Məhkəmə qərarları › İş №2-1(120)-240/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-240/2023

09.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-240/2023 09.06.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ləğv edildiyi tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 09 iyun 2023-cü il tarixdə, məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ləğv edildiyi tarixdən bərpa edilərək ona ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, güzəştli şəıtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün DSMF Saatlı rayon fılialına müraciət etmiş, 19 fevral 2019cu il tarixdən 31 avqust 2019-cu il tarixədək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almışdır. Ona pensiya təyin edildikdən sonra DSMF Saatlı rayon şöbəsi tərəfındən 2019cu ilin yanvar, aprel və may ayları ərzində ümumilikdə 58 nəfər rayon sakininə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1-ci maddəsi ilə cinayət işinin istintaqı aparılmışdır. Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin mühüm işlər üzrə müstəntiqi, İ dərəcəli hüquqşünas X12 tərəfındən imzalanmış 06 may 2020-ci il tarixli qərarda göstərilir ki, istintaq zamanı 52 şəxsin yəni, o cümlədən İddiaçı əmək kitabçasındakı iş yerləri və əmək stajları barədə qeydlərin saxta olmasını aparılmış istintaqla sübuta yetirmək mümkün olmamış, onların işləmiş olduqları əvvəlki iş yerləri, müəssisələri və sair ilə bağlı ittihamedici hər hansı maddi sübut aşkar edilməmişdir. Yuxarıda adları göstərilmiş 52 şəxsin pensiya təyinatının bərpasında cinayət xarakterli hər hansı faktın olmadığı müəyyən edilmişdir. Lakin ona təyin edilmiş əmək pensiyası bərpa edilməmişdir. Bununla əlaqədar Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafıə Fonduna rəsmi müraciət etmiş, DSMF Saatlı rayon şəbəsindən ona ünvanlanmış 10 iyul 2020-ci il tarixli, **********7 saylı məktubda göstərilmişdir ki, Sizə yaşa görə güzəştli iş stajına görə təyin edilmiş əmək pensiyası işində əmək kitabçasında əmək pensiyası təyin edilməsi üçün əsas götürülmüş bəzi dövrlərin sosial sığorta stajları üzrə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinə dair sübutların mövcud olmadığı müəyyən edilmişdir. Məcburi dövlət sosial sığoıta haqlarının ödənilməsinə dair sübutlar mövcud olmayan sosial sığorta stajları nəzərə alınmadığına görə əmək pensiyası hüququnuzun yaranmadığı aşkar edilmişdir. Bundan sonra ərizə ilə Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafıə Fondunun 10 saylı X14 rəisinə 02 noyabr 2021-ci il tarixdə rəsmi müraciət etmiş, müraciətinə hal-hazıra kimi cavab verilməmişdir. Sonra eyni məzmunlu ərizə ilə cavabdeh təşkilata rəsmi müraciət etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində əsasən və Azərbaycan Respublikası Ədliyyə nazirliyində 08 oktyabr 2010-cu il tarixdə qeydiyyatdan keçmiş qaydaların 3.1.1-ci bəndinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanın qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Təqdim etdiyi əmək kitabçasında qeyd edilmiş işlədiyi müddətlərdə məcburi dövlət sosial sığoıta haqlarının ödənilməsinə dair sübutların mövcud olmamasına görə sosial sığoıta stajlarının nəzərə alınmaması qanunsuzdur. Azərbaycan Respublikası Konstitusiyasınm 38-ci maddəsinin 3-cü bəndində göstərilir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Cavabdeh təşkilat qeyd etdiyi hərəkətlərlə onun konstitusion hüququnu pozur. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinin tələbinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fıziki və ya hiiquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, möhtəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin möhtəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinin tələbinə görə təqdim olunmuş sənədlərin və dəlillərin möhtəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların möhtəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən məhkəmə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi nazirliyi, Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi fılialınm üzərinə mənə təyin edilmiş güzəştli şəıtlərlə yaşa görə əmək pensiyasının ləğv edildiyi tarixdən bərpa edilərək ona ödənilməsindən ötrü qərar qəbul edilməsi öhdəliyi qoya bilər. “Əmək pensiyaları haqqında Qanun”un 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Məcburetmə haqqında iddianın verilməsi ona təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ləğv edildiyi tarixdən bərpa edilərək ödənilməsi üçün zəruridir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Fondun Saatlı rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının xx.xx.2019-cu il tarixli qərarı ilə İddiaçı hüququnun yarandığı xx.xx.2014-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Daha sonra Fondun sözügedən şöbəsində ayrı-ayrı şəxslərə pensiya təyin edilərkən qanunsuzluqlara yol verilməsi faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə cinayət işi başlanılmış, bu səbəbdən Qiyas Həsənəva təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası xx.xx.2019-cu il tarixdən dayandırılmışdır. Bundan sonra İddiaçı cavabdeh Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək, ona təyin olunmuş əmək pensiyasının dayandırıldığı tarixdən bərpa edilməsini xahiş etmişdir. Lakin iddiaçının təqdim etdiyi 18 fevral 1982-ci il tarixli A3E ******* nömrəli əmək kitabçası araşdırılarkən qeyd olunan məlumatların həqiqiliyinə əsaslı şübhələr yarandığından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı bildiriİmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Bildirirlər ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağırolan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin birinci bəndinə əsasən iş stajını təsdiq edən əsas sənəd əmək kitabcasıdır. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İddiaçı təqdim etdiyi 18 fevral 1982-ci il tarixli, A3E ******* nömrəli əmək kitabçası araşdırılarkən 42-43-cü və 44-45-ci səhifələrinin müvafiq olaraq 02-03-cü qeydlərində sözlərin yazılışında qarışıq olaraq kiril və latın qrafikalı hərflərdən istifadə olunmusdur. “Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi ilə “Azərbaycan əlifbasının latından rus əlifbasına keçirilməsi haqqında” 11 iyul 1939-cu il tarixli Azərbaycan SSR-in Qanunu qüvvədən düşmüşdür. 25 dekabr 1991-ci il tarixli həmin Qanuna əsasən, latın qrafikalı əlifbaya 1992-ci ildən keçid edilmişdir. Qeyd etməyi zəruri hesab edirik ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iş yerindən güzəştli iş stajı barədə arayış təqdim edilməlidir. Arayış iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyi təqdirdə, məhkəmə İPM-nin 12.1-ci maddəsinə əsasən öz təşəbbüsü ilə arayışı tələb etməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli Əlavənin 2.4.1-ci bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu təsdiqləməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Lakin is materiallarında olan pensiya işindən göründüyü kimi İddiaçı vaxtilə pensiya təvinatı aparılarkən güzəştli is stajı barədə arayıs təqdim olunmamısdır. Həmçinin, Azərbaycan Respublikası Dövlət Arxivinin Şirvan filialının 12 yanvar 2022-ci il tarixli, 11 nömrəli arayışında yalnız 1973, 1979, 1995, 1996ci illər üzrə İddiaçı işlədiyi peşələr qeyd edilmişdir. Məhz bu səbəblərə görə də İddiaçı qanunvericiliyin tələbləri baxımından güzəstli sərtlərlə yasa görə əmək pensiyasının bərpa edilməsi mümkün olmamısdır Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X13 qızı təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazının məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Saatlı RPŞ tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli seriya AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1957-ci il tarixdə Saatlı rayonunun Krasnoselski kəndində doğulmuş, yaşayış yeri Saatlı rayonunun Qara Nuru kəndidir. İş materiallarında olan və məhkəmə iclasında araşdırılan İddiaçı adına tərtib və təsdiq olunmuş olunmuş 961037 nömrəli pensiya işinə əlavə edilmiş sənədlərdən, o cümlədən xx.xx.2019-cu il tarixli ərizədən, xx.xx.2019-cu il tarixli 24 nömrəli arxiv arayışından, 14 may 1976-cı il tarixli HЗ ******* nömrəli hərbi biletdən, xx.xx.1982-ci il tarixli AЗE ******* nömrəli kolxozçunun əmək kitabçasından və Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının xx.xx.2019cu ul tarixli 393 nömrəli qərarından müəyyən olunur ki, iddiaçı xx.xx.1976-xx.xx.1978-ci illərdə 2 il 1 ay 12 gün keçmiş sovet ordusu sıralarında hərbi xidmətdə olmuş, 1973, 1974, 1975-ci illərdə, Saatlı rayonu “Kalinin” adına kolxozda 3 il sıravi kolxozçu, 1979-1998-ci illərdə fasiləsiz olaraq 20 il həmin kolxozda eiektrik qaynaqçısı vəzifəsində işləmiş, bu müddət ərzində hərbi xidmət illəri nəzərə alınmaqla ümumilikdə 25 il 1 ay 12 gün, o cümlədən güzəştli şərtlərlə pensiya təyinatı hüququ verən 20 il iş stajı toplamış, xx.xx.2019-cu il tarixli ərizə ilə DSMF Saatlı rayon şöbəsinə müraciət edərək ona hüququnun yarandığı vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının xx.xx.2019-cu ul tarixli 393 nömrəli qərarı ilə ona hüququnun yarandığı xx.xx.1914-cü il tarixdən, yəni 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İş materiallarından, o cümlədən cavabdeh təşkilatın iddiaya qarşı etirazından görünür ki, Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon şöbəsi tərəfindən ayrı-ayrı şəxslərə pensiya təyin edilərkən qanunsuzluqlara yol verilməsi faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə cinayət işi başlanılmış, bu səbəbdən İddiaçı təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası xx.xx.2019-cu il tarixdən dayandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin mühüm işlər üzrə müstəntiqi, İ dərəcəli hüquqşünas X5 06 may 2020-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi 13 noyabr 2019-cu il tarixdə Azərbaycan Respublikasmın Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Baş prokurorunun müavini-Baş prokuror yarnnda Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyi yanında Dövlət Sosial Müdafıə Fondunun Saatlı rayon şöbəsində ayrı-ayrı şəxslərə pensiya təyin edilərkən qanunsuzluqlara yol verilməsi faktına görə Azərbaycan Respublikası CM-in 308.1-ci maddəsi ilə başlanılmışdır. Cinayət işinin başlanmasına səbəb Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon şöbəsi tərəfindən 2019-cu ilin yanvar, aprel və may ayları ərzində ümumilikdə 58 nəfər rayon sakininə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı Azərbaycan Respublikası CM-nin 314.1ci maddəsi ilə istintaqı aparılan cinayət işindən Fondun Saatlı rayon şöbəsində (6) şəxsin, yəni X8, X2, X6, X3, X9 və X1 sənəddən istifadə etmələri xüsusatı ilə bağlı fakta görə Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə vahid cinayət işinin ayrıca icraata aynlmasının zərurliyi nəzərə alınmışdır. Bundan başqa, Dövlət Sosial Müdafıə Fondunun Saatlı rayon şöbəsində 2019-cu ilin yanvar, aprel və may ayları ərzində pensiya təyinatı aparılmış 52 şəxsin, yəni, X16 və qeyrilərinin əmək kitabçalarındakı iş yerləri və əmək stajları barədə qeydlərin saxta olmasını aparılmış istintaqla sübuta yetirmək mümkün olmamış, onların işləmiş olduğu əvvəlki iş yerləri, müəssisələri və sair ilə bağlı ittihamedici hər hansı maddi sübut aşkar edilməmiş, həmin 52 şəxsin pensiya təyinatının bərpasında cinayət xarakterli hər hansı faktın olmadığı müəyyən edilmişdir. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının bərpa edilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, sonuncu 08 fevral 2022-ci il tarixli, **********8 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin birinci bəndinə əsasən i§ staiını təsdiq edən əsas sənəd əmək kitabcasıdır. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Mərkəzi Filial tərəfindən təqdim etdiyiniz 18 fevral 1982-ci il tarixli A3E ******* nömrəli əmək kitabçası araşdırılarkən orada qeyd olunan məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Belə ki, əmək kitabçanızın 42-43cü və 44-45-ci səhifələrinin müvafiq olaraq 02-03-cü qeydlərində sözlərin yazılışında qarışıq olaraq kiril və latın qrafikalı hərflərdən istifadə olunmusdur. Qeyd edilənlərə əsasən əmək kitabçanıza və ondakı məlumatların həqiqiliyinə əsaslı şübhələr olduğundan sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Beləliklə, iş üzrə təqdim olunmuş sənədlərə əsasən İddiaçı xx.xx.2019-cu il tarixdən, yəni 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, DSMF Saatlı rayon şöbəsi tərəfindən ayrı-ayrı şəxslərə pensiya təyin edilərkən qanunsuzluqlara yol verilməsi faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə cinayət işi başlanılmış, bu səbəbdən İddiaçı təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası xx.xx.2019-cu il tarixdən dayandırılmış, İddiaçı əmək kitabçasındakı iş yeri və əmək stajları barədə qeydlərin saxta olmasını aparılmış istintaqla sübuta yetirmək mümkün olmamış, onun işləmiş olduğu iş yeri ilə bağlı ittihamedici hər hansı maddi sübut aşkar edilməmiş, bununla əlaqədar ona münasibətdə başlanılmış cinayət işi üzrə icraata xitam verilmiş, bundan sonra o, xx.xx.2019-cu il tarixdən dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi barədə ərizə ilə cavabdeh təşkilata müraciət etmiş, lakin müraciətinin təmin olunmasından imtina edilmiş, imtinanın səbəbi kimi iddiaçının əmək kitabçasının 42-43-cü və 44-45-ci səhifələrinin müvafiq olaraq 02-03-cü qeydlərində sözlərin yazılışında qarışıq olaraq kiril və latın qrafikalı hərflərdən istifadə olunduğu, bunun isə həmin əmək kitabçasında olan məlumatların həqiqiliyinə əsaslı şübhələr yaratdığı, bu baxımından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatının mümkün hesab edilmədiyi bildirilmişdir. Məhkəmə cavabdeh təşkilatın iddiaçının xx.xx.2019-cu il tarixdən dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsindən imtinasının dəlillərini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qanunvericiliyin tələbinə əsasən hazırkı mübahisəyə xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun və “Əmək pensiyaları haqqında” Qanunun 01 iyul 2017-ci il tarixədək qüvvədə olmuş maddələrinə istinad edilməklə hüquqi qiymət verilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əasən Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən (01 iyul 2017-ci ilə qədər qüvvədə olan redaksiyada) axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ həmin Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının təqdim etdiyi əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığı və ya saxta olması sübuta yetirilməmişdir. Belə ki, cavabdehin istinad etdiyi hallarla əlaqədar, yəni iddiaçıya pensiya təyin edilərkən qanunsuzluqlara yol verilməsi faktına görə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi ilə cinayət işi başlanmış, lakin İddiaçı əmək kitabçasındakı iş yeri və əmək stajı barədə qeydlərin saxta olmasını aparılmış istintaqla sübuta yetirmək mümkün olmamış, onun işləmiş olduğu iş yeri ilə bağlı ittihamedici hər hansı maddi sübut aşkar edilməmiş, həmin şəxsin pensiya təyinatının bərpasında cinayət xarakterli hər hansı faktın olmadığı müəyyən edilmişdir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Bununla bağlı Ali Məhkəmənin qərarlarında formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, sənədlərinin arxivdə olmadığına görə əldə edilməməsi və ya qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Məhkəmə tərkibi həmçinin qeyd etmişdir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə yerləşmiş məhkəmə təcrübəsi həm də ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Digər tərəfdən isə məhkəmə tərkibi qeyd edir ki, cavabdeh lazımi sübutlara əsaslanmaqla əmək kitabçasındakı və ya müəssisə tərəfindən verilmiş əmək fəaliyyətini təsdiq edən digər sənəddəki qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda, əmək kitabçasında və ya digər sənəddə göstərilən məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır. Belə mübahisə cavabdeh tərəfindən açıldığı üçün əmək kitabçasında ya digər sənəddə göstərilən məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür. Çünki qanunvericiliyin normaları əmək kitabçasındakı məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən tərəf isə öz bildirdiklərini sübut etmək yükü daşıyır. İddiaçının pensiyasının dayandırılması ilə bağlı aparılmış inzibati icraat zamanı, eləcə də, məhkəmə icraatı zamanı pensiyanın dayandırılmasına əsas olmuş hallar barədə mötəbər əsaslar aşkar edilməmiş, pensiyanın dayandırılmasının əsaslı olmasına dair cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Beləliklə, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.2006-cı il tarixə tələb olunan 25 il ümumi sosial sığorta stajına və 12 il 6 aydan artıq güzəştli iş stajına malik olduğundan, eləcə də, qanunvericiliklə nəzərdə tutulmuş yaş həddinə çatdığından güzəştli şərtlərlə əmək pensiyası hüququna malikdir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, cavabdeh orqan tərəfindən iddiaçı İddiaçı təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırıldığı xx.xx.2019-cu il tarixdən bərpa edilməsindən imtinası iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, İddiaçı təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırıldığı xx.xx.2019-cu il tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırıldığı xx.xx.2019-cu il tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar