Məhkəmə qərarları › İş №2-1(120)-244/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-244/2025

10.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-244/2025 10.02.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyini nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının 22 iyun 2024-cü il tarixli, xxxxxxx0009 saylı qərarının ləğv edilməsi və ona 22 iyun 2024-cü il tarixdən 65-80 faizlə əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 10 fevral 2025-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən İİ dərəcə əlilliyinin ləğv edilməsinə dair qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim etmiş və iş üzrə iddianın dəyişdirilərək “İİ dərəcə əlilliyinin dayandırıldığı vaxtdan bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Bundan əlavə məhkəmənin 11 aprel 2023-cü il tarixli qərardadı ilə “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Bundan əlavə iddiaçı məhkəməyə ərizə təqdim etmiş və iş üzrə iddianın dəyişdirilərək “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4 Sosial Ekspert Komissiyasının 05 noyabr 2022-ci il tarixli, **********2 saylı qərarının ləğv edilməsi və ona 05 noyabr 2022-ci il tarixdən 65-80 faizlə əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Bundan əlavə, iddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının 22 iyun 2024-cü il tarixli, xxxxxxx0009 saylı qərarının ləğv edilməsi və ona 22 iyun 2024-cü il tarixdən 65-80 faizlə əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinin tələbinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun xx.xx.1970-ci il təvəllüdlü şəxs kimi 2012-ci ildən ürək xəstəliyi ilə əlaqədar ikinci dərəcəli əlilliyi var. Həmin əlilliyə uyğun ona pensiya müəyyən edilmişdir. Ona Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfındən 03 oktyabr 2022-ci il tarixli, **********8 saylı bildiriş təqdim olunmuşdur. Həmin bildirişlə onu Agentliyə xx.xx.2022-ci il tarixdə əyani müayinəyə dəvət etmişdirlər. Həmin bildirişlə ona əyani müayinəyə gəlmədiyi halda, iştirakı olmadan barəsində inzibati akt qəbul ediləcəyi bildirilmişdir. O, həmin dövrdə səhhətilə əlaqədar müayinəyə gedə bilmədi. Belə ki, həmin dövrdə ağır xəstələnmişdi. Ona həmin Agentlik tərəfindən 16 yanvar 2023-cü il tarixli, 3-17-4/2-R-702/2023 saylı bildirişlə məlumat verildi ki, qeyd olunan tarixdə əyani müayinəyə getmədiyi üçün ona xx.xx.2021-ci il tarixində təyin edilmiş 5 il müddətinə, 2-ci dərəcə əlilliyinin ləğv edilməsi barədə qərar qəbul edilmişdir. Bildirir ki, o, əyani müayinəyə xəstəliyilə əlaqədar gedə bilməmişdir. Həmin məktub ona 31 yanvar 2023-cü il il tarixdə poçt vasitəsi ilə təqdim edilmişdir. Hesab edir ki, cavabdehin qəbul etdiyi inzibati qərarı əsassızdır və ona görə də həmin qərar ləğv edilməlidir. Belə ki, o, uzun illərdir ki, 2-ci dərəcəlik əlillik qrupu üzrə xəstədir. Bu illər ərzində xəstəliyi daha da şiddətlənib və ağırlaşıbdır. Onu əyani müayinəyə dəvət edən zaman ağır xəstə idi, ona görə də həmin müayinəyə gedə bilməmişdir. O, ağır xəstə olduğundan və uzun illər 2-ci dərəcəli əlillik olan şəxs olduğu halda həmin əlilliyin ləğv edilməsi barədə qərar qəbul etmək əsassız və qeyri-qanunidir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, Lənkəran rayon sakini xx.xx.1970-ci il təvəllüdlü İddiaçı (FİN:1 A8TYGU) dair tibb müəssisəsinin 0284003AAMXN nömrəli göndərişi DTSERA-da əyani müayinəsi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.8-ci bəndinə müvafiq olaraq Ümumi xəstəlik səbəbindən 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. (ESDAS: **********2). Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş xx.xx.2022-ci il tarixində əyani müayinəyə dəvət olunsa da müayinədə iştirak etməmişdir. Mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən “Əlillik” altsistemində tibbi-sosial ekspert komissiyasının əlillik təyinatı barədə qüvvədə olan qərarı ləğv edilsin. İş üzrə əyani müayinə qərardadı və ya məhkəmə tibbi ekspertizasının keçirilməsini xahiş edirik. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı və cavabdehin nümayəndəsi X3 gəlmiş, üçüncü şəxsin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyini nümayəndəsi X3 iddiaya qarşı etirazın məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını və cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına, o cümlədən işdə olan tibbi sənədlərə əsasən xx.xx.1970-ci ildə Lənkəran rayonunun Separadi kəndində anadan olmuş və hazırda həmin kənddə yaşayan İddiaçı xəstəliyi ilə əlaqədar ilkin olaraq əlillik vəziyyətinə 32 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2012-ci il tarixdə baxılmış və “Səbəbi: Ümumi xəstəlik; Tibbi-sosial yardım və reabilitasiya vasitələri: İxtisaslaşmış müalicə. Əmək zəmanəti: əmək qabiliyyətsizdir. X1: İX Sinif-Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25- Ürəyin işemik xəstəlikləri => İ20 – Stenokardiya (döş inağı) => İ20.8- Stenokardiyanın digər formaları. Diaqnozun mətni: ÜİX gərginlik stenokardiyası İİİ fs. Tez-tez tutmalarla hipertoniya xəstəliyi İİ srt. ÜQDÇ İİ dər. Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlığı” səbəbi ilə ona bir il müddətinə ikinci dərəcə əlillik verilmişdir. İddiaçının əlillik vəziyyəti ilə bağlı növbəti qiymətləndirmə xx.xx.2014-cü il tarixdə həyata keçirilmiş və “Səbəbi: Ümumi xəstəlik; Tibbi-sosial yardım və reabilitasiya vasitələri: İxtisaslaşmış müalicə. X1: İX Sinif-Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25- Ürəyin işemik xəstəlikləri => İ20 – Stenokardiya (döş inağı) => İ20.8- Stenokardiyanın digər formaları. Diaqnozun mətni: Astenik vəziyyət. Meyar: İmtina edilir. İmtina edilmənin səbəbi: Tam reabilitasiya olması. İddiaçının əlillik vəziyyəti ilə bağlı növbəti qiymətləndirmə xx.xx.2015-ci il tarixdə həyata keçirilmiş və “Səbəbi: Ümumi xəstəlik; Tibbi-sosial yardım və reabilitasiya vasitələri: İxtisaslaşmış müalicə. Əmək zəmanəti: ağır fiziki iş əks göstərişdir. X1: İX Sinif-Qan dövranı sistemi xəstəlikləri => İ70-İ79- Arteriyalar, arteriolalar və kapilyarların xəstəlikləri => İ73 – Periferik damarların digər xəstəlikləri => İ73.1- Obliterasiya edən tromban... Diaqnozun mətni: aşağı ətraf arteriyalarının obliteniya edici endokrtriti, aşağı ətrafın işemiyası İİİ d. Meyar: 2.2. İkinci dərəcə əlillik => Digər:2.2” səbəbi ilə ona bir il müddətinə ikinci dərəcə əlillik verilmişdir. İddiaçının əlillik vəziyyəti ilə bağlı növbəti qiymətləndirmə xx.xx.2016-cı il tarixdə həyata keçirilmiş və “Səbəbi: Ümumi xəstəlik; Tibbi-sosial yardım və reabilitasiya vasitələri: İxtisaslaşmış müalicə. Əmək zəmanəti: ağır fiziki iş əks göstərişdir. X1: İX Sinif-Qan dövranı sistemi xəstəlikləri => İ70-İ79- Arteriyalar, arteriolalar və kapilyarların xəstəlikləri => İ73 – Periferik damarların digər xəstəlikləri => İ73.1- Obliterasiya edən tromban... Diaqnozun mətni: aşağı ətraf arteriyalarının obliteniya edici endokrtriti, aşağı ətrafın işemiyası İİİ d. Meyar: 2.2. İkinci dərəcə əlillik => Digər:2.2” səbəbi ilə ona beş il müddətinə ikinci dərəcə əlillik verilmişdir. İddiaçının əlillik vəziyyəti ilə bağlı növbəti qiymətləndirmə xx.xx.2021-ci il tarixdə həyata keçirilmiş və “X1: İX Sinif-Qan dövranı sistemi xəstəlikləri => İ70-İ79- Arteriyalar, arteriolalar və kapilyarların xəstəlikləri => İ73 – Periferik damarların digər xəstəlikləri => İ73.1- Obliterasiya edən tromban... Diaqnozun mətni: aşağı ətrafların obliterasiya edən tromboangii (endoartiriti). Hər iki baldır arteriyalarının stenookluziyası. Hər iki ayaqda barmaq arteriyalarının okluziyası. Hər iki aşağı ətrafın İİİ (üç) dərəcə xroniki işemiya. Aşağı ətrafların obliterasiyalı endoartriti xroniki işemiya İİİ dərəcə. Aşağı ətrafların yerişduruş funksiyasının çətinləşməsi. Hipertoniya xəstəliyi İİ dərəcə. Kəskin ifadə olunmuş astenonevrotik vəziyyət. ÜİX. Gərginlik stenokardiyası İİİ dərəcə sunksional sinif. Meyar: İmtina edilir. İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması – Səbəb: 2011-ci ildən stasionar müalicələri yoxdur, ətraflı müayinə olunmayıb.İxtisaslaşmış klinikada ətraflı müayinə və müalicə məsləhət görülür. Məhkəməyə təqdim olunmuş və iş materiallarında olan Tibbi Sosial Ekpert Komissiyasının xx.xx.2021-ci il tarixli 3 ədəd müayinə aktlarından görünür ki, Akt nömrəsi xxxxxxx0006 olan birinci halda “Əlavə müalicəyə ehtiyacın olması – Səbəb: 2011-ci ildən stasionar müalicələri yoxdur, ətraflı müayinə olunmayıb. İxtisaslaşmış klinikada ətraflı müayinə və müalicə məsləhət görülür” səbəbi ilə İddiaçı əlillik təyinatından imtina edilmiş, Akt nömrəsi xxxxxxx0007 olan ikinci halda iddiaçıya beş il müddətinə ikinci dərəcə əlillik təyin olunmuş, Akt nömrəsi xxxxxxx0008 olan üçüncü halda isə “Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə ona əlillik təyinatından imtina edilmişdir. Hər üç halda iddiaçının əlillik vəziyyəti ilə bağlı qiymətləndirmə xx.xx.2021-ci il tarixdə həyata keçirilmiş və “Səbəbi: Ümumi xəstəlik; Tibbi-sosial yardım və reabilitasiya vasitələri: İxtisaslaşmış müalicə. Əmək zəmanəti: ağır fiziki iş əks göstərişdir. X1: İX Sinif- Qan dövranı sistemi xəstəlikləri => İ70-İ79- Arteriyalar, arteriolalar və kapilyarların xəstəlikləri => İ73 – Periferik damarların digər xəstəlikləri => İ73.1- Obliterasiya edən tromban... Diaqnozun mətni: Əsas diaqnoz İ73.1 Obliterasiya edən trombangiit (Byurger xəstəliyi), Aşağı ətrafların obliferasiya edən tromboangviti (endoarteriti). Hər iki baldır arteriyalarının stenookluziyası. Hər iki tərəfdə barmaq arteriyalarının okkluziyası. Hər iki aşağı ətrafların İİİ (üç) dərəcə xroniki işemiyası. Ağırlaşma R26.8 Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, Aşağı ətrafların yeriş-duruş funksiyasının çətinləşməsi. Ağırlaşma R52.0 Kəskin ağrı, Aşağı ətraflarda daimi ağrılar. Ağırlaşma İ73.8 Periferik damarların digər dəqiqləşdirilmiş xəstəlikləri, Aşağı ətraf anteriyalarının obliterasiyalı endoartriti, spastik forma, xroniki işemiya İİİ (üç) dərəcə. Yanaşı xəstəliklər D18.0 İstənilən lokalizasiyalı hemangioma, L2 fəqərə cisminin hemangioması. Yanaşı xəstəliklər M43.1 Spondilolistez, L5 fəqərəsinin spondilolistezi. Yanaşı xəstəliklər M42.1 Yaşlılarda onurğanın osteoxondrozu, Bel fəqərələrinin osteoxondrozu. Yanaşı xəstəliklər M48.0 Nevrasteniya, Kəskin ifadə olunmuş astenonevrotik vəziyyət. Yanaşı xəstəliklər İ20.8 Stenokardiyanın digər formaları. Gərginlik stenokardiyası İİİ FS. Yanaşı xəstəliklər İ11.0 (Durğunluq) ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəlik(yi), Arterial hipertoniya İİ dərəcə. Yanaşı xəstəliklər H90.3 Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, Sol tərəfli İİİ- İV dərəcə, sağ tərəfli İİ dərəcə ağır eşitmə. Yanaşı xəstəliklər M51.2 Fəqərəarası diskin digər dəqiqləşdirilmiş yerdəyişməsi, L4- L5, L5-S1 fəqərəarası disklərin protruziyası, aşağı ətrafların hissi, hərəki pozğunluğu. Yanaşı xəstəliklər G93.0 Serebral kista, S2 səviyyəsində araxnoidal kista. Yanaşı xəstəliklər H91.9 Eşitmənin dəqiqləşdirilməmiş itirilməsi, İki tərəfli xroniki koxlear nevrit” diaqnozu qoyulmuşdur. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin olunaraq ekspertlər qarşısında - iddiaçı xx.xx.1970-ci ildə Lənkəran rayonu, Separadi kəndində anadan olmuş və Lənkəran rayonu, Separadi kəndində qeydiyyatda olan İddiaçı canlı müayinə olunmaqla, iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsinin verdiyi göndərişlərdə; - şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik müayinələrinin nəticələri, xəstəliyin dinamikası, müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılmışdırmı? - aparılan müayinələrin nəticələri diaqnozda öz əksini tapırmı? aparılan müayinələrin nəticələri əsasında əldə olunmuş diaqnoza əsasən əlavə müalicəyə (bərpa müalicəsini davam etdirməyə) zərurət vardırmı? məzmununda suallar qoyulmuşdur. Həmin təyinat əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X6” X9 verdikləri 19 may 2023-cü il tarixli, T 320/2022 saylı rəydə göstərilmişdir ki, 1.2. vətəndaş İddiaçı iş materiallarında əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfındən qiymətləndirilməsi üçün müvafıq tibb müəssisəsinin verdiyi göndərişlərdə qeyd edilmiş bütün diaqnozlar xəstənin anamnestik, kliniki, laboratorinstrumental müayinələri əsasında qoyulmuş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu və səmərəliliyi qənaətbəxş olmuşdur. O, hazırda da yuxarıda göstərilən həmin xəstəliklərdən əziyyət çəkir. Yuxarıda qeyd edilən xəstəliklərlə əlaqədar onun hazırda əlavə ixtisaslaşdırılmış bərpa müalicəsinə ehtiyacı yoxdur, lakin xəstəliklər kəskinləşdikdə vəziyyətinin ağırlığından asılı olaraq ambulator, yaxud stasionar müalicəyə cəlb oluna bilər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” X9 24 noyabr 2023-cü il tarixli məktubu ilə birlikdə inzibati iş 08 dekabr 2023-cü il tarixdə ekspertiza aparılmadan icrasız məhkəməyə geri qaytarılmışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə-tibbi ekspertizası təyin olunaraq ekspertlər qarşısında - iddiaçı xx.xx.1970-ci ildə Lənkəran rayonu, Separadi kəndində anadan olmuş və Lənkəran rayonu, Separadi kəndində qeydiyyatda olan İddiaçı hazırki vəziyyətini əks etdirən diaqnozu ona birinci, ikinci və ya üçüncü dərəcə əlilliyin təyin olunması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, № 413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamədə” qeyd olunan hallara uyğundurmu? - Uyğunluq təşkil etdiyi halda İddiaçı xəstəlik vəziyyəti hansı dərəcə əlilliyə uyğun gəlir? Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” X9 10 may 2024-cü il tarixli məktubu ilə birlikdə inzibati iş 24 may 2024-cü il tarixdə ekspertiza aparılmadan icrasız məhkəməyə geri qaytarılmışdır. İddiaçının əlillik vəziyyəti ilə bağlı sonuncu qiymətləndirmə xx.xx.2024-cü il tarixdə həyata keçirilmiş və ona “İ73.1 Obliterasiya edən trombangiit (Byurger xəstəliyi), Aşağı ətrafların obliferasiya edən tromboangviti (endoarteriti). Hər iki baldır arteriyalarının stenookluziyası. Hər iki tərəfdə barmaq arteriyalarının okkluziyası. Hər iki aşağı ətrafların İİİ (üç) dərəcə xroniki işemiyası. Ağırlaşma R26.8 Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, Aşağı ətrafların yeriş-duruş funksiyasının çətinləşməsi. Ağırlaşma R52.0 Kəskin ağrı, Aşağı ətraflarda daimi ağrılar. Ağırlaşma İ73.8 Periferik damarların digər dəqiqləşdirilmiş xəstəlikləri, Aşağı ətraf arteriyalarının obliterasiyalı endoartriti, spastik forma, xroniki işemiya İİİ (üç) dərəcə. Yanaşı xəstəliklər D18.0 İstənilən lokalizasiyalı hemangioma, L2 fəqərə cisminin hemangioması. Yanaşı xəstəliklər M43.1 Spondilolistez, L5 fəqərəsinin spondilolistezi. Yanaşı xəstəliklər M42.1 Yaşlılarda onurğanın osteoxondrozu, Bel fəqərələrinin osteoxondrozu. Yanaşı xəstəliklər M48.0 Nevrasteniya, Kəskin ifadə olunmuş astenonevrotik vəziyyət. Yanaşı xəstəliklər İ20.8 Stenokardiyanın digər formaları. Gərginlik stenokardiyası İİİ FS. Yanaşı xəstəliklər İ11.0 (Durğunluq) ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəlik(yi), Arterial hipertoniya İİ dərəcə. Yanaşı xəstəliklər H90.3 Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, Sol tərəfli İİİ- İV dərəcə, sağ tərəfli İİ dərəcə ağır eşitmə. Yanaşı xəstəliklər M51.2 Fəqərəarası diskin digər dəqiqləşdirilmiş yerdəyişməsi, L4- L5, L5-S1 fəqərəarası disklərin protruziyası, aşağı ətrafların hissi, hərəki pozğunluğu. Yanaşı xəstəliklər G93.0 Serebral kista, S2 səviyyəsində araxnoidal kista. Yanaşı xəstəliklər H91.9 Eşitmənin dəqiqləşdirilməmiş itirilməsi, İki tərəfli xroniki koxlear nevrit” diaqnozu qoyulmuş, xx.xx.2024-cü il tarixli, xxxxxxx0009 saylı “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. İddiaçı ona əlilliyin təyinatından imtina edilməsi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində olan Dövlət Tibbi- Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının 22 iyun 2024-cü il tarixli, xxxxxxx0009 saylı qərarını mübahisələndirmişdir. Məhkəmə Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının mübahisələndirilən xx.xx.2024-cü il tarixli, xxxxxxx0009 saylı iddiaçıya əlilliyin təyinatından imtinasını əsassız hesab edir. Belə ki, iş üzrə təqdim olunmuş tibbi sənədlərin, o cümlədən TSEK müayinələrinin tədqiqi ilə bağlı məhkəmə araşdırmaları nəticəsində müəyyən olunur ki, İddiaçı xəstəliyi ilə bağlı ona ilk əlilliyin təyin olunduğu xx.xx.2012-ci il tarixdən ilk imtinanın verildiyi xx.xx.2021-ci il tarixədək 8 ildən artıq müddət ərzində diaqnozlar üzrə “ÜİX gərginlik stenokardiyası İİİ fs. Tez-tez tutmalarla hipertoniya xəstəliyi İİ srt. ÜQDÇ İİ dər. 2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlığı, aşağı ətraf arteriyalarının obliteniya edici endokrtriti, aşağı ətrafın işemiyası İİİ d., aşağı ətrafların obliterasiya edən tromboangiti (endoartiriti). Hər iki baldır arteriyalarının stenookluziyası. Hər iki ayaqda barmaq arteriyalarının okluziyası. Hər iki aşağı ətrafın İİİ (üç) dərəcə xroniki işemiya. Aşağı ətrafların obliterasiyalı endoartriti xroniki işemiya İİİ dərəcə. Aşağı ətrafların yeriş-duruş funksiyasının çətinləşməsi. Hipertoniya xəstəliyi İİ dərəcə. Kəskin ifadə olunmuş astenonevrotik vəziyyət”, səhhətində baş verən ağırlaşmalar üzrə “Aşağı ətrafların obliterasiya edən tromboangiti (endoarteriti). Hər iki baldır arteriyalarının stenookluziyası. Hər iki tərəfdə barmaq arteriyalarının okkluziyası. Hər iki aşağı ətrafların İİİ (üç) dərəcə xroniki işemiyası. Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, Aşağı ətrafların yeriş-duruş funksiyasının çətinləşməsi, Kəskin ağrı, Aşağı ətraflarda daimi ağrılar, Periferik damarların digər dəqiqləşdirilmiş xəstəlikləri, Aşağı ətraf arteriyalarının obliterasiyalı endoartriti, spastik forma, xroniki işemiya İİİ (üç) dərəcə”, yanaşı xəstəliklər üzrə “(Durğunluq) ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəlik(yi), Arterial hipertoniya İİ dərəcə, Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, Sol tərəfli İİİ-İV dərəcə, sağ tərəfli İİ dərəcə ağır eşitmə” xəstəlikləri ilə əlaqədar ona ikinci dərəcə əlillik verilmiş, əlilliyin təyinatından imtinanın verildiyi qərarlarda heç bir müsbət dəyişiklik olmadığı, əksinə xəstəliyi ağırlaşdığı halda məzmunca eyni diaqnozlar üzrə TSEK-nın xx.xx.2021-ci il tarixli, xxxxxxx0006 və xxxxxxx0008 nömrəli qərarları ilə birinci halda “Əlavə müalicəyə ehtiyacın olması”, digər halda “Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbləri ilə İddiaçı əlillik təyinatından imtina edilmişdir. Halbuki, TSEK-nın eyni tarixli, yəni xx.xx.2021-ci il tarixli, xxxxxxx0007 nömrəli qərarı ilə eyni diaqnozla iddiaçıya 5 il müddətinə ikinci dərəcə əlillik təyin olunmuşdur. Bundan başqa, qeyd olunduğu kimi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” X9 verdikləri 19 may 2023-cü il tarixli, T 320/2022 saylı rəyində göstərilmişdir ki, İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfındən qiymətləndirilməsi üçün müvafıq tibb müəssisəsinin verdiyi göndərişlərdə qeyd edilmiş bütün diaqnozlar xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında qoyulmuşdur. O, hazırda da yuxarıda göstərilən həmin xəstəliklərdən əziyyət çəkir. Həmçinin, iddiaçıya əlilliyin təyinatına əsas verən xəstəlikləri həm iş materiallarında olan Lənkəran Mərkəzi Rayon Xəstəxanasının “Xəstənin ambulator, stasionar tibbi kartasından çıxarış”ları, Lənkəran MRX konsultativ poliklinika şöbəsinin müayinə aktları, Səhiyyə Nazirliyinin “X8” PHŞ-nin “Ambulator kitabçadan çıxarış”ı, Salyan Rayon Mərkəzi Xəstəxanasının müayinə aktı, Azərbaycan Respublikası Neyrocərrahiyyə Xəstəxanası PHŞ-nin müayinə prokolu, TSEK-ə göndərişə əsas verən müayinə vərəqəsi və TSEK-in müayinə aktları ilə tam təsdiq olunur. Göründüyü kimi, iş üzrə təqdim olunmuş tibbi sənədlərə əsasən İddiaçı ona ilk əlilliyin təyin olunduğu xx.xx.2012-ci il tarixdən sonra stasionar müalicə və müayinə olunmuş, bu müddət ərzində xəstəliyi ilə əlaqədar səhhətində nəinki müsbət dəyşikliklər, əksinə ağırlaşmaların baş verdiyi təsdiq olunmuşdur. Qeyd olunan ağırlaşmalar cavabdeh tərəfindən ona əlilliyin təyinatından ilk imtinanın verildiyi xx.xx.2021-ci il, daha sonra xx.xx.2021-ci il və xx.xx.2024-cü il tarixli diaqnozlarda da öz əksini tapmış və İddiaçı malik olduğu xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin onun müayinəsi ilə bağlı verilmiş göndərişlərin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli № 413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin birinci dərəcə əlilliyin təyinatına əsas verən 2.1.1-ci, ikinci dərəcə əlilliyin təyinatına əsas verən 2.2.1 və 2.2.8-ci, üçüncü dərəcə əlilliyin təyinatına əsas verən 2.4.1-ci bəndlərinə, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 2-ci “Qan dövranı sistemi xəstəlikləri” bölməsinin 2.1.1, 2.1.2, 2.2.1, 2.2.2, 2.6.1, 2.6.1.2, 6.1.10.1, 6.1.10.2-ci bəndlərinə tam uyğunluğu təsdiq olunur. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının xəstəlikləri ilə bağlı təqdim olunmuş tibbi sənədlərdəki məlumatların həqiqiliyini təkzib edən, habelə İddiaçı xəstəliyi ilə bağlı müsbət dəyişikliklərin mövcudluğunu təsdiq edən hər hansı dəlil, sübut cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən hazırkı məhkəmə icraatında təqdim olunmamışdır. Cavabdeh inzibati orqanın iddiaya qarşı etirazında və əlilliyin təyinatından imtina qərarlarında iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə müalicəyə ehtiyacının olmasını qeyd etməsi də onun xəstəliyinin hazırki vaxtadək heç bir dəyişiklik olmadan davam etdiyini təsdiq edir. Beləliklə, məhkəməyə təqdim olunmuş tibbi sənədlərdə İddiaçı ona İİ dərəcə əlilliyin verilməsinə əsas olan diaqnozu, xəstəliyinin hal-hazıradək mövcud olması, daha da ağırlaşması və əlavə olaraq yanaşı xəstəliklərlə müşayiət olunması tam təsdiq olunur. Göründüyü kimi, Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının mübahisələndirilən qərarında iddiaçıya əlillik təyinatından imtinanın faktiki və hüquqi halları müəyyən olunmamışdır. Kifayət qədər əsasların mövcudluğu məhkəməyə bu qənaətə gəlməyə əsas verir ki, İddiaçı Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının 22 iyun 2024cü il tarixli, xxxxxxx0009 saylı qərarının ləğv edilməsini və ona 22 iyun 2024-cü il tarixdən 65-80 faizlə əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Konstitusiyanın 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Etimad hüququnun qorunması Konstitusiyadan və X10 Konvensiyasından irəli gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə (Dövlətin ali məqsədi) əsasən: İ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın həmin maddəsinin 2-ci bəndinə əsasən Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. X10 Konvensiyasının 1-ci maddəsinə (İnsan hüquqlarına hörmət olunması öhdəliyi) əsasən Razılığa gələn Yüksək Tərəflər onların yurisdiksiyası altında olan hər kəs üçün bu Konvensiyanın 2 bölməsində müəyyən olunmuş hüquq və azadlıqları təmin edirlər. Etimad hüququnun qorunması dövlətə münasibətdə pozitiv öhdəliklər yaradır və buna uyğun qaydada davranma tələb edir. Belə ki, dövlət bu hüququn reallaşdırılması üçün müvafiq işlək mexanizmlər yaratmalı; dövlət orqanları öz fəaliyyətlərində hüquq və azadlıqların səmərəli həyata keçirilməsini təmin edəcək qaydada davranmalıdırlar. Konstitusiya və AİHK ilə müəyyən edilən hüquqlar xəyali və nəzəri hüquq deyil, odur ki, dövlət tərəfindən təqdim edilən mexanizmlər səmərəsizdirsə, həmin hüquq və azadlıqların təmin edilməsi kimi qiymətləndirilə bilməz. Etimad hüququnun qorunmasının əsasları “İnzibati icraat haqqında” qanunun 2.0.8, 13, 67-69-cu maddələrində əksini tapmışdır. Həmin Qanunun 2.0.8-ci maddəsinə əsasən qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam kimi anlayış verilmişdir. Həmin Qanunun 13-cü maddəsinə əsasən etimad hüququnun qorunması prinsipinin mahiyyətini, nəzəri əsaslarını, 67-69-cu maddələr isə praktik tətbiqi zamanı təzahürünü müəyyən edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2. maddəsinə əsasən Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının etimad hüququ qanunla qorunur, bu baxımdan onun iddia tələbi əsaslı hesab edilərək təmin edilməlidir. Cavabdehin hərəkətləri isə qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2022-ci il tarixli 2-1(102)-996/2022 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş ‘‘Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”-nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. “İnzibati icraat haqqında” Qanunun 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 61-ci maddəsinin tələblərinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.2-ci maddəsinə görə iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması, həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd olunanlara məcmu şəkildə qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının İddiaçı əlilliyin təyinatından imtinası barədə 22 iyun 2024-cü il tarixli, xxxxxxx0009 saylı qərarı ləğv edilməli və İddiaçı 22 iyun 2024-cü il tarixdən 65-80 faizlə əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-ci, 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının İddiaçı əlilliyin təyinatından imtinası barədə 22 iyun 2024-cü il tarixli, xxxxxxx0009 saylı qərarı ləğv edilsin və İddiaçı 22 iyun 2024-cü il tarixdən 65-80 faizlə əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar