Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-241/2022 10.02.2022 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Lənkəran-Astara regional filialına qarşı “01.03.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi üzrə inzibati işə 10 fevral 2022-ci il tarixdə, Masallı şəhərində, Masallı Məhkəmə Kompleksinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı xx.xx.1956-cı il tarixdə doğulmuş, Lənkəran şəhəri, Səttərxan küçəsi, ev 142də yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Dövlət Sosial Müdafiə Fondu X10 7 saylı regional ərazi filialına müraciət etmişdir. Lakin cavabdeh məktubla ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin 10 fevral 2022-ci il tarixli, 2-1(120)-241/2022 nömrəli qərardadı ilə iddia tələbinə “01.03.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, o, xx.xx.1956-cı il tarixdə Lənkəran şəhərində anadan olmuşdur. Hazırda isə ailə üzvləri ilə birlikdə qeyd etdiyi kənddə yaşayır. İlk əmək fəaliyyəti 1970-1971-ci illərdə Lənkəran rayon Meyvə-tərəvəz konserv zavodunda olmuş və orada işləyib, əmək haqqı almışdır. 16 mart 1977-ci il tarixdə X1 idarəsində (MTS) işə başlamış və 27.09.1977-ci il tarixə kimi həmin idarədə işləmişdir. Sonra 03.10.1977-ci il tarixdən 06.04.1978-ci il tarixədək Lənkəran rayon Port-İliç tərəvəz bazasında işləmişdir. Daha sonra 04.04.1978-ci il tarixdən 04.01.1984-cü il tarixədək Port-İliç rayon TTK-2-də işləmişdir. Bundan sonra 05.01.1984-cü il tarixdən 09.07.1985-ci il tarixədək Lənkəran rayon taksi-motor parkında işləmişdir. Daha sonra 09.07.1985-ci il tarixdən 15.05.1990-cı il tarixədək Lənkəran rayon istehlak cəmiyyətində işləmişdir. Bundan sonra 15.05.1990-cı il tarixdən 14.01.1991-ci il tarixədək Lənkəran rayon standartlaşdırma idarəsində işləmişdir. Daha sonra 14.01.1991-ci il tarixdən 28.12.2001-ci il tarixədək Lənkəran rayon istehlak cəmiyyətində işləmişdir. Axırıncı iş yeri Lənkəran rayon istehlak cəmiyyətinin avtoparkı olmuşdur. Belə ki, 05.01.2002-ci il tarixdən 14.08.2005-ci il tarixədək Lənkəran rayon istehlak cəmiyyətinin avtoparkında işləmişdir. 1974-cü ildən 1976-cı il tarixədək SSRİ-nin silahlı qüvvələrində hərbi xidmətdə olmuşdur. Onun yuxarıda qeyd etdiyi yerlərdə işləməyini əmək kitabçası təsdiq edir. Beləliklə, işlədiyi bütün illər onun əmək kitabçasında qeyd edilmişdir. Hazırda o, pensiyaya çıxmaq üçün lazımi sənədləri toplayıb, Azərbaycan Respublikasının ƏƏSMN-nin tabeliyində DSMF X10 Lənkəran şəhər filialına təqdim etmişdir. Lakin Azərbaycan Respublikasının ƏƏSMN-nin tabeliyində DSMF X10 Lənkəran şəhər filialı tərəfindən ərizəsinə rədd cavabı verilərək məhkəməyə müraciət etməyini tövsiyyə etmişlər. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Onun təqdim etdiyi sənədlər və əmək kitabçası əsasında onun iş stajı 25 ildən çox təşkil etdiyi halda Azərbaycan Respublikasının ƏƏSMNnin tabeliyində DSMF X10 Lənkəran şəhər filialı tərəfindən ərizəsinə rədd cavabı verilmişdir. Qeyd olunanları nəzərə alaraq ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X7 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçı iddia ərizəsində 25 ildən artıq sosial sığorta stajının olduğunu qeyd edir. Bu səbəblə də, İddiaçı işlədiyi illər nəzərə alınmaqla, ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Hesab edirlər ki, cavabdehin imtinası qanuni və əsaslı olduğundan İddiaçı iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Əvvəlcə məhkəmənin nəzərinə çatdırmaq istəyirlər ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, “X6” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 2020-ci ilin 1 iyul tarixindən qadınların pensiya yaşı 62 yaş müəyyən olunmuşdur. AR ƏƏSMN-nin Kollegiyasının 11.12.2017-ci il tarixli, 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “X6" Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarf’nın 3.1-ci maddəsinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçı Q.Bayramova yaşa görə əmək pensiyası təyin edilə bilər. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. İddiaçı onun barəsində ikinci halın mövcudluğundan çıxış etməklə, yəni 25 il sığorta stajına malik olduğu nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçının təqdim etdiyi sənədlərdən göründüyü kimi, onun ümumi iş stajı qanunla tələb olunan müddətdən (25 ildən) azdır. Onun işlədiyi müəssisələrdə bəzi aylarda əmək haqqı almadığı üçün həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün hesab olunmamışdır. İşin mübahisələndirilməyən halı iddiaçının 09.05.1974 - 08.05.1976-cı illərdə hərbi xidmətdə olduğu dövrdür. İddiaçı 04.04.1978 - 04.01.1984-cü illərdə nömrəli ƏNK (TTK - 2), 05.01.1984 - 09.07.1985-ci illərdə “Lənkəran - Sərnişin" ASC- də, 09.07.1985 - 15.05.1990-cı illərdə və 14.01.1991 - 23.12.2001-ci illərdə “RAYPO”-da işlədiyi dövrlərlə birlikdə 24 il 5 ay 18 gün sosial sığorta stajı vardır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.2-c maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Lənkəran rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçının arxiv arayışındakı iş illəri nəzərə alınmaqla, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan sosial sığorta stajı (25 il) yaranmışdır. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AA ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı il tarixdə anadan olmuş, Lənkəran şəhəri, Səttərxan küçəsi, ev 142-də yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan 06.05.1974-cü il tarixli, НЗ ******* nömrəli hərbi biletin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 09.05.1974-08.05.1976-cı illərdə hərbi xidmətdə olmuşdur. İşdə olan iddiaçıya məxsus əmək kitabçasının və həmin əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 16.04.1977-ci il tarixdən 14.08.2005ci il tarixədək fasilələrlə əmək fəaliyyətində olmuşdur. İşdə olan X5 filialının 10.09.2021-ci il tarixli, a/263-1 nömrəli və 21.10.2021-ci il tarixli B/300-1 №-li arxiv arayışlarından görünür ki, İddiaçı 1970-1971-ci illərdə (14 ay) Lənkəran rayon Meyvə-tərəvəz konserv zavodunda işləmiş və əmək haqqı almışdır. İşdə olan X5 filialı tərəfindən tərtib və təsdiq edilmiş 21.10.2021-ci il tarixli qarşılıqlı yoxlama aktından görünür ki, İddiaçı verilmiş Lənkəran rayon Meyvə-tərəvəz konservi zavodunda 1970-1971-ci illərə aid əmək haqları ilkin sənədlər əsasında yerində yoxlanılmış və X5 filialının 09.06.2021-ci il tarixli, a/392 nömrəli və 21.10.2021-ci il tarixli B/300-1 №-li arxiv arayışlarında qeyd olunan bütün əmək haqlarının düzgün yazıldığı müəyyən olunmuşdur. İşdə olan Liman şəhər İstehsal-İstehlak Kooperativ Cəmiyyətinin 27.04.2021-ci il tarixli, 19/1 nömrəli arayışından görünür ki, İddiaçı 1985-1994-cü illərdə Liman şəhər İstehsal-İstehlak Kooperativ Cəmiyyətində işləmiş və əmək haqqı almışdır. İşdə olan Liman şəhər İstehsal-İstehlak Kooperativ Cəmiyyətinin 27.04.2021-ci il tarixli, 19/2 nömrəli, 12 noyabr 2021-ci il tarixli, 56/1 və 56/2 nömrəli arayışından və həmin arayışlara əlavə olunmuş sərəncamlardan görünür ki, İddiaçı 1995-2001-ci illərdə Liman şəhər İstehsal-İstehlak Kooperativ Cəmiyyətində işləmiş və əmək haqqı almışdır. İşdə olan "xxxx" ASC-nin 29.04.2021-ci il tarixli, 17 nömrəli arayışından görünür ki, İddiaçı 1984-1985-ci illərdə "xxxx" ASC-də işləmiş və əmək haqqı almışdır. İşdə olan “Azərkəndtikinti” ATSC-nin 2 nömrəli Sənaye Kombinatının 28.10.2021-ci il tarixli, 18 və 19 nömrəli arayışlarından görünür ki, İddiaçı 04.04.1978-04.01.1984-cü illərdə 2 nömrəli Sənaye Kombinatında sürücü işləmiş və əmək haqqı almışdır. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X10 7 saylı regional ərazi filialının iddiaçıya ünvanladığı 16.07.2021-ci il tarixli, **********4 nömrəli məktubunda qeyd edilmişdir ki, yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İşdə olan Lənkəran şəhər Statistika İdarəsinin 09.09.2021-ci il tarixli, 89 nömrəli məktubunda qeyd edilmişdir ki, 2014-cü ildə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin və onun tabeliyində olan təşkilatların, saxlanma müddəti göstərilməklə, sənədlərinin siyahısı” üzrə idarə, təşkilat, müəssisə, kənd təsərrüfatı müəssisələri tərəfindən tərtib edilən yarımillik, rüblük və aylıq hesabatların saxlanma müddəti müvafiq olaraq 5 il, 3 il və 1 il (Maddə 763 c), statistik vahidlərin dövlət reyestri və aktuallaşdırma materialları, müəssisələrin təqdim etdikləri siyahılar və arayışların saxlanma müddəti isə 5 il (Maddə 790) müəyyən edilmişdir. Bu səbəbdən, saxlanma müddəti keçmiş sənədlər Lənkəran Şəhər Statistika İdarəsinin ekspert komissiyası tərəfindən tərtib edilmiş müvafiq aktlar əsasında məhv edildiyinə görə, Şəhər Statistika idarəsi X1 idarəsinin 16.04.1977-27.09.1977-ci illərdə, Lənkəran Port-İliç avtomobil bazasının 03.10.1977-16.04.1978-ci illərdə, Lənkəran rayon meyvə-tərəvəz konserv zavodunun 1970-1971-ci illərdə, Lənkəran rayon Liman şəhər İstehlal-İstehlak Kooperativ Cəmiyyətində təsətrrüfat hesablı avtoqarajın 05.02.2002-14.08.2005-ci illərdə Lənkəran rayon Liman şəhər İstehlal-İstehsak Kooperativ Cəmiyyətinin 15.05.1990- 14.01.1991-ci illərdə fəaliyyətli olub- olmaması barədə məlumata malik deyil. Hal hazırda Lənkəran rayon Liman şəhər İstehlal-lstehsak Kooperativ Cəmiyyəti icarə əsasında fəaliyyət göstərir. Lənkəran rayon meyvə-tərəvəz konserv zavodu islahat dövründə Səhmdar cəmiyyətə çevrilmiş və hal hazirda fəaliyyəti yoxdur. Hal hazırda X3 reyestrində X8 rayon Liman şəhər İstehlal-İstehlak Kooperativ Cəmiyyətində təsətrrüfat hesablı avtoqaraj haqqında məlumat yoxdur. İşdə olan 6 saylı Ərazi Vergilər Baş İdarəsinin 21.09.2021-ci il tarixli, **********697600 nömrəli məktubunda qeyd edilmişdir ki, 21.09.2021-cu il tarixə baza və arxiv məlumatlarına əsasən Liman şəhər İstehsal-İstehlak Kooperativ Cəmiyyəti (VÖEN: **********) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Lənkəran bölgə şöbəsində 20.05.1998 -ci il tarixdə 5/124 nömrə ilə dövlət qeydiyyatından keçmişdir (Liman şəhər İstehsal-İsiehlak Kooperativ Cəmiyyəti “Lənkəran rayon Liman şəhər Balıqçılar kooperativ Cəmiyyəti”nin bazasında yaradılmışdır və onun hüquqi varisidir. Port-İlic Balıqçılar kooperativ Cəmiyyəti, 1971-ci ildə yaradılmış İstehlak Kooperativinin adının dəyişdirilməsi yolu ilə onun bazasında yaradılmışdır və onun hüquqi varisidir). Hazırda fəaliyyət vəziyyəti aktivdir. “Lənkəran Meyvətərəvəzkonserv” ATSC (VÖEN:**********) Dövlət Əmlak Komitəsinin 15.08.1997-ci il tarixli 597 saylı sərəncamı ilə Lənkəran rayon meyvətərəvəz konserv zavodunun bazasında yaradılmışdır (Lənkəran rayon meyvə-tərəvəz konserv zavodunun qeydiyyatda olması barədə 6 saylı Ərazi Vergilər Baş idarəsində heç bir məlumat mövcud deyildir). Hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir. X1 idarəsinin, Lənkəran Port-lliçjavtomobil bazasının, Lənkəran räyon meyvə-tərəvəz konserv zavodunun, “Azəritifaq” Lənkəran rayon Liman şəhər İstehsal-İstehlak Kooperativ Cəmiyyətinin təsərrüfat hesablı avtoqarajın məktubda göstərilən illərdə və hal-hazırda vergi ödəyicisi kimi qeydiyyatda olması barədə 6 saylı Ərazi Vergilər Baş İdarəsində heç bir məlumat mövcud deyildir. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun 7 saylı regional ərazi filialının məhkəməyə ünvanladığı 28 sentyabr 2021-ci il tarixli, **********3 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı 25 il sosial sığorta stajı təsdiq olunduğu halda yaşa görə əmək pensiyası hüquqi qazanır. ”X6” Azərbaycan Respublikasınin Qanunun 7- ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların (Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci ilin iyulun 1-dək, qadınların yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2027-ci ilin iyulun 1-dək hər il altı ay artırılır) fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Lənkəran şəhər, Səttarxan küçəsi, ev 142-də qeydiyyatda olan İddiaçı mübahisəsiz sosial sığorta stajı 09.05.1974-ci ildən 08.05.1976-ci ilədək hərbi xidmət dövrüdür, 04.04.1978-04.01.1984-cü illərdə 2 nömrəli ƏNK (TTK-2) işlədiyi dövr, 05.01.1984-09.07.1985-ci illərdə "xxxx"ASC-də İşlədiyi dövr, 09.07.1985- 15.05.1990-cı illərdə və 14.01.1991-23.12.2001-ci illərdə “RAYPO”-da işlədiyi dövr. Cəmi 24 il 5 ay 18 gün (7 ay əmək haqqı olmadığı üçün sosial sığorta stajına daxil edilmir). "X6” Azərbaycan Respublikasınin Qanunun 21.1-ci maddəsinə əsasən Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Mübahisəli sığorta stajı əmək 1970-ci ildə 7 ay və 1971 -ci ildə 7 ay Lənkəran rayon Meyvə-tərəvəz konserv zavodunda işlədiyi dövrün əmək kitabçasında qeyd olunmadığından, işə daxil olma və işdən azad olma əmrlərin olmadığından, 16.04.1977-27.09.1977-ci illərdə X1 idarəsində və 03.10.1977-06.04.1978-ci illərdə Lənkəran Port-İliç avtomobil bazasında işlədiyi illərin əmr və əmək haqqların yoxlaması mümkün olmadığından, 15.05.1990-14.01.1991-ci illərdə “Azərittifaq” Lənkəran rayon Liman şəhər İstehsal-İstehlak kooperativ cəmiyyətində əmək haqqların olmadığı üçün, 05.02.2002-14.08.2005-ci illərdə “Azərittifaq” Lənkəran rayon Liman şəhər İstehsal-İstehlak Kooperativ Cəmiyyətində əmrlərin və əmək haqqların olmadığından. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun 7 saylı regional ərazi filialının məhkəməyə ünvanladığı 01.11.2021-ci il tarixli, **********2 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı 25 il sosial sığorta stajı təsdiq olunduğu halda 01.02.2021-ci il tarixdən (31.01.2021-ci ilədək 2 qrup əlil kimi əmək pensiyası alıb) yaşa görə əmək pensiyası hüquqi qazanır. ”X6” Azərbaycan Respublikasınin Qanunun 7- ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların (Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci ilin iyulun 1-dək, qadınların yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2027-ci ilin iyulun 1-dək hər il altı ay artırılır) fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Lənkəran şəhər,Səttarxan küçəsi ev 142-də qeydiyyatda olan İddiaçı mübahisəsiz sosial sığorta stajı 09.05.1974-ci ildən 08.05.1976-ci ilədək hərbi xidmət dövrüdür, 04.04.1978-04.01.1984-ci illərdə 2 nömrəli ƏNK (TTK-2) işlədiyi dövr, 05.01.1984- 09.07.1985-ci illərdə "xxxx"ASC- də İşlədiyi dövr, 09.07.1985-15.05.1990-cı illərdə və 14.01.1991 -23.12.2001 -ci illərdə “RAYPO”-da işlədiyi dövr. Cəmi 24 il 5 ay 18 gün (7 ay əmək haqqı olmadığı üçün sosial sığorta stajına daxil edilmir). "X6” Azərbaycan Respublikasınin Qanunun 21.1-ci maddəsinə əsasən Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Mübahisəli sığorta stajı əmək 1970-ci ildə 7 ay və 1971 -ci ildə 7 ay Lənkəran rayon Meyvə-tərəvəz konserv zavodunda işlədiyi dövrün əmək kitabçasında qeyd olunmadığından, işə daxil olma və işdən azad olma əmrlərin olmadığından,16.04.1977-27.09.1977-ci illərdə X1 idarəsində və 03.10.1977-06.04.1978-ci illərdə Lənkəran Port-İliç avtomobil bazasında işlədiyi illərin əmr və əmək haqqların yoxlaması mümkün olmadığından, 15.05.1990-14.01.1991-ci illərdə “Azərittifaq” Lənkəran rayon Liman şəhər İstehsal-İstehlak kooperativ cəmiyyətində əmək haqqların olmadığı üçün, 05.02.2002-14.08.2005-ci illərdə “Azərittifaq” Lənkəran rayon Liman şəhər İstehsal-İstehlak Kooperativ Cəmiyyətində əmrlərin və əmək haqqların olmadığından. Beləliklə də məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilməyən 24 il 5 ay 18 gün sığorta stajı vardır. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ “X6” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq, 02.01.2021-ci ildə 65 yaşdan yaranmışdır. İddiaçıya 31.01.2021-ci il tarixədək əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Buna görə də iddiaçıya yaşa görə əmək pensiyası əlilliyə görə əmək pensiyasının dayandırıldığı tarixdən sonra təyin edilməlidir. İddiaçı tələbində yaşa görə əmək pensiyasının ona 01.03.2021-ci il tarixindən təyin edilməsini xahiş etdiyindən, iddiaçıya yaşa görə əmək pensiyası həmin tarixdən təyin edilə bilər. İddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan sığorta stajının həcmi 25 ildir. İddiaçı 1970-ci ilin iyun ayından 1971-ci ilin dekabr ayına kimi Lənkəran rayon meyvə-tərəvəz konserv zavodunda işləyib əmək haqqı almışdır. Arxiv arayışı üzrə iddiaçının Lənkəran rayon meyvə-tərəvəz konserv zavodunda işləyib əmək haqqı aldığı dövrlərin cəmi 14 (on dört) ay təşkil edir. İddiaçının arxiv arayışı üzrə işləyib əmək haqqı aldığı dövrlər cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilməyən 24 il 5 ay 18 gün sığorta stajı ilə birlikdə nəzərə alınarsa onun sığorta stajının cəminin 25 ildən artıq olduğu müəyyən olunur. Məhkəmə müəyyən edilmiş işin faktiki hallarını yuxarıda qeyd olunan sübutlarla yanaşı, mövcud qanunvericiliyin aşağıda qeyd olunan normaları daxilində qiymətləndirməyi zəruri hesab edir: Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “X6” Azərbaycan Respublikasının Qanununa əsasən sosial sığorta stajı ─ əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur (maddə 1.0.2). 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.) (maddə 7). “X6” Azərbaycan Respublikası Qanununun: 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. “X6” Azərbaycan Respublikasının Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. Yuxarıda qeyd olunan hüquq normalarından göründüyü kimi, tələb edilən sənədlərin siyahısında yalnız əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədi, yəni 10.09.2021-ci il tarixli, a/263-1 nömrəli arxiv arayışını, 09.06.2021-ci il tarixli, A/392 nömrəli arxiv arayışını (hal-hazırkı nömrəsi 21.10.2021-ci il tarixli B/300-1 №-li) təqdim etmişdir. Sözügedən arxiv arayışlarının düzgünlüyü və mötəbərliyi X5 filialı tərəfindən tərtib və təsdiq edilmiş 21.10.2021-ci il tarixli qarşılıqlı yoxlama aktı ilə öz təsdiqini tapır. Мəhkəmə Аzərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında» Əsasnamənin 1-ci və 3-cü bəndlərinə əsasən arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən dövlət orqanlarından biri X5 filialının 10.09.2021-ci il tarixli, a/263-1 nömrəli və 21.10.2021-ci il tarixli B/300-1 №-li arxiv arayışlarını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər subut kimi qəbul edir. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, X5 filialının 10.09.2021-ci il tarixli, a/263- 1 nömrəli və 21.10.2021-ci il tarixli B/300-1 №-li arxiv arayışları üzrə müəyyən edilmiş sığorta stajı (əmək haqqı aldığı dövrlər) və cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilməyən 24 il 5 ay 18 gün sığorta stajı nəzərə alınmaqla, tələb olunan 25 il sosial sığorta stajını toplandığından iddiaçı, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68 ) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, iddia təmin edilməli, İddiaçı 01.03.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Lənkəran-Astara regional filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə Nəticəvi hissə Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 01.03.2021-ci il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Lənkəran-Astara regional filialının üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər. Hakim Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-241/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-241/2022
10.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver