Məhkəmə qərarları › İş №2-1(120)-2355/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2355/2023

02.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-2355/2023 02.06.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 02 iyun 2023-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan N T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsi verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, bu onun cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə etdiyi sayca 2-ci müraciətidir. Birinci tələbilə əlaqədar Şirvan İnzibati Məhkəməsinin 2-N(N20)-N46/202N nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə iddiası qismən təmin olunmuş, eyni zamanda Məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafıq inzibati aktın qəbul edilməsi üçün cavadehin üzərinə öhdəlik qoyulmuşdur. Ötən dövr ərzində məhkəmənin məlum qərarından Müdafıə Nazirliyi tərəfındən apellyasiya şikayəti verilməmiş, cavabdeh tərəfmdən məhkəmənin tələb etdiyi inzibati akt qəbul edilməmiş, İnzibati aktın hansı səbəbdən qəbul edilməməsi barədə Şirvan İnzibati Məhkəməsinə rəsmi surətdə məlumat verilməmiş, bir maraqlı tərəf kimi o da öz növbəsində məlumatlandırılmamışdır. Öz növbəsində məsələyə aydınlıq gətirmək məqsədilə xx.xx.2022-ci il tarixdə Müdafıə Nazirliyinin nəzdində Veteran adlarının və müvafıq vəsiqələrin verilməsi üzrə komissiyaya müraciət edərək, qəbul olunan müvafiq inzibati akt barədə məlumat almaq və növbəti olaraq tərəfindən hansı addımların atılmasının zəruri olduğunu öyrənmək istəmişdir. Sorğusuna xx.xx.2022-ci il tarixli, 9/3 5700 nömrəli cavabında cavabdeh Şirvan İnzibati Məhkəməsinin 2-N(N20)-N46/202N nömrəli, xx.xx.2022-ci il tarixli qərarı qanuni qüvvəyə minərək rəsmi qaydada icra olunması üçün Müdafıə Nazirliyinə guya daxil olmadığından sorğunun baxılmamış olaraq saxlandığını bildirdi. O, məsələyə aydınlıq gətirmək məqsədi ilə xx.xx.2022-ci il tarixli ərizəsilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək 2-N(N20)- N46/202N nömrəli, xx.xx.2022-ci il tarixli məlum qərarın qanuni qüvvəyə minməsinə münasibət bildirməyi və qəbul ediləcək qərar barəsində maraqlı olan tərəflərə məlumat verməyi xahiş etmişdir. Hadisələrin gedişindən belə məlum oldu ki, məhkəmə qərarının qanuni qüvvəyə minməsi ilə əlaqədar sənədlər Şirvan İnzibati Məhkəməsi tərəfindən Azərbaycan Respublikasınm İnzibati Prosessual Məcəlləsinin N20-ci maddəsinə əsasən icra olunması üçün Azərbaycan Respublikasının Müdafıə Nazirliyinə N5 aprel 2022-ci il tarixində göndərilmişdir. Bu məktubda Azərbaycan Respublikasınm İPM-nin NN9.2-ci maddəsinə əsasən məhkəmə qərarının icrası mübahisənin xarakteri, icra üçün yerinə yetirilməsi, tələb olunan hərəkətlərin həcmi nəzərə alınaraq N5 (on beş) gün müddət təyin olunduğu bildirilir. Eləcə də həmin məktubda bildirilir ki, İPM N20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan onun üzərinə qoyulmuş öhdəlikləri icra etmədikdə məhkəmə tərəfındən 50.000 (əlli min) manatadək cərimə təyin oluna bilər. Məktubda məhkəmə qərarının icrasınm nəticəsi barədə məhkəməyə məlumat vermələri xahiş edilir. Beləliklə buradan aydın olur ki, məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-N(N20)- N46/2022-ci nömrəli, artıq qanuni qüvvəyə minmiş qərarı 07 vərəq olmaqla N5 aprel 2022ci il tarixdə icra olunması üçün cavabdehə göndərilmişdir. Məktubdan görünür ki, inzibati orqan (yəni Müdafıə Nazirliyi) məhkəmə qərarını müəyyən olunmuş müddətdə icra etmədikdə, qərarın icrasının təyin olunmuş müddət ərzində yerinə yetirilməsinin mümkün olmaması və yeni müddətin təyin olunmasınm zəruriliyini təsdiq edən sübut və dəlilləri məhkəməyə təqdim etmədiyi halda, məhkəmə cərimə məbləğini müəyyən edərək inzibati orqanın həmin məbləğdıə cərimə olunması barədə qərardad qəbul edə bilər. Eləcə də bildirilir ki, cərimə təkrar təyinə oluna və məcburi qaydada tutula bilər. Azərbaycan Respublikasının Müdafıə Nazirliyinin Hüquq İdarəsinin rəisi, ədliyyə polkovniki cənab Emin Əzimzadənin imzası ilə xx.xx.2022-ci il tarixli, 2N/N860 nömrəli məktubundan görünür ki, Şirvan İnzibati Məhkəməsinin N5 aprel 2022- ci il tarixli məktubu Hüquq idarəsi tərəfındən 07 vərəq həcmində icra olunmaq üçün aidiyyəti üzrə Nazirliyin “Veteran adlarının və müvafıq vəsiqələrinin verilməsi üzrə Komissiyasına” xx.xx.2022-ci ildə göndərilmişdir. N5 aprel 2022-ci ildə Müdafıə Nazirliyinin Hüquq İdarəsinə Şirvan İnzibati Məhkəməsi tərəfmdən ünvanlanmış sənədlər xx.xx.2022-ci ildə Hüquq İdarəsi tərəfindən aidiyyəti üzrə adı çəkilən Komissiyaya ünvanlanmışdır. N5 aprel-27 may, N (bir) ay N2 (on iki) gün, Şirvandan Bakıya, Müdafıə Nazirliyinə məktub ən pis halda N0 günə çatdırılır. 25 aprel - 27 may, belə bir sual maraq doğurmaya bilməz. Hüquq İdarəsi niyə məhkəmənin adı çəkilən Komissiyaya ünvanlanmış xəbərdarlıq xarakterli məktubunu özündə 32 (otuz iki) gün saxlayır, görəsən maraq nədir? Nəyə görə həmin məktub dərhal, aidiyyəti üzrə cavabdeh ünvana yönəldirilmir? Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- N(N20)-N46/2022 nömrəli, artıq çoxdan qanuni qüvvəyə minmiş qərarının Müdafıə Nazirliyi tərəfındən icra olunması məlum olmayan səbəblərdən uzadıldığı və yerinə yetirilmədiyindən Müdafıə Nazirliyinin Hüquq İdarəsinin rəisi cənab Emin Əzimzadəyə və paralel olaraq məlum Komissiyanın katibi cənab Elbrus Mehdixanova xx.xx.2022-ci ildə müraciət edərək məlumat almaq istəmişdir. Müdafıə Nazirliyinin Hüquqi İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Anar Ağayevin imzası ilə ona və Komissiyaya göndərilən xx.xx.2022-ci il tarixli, 2N/3N80 nömrəli məktubda ərizəsi və ona əlavə etdiyi digər sənədlərin baxılması üçün “Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə Komissiyaya” göndərildiyi məlum olur. Müdafıə Nazirliyinin nəzdində fəaliyyət göstərən Komissiya onun müraciətinə təkrar olaraq xx.xx.2022-ci il tarixli iclasmda baxaraq 822 nömrəli protokol ilə barəsində müsbət qərar qəbul etmədiyini bəyan etdi. Bu Müdafıə Nazirliyinin Müdafıə Nazirinin Katibliyinin xx.xx.2022-ci il tarixli 4/3 N0808 nömrəli məktubunda öz əksini tapmışdır. Göründüyü kimi Nazirliyin Hüquq İdarəsinin və eləcə də məlum Komissiyanın cavablarında Şirvan İnzibati Məhkəməsinin İnzibati Prosessual Məcəllənin NN9.2, N20 maddələrinə istinad edən, N5 aprel 2022-ci il tarixdə göndərilən xəbərdarlıq xarakterli məktubuna heç bir reaksiya göstərilmir, inzibati akt qəbul olunmur, məhkəmə qərarına sanki heç yoxmuş kimi əhəmiyyət belə verilmir. Yenə də şablon cavab və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin NN9.2, N20-ci maddələrinin tələblərinin kobud şəkildə pozulması. Azərbaycan Demokratik, Konstitutsion dövlətdir. Məhkəmə qərarları Azərbaycan Dövləti adından qəbul olunur və heç bir şərtsiz icra olunmalıdır. Lakin, aydın görünür ki, Müdafıə Nazirliyi Məhkəmə qərarına məhəl qoymur və öz hərəkətlərini hüquqi müstəvidə əsaslandırmağa belə ehtiyac duymur. O, keçən dövr ərzində ona Müharibə veteranı adının və vəsiqəsinin verilməsinə köməklik göstərilməsi üçün müxtəlif instansiyalara çoxlu sayda müraciətlər etmişdir. Əfsuslar olsun ki, müraciətləri problemin həllinə heç bir köməklik göstərmədi, gələn cavablar Müdafıə Nazirliyinin üzərinə heç bir öhdəçilik və məsuliyyət qoymur. Birinci iddiası ilə bağlı aparılan məhkəmə araşdırması müəyyən etmişdir ki, cavabdeh inzibati orqanın təqdim etdiyi faktlarla imtina məktubu arasında uyğunsuzluqlar, ziddiyyətlər mövcuddur. Bu faktlar və məlumatlar Azərbaycan Respublikası Müdafıə Nazirliyinin nümayəndəsi Elsevər Nəciyevin imzası ilə verilmiş etirazda öz əksini tapmışdır. O, verilmiş etirazın ayrı-ayrı punktlar üzrə əsassız olduğunu sübuta yetirmək üçün dolğun faktlara əsaslanaraq etirazın rədd edilməsi barədə xx.xx.202N-ci ildə təkzib ünvanlamış və mövqeyini bacardığı qədər müdafıə etməyə çalışmışdır. Cavabdehin təqdim etdiyi və əsas kimi götürdüyü məlumatlara görə o, yaralandıqdan sonra, axırıncı dəfə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında müalicədən sonra Hərbi Hissəyə qayıtmamışdır. Bu xx.xx.N-cü ilə təsadüf edir. Müdafıə Nazirliyi imtinanı onunla əsaslandırır ki, o, bu tarixdən cəbhəyə qayıtmamışdır. Lakin Müdafıə Nazirliyi Mərkəzi Arxivlərinin arayışlarından bəlli olur ki, o, N nömrəli hərbi hissə komandirinin N nömrəli əmri ilə xx.xx.N-cü ildə şəxsi heyyətin siyahısından çıxarılmışdır. Bu az qala 8 aylıq bir dövr deməkdir. O, iddia ərizəsində məhkəməyə barmaqlarını yaralayan mərmi partlayışının dalğasından yerə çırpılaraq kontuziya aldığını bildrimişdir. Göstərmişdir ki, ona tibbi yardımlar ancaq üzdə olan və ancaq gözlə görünən yaralarına görə edilmişdir. Ağcabədi RMX-da müalicə olunandan az sonra başında yaranan uğultu və ağrılar, ürəkbulanma və baş gicəllənməsi halları artdı. Hərəkət və davranışına nəzarət etməkdə çətinlik çəkməyə başladı, psixoloji durumu getdikcə ağırlaşdı. Ətrafında baş verən və heç kimin əhəmiyyət belə vermədiyi bir çox məqamlar onda psixoloji gərginliklər, aqressivlik halları yaratdı. Ona görə də Hərbi hissədən 24 noyabr N-cü ildə müalicə olunmaq üçün evə qayıtdı. Qeyd edir ki, bu ərəfədə cəbhədə artıq “Atəşkəs” elan olunmuşdu və aktiv döyüş əməliyyatları keçirilmirdi. Heç təsadüfı deyil ki, bir müddət anlaqsız və psixoloji gərginlik içərisində oldu, uzun müddət ailə qurmağı bacarmadı. Heç təsadüfı deyil ki, oğlunun bu gün cəmi 8 yaşı vardır. Bu arada növbəti psixoloji gərginlikdən sonra insult keçirtdi. Bərdə şəhərində 2 (iki) ildən artıq müalicədən sonra əyilmiş üz cizgilərini bərpa edə bildilər. Onun müalicə sənədləri bu gün saxlanılmır, çünki onları saxlamaq barədə fıkirlər ağlına belə gəlməyibdir. Eləcə də məhkəmənin diqqətinə çatdırmışdır ki, onu Bərdədə müalicə edən həkim şükürlər olsun ki, bu gün hələ həyatdadır və onun xəstəsi olduğunu hər an rəsmi qaydada sübuta yetirə bilər. “İnzibati İcraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Proses zamanı məhkəmə belə qərara gəlmişdir ki, cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Cavabdeh Müdafıə Nazirliyi zəruri araşdırmanı aparmamışdır və ya araşdırma aparmağa lüzum belə duymamışdır. Məhkəmə inzibati akt tələb edir. Müdafıə Nazirliyi isə artıq sayını belə itirdiyi iclaslarında qəbul etdiyi inzibati aktın əvəzinə ona üst-üstə imtinalar göndərir. Bir iddiaçı kimi ona verilən imkandan istifadə edərək problemi yenidən məhkəmə kürsüsünə qaldırmaq niyyətindədir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi məhkəməyə iddiaya qarşı yazılı etirazını təqdim etmişdir. Etirazda bildirilmişdir ki, iddiaçının tələbinin mahiyyəti, iddiaçının müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasından ibarətdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi hesab edir ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. Belə ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə isə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N5-ci il tarixli 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinə əsasən: N988-ci il fevralın N-dən N-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidməti, Azərbaycan Respublikasının Strateji X5 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil, imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buaxılmasdır. Normanı ümumiləşdirərək qeyd etmək istəyirlər ki, şəxsə Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: - Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfumuna Aəzrbaycan Respublikası Nazirlər Kabinetinin 20N8-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, döyüş əməliyyatları aparılan dövrdə xx.xx.N-cü il tarixdə Akademik Mir-Qasımov adına Respublika Klinik Xəstəxanasında iddiaçının müalicəsi bitməsinə baxmayaraq o, xidmət yerinə qayıtmamışdır. Bu kimi halları nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X3 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli, 396 nömrəli Fərmanının N.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak edən şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Deməli, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır. Əgər sayılsaydı onların sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasına ehtiyac qalmazdı. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 iyun 20N7-ci il tarixli, 2-N(N02)-NN6N/20N7 nömrəli iş üzrə qərarında göstərilmişdir ki, “Hərbi qulluqçunun vəzifəyə təyin edilməsinə dair məlumat yeganə sübut olmaqla həmin əmrin iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyatlarında iştirak etməsi üçün yetərli sayıla bilməz”. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə edilmiş əlavəyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslər “Müharibə veteranı” sayılmırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı isə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası İPM-nin N4.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirinin Katibliyinin xx.xx.2022-ci il tarixli, 4/3-N0808 nömrəli məktubundan görünür ki, iddiaçının Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya daxil olmuş ərizəsinə baxılmış və 882 nömrəli protokol ilə barəsində müsbət qərar qəbul edilməmiş, məhkəməyə müraciət etmək hüququnun olduğu bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirinin Katibliyi Mərkəzi Arxivinin xx.xx.2020-ci il tarixli, 4/2-22N6 nömrəli Arxiv Arayışından görünür ki, Ağcabədi RHK-dan çağırılmış, N975-ci il təvəllüdlü, İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N3cü il tarixli, N39 №-li əmrilə (əsas: §-N, sıra-304) “sıravi” hərbi rütbəsi verilmiş, hərbi hissənin şəxsi heyətin siyahısına, bütün növ təminatlara salınmış və “kursant” vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli, 220 №-li əmrilə (əsas: §-N5, səh-N7, sıra-4) İddiaçı şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq hərbi xidmətini davam etdirmək üçün N №-li hərbi hissəyə göndərilmişdir. N №li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: səh-69, sıra-22) xx.xx.N3-cü il tarixdən Ağcabədi RHK-dan çağırılmış, xx.xx.N975-ci il təvəllüdlü, İddiaçı hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli, 233 №-li əmrilə şəxsi heyətin siyahısına daxil edilməsi və xx.xx.N-cü il tarixli, 69 №-li əmrilə şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat vardır. N №-li hərbi hissədən hərbi xidmətini davam etdirmək üçün gəlmiş, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli, 233 №-li əmrilə (əsas: §-N, səh-N5, sıra-22) şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli, 272 №-li əmrində (əsas: səh 47, §-N, sıra-384, əmr rus əlifbası ilə yazılmış, adı və atasının adı tam yazılmamışdır) «P3aeB X.3.» sanitar kəşfiyyatçı vəzifəsinə təyin edilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli, 20/32 №-li əmrilə (əsas: səh-7, § -N, sıra-356) sıravi İddiaçı döyüş əməliyyatları rayohuna göndərilərək qazan təminatından çıxarılmışdır. Erməni qəsbkarlarına qarşı döyüşdə yaralandığı üçün, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli, 4 №-li əmrilə (əsas: §-N, sıra-54) hərbi hospitala göndərilərək qazan təminatından çıxarılmışdır. Tərtər uğrunda gedən döyüşdə yaralandığı üçün, kəşfiyyatçı, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli, N22 №-li əmrilə (əsas:səh N, sıra 2) müalicə üçün hərbi hospitala göndərilərək xx.xx.N-cü il tarixdən ştatdan kənar edilmişdir. Qeyd edirik ki, N №-li hərbi hissə komandirinin noyabr N-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. N №-li hərbi hissədən göndərilmiş, sıravi İddiaçı Eyyub oğlu N №-li hərbi hissə komandirinin xx.xx.N5-ci il tarixli, 7N №-li əmrilə (əsas: §-3, səh-N2N, sıra-6, əmrdə atasının adı “Eyyub” yazılmışdır) şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək N-ci bölük 2-ci tağımın N-ci bölməsinə atıcı vəzifəsinə təyin edilmişdir. Müdafiə Nazirinin xx.xx.N7-ci il tarixli müvafiq əmrinə əsasən, Ağcabədi RHK-nın çağırışçısı, 4-cü taburun əsgəri Rzayev XN həqiqi hərbi xidmətdən ehtiyata tərxis olunduğuna görə, N №-li hərbi hissə komandirinin xx.xx.N7-ci il tarixli, N97 №-li əmrilə (əsas: §-N, səh-50, sıra-40) hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılaraq hərbi qeydiyyata düşmək üçün Ağcabədi RHK-nın sərancamına göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər idarəsi Mərkəzi Arxivinin xx.xx.20N9-cu il tarixli, 9/2-8N nömrəli Arxiv Arayışından görünür ki, Ağcabədi RHK-dan çağırılmış, N975-ci il təvəllüdlü İddiaçı N nömrəli hərbi hissə komandirinin N iyul N3-cü il tarixli, N39 №-li əmrilə (əsas: §-N, sıra-304) “sıravi” hərbi rütbəsi verilməklə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək kursant vəzifəsinə təyin olunmuşdur. N nömrəli hərbi hissə komandirinin N oktyabr N3-cü il tarixli, 220 №-li əmrilə (əsas: §-N5, səh-N7, sıra-4) İddiaçı şəxsi heyətin siyahısından və bütün növ təminatlarından çıxarılaraq hərbi xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissəyə göndərilmişdir. N nömrəli hərbi hissədən hərbi xidmətini davam etdirmək üçün gəlmiş, sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin N oktyabr N3-cü il tarixli, 233 №-li əmrilə (əsas: §-N, səh-N5, sıra-22) şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: səh- 69, sıra-22) xx.xx.N3-cü il tarixdən Ağcabədi RHK-dan çağırılmış, xx.xx.N975-ci il təvəllüdlü İddiaçı hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli, 233 №-li əmrilə şəxsi heyətin siyahısına daxil edilməsi və xx.xx.N-cü il tarixli, 69 №-li əmrilə şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat vardır. Qeyd edirlər ki, N nömrəli hərbi hissə komandirinin noyabr N-cü il tarxili nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. N nömrəli hərbi hissədən hərbi xidmətini davam etdirmək üçün gəlmiş, sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin 3N avqust N5-ci il tarixli, 7N №-li əmrilə (əsas: §-3, səh-N2N, sıra-6, qeyd əmrdə atasının adı Eyyub yazılmışdır) şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək N-ci blok 2-ci tağımın N-ci bölməsinə atıcı vəzifəsinə təyin edilmişdir. Müdafiə Nazirinin xx.xx.N7-ci il tarixli müvafiq əmrinə əsasən Ağcabədi RHK-nın çağırışçısı, 4-cü taborun əsgəri Rzayev XN həqiqi hərbi xidmətdən ehtiyata tərxis olunduğuna görə N nömrəli hərbi hissə komandirinin N6 iyul N7ci il tarixli, N97 №-li əmrilə (əsas: §-N, səh-50, sıra-40) şəxsi heyətin siyahısından və bütün növ təminatlarından çıxarılaraq hərbi qeydiyyata düşmək üçün Ağcabədi RHK-nın sərancamına göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.20N2-ci il tarixli, N52 saylı Qərarından görünür ki, Ağcabədi RHK tərəfindən N3-cü ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xdimtə keçərkən xx.xx.N-cü ildə aldığı və xx.xx.N-cü ildən xx.xx.N-cü ilə kimi Akademik Mir-Qasımov adına Respublika Klinik Xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma-diaqnoz: “Sağ əlin odlu silah yaralanması (mərmi ilə), V barmağın əsas falanqasının amputasiyası, İV barmağın zədələnməsi” (Ağcabədi rayon şöbəsinin xx.xx.20N3-cü il tarixli, SB/37 nömrəli göndərişi, xx.xx.20N3-cü il tarixli, SB/382 nömrəli arayışı, Akademik Mir-Qasımov adına Respublika Klinik Xəstəxanasından verilmiş xx.xx.N-cü il tarixli çıxarış epikrizi, MN MHHK-nın həkim mütəxəssisi-cərrahın və hüquq məsləhətçisinin rəyi ilə təsdiq edilri), “Hərbi Travmadı, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır”. İş materiallarında olan Tərtər Hərbi Prokurorluğunun xx.xx.20N9-cu il tarixli, N9HP35N4 nömrəli məktubundan görünür ki, N975-ci il təvəllüdlü, N nömrəli hərbi hissənin tərkibində xidmət etmiş İddiaçı barəsində hazırda Tərtər Hərbi Prokurorluğunda heç bir təqsirləndirici material və ya cinayət işi olmamışdır və yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun N-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir (maddə N.N). Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur (maddə N.2). Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun N5.N-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 24.N-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in N4.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.N-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.N-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. 25 dekabr NN-ci ildə qəbul edilmiş “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 3-cü maddəsinə qeyd edilir ki, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. «Veteranlar haqqında» AR Qanununun 3-cü maddəsinə görə digər kateqoriya şəxslərlə yanaşı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adı və vəsiqəsi öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik və Ədliyyə nazirlikləri, Xüsusi Dövlət Mühafizə Xidməti və Dövlət Sərhəd Xidməti tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N5-ci il tarixli 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin N-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda müharibə veteranı adı N988-ci il fevralın N-dən NN-ci il oktyabrın 9-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər, Goranboy (keçmiş Şaumyankənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonları ərazilərində aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə - daxili işlər, milli təhlükəsizlik orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, yerli icra hakimiyyəti tərəfindən verilmiş hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. «Müharibə veteranı» adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Fövqəladə Hallar nazirlikləri, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. «Veteranlar haqqında» AR Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə» AR Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006cı il tarixli 396 nömrəli Fərmanının N.3-cü bəndi ilə AR Nazirlər Kabinetinə tapşırılmışdır ki, bir ay müddətində «Veteranlar haqqında» AR Qanununun 3-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısını, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «X4 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Göründüyü kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər müharibə veteranı sayılırlar, o şərtlə ki, həmin şəxslər döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməsin, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilməmiş olsun, barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxs olmasın. Bundan başqa, müdafiə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda müharibə veteranı adının verilməsi üçün əsas hesab edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, iddiaçıya N №-li hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli, N39 №-li əmrilə “sıravi” hərbi rütbəsi verilmiş, hərbi hissənin şəxsi heyətin siyahısına, bütün növ təminatlara salınmış və “kursant” vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli, 220 №-li əmrilə İddiaçı şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq hərbi xidmətini davam etdirmək üçün N №-li hərbi hissəyə göndərilmiş, N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında xx.xx.N3-cü il tarixdən Ağcabədi RHK-dan çağırılmış, xx.xx.N975-ci il təvəllüdlü, İddiaçı hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli, 233 №-li əmrilə şəxsi heyətin siyahısına daxil edilməsi və xx.xx.N-cü il tarixli, 69 №-li əmrilə şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat vardır. N №-li hərbi hissədən hərbi xidmətini davam etdirmək üçün gəlmiş, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli, 233 №-li əmrilə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmiş, N №-li hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli, 272 №-li əmrində (əsas: səh 47, §-N, sıra-384, əmr rus əlifbası ilə yazılmış, adı və atasının adı tam yazılmamışdır) «P3aeB X.3.» sanitar kəşfiyyatçı vəzifəsinə təyin edilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli, 20/32 №-li əmrilə sıravi İddiaçı döyüş əməliyyatları rayonuna göndərilərək qazan təminatından çıxarılmışdır. Erməni qəsbkarlarına qarşı döyüşdə yaralandığı üçün, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli, 4 №-li əmrilə (əsas: §-N, sıra-54) hərbi hospitala göndərilərək qazan təminatından çıxarılmışdır. Tərtər uğrunda gedən döyüşdə yaralandığı üçün, kəşfiyyatçı, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli, N22 №-li əmrilə müalicə üçün hərbi hospitala göndərilərək xx.xx.N-cü il tarixdən ştatdan kənar edilmişdir. N №-li hərbi hissə komandirinin noyabr N-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamış, N №-li hərbi hissədən göndərilmiş, sıravi İddiaçı Eyyub oğlu N №-li hərbi hissə komandirinin xx.xx.N5-ci il tarixli, 7N №-li əmrilə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək N-ci bölük 2-ci tağımın N-ci bölməsinə atıcı vəzifəsinə təyin edilmişdir. Müdafiə Nazirinin xx.xx.N7-ci il tarixli müvafiq əmrinə əsasən, Ağcabədi RHK-nın çağırışçısı, 4-cü taburun əsgəri Rzayev XN həqiqi hərbi xidmətdən ehtiyata tərxis olunduğuna görə, N №-li hərbi hissə komandirinin xx.xx.N7-ci il tarixli, N97 №-li əmrilə (əsas: §-N, səh-50, sıra-40) hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılaraq hərbi qeydiyyata düşmək üçün Ağcabədi RHK-nın sərancamına göndərilmişdir. Bundan əlavə məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı döyüş zonasında hərbi xidmət keçərkən yaralandığı üçün hərbi hospitala göndərilmiş və müalicə olunduqdan sonra xx.xx.N5-ci il tarixədək hərbi hissəyə qayıtmamışdır. Bundan başqa məhkəmə iclasında iddiaçının müalicəsi bitdikdən sonra hərbi hissəyə qayıdıb-qayıtmaması ilə bağlı məhkəmənin suallarına cavab olaraq iddiaçı müalicəsi bitdikdən sonra evə getdiyini və bir müddət müalicə olunduqdan sonra hərbi xidmətini davam etdirmək üçün hərbi hissəyə qayıtdığını bildirmişdir. Beləliklə, şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı hərbi hissəni özbaşına tərk etdiyindən o, qanunvericiliyin tələbi baxımından Müharibə Veteranı deyildir. Bu səbədən də iddia tələbini əsassız, cavabdehin imtina dəlillərini əsaslı sayan məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməldiir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.N-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.N-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.N-ci, 23.N-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-ci, 79-cu, 8N-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar