Məhkəmə qərarları › İş №2-1(120)-2443/2024

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-2443/2024

01.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-2443/2024 01.04.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Şirvan İnzibati Məhkəməsi Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Rüfət İlham oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı vergi borcunun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək, vergi borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinin tələbinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamıilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi xidmətinin 6 saylı ƏVİ- si tərəfindən onun 2019cu ilin yekunu ilə dövriyyəsinə- kameral yoxlama adıyla (il üzrə ödənişlərimdən əlavə olaraq) yoxlama keçirmiş və yolamada 4042.16 manat vergi, 343.58 manat faiz borcu qanunsuz olaraq (yəni ona heç bir xəbərdarlıq etmədən) yaratmışdir. Bu barədə 5-ay sonra 20 may 2020-ci il tarixli **********435200 saylı borc qərarı qəbul edilmişdir. Üstündən 5-il müddət keçməsinə baxmayaraq 6-saylı Vİ-si qərar və sair borc tələbi ilə ondan əl çəkmir. Ona görədə silinməsi üçün müraciyyət edib məhkəmədən kömək istəyir. Ona hesablanmış borc doğru deyil həmin dövrü əhadə edən vergi ödənişlərini tam ödəmiş və bu barədə (Bank vasitəsi ilə ödənilən vergi Ödəmə Tapşırıqlarınin surətlərini) təqdim etməyə hazırdır. Bu barədə 6 saylı ƏVİ-tərəfindən 2020-ci ilin əvvəlinə borcun olub olmaması barədə arayış almışdır. Arayışda 2020-ci ilin əvəlinə borcu yoxdur. 6 saylı ƏVİ-si tərəfindən 20 may 2020-ci il tarixli **********435200 saylı qərarı özləri xeyrlərinə əlavə olaraq hesablamışdırlar. Onun vergi sisteminə aid onlarin dediyi elektron (kompüter və ona aid) avadanlıqları yoxdur. Vergi hesabatlarını vermək üçün rayonda yerləşən vergi terminalların nümayəndələri vasitəsi ilə verir. Borcunun olub-olmamasını məktub gəlməsini da onlardan öyrənir . Bütün məlumatlarıda onlardan öyrənir. Rüblik və ya illik hesabatını da terminal işçiləri yazırlar və özləri də sistemə yükləyib göndərirlər və ona vergi qanunlarında olan dəyişiliklər barəsində və ya borc barəsində məlumatları da ancaq o vaxt öyrənə bilir. 6 nəfər ailəsi var, anası xəstədir, onun dərmanlarını ala bilmir, uşaqları az yaşlı və məktəblidir onların təhsili üçün lazım olan dəftər-kitablarını ala bilmir heç qarınlarında narmal doydura bilmir nə dövlətdən nə də sosial yardım almır. Obyekti yoxdur küçə alveri edir onuda rahat edib ailəsininin yaşatmasına vergi qənim kəsilib. Hazırda da heç bir yerdə işləmir və qazancı yoxdur. Dövlət çox uşaqlı ailələrə yaşayış səviyyəsinin yaxşılaşdırılması istiqamətində sosial yardımlar edir. Vergi bu yardımları almaqdanda onu məhrum edib, hələ üstəlik öz seçiminə oyğun kameral hesablamalarla yükləyib əlavə pul istəyir. Əvvəlcə vergi köməklik etsin bizə pul olsun sonra nə deyər edirik. Bəs verginin uşaqlarına, ailəsinə nə idi köməyi, yiğım dövlət sosial MF-nun saxlanmasına xidmət edir. O da gəncdir 6-nəfər ailəyə bu günləri çörək, paltar və 3-az yaşlı uşağa yaxşı təhsil verib cəmiyyətə xidmət etmək dövlətə xidmət etmək üçün mütəxəsis yetişdirməlidir, edə bilmir kasıbdır. Yuxarıda sözü gedən qərardan 5-kecir (2019-cu ilin dövriyyəsinə əlavə kameral hesablama edilib) hələ də borcla bağlı ödəmə tələbləri 195 vasitəsi ilə SMS gəlir. Dövlət bu günləri işləmədiyinə görə ailəyə (3-uşağını nəzərdə tutur) hər birinə 200 AZN ən azı SMF-dan yardım etməlidir. O qədər vergiyə ödəmələr etmişdir, indi də xahiş edir ki, vergi qanunsuz hesabladığı borcunu silib ona bu günləri yaşamaqdan ötəri köməklik edilsin. Tərəflər məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, məhkəmə iclаsınа gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə tərəflərin iştirаkı оlmаdаn bахılmаsını mümkün hеsаb еdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki,məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub- bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə müəyyən etdi ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı vergi borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Lakin hazırki iddia tələbi üzrə ərizəçinin tələbi qeyrimüəyyəndir. Belə ki, iddia ərizəsinin məzmunundan ərizəçinin nə istədiyini müəyyən etmək mümkün olmur. Məhkəmə qeyd edir ki, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 46-cı maddəsinə əsasən iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı;iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları;iddiaçının (ərizəçinin) tələbi, iddiaçının öz tələbini əsaslandırdığı faktlar və digər sübutetmə vasitələri;iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsinin zəruriliyini göstərən hallar və iddiaçının istəyinə uyğun olaraq, həmin inzibati aktın layihəsi;mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar və iddiaçının vəsatətləri;əsli və ya surəti iddia ərizəsinə qoşulmaqla, mübahisələndirilən inzibati akt və şikayət instansiyasına şikayət verildiyi hallarda şikayət instansiyasının qərarı;ərizəyə əlavə olunmuş sənədlərin siyahısı göstərilməlidir. Hazırki iş üzrə İddiaçı iddia tələbi qeyri-müəyyən olduğundan və aydın olmadığından Şirvan İnzibati Məhkəməsinin 08 yanvar 2024-cü il tarixli, 2-1(120)-2443/2024 saylı məktubu ilə ona hüquqi yardım göstərilərək, cavabdeh orqan tərəfindən qəbul edilmiş xx.xx.2021-ci i tarixli “Vergilərin, sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə” qərarı mübahisələndirmək hüququ izah edilmiş, iddia ərizəsinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 46-cı maddəsinə uyğunlaşdırması və iddia tələbini dəqiqləşdirməsi tövsiyə edilmişdir. Belə ki, məhkəmənin qənaətinə görə həmin qərarın qəbul edilməsinə əsas olan inzibati aktla iddiaçının subyektiv hüququnun pozulma ehtimalı vardır. Məhkəmə hesab edir ki, inzibati məhkəmə icraatında həmin inzibati akt mübahisə predmeti olmalıdır. Əgər xəbərdarlıq məktubunda göstərilən məbləğ barədə hər hansı inzibati akt qəbul edilmişsə, həmin inzibati aktı məhkəmədə mübahisələndirmək hüququ var, borc məbləğinə əsas olan hər hansı inzibati akt cavabdeh tərəfindən qəbul edilməmişdirsə, o zaman iddiaçının “hesablanmış borcun silinməsi” tələbi ilə cavabdeh inzibati orqana müraciət etmək hüququ vardır. Cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etdiyi təqdirdə isə cavabdehin faktiki xarakterli hərəkətləri məhkəmədə mübahisələndirilə bilər. Məhkəmə qeyd edir ki, iddia tələbinin dəqiqləşdirilməsi, eyni zamanda iddia ərizəsinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 46-cı maddəsinə uyğunlaşdırmasıilə bağlı məhkəmənin hüquqi yardım göstərməsinə baxmayaraq, İddiaçı iddia tələbində dəqiqləşdirmə aparmayaraq iddia ərizəsini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 46-cı maddəsinə uyğunlaşdırmamışdır. Tələb aydın olmadığından və həmin tələbə inzibati qaydada baxılması yol verilən olmadığından, həmin tələb əsasında işə mahiyyəti üzrə baxıb, yekun məhkəmə aktının çıxarılması mümkün deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı ərizəsi mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı vergi borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasıtələbinə dair ərizəsi mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar