Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2368/2024 26.07.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2023-cü il tarixli **********175 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2023-cü il tarixli **********175 nömrəli qərarın ləğv edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh vergi orqanı xx.xx.2023-cü il tarixli əsasız və qanunusuz aktla ona iki maddə ilə bir İXM-nin 600.2.4-cü, digəri isə Vergi Məcəlləsinin 58.7.1-ci maddəsi cərimə məsiliyyətinə cəlb etmişdir. Güya vergi əməkdaşlarına nəzarət kassa aparatını yoxlanmasına şərait yaratmamışdır. Bundan əlavə güya obyektində 05 manat dəyərində yağ filtir alınmış nəzarət kassa aparatında çek vurulmamış və verilməmişdir. Əslində hadisə aşağıdakı kimi olmuşdur: Belə ki, xx.xx.2023-cü il tarixdə saat 15-00-da ünvan 1ndə yerləşən özünə məxsus “Avtoservis”də olmadan sonrada məlum olmuşdur ki, 6 saylı Ərazi Vergi Baş İdarəsinin iki əməkdaşları gəlmişdir. Həmin vaxtı işçi X1 özünə məxsus iki maşını pulsuz yağını dəyişməsini bildirmişdirlər. Elnur Sadıqzadə vergi əməkdaşlarına pulsuz maşının yağın dəyişdirilməsinə cavab olaraq obyekin sahibi İddiaçı burda olmadığına görə imtina etmişdir. Vergi əməkdaşları heç sənəd və qərar təqdim etmədən protokol tərtip etmişdir. Vergi işçilləri ona heç bir söz demədən və ya sənəd tələb etmədən protokolla imza etdirdillər. Uşaqlıqda ikinci qurup əlil olduğuna görə yazı oxumağı yoxdur. Həmin protokolda nə yazdığını soruşanda vergi əməkdaşları cərimə etdiyini bildirdilər. Lakin səbəbini izah etmədilər. İXM-nin 600.2.4-cü maddəsinə tələbləri ilə tanış olanda məlum oldu ki, güya vergi işçilləri ondan müvafiq sənəd tələb etmiş, lakin təqdim etməmiş, əslində vergi işçilləri ondan hər hansı sənəd tələb etməmişdir. Necə ola bilər ki, vergi işçiləri ona məxsus “Avtoservis” xx.xx.2023-cü il tarixdə saat 15-04-da gəlmiş, lakin 14-30 protokol tərtib etmişdir. Bu onu göstərir ki, vergi işləri öz səlahiyyətlərində su-istifadə edərək onun barəsində qanunusuz protokol İdarəsində yazılmışdır. Vergi işçillərin işlədiyi yerə saat neçədə gəlməsini iş yerində quraşdırılmış video görüntüllərində öz əksini tapmışdır. Həmin görüntüllərdə vergi əməkdaşı hər hansı sənəd tələb edilməsi görünmür. Bunda əla video görüntüllərindən görünür ki, vergi əməkdaşları protokol yazanda sonra iş yerinə gəlmiş, həmin vaxtı heç bir sənəd və izahat istəmədən protokolla imza etməyini tələb etmişdirlər. Onun yazı oxumağı olmadığı üçün protokolla imza etməyinə imtina etmiş, Bu halların şahidləri X2 və X3 olmuşdur. Həmin şahidlərin şəxsiyyət vəsiqələrinin surətlərini etirazına əlavə edir. Şahidləri məhkəmə prossesində dindirilməsi və video görüntüllərə baxılması zəruridir. Video görütülərindən görünür ki, iş yerində olmadan və iş yerinə gələndə vergi əməkdaşlar ondan hər hansı sənəd tələb etmədə protokol yazmışdır. Buda vergi işçillərin onunla qərəzli olmasını göstərir. 6 saylı Ərazi Vergi Baş İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə yazılmış akt tam əsasızdır. Həmin akt əsasında Lənkəran rayon məhkəməsinə onun barəsində İXM-nin 600.2.4-cü maddəsi ilə İnzibati protokol tərtip etmişdir. Lənkəran rayon məhkəməsində həmin protokola etirazını bildirmiş, Lənkəran rayon məhkəməsində vəsatəti əsasında şahidlərini və video çəkilişə baxış keçirilmiş, məhkəmə tərəfindən 6 saylı Ərazi Vergi Baş İdarəsinin əməkdaşları izahatları qeyri-səmimi hesab etmişdir. Sözü gedən aktla onu Vergi Məcəlləsinin 58.7.1-ci maddəs ilə məsuliyyətə cəlb etmişdir. 6 saylı Ərazi Vergi Baş İdarəsinin əməkdaşları tərəfindən aktda göstərmişdir ki, güya obyektində 05 manat dəyərində yağ filtir alınmış nəzarət kassa aparatında çek vurulmamışdır. Maddi subut orda yoxdur. Çünki Vergi əməkdaşları pulsuz öz maşınlarının yağını dəyişdirmək istəmişdir. İmtina olunduqda protokol və akt yazılmışdır. Əslində belə hal olmamışdır. Onun obyekti təzə açılmışdır. Obyektində vergi əməkdaşlarının gəlməsi öz əksini tapmışdır. Obyektində 05 manat dəyərində filter yoxdur. Video görüntülərdə belə hal qeydə alınmamışdır. Bundan əlavə necə ola bilər ki, xx.xx.2023cü il tarixdə saat 15-02-də vergi əməkdaşları obyektinə gəlsinlər, lakin aktı xx.xx.2023-cü il tarixdə saat 14-30-da yazılmışdır. Həmin aktın hansı hüquqi əsasları vardır. Həmin aktdan görünür ki, qərəzli yazılmışdır. Qeyd edilənləri nəzərə alaraq vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2023-cü il tarixli **********175 nömrəli qərarın ləğv edilməsi öhdəliyinin cabahdehin üzərinə qoyulması barədə qərar çıxarmasınızı xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş etirazda göstərilmişdir ki, 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********2868 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən vergi ödəyicisi İddiaçı (VÖEN: **********) məxsus ünvan 1 ünvanında fəaliyyət göstərən “Avtoservis” adlı avtomobillərə texniki xidmət obyektində “Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması” üzrə operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. Belə ki, nəzarət tədbirləri zamanı xx.xx.2023-cü il tarixdə vergi ödəyicisi nəzarət tədbirinin həyata keçirilməsi ilə bağlı Qərarla, Ədliyyə Nazirliyinin vahid məlumat reyestrindən alınmış çıxarışla və əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması haqqında bildirişlə tanış olaraq müvafiq sənədlərdə tanış olması barədə yazılı formada qeyd etməklə imza etmişdir. Vergi ödəyicisi İddiaçı barəsində Vergi qanunvericiliyin pozulması halına görə “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” akt tərtib edilmişdir. İddiaçı tərtib olunan aktı imza etməkdən və yaranan suallara şifahi və ya yazılı izahatlar verməkdən imtina etmişdir. Qeyd olunanlarla əlaqədar sərbəst akt tərtib olunmuş və “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” aktda müvafiq qeydlər olunmuşdur. Vergi ödəyicisi İddiaçı məxsus (VÖEN **********) ünvan 1 ünvanında fəaliyyət göstərən “Avtoservis” adlı avtomobillərə texniki xidmət obyektində “Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması” üzrə operativ vergi nəzarəti tədbiri zamanı foto və ya video çəkilişdən istifadə olunmamışdır. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin müvafiq əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti və digər nəzarət tədbirlərinin həyata keçirilməsi Qaydaları”nın 1.14-cü maddəsinə əsasən nəzarət tədbirləri zamanı zərurət yarandıqda, foto və video çəkilişdən istifadə olunmalıdır. Bu məqsədlə vergi ödəyicisindən və ya onun səlahiyyətli nümayəndəsindən iltizam alınmalıdır. Vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi belə iltizamı verməkdən imtina etdikdə, çəkilişin aparılmaması barədə vergi nəzarətini həyata keçirən vergi orqanının əməkdaşları tərəfindən vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə sərbəst formada akt tərtib edilir. Qeyd olunanla bağlı müvafiq sərbəst akt tərtib olunmuşdur. “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti və digər nəzarət tədbirlərinin həyata keçirilməsi Qaydaları”nın 2.2-ci bəndinə əsasən Operativ vergi nəzarətinin və bu Qaydaların 1.13-cü bəndində nəzərdə tutulmuş tədbirlərin nəticələri bütün hallarda vergi orqanının vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin təsdiq etdiyi və bu Qaydalara əlavə edilmiş müvafiq akt, protokol və digər zəruri sənəd formaları ilə rəsmiləşdirilir. Sözü gedən Qaydalarda və tərtib olunmuş “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” aktda müşahidəçilərin iştirakının tələb olunması nəzərdə tutulmamışdır. Nəzarət tədbirləri zamanı nəzarət kassa aparatından ödənişə dair çekin olmamasına səbəb obyektdə əhali ilə pul hesablaşmalarının nəzarət kassa aparatı tətbiq olunmadan həyata keçirilməsidir. Həmçinin bildiririk ki, Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüquqlarına aiddir. Parakəndə ticarət, ictimai iaşə fəaliyyəti, yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlər, tibb müəssisələri, bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlər üzrə pul hesablaşmalarını Nazirlər Kabineti tərəfindən müəyyən edilən meyarlara cavab verən və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarətkassa aparatı vasitəsi ilə həyata keçirmək, nağdsız ödənişlərin aparılması üçün “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq POSterminalların quraşdırılmasını və (və ya) “Elektron ticarət haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə uyğun olaraq satıcı kimi fəaliyyət göstərdikdə, həmin Qanuna əsasən istehlakçıların elektron ödəniş etmək imkanını təmin etməkvergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir. Yuxarıda qeyd edilənlər Vergi Məcəlləsinin 16-cı maddəsi, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi, “Elektron ticarət haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə tənzimlənir. Qanunvericiliyin tələblərinin pozulmasına görə aşağıdakı məsuliyyət tədbirləri nəzərdə tutulmuşdur: - nəzarət-kassa aparatı və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatı quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), - Vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən, o cümlədən Vergi Məcəlləsinin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatından istifadə etməklə, - Qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılması, - POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsi, - Alıcıya təqdim edilməli olan çe*in, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsi və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsi, - nəzarət-kassa aparatından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1.000 manat təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3.000 manat təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. İddiaçı cavabdeh 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı təqdim etdiyi iddia ərizəsi üzrə iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 62.1-ci maddəsinə görə hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İş materialında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********8175 nömrəli “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi haqqında” qərarın surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yolverildiyinə görə 1.000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. İş materialında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, **********123300 nömrəli məktubundan görünür ki, vergi ödəyicisi İddiaçı (VÖEN: **********) barəsində tərtib olunmuş “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********8175 nömrəli qərarın qəbul edilməsinə əsas verən sənədlər və bu sənədlərin verilmə qaydası barədə müraciətinizə 6 saylı Ərazi Vergilər Baş İdarəsində baxılmışdır. Vergi ödəyicisi İddiaçı Baş idarə tərəfindən xx.xx.2023-cü il tarixli **********2868 nömrəli Qərar açılmışdır. xx.xx.2023-cü il tarixdə vergi ödəyicisinin 58.7-cü maddəsinin tələblərinin pozulması halı aşkar olunaraq DVX seryalı 021260 nömrəli akt tərtib olunmuşdur. Bu akt üzrə vergi ödəyicisi İddiaçı barəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********8175 nömrəli qərarı çıxarılmış və bu Qərar xx.xx.2023-cü il tarixli **********892900 nömrəli məktubla poçtla, eləcədə vergi ödəyicisinin e-qutusuna göndərilmişdir. İş materialında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, **********841300 nömrəli məktubundan görünür ki, 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********2868 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən vergi ödəyicisi İddiaçı (VÖEN: **********) məxsus ünvan 1 ünvanında fəaliyyət göstərən “Avtoservis” adlı avtomobillərə texniki xidmət obyektində “Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması” üzrə operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. Nəzarət tədbirləri zamanı xx.xx.2023-cü il tarixdə vergi ödəyicisi nəzarət tədbirinin həyata keçirilməsi ilə bağlı Qərarla, Ədliyyə Nazirliyinin vahid məlumat reyestrindən alınmış çıxarışla və əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması haqqında bildirişlə tanış olaraq müvafiq sənədlərdə tanış olması barədə yazılı formada qeyd etməklə imza etmişdir. Vergi ödəyicisi İddiaçı barəsində Vergi qanunvericiliyin pozulması halına görə Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” akt tərtib edilmişdir. İddiaçı tərtib olunan aktı imza etməkdən və yaranan suallara şifahi və yə yazılı izahatlar verməkdən imtina etmişdir. Qeyd olunanlarla əlaqədar sərbəst akt tərtib olunmuş və “Əhali ilə pul hesablaşmalarınır aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” aktda müvafiq qeydlər olunmuşdur. Vergi ödəyicisi İddiaçı məxsus (VÖEN **********) ünvan 1 ünvanında fəaliyyət göstərən “Avtoservis” adlı avtomobillərə texniki xidmət obyektində “Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması” üzrə operativ vergi nəzarəti tədbiri zamanı foto və ya video çəkilişdən istifadə olunmamışdır. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin müvafiq əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti və digər nəzarət tədbirlərinin həyata keçirilməsi Qaydaları”nın 1.14-cü maddəsinə əsasən nəzarət tədbirləri zamanı zərurət yarandıqda, foto və video çəkilişdən istifadə olunmalıdır. Bu məqsədlə vergi ödəyicisindən və ya onun səlahiyyətli nümayəndəsindən iltizam alınmalıdır. Vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi belə iltizamı verməkdən imtina etdikdə, çəkilişin aparılmaması barədə vergi nəzarətini həyata keçirən vergi orqanının əməkdaşları tərəfindən vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə sərbəst formada akt tərtib edilir. Qeyd olunanla bağlı müvafiq sərbəst akt tərtib olunmuşdur. “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti və digər nəzarət tədbirlərinin həyata keçirilməsi Qaydaları”nın 2.2-ci bəndinə əsasən Operativ vergi nəzarətinin və bu Qaydaların 1.13-cü bəndində nəzərdə tutulmuş tədbirlərin nəticələri bütün hallarda vergi orqanının vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Verg Xidmətinin təsdiq etdiyi və bu Qaydalara əlavə edilmiş müvafiq akt, protokol və digər zəruri sənəc formaları ilə rəsmiləşdirilir. Sözü gedən Qaydalarda və tərtib olunmuş “Əhali ilə pu hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” aktd< müşahidəçilərin iştirakının tələb olunması nəzərdə tutulmamışdır. Nəzarət tədbirləri zamanı nəzarət kassa aparatından ödənişə dair çekin olmamasına səbə obyektdə əhali ilə pul hesablaşmalarının nəzarət kassa aparatı tətbiq olunmadan həyata keçirilməsidir. İş materialları iddiaçı tərəfindən mübahisələndirilən qərarın verilməsi əsas olan aktın və digər sənədlərin tərtibi zaman inzibati orqanın nümayəndələrinin hərəkətlərini həyata keçirən 1 ədəd “DVD-R” diski təqdim edilərək əlavə edilmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2023-cü il tarixli **********175 nömrəli qərarın ləğvini tələb edir və bunu onunla əsaslandırır ki, iddiaçı barəsində tətbiq olunmuş 5 (beş) manat dəyərində yağ filtir alınmış nəzarət kassa aparatında çek vurulmaması və verilməməsi ilə bağlı mülahizələr formal xarakter daşıyır, cavabdeh tərəfindən heç bir əmlak alınmamışdır və bununla yanaşı hər hansı əhəmiyyət kəsb etmir. Məhkəmə qeyd edir ki, vergi orqanı tərəfindən qəbul edilmiş qərarın əsaslı olubolmaması Vergi Məcəlləsinin müddəaları əsasında müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 50.1-ci maddəsinə əsasən, Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: -50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi; Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən, Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Məcəllənin 50.4-cü maddəsinə əsasən, Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Əlavə olaraq qeyd olunmalıdır ki, operativ vergi nəzarətinin keçirilməsi qaydaları, o cümlədən operativ vergi nəzarəti üçün əsaslar, nəzarəti keçirilməsi haqqında qərarın qəbul edilməsi və onun nəticələrinin rəsmiləşdirilməsi, nəzarəti həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədləri və nümunə kimi əşyaları götürülməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi və aksiz markası ilə markalanmış malların siyahıya alınmaı VM ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Göründüyü kimi qanunvericilik vergi orqanına vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək, vergi yoxlamasının keçirilməsi üçün tam səlahiyyət verilmişdir. Əvvəla qeyd olunmalıdır ki, cavabdeh ona verilmiş səlahiyyətlər çərçivəsində İddiaçı məxsus ünvan 1 ünvanında fəaliyyət göstərən “Avtoservis” adlı avtomobillərə texniki xidmət obyektində “Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması” üzrə operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. Məhkəmə bildirir ki, cavabdehin prosessual cəhətdən qəbul etmiş olduğu qərarda hər hansı bir nöqsan olmasa da, qəbul edilən xx.xx.2023-cü il tarixli mübahisəli qərar aşağıdaki qanunvericiliyin müddəalarına görə əsassızdır. Azərbayca Respublikası Vergi Məcəlləsinin: -13.2.3-cü maddəsinə əsasən topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti. -15.1.15-ci maddəsinə əsasən bu Məcəllənin 16.1.8-ci maddəsində göstərilən fəaliyyət növləri ilə məşğul olan vergi ödəyicisi tərəfindən nağd pul hesablaşmalarını nəzarət-kassa aparatları vasitəsilə həyata keçirmək vergi ödəyicisinin hüququdur. -16.1.9-cu maddəsinə əsasən nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək vergi ödəyicisinin vəzifəsidir. -50.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində nağd pul hesablaşmaları aparan vergi ödəyiciləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzarət-kassa aparatları vasitəsilə belə hesablaşmaları həyata keçirirlər. -50.8-ci maddəsinə əsasən Nəzarət-kassa aparatının çeklərində aşağıdakı məlumatlar olmalıdır: 50.8.1. vergi ödəyicisinin adı; 50.8.2. VÖEN-i; 50.8.3. çekin vurulmasının tarixi və saatı; 50.8.4. təsərrüfat subyektinin (obyektinin) adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan; 50.8.5. malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin və ya sadələşdirilmiş verginin məbləği); 50.8.6. gün ərzində vurulmuş çeklərin sayı və nömrəsi; 50.8.7. nəzarət-kassa aparatının markası və zavod nömrəsi. 50.8.8. nəzarət-kassa aparatının fiskal rejiminin nişanı (əlaməti). 50.8.9. malın sürətli məlumat kodu (X6); 50.8.10. ödənilmiş məbləğ; 50.8.11. müştəriyə qaytarılan məbləğ (malın dəyərindən artıq ödənilən hissə üzrə); 50.8.12. nisyə satış zamanı ödəniləcək məbləğ (qalıq borc); 50.8.13. ödənişin forması və üsulu (nağd və ya nağdsız, avans (beh), nisyə, bonus, hədiyyə kartı və digər bu kimi ödəmələr); 50.8.14. çekin növü (satış, geri qaytarma və ya ləğvetmə); 50.8.15. nəzarət mexanizmi qurğusunun qeydiyyat nömrəsi; 50.8.16. geri qaytarma çekində satış çeki üzrə fiskal əlamətlərdə təsvir olunan simvollar. - 58.7-ci maddəsinə əsasən bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında uçota alınmamış və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: 58.7.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində; 58.7.2. təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində; “Vergi ödəyicilərində nağd pul vəsaitinin uçotu və kassa əməliyyatlarının aparılması”Qaydasının: - - 2.3-cü bəndinə əsasən vergi ödəyicisinin kassasına nağd pul vəsaitləri malların (işlərin, xidmətlərin) təqdim edilməsindən əldə edilən pul vəsaitlərindən, bank hesablarından məxaric edilmiş pul vəsaitlərindən, təsisçidən və digər şəxslərdən alınmış borclardan, verilmiş borcların (o cümlədən, təhtəlhesab şəxslərə verilmiş vəsaitlərin) qaytarılmasından, malların (işlərin, xidmətlərin) təqdim edilməsinə görə alınmış avanslardan, məhkəmə qərarları əsasında həyata keçirilmiş ödənişlərdən, işçi heyətinə artıq ödənilmiş pul vəsaitlərinin qaytarılmasından və s. mənbələrdən mədaxil edilir. Qeyd olunan pul vəsaitlərinə görə tərtib edilən kassa mədaxil orderində pul vəsaitlərinin təyinatı göstərilir. - 3.19-cu maddəsinə əsasən pul vəsaitlərinin hərəkəti bu Qaydaya uyğun olaraq uçot sənədləri (kassa kitabı, kassa mədaxil və məxaric orderləri, qəbzlər, çeklər, bank ödəniş sənədi, elektron qaimə-faktura, alış aktları, elektron alış aktları, təhvil-qəbul aktları və digər təsdiqedici sənədlər) ilə rəsmiləşdirilmədikdə və ya həmin sənədlər mövcud olmadıqda, bu hallar pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması kimi qiymətləndirilir. “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın: - 4.1-ci maddəsinə əsasən, topdansatış ticarət sahəsində fəaliyyət göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaimə-faktura və ya elektron qaiməfaktura və ya elektron vergi hesab-faktura tərtib edilməklə həyata keçirilir. Malların dəyəri nağdsız qaydada (POSterminal vasitəsilə) ödənildikdə, alıcıya (vergi ödəyicisinə) qaiməfaktura və ya elektron qaiməfaktura və ya elektron vergi hesab-faktura ilə yanaşı, POSterminaldan çıxarış verilir. “Vergi hesab-fakturasının tətbiqi Qaydaları”nın - 4.1-ci maddəsinə əsasən, vergi hesab-fakturası malı (işi, xidməti) təqdim edən şəxs tərəfindən 2 nüsxədə tərtib edilir. Tərtib edilmiş vergi hesab-fakturasının 1-ci nüsxəsi alıcıya verilir, 2-ci nüsxəsi isə malı (işi, xidməti) təqdim edən şəxsdə saxlanılır.Vergi ödəyicisi malın alıcısına (işlərin və xidmətlərin sifarişçisinə) vergi hesab-fakturasının 1-ci nüsxəsini mal göndəriləndən (iş görüləndən, xidmət göstəriləndən) sonra 5 gün ərzində verməlidir. Ödənişlər malların (işlərin, xidmətlərin) təqdim edilməsindən əvvəl həyata keçirildikdə, vergi hesabfakturası ödəmədən sonrakı 5 gün ərzində verilməlidir. Ödəmə qismən həyata keçirilmişdirsə, vergi hesab-fakturası hər ödəmə üçün ayrıca olaraq, ödəmə məbləği həcmində verilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 118 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ciddi hesabat blanklarının tətbiqi və uçotunun aparılması Qaydaları”na əsasən hüquqi və fiziki şəxslər tərəfindən alınmış mallara (təqdim edilmiş işlərə, xidmətlərə) görə ciddi-uçot blankları (o cümlədən qaimə faktura) təqdim edilməlidir. Vergi münasibətlərini tənzimləyən qanunvericiliyin və normativ hüquqi aktların müddəalarından məlum olur ki, “nağd pul hesablaşmaları” dedikdə malların təqdim edilməsinin, işlərin görülməsinin və ya xidmətlərin göstərilməsinin nağd pul ödəmələri hesabına aparılması başa düşülür . Qeyd olunmalıdır ki, VM-də bitmiş siyahısı müəyyən edilən fəaliyyət növləri istisna olmaqla, nağd pul hesablaşmaları yalnız nəzarət-kassa aparatları vasitəsi ilə həyata keçirmək, nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və ya ciddi hesab blanklarında qanunvericilikdə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək, istismar zamanı nəzarət-kassa aparıtının plombu pozulduqda və ya başqa nasazlıqlar yarandıqda vergi orqanlarına dərhal məlumat verməklə, nəzarət-kassa aparatından istifadəni müvəqqəti dayandırmaq və həmin müddətdə nağd pul hesablaşmalarının qeydiyyatının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada aparılmasını təmin etmək vergi ödəyicilərinin əsas vəzifələrindən biri hesab edilir. Nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulması dedikdə nəzarət kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericilikdə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmaların aparılması, alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsi və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsi, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulması başa düşülür. Göstərilən əməllər vergi nəzarətinin təşkili ilə bağlı qaydalara qəsd edir. Əməlin obyektiv cəhətini nağd pul hesablaşmalarının aparılması qaydalarının yuxarıda sadalanan pozuntularında özünü göstərir.Pozuntunun subyekti nağd pul hesablaşmaları aparan fiziki və hüquqi şəxslər, subyektiv cəhəti isə qəsd və ya ehtiyatsızlıq formasında özünü göstərən təqsirdir. Bu cür pozuntulara görə VM-də maliyyə sanksiyalarının tətbiqi nəzərdə tutulmuşdur. Şərh olunan qanunvericiliyin müddəalarının hazırki işin faktiki hallarına tətbiq etdikdə məlum olur ki, vergi orqanı tərəfindən iddiaçı barəsində qəbul edilən qərarın əsasında əhali ilə pul hesablaşmalarının aparılmasını zamanı pozuntuya yol verilməsi səbəbindən çekin təqdim edilməməsi təşkil edir. Əlbətdə nəzərə alınmalıdır ki, bununla bağlı pozuntuya yol verdikdə, qanunvericilik vergi ödəyicisinə maliyyə sanksiyasının tətbiq edilməsini şərtləndirmişdir. Lakin, həmin maliyyə sanksiyasının tətbiq edilməsi üçün vergi ödəyicisinin həqiqətən də, bu pozuntuya yol verdiyi sübut olunmalıdır. İş materiallarında olan sənədləri təhlil etdikdə məlum olur ki, iddiaçıya 5 manat məbləğin nəzarət kassa aparatında çek vurulmaması və verilməməsi təşkil edir ki, bu halın mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Belə ki, “alıcı” qismində çıxış edən şəxsin şəxsi məlumatlarının əldə edilməsi və müvafiq qaydada məhkəmə iclasına şahid kimi dəvət olunması üçün “Əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” tərtib olunmuş akta baxış keçirilmiş lakin vergi orqanı əməkdaşları tərəfindən hər hansı bir malın alınması barədə sübutları əldə etmək mümkün olmamışdır. Nəticədə vergi orqanının aktında qeyd olunan hallar sübuta yetirilməməsi aktın mötəbərliyini şübhə altına almağa əsas verir. İnzibati prosessual qanunvericiliyə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi cavabdehin üzərində olduğu halda, cavabdeh iddiaçı müəssisəyə maliyyə sanksiyası tətbiq etdiyi zamanı obyektiv həqiqəti əks etdirən halların nəzərə alındığını sübuta yetirməmiş, bununla da qanunsuz inzibati akt qəbul etmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan 5 manat məbləğində alış-veriş edilməsinə baxmayaraq NKA çekinin müştəriyə təqdim edilmədiyini və ödənilmiş məbləğin NKA-ya mədaxil edilmədiyini göstərsə də, həmin akt onun tərtibində yalnız iştirak edən vergi müfəttişləri tərəfindən təsdiq olunmuşdur. Halbuki, vergi qanunvericiliyinin tələbinə görə bu cür yoxlama həyata keçirilərkən vergi müfəttişlərindən başqa müşahidəçinin də iştirakı təmin olunmalı idi ki, bu qaydaya da riayət olunmamışdır. Eləcə də, iddiaçı tərəfindən inzibati aktın tərtibi zamanı inzibati orqanının nümayəndələrinin hərəkətlərinin (icraatlarının) video görüntülərini özündə əks etdirin 1 ədəd “DVD-R” diski əlavə edilmişdir. Məhkəmə həmin diskə baxış keçirilən zaman inzibati orqanının əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinin kobud surətdə pozulduğu müəyyən edilir. Belə ki, əks olunmuş videoya əsasən aktı tərtib edən mütəxəssislər tərəfindən vergi ödəyicisinə qarşı qərəzli mövqe nümayiş etdirildiyi, hərəkətlərinin tərtib edilən akta uyğun olmadığı və heç bir malın (məhsulun) alınmadığı müəyyən edilir. Bununla bağlı olaraq həmçinin qeyd edilməlidir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, maliyyə sanksiyasının tətbiq edilməsi üçün vergi ödəyicisinin həqiqətən də, bu pozuntuya yol verdiyi sübut olunmalıdır. Sübutlarla bağlı mülahizələr formal xarakter daşımamalı, obyektiv həqiqəti əks etdirən hallar dəlillərlə sübuta yetirilməli, yoxlamalar zamanı başqa müşahidəçinin də iştirakı təmin olunmalıdır. (Bax: Ali Məhkəmənin 2-1(102)-1079/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı) Məhkəmə mübahisənin ədalətli həlli baxımından sübutetmə yükünün cavabdehdə olduğunu bildirir və bunu inzibati orqanın fəaliyyətini tənzimləyən qanunvericiliyin müddəaları ilə təsvir edir. Azərbaycan Respublikasının “İnzibati icraat haqqında” Qanunu: - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. - 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. - 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Qeyd olunmalıdır ki, vergi orqanı inzibati orqan kimi inzibati icraat apararkən “İnzibati icraat haqqında” Qanunun müddəalarını nəzərə almalıdır. Belə ki, inzibati orqan kimi vergi orqanı inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur, maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz, işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir və təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati prosessual qanunvericiliyə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Göründüyü kimi, faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi cavabdehin üzərində olduğu halda, cavabdeh iddiaçı müəssisəyə maliyyə sanksiyası tətbiq etdiyi zamanı obyektiv həqiqəti əks etdirdirən halların nəzərə alındığını sübuta yetirməmiş, bununla da qanunsuz inzibati akt qəbul etmişdir. İPM-nin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Göstərilənlərə əsasən, məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, iddia tələbi təmin edilməli, “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2023-cü il tarixli **********175 nömrəli qərarın ləğv edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68- ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2023-cü il tarixli **********175 nömrəli qərarın ləğv edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-2368/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2368/2024
26.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver