Məhkəmə qərarları › İş №2-1(120)-2367/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2367/2025

05.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2367/2025 05.03.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal оğlunun sədrliyi, Məhkəmə iclas katibi X7 оğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Salyan rayon Qaraçala qəsəbə İnzibati Ərazi Nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1971-ci il tarixli, 34 nömrəli doğum akt qeydindəki uyğunsuzluqlar aradan qaldırılmaqla, akt qeydində adının “Arifə” dən “Fəranə” yə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Şirvan şəhərində məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Salyan rayon Qaraçala qəsəbə İnzibati Ərazi Nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1971-ci il tarixli, 34 nömrəli doğum akt qeydindəki uyğunsuzluqlar aradan qaldırılmaqla, akt qeydində uşaq haqqında məlumatlar qrafasında düzəliş olunaraq, adının “Fəranə” yazılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(120)-2367/2025 nömrəli qərardadı ilə iddia tələbinə “Salyan rayon Qaraçala qəsəbə İnzibati Ərazi Nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1971-ci il tarixli, 34 nömrəli doğum akt qeydindəki uyğunsuzluqlar aradan qaldırılmaqla, akt qeydində adının “Arifə” dən “Fəranə” yə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddiaçı məhkəmə iclasında izahatında iddia tələbini müdafiə etdiyini bildirərək, Salyan rayon Qaraçala qəsəbə İnzibati Ərazi Nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1971-ci il tarixli, 34 nömrəli doğum akt qeydindəki uyğunsuzluqlar aradan qaldırılmaqla, akt qeydində adının “Arifə” dən “Fəranə” yə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cаvаbdеh Cavabdehnə məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, cavabdehin nümayəndəsi məhkəmə iclаsınа gəlməmişdir. Məhkəmə Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə cavabdehin nümayəndəsinin iştirаkı оlmаdаn bахılmаsını mümkün hеsаb еdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1971-ci il tarixdə anadan olmuşdur. - xx.xx.2024-cü il tarixli, AZ-T 065967 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1971-ci il təvəllüdlü X2 ilə X3 xx.xx.1993-cü il tarixdə nikaha daxil olmuş, sonuncu Hüseynova soyadını qəbul etmişdir. - Salyan rayon Qaraçala qəsəbə İnzibati Ərazi Nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1971-ci il tarixli, 34 nömrəli doğum haqqında akt qeydindən görünür ki, Salyan rayon Qaraçala qəsəbə İnzibati Ərazi Nümayəndəliyi tərəfindən X1 xx.xx.1971-ci ildə doğulması barədə qeydiyyat aparılmışdır. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) növündə mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. 4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. 5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının doğum haqqında akt qeydində adının “Arifə” qeyd edilməsinə baxmayaraq, bütün digər sənədlərdə adı “Fəranə” qeyd edilmişdir. İddiaçının şəxsiyyət vəsiqəsində və nikah haqqında şəhadətnaməsində “Fəranə” qeyd edilməsi onu deməyə əsas verir ki, şəxsiyyət vəsiqəsinin və nikah haqqında şəhadətnamədə adı “Fəranə” kimi qeyd edilmiş, iddiaçı isə uzun illər ərzində müvafiq sənədlərdə adının “Fəranə” olaraq qeyd edilməsi ilə bağlı həmin sənədlərin məzmununa və icra edilmiş qeydlərin düzgünlüyünə etimad göstərmişdir. Buna görə də məhkəmə hesab edir ki, doğum haqqında akt qeydində adının “Arifə”dən “Fəranə”yə düzəliş edilməsi üçün kifayət qədər əsaslar olmuşdur və cavabdeh orqan, müraciətin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Məhkəmə qeyd edir ki, müvafiq qeydiyyatın aparılmasında məqsəd vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Vətəndaşlıq vəziyyəti qeydləri sırasında doğumun qeydiyyatı xüsusi yer alır və bu qeydiyyatın hüquq müəyyənetmə əhəmiyyəti, milli qanunvericiliklə yanaşı, BMT-nin də bir sıra qətnamələrində təsdiq olunmuşdur. Azərbaycan Respublikası İPM-nin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Salyan rayon Qaraçala qəsəbə İnzibati Ərazi Nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1971-ci il tarixli, 34 nömrəli doğum akt qeydindəki uyğunsuzluqlar aradan qaldırılmaqla, akt qeydində adının “Arifə” dən “Fəranə” yə dəyişdirilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Hakim Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar