Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-2377/2024 20.06.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Məhkəmə iclas katibi Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi, İddiaçı cavabdeh Cəlilabad rayon Göytəpə Bələdiyyəsinə qarşı “X3 Cəlilabad rayon Göytəpə Bələdiyyəsi tərəfindən verilmiş 2001-ci il tarixli torpaqların alqı-satqısına dair müqavilənin və 30 yanvar 2001-ci il tarixli qərarının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Cəlilabad rayon Göytəpə Bələdiyyəsinə qarşı X3 Cəlilabad rayon Göytəpə Bələdiyyəsi tərəfindən verilmiş 2001-ci il tarixli torpaqların alqı-satqısına dair müqavilənin və 30 yanvar 2001-ci il tarixli qərarının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq icraata qəbul edilmiş sayılmışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X4 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum atası X1 1939-cu ildə Göytəpə şəhəri, Qurtuluş küçəsi 65 (Karl Marks 56) nömrəli ev almışdır. Bütün illər boyu həmin ev və evin yerləşdiyi torpaq sahəsi onların mülkiyyətində olmuşdur. Həyətyanı sahədə bağ salınmış, ağaclar əkilmiş, torpaq sahəsindən istifadə olunmuşdur. Həmin ev və yerləşdiyi torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Cəlilabad 8 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 20 noyabr 2019-cu il tarixli çıxarışa əsasən onun mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Lakin həmin çıxarışda mərhum atasından qalmış torpaq sahəsinin tamı deyil yarısı dövlət qeydiyyatına alınmışdır. Qalan torpaq sahəsinə dair isə X2 adına JN-2294 nömrəli, 80602004 saylı Dövlət aktı əsasında verilmiş 0,040 ha torpaq sahəsi olduğu üçün həmin hissədə ona çıxarış verilməmişdir. Mərhum atasından qalmış qalan torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınmasından ötrü çıxarışın verilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə ərizə ilə müraciət etmiş və oradan ona bildirilb ki, sözügedən torpaq sahəsi üzərində mübahisə mövcuddur və bu barədə məhkəməyə müraciət etməlidir. Qeyd etmək istəyir ki, adı qeyd edilən torpaq sahəsinin üzərində mübahisənin mövcud olmasına səbəb iş üzrə üçüncü şəxs X3 cavabdeh Cəlilabad rayonu, Göytəpə Bələdiyyəsi tərəfindən verilmiş 2001-ci il tarixli torpaqların alqı-satqısı müqaviləsi (həmin müqaviləni əldə etmək mümkün olmamışdır) və həmin müqavilə əsasında bələdiyyə vtərəfindən verilmiş 30 yanvar 2001-ci il tarixli qərar olmuşdur. Bildirir ki, qeyd olunan müqaviləyə və qərara görə mərhum atasına məxsus olan torpaq sahəsinə mülkiyyət hüquqlarını tanıtdıra bilmir. Belə olan halda X3 cavabdeh Cəlilabad rayonu, Göytəpə Bələdiyyəsi tərəfindən verilmiş torpaqların alqı-satqısmda dair müqavilə və 30 yanvar 2001-ci tarixli qərar ləğv edilməlidir. Ona görə ki, həmin torpaq sahəsi 1939-cu ildə mərhum atasına verilmişdir və o da mərhum atasının vərəsəsidir. Cavabdeh tərəfindən üçüncü şəxsə verilmiş torpaq sahəsinə dair müqavilə və qərar tam əsassızdır və həmin müqavilə və qərar bizim mülkiyyət hüququnu pozmaqla müvafiq çıxarışın alınmasına maneə olur. Qey edilənlərə əsasən 2001-ci il tarixli torpaqların alqı-satqısına dair müqavilənin və 30 yanvar 2001-ci il tarixli qərarının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qarar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı,cavabdehin nümayəndəsi və 3-cü şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçı, cavabdehin nümayəndəsinin və 3-cü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, idddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra- İnzibati Prosessual Məcəllə) 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki,məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində X3 Cəlilabad rayon Göytəpə Bələdiyyəsi tərəfindən verilmiş 2001-ci il tarixli torpaqların alqı-satqısına dair müqaviləsinin və 30 yanvar 2001-ci il tarixli qərarının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını qeyd etmişdir. Belə ki, iş materiallarında olan sənədlərə əsasən iddiaçının uzun müddətdir mübahisələndirdiyi müqavilə və qərardan məlumatının olduğu müəyyən edilir. Qeyd edilənlərlə bağlı iddiaçıya rəsmi hüquqi yardımdan əlavə məhkəmə iclasında yardım göstərilərək İnzibati Prosessual Məcəllənin müddətlə bağlı tələbləri izah edilmişdir. Lakin iddiaçı tərəfindən müddətin üzrlü səbəbdən ötürülməsi ilə bağlı hər hansı bir sənəd və ya ərizə məhkəmənin icraatına daxil olmamışdır. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki,iddia tələbinin ilkin mümkünlük şərti kimi qəbul edilmiş qərarın iddiaçının hansı subyektiv hüququnu pozduğu iş materiallarından müəyyən olunmur. Həmçinin iddia tələbinin birinci hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, 3-cü şəxslə cavabdeh inzibati orqan arasında bağlanmış alqı-satqı müqaviləsi müqavilə öhdəliklərindən əmələ gələn mülki xarakterli işdir və həmin tələbə mülki icraat qaydasında baxılmalı olduğu üçün hazırki halda inzibati icraat qaydasında baxılması istisna edilir. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli № 4 nömrəli 2-ci bəndinə əsasən mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin qərarın 3.1-ci bəndinə əsasən xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Həmin qərarın 15.3-cü bəndinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. İddiaçıya izah olunur ki, həmin alqı-satqı müqaviləsini mülki icraat qaydasında aidiyyəti üzrə ümumi (rayon,şəhər) məhkəmədə mübahisələndirə bilər. Həmçinin məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək iddia tələbinin birinci hissəsinə münasibətdə belə qənaətə gəlir ki, iddiaçının mübahisələndirdiyi müqavilə və qərardan iddia ərizəsində qeyd etdiyi kimi xx.xx.2019-cu il tarixdə məlumatı olmuşdur. İddia ərizəsi isə xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı mübahisə üzrə prosessual müddət ötürüldükdən sonra məhkəmədə iddia qaldırdığından iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Məhkəmənin xx.xx.2024-cü il tarixli məktubu ilə İddiaçı yardım edilərək qanunvericiliyin müddətlə bağlı tələbləri, həmçinin müddətin bərpası ilə bağlı ərizəninin təqdim edilməsi hüququ izah olunmuşdur.Lakin iddiaçı tərəfindən hüquqi yardıma heç bir münasibət bilridiməmişdir. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən hesab edir ki, İddiaçı cavabdeh Cəlilabad rayon Göytəpə Bələdiyyəsinə qarşı “X3 Cəlilabad rayon Göytəpə Bələdiyyəsi tərəfindən verilmiş 2001-ci il tarixli torpaqların alqı-satqısına dair müqavilənin və 30 yanvar 2001-ci il tarixli qərarının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası mümkün sayılmamalıdır. İş üzrə prosessual xərclər yoxdur. Göstərilənləri nəzərə alaraq və İnzibati Prosessual Məcəllənin 35, 80, 83, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı cavabdeh Cəlilabad rayon Göytəpə Bələdiyyəsinə qarşı “X3 Cəlilabad rayon Göytəpə Bələdiyyəsi tərəfindən verilmiş 2001-ci il tarixli torpaqların alqı-satqısına dair müqavilənin və 30 yanvar 2001-ci il tarixli qərarının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası mümkün sayılmasın. Qərardaddan, rəsmi qaydada təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Pərvanə Qurbanova
Məhkəmə qərarları › İş №2-1(120)-2377/2024
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-2377/2024
20.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver