Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-235/2024 02.10.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X9, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3, Cavabdehin nümayəndəsi X13, Üçüncü şəxslər X14 nümayəndəsi Nümayəndə və X7 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdehnə qarşı “Cavabdehn xx.xx.2005-ci il tarixli, 11 saylı protokolu ilə İddiaçı1 satılmış 0,06 ha torpaq sahəsinin, xx.xx.2005-ci il tarixli, 06 saylı protokolu ilə İddiaçı3 satılmış 0.06 ha torpaq sahəsinin və xx.xx.2007-ci il tarixli 11 saylı protokolu ilə İddiaçı2 satılmış 0.06 ha torpaq sahəsinin 2-ci dəfə X3 dair bütün sənədlərin etibarsız hesab edilməsi” tələbinə dair inzibati işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. ТƏSVİRİ HİSSƏ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdehnə qarşı “Cavabdehn xx.xx.2005-ci il tarixli, 11 saylı protokolu ilə İddiaçı1 satılmış 0,06 ha torpaq sahəsinin, xx.xx.2005-ci il tarixli, 06 saylı protokolu ilə İddiaçı3 satılmış 0.06 ha torpaq sahəsinin və xx.xx.2007-ci il tarixli 11 saylı protokolu ilə İddiaçı2 satılmış 0.06 ha torpaq sahəsinin 2-ci dəfə X3 dair bütün sənədlərin etibarsız hesab edilməsi” barədə qərar qəbul edilməsi xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə X22 vəxx.xx.2024-cü il tarixli qərardadla X10 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilmişdirlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tələblərinin biri-biri ilə əlaqəli olduğu üçün, həmdə bir cavabdehə yönəldiyinə və eyni məhkəməyə aid olduğuna görə tələblərini bir iddiada, birləşdirib məhkəməyə müraciət etməli olmuşdurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 37-ci maddəsinə görə “biri-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi bir iddiada birləşdirilə bilər.” Astara rayonu Seləkəran kəndi ərazisində yerləşən, Seləkəran bələdiyyəsinin (sonradan Seləkəran, Rüdəkənar, Suparibağ bələdiyyələri birləşdirilmiş Suparibağ bələdiyyəsi adlandırılmışdır) 16 oktaybr 2005-ci il tarixli 11 saylı iclas protokoluna və ödəniş qəbzinə əsasən 0.06 hektar həyətyani torpaq sahəsi ayrılmış və İddiaçı1 alqı-satqı yolu ilə satılmışdır. Həmçinin Astara rayonu Seləkəran bələdiyyəsinin 20 may 2005-ci il tarixli, 06 saylı iclas protokoluna və digər sənədlər əsasında fərdi yaşayış evi tikintisi üçün 0.06 hektar həyətyani torpaq sahəsi İddiaçı3 alqı-satqı aktına əsasən satılmışdır. Bundan əlavə başqa Astara rayonu, Seləkəran kəndi ərazisində yerləşən, Seləkəran bələdiyyəsinin 21 sentyabr 2007-ci il tarixli 11 saylı iclas protokoluna və digər mötəbər sənədlər əsasında fərdi yaşayış evi tikintisindən ötrü 0,06 hektar həyətyani torpaq sahəsi İddiaçı2 alqı-satqı yolu ilə satılmışdır. Seləkəran bələdiyyəsi tərəfindən alqı-satqı yolu ona satılmış torpaq sahələrinin cizgi planı tərtib edilmiş və Astara rayon Torpaq və xəritə-çəkmə şöbəsinin müdiri E.H.Quliyev Astara rayon İcra Hakimiyyətinin Memarlıq Şöbəsinin müdiri R.Rufullayev Astara rayon İH-nin Suparibağ üzrə nümayəndəsi V.Vahabov, Seləkəran Bələdiyyəsinin sədri D.M.Ələsgərov, Astara rayon Torpaq və Xəritəçəkmə şöbəsinin mütəxəssisi İ.H.Abıyevin və onların işirakı ilə ayrılmış torpaq sahələrinin yeri naturada göstərilmiş və cizgi Planına imza edilmişdir. Cavabdeh Seləkəran bələdiyyəsindən alqı-satqı yolu ilə aldıqları torpaq sahəsinə dair əvvəllər yaranmış hüquqların qeydiyyatı ilə əlaqədar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi idarəsinə ayrı-ayrılıqda müraciət etmişdirlər. Cavabdeh Seləkəran bələdiyyəsinin 16 oktyabr 2005-ci il tarixli 11 saylı protokolu ilə İddiaçı1 satılmış torpaq sahəsi xx.xx.2021-ci il tarixli RX-**********62 reyestr nömrə ilə Astara rayonu, Seləkəran bələdiyyəsinin adına daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçirildiyindən qeydiyyatın aparılması mümkün olmamışdır. Həmçinin Seləkəran bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 06 saylı iclas protokolu ilə İddiaçı3 satılmış çıxarış üzrə göstərilən konfiqurasiyada yerləşən torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrdə mülkiyyət hüquqları tanınmış (**********2 reyestr nömrəli çıxarışla hüquqları tanınmış şəxsin torpaq sahəs ilə üst-üstə düşür.) digər şəxsə məsus torpaq sahəsi ilə üst-üstə düşür. Məhz bu səbəbdən yaranmış hüqqlara dair qeydiyyatın aparılması mümkün olmamışdır. Bundan başqa Seləkəran bələdiyyəsinin 21 sentyabr 2007-ci il tarixli 11 saylı iclas protokolu ilə fərdi yaşayış evi tikintisi üçün İddiaçı2 satılmış 0.06 ha torpaq sahəsinin ilkin hüquqmüəyyənedici sənəd üzrə göstərilən konfiqurasiyada yerləşən torpaq sahəsi daşınmaz əmlakın sahəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq çıxarışla tanınmış Astara rayon Seləkəran bələdiyyəsinə məxsus olmasına dair çıxarış verildiyindən həmin torpaq sahəsi üzərində yaranmış hüquqlara dair müvafiq qeydiyyatın aparılması mümkün olmamışdır. Beləliklə Astara rayonu Seləkəran (hazırda) Suparibağ bələdiyyəsi müvafiq sənədlərlə onlara satdığı torpaq sahəsini bələdiyyənin sədri X23 2-ci dəfə Rusiya vətəndaşı olan X8 o da onlara aid olan torpaq sahələrinə çıxarış almışdır. Cavabdeh Seləkəran bələdiyyəsi qüvvədə olan mülkiyyət hüqquna dair qanunların tələblərini kobud surətdə pozaraq bələdiyyədən alqı-satqı sənədlərinə və müvafiq qərarlarına əsasən adlıqları torpaq sahələri xəbərləri olmadan X4. Onlar bələdiyyənin sədri Bədi Məmmədovaya iradlarını bildirmişlər. O isə səhv etdiyini etiraf etmişdir. Mübahisə edilən torpaq sahələri müvafiq sənədlər əsasında 2005-ci ilin oktaybr 16-da, 2005-ci ilin may ayının 20-də və 2007-ci ilin sentyabrın 21-də bizə satıldığı üçün sonradan bələdiyyə tərəfindən başqa şəxsə satıldığı üçün həmin sənədlər etibarsız hesab edilməlidir. Astara rayon Seləkəran bələdiyyəsinin 16 oktyabr 2005-ci il tarixli 11 saylı Protokol ilə İddiaçı1 satılmış 0,06 hektar torpaq sahəsinin; 20 may 2005-ci il tarixli 06 saylı protokol ilə İddiaçı3 satılmış 0.06 hektar torpaq sahəsinin və 21 sentyabr 2007-ci il tarixli 11 saylı protokol ilə İddiaçı2 qızma satılmış 0,06 hektar torpaq sahəsinin 2-ci dəfə X5 ilə əlaqədar olan bütün sənədləri etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xhiş etmişdirlər. Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi cavabdeh iddiaçının iddia tələbini etirazla qarşılayır və bu halı onunla əsaslandırır ki, 18 sentyabr 2018-ci il tarixindən Cavabdehnə sədri vəzifəsinə seçki yolu ilə təyin olunmuşdur. Odur ki, 5 kəndin Suparibağ məscid məhəllə, qapıçı məhəllə, Rüdəkanar, Selakaran kəndlərinin işlərini və problemlərinin həll olunmasına çalışır. Avqust 2021-ci il tarixində X22 bələdiyyə fərdi yaşayış evini tikməsi üçün torpaq almaq üçün müraciət etmişdir. 28 sentyabr 2021-ci il tarixində adı gedən torpaq sahəsinin alqı-satqı etmək üçün X20 İdarəsinə müraciət etməklə 0,12 ha torpaq sahəsinin cizgiləri vurmaqla 15 may 2022-ci il tarixdə X14 adına çıxarış verilmişdir. İddiaçılar tərəfindən Astara Suparibağ bələdiyyəsinə heç bir müraciət etməmədiklərinə görə olan iddialarına qəti olaraq etirazını bildirir, onların iddiaları əsassız və qanuna ziddir. Yuxarıda göstərilən hüquq normalarına görə Azərbaycan Respublikasının MPM-nin 47 və 154-cü maddələrinin tələbinə uyğun olaraq iddiaçılar X17, İddiaçı3 İsgəndər oğlu, İddiaçı1 İsgəndər oğlunu Astara rayon Suparibağ bələdiyyəsinə qarşı 0,12 ha torpaq sahəsinin qanunsuz satılma tələbinə qəti olaraq öz etirazını bildirir və iddianın təmin olunmamasını xahiş etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi X23 iddianı qəbul etmədiklərini bildirərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Üçüncü şəxslər üçüncü şəxslər X14 nümayəndəsi Nümayəndə və X10 iddianı qəbul etmədiklərini bildirərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Astara rayonu Seləkaran bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 06 nömrəli protokolundan çıxarışdan görünür ki, Seləkaran kənd sakini İddiaçı3 Seləkaran kənd ərazisində olan torpaq sahəsindən ev tikmək üçün 0,06 ha torpaq sahəsi alqı-satqı yolu ilə verilməsi məqsədə uyğun hesab edilmişdir. İş materiallarında olan Astara rayonu Seləkaran bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 11 nömrəli protokolundan çıxarışdan görünür ki, Seləkaran kənd sakini İddiaçı1 Seləkaran kənd ərazisində olan torpaq sahəsindən ev tikmək məqsədi ilə 0,06 ha torpaq sahəsi alqı-satqı yolu ilə verilməsi məqsədə uyğun hesab edilmişdir. İş materiallarında olan Astara rayonu Seləkaran bələdiyyəsinin sentyabr 2007-ci il tarixli, 11 nömrəli protokolundan çıxarışdan görünür ki, Seləkaran kənd sakini İddiaçı2 Seləkaran kənd ərazisində olan torpaq sahəsindən ev tikmək məqsədi ilə 0,06 ha torpaq sahəsi alqı-satqı yolu ilə verilməsi məqsədə uyğun hesab edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Astara rayonu, Seləkəran kəndində yerləşən 0.12 hektar sahəsi Astara rayonu Rüdəkənar bələdiyyəsinin adına daşınmaz əmlakın dövlət reyestrində 123 nömrəli reyestr kitabının 7 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Astara rayon notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, AN-İ ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin surətindən görünür ki, Astara rayonunun Rudəkənar bələdiyyəsi ilə X22 arasında Astara rayonu Seləkəran kəndində yerləşən, ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə on(lar)a məxsus hissəsindən 3600 manata X1. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Astara rayonu, Seləkəran kəndində yerləşən 0.12 hektar torpaq sahəsi X14 adına daşınmaz əmlakın dövlət reyestrində 123 nömrəli reyestr kitabının 7 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Astara rayonu Rüdəkənar bələdiyyəsinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 48 nömrəli məktubunda qeyd edilmişdir ki, iş üzrə bələdiyyədə xx.xx.2005-ci il tarixli, 11 saylı İddiaçı1 adma; xx.xx.2005-ci il tarixli, 06 saylı İddiaçı3 İsgəndər oğlunun adına; xx.xx.2007-ci il tarixli, 11 saylı İddiaçı2 adına torpaq sahəsinin ayrılması barədə protokollar aşkar olunmamışdır. İş materiallarında olan Astara rayon Dövlət Arxivinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 92 nömrəli məktubunda qeyd edilmişdir ki, Astara rayon Seləkəran bələdiyyəsinin Astara rayon Dövlət Arxivində saxlanılan sənədlərində Seləkəran bələdiyyəsinin 2005, 2006, 2007, 2008, 2009-cu illəri əks etdirən Sərəncam kitabında 05 oktybar 2005-ci il tarixdə 15 saylı Sərəncamla İddiaçı1 0.06 ha, 16 oktyabr 2005-ci ildə 17 saylı Sərəncamla İddiaçı3 0.06 ha, 24 noyabr 2007-ci il tarixdə 37 saylı Sərəncamla İddiaçı2 qızma 0.06 ha torpaq sahəsi ayrılmışdır. Adları sadalanan vətəndaşların torpaq alqı-satqı ilə bağlı hər hansı sənədləri Astara rayon Dövlər arxivində saxlanılmır. Astara rayon Seləkəran bələdiyyəsinin Arxivdə saxlanılan sənədlərində X16 torpaq verilməsi , alqı-satqı ilə əlaqədar hər hansı bir əmr, Sərəncam öz əksini tapmır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********06 nömrəli məktubunda qeyd edilmişdir ki, iş üzrə iddiaçılardan sayılan İddiaçı1 İsgəndər oğluna, İddiaçı2 və İddiaçı3 İsgəndər oğluna Astara rayonu, Suparibağ bələdiyyəsi tərəfindən ayrıayrılıqda 600 kv.m həyətyanı torpaq sahəsinin ayrılıb-ayrılmamasına münasibətdə isə bildiririk ki, həmin şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrində hal-hazıəradək müvafiq qeydiyyat aparılmadığından, həmin hissədə sorğunun icrası Ərazi İdarəsinin imkanları xaricindədir. Həmçinin, həmin şəxslər tərəfindən hal-hazıradək müvafiq qeydiyyatın aparılması ilə əlaqədar Ərazi İdarəsinə müraciət olunmadığından, onlara bələdiyyə qərarları ilə ayrılmış həyətyanı torpaq sahələrinin X14 hüquqları tanınmış 0.12 ha torpaq sahəsi ilə üst-üstə düşübdüşməməsi məsələsinə münasibətdə isə bildiririk ki, qeyd olunan hissədə iş üzrə ekspertiza təyin olunduğu təqdirdə dürüstləşdirilmiş məlumatlar müəyyən oluna bilər. İş üzrə iddiaçılardan sayılan İddiaçı1 İsgəndər oğluna, İddiaçı2 və İddiaçı3 İsgəndər oğluna Astara rayonu, Suparibağ bələdiyyəsi tərəfindən ayrı-ayrılıqda 600 kv.m həyətyanı torpaq sahəsinin ayrılıbayrılmaması barədə dəqiqləşdirilmiş məlumatların əldə olunmasından ötrü aidiyyəti üzrə Suparibağ bələdiyyəsinə, habelə Azərbaycan Respublikası Dövlət Arxivinin Astara filialına müraciət etməyinizi məqsədəmüvafiq hesab edirlər. İş materiallarında olan Azərbaycan Respublikası Astara rayon İcra Hakimiyyəti başçısının Suparibağ kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 103 nömrəli məktubunda qeyd edilmişdir ki, Astara rayon Seləkəran kənd sakini İddiaçı3 yaşayış yeri üzrə təsərrüfatbaşına kitabdan çıxarışında vətəndaşa Seləkəran kəndində özünə məxsus torpaq sahəsində fərdi yaşayış evi qeyd edilmişdir, lakin İddiaçı3 uzun illərdir ki, Suparibağ kəndində yaşayır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-21-3- 43/2-93/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, vətəndaş İddiaçı2 əmlak üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmadığından Torpaqların alqı-satqısına dair AKT-ın və ona aid digər sənədlərin arxiv nüsxəsi Ərazi idarəsinin arxivində aşkarlanmamışdır. İş materiallarında olan Astara rayonu Rüdəkənar bələdiyyəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 21 nömrəli məktubunda qeyd edilmişdir ki, iş üzrə bələdiyyədə xx.xx.2005-ci il tarixli, 11 saylı İddiaçı1 adına; xx.xx.2005-ci il tarixli, 06 saylı İddiaçı3 İsgəndər oğlunun adına; xx.xx.2007-ci il tarixli, 11 savlı İddiaçı2 adına torpaq sahəsinin ayrılması, torpaq alqı-satqısı barədə protokollar bələdiyyədə və Astara rayon Dövlət Arxivində aşkar olunmamışdır. Bələdiyyə tərəfindən torpaq alqı-satqısı sərəncam ilə deyil, müvafiq icra hakimiyyəti orqanlarının rəyinə, torpaq sahəsinə cizgi plana, eskiz planına, notarius tərəfindən təsdiq edilmiş razılıq ərizəsinə, memar rəyinə, son hərrac- müsabiqəsində satılan hər kvadrat mert torpaq sahəsinin metr qiymət arayışına əsasən bələdiyyə tərəfindən mərhələlərlə keçirilən iclas protokollarına əsaslanaraq notariusda torpaq sahəsinin vətəndaşa alqı- satqı yolu ilə satılması ilə tamamlanır. Lakin sənədlərə istinad deyərək bildirirəm ki, X18, Seləkəran bələdiyyəsində 28 yanvar 2005-ci il tarixli 02 nömrəli sərəncama əsasən bələdiyyə üzvü, 28 yanvar 2005-ci il tarixli 03 nömrəli sərəncama əsasən bələdiyyədə katib, 30 oktyabr 2005-ci il tarixli 19 nömrəli sərəncama əsasən Seləkərabn bələdiyyəsinin katibi, bələdiyyə üzrə maliyyə işlərinin aparılması üçün mühasib, 08 yanvar 2007-ci il tarixli 30 nömrəli sərəncama əsasən sədr müavini təyin edilmişdir. Azərbaycan Respublikasının qanunlarına əsasən bələdiyyə üzvü hər hansı, yəni sədr müavini və ya katibi bələdiyyənin iclasında bələdiyyə üzvlərinin iştirakı ilə səs vermə yolu ilə seçilməlidir. Sərəncamlardan göründüyü kimi bələdiyyənin iclas protokolları ilə deyil, X2 bələdiyyədə katib, bələdiyyənin sədr müavini vəzifəsinə təyin edilmişdir. İddiaçı3 İsgəndər oğlu, İddiaçı1 X12 qardaşı oğlanlarıdır. İddiaçı2 isə yaxın qohumudur. X18 öz vəzifə səlahiyyətlərindən sui istifadə edərək yaxın qohumlarına sərəncamlarla torpaq sahəsini ayırmışdır. Nəzərinizə çatdırmaq istəyirəm ki, Rüdəkənar bələdiyyəsi tərəfindən X6 torpaq sahəsi bələdiyyənin yaşayış məntəqələrinin perespektiv inkişaf üçün cəlb olunan torpaq sahəsi olduğundan, cizgi planı, icra hakimiyyətinin memar şöbəsinin rəyinə, eskiz planına əsasən həmin torpaq sahəsi Rüdəkənar bələdiyyəsinin mərhələlərlə iclas protokollarına əsaslanaraq təşkilatlara bu məsələ ilə bağlı məktubların göndərilməsi və həmin göndərilən məktublara cavab alaraq rəylərə əsaslanaraq bələdiyyə iclasının çıxartdığı qərara əsasən X14 ərizəsinin müzakirəsi daxil olmaqla alqı- satqı mərhələsinə qədər bütün proseslər Rüdəkənar bələdiyyəsinin bələdiyyə üzvlərinin səs verməsi yolu ilə qərar qəbul olunmuşdur. Həmin torpaq sahəsi boş torpaq sahəsi, bələdiyyənin yaşayış məntəqələrinin perespektiv inkişaf üçün cəlb olunan torpaq sahəsi olduğundan həmin torpaq sahəsinin satılmasına dair bələdiyyəmizə müvafiq orqanlar tərəfindən rəy verilmişdir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının qanunlarına əsaslanaraq İddiaçı1, İddiaçı3 İsgəndər oğlunun və İddiaçı2 qaldırdığı iddia tələbi qannunsuz və əsassız olduğundan iddianın rədd edilməsini Rüdəkənar bələdiyyəsi adından Xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Astara rayonu, Seləkəran kəndində yerləşən 0.09 hektar torpaq sahəsi X7 adına daşınmaz əmlakın dövlət reyestrində 176 nömrəli reyestr kitabının 51 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Astara rayon İcra Hakimiyyəti başçısının Suparibağ kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 830 nömrəli məktubunda qeyd edilmişdir ki, X10 həqiqətən ünvan 4 ünvanında qeydiyyatdadır. Astara rayon Seləkəran kəndində özünə məxsus Daşınmaz Əmlakın reysestr nömrəsi **********61, Qeydiyyat nömrəsi ********** olan 0.09 ha torpaq sahəsi vardır və istifadə edir. İş materiallarında olan Azərbaycan Respublikası Astara rayon İcra Hakimiyyəti başçısının Suparibağ kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 829 nömrəli məktubunda qeyd edilmişdir ki, X22 həqiqətən Astararayon Seləkəran kəndində qeydiyyatdadır. Astara rayon Seləkəran kəndində özünə məxsus Daşınmaz Əmlakın reysestr nömrəsi **********62, Qeydiyyat nömrəsi ********** olan 0.12 ha torpaq sahəsi vardır və istifadə edir. İş materiallarında olan Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizaları təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/106 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Qərardadın birinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-368/2024 №-li mütəxəssis rəyinə əsasən, Astara rayonu Seləkəran bələdiyyəsinin sentyabr 2007-ci il tarixli, 11 saylı qərarı və “Torpaqların alqısatqısına dair” akt əsasında İddiaçı2 satılmış Astara rayonu Seləkəran kəndində yerləşən 0,06 ha torpaq sahəsinin, Astara rayonu Seləkəran Bələdiyyəsinin 16 oktyabr 2005-ci il tarixli, 11 saylı qərarı (protokolu) və “Torpaqların alqı-satqısına dair” xx.xx.2005-ci il tarixli akt əsasında İddiaçı1 satılmış Astara rayonu Seləkəran kəndində yerləşən 0,06 ha torpaq sahəsinin və Astara rayonu Seləkəran Bələdiyyəsinin 20 may 2005-ci il tarixli, 06 saylı qərarı (protokolu) və “Torpaqların alqı-satqısına dair” xx.xx.2006-ci il tarixli akt əsasında İddiaçı3 satılmış Astara rayonu Seləkəran kəndində yerləşən 0,06 ha torpaq sahəsinin iddia olunan vəziyyətə əsasən döngə nöqtələrinin koordinatları müəyyən olunmuşdur. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış (Çıxarışın tərtib olunmasına əsas olmuş 04 aprel 2022-ci il tarixli, AN-l-1038193 nömrəli alqı satqı müqaviləsinin olması müəyyən olunmuş) və 20 aprel 2022-ci il tarixli, **********62 reyestr nömrəli "Torpaq sahəsinin plan və ölçü” əsasında üçüncü şəxs X14 mülkiyyətində olan Astara rayonu Seləkəran kəndində yerləşən 0,12 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən olunmuşdur. Sxem və koordinatlar mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. Qərardadın ikinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-368/2024 №-li mütəxəssis rəyinə əsasən, qeyd edilən torpaq sahələrinin böyük bir hissəsinin hüquqi statusunun-xüsusi mülkiyyətdə, bir hissəsinin bələdiyyə mülkiyyətində, kateqoriyasının yaşayış məntəqələrinin torpaqları, uqodiyasının tikinti altında olan torpaqlar olması müəyyən edilmişdir. Qərardadın üçüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-368/2024 №-li mütəxəssis rəyinə əsasən, qeyd edilən torpaq sahələrinin faktiki olaraq daşınmaz əmlakın Dövlət reyestrində mülkiyyət hüquqları qeydə alınmış üçüncü şəxslər X14 və X7 istifadələrində olması və təyinatı üzrə istifadə edilməsi müşahidə olunmuşdur. Qərardadın dördüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-368/2024 №-li mütəxəssis rəyinə əsasən, qeyd edilən iddiaçılara ayrılmış sahələrinin ilkin torpaqayırma sənədlərinin ayrılmaz hissəsi olan torpaqayırma sxemində qonşu torpaq sahələri əks olunmuş və qonşu torpaq sahələrinə əsasən sözügedən sahələrinin mübahisəli ərazidə yerləşməsi müəyyən olunmuşdur. Lakin həmin torpaq sahələrinin konkret yerləşmə yerinin koordinatlarını özündə əks etdirən “Torpaq sahəsinin planı və ölçüsü” sənədi (ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tərəfindən verilən) mövcud olmadığından həmin torpaq sahələrinin sənəd üzrə konkret sərhədlərini və koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Üçüncü şəxs X14 mülkiyyətində olan torpaq sahəsinin faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasımda uyğunsuzluğun mövcud olmaması müəyyən edilmişdir. Qərardadın beşinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publı'k hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-368/2024 №-li mütəxəssis rəyinə əsasən, Astara rayonu Seləkəran Bələdiyyəsinin sentyabr 2007-ci il tarixli, 11 saylı qərarı və “Torpaqların alqı- satqısına dair” akt əsasında İddiaçı2 ayrılmış 0,06 ha, Astara rayonu Seləkəran Bələdiyyəsinin 16 oktyabr 2005-ci il tarixli, 11 saylı qərarı (protokolu) və "Torpaqların alqı-satqısına dair” xx.xx.2005-ci il tarixli akt əsasında İddiaçı1 0,06 ha və Astara rayonu Seləkəran Bələdiyyəsinin 20 may 2005-ci il tarixli, 06 saylı qərarı (protokolu) və "Torpaqların alqı-satqısına dair” xx.xx.2006-ci il tarixli akt əsasında İddiaçı3 ayrılmış 0,06 ha torpaq sahələrinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparılmadığından həmin torpaq sahələri barədə elektron baza məlumatlarında məlumatların mövcud olmaması müəyyən edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış (Çıxarışın tərtib olunmasına əsas olmuş 04 aprel 2022-ci il tarixli, AN-l-1038193 nömrəli alqı satqı müqaviləsinin olması müəyyən olunmuş) və 20 aprel 2022-ci il tarixli, **********62 reyestr nömrəli “Torpaq sahəsinin plan və ölçü” əsasında üçüncü şəxs X14 mülkiyyətində olan 0,12 ha torpaq sahəsinin koordinatlarının **********62 reyestr nömrəli “Torpaq sahəsinin plan və ölçü” sənədində düzgün qeyd olunması, o cümlədən elektron kadastr xəritəsinə uyğun olması müəyyən olunmuşdur. Qərardadın altıncı sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publı'k hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-368/2024 №-li mütəxəssis rəyinə əsasən, Astara rayonu Seləkəran Bələdiyyəsinin sentyabr 2007-ci il tarixli, 11 saylı qərarı və “Torpaqların alqı- satqısına dair” akt əsasında İddiaçı2 ayrılmış 0,06 ha torpaq sahəsinin iddia olunan vəziyyətə əsasən 0,034 ha hissəsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla üçüncü şəxs X14 mülkiyyətində olan torpaq sahəsi ilə, 0,018 ha hissəsinin isə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-ci il tarixli, ********* qeydiyyat nömrəli Çıxarışla inzibati işdə adı çəkilməyən X7 mülkiyyətində olan torpaq sahəsi ilə, qalan hissəsinin isə bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi ilə üst-üstə düşməsi müəyyən olunmuşdur. Mütəxəssis rəyinə əsasən, Astara rayonu Seləkəran bələdiyyəsinin 16 oktyabr 2005-ci il tarixli, 11 saylı qərarı (protokolu) və “Torpaqların alqı-satqısına dair” xx.xx.2005-ci il tarixli akt əsasında İddiaçı1 0,06 ha sahəsinin iddia olunan vəziyyətə əsasən 0,035 ha hissəsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla üçüncü şəxs X14 mülkiyyətində olan torpaq sahəsi ilə, 0,025 ha hissəsinin isə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-ci il tarixli, ********* qeydiyyat nömrəli Çıxarışla inzibati işdə adı çəkilməyən X7 mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsi müəyyən olunmuşdur. Mütəxəssis rəyinə əsasən, Astara rayonu Seləkəran Bələdiyyəsinin 20 may 2005-ci il tarixli, 06 saylı qərarı (protokolu) və “Torpaqların alqı-satqısına dair” xx.xx.2006-ci il tarixli akt əsasında İddiaçı3 ayrılmış 0,06 ha torpaq sahəsinin iddia olunan vəziyyətə əsasən 0,03 ha hissəsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla üçüncü şəxs X14 mülkiyyətində olan torpaq sahəsi ilə, 0,01 ha hissəsinin isə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-ci il tarixli, ********* qeydiyyat nömrəli Çıxarışla inzibati işdə adı çəkilməyən X7 mülkiyyətində olan torpaq sahəsi ilə, qalan hissəsinin isə bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi ilə üst-üstə düşməsi müəyyən olunmuşdur. Qərardadın yeddinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-368/2024 №-li mütəxəssis rəyinə əsasən, mübahisəli torpaq sahəsi üzərində tikilinin mövcud olmaması müəyyən edilmişdir. Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: «Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında» Azərbaycan Respublikası Qanununun 5.0.1-ci maddəsində nəzərdə tutulmuş əsas üzrə inzibati nəzarətin həyata keçirilməsini təmin etmək məqsədi ilə bələdiyyələr qəbul etdikləri normativ aktların, dövlət büdcəsindən ayrılan maliyyə vəsaitinin istifadəsi barədə aktların, bələdiyyə mülkiyyətində olan əmlaka dair mülkiyyət hüququnun həyata keçirilməsi barədə aktların, birdəfəlik yerli vergilərin və rüsumların tətbiqi barədə aktların, yerli rəy sorğusunun nəticələrini əks etdirən qərarların, bələdiyyələr üçün xərclər və maliyyə öhdəlikləri doğuran aktların, bələdiyyələrin birləşməsi və ayrılması ilə bağlı keçirilmiş yığıncağın (yığıncaqların) nəticələrinin rəsmiləşdirilməsinə dair qərarların, qanunçuluq prinsiplərinə riayət olunmasının təmin edilməsi ilə bağlı bələdiyyənin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın təklif və tövsiyələrinin bələdiyyələrin iclaslarında müzakirəsi barədə qərarların bir surətini həmin aktların qəbul edildiyi andan 15 gündən gec olmayaraq inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər. İnzibati nəzarəti həyata keçirən orqan müraciətin araşdırılması nəticəsində bələdiyyənin fəaliyyətinin qanuna zidd olduğunu aşkar etdikdə, həmin fəaliyyətin 15 gün müddətində dayandırılması və vurulmuş ziyanın aradan qaldırılması barədə müvafiq bələdiyyəyə müraciət edir. İnzibati nəzarəti həyata keçirən orqan bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında Qanunun 5.0.1-ci maddəsində nəzərdə tutulmuş hallarda və ya daxil olmuş müraciətin araşdırılması nəticəsində bələdiyyə aktının bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında Qanunun 1ci maddəsində göstərilmiş normativ hüquqi aktlara zidd olduğunu aşkar etdikdə, həmin aktın 15 gün ərzində dəyişdirilməsi və ya ləğv edilməsi barədə müvafiq bələdiyyəyə müraciət edir. İnzibati nəzarəti həyata keçirən orqanın müraciəti bu Qanunun 8.3 və 8.4-cü maddələrində müəyyən olunmuş müddət ərzində müvafiq bələdiyyə tərəfindən yerinə yetirilmədikdə, o, 15 gün ərzində məhkəməyə müraciət edir. Məhkəməyə müraciət edilməsi barədə müvafiq bələdiyyəyə dərhal məlumat verilməlidir («Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında» Azərbaycan Respublikası Qanunu maddə 1, 3.1, 5.0.1, 6.0, 8.3, 8.4, 8.5). Məhkəmə qeyd edir ki, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət - bələdiyyələr, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına (Naxçıvan Muxtar Respublikasında isə həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına, qanunlarına və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarına) riayət edilməsinin təmin olunması, bələdiyyələr tərəfindən qanunvericiliyin pozulması hallarının aradan qaldırılması məqsədi ilə həyata keçirilən fəaliyyətdir. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Bələdiyyələrin normativ aktlarının və bu Qanununun 6-cı maddəsində nəzərdə tutulmuş aktların bu Qanunun 1-ci maddəsində göstərilən normativ hüquqi aktlara zidd olması barədə kifayət qədər əsas olduqda İnzibati nəzarət icraatının başlanması üçün əsas olur. İnzibati aktların qəbul edilməsi, iсra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edən «İnzibati iсraat haqqında» AR Qanununun tələblərinə nəzər yetirilməlidir. Belə ki, həmin Qanunun: 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. 25.6-ci maddəsinə əsasən maraqlı şəxslər inzibati icraat materialları ilə həmin icraatın həyata keçirildiyi inzibati orqanda tanış ola bilərlər. 25.8-ci maddəsinə əsasən maraqlı şəxsin inzibati icraatla bağlı sənədlərin və digər materialların surətlərini əldə etmək hüququ vardır. 28.1.1-сi maddəsinə görə fiziki və ya hüquqi şəxsin ərizəsi inzibati iсraatın başlanılması üçün əsaslardan biridir; 36.1.2-сi maddəsinə əsasən barələrində inzibati aktın qəbul edilməsi nəzərdə tutulan və ya inzibati aktın qəbul edilməsi haqqında ərizə ilə müraсiət etmiş fiziki və ya hüquqi şəxslər inzibati iсraatın iştirakçıları sayılırlar; 36.3-сü maddəsinə görə qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəсəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçünсü (maraqlı) şəxs qismində iсraatda iştirakını təmin etməyə borсludur; 51.1-сi maddəsinə əsasən inzibati orqan inzibati iсraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərсüməçiləri və digər orqanların nümayəndələrini inzibati iсraatla bağlı iсlasın vaxtı və yeri haqqında xəbərdar etməyə borсludur; 51.2-сi maddəsinə görə bu Qanunun 51.1-сi maddəsində göstərilən şəxslərə müvafiq məlumatın çatdırılması məqsədilə inzibati orqan müxtəlif rabitə vasitələrindən istifadə edə bilər. 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Göründüyü kimi qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah edilməsi və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur. “Aqrar islahatın əsasları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən islahat torpaqların dövlət və bələdiyyə mülkiyyətinə ayrılmasını, müəyyən edilmiş normalar əsasında torpaqların xüsusi mülkiyyətə əvəzsiz verilməsini, mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərinə təsərrüfat fəaliyyəti üçün bərabər şərait yaradılmasını nəzərdə tutur. Torpaq mülkiyyətçisinin Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq torpağı satmaq, bağışlamaq, dəyişmək, girov qoymaq, icarəyə və vərəsəliyə vermək, əlavə torpaq sahəsi satın almaq hüquqları vardır. Torpaq islahatı zamanı ərazinin təbii-coğrafi şəraiti, əhalinin sıxlığı və kənd təsərrüfatı istehsalında iştirakı, torpaqların keyfiyyəti, torpaqdan istifadənin yerli xüsusiyyətləri nəzərə alınır, torpaqlardan təyinatına görə istifadə olunması və ətraf mühiti mühafizə tələbləri gözlənilir (maddə 5). “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən torpaq islahatının obyekti Azərbaycan Respublikasının vahid torpaq fondudur. Torpaq islahatı zamanı vahid torpaq fondunda: dövlət mülkiyyətində saxlanılan torpaqlar (dövlət torpaqları); bələdiyyə mülkiyyətinə verilən torpaqlar (bələdiyyə torpaqları); xüsusi mülkiyyətə verilən torpaqlar müəyyən edilir (maddə 3). Torpaq xüsusi mülkiyyətə Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə verilir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər (maddə 4). Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir (maddə 9). Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir (maddə 10). Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir (maddə 153). Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır (maddə 68). “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun (həmin tarixə olan redaksiyada) 2.1-ci və 2.2-ci maddələrinə əsasən müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. İstifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür. Həmin Qanunun 3-cü maddəsinə əsasən bələdiyyə torpaqlarının idarə edilməsi torpaqların məqsədli təyinatı üzrə istifadə edilməsi və dövriyyədən əsassız çıxarılmasına yol verilməməsi; torpaqların münbit qatının bərpası, artırılması, mühafizəsi, təbii və antropogen təsirlərdən qorunması; torpaqların xüsusi mülkiyyətə, istifadəyə və icarəyə verilməsində qanunvericiliyə və sosial ədalət prinsiplərinə əməl edilməsi; torpaqdan haqqı ödənilməklə istifadə edilməsi; müxtəlif məqsədlər üçün mülki dövriyyəyə cəlb edilən torpaqlar barədə əhalinin məlumatlandırılması prinsiplərinə əsaslanır. Həmin Qanunun 4-cü maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, hüquqi və fiziki şəxslərin istifadəsinə, icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək; yaşayış məntəqəsinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yerquruluşu və təsərrüfat planlarının hazırlanmasını və həyata keçirilməsini öz səlahiyyətləri daxilində təşkil etmək; bələdiyyə torpaqlarının istifadəçilərindən torpaq vergisini və icarə haqqını almaq; ictimai ehtiyaclar tələb etdikdə bələdiyyə tərəfindən hüquqi və fiziki şəxslərə əvəzsiz istifadəyə verilmiş torpaq sahələrinin məcburi geri alınması barədə məhkəmədə iddia qaldırmaq; bələdiyyə torpaqlarının mühafizəsinə və yaxşılaşdırılmasına dair proqramlar hazırlamaq, təsdiq etmək və onları həyata keçirmək; hüquqi və fiziki şəxslərin mülkiyyətinə, istifadəsinə və icarəsinə verilən torpaq sahələrinin minimum həddini müəyyən etmək; bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda torpaq hərraclarından və xüsusi mülkiyyətçilərdən torpaq sahələri almaq, habelə dövlət mülkiyyətindən torpaq alınması barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırmaq; bələdiyyə torpaqlarından səmərəli istifadə olunmasına və onların mühafizəsinə nəzarət etmək; bələdiyyə torpaqlarına dair məhkəmədən kənar qaydada həll olunmalı mübahisələri həll etmək; öz səlahiyyətləri daxilində torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını müdafiə etmək; Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər səlahiyyətləri həyata keçirmək torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri kimi müəyyən edilmişdir. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyə əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ-hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. «İnzibati icraat haqqında» Qanunun 64-cü maddəsinin müddəalarına görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır (64.1). İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (64.2). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 65-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır:
1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt;
2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt;
3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt;
4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt;
5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt;
6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 65.2-ci maddəsinə əsasən etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Normaların məzmunundan göründüyü kimi qanunverici inzibati aktın etibarsızlığını və qanunsuzluğunu biri-birindən fərqləndirir. Belə ki, etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Qanunsuz əlverişsiz (maraqlı şəxsi hüququndan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt) isə, əksinə, hüquqi nəticələr yaradır və qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. «İnzibati icraat haqqında» Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər hansı biri mövcud olduqda inzibati orqan öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Əks təqdirdə, həmin aktın etibarsızlığına dair «müəyyən etmə və tanınma haqqında» iddia ilə məhkəməyə müraciət oluna bilər. Belə iddia isə, yalnız o halda əsaslı sayıla bilər ki, «İnzibati icraat haqqında» Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı biri mövcud olsun. Yuxarıda göstərilənlər əsasında öz xidməti vəzifəsinə uyğun olaraq məhkəmə tərəfindən aidiyyəti üzrə inzibati orqanlara sorğular vermiş və məhkəmə icraatı zamanı məhkəməyə ünvanlanmış sorğulara cavab məktublarından məlum olmuşdur ki: - Astara rayonu Rüdəkənar bələdiyyəsinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 48 nömrəli məktubunda qeyd edilmişdir ki, iş üzrə bələdiyyədə xx.xx.2005-ci il tarixli, 11 saylı İddiaçı1 adma; xx.xx.2005-ci il tarixli, 06 saylı İddiaçı3 İsgəndər oğlunun adına; xx.xx.2007-ci il tarixli, 11 saylı İddiaçı2 adına torpaq sahəsinin ayrılması barədə protokollar aşkar olunmamışdır. - Astara rayon Dövlət Arxivinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 92 nömrəli məktubunda qeyd edilmişdir ki, Astara rayon Seləkəran bələdiyyəsinin Astara rayon Dövlət Arxivində saxlanılan sənədlərində Seləkəran bələdiyyəsinin 2005, 2006, 2007, 2008, 2009-cu illəri əks etdirən Sərəncam kitabında 05 oktybar 2005-ci il tarixdə 15 saylı Sərəncamla İddiaçı1 0.06 ha, 16 oktyabr 2005-ci ildə 17 saylı Sərəncamla İddiaçı3 0.06 ha, 24 noyabr 2007-ci il tarixdə 37 saylı Sərəncamla İddiaçı2 qızma 0.06 ha torpaq sahəsi ayrılmışdır. Adları sadalanan vətəndaşların torpaq alqı-satqı ilə bağlı hər hansı sənədləri Astara rayon Dövlər arxivində saxlanılmır. Astara rayon Seləkəran bələdiyyəsinin Arxivdə saxlanılan sənədlərində X16 torpaq verilməsi, alqı-satqı ilə əlaqədar hər hansı bir əmr, Sərəncam öz əksini tapmır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********06 nömrəli məktubunda qeyd edilmişdir ki, iş üzrə iddiaçılardan sayılan İddiaçı1 İsgəndər oğluna, İddiaçı2 və İddiaçı3 İsgəndər oğluna Astara rayonu, Suparibağ bələdiyyəsi tərəfindən ayrı-ayrılıqda 600 kv.m həyətyanı torpaq sahəsinin ayrılıb-ayrılmamasına münasibətdə isə bildiririk ki, həmin şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrində hal-hazıəradək müvafiq qeydiyyat aparılmadığından, həmin hissədə sorğunun icrası Ərazi İdarəsinin imkanları xaricindədir. Həmçinin, həmin şəxslər tərəfindən hal-hazıradək müvafiq qeydiyyatın aparılması ilə əlaqədar Ərazi İdarəsinə müraciət olunmadığından, onlara bələdiyyə qərarları ilə ayrılmış həyətyanı torpaq sahələrinin X14 hüquqları tanınmış 0.12 ha torpaq sahəsi ilə üst-üstə düşübdüşməməsi məsələsinə münasibətdə isə bildiririk ki, qeyd olunan hissədə iş üzrə ekspertiza təyin olunduğu təqdirdə dürüstləşdirilmiş məlumatlar müəyyən oluna bilər. İş üzrə iddiaçılardan sayılan İddiaçı1 İsgəndər oğluna, İddiaçı2 və İddiaçı3 İsgəndər oğluna Astara rayonu, Suparibağ bələdiyyəsi tərəfindən ayrı-ayrılıqda 600 kv.m həyətyanı torpaq sahəsinin ayrılıbayrılmaması barədə dəqiqləşdirilmiş məlumatların əldə olunmasından ötrü aidiyyəti üzrə Suparibağ bələdiyyəsinə, habelə Azərbaycan Respublikası Dövlət Arxivinin Astara filialına müraciət etməyinizi məqsədəmüvafiq hesab edirlər. - Azərbaycan Respublikası Astara rayon İcra Hakimiyyəti başçısının Suparibağ kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 103 nömrəli məktubunda qeyd edilmişdir ki, Astara rayon Seləkəran kənd sakini İddiaçı3 yaşayış yeri üzrə təsərrüfatbaşına kitabdan çıxarışında vətəndaşa Seləkəran kəndində özünə məxsus torpaq sahəsində fərdi yaşayış evi qeyd edilmişdir, lakin İddiaçı3 uzun illərdir ki, Suparibağ kəndində yaşayır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2- 93/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, vətəndaş İddiaçı2 əmlak üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmadığından Torpaqların alqı-satqısına dair AKT-ın və ona aid digər sənədlərin arxiv nüsxəsi Ərazi idarəsinin arxivində aşkarlanmamışdır. - Astara rayonu Rüdəkənar bələdiyyəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 21 nömrəli məktubunda qeyd edilmişdir ki, iş üzrə bələdiyyədə xx.xx.2005-ci il tarixli, 11 saylı İddiaçı1 adına; xx.xx.2005-ci il tarixli, 06 saylı İddiaçı3 İsgəndər oğlunun adına; xx.xx.2007-ci il tarixli, 11 savlı İddiaçı2 adına torpaq sahəsinin ayrılması, torpaq alqı-satqısı barədə protokollar bələdiyyədə və Astara rayon Dövlət Arxivində aşkar olunmamışdır. Bələdiyyə tərəfindən torpaq alqı-satqısı sərəncam ilə deyil, müvafiq icra hakimiyyəti orqanlarının rəyinə, torpaq sahəsinə cizgi plana, eskiz planına, notarius tərəfindən təsdiq edilmiş razılıq ərizəsinə, memar rəyinə, son hərrac- müsabiqəsində satılan hər kvadrat mert torpaq sahəsinin metr qiymət arayışına əsasən bələdiyyə tərəfindən mərhələlərlə keçirilən iclas protokollarına əsaslanaraq notariusda torpaq sahəsinin vətəndaşa alqı- satqı yolu ilə satılması ilə tamamlanır. Lakin sənədlərə istinad deyərək bildirirəm ki, X18, Seləkəran bələdiyyəsində 28 yanvar 2005-ci il tarixli 02 nömrəli sərəncama əsasən bələdiyyə üzvü, 28 yanvar 2005-ci il tarixli 03 nömrəli sərəncama əsasən bələdiyyədə katib, 30 oktyabr 2005-ci il tarixli 19 nömrəli sərəncama əsasən Seləkərabn bələdiyyəsinin katibi, bələdiyyə üzrə maliyyə işlərinin aparılması üçün mühasib, 08 yanvar 2007-ci il tarixli 30 nömrəli sərəncama əsasən sədr müavini təyin edilmişdir. Azərbaycan Respublikasının qanunlarına əsasən bələdiyyə üzvü hər hansı, yəni sədr müavini və ya katibi bələdiyyənin iclasında bələdiyyə üzvlərinin iştirakı ilə səs vermə yolu ilə seçilməlidir. Sərəncamlardan göründüyü kimi bələdiyyənin iclas protokolları ilə deyil, X2 bələdiyyədə katib, bələdiyyənin sədr müavini vəzifəsinə təyin edilmişdir. İddiaçı3 İsgəndər oğlu, İddiaçı1 X12 qardaşı oğlanlarıdır. İddiaçı2 isə yaxın qohumudur. X18 öz vəzifə səlahiyyətlərindən sui istifadə edərək yaxın qohumlarına sərəncamlarla torpaq sahəsini ayırmışdır. Nəzərinizə çatdırmaq istəyirəm ki, Rüdəkənar bələdiyyəsi tərəfindən X6 torpaq sahəsi bələdiyyənin yaşayış məntəqələrinin perespektiv inkişaf üçün cəlb olunan torpaq sahəsi olduğundan, cizgi planı, icra hakimiyyətinin memar şöbəsinin rəyinə, eskiz planına əsasən həmin torpaq sahəsi Rüdəkənar bələdiyyəsinin mərhələlərlə iclas protokollarına əsaslanaraq təşkilatlara bu məsələ ilə bağlı məktubların göndərilməsi və həmin göndərilən məktublara cavab alaraq rəylərə əsaslanaraq bələdiyyə iclasının çıxartdığı qərara əsasən X14 ərizəsinin müzakirəsi daxil olmaqla alqı- satqı mərhələsinə qədər bütün proseslər Rüdəkənar bələdiyyəsinin bələdiyyə üzvlərinin səs verməsi yolu ilə qərar qəbul olunmuşdur. Həmin torpaq sahəsi boş torpaq sahəsi, bələdiyyənin yaşayış məntəqələrinin perespektiv inkişaf üçün cəlb olunan torpaq sahəsi olduğundan həmin torpaq sahəsinin satılmasına dair bələdiyyəmizə müvafiq orqanlar tərəfindən rəy verilmişdir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının qanunlarına əsaslanaraq İddiaçı1, İddiaçı3 İsgəndər oğlunun və İddiaçı2 qaldırdığı iddia tələbi qannunsuz və əsassız olduğundan iddianın rədd edilməsini Rüdəkənar bələdiyyəsi adından xahiş etmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Astara rayonu, Seləkəran kəndində yerləşən 0.09 hektar torpaq sahəsi X7 adına daşınmaz əmlakın dövlət reyestrində 176 nömrəli reyestr kitabının 51 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Astara rayon İcra Hakimiyyəti başçısının Suparibağ kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 830 nömrəli məktubunda qeyd edilmişdir ki, X10 həqiqətən ünvan 4 ünvanında qeydiyyatdadır. Astara rayon Seləkəran kəndində özünə məxsus Daşınmaz Əmlakın reysestr nömrəsi **********61, Qeydiyyat nömrəsi ********** olan 0.09 ha torpaq sahəsi vardır və istifadə edir. - Azərbaycan Respublikası Astara rayon İcra Hakimiyyəti başçısının Suparibağ kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 829 nömrəli məktubunda qeyd edilmişdir ki, X22 həqiqətən Astararayon Seləkəran kəndində qeydiyyatdadır. Astara rayon Seləkəran kəndində özünə məxsus Daşınmaz Əmlakın reysestr nömrəsi **********62, Qeydiyyat nömrəsi ********** olan 0.12 ha torpaq sahəsi vardır və istifadə edir. Məhkəmə qeyd edir ki, bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq mülkiyyətə verilir və qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək, o cümlədən müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətlərindən biri kimi müəyyən edilmişdir. X22 bələdiyyə fərdi yaşayış evini tikməsi üçün torpaq almaq üçün müraciət etmişdir. 28 sentyabr 2021-ci il tarixində adı gedən torpaq sahəsinin alqı-satqı etmək üçün X20 İdarəsinə müraciət etməklə 0,12 ha torpaq sahəsinin cizgiləri vurmaqla 15 may 2022-ci il tarixdə X14 adına çıxarış verilmişdir. Həmçinin iş materiallarına əlavə edilən sənədlərə əsasən iddiaçılara ayrılan torpaq sahəsi ilə bağlı müvafiq inzibati orqanlarda məlumatın olduğu sübut olunmur. Eləcə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/106 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir ki, həmin rəyə əsasən iddiaçılara məxsus torpaq sahələrinin konkret yerləşmə yerinin koordinatlarını özündə əks etdirən “Torpaq sahəsinin planı və ölçüsü” sənədi (ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tərəfindən verilən) mövcud olmadığından həmin torpaq sahələrinin sənəd üzrə konkret sərhədlərini və koordinatlarını müəyyən etmək mümkün olmadığı, yalnız iddia olunan vəziyyətə əsasən qeyd edildiyi müəyyən edilir. Üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahələrinin koordinatlarının isə düzgün qeyd olunması, o cümlədən elektron kadastr xəritəsinə uyğun olması müəyyən olunmuşdur. Məhkəmə qeyd edir ki, iş üzrə iddiaçılara ayrılan torpaq sahələrinin naturada yerləşmə koordinatları müəyyən edilmədən, yalnız iddia olunan yer üzrə tələb irəli sürməsi digər şəxslrin hüquqlarının pozulması ilə nəticələnə bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıların sənədlərin etibarsızlığı ilə bağlı tələbləri əsassız olmuş və iddiaçılar iddia tələbində haqlı deyildirlər. Məhkəmə iddiaçılara qeyd edilənlərlə bağlı hüquqi yardım etmiş, həmçinin məhkəmə iclaslarında müzakirələr aparmışdır. Bir daha iddiaçılara izah olunur ki, bələdiyyə tərəfindən onlara ayrılan torpaq sahələrinin yerinin müəyyən edilməsi və reyestrdə qeydiyyata alınması məqsədilə müvafiq inzibati orqanlara (bələdiyyə, reyestr xidməti) mərzçəkmə işlərinin aparılması, torpaq sahələrinin naturada tanıdılması, sənədlərinin qeydiyyata alınması kimi ərizələrlə müraciət etmək və onlara ayrılan torpaq sahələrinin harada yerləşməsinin müəyyən edilməsini tələb etmək hüquqları vardır. Torpaq sahələrinin koordinatları müəyyən edildikdən sonra müvafiq çıxarışın verilməsi ilə bağlı reyestr xidmətinə müraciət edə bilərlər. Həmçinin məhkəmə hesab edir ki, iddiaçının hüquqi marağının etibarsızlıq deyil, onlara ayrılan torpaq sahələrinin naturada göstərilərək mülkiyyətlərinə verilməsi olsa da, yuxarıda qeyd edilən istiqamətdə hərəkətləri olmadan müvafiq tələb irəli sürə bilmədiklərindən məhkəmə tərəfindən iddiaçılara tələbinin dəqiqləşdirilməsi ilə bağlı əlavə hüquqi yardımın göstərilməsinə ehtiyac yoxdur. «İnzibati icraat haqqında» Qanunun 65.1-ci maddəsində təsbit edilən və həmin qərarın etibarsızlığına səbəb olan əsaslardan hər hansı biri hazırkı işdə mövcud olmadığından qərarın etibarsızlığına dair tələb əsaslı hesab edilə bilməz. Qeyd edilən istiqamətdə məhkəmə iddiaçılara 21 iyul 2022-ci il tarixli, 2-1(120)- 1969/2022 saylı və xx.xx.2024-cü il tarixli, 2-1(120)-235/2024 saylı məktublarla hüquqi yardım etsə də, iddiaçılar tərəfindən bu hala münasibət bildirilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdehnə qarşı “Cavabdehn xx.xx.2005-ci il tarixli, 11 saylı protokolu ilə İddiaçı1 satılmış 0,06 ha torpaq sahəsinin, xx.xx.2005-ci il tarixli, 06 saylı protokolu ilə İddiaçı3 satılmış 0.06 ha torpaq sahəsinin və xx.xx.2007-ci il tarixli 11 saylı protokolu ilə İddiaçı2 satılmış 0.06 ha torpaq sahəsinin 2-ci dəfə X3 dair bütün sənədlərin etibarsız hesab edilməsi” barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, prosessual xərclər iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tutulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-ci, 69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdehnə qarşı “Cavabdehn xx.xx.2005-ci il tarixli, 11 saylı protokolu ilə İddiaçı1 satılmış 0,06 ha torpaq sahəsinin, xx.xx.2005-ci il tarixli, 06 saylı protokolu ilə İddiaçı3 satılmış 0.06 ha torpaq sahəsinin və xx.xx.2007-ci il tarixli 11 saylı protokolu ilə İddiaçı2 satılmış 0.06 ha torpaq sahəsinin 2-ci dəfə X3 dair bütün sənədlərin etibarsız hesab edilməsi” barədə iddia tələbi təmin edilməsin. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizasının keçirilməsinə görə 50 manat ekspertiza tədqiqatının dəyəri iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X11, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********, Hesab № AZ34CTRE********************) köçürülsün. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Hakim: Hilal Nəcəfov