Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-2375/2023 06.04.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinə qarşı «torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində mərhum X2 adına dövlət qeydiyyatına alınması və mərhum X2 adına həmin torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə iş materiallarına 06 aprel 2023cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zərdab rayon bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 13 saylı torpaq sahəsinin satılması barədə qərarına əsasən X3 Zərdab şəhərinin perspektiv inkişaf fonduna aid olan Yeni qəsəbə adlanan sahədən fərdi yaşayış evinin tikintisi üçün dəyəri ödənilməklə satılmış 0,06 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində mərhum X2 adına dövlət qeydiyyatına alınması və mərhum X2 adına həmin torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X6 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Q.Hüseynovun vəfatından sonra onun övladları - xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X7 onun qanun üzrə vərəsələridir. Zərdab Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli, 97 nömrəli sərəncamı ilə Zərdab şəhər sakinləri xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X7 onun qəyyumluğuna verilmişdir. xx.xx.2022-ci il tarixdə müvafıq sənədləri təqdim etməklə və ərizə ilə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinə müraciət edərək, Zərdab rayon Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 13 saylı torpaq sahəsinin satılması barədə qərarına əsasən X3 Zərdab şəhərinin perspektiv inkişaf fonduna aid olan Yeni qəsəbə adlanan sahədən fərdi yaşayış evinin tikintisi üçün dəyəri ödənilməklə satılmış 0.06 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində mərhum X2 adına dövlət qeydiyyatına alınmasını və mərhum X2 adına həmin torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, 27/3525 saylı məktubu ilə daşınmaz əmlakın üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Hüquqların dövlət reyestrini aparan inzibati orqan daşınmaz əmlak üzərində hüquqlarını dövlət qeydiyyatına almaqdan imtina edərkən əsas olaraq göstərmişdir: mərhum X3 məxsus Zərdab şəhərində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasına köməklik göstərilməsi ilə bağlı ərizəyə baxılmışdır. Bildiririk ki, müraciətinizdə qeyd etdiyiniz mərhum X3 məxsus Zərdab şəhərində yerləşən 0.06 lıa həyətyanı torpaq sahəsinin qeydiyyatı ilə bağlı hüquqmüəyyənedici sənədlər araşdırılmışdır. Araşdırma zamanı Zərdab bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 13 nöınrəli protokoldan çıxarış, Zərdab Rayon İcra Hakmiyyəti Memarlıq və Tikinti şöbəsinin xx.xx.2011-ci il tarixli, 30 nömrəli rəyi, ləğv edilıııiş DTXK-nin Zərdab rayon şöbəsinin rəyi və Zərdab bələdiyyəsi və ləğv cdilmiş DTXK-nin Zərdab rayon şöbəsi tərəfindən təsdiq edilmiş yerquruluşu xəritəsindən çıxarış təqdim edilmişdir. Sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, Zərdab bələdiyyəsi torpaq sahəsini “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsiniıı tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilınəsi barədə” Azərbaycan Respublikasının xx.xx.2008-ci il tarixli, 709-İİİQD nömrəli Qaııununa uyğun şəkildə satmamışdır. Belə ki, torpaq sahəsinin alqı-satqısı bələdiyyənin torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydiyyata alınmadan aparılmışdır. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş Torpaqların alqı-satqı Qaydalarına uyğun olaraq torpaqlarııı alqı-satqısına dair akt tərtib edilməmişdir. Torpaqların alqı-satqı Qaydalarına əsasən torpaqların alqısatqılarına dair üç nüsxədən ibarət akt tərtib edilir. Bu səbəbdən müraciətinizin icrası mümkün olmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsi yuxarıda sadalananları və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsini əsas tutaraq, ərizənin icrasından imtina etmişdir. Hesab edir ki, aşağıda sadalananlara görə Zərdab rayon Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 13 saylı torpaq sahəsinin satılması barədə qərarına əsasən X3 Zərdab şəhərinin perspektiv inkişaf fonduna aid olan Yeni qəsəbə adlanan sahədən fərdi yaşayış evinin tikintisi üçün dəyəri ödənilməklə satılmış 0.06 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində mərhum X2 adına dövlət qeydiyyatına alınması və mərhum X2 adına həmin torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsindan inzibati orqanın verdiyi imtina qanunsuz və əsassızdır. Bununla əlaqədar qeyd edir ki, inzibati orqana təqdim edilmiş Zərdab rayon Zərdab Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 13 saylı ümumi iclasınm protokolundan çıxarışdan (qərar) görünür ki, mərhum X9 şəhərinin perspektiv inkişaf fonduna aid olan Yeni qəsəbə adlanan sahədən fərdi yaşayış evinin tikintisi məqsədilə 0,06 ha həyətyanı torpaq sahəsinin satılması, mərhum Qalib Hüseynova satılan torpaq sahəsinin normativ qiymətindən az olmamaq şərtilə torpağın nəzərdə tutulmuş satış qiymətinə görə 600 manat dəyərini Zərdab rayon Zərdab Bələdiyyəsinin bankdakı xüsusi hesabına ödənilməsi qərara alınmışdır. "xxxx" ASC-nin Zərdab filialının verdiyi xx.xx.2011-ci il tarixli qəbzdən görünür ki, X1 bələdiyyəsinin hesabına 600 manat məbləğində ödəniş etməklə, müvafiq torpaq sahəsi üçün müəyyən edilmiş və onun üzərinə qoyulmuş öhdəliyi yerinə yetirmişdir. Bundan başqa inzibati orqana təqdim edilmiş Azərbaycan Respııblikası Dövlət Xəritəçəkmə Komitəsinin Zərdab Rayon Şöbəsi tərəfındən “Zərdab şəhər sakini X3 fərdi nıənzil tikiııtisi üçün şəlıərin perspektiv inkişafı məqsədilə ayrılmış ərazidəıı 600 kv.m torpaq sahəsinin satılması barədə” rəyindən göründüyü kimi Zərdab şəhər sakini X3 fərdi mənzil tikintisi iiçün şəhərin perspektiv inkişafı məqsədilə ayrılmış ərazidən 600 kv.m torpaq sahəsinin satılmasının “Bələdiyyə torpaqlannın torpaq hərracları və müsabiqələri vasitəsilə tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasınm xx.xx.2008-ci il tarixli “Bələdiyyə torpaqlarının ayrılmasma dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının xx.xx.2002-ci il tarixli qanunlarına uyğun olduğu və bu məqsədlə fərdi mənzil tikintisi üçün Zərdab şəhər sakini X3 600 kv.m torpaq sahəsinin satılmasına etiraz edilmədiyi göstərilmişdir. Bundan başqa, inzibati orqana təqdim edilmiş Zərdab Rayon İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsi tərəfındən “Zərdab şəhər sakini X4 fərdi mənzil tikintisi üçün şəlıərin perspektiv inkişafı məqsədilə ayrılmış ərazidən 600 kv.m torpaq sahəsinin salılması barədə” xx.xx.2011-ci il tarixli, 30 nömrəli rəyindən göründüyü kimi Zərdab şəhər sakini X3 fərdi mənzil tikintisi üçün şəhərin perspektiv inkişafı məqsədilə ayrılmış ərazisindən 600 kv.m torpaq sahəsinin satılmasının “Bələdiyyə torpaqlarının torpaq hərracları və müsabiqələri vasitəsilə tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının xx.xx.2008-ci il tarixli “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının xx.xx.2002-ci il tarixli qanunlarına uyğun olduğu və bu məqsədlə fərdi mənzil tikintisi üçün Zərdab şəhər sakini X3 600 kv.m torpaq sahəsinin satılmasına etiraz edilmədiyi göstərilmişdir. Həmçinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zərdab Rayon Şöbəsi tərəfındən həmin torpaq sahəsinə dair torpaq sahəsinin planı tərtib edilmiş, həmin plan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zərdab Rayon Şöbəsi, Zərdab Bələdiyyəsi və Azərbaycan Respublikası Zərdab Rayon İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsi tərəfındən təsdiq edilmişdir. Sadalananlardan göründüyü kimi, mərhum Q.Hüseynov üzərinə düşən öhdəliyi - bələdiyyə qərarında müəyyən edilmiş məbləği öncədən bələdiyyənin "xxxx" ASC-nin Zərdab fılialında olan xüsusi hesabına köçürmüş və eyni zamanda ərizə ilə Zərdab bələdiyyəsinə müraciət edərək, ona fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılmasını xahiş etmişdir, Zərdab bələdiyyəsi də öz növbəsində vətəndaşa göstərilən məqsədlə 0,06 ha torpaq sahəsinin ayrılması barədə qərar qəbul etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə görə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Sənədlərdən göründüyü kirni Zərdab bələdiyyəsinin müvafıq aktı - Zərdab rayon Zərdab Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 13 saylı ümumi iclasının protokolu (qərar) başqa şəxslər tərəfındən, həmçinin DƏDRX-nin özü tərəfındən mübahisələndirilməmişdir. Belə olduğu halda həmin akt - qərar özü hüquqi qüvvəsini saxlamaqdadır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı və 8.0.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfındən müvafıq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasınm (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Göründüyü kimi qanunverici daşınmaz əmlak üzərində hüququn dövlət qeydiyyatına alınması üçün hazırki halda vətəndaşın üzərinə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin -Zərdab rayon Zərdab Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 13 saylı ümumi iclasmın protokolunun (qərar) təqdim edilməsi öhdəliyini qoymuşdur. Həmin sənəd də inzibati orqana təqdim edilmişdir. Buna baxmayaraq, sözügedən inzibati orqan daşınmaz əmlak üzərində hüququn dövlət qeydiyyatına alınmasından imtina etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi imtina verilməli halların konkret dairəsini müəyyən etmişdir. Belə ki, həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırki halda imtinanın verilməsi qanunsuz və əsassızdır, çünki müvafıq inzibati orqana təqdim edilmiş sənədlər, o cümlədən Zərdab rayon Zərdab Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 13 saylı ümumi iclasının protokolundan çıxarış (qərar) daşınmaz əmlak üzərində mərhum Q.Hüseynovun hüquqlarının dövlət qeydiyyatına alınması üçün əsas – “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.1-ci maddəsi ilə müəyyən edilən qanunla müəyyən edilmiş qaydada bələdiyyə orqanları tərəfındən müvafıq olaraq bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul olunmuş akt mövcuddur. Üstəlik həmin aktın verilməsindən sonra müvafıq inzibati orqanın rəyi də əldə edilmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. İşin hazırlıq icraatı üzrə məhkəmə iclası təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçı ərizə ünvanlayaraq, işin ərazi aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iş baxılması üçün aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə görə daşınmaz əmlak – üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri (sututarlar) və torpaqla möhkəm bağlı olub təyinatına tənasübsüz (hədsiz) zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan bütün əşyalar, o cümlədən binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələrdir. İPM-in 8.1.1-ci maddəsinin tələblərinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati-iqtisadi məhkəmələrin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə- Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi və inzibati məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir ki, həmin qərara əsasən Zərdab rayonu Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aiddir. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, hazırkı inzibati mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədardır və həmin əmlak Zərdab rayonu ərazisində yerləşir. Belə olan halda məhkəmənin mövqeyinə görə hazırkı işə daşınmaz əmlakın olduğu yer üzrə müvafiq inzibati məhkəmədə, yəni Şəki İnzibati Məhkəməsində baxılmalıdır. İPM-in 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş baxılması üçün aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilməlidir. İPM-in 8.5-ci maddəsinə görə bu Məcəllənin 8.2-8.4-cü maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 8-ci və 23.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinə qarşı «torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində mərhum X2 adına dövlət qeydiyyatına alınması və mərhum X2 adına həmin torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə iddia tələbinə dair iş baxılması üçün aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-2375/2023
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-2375/2023
06.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver