Məhkəmə qərarları › İş №2-1(120)-2386/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-2386/2025

15.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-2386/2025 15.07.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri” X10 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Xidməti 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən X1 adına verilmiş şəhadətnamənin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını” iddia tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri” X10 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “X1 adına verilən çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını” məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Proesual Məcəllənin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsini onunla əsaslandırmışdırlar ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 01 saylı 15 yanvar 1998-ci il tarixli qərarının babaları X5 məxsus olan və “Araz” kolxozunun qaytanlanmış baş kitabında onun adına qeydiyyatdan keçmiş 0.20 ha torpaq sahəsinin X1 mülkiyyətinə pay torpağı kimi verilməsinə dair ləğv edilməsi barədə qərarın qəbul edilməsi ilə bağlı xahiş etmişdirlər. Bu barədə ataları X8 21 yanvar 2017-ci ildə vəfat etdikdən sonra bəlli olmuşdur. Belə ki, Ələkbər Əsgərov mübahisəli inzibati akt əsasında həmin yerə torpağın mülkiyyətə verilməsinə dair İN019A, kod 60808038 saylı şəhadətnamə alaraq onları məhkəməyə verib babalarına məxsus olan evdən çıxarmışdırlar. Həmin mülkiyyətə dair iddia müddətinin prosessual axımı bu tarixdən başlayır və belə aktın qəbul edilməsi irsi transmissiya qaydasında malik olduqları mülkiyyət hüquqlarını pozur. Aqrar İslahat Komissiyasının 21 noyabr 2006-cı il tarixli, 02 saylı qərarı ilə X2 601,37 kv.m. torpaq sahəsi verilmişdir. 2006-cı ildə artıq Aqrar İslahat Komissiyası mövcud olmadığından onun həmin tarixdə verdiyi qərar və bunun əsasında əldə edilən şəhadətnamə mötəbər sayılmamalıdır. Digər tərəfdən mübahisəli 20 sot pay torpağı Aqrar İslahat Komissiyası tərəfindən pay torpağı şəklində Ə.Əsgərova verilmişdirsə ikinci dəfə həmin komissiya tərəfindən 601.37 kv.m torpağı bu şəxsə verilə bilməzdi. Hər iki halda Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 01 saylı 15 yanvar 1998-ci il tarixli qərarı mübahisəlidir. Şirvan İnzibati Məhkəməsinin 06 iyul 2023-cü il tarixli 2-1(120)-80/2023 nömrəli qərardadı ilə onların Ağcabədi rayon İcra Hakimiyyətinə qarşı Ağcabədi rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 01 nömrəli qərarının ləğv edilməsi barədə iddialarının mümkün sayılmaması qərara alınsa da, Şirvan Apellyasiya Məhkəməsinin İnzbati- Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(106)-406-2023 nömrəli qərardadı ilə Şirvan İnzibati Məhkəməsinin bu qərarı ləğv edilmiş, Şirvan İnzibati Məhkəməsinə qaytarılması qərara alınmışdır. İş mahiyyəti üzrə araşdırılarkən çoxsaylı idarə, müəssəsi və təşkilatlara sorğular göndərilmiş, yekunda Ağcabədi rayon İcra Hakimiyyətinə qarşı “Ağcabədi rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarının ləğv edilməsi” barədə iddiası mümkün sayılmamışdır. Məhkəmə bu qərarı qəbul edərkən ilk növbədə qeyd etmişdir ki, onların mübahisələndirdiyi qərarın mövcudluğu iş materialları ilə müəyyən edilmir. İlk növbədə bu istiqamətdə tam dolğun araşdırma aparılmalıdır. Əgər mübahisələndirilən qərar mövcud olmamışdırsa o mübahisə predmeti ola bilməz. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin məhkəməyə göndərdiyi xx.xx.2024-cü il tarixli, 3-21-3-60/2-1576/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, 2-1(120)-2668/2024 nömrəli inzibati iş ilə əlaqədar zəruri sənədlərin təsdiq edilmiş sürətinin verilməsi barədə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinə daxil olmuş məktuba “Kadastr və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzi” Məsuliyyətli Cəmiyyətində aidiyyatı üzrə baxılmışdır. Bildirmişdirlər ki, Ağcabədi rayon Kəbirli kəndi ərazisində torpaq islahatı 1997-ci il ildə aparılmışdır. Mərkəzin arxivində saxlanılan Ağcabədi rayon Kəbirli kəndi üzrə mövcud həyətyanı və pay torpaq sahələrinə dair subyektlərin siyahılarından X7 (yalnız həyətyanı siyahısında qeyd olunub), İddiaçı1 və İddiaçı2 adları qeyd edilmiş hissədən, eləcə də Ağcabədi rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 14 saylı Qərarından çıxarışların təsdiq edilmiş sürəti təqdim edilmişdir. Cavabdehin Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)- 2668/2024 nömrəli sənədlərin təsdiq edilmiş sürətlərinin verilməsi barədə müracətinə Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsində baxılmış, bununla əlaqədar olaraq bildirilmişdir ki, qeyd edilən Ağcabədi rayon Kəbirli kəndi ərazisində yerləşən 0.20 ha torpaq sahəsinin mülkiyyət hüququnun qeydə alınması haqqında məlumat aşkarlanmamışdır. İşə baxan məhkəmə tərəfindən mübahisələndirilən xx.xx.1998-ci il 01 saylı qərar nə cavabdeh inzibati orqanda, nə də Ağcabədi Rayon Dövlət Arxivində müəyyən edilməmişdir. Beləliklə, X7 mövcud olmayan inzibati akta istinad etmiş və bu barədə cavabdeh təşkilatdan həmi torpağa dair çıxarış almış və onları ümümi yurisdiksiyalı (Ağcabədi rayon Məhkəməsi) məhkəməyə vererək yaşayıb təsərrüfat apardığı torpaq sahəsindən və evdən çıxarmışdır. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri” X10 6 saylı Beyləqan Ərazi İdarəsinin X1 adına verdiyi çıxarışın ləğv edilməsi barədə iddia qaldırmışdır. Odur ki, qeyd olunanlara əsasən iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(120)-2386/2025 nömrəli qərardadı ilə iddia tələbi üzrə X7 iş üzrə zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(120)-2386/2025 saylı qərardadı ilə İddiaçı1 tərəfindən verilmiş, iddia tələbinin dəqiqləşdirməsinə dair ərizə əsasında iddia tələbinə “Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Xidməti” 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən X1 adına verilmiş şəhadətnamənin ləğv edilməsi” kimi baxılması qərara alınmışdır. Məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri” X10 6 saylı Beyləqan Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri” X10 6 saylı Beyləqan Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 iddiası mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2-1(120)-80/2023 nömrəli qərarının surətindən görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Ağcabədi rayon İcra Hakimiyyətinə qarşı Ağcabədi rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 01 saylı qərarının ləğv edilməsi barədə iddia tələbinin mümkünsüz sayılması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2-1(120)-80/2023 nömrəli qərardadından iddiaçılar tərəfindən apellyasiya şikayəti verilmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasınının xx.xx.2023-ci il tarixli, 2-1(106)-406/2023 nömrəli qərarının surətindən görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Apellyasiya şikayəti təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 06 iyul 2023-cü il tarixli, 2-1(120)-80/2023 nömrəli qərardadının ləğv edilməsi, işə yenidən baxılması və sonrakı prosesual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati işin Şirvan İnzibati Məhkəməsinə qaytarılması qərara alınmışdır. İş materiallarında olan Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2- 1(120)-2668/2024 nömrəli qərarının surətindən görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Ağcabədi rayon İcra Hakimiyyətinə qarşı “Ağcabədi rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 01 saylı qərarının ləğv edilməsi” barədə iddia tələbinin mümkünsüz sayılması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-2668/2024 nömrəli qərardadından apellyasiya şikayəti verilməmiş və həmin qərardad qanuni qüvvəsini aldıqdan sonra məhkəmənin arxivinə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin iddiaçılar İddiaçı1 və İddiaçı2 ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-21-3-45/2-KOL-0xx-xx/2024 nömrəli imtina məktubunun məzmununda qeyd olunur ki, iddiaçı Ağcabədi rayon X6 01 saylı xx.xx.1998-ci il tarixli qərarı əsasında X2 0.20 ha torpaq sahəsinin verilməsinə dair çıxarışın ləğv edilməsi barədə daxil olmuş xx.xx.2024-cü il tarixli 3-21-3-45/2-KOL-0xx-xx/2024 qeydiyyat nömrəli Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsində baxılmışdır. Cavab olaraq bildirilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.3-cü və 2.4-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məlumat üçün bildirilmişdir ki, mülkiyyət hüququnun ləğvi mövcud qanunvericiliyin tələblərinə əsasən hüquq sahibinin ərizəsi və ya müvafiq məhkəmə qərarı əsasında aparılır. Qeyd olunanları nəzərə alaraq 6 saylı Beyləqan Ərazi İdarəsinin müraciətində göstərilən məsələyə hər hansısa köməklik etmək səlahiyyətinə malik olmadığından, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin tələblərinə uyğun olaraq müvafiq məhkəmə instansiyasına müraciətin olunması tövsiyyə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin məhkəməyə ünvanladığı etirazında qeyd edilmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı X3 adına verilən çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə münasibət bildirilməsi haqqında məhkəmə sərəncamına 6 saylı Beyləqan Ərazi İdarəsində baxılmışdır. Bildiririk ki, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)- 5469/2024 nömrəli sərəncamına etiraz yazılaraq Şirvan İnzibati Məhkəməsinə təqdim edilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-5469/2024 nömrəli sərəncamına əlavə olaraq bildiririk ki, İddiaçı1 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciətinin daxil olması barədə məlumat aşkar edilməmiş və İddiaçı2 xx.xx.2020-ci il tarixdə daxil olan müraciəti xx.xx.2020-ci il tarixli məktubla cavablandırılmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-5469/2024 nömrəli sərəncamına etiraz yazılaraq Şirvan İnzibati Məhkəməsinə təqdim edildiyindən əlavə olaraq iddia tələbi araşdırılarkən aşağıda qeyd edilən hüquq normalarına istinad edilərək bildiririk ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində öz hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 71.1-ci maddəsinə əsasən, maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Həmin Qanunun 71.2-ci maddəsinə əsasən, şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadıqda, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəsilin qaydalarına uyğun olaraq şikayət verilə bilər.“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına ilk dəfə toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Odur ki, yuxarıda şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 71 və 73-cü maddələrinə, Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrinə, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2, 9 və 15-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139, 139-1 və 140-cı maddələrinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən, İddiaçı1 və İddiaçı2 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı X3 adına verilən çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə etiraz etdiklərini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşdə olan Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2-1(120)-2386/2025 nömrəli sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisaiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan ərazi idarəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-21-3-45/2- 1938/2025 nömrəli məktubda qeyd edilmişdir ki, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025ci il tarixli, 2-1(120)-2386/2025 nömrəli sənədlərin təsdiq edilmiş surətlərinin verilməsi barədə müraciətinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X10 6 saylı Beyləqan Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildirilmişdir ki, sorguda qeyd olunan Ağcabədi rayonu, Kəbirli kəndi ərazisində yerləşən torpaq sahəsi üzərində X1 adına “Daşınmaz Əmlakın Kadastrı və Reyestri” X10 6 saylı Beyləqan Ərazi İdarəsin tərəfindən mülkiyyət hüququnun qeydiyyata alınması barədə məlumat aşkarlanmadığından sənədlərin təsdiq edilmiş surətlərini məhkəməyə təqdim etmək mümkün olmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Məhkəmə qeyd edir ki, iddiaçılar cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri” X10 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı iddia tələbi ilə çıxış edərək üçüncü şəxs X2 verilmiş çıxarışın ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəmə soğuları əsasında müəyyən edilmişdir ki, X1 mülkiyyət hüquqlarının qeydə alınmasına dair hər hansı çıxarış mövcu deyil. Bundan sonra iddiaçılar tələbini dəqiqləşdirərək “Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Xidməti 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən X1 adına verilmiş şəhadətnamənin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdirlər. İş materialları ilə müəyyən olunur ki, şəhadətnamə Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən yox Ağcabədi rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 01 saylı qərarı əsasında verilmiş, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)- 2668/2024 nömrəli qərardadının surətindən görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Ağcabədi rayon İcra Hakimiyyətinə qarşı “Ağcabədi rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 01 saylı qərarının ləğv edilməsi” barədə iddia tələbinin mümkünsüz sayılması qərara alınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıların hüquqi marağı Ağcabədi rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 01 saylı qərarının ləğv edilməsi təşkil edir. Çünki torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə həmin qərar əsasında verilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2- 1(120)-2668/2024 nömrəli qərardadı ilə müəyyən edilir ki, iddiaçıların hüquqi marağına təsir edən Ağcabədi rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 01 saylı qərarı mövcud olmadığı üçün iddia tələbi mümkün sayılmamışdır. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Həmin Qərarın 8.4-cü bəndində qeyd edilir ki, “Bunun əksinə olaraq mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir”. Həmin Qərarın 15.5-ci bəndində qeyd edilir ki, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Həmin Qərarın 15.6-cı bəndində qeyd edilir ki, Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Məhkəmə qeyd edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri” X10 6 saylı Beyləqan Ərazi İdarəsi arasında eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2-1(120)-2668/2024 nömrəli qərardadı mövcuddur. Belə olan halda, məhkəmə hesab edir ki, hazırki iddia tələbinə yenidən inzibati icraat qaydasında baxılması mümkünsüzdür. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi hazırki iddia tələbinə cavab verməli olan inzibati orqan deyildir. İddiaçılar tərəfindən mübahisələndirilən şəhadətnamə Ağcabədi rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 01 saylı qərarı əsasında verilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti daşınmaz əmlakın dövlət reyestrinin tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. 2.0-cu bəndinə əsasən, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin etmək, daşınmaz əmlakın dövlət reyestrini tərtib etmək və aparmaq, daşınmaz əmlakın inventarlaşdırılmasının aparılmasını və texniki sənədlərin tərtib edilməsini təmin etmək və daşınmaz əmlakın, o cümlədən torpaqların, tikililərin, binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış və bağ evlərinin, habelə müəssisələrin qiymətləndirilməsini təşkil etmək Xidmətin fəaliyyət istiqamətlərinə aid edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 iddiası mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri” X10 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Xidməti” 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən X1 adına verilmiş şəhadətnamənin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar