Məhkəmə qərarları › İş №2-1(120)-2422/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2422/2024

14.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2422/2024 14.05.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi, Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, veteranlıq verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-N(N20)-2422/2024 nömrəli qərardadı ilə, iddia tələbinə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, N986-cı ildə hərbi komisarlıq tərəfindən hərbi xidmətə çağrılmışdır. Hərbi xidmətini Monqolustanda tankçı olaraq yerinə yetirmiş və N989-cu ildə təxris olunmuş və ondan sonra erməni quldurlarının torpağımıza təcavüzü zamanı əlinə silah alaraq kəndlərinin və digər kəndlərin müdafiəsinə qalxmışdır və layiqincə vuruşmuşdur.N2-ci ilin fevral ayının 24-də erməni quldurları tərəfindən kəndləri işğal olunub və o N4-cü il iyul ayında yenidən hərbi komisarlıq tərəfindən Ağdam rayonunda N nömrəli hərbi hissəyə xidmətə göndərilmişdir. N6-cı ilin fevral ayının 4-də qanuni təxris olunmuşdur. N7-ci ildə ailə qurmuş bir oğlu var oda iflic xəstəsidir. Veteranlığını təmin etməkdə ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı məktubda bildirilmişdir ki, iddia tələbi əsassız olduğundan, rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N5-ci il tarixli 2N6 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci hissəsinin 8- ci yarımbəndinə bəndinə əsasən “N988-ci il fevralın N-dən N4-cü il mayın N2-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığını yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N2 may N4-cü il tarixdən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığını yerinə yetirməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteram” adı verilir.Yuxarıda qeyd olunan normalarının tələblərinə əsasən N2 may N4-cü il tarixdən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığın yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarda iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət ((yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara müharibə veteranı adının və vəsiqəsinin verilməsi nəzərdə tutulmuşdur.İddiaçı iddia ərizəsində qeyd edir ki, o, N4-cü ilin iyun ayında N nömrəli hərbi hissədə xidmət etmiş və N6-ci il tarixdə ehtiyata buraxılmışdır.İddiaçının döyüş əməliyyatları aparildığı dövrdə hərbi xidməti barədə məlumat aşkar edilməmişdir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N5-ci il tarixli 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin N-ci bəndinə əsasən,“N988-ci il fevralın N-dən N4-cü il mayın N2-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə “Müharibə veteranı” adının verilməsi üçün hərbi qulluqçuların iki şərtə cavab verməsi zəruri tələb kimi müəyyən edilmişdir. N.Şəxsin döyüş zonasında hərbi xidmət keçməsi; 2.Hərbi hissənin səxsi heyətinin siyahısından çıxarılması. Şəxsin bu şərtlərdən hər hansısa birinə cavab verməməsi ona “Müharibə veteram” adının verilməsi istisna edir.Mərkəzi Arxivin 22 aprel 20N9-cu il tarixli 9/2-5NN2 nömrəli arayışına əsasən N nömrəli hərbi hissədə İddiaçı xidmətə N iyul N4-cü ildə başlamışdır. Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın N4 sentyabr 2023-cü il tarixli ***-**** nömrəli məktubu ilə İddiaçı iddia ərizəsinə N0 iyul 2020-ci il tarixli iclasında baxılmış və vəsiqəsinin verilməsinə imtina edilmişdir.İmtina məktubunda göstərilmişdir, ki İddiaçı N nömrəli hərbi hissədə xidməti Atəşkəs dövrünə təsadüf etdiyinə görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinə imtina edilmişdir. Beləliklə, iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçının ona müharibə veteranı adının verilməsi ilə bağlı arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, bu inzibati aktın Müdafiə Nazirliyi tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Müdafiə Nazirliyinin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır. Hesab edir ki, hazırkı halda iddiaçı ona müharibə veteranı adının verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir. İddiaçının döyüş əməliyyatların aparılan zaman xidməti barədə mötəbər sübutlarla təsdiq edilmədiyindən iddia sübuta yetirilmiş sayıla bilməz.İddiaçı tələbin faktiki əsası kimi formal olaraq iş materiallarında istinad etmiş, lakin iş materialları ilə onun döyüş əməliyyatları aparılan zaman hərbi xədməti barədə faktı öz təstiqini tapmamışdır.Göstərilənlərə əsasən hesab edir ki, iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsindən inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur.Azərbaycan Respublikası İPM-nin N2.N-ci maddəsinə əsasən məhkəmə proses iştirakçıların izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin N4.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Müdafiə Nazirliyi istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməməlidir.Odur ki, yuxarıda göstərilənləri nəzərə alıb və Azərbaycan Respublikası İPM-nin 47.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddia ərizəsini rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.. Şifahi məhkəmə iclasında İddiaçı izahatında iddia tələbini müdafiə etdiyini bildirərək, N988-NN-ci illərdə Yuxarı Veysəlli kəndində özünümüdafiə dəstəsində üzv olaraq döyüşdüyünü, N4-N6-cı il tarixdə N saylı hərbi hissədə radioteleqraf işlədiyini müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin N4 noyabr 20N9-cu il tarixli, 4 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuşdur.Məhkəmə-Hüquq Şurasının N4 noyabr 20N9-cu il tarixli, 4 nömrəli qərarına əsasən Füzuli rayonu ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, iddiaçı Füzuli rayonunda qeydiyyatda olduğundan iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin qənaətinə görə iddia mümkün olsa da, lakin əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: - İşdə olan AZE******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.N968-ci il tarixdə anadan olmuş və Füzuli rayonu, Yuxarı Veysəlli kəndində qeydiyyatdadır. - İşdə olan НЗ ******* nömrəli hərbi biletinin surətindən görünür ki, İddiaçı xx.xx.N4-cü il tarixdən xx.xx.N6-cı ilədək N saylı hərbi hissədə xidmət etmişdir. - İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.20N9cu il tarixli, 9/2-5NN2 nömrəli arxiv arayışında göstərilmişdir ki, Nizamı təlim mərkəzindən gəlmiş hərbi mükəlləfiyyətçi İddiaçı N nömrəli hərbi hissə komandirinin N iyul N4-cu li tarixli N96 №-lı əmrilə (əsas səh-82 §-5 sıra-N6) şəxsi heyətin siyahısına salınaraq bütün nov təminatlarla təmin olunmuşdur.Müdafiə Nazirliyinin 24.0N.96-cı il tarixi müvafiq əmrinə əsasən Ordu sıralarından azad olunmuş sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin N fevral N6-cı il tarixli 35 №-li: əmri ilə (əsas səh-20 §-N sıra-3) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxartaraq qeydiyyata düşmək üçün müvafiq rayon Hərbi Komıssarlığına gondərilmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən 24 02 20N6cı ıl tarixli 9/2-N509 №-li məktubla İddiaçı barəsində Müdafiə Nazirliyinin aparatı nəzdındə veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın ünvanına cavab göndərilmişdir. - İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli ***-**** nömrəli məktubunda göstərilmişdir ki, “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2020-ci il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilməmişdir. Mərkəzi Arxivin xx.xx.20N9-cu il tarixli 9/2-5NN2 nömrəli arayışına əsasən N nömrəli hərbi hissədə xidmətə başlaması Atəşkəs dövrünə (xx.xx.N4-cü ilə) təsadüf etdiyinə görə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Əlavə olaraq bildirilir ki, “Vətəndaşların müraciətləri haqqında” Qanunun N4.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququna malikdir. - İşdə olan Şirvan Apellyasiya Məhkəməsinin İddiaçı ünvanladığı 3-9/2-t-4842-6/2023 nömrəli, N7 noyabr 2023-cü il tarixli məktubda göstərilmişdir ki, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəmələrinin qanuni qüvvəyə minməmiş qərarlarından verilmiş apellyasiya şikayəti əsasında işə baxan yuxarı instansiya məhkəməsidir. Müraciətinizə əlavə edilən sənədlərdən görünür ki “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinin məqsədəuyğun olmadığı qeyd edilmiş, həmçinin narazı qaldığı təqdirdə məhkəməyə müraciət etmək hüququnun olduğu da izah edilmişdir.Sizə izah olunur ki, pozulmuş hesab etdiyi hüquqununun bərpası və ya qanunla qorunan mənafeyinin müdafiəsi üçün yuxarıda qeyd etdiyi tələblə bağlı iddia ərizəsi ilə əvvəlcə Şirvan İnzibati Məhkəməsinə müraciət etməlidir. Birinci instansiya məhkəməsinin müraciət əsasında qəbul etdiyi yekun məhkəmə aktından narazı qalarsa, həmin məhkəmə aktından inzibati prosessual qanunvericiliyin müddəalarına əməl olunmaqla müvafiq məzmunda apellyasiya şikayəti verdiyi halda, müraciətinə apellyasiya qaydasında baxılması mümkündür. - İşdə olan Füzuli rayon İcra Hakimiyyəti Başçısının Veysəlli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli, 03N nömrəli arayışında göstərilmişdir ki, verilir İddiaçı ondan ötəri ki, həqiqətən N988-NN -ci illərdə Füzuli rayon Yuxarı Veysəlli kəndində yaradılmış özünümüdafiə dəstəsinin üzvü olmuşdur. Dəstənin üzvü olaraq kəndin ermənilərdən qorumaq üçün yaradılmış postlarda növbə çəkmişdir. Bir neçə dəfə ermənilərin hücumlarının dəf olunmasında iştirak etmişdir. - İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli 385 nömrəli məktubunda göstərilmişdir ki, N №-li hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli N96 №-li əmrində (əsas: §-5, səh-82, sıra-N6, əmrdə hərbi rütbəsi və vəzifəsi göstərilməmişdir) “Nizami” hərbi təlim mərkəzindən göndərilmiş, həmin tarixdən etibarən hərbi hissənin N-ci MAT-nın şəxsi heyətinin siyahısına salınaraq ümumi təchizatla təmin olunmuş hərbi mükəlləfiyyətlilərin siyahısında İddiaçı adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli 36N №-li əmrilə (əsas: §- 3, səh-25, sıra-64, əmrdə hərbi rütbəsi qeyd olunmamışdır) İddiaçı N-ci MAT-ın şəxsi heyətinin siyahısından çıxarılaraq Tank Əleyinə batareyanın 2-ci idarəetmə bölməsində radiotelefonçu vəzifəsinə təyin olunmuşdur.Azərbaycan Respublikası Müdafiə nazirinin 24.0N,N6-cı il tarixli 26 №-li əmrinə əsasən, Tank Əlehinə batareyanın hərbi qulluqçusu, sıravi Tahirov XN azad olunduğundan N №-li hərbi hissə komandirinin xx.xx.N6-cı il tarixli 35 №-li əmrilə (əsas: §-N, səh-20, sıra-3) şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq müvafiq rayon hərbi komissarlığının sərəncamına göndərilmişdir. N6-cı ilin fevralın 4-nə kimi döyüş bölgəsində xidmət etdiyinə görə, həmin müddətə məvacibi üç qat ödənilmişdir.Qeyd edirik ki, N №-li hərbi hissə komandirinin mart N2-ci il tarixdən N5 iyul N4-cü il tarixədək olan nizami hissə üzrə əmrlərində İddiaçı barəsində məlumat aşkar olunmamışdır. N №-li hərbi hissə komandirinin fevral N2-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. - İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-43-N9/2-N69/2024 nömrəli arayışında qeyd edilmişdir ki, xx.xx.N968-ci il təvəllüdlü Füzuli rayonu, Veysəlli kənd sakini İddiaçı qeydiyyat kartasına əsasən xx.xx.N986-ci il tarixdən 0N N2.N988-ci il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət, xx.xx.N4-cü il tarixdən xx.xx.N6-cı il tarixədək Azərbaycan Ordusunda həqiqi hərbi xidmət keçmiş, döyüş əməliyyatlarında iştirakına, hərbi xidmət keçdiyi zaman yaralanması və ya hərbi hissəni özbaşına tərk etməsinə dair həmçinin barəsində cinayət işinin, məhkumluğu barədə heç bir məlumat yoxdur. - İşdə olan Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2024-cü il tarixli, 3-3-N20/2-005298/2024 nömrəli məktubunda göstərilmişdir ki, vətəndaş İddiaçı barəsində Azərbaycan Respublikası Hərbi Prokurorluğunda heç bir təqsirləndirici material və ya cinayət işi olmamışdır. - İşdə olan Füzuli rayon Polis şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-N3-73/2-238N/24 nömrəli məktubunda göstərilmişdir ki, Füzuli rayonu Veysəlli kəndində anadan olmuş, xx.xx.N968-ci il təvəllüdlü İddiaçı barəsində DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsində tərtib olunmuş məhkumluq barədə tələbnamə göndərilmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir. Qeyd:Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasınınərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmətyerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş(2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və yabarələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. (maddə 3). Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları (müharibə veteranı, Silahlı Qüvvələrin veteranı adlarının verilməsi ilə əlaqədar öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti,Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti nəzərdə tutulur) tərəfindən verilir (maddə 7). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N5-ci il tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” əsasnamənin N-ci bəndinə əsasən NN-ci il oktyabrın 9-dan N4-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N0 may N4-cü il tarixdən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir (Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş,“Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur). Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Məhkəmə müəyyən etdi ki, iddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar inzibati orqana müraciət etmiş, lakin İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.20N9-cu il arxiv arayışına əsasən N nömrəli hərbi hissədə xidmətə başlaması Atəşkəs dövrünə (xx.xx.N4-cü ilə) təsadüf etdiyinə görə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. İş materiallarından göründüyü kimi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 3- 43-N9/2-N69/2024 nömrəli arayışında qeyd edilmişdir ki, xx.xx.N968-ci il təvəllüdlü Füzuli rayonu, Veysəlli kənd sakini İddiaçı qeydiyyat kartasına əsasən xx.xx.N986-ci il tarixdən xx.xx.N988-ci il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət, xx.xx.N4-cü il tarixdən xx.xx.N6-cı il tarixədək Azərbaycan Ordusunda həqiqi hərbi xidmət keçmiş, döyüş əməliyyatlarında iştirakına, hərbi xidmət keçdiyi zaman yaralanması və ya hərbi hissəni özbaşına tərk etməsinə dair həmçinin barəsində cinayət işinin, məhkumluğu barədə heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N5-ci il tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” əsasnamənin N-ci bəndinə əsasən NNci il oktyabrın 9-dan N4-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N0 may N4-cü il tarixdən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Göründüyü kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N5-ci il tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” əsasnamənin N-ci bəndinə əsasən, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N0 may N4-cü il tarixdən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verildiyi üçün və İddiaçı xx.xx.N4-cü il tarixdən xx.xx.N6-cı il tarixədək N saylı hərbi hissədə xidmət etdiyi üçün və bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət almadığı üçün ona müvafiq norma tətbiq edilməməlidir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan məhz qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçıya müharibə veteranı adının verilməsindən imtina etmişdir. Bəhs olunanlara əsasən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə N7). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə N9.N). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə N9.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabadehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.N-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4-cü, 68-69-cu və 85.N-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, H.Z.Tağıyev, N0) verilə bilər. Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar