Məhkəmə qərarları › İş №2-1(120)-2411/2023

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-2411/2023

22.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-2411/2023 22.06.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin qarşı «03 noyabr 2014-cü il tarixdən 09 fevral 2018-ci il tarixə kimi Sabirabad Rayonlararası Mühafizə Bölməsində işlədiyi müddətdə məcburi dövlət sosial sığorta üzrə sığortaolunanlar haqqında məlumata əsasən əmək haqqından tutulan məcburi sığorta haqları üzrə ödənişlərin cavabdehdən tutularaq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə iş materiallarına 22 iyun 2023-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 03 noyabr 2014-cü il tarixdən 09 fevral 2018-ci il tarixə kimi Sabirabad Rayonlararası Mühafizə Bölməsində işlədiyi müddətdə məcburi dövlət sosial sığorta üzrə sığortaolunanlar haqqında məlumata əsasən əmək haqqından tutulan məcburi sığorta haqları üzrə ödənişlərin cavabdehdən tutularaq ona ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Fondu publik hüquqi şəxsinin X3 üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin X9 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi ilə əvəz olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 03 noyabr 2014-cü il tarixdən xx.xx.2018-ci il tarixədək o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin Sabirabad rayonlararası Mühafizə şöbəsində mülki mühafizə vəzifəsində işləmişdir. Bu müddət ərzində ümumilikdə 5232,15 manat məcburi dövlət sosial sığorta ödənişləri ödəmişdir. 09 fevral 2018-ci ildə ümumi xəstəlikiər səbəbindən pensiyaya çıxmış və TSEK tərəfindən ona İİ (ikinci) dərəcəli əlillik təyin edilmişdir. Lakin əlilliyə görə pensiya təyin edilərkən tələb olunan azı 5 il əmək stajının olmaması, eləcə də pensiya kapitalı 5232,15 manat olması səbəbindən ona əlilliklə bağlı əmək pensiyası təyin edilməmişdir. Sosial yönümlü pensiya aldığı üçün tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta ödənişlərini geri qaytarılması tələbinə dair cavabdeh orqana rəsmi müraciət etmişdir. Cavabdeh tərəfindən ona xx.xx.2022-ci il tarixli, **********3 saylı məktubla imtina cavabı verilmişdir. Buna qədər də cavabdeh tərəfindən ona xx.xx.2022-ci il tarixli, **********9 saylı məktubla cavab verilmişdir. Bu səbəbdən də o, tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta ödənişlərini geri qaytarılması tələbinə dair cavabdehə qarış məhkəmədə iddia qaldırmağa məcbur olmuşdur. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, İddiaçı Dövlət Sosial Müdafiə Fonduna müraciət edərək, ödənilmiş məcburi dövlət sosial sığorta ödənişlərinin ona geri qaytarılmasını xahiş etmişdir. Dövlət Sosial Müdafiə Fondu tərəfindən iddiaçı X7 verilmis **********3 nömrəli, xx.xx.2022-ci il tarixli cavab məktubunda “Əmək pensiyaları haqqında” Azərbavcan Respublikası Qanununa əsasən sığortaolunan qanunvericiliklə müəyyən olunmus pensiya təminatı hüququ yarandığı hallarda fərdi hesabının sığorta hissəsində qeydə alınan və fərdi hesabının yığım hissəsində toplanan vəsaitlərdən istifadə edə biləcəyi, sosial sığorta ödənislərinin digər məqsədlər ücün istifadə olunmasının qanunvericilikdə nəzərdə tutulmadığı bildirilmisdir. Belə ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, sosial sığorta - bu Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununa görə sosial sığorta məcburi dövlət sığortası və könüllü (əlavə) sığorta formalarında olur. Məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. Bu Qanunda nəzərdə tutulmuş hallarda digər şəxslər də məcburi dövlət sosial sığortasına cəlb olunurlar. Sözügedən Qanunun 19.1-ci maddəsində göstərilmisdir ki, məcburi dövlət sosial sığortasının vəsaitləri dövlət sosial müdafiə fondunda cəmləsdirilir. Bu Qanuna və başqa müvafiq normativ hüquqi aktlara uyqun olaraq sosial sığorta ödəmələrinin, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) saxlanma xərclərinin və digər xərclərin maliyyələşdirilməsinə sərf edilir. Sığorta vəsaitlərinin başqa məqsədlərə yönəldilməsinə yol verilmir. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sığortaolunanların fərdi uçotu həyata keçirilmiş, əmək pensiyaların məcburi dövlət sosial sığorta haqlarının məbləğindən və sığorta stajından asılı olaraq hesablanması üçün informasiya bazası yaradılmışdır. Həmin Qanunun 1-ci maddəsinə əsasən fərdi uçot - Azərbaycan Respublikası qanunvericiliyinə uyğun əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. Sözügedən Qanunun 5-ci maddəsinə uyğun olaraq dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı hər bir sığortaolunan şəxsə uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə fərdi şəxsi hesab açır. Həmçinin, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1- ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Yəni fərdi şəxsi hesabda toplanmış məcburi dövlət sosial sığorta haqları və digər gəlirlər hesabına pensiya təyinatı aparılır. Başqa sözlə, xx.xx.2006-cı il tarixdən sonra sosial sığorta hesabında pensiya kapitalı mövcuddursa, həmin yığılmış kapital əsasında pensiya məbləği müəyyən edilir. Həmin Qanunun 1.0.17-ci maddəsində sosial sığorta ehtiyatı anlayışı verilmişdir. Belə ki, sosial sığorta ehtiyatı - sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının fərdi hesabın sığorta hissəsinə və idarəetmə xərclərinə yönəldilən hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğdə formalaşdırılan, əmək pensiyalarının bu Qanunda müəyyən olunmuş əmək pensiyasınm minimum məbləğinə çatdırılması, məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlər və digər ödəmələr üzrə xərclərin maliyyələşdirilməsinə yönəldilən, istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan və ilin sonuna istifadə edilməmiş qalığı növbəti ilə keçən vəsaitdir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sosial sığorta ehtiyyatından istifadə” Qavdalarının 3.1-ci maddəsinə əsasən sosial sığorta ehtiyyatından asağıdakı istiqamətlər üzrə istifadə edilir: 3.1.1. əmək pensiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununu ilə müəyyən olunmuş əmək pensiyasının minimum məbləğinə catdırılmasına; 3.1.2. məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlər üzrə xərclərin maliyyələsdirilməsinə; 3.1.3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun büdcəsində nəzərdə tutulan diqər ödəmələr üzrə xərclərin maliyyələsdirilməsinə. Sözügedən Qaydaların 3.3-cü maddəsində göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əmək pensiyasının sığorta hissəsinin 1992-ci il yanvarın 1-dək qazanılmış pensiya kapitalı əsasında formalaşan məbləği, habelə həmin Qanunun 19-cu və 20-ci maddələrində nəzərdə tutulan əlavələr dövlət büdcəsinin, digər bütün məbləğlər isə məcburi dövlət sosial sığortası vəsaitləri və sosial sığorta ehtiyatı hesabına maliyyələşdirilir. Qeyd olunan mənbələrin birində vəsait çatışmazlığı olduqda, müvafiq xərclər digər mənbə hesabına maliyyələşdirilir. Qeyd olunan normaların məzmunundan göründüyü kimi, hər bir sığortaolunan şəxsə fərdi şəxsi hesab açılır və həmin bu hesaba sığortaedən və sığortaollunan tərəfindən fərdi şəxsi hesaba hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqqının məbləği (sığorta stajının hər ayı üçün), könüllü sosial sığorta üzrə daxil olan sığorta haqqı daxil olunur. Həmin bu hesabda toplanan vəsaitlər dövlət sosial müdafiə fondunda cəmləşdirilir və sosial sığorta ödəmələrinin, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) saxlanma xərclərinin və digər xərclərin maliyyələsdirilməsinə sərf edilir. Tərəflərindən aparılmıs araşdırma zamanı sığortaedənlər Sabirabad Rayonlararası Mühafizə Bölməsi (SUN: **********3) tərəfindən təqdim edilmiş 2014-2018-ci illər üzrə, fərdi sahibkar kimi İddiaçı (SUN: **********4) tərəfindən təqdim edilmis 2018-ci il üzrə təqdim edilmis “Məcburi dövlət sosial sığorta haqqı üzrə sıgortaolunanlar haqqında məlumatlara (Forma B3) və ‘‘Məcburi dövlət sosial sığortası üzrə hesabat”lara əsasən Nazirliyin “X1 Sistemi”nin “Sığorta” (Hesabat) altsistemində “Sığortaolunanların hesabları” bölməsində sığortaolunan İddiaçı **********779 sosial sığorta nömrəli fərdi səxsi hesabında əks olunmus məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, eləcə də ödənilmis məcburi dövlət sosial sığorta haqqları əks olunmus, könüllü pensiya kapitalı qeydə alınmamısdır. Beləliklə, iş materialları ilə təsdiq olunur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçı ona əmək pensiyası təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq edilir. Qanunvericiliyin şərhinə uyğun olaraq İddiaçı iddia tələbinin hüquqi əsası yoxdur və sosial sığorta şəhadətnaməsində yığılan kapital iddiaçıya ödənilə bilməz. Göstərilənlərə əsasən məhkəmədən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X11 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını araşdırıb, iddianın mümkünlüyünə dair şərtləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan DSMF-nun Sabirabad rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 006762 Vəsiqənin surətindən görünür ki, İddiaçı 10 yanvar 2018-ci il tarixdən 10 yanvar 2023-cü il tarixədək İİ (ikinci) qrup əlillik təyin edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, ******* nömrəli Əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2014-cü il tarixli, BMb-1492Ş/h nömrəli əmrə əsasən xx.xx.2014-cü il tarixdən Sabirabad rayonlararası Mühafizə Bölməsinin MMX-üzrə mühafizəçi vəzifəsinə təyin edilmiş, BMb-184Ş/h nömrəli, xx.xx.2018-ci il tarixli əmrə əsasən xx.xx.2018-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin “c” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə xx.xx.2018-ci il tarixli Arayışdan görünür ki, İddiaçı xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək 02 il 04 ay 26 gün Sosial sığorta stajı və fərdi hesabının sığorta hissəsində 1672,63 manat pensiya kapiatlı vardır. Pensiya kapitalı xx.xx.2018-ci il tarixədək indeksləşdirilmişdir. MDSS haqqı 90 %-lə hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********104900 nömrəli məktubunda aşağıdakılar bildirilmişdir: məlum olduğu kimi Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2018-ci il tarixli 421 nömrəli Fərmanı ilə məcburı dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət və 21 dekabr 2018-ci il tarixli 422 nömrəli Fərmanı ilə işsızlikdən sığorta haqqının hesablanmasına və ödənilməsinə nəzarət Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə tapşırılmışdır. “Sosial sığorta haqqında” Qanunun 10-cu maddəsinin tələblərinə əsasən sosial sığorta haqlarının uçotunu aparmaq və hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti hesabatlarını qəbul etmək xx.xx.2019-cu il tarixdən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilmişdir. Hal-hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin proqram təminatında hesabatların qəbul edilməsinə dair aparılan işlər nəticəsində məcburi dövlət sosial sığorta haqlarına görə 2017-2018-ci illərə görə dəqiqləşmiş hesabatların təqdim edılməsi imkanı yaradılmışdır. 2006-2016-cı illərin müvafiq dövlərinə görə isə dəqiqləşmiş hesabatların verilməsi üçün rəqəmsal imkanların yaradılması istiqamətində müvafiq işlər aparılmaqdadır. Odur ki, yuxarıda qeyd olunan məlumatları nəzərə alaraq bildiririk ki, ƏƏSMN-nin baza məlumatlarında olan Sığortaolunanların fərdi uçot barədə xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövrlər üçün məlumatları Dövlət Vergi Xidmətinin baza məlumatlarına inteqrasiya olunmadığından müraciətinizdə qeyd etdiyiniz xx.xx.2014cü il tarixdən xx.xx.2018-ci illər arasında olan dövrlər üzrə olan Fərdi uçot məlumatlarının vergi orqanı tərəfindən təqdim edilməsi mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********9 nömrəli məktubunda aşağıdakılar bildirilmişdir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının məbləği 2006-cı il 1 yanvar tarixinədək olan dövr üçün şəxslərin sığorta stajına, 2006-cı il 1 yanvar tarixindən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində toplanan sığorta kapitalına uyğun olaraq müəyyənləşdirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyəili yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək penşiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. xx.xx.1990-cı il təvəllüdlü və 2-ci qrup əlil olmağınızı nəzərə alaraq qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əsasən sizə əlilliyə görə əmək pensiyası təyin olunması üçün (əlilliyinizin xx.xx.2018-ci il tarixində müəyyən edildiyini nəzərə alsaq) tələb olunan əmək stajı azı 5 il, pensiya kapitalı isə 5232,15 manat təşkil edir. Müvafiq göstəriciləriniz qanunvericiliyin qeyd olunan tələbinə uyğun gəlmədiyindən əlilliyə görə əmək pensiyası hüququnuz yaranmamışdır. Müraciətdə qeyd edilən digər məsələ ilə bağlı bildiririk ki, Nazirliyin “Mərkəzləşdirilmiş Elektron informasiya Sistemi’’nin “Sığorta” (Hesabat) altsistemindən əldə edilən məlumatlara əsasən sığortaedən “Sabirabad Rayonlararası Mühafizə Bölməsi” (SUN: **********3) tərəfindən 2014-2016-cı illər, 2017-ci ilin İ, İİİ, 2018-ci ilin İ, İİİ rübləri, fərdi sahibkar kimi (SUN: **********4) tərəfinizdən 2018-ci ilin İİ, İİİ rübləri üzrə təqdim edilmiş illik “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat’lara (Forma B3) və rüblük “Məcburi dövlət sosial sığortası üzrə hesabatlara əsasən sığortaolunan kimi məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləriniz, eləcə də xeyrinizə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatlar **********779 nömrəli fərdi şəxsi hesabınızda öz əksini tapmışdır. İddiaçı aylıq əmək haqqından tutulan sosial sığorta ödənişlərinin hesablanıb ona geri ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu xx.xx.2022-ci il tarixli, **********3 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Sosial sığorta bu Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. Bu Qanunun 6-cı maddəsində nəzərdə tutulan sığorta ödəmələrinə aşağıdakılar daxildir: Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilən əmək pensiyaları, könüllü (əlavə) sosial sığorta əsasında əmək pensiyalarına əlavələr, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət (qanunvericiliklə müəyyən olunmuş dövr üçün), hamiləliyə və doğuma görə müavinət, uşağın anadan olmasına görə birdəfəlik müavinət, qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatana qədər uşağa qulluqla əlaqədar müavinət, dəfn üçün müavinət, sığortaolunanların sanatoriya-kurort müalicəsi üzrə xcrclərinin tam və ya nismən ödənişi. Məlumat üçün bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən sığortaolunan qanunvericiliklə müəyyən olunmuş pensiya təminatı hüququ yarandığı hallarda fərdi hesabının sığorta hissəsində qeydə alınan və fərdi hesabının yığım hissəsində toplanan vəsaitlərdən istifadə edə bilər. Sosial sığorta ödənişlərinin digər hallarda istifadə olunması qanunvericilikdə nəzərdə tutulmamışdır. Beləliklə, iş üzrə təqdim edilmiş sənədlərlə müəyyən olunur ki, iddiaçı 03 noyabr 2014-cü il tarixdən xx.xx.2018-ci il tarixədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin Sabirabad rayonlararası Mühafizə şöbəsində mülki mühafizə vəzifəsində işləmiş, bu müddət ərzində ümumilikdə 5232,15 manat məcburi dövlət sosial sığorta ödənişləri ödəmiş, 09 fevral 2018-ci ildə ümumi xəstəlikiər səbəbindən pensiyaya çıxmış və TSEK tərəfindən ona İİ (ikinci) dərəcəli əlillik təyin edilmiş, lakin əlilliyə görə pensiya təyin edilərkən tələb olunan azı 5 il əmək stajının olmaması, eləcə də pensiya kapitalının 5232,15 manat olması səbəbindən ona əlilliklə bağlı əmək pensiyası təyin edilməmişdir. Bununla əlaqədar mühafizəçi işlədiyi 03 noyabr 2014-cü il tarixdən xx.xx.2018-ci il tarixədək ödədiyi 5232,15 manat məbləğində məcburi dövlət sosial sığorta ödənişinin ona qaytarılmalı olduğunu iddia edir. Məhkəmə iddiaçının tələbini əsassız hesab edir. Belə ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, sosial sığorta - bu Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununa görə sosial sığorta məcburi dövlət sığortası və könüllü (əlavə) sığorta formalarında olur. Sözügedən Qanunun 19.1-ci maddəsində qöstərilmisdir ki, məcburi dövlət sosial sığortasının vəsaitləri Dövlət Sosial Müdafiə Fondunda cəmləşdirilir, bu Qanuna və başqa müvafiq normativ hüquqi aktlara uyqun olaraq sosial sığorta ödəmələrinin, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) saxlanma xərclərinin və digər xərclərin maliyyələşdirilməsinə sərf edilir. Sığorta vəsaitlərinin başqa məqsədlərə yönəldilməsinə yol verilmir. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sığortaolunanların fərdi uçotu həyata keçirilmiş, əmək pensiyalarının məcburi dövlət sosial sığorta haqlarının məbləğindən və sığorta stajından asılı olaraq hesablanması üçün informasiya bazası yaradılmışdır. Həmin Qanunun 1-ci maddəsinə əsasən fərdi uçot-Azərbaycan Respublikası qanunvericiliyinə uyğun əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. Sözügedən Qanunun 5-ci maddəsinə uyğun olaraq dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı hər bir sığortaolunan şəxsə uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə fərdi şəxsi hesab açır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.17-ci maddəsində sosial sığorta ehtiyatı anlayışı verilmişdir. Belə ki, sosial sığorta ehtiyatısığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının fərdi hesabın sığorta hissəsinə və idarəetmə xərclərinə yönəldilən hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğdən formalaşdırılan, əmək pensiyalarının bu Qanunda müəyyən olunmuş əmək pensiyasının minimum məbləğinə çatdırılması, məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlər və digər ödəmələr üzrə xərclərin maliyyələşdirilməsinə yönəldilən, istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan və ilin sonuna istifadə edilməmiş qalığı növbəti ilə keçən vəsaitdir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sosial sıgorta ehtiyatından istifadə” Qaydalarının 3.1-ci maddəsinə əsasən sosial sığorta ehtiyatından asağıdakı istiqamətlər üzrə istifadə edilir: əmək pensiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş əmək pensiyasının minimum məbləğinə çatdırılmasına (3.1.1); məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlər üzrə xərclərin-maliyyələsdirilməsinə (3.1.2) və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun büdcəsində nəzərdə tutulan digər ödəmələr üzrə-xərclərin maliyyələsdirilməsinə (3.1.3). Sözügedən Qaydaların 3.3-cü maddəsində göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əmək pensiyasının sığorta hissəsinin 1992-ci il yanvarın 1-dək qazanılmış pensiya kapitalı əsasında formalaşan məbləği, habelə həmin Qanunun 19-cu və 20-ci maddələrində nəzərdə tutulan əlavələr dövlət büdcəsinin, digər bütün məbləğlər isə məcburi dövlət sosial sığortası vəsaitləri və sosial sığorta ehtiyatı hesabına maliyyələşdirilir. Qeyd olunan mənbələrin birində vəsait çatışmazlığı olduqda, müvafiq xərclər digər mənbə hesabına maliyyələşdirilir. Qeyd olunan normaların məzmunundan göründüyü kimi, hər bir sığortaolunan şəxsə fərdi şəxsi hesab açılır və həmin bu hesaba sığortaedən və sığortaolunan tərəfindən fərdi şəxsi hesaba hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqqının məbləği (sığorta stajının hər ayı üçün), könüllü sosial sığorta üzrə daxil olan sığorta haqqı daxil olunur. Həmin bu hesabda toplanan vəsaitlər dövlət sosial müdafiə fondunda cəmləsdirilir və sosial sığorta ödəmələrinin, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın-(qurumun) saxlanma xərclərinin və digər xərclərin maliyyələsdirilməsinə sərf edilir. Yuxarıda sadalanan qanunvericilik aktlarında qazanılmış pensiya kapitalının sığortaolunana birdəfəlik ödənilməsi barədə hüquq normasının, yəni hazırki iş üzrə iddia tələbinin hüquqi əsasının mövcud olmaması məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, iddiaçının iddianın predmeti ilə bağlı subyektiv hüququ yaranmamışdır və o, öz hərəkətlərində hüquqi ixtiyarlı deyildir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında «mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı» olmasını göstərmiş, sonra isə Konstitusiya Məhkəməsi subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, «subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz». “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 35-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati məhkəmə icraatı qaydasında qaldırılan iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Hazırki mübahisədə iddiaçının iddianı irəli sürə bilməsi üçün müvafiq subyektiv hüquqa malik olmaması iddianın əsaslılığının araşdırılmasına imkan vermir. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı hazırki iddia üzrə tələb irəli sürmək üçün müvafiq subyektiv hüquqa malik olmadığından iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə qarşı «03 noyabr 2014-cü il tarixdən 09 fevral 2018-ci il tarixə kimi Sabirabad Rayonlararası Mühafizə Bölməsində işlədiyi müddətdə məcburi dövlət sosial sığorta üzrə sığortaolunanlar haqqında məlumata əsasən əmək haqqından tutulan məcburi sığorta haqları üzrə ödənişlərin cavabdehdən tutularaq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar