Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2387/2025 24.07.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Şirvan İnzibati Məhkəməsi Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclasının katibi Əlişova Nuridə Əliverdi qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Laçın rayon Qeydiyyat şöbəsinə qarşı «X1 barəsində tərtib edilmiş xx.xx.2010-cu il tarixli, 01 nömrəli doğum haqqında akt qeydinin 2-ci qrafasında "Emin" adının “Emil“ adına, doğum tarixinin “xx.xx.2010-cu" ilin “xx.xx.2008-ci” ilə və doğum yerinin "Bakı şəhəri”nin “Laçın rayonu Mirik kəndi”nə düzəliş edilməsi və bu barədə X6 doğum haqqında şəhadətnamə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Laçın rayon Qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, doğum akt qeydində düzəliş edilməsi vəzifəsinin cavabdeh Laçın rayon Qeydiyyat şöbəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, X7 ilə 10 sentyabr 2006-cı il tarixdə Laçın rayon Mirik kənd İnzibati Ərazi üzrə nümayəndəliyinin 07 nömrəli qeydi ilə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü X8 doğulmuşdur. X8 xx.xx.2008-ci il tarixdə Laçın rayonu Mirik kəndində doğulmuşdur. Ona xx.xx.2016-cı il tarixli Azərbavcan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsi təqdim edilmişdir. Həmin şəxsiyyət vəsiqəsində onun adı Emil, xx.xx.2008-ci il tarixdə ünvan 1ində doğulduğu, ünvan 1i ünvanında qeydiyyatda olmaqla yaşaması qeyd edilmişdir. Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsinin müddətinin bitməsi səbəbindən yenisin alınması üçün müraciət etdiyi zaman məlum olmuşdur ki, X1 Laçın rayon Mirik kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyində qeydə alınmış xx.xx.2010-ci il tarixli 01 saylı doğum haqqında akt qeydində adı “Emin", doğum tarixi “xx.xx.2010-cu" il və doğum yeri "Bakı şəhəri" kimi qeyd edilmişdir. Buna görə də Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi mümkün deyildir. Onun doğum faktı şəxsiyyət vəsiqəsi ilə təsdiqlənmiş və həmin zaman doğum haqqında şəhadətnamə və Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsi verilmişdir. Laçın rayon Qeydiyyat Şöbəsi tərəfindən müraciətinə cavab olaraq, 21 noyabr 2024-cü il tarixli 3-16-5/8-15-M-430/24 saylı məktubu ilə bildirilmişdir ki. xx.xx.2010-cu il tarixdə Laçın rayon Mirik kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində tərtib edilmiş 01 saylı doğum haqqında akt qeydinin uşaq qrafasında adı “Emin”, doğum tarixi xx.xx.2010-cu il və doğum yeri “Bakı şəhəri”, təqdim olunan sənədlərdə isə adı “Emil”, doğum tarixi “xx.xx.2008-ci” il və doğum yeri “ünvan 1i” yazılmışdır. İzah edilmişdir ki, təqdim olunan səndələrlə doğum haqqında akt qeydində uyğunsuzluq və ziddiyyət olduğu üçün xx.xx.2010-cu il tarixli Laçın rayon Mirik kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində tərtib edilmiş 01 saylı doğum haqqında akt qeydinə uyğun doğum haqqında təkrar şəhadətnamənin verilməsi və ya düzəliş edilməsi rayon qeydiyyat şöbəsində mümkün deyildir. Laçın rayon Mirik kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2008-ci il tarixli AZ-İİ № 19501 1 seriyalı doğum haqqında şəhadətnamədən də görünür ki, oğlu X8 xx.xx.2008-ci il tarixdə Laçın rayonu Mirik kəndində doğulmuş, Laçın rayon Mirik kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin bu barədə doğum akt qeydləri kitabında xx.xx.2008-ci il tarixli 05 № ilə qeyd edilmişdir. Eyni zamanda xx.xx.2016-cı il tarixli Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsində də görünür ki, oğlu X8 xx.xx.2008-ci il tarixdə Laçın rayonu Mirik kəndində doğulmuşdur. Adı "Emil" doğum tarixi xx.xx.2008-ci il” və doğum yeri isə Laçın rayonu Mirik kəndi kimi qeyd edilmişdir. Beləliklə, istinad olunan normalardan görünür ki, akt qeydlərində səhv məlumatlar olduqda şəxs ona dəyişiklik edilməsini tələb edə bilər. Yuxarıda istinad olunanlardan məlum olur ki, iddiaçı ona məxsus müvafiq sənədləri təqdim edərək xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini əldə etmiş, həmin şəxsiyyət vəsiqəsində adı “Emil", doğum tarixi “xx.xx.2008-ci" il və doğum yeri “Laçın rayonu Mirik kəndi” kimi yazılmışdır. Şəxsiyyət vəsiqəsinin vətəndaşın doğum haqqında şəhadətnaməsi əsasında verildiyini, həmin şəhadətnamədə oğlumun adının “Emil” doğum tarixi “xx.xx.2008-ci” il və doğum yeri “Laçın rayonu Mirik kəndi” kimi qeyd olunmuşdur. Hesab edir ki, iddia tələbi təmin edilməlidir. X1 barəsində tərtib edilmiş xx.xx.2010-cu il tarixli, 01 nömrəli doğum haqqında akt qeydinin 2-ci qrafasında "Emin" adının “Emil“ adına, doğum tarixinin “xx.xx.2010-cu" ilin xx.xx.2008-ci ilə və doğum yerinin "Bakı şəhərinin “Laçın rayonu Mirik kəndi“nə düzəliş edilməsi və bu barədə X6 doğum haqqında şəhadətnamə verilməsi öhdəliyinin cavabdeh Laçın rayon Qeydiyyat şöbəsinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçın iddia ərizəsini müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına cavabdehin nümayəndəsi gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materialarında olan AZE seriyalı 12969825 saylı şəxsiyyət vəsiqəsinin surətinə əsasən, X8 xx.xx.2008-ci il tarixdə anadan olmuşdur, ünvan 1ində qeydiyyatdadır. - AZE seriyalı AA******* saylı şəxsiyyət vəsiqəsinin surətinə əsasən, İddiaçı xx.xx.1983-cü il tarixdə anadan olmuşdur, ünvan 1ində qeydiyyatdadır. İşdə olan AZ-İİ №195011 saylı, xx.xx.2008-ci il tarixli doğum haqqında şəhadətnamənin surətinə əsasən, X8 xx.xx.2008-ci il tarixdə ünvan 1ində anadan olmuşdur, valideynləri İddiaçı və X5r. - İddia ərizəsinə əlavə edilmiş Laçın rayon Qeydiyyat şöbəsinin iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubuna əsasən, xx.xx.2010-cu il tarixdə Laçın rayou Mirik kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində tərtib edilmiş 01 saylı doğum haqqında akt qeydinin uşaq qrafasında adı “Emin”, doğum tarixinin “xx.xx.2010-cu” il və doğum yeri “Bakı şəhəri” təqdim olunan sənədlərdə isə adı “Emil”, doğum tarixi “xx.xx.2008-ci” il və doğum yeri “Laçın rayonu Mirik kəndi" yazılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001 -ci il 01 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydaları”nın 1ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydində səhvlərin düzəldilməsi və ona dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin daimi yaşadığı ərazinin qeydiyyat şöbəsi tərəfindən həyata keçirilir. Bununla bağlı izah edilir ki, təqdim olunan sənədlərlə doğum haqqında akt qeydində uyğuynsuzluq və ziddiyyət olduğu üçün xx.xx.2010-cu il tarixdə Laçın rayonu Mirik kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində tərtib edilmiş 01 saylı doğum haqqında akt qeydinə uyğun doğum haqqında təkrar şəhadətnamənin verilməsi və ya düzəliş edilməsi rayon qeydiyyat şöbəsində mümkün deyildir. - İşdə olan xx.xx.2010-cu il tarixli, 01 saylı doğum haqqında akt qeydinə əsasən, X9 xx.xx.2010-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur, doğulan uşaq ananın say üzrə ikinci uşağı olmuşdur. Uşağın doğumunu təsdiq edən sənəd Laçın rayon M/X-nın xx.xx.2010-cu il tarixli, ******* saylı doğum haqqında tibbi şəhadətnamə göstərilmişdir. - İşdə olan Xəzər rayonu İ.Tağıyev adına 26 saylı tam orta məktəbin 578 saylı, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X2 rayonu İ.Tağıyev adına 26 saylı tam orta məktəbin Azərbaycan bölməsinin 1-ci sinfinə xx.xx.2015-ci il tarixdə daxil olub və halhazırda məktəbin 10-cu sinfində təhsil alır. - İşdə olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X16 “Bakı Baş Səhiyyə Mərkəzi” X16 1 nömrəli Birləşmiş şəhər Xəstəxanasının xx.xx.2025-ci il tarixli, 18-1-1-76/2-249/2025 saylı məktubuna əsasən, xx.xx.1988-ci il təvəllüdlü X7 (AA5247377) öz sözünə görə xx.xx.2008-ci il tarixdə ev şəraitində doğmuşdur. xx.xx.2008 ci il tarixdə poliklinikaya çağırış olunub sahə həkimi X14 Musayev küçəsində ananın deməsinə görə 1 gün əvvəl yəni xx.xx.2008-ci il tarixdə doğulmuş oğlan uşağını müayinə edib və qeydiyyata alıb. Hamiləlik zamanı ana poliklinikada ginekoloq müayinəsində olmuşdur. xx.xx.2008-ci il tarixdə uşağa poliklinikada Vi hepatit B və V0 poliomelit olunub. Uşağa doğum haqqında şəhadətnamə alarkən X8 doğum tarixi xx.xx.2008-ci il qeyd edilmişdir. Ananın verdiyi məlumat əsasında xx.xx.2008 ci il tarixdə doğulmuş X8 1 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının uşaq şöbəsində xx.xx.2008-ci il tarixdən qeydiyyatdadır və hal-hazırda praktik sağlamdır. Uşağın ambulator kitabçasından bəzi səhifələr məktuba əlavə olunur. Məhkəmə mübahisəyə qiymət verilməsi ilə bağlı qanunvericiliyin aşağıdakı müddəalarını diqqətə çəkir: Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasınıın 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə görə hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Həmin Məcəllənin 26.4-cü maddəsinə görə fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci maddəsinə əsasən Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 161.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Həmin Məcəllənin 161.3-cü maddəsinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müəddəalar”-ın 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Məhkəmənin qənaətinə görə iddiaçının tələbi onun təvəllüdünün düzgün olmaması ilə bağlı olduğuna görə, ilk növbədə onun təvəllüdünün vətəndaşlıq vəziyyəti aktları qeydində necə yazılması müəyyən olunmalıdır. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, iddiaçının oğlu X8 xx.xx.2010-cu il tarixdə Bakı şəhərində doğulmuşdur və həmin vaxt təvəllüdü doğum akt qeydində “xx.xx.2000-ci il” kimi göstərilmişdir. Sonradan iddiaçının oğlu X8 doğum akt qeydində təvəllüdü “xx.xx.2000-ci il” olsa da, iddiaçının özünün dediyinə görə oğlu E.Mirzəyevin əslində “xx.xx.2008-ci il” tarixdə anadan olduğunu, adının “Emil“, doğum yerinin “Laçın rayonu Mirik kəndi” olduğunu bildirmiş və məhkəməyə AZ-İİ №195011 saylı, xx.xx.2008-ci il tarixli doğum haqqında şəhadətnamənin surətini təqdim etmişdir, həmin doğum haqqında şəhadətnamənin surətində X8 xx.xx.2008-ci il tarixdə ünvan 1ində anadan olması və valideynləri İddiaçı və X7 olması barədə məlumatlar göstərilmişdir. Məhkəmə tərəfindən AZ-İİ №195011 saylı, xx.xx.2008-ci il tarixli doğum haqqında şəhadətnamənin surətinə baxış keçirilərkən iddiaçının bildirdiklərinin əksi olaraq E.Mirzəyevin doğum tarixinin “xx.xx.2008-ci il” olaraq qeyd edilməsi və naməlum şəraitdə sadə qələmlə “06” rəqəminin üstünə “16” rəqəminə düzəliş edilməsi aşkar edilmişdir. Məhkəmə tərəfindən göndərilmiş sorğuya cavab olaraq, Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X16 “Bakı Baş Səhiyyə Mərkəzi” X16 1 nömrəli Birləşmiş şəhər Xəstəxanasının xx.xx.2025-ci il tarixli, 18-1-1-76/2-249/2025 saylı məktubunda qeyd etmişdir ki, xx.xx.1988-ci il təvəllüdlü X7 (AA5247377) öz sözünə görə xx.xx.2008-ci il tarixdə ev şəraitində doğmuşdur. xx.xx.2008 ci il tarixdə poliklinikaya çağırış olunub sahə həkimi X14 Musayev küçəsində ananın deməsinə görə 1 gün əvvəl yəni xx.xx.2008-ci il tarixdə doğulmuş oğlan uşağını müayinə edib və qeydiyyata alıb. Hamiləlik zamanı ana poliklinikada ginekoloq müayinəsində olmuşdur. xx.xx.2008-ci il tarixdə uşağa poliklinikada Vi hepatit B və V0 poliomelit olunub. Uşağa doğum haqqında şəhadətnamə alarkən X8 doğum tarixi xx.xx.2008-ci il qeyd edilmişdir. Ananın verdiyi məlumat əsasında xx.xx.2008 ci il tarixdə doğulmuş X8 1 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının uşaq şöbəsində xx.xx.2008-ci il tarixdən qeydiyyatdadır və hal-hazırda praktik sağlamdır. Uşağın ambulator kitabçasından bəzi səhifələr məktuba əlavə olunur. Məhkəmə təqdim edilmiş 1 nömrəli Birləşmiş şəhər Xəstəxanasının xx.xx.2025-ci il tarixli, 18-1-1-76/2-249/2025 saylı məktubuna əsasən müəyyən edir ki, iddiaçının iddia etdiyi kimi xx.xx.2008-ci il tarixdə oğlan uşağının doğulması barədə məlumat verilməmiş, əksinə ev şəraitində X3 deməsinə görə Bakı şəhərində xx.xx.2008-ci il tarixdə oğlan uşağı doğması və hətta xx.xx.2008-ci il tarixdə poliklinikada poliomelit olması barədə sənədlər təqdim edilmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2010-cu il tarixli, 01 saylı doğum haqqında akt qeydində isə X9 xx.xx.2010-cu il tarixdə Bakı şəhərində, ikinci uşaq olaraq doğulması və uşağın doğumunu təsdiq edən sənədin isə Laçın rayon M/X-nın xx.xx.2010-cu il tarixli, ******* saylı doğum haqqında tibbi şəhadətnamə olduğu göstərilmişdir. X3 Bakı şəhərində ev şəraitində xx.xx.2008-ci il tarixdə dünyaya gətirdiyi oğlan uşağının məhz Laçın rayon M/X-nın xx.xx.2010-cu il tarixli, ******* saylı doğum haqqında tibbi şəhadətnaməsi ilə xx.xx.2010-cu il tarixdə dünyaya gətirdiyi oğlan uşağının eyni uşaq olması və adlarının məhz “Emin” deyil, “Emil” olması məhkəməyə inandırıcı gəlməmişdir. Həmçinin məhkəmə bildirir ki, iddiaçının X1 adının “Emin” əvəzinə məhz “Emil” olması barədə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bundan başqa məhkəmə tərəfindən iddiaçının nəzərinə çatdırılır ki, Laçın şəhəri və ətraf ərazilər (Laçın dəhlizi) 18 may 1992-ci ildə erməni silahlı qüvvələri tərəfindən işğal edilmişdir. 2020-ci ildə Azərbaycan Ordusu tərəfindən keçirilmiş əks-hücum əməliyyatı nəticəsində 9 noyabrda Güləbird, Səfiyan, Türklər kəndləri işğaldan azad olunmuşdur. Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı Qarabağ atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildən etibarən Laçın rayonunun, Laçın dəhlizinə düşən ərazilər (Laçın şəhəri və Sus ilə Zabux kəndləri) istisna olmaqla 1 qəsəbəsi Qayğı qəsəbəsi və 122 kəndi Azərbaycan Respublikasının nəzarəti altına keçmişdir. Laçın rayonunun tarixi ardıcıllığı üzrə baxış keçirilərək məhkəmə tərəfindən qeyd edilir ki, iddiaçının X1 barəsində tərtib edilmiş AZ-İİ №195011 saylı, xx.xx.2008-ci il tarixli doğum haqqında şəhadətnamədə AZ-İİ №195011 saylı, xx.xx.2008-ci il tarixli doğum haqqında şəhadətnamədə onun doğum yerinin “Laçın rayonu Mirik kəndi” olaraq yazılması və buna görə də E.Mirzəyev barəsində doğum akt qeydinə düzəliş edilməsi həqiqətə uyğun olmadığı üçün mümkün deyildir. İddiaçının X1 barəsində doğum akt qeydindəki adının, təvəllüdünün, doğulduğu yerin dəyişdirilməsinin müxtəlif problemlərlə üzləşməsinə dair iddia dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, əvvəla adının, təvəllüdünün, doğulduğu yerin dəyişdirilməsinin iddiaçıya və ya onun övladına hansı tərzdə problemlərlə üzləşməsinə dair sübutlar məhkəməyə təqdim olunmamış və yalnız iddiaçının iddia tələbini əsaslandırmaq üçün gətirdiyi formal heç nəyə söykənməyən arqumentləridir. Məhkəmənin qənaətinə görə iddiaçı X1 barəsində doğum akt qeydindəki adının, təvəllüdünün, doğulduğu yerin düzgün göstərilməməsi ilə bağlı heç bir sübut nə inzibati icraatda, nə də hazırkı məhkəmə icraatında təqdim etmədiyindən, cavabdeh Laçın rayon Qeydiyyat Şöbəsinin imtinası qanuna zidd sayılmamalı, eləcə də iddiaçının oğlunun hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. Odur ki, iddia tələbi əsaslı sayıla bilməz. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Laçın rayon Qeydiyyat şöbəsinə qarşı «X1 barəsində tərtib edilmiş xx.xx.2010-cu il tarixli, 01 nömrəli doğum haqqında akt qeydinin 2-ci qrafasında "Emin" adının “Emil“ adına, doğum tarixinin “xx.xx.2010-cu" ilin “xx.xx.2008-ci” ilə və doğum yerinin "Bakı şəhəri”nin “Laçın rayonu Mirik kəndi”nə düzəliş edilməsi və bu barədə X6 doğum haqqında şəhadətnamə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 69-cu, 75-ci, 79-cu, 81-ci, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Laçın rayon Qeydiyyat şöbəsinə qarşı «X1 barəsində tərtib edilmiş xx.xx.2010-cu il tarixli, 01 nömrəli doğum haqqında akt qeydinin 2-ci qrafasında "Emin" adının “Emil“ adına, doğum tarixinin “xx.xx.2010-cu" ilin “xx.xx.2008-ci” ilə və doğum yerinin "Bakı şəhəri”nin “Laçın rayonu Mirik kəndi”nə düzəliş edilməsi və bu barədə X6 doğum haqqında şəhadətnamə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-2387/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2387/2025
24.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver