ifadə etmişdir. Obyektiv baxış zamanı alında çapıq izlənilmiş, nevroloji ocaqlı patologiya aşkar edilməmiş, yuxarı və aşağı ətraflar əzələləri atrofiyasız olmuş, ətraflarda iflic, parez, əlillik təyinatına əsas verən hərəki məhdudluq və patofunksional pozuntu aşkar edilməmişdir. Təqdim edilmiş Respublika Klinik Xəstəxanasının xx.xx.2023-cü il tarixli Beyin KT müayinə nəticəsi “Etmoidal sümük hücrələrinin sağ tərəfində 28 mm ölçülü, nəzərəçarpan artefaktlara səbəb olan yad cismqəlpə qeyd olunur. Alın sümüyünün sağ tərəfində qəlpəli sınıq və frontal sinusun ön divarının 20 mm deffekti izlənilir. Bu nahiyədə dərialtı çapıq qeyd olunur. Alın payının sağ tərəfində fokal kortikal ensefalopatiya qeyd olunur. Alın nahiyyəsinə subaraxnoidal sahədə genişlənmə və sağ tərəfli fokal araxnoidal genişlənmə qeyd olunur. Keçirilmiş travmaya bağlı olduğu düşünülmüşdür. Alın payının hər iki tərəfində, önperiventrikullyar mm-lik qliozisə xarakter ocaqlar qeyd olunur” kimi müəyyənləşdirilmiş, əlillik təyinatınına əsas verməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Məlumat üçün bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin "Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası"nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi "əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq "Əlilliyin müəyyən olunması meyarları"na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə" ilə müəyyən edilmiş hərbi-həkim komissiyalar (bundan sonra - Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri"nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator va ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına manə olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyatində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinasinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat "Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri"nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndarişi tesdiq eden vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şexsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrənilərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir va gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişlər. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçın iddia tələbini müdafiə edərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi və üçüncü şəxs “Sabirabad rayon Mərkəzi Xəstəxanası” X15 nümayəndəsi məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsinin və üçüncü şəxs “Sabirabad rayon Mərkəzi Xəstəxanası” X15 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcbur etmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Sabirabad rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, həmin qərar cavabdeh inzibati orqan tərəfindən xx.xx.2023-cü il tarixdə sistemə daxil edilmişdir. İddiaçının iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş və qeydə alınmışdır. Bu hal onu deməyə əsas verir ki, iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edən zaman qanunvericilikdə nəzrədə tutulmuş müddətlər ərzində mürciət etmiş, cavabeh inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt məhkəmə icraatına qədər iddiaçıya təqdim edilməmiş, məhkəmə icraatı zamanı iddiaçı həmin qərardan məlumatlı olmuş və səbəbdən tələbinin dəqiqləşdirməsinə dair ərizə məhkəməyə təqdim etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallatında olan: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1976-cı ildə anadan olmuşdur. Azərbaycan Respublikası Sabirabad rayon İcra Hakimiyyəti Sabirabad şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 170 nömrəli, 10 fevral 2023-cü il tarixli Arayışından görünür ki, İddiaçı M.S.Ordubadi küçəsi 95 A ünvanda yaşayır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 731 saylı, xx.xx.2014-cü il tarixli Qərarının surətindən görünür ki, Sabirabad RHK tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xüsusi istintaq şöbəsinin xx.xx.2014-cü il tarixli qərarına əsasən xidməti vəzifələrini yerinə yetirərkən xx.xx.1998-ci ildə aldığı və xx.xx.2014-cü ildə Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmə zamanı təyin edilmiş yaralanmanın nəticəsi – diaqnoz: “Kəllə boşluğuna nüfuz etməyən odlu silahdan kor güllə yaralanması (xx.xx.1998), kəllə boşluğundan xaric xəlbir sümüyünün yad cismi (metal-güllə)” (Azərbaycan Respublikası SHXÇDX-nin Sabirabad rayon şöbəsinin xx.xx.2014-cü il tarixli 1 saylı arayışı, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli 1034 saylı arayışı, N saylı hərbi hissə komandiri tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli 190 saylı travma haqqında arayış, MN MHHK-nın həkim mütəxəssisi cərrahın rəyi ilə təsdiq edilir), “Hərbi Travmadır, Hərbi Xidmət Vəzifələrini (Xidməti Vəzifələri) X9”, xx.xx.2014-cü ildə MN MHP-nın hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirmə zamanı təyin edilmiş xəstəlik-diaqnoz: “Xroniki sfenoidit, remissiya mərhələsində” (MN MHP tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli 1034 saylı arayış ilə təsdiq edilir), “Xəstəlikdir, Hərbi Xidmət Dövründə Alınmışdır” və xx.xx.2014-cü ildə MN MHP-nın hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirmə zamanı təyin edilmiş xəstəlik – diaqnoz: “Sol gözün hipermetropiyası 0,75D nəticəsində görmə itiliyinin 0,9-a qədər azalması, korreksiya ilə 1,0 olmaqla, sağ gözün görmə itiliyi 1,0 olmaqla” (MN MHP tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli 1034 saylı arayış ilə təsdiq edilir), “Ümumi Xstəlikdir”. Əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 7.2 maddəsinin c), ç), e) bəndləri. MN MHHK-nın 584 nömrəli xx.xx.2014-cü il tarixli protokolu. Məhkəmənin müvafiq sorğusuna əsasən verilmiş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının 24 fevral 2023-cü il tarixli, 3-17-4/3-3-1152/2023 nömrəli qərarın surətindən görünür ki, Sabirabad rayon sakini xx.xx.1976-cı il təvəllüdlü İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin xx.xx.2022-ci il tarixli göndəriş əsasında DTSERA-də əyani müayinə olunmuş və ona Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarı verilmişdir. Növbəti dəfə əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2014-cü il tarixli 731 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Kəllə boşluğuna nüfuz etməyən odlu silahdan kor güllə yaralanması (xx.xx.1998), kəllə boşluğundan xaric xəlbir sümüyünün yad cismi (metal-güllə)” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi Travmadır, Hərbi Xidmət vəzifələrini (xidməti vəzifələri) X9” və “Xroniki sfenoidit, remissiya mərhələsində” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” və “Sol gözün hipermetropiyası 0.75D nəticəsində görmə itiliyinin 0,9-a qədər azalması, korreksiya ilə 1,0 olmaqla, sağ gözün görmə itiliyi 1,0 olmaqla” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi Xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı yuxusuzluq. əsəbilik, başağrısından şikayətlənmiş, qəbul etdiyi medikamentoz preparatlardan "Depakin", “Finlipsal” qəbul etdiyini ifadə etmişdir. Obyektiv baxış zamanı alında çapıq izlənilmiş, nevroloji ocaqlı patologiya aşkar edilməmiş, yuxarı və aşağı ətraflar əzələləri atrofiyasız olmuş, ətraflarda iflic, parez, əlillik təyinatına əsas verən hərəki məhdudluq və patofunksional pozuntu aşkar edilməmişdir. Təqdim edilmiş Respublika Klinik Xəstəxanasının xx.xx.2023-cü il tarixli Beyin KT müayinə nəticəsi “Etmoidal sümük hücrələrinin sağ tərəfində 28 mm ölçülü, nəzərəçarpan artefaktlara səbəb olan yad cism-qəlpə qeyd olunur. Alın sümüyünün sağ tərəfində qəlpəli sınıq və frontal sinusun ön divarının 20 mm deffekti izlənilir. Bu nahiyədə dərialtı çapıq qeyd olunur. Alın payının sağ tərəfində fokal kortikal ensefalopatiya qeyd olunur. Alın nahiyyəsinə subaraxnoidal sahədə genişlənmə və sağ tərəfli fokal araxnoidal genişlənmə qeyd olunur. Keçirilmiş travmaya bağlı olduğu düşünülmüşdür. Alın payının hər iki tərəfində, önperiventrikullyar mm-lik qliozisə xarakter ocaqlar qeyd olunur” kimi müəyyənləşdirilmiş, əlillik təyinatınına əsas verməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon Şöbəsinin xx.xx.2014-cü il tarixli, 1 nömrəli Arayışın surətindən görünür ki, 1976-cı il təvəllüdlü ehtiyyatda olan kapitan İddiaçı həqiqətən xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixə qədər BABKM-də müdavim kimi, xx.xx.1995-ci ildən xx.xx.1996-cı ilə qədər N saylı hərbi hissədə əsgər kimi, xx.xx.1996-cı il tarixdən xx.xx.1999-cu il tarixə qədər N saylı hərbi hissədə, xx.xx.1999-cu il tarixdən xx.xx.1999-cu il tarixə qədər N saylı hərbi hissədə, xx.xx.1999-cu il tarixdən xx.xx.2001-ci il tarixə qədər N saylı hərbi hissədə, xx.xx.2001-ci il tarixdən xx.xx.2005-ci il tarixə qədər isə N saylı hərbi hissədə zabit kimi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası MNnin 0165 saylı xx.xx.2005-ci il tarixli əmrinə əsasən “HXKH Əsasnamənin” 158-ci maddəsinin “A” bəndinə əsasən ehtiyata buraxılıb. xx.xx.2005-ci ildən SHXÇDX-nin Sabirabad rayon şöbəsində hərbi qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının 15 avqust 2022-ci il tarixli, **********1 nömrəli qərarından görünür ki, Sabirabad rayon sakini xx.xx.1976-cı il təvəllüdlü İddiaçı əlillik vəziyyətini qiymətləndirilməsi üçün Agentliyə göndərilmişdir. (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2014-cü il tarixli 731 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Kəllə boşluğuna nüfuz etməyən odlu silahdan kor güllə yaralanması (xx.xx.1998), kəllə boşluğundan xaric xəlbir sümüyünün yad cismi (metalgüllə)” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi Travmadır, Hərbi Xidmət vəzifələrini (xidməti vəzifələri) X9” və “Xroniki sfenoidit, remissiya mərhələsində” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” və “Sol gözün hipermetropiyası 0,75D nəticəsində görmə itiliyinin 0,9-a qədər azalması, korreksiya ilə 1,0 olmaqla, sağ gözün görmə itiliyi 1,0 olmaqla” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi Xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı daimi baş ağrılarından, başgicəllənmədən, ətraflarda olan keyimələrdən şikayətlənmiş, alın nahiyyəsində 1 sm çapıq qeyd olunsa da, Romberq vəziyyətində yüngül səndəlləmə, ətraflarda reflekslərcanlı, hərəkətlər sərbəst, əzələ gücü 4,5-5,0 bal və tonusu normal, nevroloji status və intellektual-mnestik funksiyalar yaşa, aldığı təhsilə və sosial mühitinə uyğun müəyyən edilmişdir. AR TƏBİB X13 PHŞ xx.xx.2021-ci il tarixli baş beyin KT müayinəsinin nəticəsi isə “Kəllədaxili hipertenziya. Sağ etmoid hücrədə 12 mm yad cism” kimi müəyyənləşdirilmişdir. Hazırda əlillik təyinatına əsas verən nevroloji ocaqlı patologiya və davranış pozuntusu əlamətləri aşkarlanmamışdır. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” yə uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 3-17-4/2- 7764/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.2015-ci il tarixdə “Hərbi xidmət dövrü ilə əlaqədar” bir il müddətinə (xx.xx.2016-cı il tarixədək) ikinci dərəcə ilkin əlillik təyinatı aparılmışdır. Həmin tarixdən sonra xx.xx.2016-cı ildə yenidən qiymətləndirmə aparılmış və “Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaaqədar” bir il müddətinə (xx.xx.2017-ci il tarixədək) ikinci dərəcə əlillik təyini barədə qərar qəbul edilmişdir. Sonrakı dövrdə vətəndaşın ikinci dərəcə əlilliyi xx.xx.2017-ci il tarixdə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemi tərəfindən 5 il müddətinə (xx.xx.2022-ci il tarixədək) avtomatlaşdırılmış qaydada uzadılmışdır. Azərbaycan Respublikası Naqzirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Əlillik müddətinin bitdiyi xx.xx.2022-ci il tarixdən sonra İddiaçı “Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” əlillik vəziyyətinin qiymətləndirilməsi üçün Sabirabad rayon Mərkəzi Xəstəxanasının 0311003AAW nömrəli göndərişi əsasında və müraciəti əsasında xx.xx.2022-ci il tarixdə Agentlikdə əyani müayinə olunmuşdur. Müayinə zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Qərardan narazı qalan vətəndaş əlillik vəziyyətinin yenidən qiymətləndirilməsi məqsədilə xx.xx.2023-cü il tarixlərdə Agentlikdə mütəxəssislərin iştirakı ilə komissiyada əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər, Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı və əyani müayinənin nəticəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Məhkəmə-Tibbi Ekspertizası və X5 K/25 nömrəli, xx.xx.2014-cü il tarixli Ekspert rəyindən görünür ki, 1976cı il təvəllüdlü, vətəndaş İddiaçı barəsində tərtib edilmiş 18 oktyabr 2013-cü il tarixli K/94 saylı rəydə yazılanlara, MN MHKH-da tərtib edilmiş 2979 saylı xəstəlik tarixində, N.Tusi adına Klinikada xx.xx.2011-ci il tarixli X6 tomoqrafiya müaayinə vərəqində, SQ BKH-da tərtib edilmiş 7289 saylı xəstəlik tarixində, MN MHP-da tərtib edilmiş 1034 saylı arayışdakı məlumatlara və MN MHHK-nın baş həkim mütəxəssisi, t-x p-k/l-tı Ə.Yusifovun mütəxəssis rəyinə əsaslanaraq ekspert komissiyası aşağıdakı nəticəyə gəlir; 1. İddiaçı adına SQ BKHda tərtib edilmiş 7289 saylı xəstəlik tarixindən görünür ki, 0, xx.xx.2000-ci il tarixindən xx.xx.2000-ci il tarixədək stasionar müayinə və müalicədə olarkən onun obyektiv müayinəsi zamanı aşağıdakılar aşkar edilmiş və son olaraq aşağıdakı diaqnoz qoyulmuşdur: “Sağ qaşın üstündə 0,5x0,6sm ölçüsündə bərkimiş dəri çapığı. Kəllə və baş beynə nüfuz edən odlu silahdan kor güllə yaralanması (xx.xx.1998). sağ arxa xəlbirvari hücrələrin yad cismi (güllə)”. 2. X2 19 oktyabr 2013-cü il tarixdə Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X7 məhkəmə-tibbi ekspertizası və əlavə instrumental müayinəsi zamanı aşağıdakılar aşkar edilmişdir: “Başın sağ ön alın nahiyyəsində ort xətdən 1,2-1,3 sm sağda köndələn istiqamətdə yerləşmiş, kənarları bir qədər nahamar qövsvari formalı sağ qaşın orta 1/3-i səviyyəsində, qaşdan 1,9 sm yuxarı, ümumi ölçüsü 1,7x0,2 sm olan ağımtıl rəngli, atrofiya və depiqmentasiya olunmuş, sol tərəfə nisbətən palpasiya zamanı həmin lokalizasiyada dəri altında aydın nahamarlıq hiss edilən bir ədəd çapıq toxuma. Kompyuter tomoqram müayinəsində sağ əsas cibdə mukozal qalınlaşma. Xəlbir sümüyünün sağ hücrələrində metal yad cism (güllə). Alın sümüyünün sağ cibinin yuxarı bayırında xarici səfhədə nahamarlıq, rentgenoloji müayinədə burun udlağın arxa yuxarı divarında-etmoidal labirintində əsas cibin ön divarına yaxınlaşmış halda yerləşən bir ədəd metal yad cismin (güllənin) varlığı. Alın sümüyünün əsasında sağ yarısında bərkimə. 2.1. Qeyd edilən xəsarət izləri (sağ alın nahiyyəsində çapıq toxuma; alın sümüyünün sağ cibinin yuxarı bayırında xarici səfhədə nahamarlıq) sağ alın nahiyyəsindən daxil olaraq əsas sümüyü cibinin ön divarına yaxınlaşmış və xəlbirvari sümüyün hücrələrində güllənin qalması ilə kor olaraq qurtaran, alın sümüyü əsasının, alın sümüyünün sağ cibinin sınığı ilə müşayiət olunan atipik kor odlu silah güllə yaralanması nəticəsində əmələ gəlmişdir, İddiaçı almış olduğu xəsarətlərin onun dediyi vaxtda və şəraitdə yetirilməsi inkar edilmir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurma kimi qiymətləndirilir. Hal-hazırda İddiaçı əsas sümüyü cibinin ön divarına yaxın xəlbirvari sümükdə qalmış güllə 5,45 mm kalibrli odlu silaha məxsusdur, yara kanalı boyunca alın sümüyü, onun cibləri və xəlbirvari sümük zədələnmişdir. Yara kanalının istiqaməti öndən-arxaya, sağdan sola və yuxarıdan aşağıya doğrudur. Hadisədən məhkəmə-tibbi müayinəyədək uzun müddət vaxt keçdiyindən və İddiaçı ilkin tibbi yardım göstərilərkən yaranın morfoloji əlamətlərini təsdiq edən sənədlər olmadığından atəşin məsafəsi (atəş amillərinin təsir komponentlərinin distansiyasını və zona hüdudları barədə) dəqiq fikir yürütmək mümkün deyildir. Lakin İddiaçı sağ alın nahiyyəsində aşkar edilmiş çapıq toxumanın ölçülərini, morfoloji əlamətlərini, həmçinin yara kanalı boyunca zədələnmiş sümük toxumasının anotomik quruluşunu nəzərə alaraq demək olar ki, həmin xəstələr minimal kinetik enerjiyə malik (uçuşu başa çatdırmaqda olan) güllə ilə yetirilmişdir ki, bu da atəşin uzaq məsafədən olmasını göstərir. 3. İddiaçı yuxarıda göstərilən almış olduğu xəsarətlə hərbi xidmət vaxtı və hal-hazırda “hərbi xidmətə yararlıdır”. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-2256/2023 nömrəli, 23 avqust 2023-cü il tarixli qərardadına əsasən iş üzrə məhkəmə-tibbi eksprtizasının təyin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Eksprtiza və X10” X15 5659 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, 1976-cı il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərarda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1. İddiaçı iş materiallarına əsasən əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəsüsisəsində tərtib edilib göndərilmiş Forma 088 göndərişində qeyd edilmiş “Kəllədaxili travmaların nəticələri, Keçirilmiş (1998) kəllə beyin travması, kəllə boşluğunda nüfuz etməyən odlu silahdan kor güllə yaralanması, kəllə boşluğundan xaric xəlbir sümüyünün yad cismi (metal güllə), sonrakı vəziyyət. Alın nahiyyəsinin odlu silah yaralanması. Yumuşaq toxumalarda yad cism qeyd edilir” diaqnoz xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında qoyulmuşdur. Həmin xəstəliklərdən o, hazırda əziyyət çəkir və xəstəliklər kəskinləşdiyi halda ambulator, yaxud stasionar müalicəyə cəlb oluna bilər. 2.3. Əlilliyin təyini ilə əlaqədar sualların həlli məhkəmə-tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi Tibb-Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 3-17-4/2- 14568/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə Sabirabad rayon Mərkəzi Xəstəxanasının V00067375QLS nömrəli göndərişi əsasında xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional pozuntular aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının 13 may 2024-cü il tarixli, 3-17-4/3-3-3507/2024 nömrəli qərarının surətindən görünür ki, Sabirabad rayon sakini xx.xx.1976-cı il təvəllüdlü İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin xx.xx.2022-ci il tarixli 0311003AAWTA nömrəli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. Növbəti dəfə əlillik vəziyyəti tibb müəssisəsinin xx.xx.2023-cü il tarixli V00067375QLS nömrəli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS 3- 17-4/3-1-5453/2023). Vətəndaş 3-17-4/1-10404/2024 nömrəli məktubla DTSERA-ya daxil olmuş Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(120)-564/2024 nömrəli qərardadına əsasən əyani müayinəyə dəvət olunmuşdur. Məhkəmə qərardadı əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2014cü il tarixli 731 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Kəllə boşluğuna nüfuz etməyən odlu silahdan kor güllə yaralanması (xx.xx.1998), kəllə boşluğundan xaric xəlbir sümüyünün yad cismi (metal-güllə)” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi Travmadır, Hərbi Xidmət vəzifələrini (xidməti vəzifələri) X9”, “Xroniki sfenoidit, remissiya mərhələsində” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” və “Sol gözün hipermetropiyası 0.75D nəticəsində görmə itiliyinin 0,9-a qədər azalması, korreksiya ilə 1,0 olmaqla, sağ gözün görmə itiliyi 1,0 olmaqla” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi Xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Qeyd edirlər ki, vətəndaş xx.xx.2023-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı yuxusuzluq, əsəbilik, başağrısından şikayətlənmiş, qəbul etdiyi medikamentoz preparatlardan "Depakin", “Finlipsal” qəbul etdiyini ifadə etmişdir. Obyektiv baxış zamanı alında çapıq izlənilmiş, nevroloji ocaqlı patologiya aşkar edilməmiş, yuxarı və aşağı ətraflar əzələləri atrofiyasız olmuş, ətraflarda iflic, parez, əlillik təyinatına əsas verən hərəki məhdudluq və patofunksional pozuntu aşkar edilməmişdir” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı daimi başağrıları, yuxusuzluq, bədənində keyləşmə, sol ətraflarında (əsasən yuxarı ətraf) dartınma, müvazinət pozğunluğundan şikayətlənmişdir. Medikamentoz preparatlardan Fenozepam, Finlepsal və s. Qəbul etdiyini söyləmişdir. Baxış zamanı alının sağ tərəfində səthi çapıq izlənmişdir. Nevroloji müayinə zamanı heç bir astaziya, abaziya əlaməti, hemiparez qeyd edilməmiş, koordinator sınaqları düzgün icra etmiş, Romberq vəziyyətində dayanıqlı olmuşdur. Alın nahiyəsindəki zədələnmə klinik olaraq önə-arxaya səndələmə kimi müşahidə edilməli olsa da, şikayətləri ilə klinik əlamətlər uyğunsuz olmuş, Tandem yerişini belə düzgün yeriyə bilmişdir. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2023cü il tarixli 727 nömrəli Ambulator xəstənin tibbi vərəqində diaqnoz Keçirilmiş (1998) kəllə beyin travması, kəllə boşluğunda nüfuz etməyən odlu silahdan kor güllə yaralanması, kəllə boşluğundan xaric xəlbir sümüyünün yad cismi (metal güllə), sonrakı vəziyyət. Posttravmatik ensefalopatiya. Sol tərəfli diskogen L5-S1 radikulopatiya, xroniki ağrı sinromu. Nevrasteniya. Həyəcan sindromu. Baş beyin xəstəliyi nəticəsində yaranan labil pozuntu. Asteno-nevrotik hal. Göz-Şüşəvari cismin bulanması. Retinal angiopatiya” kimi qeyd olunmuş, əyani müayinə zamanı əlillik təyinatına əsas verməmişdir. Respublika Klinik Xəstəxanasının xx.xx.2023-cü il tarixli Beyin KT müayinəsinin nəticəsi “ Etmoidal sümük hücrələrin sağ tərəfində 28 mm ölçülü, nəzərəçarpan artefaktlara səbəb olan yad cismqəlpə qeyd olunur. Alın sümüyünün sağ tərəfində qəlpəli sınıq və frontal sinusun ön divarının 20 mm defekti izlənir. Bu nahiyədə dərialtı çapıq qeyd olunur. Burun sümüyünün sağ tərəfində qəlpəli sınıq qeyd olunur. Alın payının sağ tərəfində fokal kortikal ensefalopatiya qeyd olunur. Alın nahiyyəsində subaraxnoidal sahədə genişlənmə və sağ tərəfli fokal araxnoidal genişlənmə qeyd olunur. Keçirilmiş travmaya bağlı olduğu düşünülmüşdür. Alın payının hər iki tərəfində, ön periventikullyar mm-lik qliozisə xarakter ocaqlar qeyd olunur” kimi müəyyənləşdirilmişdir. Verdiyi anamnestik məlumatlarda, klinik əlamətlərdə əlillik təyinatına əsas verə biləcək nevroloji defisit müəyyən edilməmişdir. Həmçinin ZE ******* nömrəli Hərbi biletin 9-cu səhifəsində HXKH əsasnamənin 158 maddəsinin “A” bəndinə əsasən (törətdiyi cinayətə görə azadlıqdan məhrum olunduğu üçün) ehtiyata buraxıldığı qeyd edilmişdir. Nəticədə Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X17 “X16” X15 N yanvar 2025-ci il tarixli, 18-1-17/2-134/2025 nömrəli məktubundan görünür ki, xəstə İddiaçı xx.xx.2021-ci il tarixdə Mərkəzin Nevrologiya şöbəsinə “Keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalıq əlamətlər (1998) diaqnozu ilə qəbul edilmişdir. xx.xx.2021-ci il tarixində İddiaçı sahə nevropatoloqunun nəzarətində evə yazılmışdır. Son klinik diaqnoz: Keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalıq əlamətləri (1998), Postravmatik ensefalopatiya, Kəllə daxili hipertenziya tez-tez təkrarlanan krizlərlə? Sol tərəfli hemipariz, Asteno-nevrotik sindrom. Burun çəpər əyriliyi. Sağ etmoid hüceyrədə yad cismi. Kəllə boşluğundan xaric kəllə sümüyünün yad cismi”. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-234/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadına əsasən iş üzrə məhkəmə tibbi ekspertizasının təyin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X17 “Respublika Neyrocərrahiyyə Xəstəxanası” X15 8 aprel 2025-ci il tarixli, 18-1-5/2-256/2025 nömrəli məktubundan görünür ki, dəvətlərinə əsasən vətəndaş İddiaçı xx.xx.2025-ci il tarixdə tibb müəssisəsinə ambulator müraciət etmiş və həkim-neyrocərrah Anar Abbasov tərəfindən konsultasiya olunmuşdur. Vətəndaş İddiaçı baş ağrılarından və baş gicəllənməsindən şikayətçi olduğunu bildirmişdir. Həkim-neyrocərrah Anar Abbasov vətəndaş İddiaçı müayinə zamanı huşunun aydın olduğunu və sol tərəfli hemiparez qeyd olunduğunu bildirmişdir. Həkim-neyrocərrah A.Abbasov vətəndaş İddiaçı təqdim etdiyi tibbi sənədlərə və özünün əvvəlki müayinə nəticələrinə əsasən KT müayinəsinə təyin edilmişdir. Vətəndaş İddiaçı KT müayinəsi üçün tibb müəssisələrinin “Sığortanın təşkili və innovasiya şöbəsi” tərəfindən başqa tibb müəssisəsinə (tibb müəssisəsinin KT cihazın işlək olmaması səbəbindən) KT müayinəsindən keçmək üçün “göndəriş vərəqəsi” verilmişdir. Lakin vətəndaş İddiaçı KT müayinəsindən keçməkdən imtina edərək tibb müəssisəsini tərk etmişdir. Tətbiq edilən hüquq. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. 3.5. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) əlilliyi olan şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının apardığı elektron informasiya ehtiyatlarından istifadə etməklə əlilliyi olan şəxslərin reyestrini elektron formada aparır. 3.6. Əlilliyi olan şəxslərin reyestrinin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.7. Şəxsin əlilliyinin müəyyən edilməsi və əlilliyin müəyyən olunmasından imtina edilməsi barədə qərarlarda göstərilən məlumatlar X8 Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Bu qərarlarda göstərilən məlumatların X12 üzərindən təqdim edilməsi həmin qərarların təqdim edilməsinə bərabər tutulur. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. 6.5. Dövlət əlilliyi olan şəxslərin qeyri-hökumət təşkilatlarına bu Qanunla müəyyən edilmiş hüquqlarını həyata keçirmək üçün şərait yaradılmasına təminat verir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi haqqında Əsasnamə” Bənd 3.1.2. Əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları. 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası:
1. Ümumi müddəalar ... 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyaları (bundan sonra– TSEK) tərəfindən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır.
2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır.
3. Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5. Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının 26 dekabr 2017-ci il tarixli 19-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”:
1.1. Bu Təlimat Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 163-cü maddəsinin birinci hissəsinə əsasən hazırlanmışdır və Azərbaycan Ordusunda və başqa silahlı birləşmələrdə (bundan sonra Silahlı Qüvvələr), hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda), habelə keçmiş SSRİ-nin Silahlı Qüvvələrində hərbi xidmət (hərbi toplanış) keçmiş şəxslərə hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması qaydalarını tənzimləyir. 1.2. Hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən edilməsi məqsədilə hərbi qulluqçular aşağıdakı kateqoriyalara bölünür: 1.2.1. həqiqi hərbi xidmətdən xəstəliyə (səhhətinə) görə buraxılmış və hərbi tibbi sənədləri olan şəxslər; 1.2.2. həqiqi hərbi xidmətdən xəstəliyə (səhhətinə) görə buraxılmış, lakin hərbi tibbi sənədləri olmayan şəxslər; 1.2.3. həqiqi hərbi xidmətdən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 41-ci və 42-ci maddələrində müəyyən edilmiş digər əsaslara görə buraxılmış hərbi tibbi sənədləri olan və ya hərbi tibbi sənədləri olmayan şəxslər. 1.3. Bu Təlimat Azərbaycan Respublikasının Daxili İşlər, Ədliyyə, Fövqəladə Hallar nazirlikləri, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsində xidmət keçmiş xüsusi rütbəli şəxslərə də şamil edilir. 2.1. Tibbi sosial ekspert komissiyasının (TSEK) funksiyalarını həyata keçirən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti (bundan sonra–Xidmət) tərəfindən hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq aşağıda göstərilən əlillik səbəbləri müəyyən edilir: 2.1.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik; 2.1.3. Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlillik; 2.1.4. Hərbi xidmət dövrü ilə əlaqədar əlillik; 2.1.5. Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlillik; 2.1.6. Ümumi xəstəliklə əlaqədar əlillik. 3.1. Şəxsə hərbi xidmətlə əlaqədar əlillik hərbi xidmətdə aldığı xəsarət, xəstəlik ayrı-ayrı götürüldükdə ən azı orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlillik müəyyən etmək üçün əsas vermiş olduqda müəyyən edilir. 3.2. Hərbi xidmətlə əlaqədar əlillik səbəbi hərbi xidmət zamanı alınmış xəsarətin, xəstəliyin bilavasitə nəticələrinə, yaxud fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir. 3.3. Hərbi xidmətdən buraxılmış şəxslərin hərbi xidmətlə əlaqədar əlillik səbəbləri müəyyən edilərkən aşağıda göstərilən hərbi tibbi sənədlər əsas götürülür: 3.3.1. Xəstəlik haqqında şəhadətnamə (ştatdankənar HHK tərəfindən tərtib edilir və ştatlı HHK tərəfindən təsdiq edilir, yaxud ştatlı HHK tərəfindən tərtib edilir); 3.3.2. arayış ştatdankənar HHK tərəfindən tərtib edilir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi həkim ekspertizası haqqında Əsasnamə”nin 1.6-cı bəndində göstərilən hallarda ştatlı HHK tərəfindən təsdiq edilir, yaxud ştatlı HHK tərəfindən tərtib edilir; 3.3.3. ştatlı HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarı. 3.4. xəstəlik haqqında şəhadətnamədə, arayışda və ya ştatlı HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarında xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi “Hərbi–həkim ekspertizası haqqında Əsasnamə”nin tələblərinə uyğun göstərilmədikdə, yaxud ştatlı HHK-nın qərarının əsli ilə düz olduğunun yoxlanılması zəruri olduqda, sənədlər baxılmaq üçün müvafiq ştatlı HHK-na göndərilir. 3.5. Hərbi xidmətdən xəstəliyə görə buraxılmış şəxslərə hərbi xidmətlə əlaqədar əlillik səbəbləri Xidmət tərəfindən aşağıdakı qaydada müəyyən edilir: 3.5.1. Hərbi xidmət (hərbi toplanış) zamanı alınmış xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi göstərilmiş hərbi tibbi sənədi olan şəxslərin əlillik səbəbi təqdim edilən hərbi tibbi sənəd (xəstəlik haqqında şəhadətnamə və ya arayış, yaxud ştatlı HHK tərəfindən tərtib edilmiş qərar) əsasında təyin edilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”
7.1. Hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. 7.2. Hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: a) “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”; c) “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) X9”.
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında” Əsasnamə
1.1. “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə” (bundan sonra Əsasnamə) Azərbaycan Respublikası Prezidentinin “Əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında” 2018-ci il 5 sentyabr tarixli 258 nömrəli Fərmanının 2.4.1-ci yarımbəndinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra– Nazirlik) Mərkəzləşdirilmiş elektron informasiya sistemindən (bundan sonra– MEİS) istifadənin, MEİS-də informasiya ehtiyatlarının formalaşdırılmasının, uzlaşdırılmasının, aparılmasının, inkişaf etdirilməsinin və informasiya təhlükəsizliyinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir. 1.2. MEİS-in əsas təyinatı əmək, məşğulluq, sosial müdafiə və sosial təminat, habelə Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq digər sahələrdə (bundan sonra müvafiq sahə) informasiyanın yaradılması, toplanılması, işlənməsi, saxlanılması və axtarışı işlərinin avtomatlaşdırılmasından ibarətdir. 2.1. MEİS-in strukturuna aşağıdakı altsistemlər daxildi. 2.1.4. “Sosial ödənişlər” altsistemi; 2.1.5. “Əlillik” (TSERAS) altsistemi; 2.1.8. “Pensiya” altsistemi; 2.2. MEİS-in strukturuna aşağıdakı reyestrlər daxildir: 2.2.2. “Əlilliyi olan şəxslərin” reyestri; 2.3. MEİS-in strukturuna daxil olan altsistemlər vasitəsilə aşağıdakılar təmin edilir: 2.3.5. “Əlillik” (TSERAS) altsistemi vasitəsilə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsinin, əlilliyi olan şəxslərin reyestrinin aparılması, eləcə də əlilliyi olan şəxslərin bərpa mərkəzlərinə qəbulunun, onlara göstərilən reabilitasiya xidmətlərinin uçotunun elektron qaydada aparılması; 2.3.5-1. “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsistemi vasitəsilə hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilməyə, o cümlədən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 15.3-cü maddəsinə uyğun olaraq aparılan yekun tibbi müayinəyə dair sənədlər üzrə məlumatların toplanması və sistemləşdirilməsi; 2.3.8. “Pensiya” altsistemi vasitəsilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, əmək pensiyası təyin edilmiş şəxslərin qeydiyyatı, əmək pensiyalarının sığorta və yığım hissələri üzrə pensiya kapitalının uçotu, əmək pensiyalarının təyini, yenidən hesablanması və ödənilməsi, eləcə də statistik hesabatların hazırlanması və təhlillər aparılması; 2.4. Vətəndaşların təqdim etdikləri, həmçinin başqa informasiya ehtiyatlarından sorğular vasitəsilə əldə olunan və MEİS-ə daxil edilən informasiyanın tərkibi və informasiyanın növü Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq, əmək münasibətləri, əməyin mühafizəsi, əmək ehtiyatlarından istifadə, əhalinin məşğulluğu, sosial müdafiəsi və sosial təminatı, demoqrafiya, tibbi-sosial ekspertiza, əlilliyi olan şəxslərin reabilitasiyası sahələrində dövlət siyasətini həyata keçirmək üçün zəruri məlumatları əhatə edir.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu
Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.2. inzibati akt- inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.8. qarşılıqlı etimad- inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır.
MƏHKƏMƏNİN MÖVQEYİ
Hazırkı iş üzrə iddiaçının tələbi- onun hüquqi marağı və məqsədi ona hərbi xidmət dövrü ilə əlaqədar 61-80 faiz olmaqla beş il müddətinə əlilliyin təyin edilməsinə nail olmaqdan ibarətdir. İlkin olaraq məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında” Əsasnaməsinin tələblərinə görə, şəxslərin TSEK-də əlilliyinin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. Göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir. TSERAS-a ötürülmüş göndərişlər sistem tərəfindən qəbul edildikdən sonra dərhal göndərişi verən səhiyyə müəssisəsinin, bu göndərişi təsdiq edən şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə (göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir. TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir (4.1, 4.3, 4.16-cı bəndlər). “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”yə görə, göndərişlər “Tibbi sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə hərbi həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir. Adsızlaşdırılmış göndərişlər dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə (göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir. TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.7-ci bəndinə əsasən, şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Həmçinin, həmin dövrdə qüvvədə olan "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Nəzərə alınmalıdır ki, əlilliyin qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyinin səbəbini, dərəcəsini və müddətini TSEK və həmin normalarda nəzərdə tutulan müəyyən hallarda isə TSEK-in funksiyalarını həyata keçirən Agentlik müəyyən edir. TSEK tərəfindən ümumi xəstəlik, istehsalat zədəsi, peşə xəstəliyi, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar, hərbi xidmət dövrü ilə əlaqədar, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, terror hadisəsi ilə əlaqədar, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar səbəblər üzərindən əlillik müəyyən edilir. İstinad olunan normalara əsasən, şəxs TSEK tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. İşin yuxarıda göstərilən halları onu deməyə imkan verir ki, iddiaçıya 2015-ci il tarixdən hesablanmaqla “hərbi xidmətlə əlaqədar” İİ dərəcə əlilliyə görə 1 (bir) il müddətinə əlillik təyin edilmiş, sonradan əliliyin müddətinin bitməsi ilə əlaqədar yenidən göndəriş əsasında onun sağlamlıq vəziyyəti qiymətləndirilmiş 5 (beş) il müddətinə “hərbi xidmətlə əlaqədar” İİ dərəcə əlilli dərəcəsi təyin edilmişdir. 12 yanvar 2022-ci il tarixdən tərixdən etibarən əlilliyin bitməsi ilə əlaqədar ona pensiya ödənişi dayandırılmışdır. İş materiallarından da göründüyü kimi iddiaçının barəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2014-cü il tarixli 731 nömrəli tibbi şəhadətləndirmə barədə Qərar verilmiş və hal hazırdada qüvvədədir. Bundan başqa Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X17 “X16” X15 N yanvar 2025-ci il tarixli, 18-1-17/2-134/2025 nömrəli məktubundan görünür ki, xəstə İddiaçı xx.xx.2021-ci il tarixdə Mərkəzin Nevrologiya şöbəsinə “Keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalıq əlamətlər (1998) diaqnozu ilə qəbul edilmişdir. xx.xx.2021-ci il tarixində İddiaçı sahə nevropatoloqunun nəzarətində evə yazılmışdır. Son klinik diaqnoz: Keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalıq əlamətləri (1998), Postravmatik ensefalopatiya, Kəllə daxili hipertenziya tez-tez təkrarlanan krizlərlər. Sol tərəfli hemipariz, Asteno-nevrotik sindrom. Burun çəpər əyriliyi. Sağ etmoid hüceyrədə yad cismi. Kəllə boşluğundan xaric kəllə sümüyünün yad cismi” kimi qeyd edilmişdir. Kifayət qədər əsaslar olduğu halda cavabdeh inzibati orqan iddiaçının arzuladığı aktı qəbul etməmiş, baxmayaraq ki, 2015-ci il tarixdən 2022-ci il tarixədək ona müddətli əlillik təyin edilsədə iddiaçının sağlamlıq vəziyyətinin yaxşılaşmasını həmçinin yuxarda sadalanan tibb müəssələri tərəfindən təqdim edilmiş sənədləri təkzib edən sübutları təqdim etmədən iddiaçının hüquqi marağının ziddinə qərar qəbul edilmişdir. “İnzibati icraat haqqında” Qanunun 67.6.3-cü maddəsində təsbit olunmuş normanın təfsiri, iddiaçının etimad hüququnun qorunmağa layiq olub-olmamasının müəyyən edilməsi və etimad hüququnun müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Məhkəmə, həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarı ilə Məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir. Qərardan da görünür ki, Konstitusiya Məhkəməsi hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Qeyd olunanlar nəzərə alınmaqla məhkəmə hesab edir ki, cavabdehin özünün ehtimal olunan təqsiri nəticəsində, iddiaçının sağlamlığında 2015-ci il tarixdən hazır ki, vaxta kimi hər hansı müsbət irəlləyiş olmamışdır. İddiaçının xeyrinə kifayət qədər müxtəlif tibb müəssələrindən arayışlar təqdim edilməsinə baxmayaraq cavabdeh tərəfindən həyata keçirilmiş ekspertiza üçün əhəmiyyət kəsb etməmiş və əlillik təyinatına əsas vermədiyi qeyd edilsədə bu halların hər hansı mötəbər subutlarla əsalandırmamışdır. Bununla yanaşı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2014-cü il tarixli 731 nömrəli tibbi şəhadətləndirmə barədə Qərar qüvvədən düşməmişdir. Həmçinin iddiaçıya əvvəllər təyin edilmiş əlliliyin səbəb əlaqəsinin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müəyyən edilməsi hazırda da ona təyin edilə əlilliyin səbəb əlaqəsinin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar hesab edilməlidir. Göstərilən bu hal ona dəlalət edir ki, iddiaçıya 2015-ci il tarixdən başayaraq xx.xx.2022-ci il tarixədək müddətli əlillik təyin edilmişdir. İddiaçının əvvələr 7 (yeddi) ildən artıq müddətə əlliliyi müəyyən edildiyi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən onun barəsində 5 (beş) il müddətinə əlillik təyin edilməsinə əsasdır. Beləliklə, iş materiallarına əlavə olunmuş tibbi sənədlərlə müəyyən edilir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3- Sosial Ekspert Komissiyası tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərar ləğv edilməli və iddiaçıya əlilliyin səbəb əlaqəsinin hərbi xidmət dövrü ilə əlaqədar 61-80 faiz olmaqla 5 (beş) il müddətinə əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiaçının tələbi əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. İddiaçı barəsinə “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyası tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin və iddiaçıya əlilliyin səbəb əlaqəsinin hərbi xidmət dövrü ilə əlaqədar 61-80 faiz olmaqla 5 (beş) il müddətinə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Şahəli Musayev