Məhkəmə qərarları › İş №2-1(120)-2380/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-2380/2025

14.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-2380/2025 14.05.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Nəcəfov Hilal Nəcəfalı оğlunun sədrliyi, Məhkəmə iclаsının kаtibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı, Cavabdehin X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “torpağın mülkiyyətə verilməsinə dair JN- 313A nömrəli, 80503028 kod-lu şəhadətnaməyə əsasən 0,06 ha həyətyanı torpaq sahəsinin AN-İ, № ******* olan alqı-satqı müqaviləsi üzrə həmin torpaq sahəsinin, reyestrdən çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “torpağın mülkiyyətə verilməsinə dair JN- 313A nömrəli, 80503028 kod-lu şəhadətnaməyə əsasən 0,06 ha həyətyanı torpaq sahəsinin AN-İ, № ******* olan alqı-satqı müqaviləsi üzrə həmin torpaq sahəsinin, reyestrdən çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbini irəli sürərək iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 49-cu maddəsinin tələblərinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və hazırlıq icraatı üzrə məhkəmə iclası təyin edilərək, bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı, cavabdehin nümayəndəsinin iştark etdiyini və üçüncü şəxs X1 iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsinin baxılmadan geri qaytarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iş üzrə iddia ərizəsinin baxılmadan geri qaytarılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iddiaçı tərəfin “iddia ərizəsinin qaytarılması barədə” ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. Həmin Məcəllənin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı və inzibati iş üzrə icraata xitam verilməlidir. İddiaçıya izah olunsun ki, tərəflər arasında mübahisə olmadığından, o, gələcəkdə göstərilən hüquqi yardıma əsasən digər tərəflərlə birlikdə (razılıq ərizələri ilə) müvafiq inzibati orqana tələbləri üzrə müraciət edə və tələblərindən imtina olunduğu təqdirdə əsas olan sənəd alqı-satqı müqaviləsi olduğunu nəzərə alaraq iddia ilə torpaq sahəsinin yerləşdiyi yer üzrə müvafiq ümumi (rayon/şəhər) məhkəməsinə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən İPM-in 23, 55, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “torpağın mülkiyyətə verilməsinə dair JN- 313A nömrəli, 80503028 kod-lu şəhadətnaməyə əsasən 0,06 ha həyətyanı torpaq sahəsinin AN-İ, № ******* olan alqı-satqı müqaviləsi üzrə həmin torpaq sahəsinin, reyestrdən çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi geri qaytarılsın və inzibati iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, tərəflər arasında mübahisə olmadığından, o, gələcəkdə göstərilən hüquqi yardıma əsasən digər tərəflərlə birlikdə (razılıq ərizələri ilə) müvafiq inzibati orqana tələbləri üzrə müraciət edə və tələblərindən imtina olunduğu təqdirdə əsas olan sənəd alqı-satqı müqaviləsi olduğunu nəzərə alaraq iddia ilə torpaq sahəsinin yerləşdiyi yer üzrə müvafiq ümumi (rayon/şəhər) məhkəməsinə müraciət edə bilər. Qərardaddan şikayət verilə bilməz. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar