Məhkəmə qərarları › İş №2-1(120)-2394/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2394/2024

26.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2394/2024 26.11.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Giriş Hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi, İddiaçı Kontu oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin xx.xx.2023-cü il tarixli qərarına ona aid hissədə dəyişiklik edilərək əlilliyin başlanğıc tarixinin xx.xx.2022-ci il tarixdən müəyyən olunması” tələbinə dair iddiası üzrə inzibati işə 26 noyabr 2024-cü il tarixdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təsviri Hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı cavabdehin xx.xx.2023-cü il tarixli qərarına ona aid hissədə dəyişiklik edilərək əlilliyin başlanğıc tarixinin xx.xx.2022-ci il tarixdən müəyyən olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinin tələbinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. Məhkəmənin 12 mart 2024-cü il tarixli, qərardadı ilə iddianın dəyişdirilməsi və cavabdehin əsl cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməsi barədə qərardad qəbul olunmuşdur. Məhkəmənin 31 iyul 2024-cü il tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilərək “ona əlilliyin təyin edilməsinin xx.xx.2022-ci il tarixdən müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” və Biləsuvar rayon Mərkəzi Xəstəxanası adi cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Məhkəmənin 26 noyabr 2024-cü il tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilərək “cavabdehin xx.xx.2023-cü il tarixli qərarının ona aid hissədə dəyişiklik edilərək əlilliyin başlanğıc tarixinin xx.xx.2022-ci il tarixdən müəyyən olunması” kimi davam etdirilməsi qərara alınmışdır. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin və üçüncü şəxs Biləsuvar rayon Mərkəzi Xəstəxanasının nümayəndəsi gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin və 3-cü şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün saydı. İddiaçı tərəfindən iddia tələbi onunla əsaslandırılmışdır ki, o, şəhid atasıdır. Oğlu X1 uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Özü İ Qarabağ Müharibəsi iştirakçısı və müharibə əlilidir. Əvvəllər etdiyi müraciət əsasında ona əlillik təyin edilmişdi. Həmin əlilliyin müddəti xx.xx.2022-ci il tarixdə bitdiyi üçün o, yenidən müvafiq qaydalara uyğun olaraq müraciət etmişdir. Həmin vaxtdan ona dəfələrlə müxtəlif bəhanələrlə imtina edilmişdir. Hər dəfə imtinanın əsası olaraq göstərilən halları aradan qaldlraraq, yenidən müraciət etmişdir. Sonuncu müraciətdən sonra xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya qurluşunun müdafiəsi ilə əlaqədar ona 2 il müddətinə (xx.xx.2025-ci ilədək) orqanizmin funksiyalarının 50 faiz pozulmasına görə əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. xx.xx.2023-cü il tarixdə əlilliyin təyin edilməsindən sonra o, əvvəlki əlillik müddətinin bitdiyi tarixdən, yenidən əlliliyin təyin edildiyi tarixədək buraxılmış müddət üçün ona ödənilməmiş pensiyanın hesablanaraq ona verilməsi ilə əlaqədar ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla ona imtina cavabı vermişdir. Həmin sənədi ərizəsinə əlavə edir. Cavabdehin imtinasında göstərib ki, "Əlilliyi olan şəxslərin hüquqları haqqında" AR Qanununun 3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay sonra ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi xx.xx.2021-ci ildən sonra (qanunun qüvvəyə mindiyi tarix yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir". Hesab edir ki, ona verilmiş imtina əsassızdır. Belə ki, əvvəllər təyin edilmiş əlillik müddətinin bitdiyi vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən, xx.xx.2023-cü il tarixə qədər müddətdə ona əlilliyi təyin etməyən cavabdehin özüdür. O, həmin müddətdə əlilliyin təyini üçün müraciətlər etmişdir. Müddətin daha çox keçməsində səbəkar məhz cavabdeh özüdür. Burada onun heç bir təqsiri yoxdur. Əgər o, xx.xx.2022-ci il tarixədək əlil olmuşdursa və xx.xx.2023-cü il tarixdə yenidən əlillik təyin edildiyi müddətdən sonra da əlil hesab edilmişsə, onda deməli məntiqlə həmin arada da o, sağlam olmamışdır. Göstərilənlərə əsasən, iddiaçı məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Əsaslandırıcı Hissə: Məhkəmə hesab edir ki, iddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Məhkəmə tərəfi dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaya qarşı etirazında qeyd edilmişdir ki, cavabdehin imtinası qanuni və əsaslı olduğundan İddiaçı iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” xx.xx.2018-ci il tarixli Qanunun 1.0.1 -ci maddəsinə əsasən, əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və va hissiyyat pozuntularının olması hesab edilir. Qanunun 3.1 -ci maddəsinə əsasən, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti DTSERA tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs DTSERA tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 №li qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 1,5-ci bəndinə müvafiq olaraq Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 vasınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 №li qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinə müvafiq olaraq Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vanında Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. İddia tələbinə münasibətdə bildirmək istərdik ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydaları”na əsasən; 1.1.Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. 2.2.Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra alt sistemə ötürülür. 2.3.Göndəriş alt sistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4.DTSERA 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, DTSERA-nın müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Bildiririk ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsisteminə əsasən İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 5 il müddətinə İİ qrup əlillik təyin edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdən yenidən müayinədən keçmiş və ona 2 il müddətinə orqanizmin funksiyalarının 31 -60 faiz pozulmasına görə təkrar əlillik təyin edilmişdir. Məlumat üçün bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinə əsasən əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-1 ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 av ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanuna dəyişiklik edilməsi barədə xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Qanununa müvafiq olaraq sözügedən Qanuna 3.3-1-ci maddə əlavə olunmuşdur (Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli №356- VİQD nömrəli fərmanına əsasən). Həmin maddəyə müvafiq olaraq əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Bildiririk ki, iddiaç» İddiaçı əlillik müddəti bitdiyi xx.xx.2022-ci il tarixdən əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində əlilliyinin yenidən müəyyən edildiyi xx.xx.2023-cü il tarixədək 6 av müddət ötürülmüşdür. Buna görə də iddiaçıya həmin dövr üzrə əmək pensiyasının ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Azərbaycan Respublikası Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli. 2-1 (1021-864/2023 nömrəli analoji is üzrə mövqeyinə əsasən “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-1-ci maddəsinin (Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir) tələbləri baxımından mükün hesab edilmədiyi qənaətinə gəlmişdir. Ali Məhkəmənin sözügedən qərarına əsasən, iddiaçının hüquqi marağı ona təyin edilmiş əlilliyin xx.xx.2022-ci il tarixdən hesablanması olsa da, nəzərə almaq lazımdır ki, onun təkrar əlillik dərəcəsi ilk dəfə təyin edilən əlillik dərəcəsinin bitdiyi vaxtdan 06 ay ərzində deyil, 06 avdan çox müddətdə təyin edilmiş və ona qədər əlilliyin təyin edilməsində cavabdehin imtinası müvafiq qaydada mübahisələndirilməmişdir. Göstərilənlərə əsasən, iddiaçının tələbi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-1-ci maddəsinin (Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir) tələbləri baxımından təmin edilə bilməz. Odur ki, İddiaçı “ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq, Sizə xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbindən 2 il müddətinə (xx.xx.2025-ci ilədək) orqanizmin funksiyalarının 50 faiz pozulmasına görə əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Qeyd edək ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-1 -ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi xx.xx.2021-ci ildən sonra (qanunun qüvvəyə mindiyi tarix) yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Odur ki, əlilliyin son bitmə tarixi xx.xx.2022-ci il tarixinə təsadüf etdiyindən və əlilliyin bitmə tarixi ilə yeni təyinat tarixi arasında qanunvericilikdə müəyyən edilmiş 6 aylıq müddət ötürüldüyündən Sizə əvvəlki dövrə dair ödənişin verilməsi mümkün deyildir. Müraciətiniz ilə bağlı əlavə sualınız yaranacağı təqdirdə; “142 Çağrı mərkəzi" ilə əlaqə saxiaya bilərsiniz; Qeydiyyatda olduğunuz ərazi üzrə Tibbi-sosial ekspert komissiyalarına müraciət edə bilərsiniz.Tibbi-sosial ekspert komissiyalarının ünvanları və qəbui qrafikləri barədə ətraflı məlumat www.dtsera.gov.az saytında qeyd edilmişdir. 002019 nömrəli, xx.xx.2017-ci il tarixli vəsiqənin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya qurluşunun müdafiəsi ilə əlaqədar əlillik dərəcəsi təyin edilmişdir. xx.xx.2021-ci il tarixli, 004680 nömrəli Şəhid ailəsi üzvünün vəsiqəsindən görünür ki, İddiaçı şəhid ailəsi üzvüdür. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsisteminə əsasən İddiaçı xx.xx.2017-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 5 il müddətinə İİ qrup əlillik təyin edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixindən yenidən müayinədən keçmiş və ona 2 il müddətinə orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə təkrar əlillik təyin edilmişdir. Məlumat üçün bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinə əsasən əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-1 ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Bildiririk ki, İddiaçı əlillik müddəti bitdiyi xx.xx.2022-ci il tarixindən əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində əlilliyinin yenidən müəyyən edildiyi xx.xx.2023- cü il tarixədək 6 ay müddət ötürülmüşdür. Buna görə də iddiaçıya həmin dövr üzrə əmək pensiyasının ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün olmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X12 əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, İddiaçı ümumi əsaslara görə əmək pensiyası xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək hesablanmışdır. Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Nəzərinizə çatdırırıq ki, hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı xidmət keçdiyi qurumun hərbi həkim komissiyasının qərarı, şəhadətnaməsi və ya əlillik səbəbini təsdiq edən müvafiq sənəd əsas götürülür. Bildiririk ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının U00119157JVF nömrəli göndərişi və müraciəti əsasında xx.xx.2023-cü il tarixində Agentlikdə qəbulda olmuşdur. Qəbul zamanı təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq xx.xx.2023-cü il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbilə 2 il müddətinə (xx.xx.2025-ci ilədək) orqanizmin funksiyalarının 50 faiz pozulması barədə qərar qəbul edilmişdir. xx.xx.2006-cı il tarixli, 071662 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı Birinci Qarabağ müharibəsi iştirakçısı və müharibə veteranıdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şəbəsinin xx.xx.2023-cü il tarixli, 287 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı həqiqətən Azərbaycan Respublikasının müharibə veteranıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı məktubda qeyd edilmişdir ki, sizin müraciətinizlə bağlı müvafiq qərar qəbul edilmiş,xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixinədək ARƏBM ilə əlaqədar əlil kimi təqaüd təyin edilmişdir. Azərbaycan Respublikasi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X14 Biləsuvar Rayon Mərkəzi X9 Şəxsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı barəsində xx.xx.2023-cü il tarixində “Forma-88” tərtib edilmişdir. Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq, Sizə xx.xx.2023-cü il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbindən 2 (iki) il müddətinə (xx.xx.2025-ci ilədək) orqanizmin funksiyalarının 50 faiz pozulmasına görə əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Qeyd edək ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi xx.xx.2021-ci ildən sonra (qanunun qüvvəyə mindiyi tarix) yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Odur ki, əlilliyin son bitmə tarixi xx.xx.2022-ci il tarixinə təsadüf etdiyindən və əlilliyin bitmə tarixi ilə yeni təyinat tarixi xx.xx.2023-cü il arasında qanunvericilikdə müəyyən edilmiş 6 aylıq müddət ötürüldüyündən Sizə əvvəlki dövrə dair ödənişin verilməsi mümkün deyildir. Müraciətiniz ilə bağlı əlavə sualınız yaranacağı təqdirdə; “142 Çağrı mərkəzi” ilə əlaqə saxlaya bilərsiniz; Qeydiyyatda olduğunuz ərazi üzrə Tibbi-sosial ekspert komissiyalarına müraciət edə bilərsiniz.Tibbisosial ekspert komissiyalarının ünvanları və qəbul qrafikləri barədə ətraflı məlumat www.dtsera.gov.az saytında qeyd edilmişdir. Yuxarıda göstərilən mənbələrdən aldığınız məlumatlar Sizi qane etmədiyi təqdirdə iş günləri ərzində www.dtsera.gov.az saytından “online növbə” əldə etməklə ünvan 2 ünvanına qəbul üçün müraciət etməyiniz tövsiyə olunur. Azərbaycan Respublikasi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X14 Biləsuvar Rayon Mərkəzi X9 Şəxsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı “T90.5-Keçirilmiş qapalı KBT-nın dərin qalıqları” diaqnozu ilə tibbi sənədləri E-təbibin “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri” proqramına daxil edilib və xx.xx.2023-cü il İmtina edilib. Səbəb:Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həkimin rəyi: Xüsusi səbəbdən- Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Ümumi xəstəlik səbəbi ilə əlaqədar- Əlillik təyinatına əsas verən xəstəlik qeyd edilməklə yeni göndərişin rəsmiləşdirilməsi məsləhət görülür. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən İddiaçı xx.xx.2017-ci il tarixində əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsistemində olan məlumata əsasən İddiaçı 17,05.2022-ci ii tarixində əlillik müddəti bitdiyi üçün pensiya ödənişi dayandırılmışdır. '*Əlillik" altsistemində olan məlumata əsasən İddiaçı xx.xx.2023-cü il tarixindən əlilliyi müəyyən edildiyi üçün Mərkəzi Filialın xx.xx.2023-cü il tarixli qərarı ilə xx.xx.2023-cü il tarixindən pensiya ödənişi bərpa edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, **********1 nömrəli qərarında qeyd edilmişdir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyası (bundan sonra- Komissiya) xx.xx.2022-ci il tarixdə aşağıda adı göstərilən 26 nəfər vətəndaşın əlilliyinin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir. 26) Biləsuvar rayon sakini xx.xx.1974-cü il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2016-ci il tarixli 616 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Qəlpə yaralanmalarından sonra başın sol arxa ənsə nahiyəsində bir ədəd, başın arxa-orta ənsə nahiyəsində bir ədəd, sol baldırın aşağı 1/3-nin ön-içəri səthində bir ədəd çapıq toxumaları” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zaman şəkərli diabetdən əziyyət çəkdiyini ifadə etmiş, oğlunun şəhid olduğunu bildirərək ağlamağa başlamış, verilən suallara formal cavab vermiş, anamnestik məlumatlarda inthara cəhd etdiyini bildirmişdir. Psixi statusunun həkim mütəxəssis tərəfindən araşdırılması zamanı əhval-ruhiyəsi enik olmuş, ünsiyyətə çətinliklə daxil olmuş, daxili aləmini tam açmamışdır. Anamnestik məlumatlarda vəziyyətinin oğlu şəhid olduqdan sonra pisləşdiyini ifadə etmiş, intihar fikirlərinin olduğunu bildirsə də, ixtisaslaşmış tibb müəssisəsində müayinə və müalicə olunmamışdır. Yanaşı olaraq şəkərli diabetdən əziyyət çəkdiyini ifadə etdiyi üçün şəkərli-diabetin ağırlaşmaları araşdırılmış, atrerial təzyiqi A/T-130/90 mm civə süt, puls-88 vurğu, saturasiya SpO2-99% olmuş, hər iki aşağı ətrafda tük örtüyü saxlanılmış, periferik nəbz kafi olmuşdur. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2022-ci il tarixli Oftalmoloq müayinəsinin nəticəsi “VİS OD=0,1 VİS OS=0,1 k/etmir. OU-Qeyri-proliferativ diabetik retinopatiya, başlanğıc kataraktda” kimi, həmin müəssisədə Aşağı ətraf arteriaların dopplerografiyası müayinəsinin nəticəsi “Bilateral-A.Femoralis communis, a.femoralis superficialis, a.femoralis profunda, a.poplitea-hemodinamik əhəmiyyətli daralmalar izlənilmir. Baldırda arteriyalarda intimamedia kompleksi qalınlaşıb, mənfəz daralıb. Pik sistolik sürətlər zəif izlənilir” kimi, Transtorakal Exokardioqrafiya müayinəsinin nəticəsi “Aorta sərtləşib. Çıxan aorta genişlənib (3,6 sm). Sol qulaqcıq genişlənib (4,3 sm). Septumun cüzi hipertrofiyası (1,2 sm). Sol mədəciyin sistola- diastolik ölçüləri böyüməyib, diastolik funksiya relaksativ tipdə pozulub, seqmentar divar hərəkət pozğunluğu qeyd olunmur, sistolik funksiya azalmayıb (LVEF=58%). Aortal və Mitral qapaqlar cüzi fibrotikdir. Min MR. Min TR. Perikard təmizdir” kimi müəyyənləşdirilmişdir. Təqdim edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanası xx.xx.2022-xx.xx.2022-ci il tarixli Çıxarışda diaqnoz “Baş beyin qan dövranının xroniki pozulması. Baş beyin atrofiyası. Kəskin ifadəli asteno-nevrotik hal. Nevrozabənzər sindrom. Şəkərli diabet tip 2” kimi qeyd edilmiş, ekspertiza üçün əhəmiyyətli baş beyin instrumental müayinə sənədi təqdim edilməmişdir. Hazırkı vəziyyətin müayinəsi zamanı ixtisaslaşmış tibb müəssisəsində müayinə və müalicə sənədlərinin yetərsiz olduğunu nəzərə alaraq rəsmi göndəriş verilmiş və bu zamana kimi nəticə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq Müalicənin davam etdirilməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-2726/2023 nömrəli qərarında qeyd edilmişdir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyası (bundan sonra- Komissiya) xx.xx.2023-cü il tarixində aşağıda adı göstərilən 24 nəfər vətəndaşların müarciətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir. 5). Biləsuvar rayon sakini xx.xx.1974cü il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0234003AAS66 nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacı olması barədə qərarı verilmişdir. (ESDAS **********0). Yenidən əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin növbəti göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən 616 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Qəlpə yaralanmalarından sonra başın sol arxa ənsə nahiyəsində bir ədəd, başın arxa-orta ənsə nahiyəsində bir ədəd, sol baldırın aşağı 1/3-nin ön-içəri səthində bir ədəd çapıq toxumaları” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Vətəndaş Hərbi bilet təqdim etməmişdir. Qeyd etməliyik ki, vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zaman şəkərli diabetdən əziyyət çəkdiyini ifadə etmiş, oğlunun şəhid olduğunu bildirərək ağlamağa başlamış, verilən suallara formal cavab vermiş, anamnestik məlumatlarda inthara cəhd etdiyini bildirmişdir. Psixi statusunun həkim mütəxəssis tərəfindən araşdırılması zamanı əhval-ruhiyəsi enik olmuş, ünsiyyətə çətinliklə daxil olmuş, daxili aləmini tam açmamışdır. Anamnestik məlumatlarda vəziyyətinin oğlu şəhid olduqdan sonra pisləşdiyini ifadə etmiş, intihar fikirlərinin olduğunu bildirsə də, ixtisaslaşmış tibb müəssisəsində müayinə və müalicə olunmamışdır. Yanaşı olaraq şəkərli diabetdən əziyyət çəkdiyini ifadə etdiyi üçün şəkərli-diabetin ağırlaşmaları araşdırılmış, atrerial təzyiqi A/T-130/90 mm civə süt, puls-88 vurğu, saturasiya SpO2-99% olmuş, hər iki aşağı ətrafda tük örtüyü saxlanılmış, periferik nəbz kafi olmuşdur” kimi qeyd olunmuş, Müalicənin davam etdirilməsi barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı yuxusuzluqdan, qıcolmadan şikayətlənmişdir. Anamnezində oğlunun şəhid olması, Şəkərli diabet xəstəliyindən əziyyət çəkməsi, ürək əməliyyatı olunması ifadə olunmuşdur. Medikamentoz preparatlardan Kardiomagnil, Depakin, Finlepsin və s. qəbul etdiyini bildirmişdir. Müayinə zamanı nitqində çətinlik müşahidə olunmuşdur. Komissiyaya dəvət olunmuş həyat yoldaşının verdiyi məlumatlarda “Yuxusuzluq, qıcolma tutmaları olur. Əlləri, ayağı yığılır, Relanium vurulduqdan sonra özünə gəlir. Tutmaları ~5-10 dəqiqə davam edir. Bir neçə dəfə intihara cəhd edib. Bəzən saatlarla danışmır” ifadə olunmuşdur. Həkim mütəxəssislər tərəfindən tutmaları konversion tutmalar kimi qiymətləndirilmişdir. AR SN 1 Saylı Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2020-xx.xx.2020-ci il tarixli Çıxarışda diaqnoz “Keçirilmiş qapalı kəllə-beyin travması baş beyin əzilməsindən sonrakı vəziyyət. Yuxu pozğunluğu ilə” kimi qeyd edilmişdir. AR SN Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2023xx.xx.2023-cü il tarixli 010281 nömrəli Çıxarışda diaqnoz “Baş beyin qan dövranının xroniki pozulması. Baş beyin atrofiyası. X11. Sabit gərginlik stenokardiyası. Koronar angioplastikadan sonrakı vəziyyət (2021). Arterial lupertenziya İİ dərəcə. Şəkərli diabet tip 2” kimi qeyd edilmişdir. Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının PHŞ xx.xx.2023-cü il tarixli Baş beyin KT müayinəsinin nəticəsi “İntrakranial həcimli prosses, qanama və ya işemiya aşkar edilmir” kimi qeyd olunmuş, Kəllə-beyin travması öz təsdiqini tapmamışdır. Əlillik təyinatına əsas verən psixi pozuntuların hərbi səbəb əlaqəsi öz təsdiqini tapmamışdır, travmanın qalıq əlamətləri əlillik təyinatına əsas verməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Ümumi xəstəlik ilə əlaqədar 5 (beş) il müddətinə orqanizmin funksiyalarının 50 faiz pozulması barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikasi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X14 Biləsuvar Rayon Mərkəzi X9 Şəxsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı barəsində xx.xx.2023-cü il tarixində “Forma-88” tərtib edilmişdir. Məlumat üçün bildiririk ki, “Tibbi-Sosial Ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssəsisələri”nin X3 siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 sentyabr 2024-cü il tarixli qərarı ilə təsdiqlənmişdir. Həmin siyahıya əsasən göndəriş vermək hüququ olan TƏBİB tabeli tibb müəssisələrinin siyahısından “Biləsuvar Rayon Mərkəzi Xəstəxanası” X14in tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ siyahısından çıxarılmışdır və xx.xx.2024-cü il tarixdən etibarən tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ yoxdur. “Biləsuvar Rayon Mərkəzi Xəstəxanası” X14in tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olmadığı üçün “Tibbisosial ekspertiza müayinəsinə göndərişlərin reyestri” proqramına daxil olaraq məlumatları Sizə təqdim edə bilmir. Əlavə məlumat üçün bildiririk ki, Biləsuvar rayonu üzrə tibbi qeydiyyatda olanlar TQS № 088-in yazılması məqsədilə “Cəlilabad Rayon Mərkəzi Xəstəxanası” X14inə göndərilir. Məhkəmənin mövqeyi Məhkəmə işin faktiki və hüquqi hallarını nəzərdən keçirərək hesab edir ki, iddiaçı xx.xx.2023-cü il tarixli qərarına ona aid hissədə dəyişiklik edilərək əlilliyin başlanğıc tarixinin xx.xx.2022-ci il tarixdən müəyyən edilməli olduğunu tələb etməkdə haqlıdır. Belə ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyi zaman almış olduğu xəsarətlər nəticəsində əlil olmuşdur. Məhkəmə araşdırması zamanı yuxarıda qeyd edilən sübutlardan məlum olmuşdur ki, İddiaçı xx.xx.2017-ci il tarixdə xx.xx.2022-ci ilə qədər Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya qurluşunun müdafiəsi ilə əlaqədar ümumi səbəbdən 2-ci qrup əlillik dərəcəsi almışdır. Daha sonra xx.xx.2023-cü il tarixdə qəbul edilmiş qərarla eyni diaqnoz və eyni səbəblə əlillik təyin olunmuşdur. Məhkəmə qeyd edir ki, həm əvvəlki əlillik təyinatı zamanı, həmçinin də sonuncu təyinat zamanı əlilliyin səbəbi və diaqnozu eyni olaraq qalmışdır. Onun xəstəliyi sağalmaz xəstəlikdir. Məhkəmə hesab edir ki, belə olan halda həmin dövrlərə münasibətdə iddiaçının müraciətindən cavabdehin imtinası qanuni olmamışdır. Halbuki qanunvericiliyin tələbinə görə şəxsin (hazırki halda iddiaçının) əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən (hazırki halda xx.xx.2022-ci il) 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilməli idi. Belə ki, alt sistemdən çıxarışdan müəyyən olunur ki, Biləsuvar rayon Mərkəzi Xəstəxanasının göndərişi xx.xx.2022-ci il tarixdə mərkəzləşdirilmiş elektron sistemə daxil olaraq qeydiyyata alınmışdır. Göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin qeyd olunan tələbləri pozularaq, iddiaçıya beş il müddətinə təyin olunmuş əlillik müddətin bitməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixdə göndərilmiş göndəriş əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacı olması səbəbi ilə əlilliyin təyin olunmasından imtina edilmiş, daha sonra isə təkrar baxılaraq eyni diaqnozla və eyni səbəblə əlillik təyin edilmişdir və bununla da iddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən olunmuş sosial təminat almaq hüququ pozulmuşdur. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyə, əlilliyə, ailə başçısını itirdiyinı, əmək qabiliyyətini itirdiyinə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyanın 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 29 avqust tarixli 99 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 1-ci hissəsinə əsasən Əlilliyin ağırlığından asılı olaraq birinci, ikinci və üçüncü dərəcəli əlillik təyin edilir. Orqanizmin üzv və sistemlərinin funksiyalarının davamsız, dönər morfoloji dəyişmələri və pozulmaları zamanı müalicənin və görülən reabilitasiya tədbirlərinin səmərəliliyinə, sağlamlıq vəziyyətinə və sosial uyğunlaşma vəziyyətinə nəzarət etmək məqsədilə birinci dərəcə əlillik iki il müddətinə, ikinci və üçüncü dərəcə əlillik isə bir il müddətinə təyin edilir. Birinci dərəcə əlillik fasiləsiz olaraq dörd il, ikinci dərəcə isə fasiləsiz olaraq on il təyin edildiyi hallarda əlillik növbəti müayinə müddəti göstərilmədən təyin edilir. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci və 2-ci hissələrindən göründüyü kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə’’nin təsdiq olunması haqqında” 1997-ci il 29 avqust tarixli 99 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmiş, o cümlədən “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” təsdiq edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 36 saylı qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”də aşağıdakılar müəyyən olunmuşdur: - 1.4-ci bəndinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin baş vermə vaxtını TSEK (tibbi-sosial ekspert komissiyaları) və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir; - 4.1-ci bəndinə əsasən, şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır; - 4.3-cü bəndinə əsasən, göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir; - 4.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə və “Vətəndaşın Elektron Sağlamlıq Kartı Sistemi”nə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin çıxışı təmin edilir. - 4.9-ci bəndinə əsasən, göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X5 Sosial Ekspertiza və X10 (bundan sonra — TSERAS) ötürülür; - 4.23-ci bəndinə əsasən, mürəkkəb ekspertiza, əlillik dərəcəsinin ağırlaşması, TSEK-in çıxaracağı qərarla konsensus əldə olunmadıqda, TSEK əlilliyin qiymətləndirilməsinin nəticələri barədə məlumatları, Xidmət tərəfindən müayinənin keçirilməsini zəruri edən səbəbləri qeyd etməklə, TSERAS-a daxil edir. TSERAS tərəfindən bu məlumatlar həmin gün Xidmətə ötürülür; - 4.24-ci bəndinə əsasən, Xidmət bu Əsasnamənin 4.23-cü bəndində göstərilən hallar üzrə TSEK-in müraciəti əsasında növbəti iş günü araşdırma aparmaqla, qərar qəbul edir, bu barədə məlumatı dərhal gücləndirilmiş elektron imza ilə təsdiq edərək TSERAS-a daxil edir. Göstərilmiş tələblərin ümumiləşdirilmiş nəticəsinə görə, şəxsin əlillik dərəcəsi TSEK və müəyyən edilmiş hallarda TSEK-in funksiyalarını həyata keçirən Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidməti müəyyən edir. İlk əvvəl şəxsin əlilliyin qiymətləndirilməsi üçün müvafi dövlət səhiyyə müəssisəsi göndəriş tərtib etməli və onu “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil etməlidir. - 4.25-ci bəndinə əsasən araşdırma şəxsin iştirakı ilə müayinə aparılması zərurəti yaradarsa, Xidmət TSERAS-dan müraciət daxil olduğu gün şəxsin əks əlaqə vasitələrinin birinə TSERAS vasitəsilə müayinə vaxtı və yeri barədə məlumat göndərir və ya bildirir. Şəxs Xidmətə gəldiyi gün müayinə olunur, müvafiq qərar qəbul edilir və bu barədə məlumat dərhal gücləndirilmiş elektron imza ilə təsdiq edərək şəxsə bildirilərək TSERAS-a daxil edilir. - 4.26-cı bəndinə əsasən əlilliyin təyin olunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 4.2-ci bəndinə əsasən, ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Əsasnamənin 2.2-ci bəndində göstərilmişdir ki, ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2016-cı il tarixli 140 nömrəli Qərarı ilə təsdiq olunmuş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın 1.1-ci bəndində göstərilmişdir ki, bu Qaydalar Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxslər) dövlət səhiyyə müəssisələri (bundan sonra - səhiyyə müəssisələri) tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. Qaydaların 1.2-ci bəndində göstərilmişdir ki, şəxslərə göndərişlər onlara xidmət göstərən ambulator-poliklinika müəssisəsi tərəfindən, stasionar müalicədə olan şəxslərə isə müalicə aldıqları səhiyyə müəssisəsi tərəfindən verilir. Qaydaların 1.3-cü bəndində göstərilmişdir ki, göndəriş verilməsi üçün əsaslar aşağıdakılardır: şəxsin son 12 ay ərzində eyni xəstəliklə fasiləsiz və ya fasilələrlə ümumilikdə 6 aydan çox (vərəm xəstələri üçün 10 aydan) müalicədə olması və müalicə tədbirləri tam başa çatdıqdan sonra orqanizmin pozulmuş funksiyalarının bərpa olmaması, şəxsin əqli və ya fiziki qüsurları nəticəsində həyat fəaliyyətinin məhdudlaşması (bənd 1.3.1.); əlillik səbəbinə yenidən baxılması zərurətinin yaranması (1.3.5.). Qaydaların 2.2-ci bəndinə göstərilmişdir ki, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarına uyğun olaraq əlilliyin müddətsiz təyin edilməsinə əsas verə bilən tibbi göstərişlərin olduğu hallarda göndərişlər sadələşdirilmiş qaydada (əlavə müayinələr, xəstəlik tarixindən çıxarışlar (epikrizlər), funksional diaqnostik müayinələr tələb edilmədən) verilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 3.1-ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.3-cü maddəsinə əsasən müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.4-cü maddəsinə əsasən inzibati orqanların bu Qanunun 13.3cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati icraat qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 4.1-ci maddəsinə əsasən, inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddia təmin edilsin. Tibbi-sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli qərarına İddiaçı aid hissədə dəyişiklik edilərək əlilliyin başlanğıc tarixinin xx.xx.2022-ci il tarixdən müəyyən olunması öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar