Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2401/2024 22.05.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Rüfət İlham oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsinə qarşı “müddətli həqiqi hərbi xidmətə çağırılması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi, Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, müddətli həqiqi hərbi xidmətə çağırılması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, Kürdəmir rayonu Qarasu kəndində qeydiyyatda olmaqla orda ailəsi ilə birlikdə yaşayır. Atası birinci dərəcəli əlil olduğu üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir Rayon Şöbəsi tərəfindən onun müddətli həqiqi hərbi xidmətə çağırışına möhlət verilməsi barədə qərar qəbul edilmişdir. O, vətəni müdafiə borcunu yerininə yeritmək istəyir bunun üçün Kürdəmir regional ASAN xidmət mərkəzində atası birinci dərəcəli əlil olduğuna görə hərbi xidmət keçmək üçün verilmiş hüququndan imtana edərək xidmətə yolanmağı barədə ərizədəki imzanın həqiqiliyini təsdiq etdirmişdir. Həmçinin anası X3 və atası X1 regional ASAN xidmət mərkəzində hərbi xidmət keçmək üçün verilmiş hüququndan imtina ərizəyə etiraz etmədikləri barədə ərizələrindəki imzanların həqiqiliyini təsdiq etdirmişlər. Beləliklə müddətli həqiqi hərbi xidmətə çağırılması ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir Rayon Şöbəsinə müraciət etmişdir. Həmin dövlət orqanı tərəfindən 22 dekabr 2023-cü il tarixli, 3-43-33/2-1390/2023 saylı məktubla imtina edilmişdir. Səbəb isə “Hərbi Vəzifə və Hərbi Xidmət” haqqında Azərbaycan Respublikası Qanununun 19.1.1 maddəsinə əsasən ona həqiqi xidmətə çağırışdan xx.xx.2025-ci il tarixədək möhlət hüququnun olması göstərilmişdir. Hesab edir ki, cavabdehin hərbi xidmətə keçməklə bağlı imtinası əsassızdır. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, Kürdəmir rayon şöbəsində qeydiyyatda olan çağırışçı xx.xx.2005-ci il təvəllüdlü İddiaçı atası 1978-ci il təvəllüdlü X12 İ qrup əlilliyə görə sosial müavinət alır, anası 1986-cı il təvəllüdlü X3 evdar qadın və qardaşı 02.11 2007-ci il təvəllüdlü X5 ibarətdir. Toplanmış sənədlərə əsasən çağırışçı İddiaçı “ Hərbi Vəzifə və Hərbi Xidmət” haqqında Azərbaycan Respublikasının Qanununun 19.1.1 maddəsinə (ağır ailə vəziyyətinə görə) əsasən həqiqi hərbi xidmətə çağırışdan 02.11,2025-ci il tarixədək möhlət hüququna malikdir. Çağırışçının atası X12 və anası X3 övladı İddiaçı müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququndan imtina etmələrini və onun Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməsinə etiraz etməmələri barədə notarial qaydada ərizə ilə Kürdəmir rayon şöbəsinə müraciət etmişdilər. Çağırışçının atası X7, anası X2 və çağırışçının müraciət ərizələrinə əsasən çağırışçı İddiaçı hərbi xidmətə göndərilməsinə və çıxarılan qərara etiraz etmirlər. Şifahi məhkəmə iclasında İddiaçı izahatında iddia tələbini müdafiə etdiyini bildirərək, müddətli həqiqi hərbi xidmətə çağrılması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şifahi məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsinin nümayəndəsi X9 izahatında iddiaçının müddətli həqiqi hərbi xidmətə çağrılması barədə qərar qəbul edilməsini məhkəməsinin mülahizəsinə buraxdıqlarını bildirmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuşdur.Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Kürdəmir rayonu ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, iddiaçı Kürdəmir rayonunda qeydiyyatda olduğundan iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin qənaətinə görə iddia əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: - İşdə olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2005-ci ildə anadan olmuş və Kürdəmir rayonu, Qarasu kəndində qeydiyyatdadır. -İşdə olan İddiaçı anası X3 və atası X12 tərəfindən imzalanmış **********380 nömrəli ərizə ilə bildirmişlər ki, xx.xx.2005-ci il təvəllüdlü övladları İddiaçı Nayıl oğlunun atası X7 1-ci qrup əlilliyi olduğuna görə ona hərbi xidmət üçün verilmiş olan möhlət hüququndan imtina edir və onun Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçməsinə etiraz etmirlər. - İşdə olan cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-43-33/2-1390/2023 nömrəli məktubunda göstərilmişdir ki, ərizədə atası X11 İ qrup əlil olmasına və 02.11,2007-ci il təvəllüdlü qardaşı X6 18 yaşı tamam olmadığına baxmayaraq, ailə vəziyyətinə görə müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququnun verilməsinə imtina edərək və 2024-cü ilin yanvar çağırışında müddətli həqiqi hərbi xidmətə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. "Hərbi Vəzifə və Hərbi Xidmət” haqqında Azərbaycan Respublikasının Qanununun 19.1.1 maddəsinə (ağır ailə vəziyyətinə görə) əsasən həqiqi hərbi xidmətə çağırışdan xx.xx.2025-ci ıl tarixədək (qardaşı X6 18 yaşı tamam olanadək) möhlət hüququna malikdir. - İşdə olan cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-43-33/2-629/2024 nömrəli məktubunda göstərilmişdir ki, Kürdəmir rayon şöbəsində qeydiyyatda olan çağırışçı xx.xx.2005-ci il təvəllüdlü İddiaçı, Kürdəmir rayon çağırış komissiyasının həkim mütəxəssisləri tərəfindən tibbi, rentgen və laborator müayinələrdən keçirilmiş, səhhətində heç bir patologiya aşkar olunmamış, çağırışçı özü də səhhəti ilə bağlı heç bir şikayət bildirməmişdir və hərbi xidmətə yararlı hesab edilmişdir. Çağırışçının atası 1978-ci il təvəllüdlü X12 İ qrup əlilliyə görə sosial müavinət alır, anası 1986-cı il təvəllüdlü X3 evdar qadın və qardaşı xx.xx.2007-ci il təvəllüdlü X5 ibarətdir. Toplanmış sənədlərə əsasən çağırışçı İddiaçı “Hərbi Vəzifə və Hərbi Xidmət' haqqında Azərbaycan Respublikasının Qanununun 19.1.1 maddəsinə (ağır ailə vəziyyətinə görə) əsasən həqiqi hərbi xidmətə çağırışdan xx.xx.2025-cı il tarixədək möhlət hüququna malikdir. Çağırışçının atası X12 və anası X3 övladı İddiaçı müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququndan imtina etmələrini və onun Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməsinə etiraz etməmələri barədə notarial qaydada ərizə ilə Kürdəmir rayon şöbəsinə müraciət etmişdilər. Çağırışçının atası X7, anası X2 və çağırışçının müraciət ərizələrinə əsasən çağırışçı İddiaçı müddətli həqiqi hərbi xidmətə göndərilməsinə və çıxarılan qərara etiraz etmir. Cavabdeh orqan tərəfindən iddiaçıya məxsus çağırışçının uçot kartası, hərbi xidmətə çağırılan vətəndaşın tibbi şəhadətləndirilmə kartı, xasiyyətnamə, ailə tərkibi barədə arayış, tərcümeyi-hal və digər sənədlər təqdim edilmişdir və təqdim edilmiş sənədlər əsasında müəyən edilir ki, İddiaçı hərbi xidmətə yararlıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdeh orqana müraciət edərək, müddətli həqiqi hərbi xidmətə çağırılmasını xahiş etmişdir, lakin cavabdeh orqan tərəfindən imtina edilərək, atası X11 İ qrup əlil olmasına və 02.11,2007-ci il təvəllüdlü qardaşı X6 18 yaşı tamam olmadığına baxmayaraq, ailə vəziyyətinə görə müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququnun verilməsinə imtina edərək və 2024-cü ilin yanvar çağırışında müddətli həqiqi hərbi xidmətə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. "Hərbi Vəzifə və Hərbi Xidmət” haqqında Azərbaycan Respublikasının Qanununun 19.1.1 maddəsinə (ağır ailə vəziyyətinə görə) əsasən həqiqi hərbi xidmətə çağırışdan xx.xx.2025-ci ıl tarixədək (qardaşı X6 18 yaşı tamam olanadək) möhlət hüququna malik olduğunu bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinə əsasən, vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. Vətəndaşların əqidəsi həqiqi hərbi xidmət keçməyə ziddirsə, qanunla müəyyən edilmiş hallarda həqiqi hərbi xidmətin alternativ xidmətlə əvəz olunmasına yol verilir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunun 3.2ci maddəsinə əsasən, Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir. Həmin Qanunun 3.4-cü maddəsinə əsasən, Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən hərbi uçot ixtisası olan 19 yaşından 40 yaşınadək Azərbaycan Respublikasının qadın vətəndaşları özlərinin razılığı ilə hərbi qeydiyyata götürülür və bağlaşma əsasında Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətə qəbul edilirlər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunun 4-cü maddəsinə əsasən, bütün çağırışçılar və hərbi vəzifəlilər hərbi qeydiyyata alınmalıdırlar. Çağırışçıların və hərbi vəzifəlilərin (bu Qanunun 4.4-cü maddəsində nəzərdə tutulmuş hərbi vəzifəlilər istisna olmaqla) hərbi qeydiyyatı onların yaşayış yeri üzrə, 3 aydan artıq müddətə yaşayış yerini dəyişdirdikdə isə olduğu yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçirilmiş hərbi vəzifəlilərin hərbi qeydiyyatı həmin orqan tərəfindən mərkəzləşdirilmiş qaydada aparılır. Müvafiq icra hakimiyyəti orqanında müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, həmçinin müvafiq icra hakimiyyəti orqanında həqiqi hərbi xidmətdən buraxılıb həmin orqanın ehtiyatına keçirilməmiş və ya hərbi qeydiyyatından çıxarılmış hərbi vəzifəlilər bu Qanunun 4.2-ci maddəsində nəzərdə tutulmuş qaydada hərbi qeydiyyata alınırlar. Maddə 6. Vətəndaşların ilkin hərbi qeydiyyata alınması 6.1. Hər il yanvar-mart ayları ərzində həmin il 15 yaşı tamam olan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları yaşayış və ya olduğu yer üzrə müvafiq icra hakimiyyəti orqanında ilkin hərbi qeydiyyata alınmalıdırlar. 6.2. Vətəndaşlar müvafiq icra hakimiyyəti orqanında ilkin hərbi qeydiyyata alınarkən onların hərbi xidmətə yararlılığını müəyyən etmək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həkim mütəxəssislər tərəfindən hökmən tibbi müayinə, habelə hərbi xidmət müddətində onlardan daha məqsədəuyğun istifadə edilməsini müəyyənləşdirmək üçün psixoloji müayinə edilməli, müvəqqəti yararsız hesab edilən şəxslər isə Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına dövlət tibb müəssisələrində mütləq qaydada müalicəyə göndərilməlidirlər. 6.3. Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, o cümlədən təhsil müəssisələri (bundan sonra - təşkilatlar), müvafiq icra hakimiyyəti orqanı, yerli özünüidarə orqanları hər il sentyabr ayının 1-dək müvafiq icra hakimiyyəti orqanında ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların siyahılarını müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidirlər. 6.4. Müvafiq icra hakimiyyəti orqanında ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşlar qeydiyyata alınmaq üçün müvafiq icra hakimiyyəti orqanının fərdi çağırış vərəqəsində göstərilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına gəlməli və aşağıdakı sənədləri təqdim etməlidirlər: 6.4.1. doğum haqqında şəhadətnamənin surəti; 6.4.2. ailə tərkibi haqqında arayış; 6.4.3. təhsil haqqında sənəd (təhsil müəssisəsini bitirənlər üçün); 6.4.4. təhsil (təhsil müəssisəsini bitirməyənlər üçün) və ya iş yerindən arayış; 6.4.5. tərcümeyi-hal; 6.4.6. 6 ədəd 3x4 sm. ölçüdə fotoşəkil. 6.5. Müvafiq icra hakimiyyəti orqanında ilkin hərbi qeydiyyata alınmış vətəndaşlara ilkin hərbi qeydiyyata alma komissiyasının qərarı elan edilir, onların hüquq və vəzifələri, ilkin hərbi qeydiyyatın qaydaları, hərbi xidmətə hazırlığın keçilməsi qaydası izah olunur və forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə verilir. Maddə 7. Vətəndaşların hərbi qeydiyyat üzrə vəzifələri 7.1. Vətəndaşlar (bu Qanunun 4.4-cü maddəsində nəzərdə tutulmuş hərbi vəzifəlilər istisna olmaqla) ehtiyata keçirildikdən sonra 7 gün müddətində yaşayış yeri üzrə hərbi qeydiyyata alınmaq üçün müvafiq icra hakimiyyəti orqanına gəlməlidirlər. 7.2. Hərbi vəzifəlilər (bu Qanunun 4.4-cü maddəsində nəzərdə tutulmuş hərbi vəzifəlilər istisna olmaqla) və çağırışçılar yaşayış yerini 3 aydan çox müddətə dəyişdirdikdə yaşayış yeri üzrə hərbi qeydiyyatdan çıxmalı və olduğu yer üzrə hərbi qeydiyyata durmalıdırlar. 7.3. Hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerini dəyişərkən 10 gün müddətində hərbi qeydiyyatda olduqları müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidirlər. Məhkəmə tərəfindən müəyyən edilir ki, cavabdeh orqan tərəfindən "Hərbi Vəzifə və Hərbi Xidmət” haqqında Azərbaycan Respublikasının Qanununun 19.1.1 maddəsinə (ağır ailə vəziyyətinə görə) əsasən həqiqi hərbi xidmətə çağırışdan xx.xx.2025-ci ıl tarixədək (qardaşı X6 18 yaşı tamam olanadək) möhlət hüququna malik olduğunu bildirsə də, İddiaçı müddətli həqiqi hərbi xidmətə çağırılması arzusunda olduğunu bildirmiş və hərbi xidmətdə olmaqda israrlıdır. Bu halda məhkəmə iddiaçının hüquqi marağını və cavabdeh orqanın iddia ərizəsinə münasibət bildirilməsini məhkəmənin mülahizəsinə buraxmasını nəzərə alaraq hesab edir ki, iddiaçının müddətli hərbi xidmətə çağırılmasında hər hansı bir maneə aşkar edilməmişdir. Həmçinin cavabdeh orqan tərəfindən iddiaçı barəsində torplanmış icraat materiallarında hər hansı ziddiyyətli hal və anlaşılmazlıq aşkar edilməmişdir, iddiaçı orta məktəbi bitirmişdir, hal-hazırda 18 yaşı vardır, fiziki və psixi cəhətdən hərbi xidmətə yararlıdır. Maddə 12. Vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması 12.1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətlə komplektləşdirilməsi üsullarına görə hərbi xidmət çağırış üzrə və könüllü xidmətlərə bölünür. 12.2. Hərbi xidmətə çağırışın müəyyən edilmiş tələblərinə cavab verən Azərbaycan Respublikasının vətəndaşları aşağıdakı həqiqi hərbi xidmətlərə çağırılırlar: 12.2.1. müddətli həqiqi hərbi xidmətə - Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları. 12.3. Vətəndaşlar müddətli həqiqi hərbi xidmətə müvafiq icra hakimiyyəti orqanının aktı əsasında ildə dörd dəfə - yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək çağırılırlar. 12.4. Vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında müvafiq icra hakimiyyəti orqanının aktı qüvvəyə mindikdən sonra müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən çağırışçılar yaşayış yeri və ya olduğu yer üzrə hərbi qeydiyyatda olduğu, hərbi qeydiyyatda olmayan çağırışçılar isə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına gəlməlidirlər. 15.1. Müddətli həqiqi hərbi xidmətə çağırılan bütün vətəndaşlar müvafiq icra hakimiyyəti orqanında həkim mütəxəssislər tərəfindən, əlavə tibbi müayinəyə ehtiyac olduqda isə digər müalicə müəssisələrində hökmən tibbi müayinədən keçirilirlər. 15.2. Tibbi müayinənin nəticələrinə uyğun olaraq rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada aşağıdakı qərarlardan birini qəbul edir: 15.2.1. müddətli həqiqi hərbi xidmətə yararlılıq haqqında; 15.2.2. sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında; 15.2.3. sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında; 15.2.4. dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında; 15.2.5. həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunun 18.1ci maddəsinə əsasən, müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarı ilə aşağıdakı əsaslara görə verilir: 18.1.1. ailə vəziyyətinə görə; ....... 18.2. Çağırışa möhlət hüququnu itirmiş çağırışçılar, habelə möhlət hüququ olmayan və ya çağırışdan azad edilmək üçün bu Qanunda nəzərdə tutulmuş əsasları olmayan, müxtəlif səbəblərə görə müəyyən edilmiş müddətlərdə müddətli həqiqi hərbi xidmətə çağırılmamış şəxslər 35 yaşına çatanadək növbəti çağırış keçirilərkən hərbi xidmətə çağırılmalıdırlar. Maddə 19. Ailə vəziyyətinə görə çağırışa möhlət verilməsi 19.1. Ailə vəziyyətinə görə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət himayəsində aşağıdakı şəxslər olan çağırışçılara verilir: 19.1.1. başqa övladı olmayan İ dərəcə əlilliyi olan ata, yaxud ana; 19.1.2. 3 və daha çox uşaq; 19.1.3. İ dərəcə əlilliyi olan arvad; 19.1.4. 8 yaşınadək 3 və daha çox uşağı olan ana (ailədə ata olmadıqda) və ya ata (ailədə ana olmadıqda); 19.1.5. 18 yaşınadək və yaxud İ dərəcə əlilliyi olan qardaş və ya bacı, onları saxlamaq imkanına malik başqa ailə üzvləri olmadıqda. 19.2. Çağırışçılara ailə vəziyyətinə görə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət 35 yaşa qədər verilir. Bu yaşa qədər çağırışdan möhlət hüququnu itirməmiş şəxslər dinc dövrdə müddətli həqiqi hərbi xidmətdən azad olunurlar və ehtiyata keçirilirlər. Qeyd: Bu Qanunun 19.1.5-ci maddəsində nəzərdə tutulmuş “saxlamaq imkanına malik başqa ailə üzvləri” dedikdə çağırışçının maddi və mənəvi yardıma ehtiyacı olan qardaş və ya bacısını saxlamalı, onlara qayğı göstərməli və bunun üçün real imkanlara malik olan qardaş və ya bacının ailə üzvləri nəzərdə tutulur. Göstərilənlərə əsasən, Məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, iddia ərizəsi təmin edilməli, İddiaçı müddətli həqiqi hərbi xidmətə çağırılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 69-cu, 75-ci, 78 – 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia ərizəsi təmin edilsin. İddiaçı müddətli həqiqi hərbi xidmətə çağırılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-2401/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2401/2024
22.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver