Məhkəmə qərarları › İş №2-1(120)-2376/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2376/2024

29.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2376/2024 29.10.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hаkim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “xx.xx.2011-xx.xx.2014-cü il tarixləri arasındakı ödənilməmiş əmək haqqı məbləğinin cavabdehdən alınaraq ona ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı “xx.xx.2011-xx.xx.2014-cü il tarixləri arasındakı ödənilməmiş əmək haqqı məbləğinin cavabdehdən alınaraq ona ödənilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Cavabdeh Başçısının Çöhranlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “xx.xx.2011xx.xx.2014-cü il tarixləri arasındaki ödənilməmiş əmək haqqı məbləğinin cavabdehdən alınaraq ona ödənilməsi” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2004-cü ilin may ayından 2010cu ilin may ayına kimi Cavabdeh Başçısının Çöhranlı kənd ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləmişdir. Cavabdeh Başçısının 28 dekabr 2010-cu il tarixli, 173 nömrəli sərəncamı ilə qanunsuz olaraq işdən azad olunmuşdur. Şikayəti əsasında Şirvan Apellyasiya Məhkəməsinin 18 iyun 2013-cü il tarixli 2(106)-445/2013 saylı qətnaməsi ilə Cavabdeh Başçısının 28 dekabr 2010-cu il tarixli, 173 nömrəli sərəncamı ləğv edilmiş və o, öz əvvəlki, Kürdəmir RİHB-nın Çöhranlı kənd ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsinə bərpa olunmuşdur. Cavabdeh məhkəmə qətnaməsindən verdiyi Kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 dekabr 2013-cü il tarixli 2( 102)-4288/2013 saylı qərarı ilə təmin edilməmiş və Şirvan Apellyasiya Məhkəməsinin 18 iyun 2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra məhkəmə qərarları əsasında Kürdəmir RİHB-nin 14 mart 2014-cü il tarixli, 68 nömrəli sərəncamı ilə Əmək Məcəlləsinin 301.1-ci maddəsinə əsasən, yenidən qanunsuz azad olunduğu vəzifəyə təyin olunmuş və xx.xx.2022-ci ilə kimi həmin vəzifədə işləmişdir. Yaş həddi ilə əlaqədar həmin tarixdən işdən azad olunmuşdur. Bundan sonra ona təyin olunmuş pensiyanın dövlət qulluqçusunun əmək pensiyasına keçirilməsi ilə əlaqədar mübahisə yarandığı üçün cavabdeh qismində DSMF-nin Xüsusi şərtlərlə təyinatı üzrə Mərkəzi Filiala qarşı Şirvan İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-672/2023 saylı qərarı ilə iddiası təmin edilmiş, ona xx.xx.2004-cü il tarixdən xx.xx.2022-ci il tarixədək Kürdəmir RİH Başçısının Çöhranlı kənd ərazi dairəsi üzrə nümayəndəliyində işlədiyi illəri (sosial sığorta stajı) nəzərə alınmaqla hüququnun yarandığı, yəni xx.xx.2022-ci il tarixdən dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin (xx.xx.2019-cu il tarixdən yaşa görə aldığı əmək pensiyası məbləği nəzərə alınaraq hesablanıb çıxılmaqla) ödənilməsinin DSMF-nin Xüsusi şərtlərlə təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Məlum qərardan cavabdeh tərəfindən verilmiş X3 Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1 (106)-319/2023 saylı qərarı ilə təmin edilməmiş və Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-672/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Məlumat üçün bildirir ki, o, məlum Məhkəmə qətnaməsi ilə işə bərpa olunarkən, məcburi iş buraxma müddəti üzrə xx.xx.2010xx.xx.2014-cü il tarixləri arasındakı dövr üçün Kürdəmir RİH-nin mühasibatlığnın səhvi üzündən əmək haqqının hesablanaraq ona ödənilməsi təmin edilməmişdir. Onun işə bərpa edilməyi barədə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 iyun 2013-cü il tarixli 2(106)-445/2013 saylı qətnaməsində məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi göstərilməsə də bu, Qanunun, yəni Əmək Məcəlləsinin tələbidir. Yəni əgər işçi işə bərpa edilirsə, Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən ona məcburi iş buraxma dövrü üçün əmək haqqı da ödənilməlidir. Bu hal Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(106)- 319/2023 saylı qərarının 8-ci səhifəsinin 2-ci abzasında öz əksini tapmışdır. Qeyd olunanları nəzərə alaraq, məlum Məhkəmə qərarına əsasən işə bərpa olunarkən məcburi iş buraxma müddəti üzrə xx.xx.2010-xx.xx.2014-cü il tarixləri arasındakı dövr üçün əmək haqqının hesablanaraq ona ödənilməsinə sərəncam verilməsi barədə xx.xx.2023-cü il tarixli ərizə ilə Kürdəmir RİHB-dan xahiş etmişdir. Cavabdeh Kürdəmir RİH-ı ərizəsinə cavab verdiyi 30 oktyabr 2023-cü il tarixli məktubunda Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(106)-445/2023 saylı qətnaməsində məcburi iş buraxmaya görə əmək haqqının hesablanıb ödənilməsi barədə qərar olmadığına görə, bundan imtina etmiş və bu barədə Cavabdeh Başçısının Çöhranlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin mühasibatlığına müraciət olunması tövsiyyə edilmişdir. Bundan sonra o, bu barədə Çöhranlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə müraciət etmiş və nümayəndəlik tərəfindən xx.xx.2010-xx.xx.2014-cü il tarixə kimi ona əmək haqqı hesablanıb ödənilməməsi barədə xx.xx.2023-cü il tarixli arayış təqdim olunub. Həmçinin diqqətə çatdırır ki, Kürdəmir RİHB-nın xx.xx.2022-ci il tarixli, 70 nömrəli sərəncamı ilə (yaş həddinə görə) işdən azad olunaraq, onunla bağlanmış əmək müqaviləsinə xitam verilərkən, “Əmək Məcəlləsi”nin 83-cü maddəsinə əsasən, son haqq-hesab üzrə digər ödəmələrin hesablanması zamanı məlum məhkəmə qətnaməsinə əsasən məcburi iş buraxma müddəti üzrə xx.xx.2010-xx.xx.2014-cü illər dövrü üçün almadığı əmək haqqı hesablanılaraq ona ödənilməmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdehin nümayəndəsi məhkəməyə ünvanladığı məktubunda qeyd etmişdir ki, İddiaçı iddia tələbi ilə əlaqədar bildirir ki, o, əvvəllər Cavabdeh Başçısının Çöhranlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində işləmiş və Cavabdeh Başçısının 28 dekabr 2010-cu il tarixli, 173 nömrəli sərəncamı ilə tutduğu vəzifədən azad edilmişdir. Lakin, İddiaçı özünün də ərizədə qeyd etidyi kimi işə bərpa olunması barədə Şirvan Apellyasiya Məhkəməsinin qətnaməsində məcburi iş buraxmaya görə işdə olmadığı dövr üçün əmək haqqının hesablanıb ödənilməsi qərara alınmamışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 300-cü maddəsində işçi işə bərpa edildiyi təqdirdə məcburi iş buraxma dövrü üçün əmək haqqının işəgötürən tərəfindən mütləq qaydada ödənilməsi nəzərdə tutulmamışdır. Əmək Məcəlləsinin 300-cü maddəsinə göstərilmişdir ki, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır və qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə qətnaməsində isə məcburi iş buraxmaya görə işdə olmadığı dövr üçün əmək haqqının hesablanıb ödənilməsi qərara alınmamış və bu görə də həmin məbləğ Çöhranlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin mühasibatlığı tərəfindən iddiaçıya ödənilməmişdir. Eyni zamanda bildirir ki, İddiaçı fərdi əmək mübahisəsinin həlli ilə əlaqədar iddia müddətini ötürmüşdür. Belə ki, Əmək Məcəlləsinin 288-ci maddəsinə əsasən əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi, işəgötürənin işçiyə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi, əmək qanunvericiliyinin pozulması ilə bağlı digər məsələlərin tətbiq edilməsi və digər mübahisələr fərdi əmək mübahisələridir. Həmin Məcəllənin 296-cı maddəsində və digər isə konkret olaraq fərdi əmək mübahisələrinin həlli üçün iddia müddətləri müəyyən edilmişdir. Əmək Məcəlləsinin 296-cı maddəsi ilə müəyyən edilmişdir: Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Əmək Məcəlləsinin qeyd edilən maddəsinin tələbindən göründüyü kimi fərdi əmək mübahisələri üzrə ən çox 1 il müddət müəyyən edilmişdir. İddiaçı ərizəsində qeyd etdiyi kimi o, Məhkəmə qərarı əsasında rayon İcra Hakimiyyəti Başçısının 14 mart 2014-cü il tarixli, 68 nömrəli sərəncamı ilə vəzifəsinə qəbul edilmiş və həmin vaxtdan 20 aprel 2022-ci il tarixədək həmin vəzifədə işləmişdir. İşlədiyi 8 il müddət ərzində həmin tələb, yəni xx.xx.2010xx.xx.2014-cü il tarixləri arasındakı məcburi iş buraxma dövrü üçün əmək haqqı ödənilməsini mübahisələndirməmişdir. Hesab edirik ki,İddiaçı Cavabdehnə qarşı “xx.xx.2010-xx.xx.2014-cü il tarixləri arasındakı dövr üçün Cavabdeh mühasibatlığının səhvi üzündən hesablanmamış və ödənilməmiş əmək haqqı məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddiası əsassız olduğu və qanunla nəzərdə tutulmuş iddia müddəti keçdikdən sonra verildiyindən mümkün sayılmamalıdır. Məlumat üçün bildiririk ki, rayon İcra hakimiyyəti Başçısının inzibati ərazi dairələri üzrə nümayəndəliklərində inzibati və yardımçı vəzifə tutan işçilərə əmək haqqının, məzuniyyət pulunun, son hesablaşmanın və digər ödənişlərin hesablanıb ödənilməsi rayon İcra Hakimiyyətinin mühasibatlığı tərəfindən deyil, Çöhranlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin mühasibatlığı tərəfindən həyata keçirilir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflər lazımi qaydada xəbərdar edilmişdirlər. İddiaçı məhkəmə iclasına gəlmiş, üçüncü şəxs Cavabdeh Başçısının Çöhranlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin və Cavabdeh nümayəndəsi isə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxs Cavabdeh Başçısının Çöhranlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin və Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdiyini və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Məhkəmə tərəfləri dinləyərək, iddia ərizəsini, etiraz ərizəsini və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; Azərbaycan Respublikası Vətəndaşının AZE ******* seriya nömrəli Şəxsiyət vəsiqəsinin surətindən müəyyən edilir ki, İddiaçı xx.xx.1955-ci il tarixdə Kürdəmir rayonu, Çöhranlı kəndində doğulmuşdur. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-672/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, İddiaçı xx.xx.2004-cü il tarixdən xx.xx.2022-ci ilədək Cavabdeh Başçısının Çöhranlı kənd ərazi dairəsi üzrə nümayəndəliyində işlədiyi illəri (sosial sığorta stajı) nəzərə alınmaqla ona hüququnun yarandığı, yəni xx.xx.2022-ci il tarixdən dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin (xx.xx.2019-cu il tarixdən yaşa görə aldığı emək pensiyası məbləği nəzərə alınaraq hesablanıb çıxılmaqla) ödənilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin 2-1(106)-319/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-672/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanmışdır. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-445/2013 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Kürdəmir rayon Məhkəməsinin 05 mart 2013-cü il tarixli, 2(041)-221/2013 saylı qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilmiş, Cavabdeh Başçısının 28 dekabr 2010-cu il tarixli, 173 saylı sərəncamı ləğv edilərək İddiaçı öz əvvəlki Cavabdeh Başçısının Çöhranlı Ərazi vahidliyi üzrə icra nümayəndəsinin müavini vəzifəsinə bərpa olunmuşdur. Azərbaycan Respublikası Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4288/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 iyun 2013-cü il tarixli qətnaməsindən dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Cavabdeh başçısının Çöhranlı kənd İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 638 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı Cavabdeh Başçısının 28 dekabr 2010-cu il tarixli 173 nömrəli Sərəncamı ilə Cavabdeh Başçısının Çöhranlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsindən azad olmuş və xx.xx.2014-cü ildə Məhkəmənin qərarı ilə həmin vəzifəyə bərpa olunmuşdur. 28 dekabr 2010-cu il tarixdən 14 mart 2014-il tarixə kimi İddiaçı Alaxan oğluna nümayəndəlik tərəfindən əmək haqqı ödənilməmişdir. Kürdəmir rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, araşdırılma aparılmış Kürdəmir rayon Dövlət Arxiv İdarəsinin Fondunda Cavabdeh Başçısının Sərəncamlar arasında dövlət-qulluqçusu vəzifəsinin olub-olması barədə təsdiqləyici hər hansı bir sənədlər aşkar edilməmişdir. Lakin İddiaçı barədə verilmiş 28 dekabr 2010-cu il tarixli 173 nömrəli və 14 mart 2014-cü il tarixli 68 nömrəli Sərəncamları aşkar edilərək təsdiq olunmuş surəti tanış olmaq üçün qoşma vərəqlərə əlavə olunaraq sizə göndərilir. Cavabdeh Başçısının xx.xx.2014-cü il tarixli, 68 nömrəli sərəncamında qeyd edilmişdir ki, 1955-ci ildə anadan olmuş, ali təhsilli müəllim İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 301-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq Cavabdeh Başçısının Çöhranlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsinə təyin edilsin. İddiaçı əmək haqqının ştat cədvəlinə əsasən qanunamüväfiq qaydada hesablanıb ödənilməsi rayon İcra Hakimiyyəti Başçısının Çöhranlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə tapşırılsın. Cavabdeh Başçısının xx.xx.2010-cu il tarixli, 173 nömrəli sərəncamında qeyd edilmişdir ki, Cavabdeh Başçısının Çöhranlı ərazi vahidliyi üzrə icra nümayəndəsinin müavini İddiaçı Alıxan oğlu 2010-cu il 24 dekabr, 27 dekabr və 28 dekabr tarixlərdə heç bir üzürlü səbəb olmadan bütün iş günü ərzində işə gəlməməklə ona həvalə olunmuş vəzifələrin icrası zamanı kobud qanun pozuntusuna yol verdiyi üçün Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında” Qanunun 25.2.6-cı maddəsinə əsasən 2010-cu il 28 dekabr tarixdən tutduğu vəzifədən azad edilsin və onunla bağlanmış əmək müqaviləsinə xitam verilsin. Cavabdeh Başçısının xx.xx.2012-ci il tarixli, 70 nömrəli sərəncamında qeyd edilmişdir ki, Cavabdeh Başçısının Çöhranlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində işləyən İddiaçı ərizəsinə əsasən Azərbaycan Respublikasının "Dövlət qulluğu haqqında’’ Qanununun 33.1.12 maddəsinə uyğun olaraq dövlət qulluğunda olmanın yaş həddinə çatdığı üçün 2022-ci il 20 aprel tarixdən tutduğu vəzifədən azad edilsin, onunla bağlanmış əmək müqaviləsinə və dövlət qulluğuna xitam verilsin. Azərbaycan Respublikasının "Dövlət qulluğu haqqında" Qanununun 33.2-ci maddəsinə əsasən ona hesablanmış aylıq pensiyanın 6 (altı) misli məbləğində birdəfəlik haqq verilsin. İddiaçı son hesablaşmanın və birdəfəlik haqqın qanunamüvatiq qaydada hesablanıb ödənilməsi Cavabdeh Başçısının Çöhranlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə tapşırılsın. Cavabdeh Başçısının Çöhranlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2010-xx.xx.2014-cü il tarixləri arasındakı dövr üçün Cavabdeh Başçısının Çöhranlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən heç bir ödəmələr olmamışdır. Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 5-56/2-1125/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, əvvəllər Cavabdeh Başçısının Çöhranlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində işləmiş, rayon İcra Hakimiyyəti Başçısının 28 dekabr 2010-cu il tarixli, 173 nömrəli sərəncamı ilə tutduğu vəzifədən azad edilmiş və 13 mart 2024-cü il tarixdən yenidən vəzifəsinə bərpa edilmiş İddiaçı xx.xx.2010-xx.xx.2014-cü il tarixləri arasındakı məcburi işburaxma dövrü üçün əməkhaqqı özünün də ərizədə qeyd etidyi kimi işə bərpa olunması barədə Şirvan Apellyasiya Məhkəməsinin qətnaməsində məcburi iş buraxmaya görə işdə olmadığı dövr üçün əmək haqqının hesablanıb ödənilməsi qərara alınmadığı üçün ödənilməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 300-cü maddəsində işçi işə bərpa edildiyi təqdirdə məcbur iş buraxma dövrü üçün əmək haqqının işəgötürən tərəfindən mütləq qaydada ödənilməsi nəzərdə tutulmamışdır. Əmək Məcəlləsinin 300-cü maddəsinə göstərilmişdir ki, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71,76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır və qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə qətnaməsində isə İddiaçı məcburi iş buraxmaya görə işdə olmadığı dövr üçün əmək haqqının hesablanıb ödənilməsi qərara alınmadığı üçün Çöhranlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin mühasibatlığı tərəfindən iddiaçıya ödənilməmişdir. Mübahisə ilə əlaqədar təkrar olaraq bildiririk ki, İddiaçı fərdi əmək mübahisəsinin həlli ilə əlaqədar iddia müddətini ötürmüşdür. Belə ki, Əmək Məcəlləsinin 288-ci maddəsinə əsasən əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi, işəgötürənin işçiyə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi, əmək qanunvericiliyinin pozulması ilə bağlı digər məsələlərin tətbiq edilməsi və digər mübahisələr fərdi əmək mübahisələridir. Həmin Məcəllənin 296-ci maddəsində isə konkret olaraq fərdi əmək mübahisələrinin həlli üçün iddia müddətləri müəyyən edilmişdir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsi ilə müəyyən edilmişdir ki, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Əmək Məcəlləsinin qeyd edilən maddəsinin tələbindən göründüyü kimi fərdi əmək mübahisələri üzrə ən çox 1 il müddət müəyyən edilmişdir. İddiaçı ərizəsində qeyd etdiyi kimi o, Məhkəmə qərarı əsasında rayon İcra Hakimiyyəti Başçısının 14 mart 2014-cü il tarixli, 68 nömrəli sərəncamı ilə vəzifəsinə qəbul edilmiş və həmin vaxtdan 20 aprel 2022-ci il tarixədək həmin vəzifədə işləmişdir. İşlədiyi 8 il müddət ərzində həmin tələbi, yəni xx.xx.2010 xx.xx.2014-cü il tarixləri arasındakı məcburi iş buraxma dövrü üçün əmək haqqı ödənilməsini mübahisələndirməmişdir. Azərbaycan Respublikasi Dövlət İmtahan Mərkəzi xx.xx.2024-cü il tarixli, 9-3/2- 2718/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2002- ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları”nın 9-cu hissəsində müəyyən edilmişdir ki, dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti daxil edilir. Həmin Qaydaların 10-cu hissəsində qeyd edilmişdir ki, dövlət qulluğunda qulluq stajı haqqında sənəd dövlət qulluqçusunun əmək kitabçası hesab edilir. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır. Qeyd edilənlərə əsasən təqdim etdiyiniz müraciətdə əmək kitabçasının əsli, yaxud əmək kitabçasının notariat qaydada və ya iş yerinin kadr qurumu tərəfindən təsdiq edilmiş surəti olmadığı üçün İddiaçı iş stajına dair rəy bildirilməsi mümkün olmamışdır. Tətbiq edilən hüquq normaları: Məhkəmə hesab edir ki, işin müəyyən edilmiş faktiki hallarına aşağıdakı hüquq normalarının tələblərinə müvafiq qaydada hüquqi qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan Hüquqlarının və X4 Haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-ci il tarixli qararında göstərilir ki, Azarbaycan Respublikası «İnsan Hüquqlarının və X4 Haqqında» Avropa Konvensiyasının istirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci il aprel ayının 15-dən Konvensiya va onun protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin yurisdiksiyasınin məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. «İnsan Hüquqlarının və X1 haqqında» Konvensiyasının 46-ci maddəsinə əsasən Avropa Məhkəməsinin qərarları bu Konvensiyanı ratifikasiya etmiş dövlətlər üçün məcburidir. «İnsan Hüquqlarının və X1 haqqında» Konvensiyaya dair 1 nömrəli Protokolunun 1ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn umumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, oz mülkiyyətindən məhrum edilə bilməz. Hazırki işdə iddia tələbinin əsasında məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi durur. Belə ki, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-445/2013 nömrəli qətnaməsi ilə Cavabdeh Başçısının 28 dekabr 2010-cu il tarixli, 173 saylı sərəncamı ləğv edilərək İddiaçı öz əvvəlki Cavabdeh Başçısının Çöhranlı Ərazi vahidliyi üzrə icra nümayəndəsinin müavini vəzifəsinə bərpa olunmuşdur. Bundan əlavə, məhkəmə qərarları əsasında Cavabdeh başçısının 14 mart 2014-cü il tarixli, 68 nömrəli sərəncamı ilə Əmək Məcəlləsinin 301.1-ci maddəsinə əsasən, iddiaçı yenidən azad olunduğu vəzifəyə təyin olunmuş və xx.xx.2022-ci ilə kimi həmin vəzifədə işləmişdir. Məhkəmə hesab edir ki, həmin əmr ləğv olunduğundan, inzibati aktın icrasının nəticəsinin aradan qaldırılması məqsədi ilə iddiaçının məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi cavabdeh tərəfindən təmin olunmalıdır. Hüquqi nəticələr isə dedikdə, iddiaçının ərizəsində qeyd etdiyi kimi əmrin ləğvindən sonra o, əvvəlki iş yerinə və əvvəlki vəzifəsi olan Cavabdeh Başçısının Çöhranlı kənd ərazi dairəsi üzrə nümayəndəsinin müavini kimi işə bərpa olunsa da, lakin ona xx.xx.2011-ci il tarixdən xx.xx.2014-cü il tarixədək məcburi işburaxmaya görə əmək haqqı ödənilməmişdir. Və göstərilən faktlara münasibətdə iddiaçı tələbində haqlı olmuş və cavabdehin imtinası qanunsuz olmaqla onun hüquqlarını məhdudlaşdırmışdır. Eyni zamanda nəzərə alınmalıdır ki, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müddəaları ilə tənzimlənir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 5-ci maddəsinin 2-ci hissəsi. Bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq-mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir.

300. 1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

2. İşəgötürən və işçi fərdi əmək mübahisəsinin məhkəmədə həlli prosesində qarşılıqlı razılıqla yazılı barışıq sazişi bağlayarlarsa, hakim tərəflərin həmin sazişlə müəyyən edilmiş öhdəliklərin icrasının təmin edilməsi barədə qərardad qəbul edir. Qeyd: Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. AR ƏM-nin 300-cü maddəsinə görə işəgötürən işçi ilə əmək münasibətlərinə xitam verərsə, əmək mübahisəsini həll edən məhkəmə işçinin iddia tələbi üzrə bütün faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə məhkəmə aktı çıxarır. Göründüyü kimi əmək münasibətlərini tənzimləyən qanunvericilik məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsini nəzərdə tutmuşdur. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə görə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, İddiaçı Cavabdehnə qarşı “xx.xx.2011-xx.xx.2014-cü il tarixləri arasındaki ödənilməmiş əmək haqqı məbləğinin cavabdehdən alınaraq ona ödənilməsi” tələbinə dair iddiası təmin edilməlidir.

Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və İPM-in 2.2.5, 36.2, 69, 75, 81.1, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia təmin edilsin. İddiaçı xx.xx.2011-xx.xx.2014-cü il tarixləri arasındaki məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqı məbləğinin ödənilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar