Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-240/2020 24.06.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi ilə, İddiaçı x1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan ərazi idarəsinə qarşı ünvan 1 blok 3, 14 nömrəli mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və həmin əmlaka dair reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçı x5 cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 blok 3, 14 nömrəli mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və həmin əmlaka dair reyestrdən çıxarışın verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 04.05.2020-ci il tarixli, 2-1(120)-240/2020 saylı qərardadı ilə Beyləqan şəhər İcra Hakimiyyətinin və Beyləqan bələdiyyəsinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ailəsi ilə 2000-ci ildən ünvan 1 mənzil 14, blok 3 ünvanında yaşayır. 28 dekabr 2001-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövlət Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən Beyləqan şəhəri M.Ə.Sabir küçəsi bina 10, blok 3, mənzil 14-ə mülkiyyət hüququ qeydə alınmaqla qeyd olunan mənzilə “Texniki Pasport” və “Qeydiyyat vəsiqəsi” verilmişdir. Qeyd edilən mənzilə mülkiyyət hüququnu Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövlət Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsində qeydiyyata aldırdıqdan sonra 2002-ci ilin yanvar ayından həmin mənzilin bütün kommunal xərclərini özü ödəyir. Beyləqan şəhəri M.Ə.Sabir küçəsi, ev nömrə 10, blok 3, mənzil 14 üzərində mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyesterində qeydiyyata alınması üçün 28.10.2019-cu ildə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 6 saylı Beyləqan ərazi idarəsinə ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən onun mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Cavabdehin imtinasını əsassız hesab etdiyi üçün hazırda məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən iddia ərizəsinin təmin olunması barədə qərar çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı x5, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan ərazi idarəsinin, üçüncü şəxslər Beyləqan şəhər İcra Hakimiyyətinin və Beyləqan bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə iddiaçı x1, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan ərazi idarəsinin, üçüncü şəxslər Beyləqan şəhər İcra Hakimiyyətinin və Beyləqan bələdiyyəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan 28.12.2001-ci il tarixli, 855/1 inventar nömrəli texniki pasportun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, x1 adına Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin 28.12.2001-ci il tarixli, 17 saylı qərarına əsasən ünvan 2 ünvanında yerləşən mənzilə dair texniki pasport tərtib edilmişdir. İş materiallarında olan 28.12.2001-ci il tarixli, 256/1 saylı qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Beyləqan şəhəri, Sabir küçəsində yerləşən 3 otaqdan ibarət mənzil x1 adına 28.12.2001-ci il tarixdə 1/2 nömrə ilə reyestr kitabında qeydə alınmışdır, inventar nömrəsi 855/1-dir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı ərazi idarəsi tərəfindən x3 ünvanlanmış 05.11.2019-cu il tarixli, **********81 saylı məktubundan görünür ki, qeyd-olunan mənzilə dair təqdim olunmuş qeydiyyat vəsiqəsi barədə idarənin arxiv əsaslarında hər hansısa hüquqmüəyyənedici sənəd aşkarlanmadığından "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinin tələblərinə əsasən müraciətinin icrasından imtina edilmişdir. İş materiallarında olan 12.11.2019-cu il tarixli, 56806 nömrəli qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 10 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan Beyləqan Rayon İcra Hakimiyyətinin 18.12.2019-cu il tarixli və Beyləqan Rayon Dövlət Arxivinin 16.12.2019-cu il tarixli məktublarından görünür ki, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin arxiv sənəd materialları mühafizə üçün Beyləqan rayon Dövlət Arxivinə təhvil verilməmişdir. İş materiallarında olan Beyləqan Rayon İcra Hakimiyyətinin 18.12.2019-cu il tarixli, 8/924 nömrəli məktubunda qeyd edilmişdir ki, Beyləqan rayon İcra hakimiyyəti 18 noyabr 2019-cu il tarixli 2(086)-2687/2019 nömrəli məktubunuza cavab olaraq bildirir ki, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövlət İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən İddiaçı verilmiş 28 dekabr 2001-ci il tarixli, 256/1 nömrəli Qeydiyyat Vəsiqəsi və 28 dekabr 2001-ci il tarixli, 855/1 inventar nömrəli, 256/1 qeyd nömrəli Texniki Pasport və həmin sənədlərin verilməsinə əsas olan sənədlər rayon İcra hakimiyyətində aşkar edilməmişdir. İş materiallarında olan Beyləqan Rayon Mənzil İstismar Sahəsinin 10.03.2020-ci il tarixli, 06 nömrəli məktubunda qeyd edilmişdir ki, Beyləqan rayon Mənzil İstisamar Sahəsinin rəhbərliyi Sizin şifahi sorğunuza cavab olaraq bildirir ki, Beyləqan rayon Mənzil İstismar Sahəsinin balansında olan ünvan 3 mənzil-14 ünvanında yerləşən mənzil mövcuddur, həmin mənzil yaşayışa tam yararlıdır. Həmin mənzil 2001-ci ildən İddiaçı məxsusdur. Lakin İddiaçı hal-hazırda Gəncə şəhərində yaşayır və ünvan 3 mənzil-14 ünvanında yerləşən mənzildə kirayə vermişdir. Mənzilin özəl mənzil kimi xidmət haqqını İddiaçı ödəyir. ünvan 4 mənzil-14 ünvanında yerləşən mənzilin x4 verilməsi barədə heç bir sənəd yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. (maddə 139-1.1.5). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). Həmin Məcəllənin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır (maddə 4.1).2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələridaşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (maddə 8.0.5). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). Məhkəmə müəyyən etdi ki, Beyləqan şəhəri, Sabir küçəsində yerləşən 3 otaqdan ibarət mənzilə x1 mülkiyyət hüququ qeydə alınmışdır və buna dair x2 adına Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən 28.12.2001-ci il tarixli, 256/1 saylı Qeydiyyat vəsiqəsi verilmişdir. Həmçinin mənzilə dair x1 adına 28.12.2001-ci il tarixli, 855/1 inventar nömrəli texniki pasport tərtib edilmişdir. İddiaçı Beyləqan şəhəri, Sabir küçəsində yerləşən mənzilə (üç otaqlı) mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınması və bu barədə çıxarışın verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan Beyləqan şəhəri, Sabir küçəsində yerləşən mənzilə (üç otaqlı) dair Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən x1 adına verilmiş 28.12.2001-ci il tarixli, 256/1 saylı qeydiyyat vəsiqəsinin Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı ərazi idarəsinin arxiv məlumatlarında mövcud olmadığı əsas gətirilərək mülkiyyət hüquqlarının qeydə alınmasından imtina edilmişdir. Hazırda iddiaçı Beyləqan şəhəri, Sabir küçəsində yerləşən mənzilə (üç otaqlı) mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınması və bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqanın iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etməsində heç bir qanuni əsas, yəni "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində nəzərdə tutulan əsaslardan heç biri müəyyən edilməmişdir. Bunun əksinə, Beyləqan şəhəri, Sabir küçəsində yerləşən 3 otaqdan ibarət mənzilə x1 mülkiyyət hüququ qeydə alınmışdır və buna dair qeydiyyat vəsiqəsi və texniki pasport verilmişdir. Həmin sənədlər qüvvədədir və ləğv olunmamışdır, eyni zamanda yuxarıda qeyd edilən hüquq normalarının tələbinə görə hüquqların qeydiyyata alınması üçün əsasdır. Qeyd olunan sənədlərin qeyri-dəqiqliyi, sənədlərdə nöqsan olması, onların saxtalığı və digər bu kimi halların mövcud olması cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməlidir. Ümumiyyətlə cavabdeh tərəfindən həmin sənədlərin mötəbərliyi mübahsiələndirilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, həmin sənədlərin qeyri-dəqiqliyi sübuta yetirilməyincə, onların həqiqiliyi və tamlığı prezumpsiyası qüvvədədir və bu sənədlərin cavabdeh inzibati orqanın qeyd etdiyi kimi, arxiv əsaslarında hüquqmüəyyənedici sənədlərin olmamasında iddiaçının hər-hansı təqsiri yoxdur. Ona görə də, yuxarıda göstərilən səbəblərdən, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının ünvan 1 blok 3, 14 nömrəli mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtinası əsassız olmuşdur. "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən fiziki və yahüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı x1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı ərazi idarəsinə qarşı ünvan 1 blok 3, 14 nömrəli mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və həmin əmlaka dair reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İddiaçı iddia qaldırmaq üçün on manat məbləğində dövlət rüsumu ödəmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, dövlət rüsumunun ona aid edilməsini xahiş etdiyindən İnzibati Prosessual Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər (məhkəmə xərci) iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-ci, 69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı x2 iddia tələbi təmin edilsin. ünvan 1 blok 3, 14 nömrəli mənzilə x1 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bu barədə ona dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı ərazi idarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər. Hakim Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-240/2020
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-240/2020
24.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver