Məhkəmə qərarları › İş №2-1(120)-2391/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2391/2025

01.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2391/2025 01.12.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclasının katibi Əlişova Nuridə Əliverdi qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “09 avqust 2024-cü il tarixli, 155ş/h saylı əmrin İddiaçı aid hissədə ləğv edilməsi və işə bərpa edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (ünvan: ünvan 1 etdi: İddiaçı cavabdeh Hərbi Komandanlığa qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərbi biletinə düzəliş edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-2391/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə,ərizə təmin edilmiş, cavabdeh Hərbi Komandanlığı əsl cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ilə əvəz edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-2391/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə, İddiaçı nümayəndəsi X5 iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmiş, iddia tələbinə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “09 avqust 2024-cü il tarixli, 155ş/h saylı əmrin İddiaçı aid hissədə ləğv edilməsi və işə bərpa edilməsi” kimi baxılması qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri məhkəmənin sərəncamına əsasən cavabdehə təqdim olunaraq, sonuncudan iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmək tələb olunmuş, həmçinin, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 49.1.1-ci maddəsinə əsasən tərəflər işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün məhkəməyə dəvət olunmuşlar. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, on dörd il Zaqatala rayon N saylı hərbi hissədə hərbçi işləmişdir. Daxili Qoşunlarda xidmət edib. İşlədiyi müddətdə heç bir nöqsanı olmamışdır. Daim vətənə sədaqətlə qulluq etmişdir. Bir qardaşı qazidir. 2024-cü ilin avqust ayında ona məlum olmayan səbəbdən hərbi komandanlıq onu işdən azad edib. Hərbi biletinə xidmətə uyğunsuzluq qeyd olunubdur. O,hansı nöqsanı etdiyini bilmir. Günahsız olaraq onu da digər iki nəfərə qoşaraq işdən azad ediblər. Əslində onun günahsız olduğunu bilirdilər. Demək olar ki, digər nöqsanlı şəxslərin güdazına getmişdir. Məqsədi vətənə ləyaqətlə xidmət etməkdir. Orduda xidmət etmək böyük arzusu olub. Onun ən çox sevdiyi hərbçi sənətindən günahsız yerə uzaqlaşmağı sarsıntılara səbəb olmuşdur. Odur ki, , 2024-cü ilin avqustunda Zaqatala rayon N saylı hərbi hissədən günahsız,səbəbsiz işdən çıxarılmağını hərbi biletinə əsassız olaraq uyğunsuzluğun yazılmasını nəzərə alaraq qaldırdığı iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının sabiq hərbi qulluqçusu, ehtiyatda olan çavuş İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “hərbi biletinə düzəliş edilməsi” tələbinə dair iddiası əsassız və qanunvericiliyin tələblərinə zidd olduğundan təmin olunmamalı və mümkünsüz hesab olunmalıdır. Belə ki, iddiaçı tələbini onunla əsaslandırmağa çalışmışdır ki, 14 il Zaqatala rayonunda yerləşən Daxili Qoşunlann N saylı hərbi hissədə xidmət etmiş, xidmət etdiyi müddətdə heç bir nöqsanı olmamış, daimi Vətənə sədaqətlə qulluq etmiş, bir qardaşı qazidir. Həmçinin İddiaçı ərizəsində bildirmişdir ki, 2024-cü ilin avqust ayında ona məlum olmayan səbəbdən hərbi komandanlıq onu xidmətdən azad etmiş, hərbi biletinə xidməti uyğunsuzluq qeyd olunmuş, hansı nöqsana yol verdiyini bilməmiş, o, günahsız olaraq digər iki nəfərlə birlikdə xidmətdən azad edilmiş, onun əslində günahsız olduğu bildirilmiş, digər iki nəfərin güdazına getmişdir. Eyni zamanda, İddiaçı ərizəsində məqsədinin Vətənə ləyaqətlə xidmət etmək olduğunu, orduda xidmət etməyin böyük arzusu olduğunu, ən çox sevdiyi hərb sənətindən günahsız yerə uzaqlaşdırılması sarsıntılara səbəb olmuşdur. Yuxarıda qeyd olunanlarla yanaşı iddiaçı ərizəsində 2024-cü ilin avqust ayında N saylı hərbi hissədən günahsız yerə xidmətdən azad edildiyinə görə hərbi biletinə düzəliş edilməsinə dair cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin üzərinə vəzifə qoyulmasını məhkəmədən xahiş etmişdir. Yuxarıda göstərilənlər üzrə iddiaçı tərəfindən göstərilən faktları əsassız hesab edirəm, iddia mümkün sayılmamalı və təmin olunmamalıdır. Belə ki, sabiq hərbi qulluqçu, ehtiyatda olan çavuş İddiaçı xx.xx.2011-ci il tarixdən xx.xx.2024-cü il tarixədək Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N saylı hərbi hissəsində xidmət etmişdir. Daxili işlər nazirinin müavini-X3 xx.xx.2024-cü il tarixli 155 nömrəli şəxsi heyət üzrə əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli 3-13-14-19/Ə177/2024 nömrəli nizami hissə üzrə əmrilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” (xidməti uyğunsuzluğa görə) bəndinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılaraq hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılaraq hərbi qeydiyyata alınması üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinə göndərilmişdir. İddiaçı xidmət etdiyi müddət ərzində “ictimai yerdə etik normalara düzgün riayət etmədiyinə görə” xx.xx.2012-ci il tarixdə xüsusi təyinatlı dəstə komandiri tərəfindən “Töhmət”, “ictimai yerdə etik davranış qaydalarını pozduğuna və vaxtında böyük rəisə məruzə etmədiyinə görə” xx.xx.2012-ci il tarixdə hərbi hissə komandiri tərəfindən “Töhmət”, “inspeksiya yoxlaması zamanı zəif nəticələr əldə etdiyinə görə” xx.xx.2015-ci il tarixdə xüsusi təyinatlı dəstə komandiri tərəfindən “Töhmət”, “təyin olunmamış yerdə (binanın zirzəmisində) siqaret çəkdiyinə görə” xx.xx.2015-ci il tarixdə xüsusi təyinatlı dəstə komandiri tərəfindən “Töhmət”, “sıra intizamının tələblərini pozduğuna görə” xx.xx.2017-ci il tarixdə xüsusi təyinatlı dəstə komandirinin müavini tərəfindən “Töhmət”, “Ümumi inspeksiya yoxlaması zamanı təlim fənləri üzrə “qeyri kafi” qiymət aldığına görə” xx.xx.2020-ci il tarixdə hərbi hissə komandiri tərəfindən “Töhmət” intizam cəzaları ilə cəzalandırılmış, “modul tipli yataqxanada ümumi qaydaları pozduğuna görə” xx.xx.2023cü il tarixdə xüsusi təyinatlı dəstə komandiri tərəfindən “Xəbərdarlıq” elan edilmişdir. Mənfi xasiyyətnamə ilə xarakteriza olunmuşdur. Toplanılmış materiallar öyrənilərkən məlum olmuşdur ki, İddiaçı “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularının etik davranış qaydaları”nın 4.2-ci bəndinin tələblərini pozaraq narkotik vasitə (marixuana) istifadə etdiyinə görə N saylı hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli 3-13-14-19/Ə491/2024 nömrəli əmrilə hərbi hissənin “Gizir və MAXE hərbi qulluqçularının şərəf məhkəməsi”nə cəlb edilmiş, məhkəmənin xx.xx.2024-cü il tarixli qərarına əsasən onun həqiqi hərbi xidmətdən ehtiyata buraxılması haqqında hissə komandiri qarşısında vəsatət qaldırılmışdır. İddiaçı Əliyev X8 işlər nazirinin müavini-X3 xx.xx.2024-cü il tarixli 155 №-li şəxsi heyət üzrə əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli 3-13-14- 19/Ə177/2024 №-li nizami hissə üzrə əmrilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” (xidməti uyğunsuzluğa görə) bəndinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılaraq hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılaraq hərbi qeydiyyata alınması üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinə göndərilmişdir. İddiaçı Daxili işlər nazirinin müavini-X3 xx.xx.2024-cü il tarixli 155 №-li şəxsi heyət üzrə əmri təqdim edilmiş, əmrlə tanış olmuş, əmrlə razı olması barədə müvafiq qeydiyyat aparmışdır. İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” (xidməti uyğunsuzluğa görə) bəndinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılması haqqında əmrlə tanış olmuş, Daxili işlər nazirinin müavini-X3 xx.xx.2024-cü il tarixli 155 №-li şəxsi heyət üzrə əmrinin mübahisələndirilməsi üçün verilmiş müddəti ötürmüşdür. Yuxarıda qeyd olunanlara əsasən iddiaçı hazırkı iddianı irəli sürmək üçün qanunla müəyyən edilmiş müddəti ötürdüyündən iddia mümkün sayılmamalıdır. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərtlərindən biri də, qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətinə riayət olunmasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətinə qaldırıla bilər. “İnzibati icraat haqqında” Qanunun 73.1-ci maddəsinə əsasən, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlat verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 3.3-cü maddəsinə görə Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu Qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar (bu Qanunun 30.5-ci maddəsində müəyyən olunmuş hallar istisna olmaqla) müəyyən oluna bilər. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə görə hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) Azərbaycan Respublikası Silahlı Qüvvələrinə ehtiyata buraxılırlar. Həmin Əsasnamənin 165-ci maddəsinə görə ehtiyata və istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) buraxılması əmri və ya ondan çıxarış Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının, Silahlı Qüvvələr növlərinin, korpusların (diviziyaların) müvafiq qurumları tərəfindən korpuslara (diviziyalara), bilavasitə tabelikdə olan hərbi bölmə və hissələrə buraxılan hərbi qulluqçuya elan olunmaq və haqq-hesabı aparmaq üçün göndərilir. Beləliklə, yuxarıda göstərilənlərdən məlum olur ki, sabiq hərbi qulluqçu, ehtiyatda olan çavuş İddiaçı iddiası əsassız və qanunvericiliyin tələblərinə zidd olduğundan mümkün hesab olunmamalıdır. İddiaçı sabiq hərbi qulluqçu, ehtiyatda olan çavuş İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “hərbi biletinə düzəliş edilməsi” tələbinə dair iddiası əsassız və normativ aktların tələblərinə zidd olduğundan mümkün hesab edilməməsini xahiş etmişdir. Məhkəmə zalında iddiaçının nümayəndəsi X9 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin təmin edilməsini xahiş etmişlər. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İddianın mümkünlüyü İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuşdur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Biləsuvar rayonunun ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, iddiaçı Biləsuvar rayonunda qeydiyyatda olduğundan doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia ərizəsinə baxılmalıdır. Baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş və ona münasibətdə əlverişsiz olan inzibati aktın (sərəncamın) ləğv edilməsini tələb edir. İPM-in 2.2.1-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İPM-in 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-nin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İş materiallarından aydın göründüyü kimi, mübahisələndirilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3155 ş/h nömrəli əmrinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixdə (zərf xx.xx.2024-cü il tarixdə göndərilmişdir) daxil olmuşdur. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edən vaxtda iddia tələbi və cavabdeh qismində yanlışlığa yol vermiş, işdən azad edilməsi barədə məlumatların ona məlum olmadığını bildirmişdir və məhkəmə tərəfindən aparılmış araşdırma nəticəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3155 ş/h nömrəli əmri və digər xidməti məlumatlar iş materiallarına əlavə edilmiş, məhkəmə gedişatı ərəfəsində iddia tələbi dəyişdirilmiş və əsl cavabdeh orqan əvəz edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı tərəfindən İnzibati Prosessual Məcəllənin 38-ci maddəsində müəyyən edilmiş iddia müddəti buraxılmamışdır. Əsaslandırma Hissəsi Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. -İşdə olan AZE******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1991-ci il tarixdə Biləsuvar rayonu, Çaylı kəndində anadan olmuş, Biləsuvar rayonu, Çaylı kəndində qeydiyyatdadır. -İşdə olan ******* saylı hərbi biletin surətindən görünür ki, Əliyev X4 rayon çağırış komissiyası tərəfindən hərbi xidmətə yararlı sayılaraq həqiqi hərbi xidmətə çağırılmış və N oktyabr 2009-cu ildə hərbi hissəyə göndərilmişdir. -İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-43-12/2-408/25 saylı məktubuna əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsində hərbi qeydiyyatda olan hərbi vəzifəli, çavuş xx.xx.1991-ci il təvəllüdlü İddiaçı şəxsi iş materiallarının təsdiq edilmiş surəti ünvana göndərilmişdir. - İşdə olan Cavabdeh Daxili Qoşunlarının xx.xx.2025-ci il tarixli, 3-13-14/2-3201/2025 saylı məktubuna əsasən, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “hərbi biletinə düzəliş edilməsi” barədə iddia tələbi üzrə tələb olunan sənədlər ünvana göndərilmişdir. - İşdə olan Cavabdeh Daxili Qoşunlarının xx.xx.2025-ci il tarixli, 115 saylı arxiv arayışına əsasən, Arxiv sənədlərinə istinad edərək verilir ondan ötrü ki, həqiqətən də çavuş İddiaçı N saylı hərbi hissənin tərkibində həqiqi hərbi xidmət keçməsi faktlarını təsdiq edən məlumatlar aşağıdakılardır: Daxili işlər nazirinin müavini-X3 xx.xx.2011-ci il tarixli 19 №-li şəxsi heyət üzrə əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.2011-ci il tarixli 158 №-li nizami hissə üzrə əmrilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 26cı maddəsinə müvafiq olaraq Biləsuvar RHK-dan ehtiyatdan çağırılmış hesab edilməklə hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilərək hissə komandirinin sərəncamında (xüsusi təyinatlı dəstədə) hesab edilmişdir; Daxili işlər nazirinin müavini-X3 xx.xx.2011-ci il tarixli 31 №-li şəxsi heyət üzrə əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.2011-ci il tarixli 261 №-li nizami hissə üzrə əmrilə hissə komandirinin sərəncamından azad edilib, xüsusi təyinatlı dəstənin 2-ci xüsusi həmlə qrupunun 2-ci yarımqrupunda heyət nəfəri vəzifəsinə təyin edilmişdir; Daxili işlər nazirinin müavini-X3 xx.xx.2014-cü il tarixli 93 №-li şəxsi heyət üzrə əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.2014-cü il tarixli 303 №-li nizami hissə üzrə əmrilə xüsusi təyinatlı dəstənin 2-ci xüsusi həmlə qrupunun 2-ci yarımqrupunda heyət nəfəri vəzifəsindən azad edilib, xüsusi təyinatlı dəstənin 2-ci xüsusi həmlə qrupunun 2-ci yarımqrupunda heyət nəfəri vəzifəsinə təyin edilmişdir;Daxili işlər nazirinin müavini-X3 xx.xx.2017-ci il tarixli 86 №-li şəxsi heyət üzrə əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.2017-ci il tarixli 242 №-li nizami hissə üzrə əmrilə xüsusi təyinatlı dəstədə 2-ci xüsusi həmlə qrupunun 2-ci yarımqrupunda heyət nəfəri vəzifəsindən azad edilib, xüsusi təyinatlı dəstədə 2-ci xüsusi həmlə qrupunun 2-ci yarımqrupunda heyət nəfəri vəzifəsinə təyin edilmişdir; Daxili işlər nazirinin müavini-X3 xx.xx.2018-ci il tarixli 44 №-li şəxsi heyət üzrə əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.2018-ci il tarixli 119 №-li nizami hissə üzrə əmrilə xüsusi təyinatlı dəstədə 2-ci xüsusi həmlə qrupunun 2-ci yarımqrupunda heyət nəfəri vəzifəsindən azad edilib, xüsusi təyinatlı dəstədə 2-ci xüsusi həmlə qrupunun 2-ci yarımqrupunda heyət nəfəri vəzifəsinə təyin edilmişdir; Daxili işlər nazirinin müavini-daxili qoşunların komandanının xx.xx.2023-cü il tarixli 24 №-li şəxsi heyət üzrə əmrilə N saylı hərbi hissədə xüsusi təyinatlı dəstənin 2-ci xüsusi həmlə qrupunun 2-ci yarımqrupunun heyət nəfəri vəzifəsindən azad edilib, xüsusi təyinatlı dəstənin 2-ci xüsusi həmlə qrupunun atıcı-radiotelefonçusu vəzifəsinə təyin edilmişdir. Qeyd: Daxili işlər nazirinin müavini-daxili qoşunların komandanının 2023-cü ildən və N saylı hərbi hissə komandirinin 2018-ci ildən sonrakı dövrü əhatə edən əmrləri arxivə təhvil verilmədiyi üçün sonrakı xidməti barədə hər hansı məlumatın verilməsi mümkün deyildir. X11 xidmətinə təqdim olunur. - İşdə olan xx.xx.2024-cü il tarixli N saylı hərbi hissənin gizir və müddətdən artıq xidmət edən hərbi qulluqçularının şərəf məhkəməsinin 03 nömrəli qərarına əsasən, Çavuş İddiaçı “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularının etik davranış qaydalarf’nın 12-ci bəndinin tələbini pozaraq narkotik vasitə (marixuana) istifadə etmiş, bununla hərbi qulluqçu adma yaraşmayan və nüfuzuna ləkə gətirən hərəkətlərə yol trdiyinə görə hərbi qulluqçunun həqiqi hərbi xidmətdən ehtiyata buraxılması haqqında yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmışdır. - İşdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirinin müavini-X3 xx.xx.2024-cü il tarixli, 155 ş/h saylı əmrindən çıxarışa əsasən, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə müvafiq olaraq, İddiaçı, N saylı hərbi hissənin xüsusi təyinatı dəstəsinin 2-ci xüsusi həlmə qrupunun atıcı-radiotelefonçusu vəzifəsindən azad edilib, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İşdə olan Cavabdeh Daxili Qoşunlarından göndərilmiş İddiaçı xx.xx.2024-cü il tarixli izahatından görünür ki, xx.xx.2024-cü il tarixdə F.X12 adlı şəxslə arasında olan söhbətdən heç bir məlumatı yoxdur. O, Fərhad Hətəmova onun üçün narkotik vasitəsi alması barədə heçnə deməmişdir. İşğaldan azad edilmiş torpaqda tapdığı az miqdarda marixuananı 2024-cü ilin fevral ayında istifadə etmişdir, ondan sonrakı müddətdə heç vaxt nakotik vasitə istifadə etməmişdir. Bu kimi hərəkətlərin mənfi davranış olduğunu bilir. Komandirləri tərəfinən bununla bağlı mütəmadi olaraq izahedici söhbətlər apardılar. İşdə olan xx.xx.2024-cü il tarixli söhbət vərəqindən görünür ki, İddiaçı Hərbi Qulluqçularının şərəf məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə müvafiq olaraq, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağa təqdim olunmuşdur və qərarla razıdır, qərarla əlaqədar əlavə heç bir şikayəti yoxdur, xidmət müddətində bir sıra nöqsanlara yol verilmişdir. Hərbi Həkim Komissiyasına göndərilməyə ehtiyacı yoxdur. - İşdə olan xx.xx.2024-cü il tarixli N saylı hərbi hissənin aktından görünür ki, Hərbi hissə komandirinin tərbiyə işləri üzrə müavini polkovnik-leytenant X6, hərbi hissə komandirinin; 1-çi müavini - qərargah rəisi VMİE mayor X7 və qərargah rəisinin şəxsi heyətin uçotu üzrə baş köməkçisi V.İE kapitan X10 bu aktı tərtib edirik ondan ötrü ki, xüsusi təyinatlı dəstənin 2-ci xüsusi bəmlə qrupunun atıcı-radiotelefonçusu MAXE çavuş İddiaçı barəsində xx.xx.2024-cü İL tarixdə keçirilmiş hissənin gizir və.MAXE hərbi qulluqçularının şərəf məhkəməsində onun “Hərbi xidmətkeçmə haqqında“ Əsasnamənin 156-cı maddəsinin “e“ bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə qərar qəbul olunmuşdur. Ehtiyata buraxılarkən hərbi qulluqçu lıərbi xidmətə yararlılığmın təyin edilməsi məqsədilə hərbi həkim komissiyasına zərurət olmadığım bildirmiş və göndərilməsinə etiraz etmişdir. Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununa görə daxili işlər orqanlarında xidməti intizam - əməkdaşlar tərəfindən onlara həvalə olunmuş vəzifələrin icrasından və öz səlahiyyətlərini həyata keçirən zaman Azərbaycan Respublikasının qanunvericiliyinə, vəzifə təlimatlarına, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və bilavasitə rəislərin əmr və göstərişlərinə əməl etməkdən ibarətdir (maddə 108). Xidməti intizam qaydalarını pozmağa görə daxili işlər orqanlarının əməkdaşlarına xidmətdən xaric edilmə intizam tənbehi tətbiq edilə bilər (maddə 114). Daxili işlər orqanlarının əməkdaşı daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən ləyaqətsiz hərəkət etdikdə xidmətdən xaric edilə bilər (maddə 135.9). «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 45.1-ci maddəsinə görə inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. Həmin Qanunun 45.2-ci maddəsinə görə inzibati icraat zamanı inzibati orqan tərəfindən aşağıdakı sübutetmə vasitələrindən: - (maddə 45.2.1) sənədlərdən; - (maddə 45.2.2) tərəflərin və işdə iştirak edən üçüncü şəxslərin izahatlarından; - (maddə 45.2.3) şahid ifadələrindən; - (maddə 45.2.4) müvafiq müayinələrin aparılmasından; - (maddə 45.2.5) ekspert rəylərindən; - (maddə 45.2.6) hüquqi yardım qaydasında digər inzibati orqanlar tərəfindən təqdim olunmuş arayışlardan; - (maddə 45.2.7) işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər sübutlardan istifadə oluna bilər. Həmin Qanunun 45.3-cü maddəsinə görə qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması, həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Məhkəmə müəyyən etdi ki, İddiaçı 2011-ci il tarixdən Cavabdeh daxili qoşunlarda xidmətə qəbul edilmişdir, Sonradan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2024-cü il tarixli, 155 ş/h saylı əmrindən çıxarışa əsasən, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə müvafiq olaraq, İddiaçı, N saylı hərbi hissənin xüsusi təyinatı dəstəsinin 2-ci xüsusi həlmə qrupunun atıcı-radiotelefonçusu vəzifəsindən azad edilib, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Bundan sonra iddiaçı məhkəməyə müraciət edərək, əmri mübahisələndirmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq və sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının mübahisələndirdiyi inzibati aktın ləğv edilməsi üçün qanun pozuntusu müəyyən olunmadı. Belə ki, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən, daxili işlər orqanlarında xidmət keçmə - bu orqanlarının funksiya, vəzifə və hüquqların öz peşə fəaliyyətləri ilə keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. Həmin Əsasnamənin 114-cü bəndinə əsasən, xidməti intizam qaydalarını pozmağa görə daxili işlər orqanlarının əməkdaşlarına aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər: 1) məzəmmət; 2) töhmət; 3) şiddətli töhmət; 4) xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq; 5) tutduğu vəzifədən aşağı vəzifəyə keçirmə; 6) xüsusi rütbənin bir pillə aşağı salınması; 7) xidmətdən xaric edilmə. Həmin Əsasnamənin 129-cu bəndinə əsasən, Xidməti intizam qaydalarının pozulmasına görə daxili işlər orqanlarının istintaq aparatı işçilərinə intizam tənbehi verilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı və onun səlahiyyət verdiyi şəxslər tərəfindən, prosessual fəaliyyət ilə əlaqədar olduğu hallarda isə prokurorluq və məhkəmə orqanlarının aktları əsasında həyata keçirilir. Həmin Əsasnamənin 135-ci maddəsinə əsasən, daxili işlər orqanlarının əməkdaşı aşağıdakı hallarda xidmətdən xaric edilə bilər: 1) öz arzusu ilə daxili işlər orqanlarında xidmətdən çıxmaq barəsində yazılı ərizə verdikdə; 2) and içməkdən imtina etdikdə; 3) cinayət törətdiyinə görə barəsində qanuni qüvvəyə minmiş məhkəmənin ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqi haqqında qərar olduqda; 4) daxili işlər orqanlarında xidmətlə bir araya sığmayan fəaliyyətlə məşğul olduqda; 5) xidmətdə olmanın son yaş həddinə çatdıqda; 6) səhhətinə görə, o cümlədən uzun müddətli (4 aydan artıq) xəstəliklə əlaqədar vəzifəsini yerinə yetirməsinin qeyri-mümkünlüyü barədə tibbi-həkim komissiyasının rəyi olduqda; 7) daxili işlər orqanlarında xidmətə tam yararsız olması barəsində attestasiya komissiyasının rəyi olduqda; 8) başqa dövlətin vətəndaşlığını qəbul etdikdə, Azərbaycan Respublikasının vətəndaşlığına xitam verildikdə və ya digər dövlət qarşısında öhdəlik götürdükdə; 9) daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən ləyaqətsiz hərəkət etdikdə; 10) intizam məsuliyyətinə cəlb edildikdən sonra xidmət və icra intizamını il ərzində yenidən kobudcasına pozduqda; 11) ştatlar ixtisar edildikdə; 12) fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə qaydasında müəyyənləşdirildikdə; 13) digər hüquq-mühafizə orqanlarına işə keçdikdə. Məhkəmə tərəfindən qeyd edilir ki, xüsusi kateqoriya şəxs olan daxili işlər orqanlarında xidmət keçən şəxslərin xidmətə qəbuluna, xidmətin aparılmasına, xidmətdən buraxılmasına dair xüsusi tələblər vardır. «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının hərbi xidməti Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən və ehtiyatda xidmətdən ibarətdir. Həqiqi hərbi xidmətdə olan vətəndaşlar hərbi qulluqçular, ehtiyatda xidmətdə olanlar isə hərbi vəzifəlilər adlanırlar. Hərbi qulluqçular və hərbi vəzifəlilər Azərbaycan Respublikasının Silahlı Qüvvələrində əsgər, matros, kursant, çavuş, gizir, miçman və zabit kimi hərbi xidmət keçirlər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunun 28.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətin aşağıdakı növləri müəyyən edilir: müddətli həqiqi hərbi xidmət; hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarının həqiqi hərbi xidməti; müddətdən artıq həqiqi hərbi xidmət;gizirlərin və miçmanların həqiqi hərbi xidməti; zabitlərin həqiqi hərbi xidməti. Həmin Qanunun 36.1–c.i maddəsinə əsasən həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında aşağıdakı həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar: -36.1.1. müddətdən artıq həqiqi hərbi xidmətə – ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar. Həmin Qanunun 38.1.2-ci maddəsinə əsasən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün: müddətli həqiqi hərbi xidmətdən daxil olanlar, ehtiyatdan daxil olanlar və qadınlar – 3 il. Bu müddət qurtardıqda müddətdən artıq həqiqi hərbi xidmət tərəflərin razılığı ilə həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatanadək hər dəfə 5 ilədək müddətə uzadılır. Belə ki, «Hərbi vəzifə və xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 40.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müvafiq aktı əsasında ali zabit heyəti həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları isə həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. Həmin Qanunun 40.2-ci maddəsinə müvafiq olaraq müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları bu Qanunun 41.0.3-cü, 41.0.5-ci, 41.0.8-ci, 42.0.2-ci və 42.0.3-cü maddələrində, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları isə həmçinin bu Qanununun 41.0.1-ci maddəsində nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən ehtiyata və ya istefaya buraxılırlar. Həmin Qanunun 40.3-cü maddəsinə əsasən zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. Həmin Qanunun 41.0-cı maddəsinə uyğun olaraq ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: 41.0.1. xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla); 41.0.2. yaşa görə - həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda; 41.0.3. xəstəliyə görə - hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; 41.0.4. ştatların ixtisarına görə - ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.5. ailə vəziyyətinə görə qadınlar və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları - «Hərbi xidmətkeçmə haqqında» Əsasnamədə müəyyən edilmiş əsaslara görə; 41.0.6. xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.7. məhkəmənin hökmü ilə və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və «Azərbaycan Respublikası Silahlı X2»nin 61-ci bəndinin «z» yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla); 41.0.8. törədilmiş cinayətə görə hərbi vəzifələri tutma hüququndan məhrum etmə və ya müəyyən müddətə azadlıqdan məhrumetmə (bu Qanunun 38.5-ci maddəsində nəzərdə tutulmuş hallar və şərti məhkum edilmiş şəxslər istisna olmaqla) və ya ömürlük azadlıqdan məhrumetmə növündə cəzalara məhkum edildikdə (bu Qanunun 42.0.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla); 41.0.9. öz arzusu ilə - yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər; 41.0.10. Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin: - 155-ci maddəsinə əsasən Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması aşağıdakı qaydada «Hərbi xidmət haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aparılır: a) əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmamışlarsa, səhhətlərinə görə dinc, yaxud müharibə dövründə hərbi xidmətə yararlıdırlarsa, ehtiyata buraxılırlar; b) əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmışlarsa, yaxud hərbi həkim komissiyaları tərəfindən hərbi xidmətə yararsız sayılıblarsa, hərbi uçotdan silinməklə istefaya buraxılırlar. Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması bu Əsasnamənin 156 — 159-cu maddələrindən birinin nəzərdə tutduğu əsasla icra edilir. Bu zaman buraxılmaq üçün bir neçə əsası olan müsbət attestasiya edilmiş hərbi qulluqçular buraxıldıqdan sonra ən yüksək hüquqlar və güzəştlər verən əsasla, yaşlarına və səhhətlərinə görə buraxılmaq hüququ olanlar isə onların arzusu nəzərə alınaraq bu səbəblərdən birinə əsasən buraxılmağa təqdim edilirlər. Hərbi qulluqçu törətdiyi xətalara görə həqiqi hərbi xidmətdən müvafiq şərəf məhkəməsinin vəsatəti ilə, yaxud birbaşa buraxılırsa, buraxılma bu Əsasnamənin 156-cı maddəsinin «ə» bəndinə əsasən yerinə yetirilir. -156-cı maddəsinin e bəndinə əsasən xidməti uyğunsuzluğa görə hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. Məhkəmə iş materiallarını araşdırararaq qeyd edir ki, İddiaçı cavabdeh orqan tərəfindən onun barəsində verilmiş əmri mübahisələndirərək əmrin qanunsuz və əsassız olduğunu iddia edir. Lakin məhkəməyə daxil olmuş məlumat və sənədlərdən müəyyən edilri ki, İddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli izahat üzrə görünür ki, xx.xx.2024-cü il tarixdə işğaldan azad edilmiş torpaqda tapdığı az miqdarda marixuananı 2024-cü ilin fevral ayında istifadə etmişdir, ondan sonrakı müddətdə heç vaxt nakotik vasitə istifadə etməmişdir. Bu kimi hərəkətlərin mənfi davranış olduğunu bilir. Komandirləri tərəfinən bununla bağlı mütəmadi olaraq izahedici söhbətlər apardılar. Həmçinin iddiaçı və cavabdeh orqanın əməkdaşı arasında aparılmış xx.xx.2024-cü il tarixli söhbət vərəqində İddiaçı barəsində Hərbi Qulluqçularının şərəf məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156cı maddəsinin “e” bəndinə müvafiq olaraq, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağa təqdim olunmuşdur və qərarla razı olduğunu bildirmiş, qərarla əlaqədar əlavə heç bir şikayəti olmadığını, xidmət müddətində bir sıra nöqsanlara yol verdiyini göstərmişdir, Hərbi Həkim Komissiyasına göndərilməyə ehtiyacı olmadığını bildirmişdir. Beləliklə, İddiaçı xidməti dövründə narkotik vasitədən istifadə etdiyini verdiyi izahat üzrə özü də etiraf etmişdir və imzası ilə təsdiq etmişdir, tibbi müayinədən keçmək üçün Hərbi Həkim Komissiyasına göndərilməsinə ehtiyacı olmadığını bildirmişdir. Hazırki vəziyyətdə İddiaçı heç bir nöqsana yol verməməsi barədə iddiası məhkəməyə inandırıcı gəlməmişdir. Ümumiyyətlə, xidmət etdiyi müddət ərzində xidmətinə mövcud vəziyyətə verilən qiymət «qeyri kafi» olmuşdur. Bütün bunlar iddiaçının öz xidməti vəzifəsinə məsuliyyətsiz yanaşmasından irəli gəlir. Ona görə də, hərbi hissə komandiri öz səlahiyyətlərindən istifadə edərək, onu dəfələrlə intizam məsuliyyətinə cəlb etmiş, lakin iddiaçı bütün bunlardan düzgün nəticə çıxarmamışdır. Nəticədə «xidməti uyğunsuzluğa görə» Azərbaycan Ordusu sıralarından ehtiyata buraxılmasına təqdim olunmuşdur. Təqdimatın hazırlanmasına əsas olmuş sənədlər (surətləri etiraza əlavə olunur) nəzərdən keçirilərkən, iddiaçının Azərbaycan Respublikası Silahlı X1 67-ci maddəsində nəzərdə tutulmuş intizam cəzalarına (məzəmmət, aşağı vəzifəyə keçirmə və hərbi rütbəsini bir pillə aşağı salma kimi intizam cəzaları istisna olmaqla) cəlb edildiyi məlum olmuşdur. Barəsində olan intizam cəzalarını mübahisələndirməmişdir. Ona görə də, öz əməllərindən düzgün nəticə çıxarmayan iddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin «e» bəndi ilə, yəni xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağa təqdim olunmuşdur. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 160-cı maddəsinə əsasən dinc dövrdə zabitlər (ali rütbəli zabitlərdən başqa) - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən buraxılırlar. Həmin Əsasnamənin 168-ci maddəsinə əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156-158-cı maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir. İddiaçı barəsində qərar qəbul edilərkən buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdir. İPM-nin 73.3.1 -ci maddəsinə əsasən «inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə»... və 73.3.2-ci maddəsi «inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətlədirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı veriidikdə».... Məhkəmə bir qayda olaraq iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Qeyd edilənlərə əsasən, Məhkəmə hesab edir ki, cavabdehin tərəfindən qəbul edilmiş əmrlər əsaslı olmuş, qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edilməmişdir. Həmçinin, iddiaçının digər tələblərinə münasibətdə də Məhkəmə qeyd edir ki, iddiaçının daxili işlər orqanlarında xidmətdən xaric edilməsinə dair əmr əsaslı olmuşdur. "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 1.0.25-ci maddəsinə əsasən diskresion səlahiyyətlər - orqanın (şəxsin) öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.7-ci maddəsinə müvafiq olaraq diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Həmin Qanunun 14.3-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Hazırki iş üzrə iddiaçı işdən xaric edilməsi barədə əmri mübahisələndirir. Həmin əmri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin malik olduğu diskresion səlahiyyətlərin icrası qaydasında qəbul edilmişdir. Bununla bağlı olaraq məhkəmə qeyd edir ki, diskresion səlahiyyətlər inzibati orqanın öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir və qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi deməkdir. Lakin aydındır ki, inzibati orqan özünün diskresion səlahiyyətini özbaşına və hüdudsuz istifadə edə bilməz. Bu səlahiyyət heç bir halda inzibati orqana əsaslandırılmamış şəkildə hər hansı qanuni meyarlara söykənmədən öz mülahizəsinə uyğun davranmaq imkanının verilməsi kimi də yozula bilməz. Belə yanaşma hüquqi dövlət prinsipi ilə ziddiyyət yaratmış olardı. Hər bir inzibati orqan özünün malik olduğu diskresion səlahiyyətləri qanun güddüyü məqsəd naminə və səlahiyyətlərin qanunla müəyyən edilmiş hüdudları daxilində həyata keçirməlidir. Diskresion səlahiyyətlər həddində hərəkət edən inzibati orqanın fəaliyyətinin məhkəmə tərəfindən yoxlanılması da məhz bu meyarlara əsaslanmaqla inzibati orqanın hərəkətlərinə qiymət verilməsini ehtiva edir. Hazırki halda cavabdeh inzibati orqan tərəfindən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarına əsassız müdaxiləyə yol verilməmiş, inzibati orqanın diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirmişdir. Mübahisələndirilən əmrdən və iş materiallarında olan digər sənədlərdən görünürki, iddiaçı hüquq mühafizə əməkdaşına xas şəxsi keyfiyyətə malik olmamış, xidməti borcuna sədaqət göstərməmiş, xidmətin əsas meyarı kimi intizamlılıq göstərməmiş, bununla da xidməti intizamı və etik davranış qaydalarını mütəmadi olaraq pozmuş, nəticədə daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. Beləliklə də yuxarıda qeyd edilən hüquq normalarını işin müəyyən edilmiş bütün faktiki hallarına tətbiq edərək məhkəmə belə qənaətə gəlir ki, hazırkı halda mübahisələndirilən əmr «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun, Polis haqqında” Azərbaycan Respublikası Qanununun, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin, “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi”nin tələblərinə uyğun qəbul edildiyindən və onun qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirildiyindən, iddiaçının həmin inzibati orqana qarşı “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “hərbi biletinə düzəliş edilməsi” barədə tələbi əsaslı deyil. Ona görə də, cavabdeh inzibati orqanın mübahisələndirilən əmri əsaslı və qanuni olduğundan, iddiaçının iddia tələbi əsassız və qanunsuz olduğundan, həmin tələb təmin edilməməlidir. Beləliklə, iddiaçının öz tələbində əsaslandığı iddiasının hüquqi əsasları mövcud deyildir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia);.. Həmin Məcəllənin 32.1 -ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər:32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt;32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt);32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “09 avqust 2024-cü il tarixli, 155ş/h saylı əmrin İddiaçı aid hissədə ləğv edilməsi və işə bərpa edilməsi” barədə iddia tələbi təmin edilməməlidir. İş üzrə prosessual xərc yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “09 avqust 2024-cü il tarixli, 155ş/h saylı əmrin İddiaçı aid hissədə ləğv edilməsi və işə bərpa edilməsi” barədə iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar