Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-237/2025 31.01.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz əmlakın Dövət Kadastrı və Reyestri X25n 8 saylı Cəlilabad ərazi idarəsinə qarşı “Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997ci il tarixli, 08 saylı qərarının X12 aid olan hissədə ləğv edilməsi, X10 adının dövlət aktından çıxarılmaqla X11 adının əvəz edilməsi, X13, X4, İddiaçı və X14 Cəlilabad rayon X9 29 avqust 1997-cı il tarixli, 08 saylı qərarı ilə ‘Torpağa mülkiyyət hüququna dair dövlət aktı“na dair JN 0044, kod 80615018 nömrəli sənədə əsasən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 1,23 hektar torpaq sahəsinə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dаir iddiаsı üzrə işə, Şirvan şəhərində, Şirvаn İnzibаti Məhkəməsinin binаsındа açıq məhkəmə iclasında baxaraq, Məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 08 saylı qərarının X12 aid olan hissədə ləğv edilməsi, X10 adının dövlət aktından çıxarılmaqla X11 adının əvəz edilməsi, X13, X4, İddiaçı və X14 Cəlilabad rayon X9 29 avqust 1997-cı il tarixli, 08 saylı qərarı ilə “Torpağa mülkiyyət hüququna dair dövlət aktı“na dair JN 0044, kod 80615018 nömrəli sənədə əsasən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 1,23 hektar torpaq sahəsinə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəmə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı, X13, X4 və X12 Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 29 avqust 1997-ci il tarixli, 08 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 1,23 hektar torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin onlara verilməsinə dair JN 0044, kod 80615018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı“ verilmişdir. Adları qeyd edilən şəxslərdən X13 onun anası, X4 bacısı, X17 isə səhvən yazılmışdır. X21 2016-ci ildə vəfat etmişdir.Belə ki, adı qeyd edilən dövlət aktı verilərkən həyat yoldaşı xx.xx.1976-cı il təvəllüdlü X11 adı texniki səhv olaraq qeyd edilməmişdir. Texniki səhv ucbatından həyat yoldaşı X11 adının əvəzinə səhvən X5 yazılması Cəlilabad rayonu, Ləkin kənd icra nümayəndəliyinin arayışı ilə də təsdiq edilir. Halbuki, 1997-ci ildə aparılan torpaq islahatı zamanı həyat yoldaşı Sarıgül Ağayeva onun ailə üzvü olmuşdur. Çünki onlar 26 mart 1997-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. X22 ilə birgə təsərrüfatları olmamışdır.Belə ki, o torpağın mülkiyyətinə dair dövlət aktından “X10 adının çıxarılması, qeyd edilən dövlət aktında həyat yoldaşı X11 adının daxil edilməklə qeyd edilən torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınmasından ötrü çıxarışın verilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X25 8 saylı Cəlilabad Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir və oradan ona bildirilmişdir ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli, 11 saylı qərarı ilə Ləkin kəndində aparılmış Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 08 saylı qərarı ləğv edilmişdir. Sonradan Ləkin kəndində aparılmış Aqrar islahatı nəticəsində X15 və ailə üzvlərinə pay torpaq sahəsi ayrılmamışdır. Ləkin kəndində sonradan aparılmış aqrar islahata dair adlı siyahıda və kompleks yerqurluşu layihəsində X15 və ailə üzvlərinin adı mövcud deyildir. Bununla bağlı məhkəməyə müraciət edilməlidir.Halbuki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli, 11 saylı qərarı ilə Ləkin kəndində aparılmış Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 08 saylı qərarının ləğv edilməsi barədə onların heç bir məlumatları olmamışdır. Bu barədə onlara qabaqcadan məlumat verilməli olduğu halda verilməmişdir. Nəticə etibarı ilə vətəndaş olaraq bu onun günahı deyildir və bu məsuliyyət həmin qrumun öz üzərinə düşür. Həmin torpaq sahəsinə görə ona hər il dövlət tərəfindən subsidiyalar ayrılır və ona bu barədə fermer kartı da verilmişdir. Bu fakt özü də həmin torpağa onun sahiblik hüququnu təsdiq edir.Göründüyü kimi JN 0044, kod 80615018 nömrəli 'Torpağa mülkiyyət hüququna dair dövlət aktı" üzrə Cəlilabad rayon X9 29 avqust 1997-cı il tarixli, 08 saylı qərarının X12 aid olan hissədə ləğv edilməsi və X10 adının JN 0044, kod 80615018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktından çıxarılması üçün əsaslar mövcuddur və onun adı həmin hissədə ləğv edilməklə adı dövlət aktından çıxarılamlıdır. Qeyd edilən hal mülkiyyətçi kimi onun mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxarmışdır, torpaq sahəsinə mülkiyyət hüququnu tanıtdıra bilmir. Ona görə də məcbur olaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş iddia ərizəsinə etirazda göstərilmişdir ki, İddiaçı ərizəsinə 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən 30 mart 2022ci il tarixdə **********41 saylı məktubla bildirilmişdir ki, ləğv olunmuş DTXK-si tərəfindən verilmiş JN-44 nömrəli dövlət aktı sənədi verən aidiyyəti qurum tərəfindən ləğv olunmuşdur və elektron məlumat bazasında öz əksini tapmamışdır.“Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” na, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 aprel tarixli 250S nömrəli Sərəncamı ilə “ Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin mərhələrlə təmin olunmasına dair Tədbirlər Planı”na uyğun olaraq yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra yenidən müraciətə baxılacağı qeyd edilmişdir. Həmin səbəbdən “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası qanununun 15-ci maddəsini rəhbər tutub həmin fərdi yaşayış evinə reyestrdən çıxarış və texniki pasport verilməsindən imtina edilir.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdın İmasını (yüklənməsini) onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 48.2-ci maddəsini rəhbər tutaraq İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X25nin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixli, xx.xx.2025-ci il tarixli məktublarla iddiaçıya hüquqi yardımlar edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək və hüquqi yardım məktubları üzrə bildirmişdir ki, JN 0044, kod 80615018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktın ilə İddiaçı, X13, X4 və X12 Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 29 avqust 1997-ci il tarixli, 08 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 1,23 hektar torpaq sahəsi verilmişdir. Sonradan Cəlilabad rayon Aqrar İslahat Komissiyası tərəfindən ona dövlət aktının ləğv olunması və onların adlarının yenidən siyahıya alınması barədə məlumat verdilər, bir müddət sonra Reyestr Xidməti yaradılmışdır, o dəfələrlə bütün orqanlara yazmış və adlarının siyahıya alınması barədə qərar qəbul edilməsini xahiş etmişdir, lakin ona gözləməsi, yaşadıqları kənddə islahatların aparılacağı və digər məlumatlar verilmiş, bu günə kimi heç bir tədbir görülməmişdir, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasına İddiaçı gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsindən inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli № 5 nömrəli Qərarının 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Həmin Qərarın 1.3-cü bəndində qeyd edilir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 1.4-cü bəndində qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Göründüyü kimi iddianın mahiyyəti üzrə baxılması üçün iddianın mümkün olması vacib şərtdir. İddianın mümkünlük məsələsi yoxlanılarkən diqqət yetirilməli vacib məsələrdən bir də iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İş materiallarında olan JN 0044, kod 80615018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, İddiaçı, X13, X4 və X12 Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 29 avqust 1997-ci il tarixli, 08 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 1,23 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan Daşınmaz əmlakın Dövət Kadastrı və Reyestri X25n 8 saylı Cəlilabad ərazi idarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********43 nömrəli məktubda göstərilmişdir ki, şikayət ərizəsində adı qeyd edilən X15 və ailə üzvlərinə Cəlilabad Rayon Aqrar İslahat Komissiyyasının xx.xx.1997-ci il tarixli 08 nömrəli qərarı ilə 1.23 ha pay torpaq sahəsi (JN-0044) verilmişdir. Cəlilabad Rayon Aqrar İslahat Komissiyyasının xx.xx.2002-ci il tarixli 11 saylı qərarı ilə Ləkin kəndində aparılmış Cəlilabad Rayon Aqrar İslahat Komissiyyasının 08 qərarı ləğv edilmişdir. Sonradan Ləkin kəndində aparılmış aqrar islahat nəticəsində X15 və ailə üzvlərinə pay torpaq sahəsi ayrılmamışdır. Ləkin kəndində sonradan aparılmış aqrar isiahata dair adlı siyahıda və kompleks yerquruluşu layihəsində X15 və ailə üzvlərinin adı mövcud deyildir.Ləkin kəndində TEKUİS proqramı çərçivəsində podratçı şirkət tərəfindən aparılmış işlərin nəticəsi olan layihədə X15 və ailə üzvlərinə pay torpaq sahəsi işlənməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X25nin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********83 nömrəli məktubda göstərilmişdir ki, X7 və ailə üzvlərinə Cəlilabad Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-cı ıl tarixli 08 nömrəli qərarı ilə 1,23 ha pay torpaq sahəsi verilmişdir. Sonradan Cəlilabad Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli 11 saylı qərarı ilə Ləkin kəndində təkrarən torpaq islahatı aparılmış və Cəlilabad Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 08 nömrəli qərarı ləğv edilmişdir. Ləkin kəndində aparılmış aqrar islahat nəticəsində X15 və ailə üzvlərinə pay torpaq sahəsi ayrılmamışdır. Ləkin kəndində sonradan aparılmış aqrar islahata dair tərtib olunmuş adlı siyahıda X6 və ailə üzvlərinin adı qeyd olunmamış və bu səbəbdən də onlara torpaq payı verilməmişdir. Fiziki və hüquqi şəxslərin “Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş müddət ərzində yerli aqrar islahatı komissiyasının qərarından rayon aqrar islahat komissiyasına **********83 Azərbaycan Respublikası Dövlət Aqrar İslahatı Komissiyasına və məhkəməyə şikayət etmək hüquqları olmuşdur. Hazırda torpaq islahatını aparan komissiyalar (rayon və yerli aqrar islahat komissiyaları) və Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası ləğv edildiyindən torpaq islahatının nəticələrindən narazı olduğunuz təqdirdə qanunvericiliklə müəyyən edilmiş qaydada aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ vardır. Eyni məzmunlu müraciətə 15 iyul 2022-ci il tarixli, **********62 nömrəli məktubla cavab verilmişdir. İş materiallarında olan Cəlilabad rayon İcra hakimiyyəti Başçısının Aparatının xx.xx.2023-cü il tarixli 5-41/2-614/2-2023 nömrəli məktubu ilə məhkəməyə ünvanlanmış Cəlilabad rayon aqrar islahat komissiyasının 23 oktyabr 2002-ci il tarixli, 11 nömrəli iclas protokolunun arxiv surətindən görünür ki, keçmiş S.Vurğun adına sovxoza aid baş sxemdəki 55 №-li konturda yerləşən 16,60 ha torpaq sahəsi az yararlı olduğu üçün bölgüdən çıxarılması qərara alınmışdır. İş materiallarında olan Cəlilabad rayon İcra hakimiyyətinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli 11 nömrəli və xx.xx.1997-ci il tarixli 08 nömrəli Qərarlarından çıxarışların təsdiq olunmuş surəti təqdim edilmişdir. İş materiallarında olan Daşınmaz əmlakın Dövət Kadastrı və Reyestri X25n 8 saylı Cəlilabad ərazi idarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2- 1903/2023 nömrəli məktubda göstərilmişdir ki, Cəlilabad Rayon AİK-nın xx.xx.2002-ci il tarixli, 11 saylı qərarına əsasən Ləkin kəndinə dair tərtib olunmuş dövlət aktları ləğv edilmişdir və yenidən aparılan islahatda İddiaçı və ailə üzvlərinə pay torpağı ayrılmamışdır. İş materiallarında olan Daşınmaz əmlakın Dövət Kadastrı və Reyestri X25n 8 saylı Cəlilabad ərazi idarəsinin ünvanladığı xx.xx.2024-cü il tarixli məktubda göstərilmişdir ki, işin dəqiq və hərtərəfli araşdırılması məqsədilə Mərkəzin arxivində saxlanılan Cəlilabad rayonu, Ləkin kəndi üzrə pay torpaq sahəsinə dair subyektlərin siyahılarından (ilkin və düzəliş) X15 və onun ailə üzvlərinin adları qeyd edilmiş hissədən, eləcə də Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli 11 nömrəli və xx.xx.1997-ci il tarixli 08 nömrəli Qərarlarından çıxarışların təsdiq olunmuş surəti təqdim edilmişdir. Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli 11 nömrəli protokoluna əsasən, Ləkin kəndi:- Korrektirovka edilmiş yeni Baş sxem təsaiq edilsin; -Əkinə yararsız torpaq sahələri bölgüdən çıxarılsın ( kontur №-10,12,13" və s.); -Kənd altına düşən sahələr bölgüdən çıxarılsın (əvvəlki Baş sxemdə kontur №- 37,38,36,33,34,29,3h); - KPİ üçün nəzərdə tutulan sahənin 1,40 hektarı yaşayış evləri və həyətyanı sahələr altında olduğu üçün yeri dəyişdirilərək kəndin şimal hissəsində yerləşdirilsin; - İslahat zamanı yaddan çıxan 34 nəfər və əlavə olaraq 4 ailə (siyahıları əlavə olunur) torpaq payı almaq hüququ olan subyektlərin siyahısına daxil edilsin; - İlkin tərtib olunmuş subyektlər siyyahısında zəbt torpaqları dəqiq yazılmadığından vətəndaşların həyətyanı sahələəri üçün şı lətnamclər hazırlanması məqsədilə «Dövyerqurlayihə» İnstitutu tərəfindən aparılmış ölçü sənədləri əsas götürülsün (siyahı əlavə olunur); - BEF torpaqları Baş sxemdə göstərilən bölgüyə gedəcək sahələr və subyektlər yazılan zəbt torpaqları dəqiqləşdirilərək,cəmi xüsusi mülkiyyətə veriləcək sahələr miiəyyənləşdirildikdən sonra 5% ötmomok şərtilo xəritədə göstərilən BEF konturundakı sərhədd xəttinə paralel artırılsın; - Siyahı üzrə qruplaşma aparılsın; - Torpaq bölgüsü yeni tərtib edilmiş siyahı üzrə aşağıdakı kontur ardıcıllığı osas götürülməklə aparılsın (kontur №-1,2,5,3,4,4", 7,9,11,14,13,16,17 və 19). İş materiallarında olan Lerik rayon Dövlət Arxivinin 20 iyun 2023-cü il tarixli 3-48- 32/2-98/2023 nömrəli məktubunda göstərilmişdir ki, 26 aprel 2023-cü il tarixli iş 2-1(120)- 2374/2023 saylı məktubda İddiaçı iddia tələbi ilə əlaqədar Lerik Rayon Dövlət Arxivinin 24 iyun 2022-ci il tarixli 2-48 saylı məktubunun verilməsinə əsas olan sənədlərin təsdiq edilmiş surətləri göndərilir. Məktubda qeyd edilən Lerik rayon XDS İK-nin 9 saylı qərarına əsasən İddiaçı 0.10 ha torpaq sahəsi ayrılması barədə 05 noyabr 1992-ci il aktı və İddiaçı 0.10 ha həyətyanı torpaq sahəsi ayrılması barədə M.Eyvazov adına damazlıq sovxozunun 26 dekabr 1992-ci il tarixli 50 saylı əmri Lerik rayon Dövlət Arxivində aşkar edilmədi. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X25 Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2-1903/2023 nömrəli məktubda göstərilmişdir ki, 2-1(120)-575/2024 nömrəli inzibati iş ilə əlaqədar zəruri sənədlərin təsdiq edilmiş surətinin verilməsi barədə "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X25nə daxil olmuş məktuba "Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətində aidiyyəti üzrə baxılmışdır. İşin dəqiq və hərtərəfli araşdırılması üçün Mərkəzin arxivində saxlanılan Cəlilabad rayonu, Ləkin kəndi üzrə pay torpaq sahəsinə dair subyektlərin siyahılarından (ilkin və düzəliş) X15 və onun ailə üzvlərinin adları qeyd edilmiş hissədən, eləcə də Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli 11 nömrəli və xx.xx.1997-ci il tarixli 08 nömrəli Qərarlarından çıxarışların təsdiq olunmuş surəti təqdim edilir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-2273/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizası təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 may 2024-cü il tarixli 3-16-16/2-10/3277 nömrəli məktubu ilə 07 may 2024cü il tarixli 3-16-16/2-10/3277 №-li ekspert rəyi məhkəməyə ünvanlanmışdır. Həmin ekspert rəyinin nəticə hissəsi aşağıdakı kimi göstərilmişdir:. Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 08 nömrəli qərarı ilə X8, X1, İddiaçı Əlihüsyn oğluna, X2 təsərrüfatı məhsulları istehsalı üçün ayrılmış 1,23 ha torpaq sahəsinin Cəlilabad rayon Aqrar İslahat Komissiyasının sonuncu qərarına görə baza məlumatı olan adlı siyahıda, Cəlilabad rayonu Ləkin kəndi “Varlı həyat” təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsində, həm də Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materiallarında öz əksini tapmadığından onun yerini müəyyən etmək mümkün olmadı. İddiaçı iddia etdiyi ərazi kimi plana alınmış 0,6071 hektaradək bələdiyyə mülkiyyətində olan həyətyanı təyinatlı torpaq sahəsinin naturada yerləşmə vəziyyəti, ölçüləri və döngə nöqtələrinin koordinatları müəyyən edilərək rəyə əlavə olunmuş yerquruluşu planlarında öz əksini tapmışdır. Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 08 nömrəli qərarı ilə X8, X1, İddiaçı Əlihüsyn oğluna, X2 təsərrüfatı məhsulları istehsalı üçün ayrılmış 1,23 ha torpaq sahəsinin Cəlilabad rayon Aqrar İslahat Komissiyasının sonuncu qərarına görə baza məlumatı olan adlı siyahıda, Cəlilabad rayonu Ləkin kəndi “Varlı həyat” təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsində, həm də Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materiallarında öz əksini tapmadığından 1997-ci illərdə hüquqi statusu, hüquqi rejimi və digər aidiyyati suallar cavablandırılmadı. Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına görə İddiaçı iddia etdiyi ərazi kimi plana alınmış 0,06071 hektaradək bələdiyyə mülkiyyətində olan həyətyanı təyinatlı, kateqoriyası- yaşayış məntəqələrinin torpaqları, uqodiyası-tikinti altında olan torpaqlar, əmlak növünün isə torpaq sahəsi olduğu müəyyən edilmişdir.Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 08 nömrəli qərarı ilə X8, X1, İddiaçı Əlihüsyn oğluna, X2 təsərrüfatı məhsulları istehsalı üçün ayrılmış 1,23 ha torpaq sahəsinin Cəlilabad rayon Aqrar İslahat Komissiyasının sonuncu qərarına görə baza məlumatı olan adlı siyahıda, Cəlilabad rayonu Ləkin kəndi “Varlı həyat” təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsində, həm də Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materiallarında öz əksini tapmadığından onun sənəd üzrə yerini təyin etmək, iddia etdiyi torpaq sahəsi ilə uyğunsuzluğu müqayisələndirmək mümkün olmadı.Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 08 nömrəli qərarı ilə X8, X1, İddiaçı Əlihüsyn oğluna, X2 təsərrüfatı məhsulları istehsalı üçün ayrılmış 1,23 ha torpaq sahəsinin Cəlilabad rayon Aqrar İslahat Komissiyasının sonuncu qərarına görə baza məlumatı olan adlı siyahıda, Cəlilabad rayonu Ləkin kəndi “Varlı həyat” təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsində, həm də Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materiallarında öz əksini tapmadığından onun sənəd üzrə yerini müəyyənləşdirmək, faktiki kimin istifadəsində olduğunu, təyinatı üzrə istifadə edilibedilmədiyini müəyyən etmək mümkün olmadı.Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 08 nömrəli qərarı ilə X8, X1, İddiaçı Əlihüsyn oğluna, X2 təsərrüfatı məhsulları istehsalı üçün ayrılmış 1,23 ha torpaq sahəsinin Cəlilabad rayon Aqrar İslahat Komissiyasının sonuncu qərarına görə baza məlumatı olan adlı siyahıda, Cəlilabad rayonu Ləkin kəndi “Varlı həyat” təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsində, həm də Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materiallarında öz əksini tapmadığından onun koordinatlarının üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək, müqayisələndirmək mümkün olmadı. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49-cu maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Həmin Məcəllənin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Yuxarıda qeyd edilən hüquq normalarının tələbindən göründüyü kimi iddiaçının hazırkı iddia üzrə subyektiv hüququnun olması üçün vacib şərtlərdən biri iddiaçı tərəfindən iddia edilən torpaq sahəsinin qanunla müəyyən edilmiş hüquqmüəyyənedici sənədlər əsasında ona məxsus olmasıdır. Hazırkı işdə JN 0044, kod 80615018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli 11 nömrəli protokoluna əsasən ləğv edilmişdir, iddiaçı Cəlilabad rayonu, Ləkin kəndində yerləşən 1.23 ha kənd təsərrfatı məhsulları istehsalı məqsədi ilə ayrılmış torpaq sahəsinin ona məxsus olmasına dair sübutlar təqdim etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, baxılan mübahisəyə münasibətdə iddiaçının mübahisəli torpaq sahəsinə dair subyektiv hüququnun mövcudluğu iş üzrə materiallarla təsdiq olunmur. Bununla əlaqədar nəzərə almaq lazımdır ki, iddiaçının subyektiv hüququnun olmaması, qeyd edilən torpaq sahəsinə dair qərarın qəbulunu cavabdehdən tələb etmək imkanını istisna edir. Başqa sözlə, iddiaçının hüquqmüəyyənedici sənəd olmadan torpaq sahəsindən istifadə faktına istinad etməsi onun həmin torpaq sahəsi ilə bağlı tələb hüququnun mövcud olması və cavabdehin ona münasibətdə iddia olunan məzmunda öhdəlik daşıması kimi qəbul edilə bilməz. Məhkəmə qeyd edir ki, hər hansı bir subyektiv hüququn mövcudluğu mütləq normativ hüquqi aktlara əsaslanmalıdır. Subyektiv hüquq konstitusiyadan, digər ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gələ bilər. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Məhkəmə hazırkı iddianın mümkünlük şərtlərini yoxlayarkən müəyyən etmişdir ki, iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ yoxdur. Bundan başqa məhkəmə hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının iddiası mübahisələndirmə haqqında iddia növünə aiddir. Məhkəmə qeyd edir ki, iddianın ümumi mümkünlük şərtləri ilə yanaşı bəzi iddia növləri üzrə xüsusi mümkünlük şərtləri mövcuddur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. “Aqrar islahatın əsasları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən islahat torpaqların dövlət və bələdiyyə mülkiyyətinə ayrılmasını, müəyyən edilmiş normalar əsasında torpaqların xüsusi mülkiyyətə əvəzsiz verilməsini, mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərinə təsərrüfat fəaliyyəti üçün bərabər şərait yaradılmasını nəzərdə tutur. Torpaq mülkiyyətçisinin Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq torpağı satmaq, bağışlamaq, dəyişmək, girov qoymaq, icarəyə və vərəsəliyə vermək, əlavə torpaq sahəsi satın almaq hüquqları vardır. Torpaq islahatı zamanı ərazinin təbii-coğrafi şəraiti, əhalinin sıxlığı və kənd təsərrüfatı istehsalında iştirakı, torpaqların keyfiyyəti, torpaqdan istifadənin yerli xüsusiyyətləri nəzərə alınır, torpaqlardan təyinatına görə istifadə olunması və ətraf mühiti mühafizə tələbləri gözlənilir (maddə 5). “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən torpaq islahatının obyekti Azərbaycan Respublikasının vahid torpaq fondudur. Torpaq islahatı zamanı vahid torpaq fondunda: dövlət mülkiyyətində saxlanılan torpaqlar (dövlət torpaqları); bələdiyyə mülkiyyətinə verilən torpaqlar (bələdiyyə torpaqları); xüsusi mülkiyyətə verilən torpaqlar müəyyən edilir (maddə 3). Sovxoz və kolxozlarda daimi işləyən şəxslər; bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və ya kolxozun ərazisində olan şəxslər; sovxoz və kolxozlardan təqaüdə çıxmış və müvafiq rayonun (şəhərin) ərazisində yaşayan şəxslər; sovxozun və ya kolxozun ərazisindən həqiqi müddətli hərbi qulluğa çağırılmış və müvəqqəti qaib olmuş digər şəxslər; bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və ya kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət göstərən təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı istehsalı müəssisələrinin təsisçiləri və əsas iş yeri həmin müəssisələr olan şəxslər sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlərdir. Torpaq payı almaq hüququ olanların siyahısı təsdiq edilənədək özbaşına zəbt etdikləri torpaqları geri qaytarmayan şəxslər həmin siyahıya daxil edilmirlər. Zəbt edilmiş torpaqlar qanunvericiliklə müəyyən edilən qaydada geri qaytarılır (maddə 12). Torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqlarının sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir (maddə 13). Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir (maddə 22). Hüquq münasibətlərinin yarandığı zaman yəni xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş xx.xx.1964-cü il tarixli Azərbaycan SSR Mülki Məcəlləsinə əsasən hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir (maddə 73). İddia müddətinin keçməsindən asılı olmayaraq, pozulmuş hüququn müdafiə edilməsinə dair tələb baxılmaq üçün məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən qəbul edilir (maddə 76). İddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən tətbiq olunur (maddə 76). İddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır. Məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi iddia müddətinin keçməsi səbəbini üzrlü hesab etdikdə, pozulmuş hüquq müdafiə edilməlidir (maddə 82). xx.xx.2012-ci il tarixədək qüvvədə olmuş xx.xx.2000-ci il tarixli Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraata dair 27-ci fəslinin ərizə ilə məhkəməyə müraciət etmək üçün müddəti müəyyən edən 298-ci maddəsinə əsasən şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmçinin məhkəmənin gəldiyi hüquqi nəticə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2019-cu il 3 nömrəli bülletenində (11-ci səhvənin sonuncu abzası) öz əksini tapmış hüquqi mövqe ilə eynidir. Həmin bülletendə qeyd olunmuşdur ki: “İnzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş inzibati aktların ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı ilə bağlı iddialara baxılarkən həmin aktların mübahisələndirilməsi imkanının artıq aradan qalxdığı nəzərə alınmaqla, belə iddialar bir qayda olaraq mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır”. Həmçinin İddiaçı iddia tələbi üzrə X13, X4, və X14 Cəlilabad rayon X9 29 avqust 1997-cı il tarixli, 08 saylı qərarı ilə ‘Torpağa mülkiyyət hüququna dair dövlət aktı“na dair JN 0044, kod 80615018 nömrəli sənədə əsasən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 1,23 hektar torpaq sahəsinə çıxarışın verilməsini xahiş etmişdir, məhkəmə tərəfindən nəzərə çatdırılır ki, İddiaçı məhkəmə iddia ərizəsini öz adından və ya qanunamüvafiq qaydada hüquqi varisi olduğu şəxsin hüquqlarının müdafiəsi ilə bağlı məhmədə iddia qaldırmaq hüququna malikdir. Göründüyü kimi, qanuna əsasən müəyyən növ inzibati iddia onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda mümkün sayılır. Məhkəmə hazırkı iddianın mümkünlük şərtlərini yoxlayarkən müəyyən etmişdir ki, hazırkı iddia mümkün iddia deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü və 35-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçı cavabdeh Daşınmaz əmlakın Dövət Kadastrı və Reyestri X25n 8 saylı Cəlilabad ərazi idarəsinə qarşı “Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 08 saylı qərarının X12 aid olan hissədə ləğv edilməsi, X10 adının dövlət aktından çıxarılmaqla X11 adının əvəz edilməsi, X13, X4, İddiaçı və X14 Cəlilabad rayon X9 29 avqust 1997-cı il tarixli, 08 saylı qərarı ilə ‘Torpağa mülkiyyət hüququna dair dövlət aktı“na dair JN 0044, kod 80615018 nömrəli sənədə əsasən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 1,23 hektar torpaq sahəsinə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Hakim : Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-237/2025
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-237/2025
31.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver