Məhkəmə qərarları › İş №2-1(120)-2444/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2444/2024

19.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2444/2024 19.11.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi XN, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin tərkibində xx.xx.N993-cü il tarixdən xx.xx.N993-cü il tarixə kimi olan müddətdə Ağdam döyüş bölgəsində döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddianın dəyişdirilməsi barədə məhkəməyə ərizə ilə müraciət edərək, “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx xxx N974-cu il tarixdə Astara rayonunun Züngüləş kəndində anadan olmuş, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respulikasında hərbi xidmətə çağrışın əsasları haqqında Azərbaycan Respublikasının qanununa əsasən müqəddəs borcunu yerinə yetirmək üçün Astara rayon hərbi komissarlığı tərəfindən xx.xx.N992-ci il tarixdə hərbi xidmətə çağrılmış, Azərbaycan Respublikasının Müdafiə Nazirinin xx.xx.N996 ci il tarixli N94-saylı əmrinə əsasən xx.xx.N996-cı il tarixdə ordudan tərxis olub rayona qayıtmış və xx.xx.N996-cı il tarixdə yaşayış yeri üzrə hərbi komissarlıqda qeydiyyata durmuşdur. N saylı hərbi hissənin əskəri olmuş, N saylı hərbi hissənin tərkibində hərbi hissə komandirinin N75 saylı xx.xx.N993-cü il tarixli əmrinə əsasən xx.xx.N993-cü il tarixdən xx.xx.N993-cü il tarixə kimi olan müddətdə Ağdam döyüş bölgəsində ezamiyyətdə olmaqla, döyüş əməliyyatlarında iştirak etmişdir. Hansı ki, bu barədə hərbi biletin 7-ci səhifəsində hərbi hissə komandirinin imzası və möhrü ilə təsdiq edilmiş müvafiq qeyd vardır. Bundan əlavə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi İşlər idarəsinin Mərkəzi Arxivi tərəfindən verilmiş xx.xx.20N8-ci il tarixli, 9N-5902 saylı arxiv arayışı ilə bir daha təsdiq edilir ki, həqiqətən xx.xx.N993-cü il tarixdən xx.xx.N993-cü il tarixə kimi olan müddətdə Ağdam döyüş əməliyyatları bölgəsinə ezam olunmaqla döyüş əməliyyatlarında iştirak etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N5 saylı qərarı ilə təsdiq edilmiş Müharibə veterani, silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin N-ci bəndi və həmçinin Azərbaycan Respublikası Prezidenti tərəfindən xx.xx.N994-cü il tarixdə imzalanmış “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə ona müharibə veteranı adı və müvafiq vəsiqəsi verilməlidir. Odur ki, müharibə veteranı adının və müvafiq vəsiqəsi verilməsi ilə əlaqədar Müdafiə Nazirliyinin Aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya müraciət etməklə tələb olunan sənədləri təqdim etmiş, lakin komissiyanın xx.xx.20N8-ci il tarixli iclasda baxılmış və 523 nömrəli protokol ilə barəsində müsbət qərar qəbul edilməmişdir. Müdafiə Nazirliyinin aparati nəzdində Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyanın qəbul etdiyi qərar qanunsuz və əsassızdır. Bu barədə uzun müddətdir ki, ərizələrlə aidiyyəti orqanlara müraciət edir, nəhayət ona tövsiyə olunmuşdur ki, mübahisənin həlli üçün məhkəməyə müraciət etsin. Şirvan İnzibati Məhkəməsinin xx.xx.202N-ci il tarixli, 2-N(N20)- 508/202N saylı qərarı ilə tələbi qismən təmin edilmişdir. Məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla, cvabadeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə müraciəti ilə bağlı inzibati icraat üzrə zərüri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmuşdur. Qeyd edilən qərarın surəti Şirvan İnzibati Məhkəməsi tərəfindən icra edilməsi üçün xx.xx.202N-ci il tarixdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə göndərilmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Şirvan İnzibati Məhkəməsinə ünvanladığı 25 may 202N-ci tarixli N/0-N2250 nömrəli məktubundan görünür ki, müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı müraciətimə yenidən baxılmış və təmin edilməmişdir. Odur ki, yenidən müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyasının katibi Elbrus Mehdixanovun imzaladığı xx.xx.202N-ci il tarixli, N/0-N2250 nömrəli məktublarında qeyd edilir ki, guya döyüş əməliyyatları aparılan zaman N nömrəli hərbi hissə komandrinin xx.xx.N993-cü il tarixli N75 nömrəli əmrində Ağdam rayonuna döyüş əməliyyatları aparılan rayona ezam olunmağı döyüş tapşırığını icrası ilə bağlı olması barədə məlumat olmadığına habelə N nömrəli hərbi hissə komadnrinin xx.xx.N993-cü il tarixli N63 nömrəli əmri barədə Müdafiə Nazirliyinin Mərkəzi Arxivində məlumat olmadığına görə Müharibə Veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Komissiyasının gəldiyi nəticə ilə razılaşmır, ona görə ki, komissiyasının gəldiyi nəticə möhtəbər sübutlara, yəni Mərkəzi Arixvdə olan sənədlərə istinad edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin işlər İdarəsi Mərkəzi Arxivinin NN may 20N8-ci il tarixli, 9-2693N nömrəli məktubları ilə Komissiyanın xx.xx.20N8-ci il tarixli N/0-4403 nömrəli sorğusuna cavab verilmişdir ki, N nömrəli hərbi hissə komandrinin xx.xx.N993-cü il tarixli N75 nömrəli əmrində N nömrəli hərbi hissənin siravisi İddiaçı xx.xx.N993-cü il tarixdə Ağdam döyüş əməliyyatları bölgəsinə göndərilmiş xx.xx.N993-cü il tarixdən qazan təminatından çıxarılmağı və Komandrinin xx.xx.N993-cü il tarixli N88 nömrəli əmri ilə döyüş bölgəsində qayıtmağı qazan təminatına qoyulmağı barədə məlumat vardır. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, Müharibə veteranı, silahlı qüvvəiərin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi və «Veteranlar haqqında» Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikasının 7 aprel 2006-cı il tarixli 90- NNN QD №-li Qanunu ilə «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə edilmiş əlavələr və dəyişikliklərə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu maddənin birinci hissəsində göstərilən «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini «Veteranlar haqqında» Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2006-cı il tarixli 396 №-li Fərmanının ikinci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabineti də özünün 22 sentyabr N995-ci il tarixli 2N6 №-li Qərarı ilə «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnaməni təsdiq etmişdir. Həmin Əsasnamənin N-ci bəndinin onuncu yarımbəndinə uyğun olaraq, «N988-ci il fevralın N-dən N99N -ci il oktyabrın 9- dək erməni milliyətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində- keçmiş DQMV ərazisində aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə-Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N99N -ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə - müdafiə, daxili işlər, milli təhlükəsizlik orqanları, Dövlət Sərhəd xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir». Həmin Əsasnamənin N-ci bəndinin on birinci yarımbəndinə uyğun olaraq, «Müharibə veteranı» adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir». Belə ki, Mərkəzi Arxivin xx.xx.2022-ci il tarixli 4/2-N026 nömrəli arayışına əsasən N nömrəli hərbi hissə Silahlı Qüvvələrin Baş Qərargah rəsinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmadığından və döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrə ezam olunmağınız barədə məlumat olmadığından ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995ci il tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinə olunmuş qeydində göstərilib ki, Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidməti yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya aministiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxlərə “Müharibə veteranı” adı verilə bilməz. Bu səbəbdən ona Müdafiə Nazirliyinin komissiyası tərəfindən veteran adının və vəsiqəsinin verilməsi qanuna zidddir. İddiaçı tələblərinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.N-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin N4 noyabr 20N9-cu il tarixli, 4 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuşdur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə N4 noyabr 20N9-cu il tarixli, 4 nömrəli qərarına əsasən Astara rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, iddiaçı Astara rayonunda qeydiyyatda olduğundan iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddia həm də əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.N974-cü il tarixdə Astara rayonunun Sim kəndində anadan olmuş, Astara rayonu, Züngüləş kəndində qeydiyyatdadır. İşdə olan xx.xx.N992-ci il tarixli, НЗ ******* nömrəli hərbi biletin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.N992-ci il tarixdən xx.xx.N996-cı il tarixlərdə N94 nömrəli hərbi hissənrin tərkibində hərbi xidmətdə olmuşdur. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyyət Baş İdarəsinin İddiaçı ünvanladığı xx.xx.20N8-ci il tarixli, N/O-5804 nömrəli məktubundan görünür ki, müharibə Veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdındə Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya nın 08 06.20N8-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Hərbi biletinin N8-ci qrafasındakı qeydlər Mərkəzi Arxivin xx.xx.20N8-ci ıl tarixli 9/2-8084 nömrəli arayışı ilə ziddiyət təşkil etdiyindən ona “Müharibə Veteranı adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirliyinin Katibliyi Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli, 4/2-N026 nömrəli arxiv arayışından görünür ki, MDB-nin hərbi hissəsindən xidmətini davam etdirmək üçün gəlmiş, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli N №-li əmrilə xx.xx.N992-ci il tarixdən N “A” №-li hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli N №-li əmrilə sürücüelektrik sıravi İddiaçı N “A” №-li hərbi hissənin rabitə tağımında radictelefonçu-mexanik vəzifəsinə təyin edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli NN №-li əmrində N №-li hərbi hissənin sıravisi “Opyвжов H.A.” Ağdam rayonu döyüş əməliyyatları bölgəsinə ezamiyyətə göndərilərək qazan təminatından çıxarılması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli NN №-li əmrində N №-li hərbi hissənin sıravisi “Opyвжов H.A.” Ağdam rayonu döyüş əməliyyatları bölgəsindən hərbi hissəyə qayıtdığı üçün qazan təminatına daxil edilməsi barədə məlumat vardır. N №li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli N №-li əmrilə sıravi İddiaçı N “B” №-li hərbi hissədə planşetçi- telefonçu vəzifəsinə təyin edilmişdir. Müdafiə nazirinin xx.xx.N996cı il tarixli müvafiq əmrinə əsasən N “B” №-li hərbi hissənin planşetçi-telefonçusu, sıravi İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarından ehtiyata tərxis edildiyi N №li hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli N №-li əmrilə xx.xx.N996-cı il tarixdən şəxsi heyətin siyahısından bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Astara RHK-na göndərilmişdir. Qeyd edirik ki, Müdafiə Nazirinin Katibliyi Mərkəzi Arxiv tərəfindən İddiaçı xidməti barədə xx.xx.2020-ci il tarixli 9/2-NNN45 №-li və xx.xx.202N-ci il tarixli 4/2-624 №-li məktublarla Şirvan İnzibati Məhkəməsinə, xx.xx.202N-ci il tarixli 9/2- 2408 №-li, xx.xx.202N-ci il tarixli 9/2-2478 №-li məktublarla Hüquq İdarəsinə və xx.xx.202N-ci il il tarixli 9/2-3805 №-li məktubla Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyasına cavab göndərilmişdir. Bildiririk ki, Müdafiə Nazirinin Katibliyi Mərkəzi Arxiv tərəfindən İddiaçı xidməti barədə göndərilmiş Arxiv arayışlarında qeyd olunan məlumatlar N №-li hərbi hissə komandirinin nizami hissə üzrə əmrlərindən olduğu kimi köçürülmüşdür. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyyət Baş İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli, 4/3-4562 nömrəli məktubundan görünür ki, “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.202N -ci il və təkrar xx.xx.2022-ci il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilməmişdir. Mərkəzi Arxivin xx.xx.2022-ci il tarixli 4/2- N026 nömrəli arayışına əsasən N nömrəli hərbi hissə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmadığına və döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrə ezam olunmağı barədə məlumat olmadığına görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. İşdə olan Şirvan İnzibati Məhkəməsinin xx.xx.202N-ci il tarixli, 2-N(N20)-508/202N nömrəli qərarının surətindən görünür ki, iddia qismən təmin edilmiş, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmuşdur. İşdə olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 386 nömrəli məktubunda qeyd edilmişdir ki, MDB-nin hərbi hissəsindən xidmətini davam etdirmək üçün gəlmiş, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli N №-li əmrilə xx.xx.N992-ci il tarixdən N “A” №-li hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli N №-li əmrilə sürücü-elektrik, sıravi İddiaçı N “A” №-li hərbi hissənin rabitə tağımında radiotelefonçu-mexanik vəzifəsinə təyin edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli NN №-li əmrində N №-li hərbi hissənin hərbi qulluqçusu, sıravi «H.A.Opyвжов»un döyüş əməliyyatları bölgəsinə, Ağdam şəhərinə ezamiyyətə göndərilərək xx.xx.N993-cü il tarixdən qazan təminatından çıxarılması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli NN №-li əmrində N №-li hərbi hissənin hərbi qulluqçusu, sıravi «H.A.Opyвжов»un döyüş əməliyyatları bölgəsindən öz hərbi hissəsinə qayıtmış hesab edilərək xx.xx.N993-cü il tarixdən qazan təminatına qoyulması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli N №-li əmrilə sıravi İddiaçı N “B” №-li hərbi hissədə planşetçi- telefonçu vəzifəsinə təyin edilmişdir. Müdafiə nazirinin xx.xx.N996-cı il tarixli müvafiq əmrinə əsasən, N “B” №-li hərbi hissənin planşetçi-telefonçusu, sıravi İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarından ehtiyata tərxis olunduğundan N №-li hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli N №-li əmrilə xx.xx.N996-cı il tarixdən şəxsi heyətin siyahısından bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Astara RHK-na göndərilmişdir. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-43-7/2-N70/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.N992-ci ildə keçmiş Astara RHK-ğı tərəfindən hərbi xidmətə çağırılmış və N nömrəli hərbi hissəyə göndərilmişdir. xx.xx.N993-cü ildə xidmətini davam etdirməkdən ötrü N nömrəli hərbi hissəyə göndərilmiş,xx.xx.N993-cü ildən xx.xx.N993-cü ilədək N nömrəli hərbi hissənin tərkibində Ağdam rayonu istiqamətində döyüş əməliyyatlarında iştirak etmiş və xx.xx.N996-cı ildə Azərbaycan Respublikası MN-nin xx.xx.N996-cı il tarixli N94 nömrəli əmrinə əsasən N saylı hərbi hissədən ehtiyata buraxılmış və xx.xx.N997-ci ildən hərbi vəzifəlilərin qeydiyyatındadır. İddiaçı xx.xx.N993-xx.xx.N993-cü illərdə N nömrəli hərbi hissənin tərkibində Ağdam rayonu uğrunda gedən döyüş əməliyyatlarında iştirakı, yaralanması, xidmət yerini özbaşına tərk etməsi, fərariliyə və digər cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməsi, məhkum edilməsi, barəsində cinayət təqibinə xitam verilməsi, amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi barədə məlumat yoxdur. İşdə olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, N6N7 nömrəli məktubunda qeyd edilmişdir ki, N №-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli N №-li əmrində (əsas: §-5, səh-22, sıra-73, əmrdə hərbi rütbəsi “sıravi” yazılmışdır, vəzifəsi göstərilməmişdir, əmr hərbi hissə komandiri tərəfindən imzalanmamışdır, əmr rus əifbası ilə yazılmışdır) MDB-nin hərbi hissəsindən xidmətlərini davam etdirmək üçün gəlmiş, xx.xx.N992-ci il tarixdən N №-li hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlarla salınmış hərbi qulluqçuların siyahısında, sıravi «Гaxвepдиев Ага Гарахан» oğlunun adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 67 №-li əmrində döyüş tapşırıqlarını yerinə yetirmək üçün döyüş əməliyyatları bölgəsinə, ezamiyyətə göndərilərək xx.xx.N993-cü il tarixdən qazan təminatından çıxarılan N №-li hərbi hissənin hərbi qulluqçularının siyahısında, sıravi «A.Г. Гaxвepдиев»in adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 76 №-li əmrində (əsas: §-N, sıra-NN, əmrdə adı və atasının adı tam yazılmamışdır, hərbi rütbəsi “sıravi” yazılmışdır, əmr rus əlifbası ilə yazılmışdır) döyüş əməliyyatları bölgəsindən qayıtmış hesab edilərək xx.xx.N993-cü il tarixdən qazan təminatına qoyulan N №-li hərbi hissənin hərbi qulluqçularının siyahısında, sıravi «A.Г. Гaxвepдиев»in adı qeyd edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli N46 №-li əmrində döyüş tapşırıqlarını yerinə yetirmək üçün Ağdam şəhərinə, döyüş əməliyyatları bölgəsinə, ezamiyyətə göndərilərək xx.xx.N993-cü il tarixdən qazan təminatından çıxarılan N №-li hərbi hissənin hərbi qulluqçularının siyahısında, sıravi «Гaxвepдиев Ага Гарахан» oğlunun adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli N54 №-li əmrində döyüş əməliyyatları bölgəsindən, Ağdam şəhərindən qayıtmış hesab edilərək xx.xx.N993-cü il tarixdən qazan təminatına qoyulan N №-li hərbi hissənin hərbi qulluqçularının siyahısında, sıravi «Гaxвepдиев Ага Гарахан» oğlunun adı qeyd edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli N №-li əmrilə N №-li hərbi hissənin hərbi qulluqçusu, sıravi «Гaxвepдиев Ага Гарахан» oğlu rabitə manqasında xətt baxıçısı vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N №-li əmrilə N №-li hərbi hissənin hərbi qulluqçusu, sıravi «Гaxвepдиев Ага Гарахан» oğlu təsərrüfat tağımında «cлecapя-кoчeropa» vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N996-cı il tarixli N4N №-!i əmrinə əsasən, N №-li hərbi hissənin hərbi qulluqçusu, «cnecapa-Koneropa», sıravi «Гaxвepдиев Ага Гарахан» oğlu Silahlı Qüvvələrin sıralarından ehtiyata tərxis olunduğundan N №-li hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli N56 №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılaraq və qeydiyyata düşmək üçün Astara RHK-na göndərilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli N №-li əmrində MDB-nin hərbi hissəsindən xidmətlərini davam etdirmək üçün gəlmiş, xx.xx.N992-ci il tarixdən N №-li hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlarla salınmış hərbi qulluqçuların siyahısında, sıravi «Наджафов Садых Агаджан» oğlunun adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli N №-li əmrilə N №-li hərbi hissənin hərbi qulluqçusu, sıravi «Наджафов Садых Агаджан» oğlu rabitə manqasında mexanik vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 97 №-li əmrində döyüş tapşırıqlarını yerinə yetirmək üçün Ağdam şəhərinə, döyüş əməliyyatları bölgəsinə, ezamiyyətə göndərilərək xx.xx.N993-cü il tarixdən qazan təminatından çıxarılan N №-li hərbi hissənin hərbi qulluqçularının siyahısında «C.A.Наджафов»un adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli N08 №-li əmrində döyüş əməliyyatları bölgəsindən, Ağdam şəhərindən qayıtmış hesab edilərək xx.xx.N993-cü il tarixdən qazan təminatına qoyulan N №-li hərbi hissənin hərbi qulluqçularının siyahısında «C.A.Наджафов»un adı qeyd edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli N30 №-li əmrində döyüş tapşırıqlarını yerinə yetirmək üçün Ağdam şəhərinə, döyüş əməliyyatları bölgəsinə, ezamiyyətə göndərilərək xx.xx.N993-cü il tarixdən qazan təminatından çıxarılan N №-li hərbi hissənin hərbi qulluqçularının siyahısında, sıravi «Наджафов Садых Агаджан» oğlunun adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli N39 №-li əmrində döyüş əməliyyatları bölgəsindən qayıtmış hesab edilərək xx.xx.N993-cü il tarixdən qazan təminatına qoyulan N №-li hərbi hissənin hərbi qulluqçularının siyahısında, sıravi «Наджафов Садых Агаджан» oğlunun adı qeyd edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli N58 №-li əmrində döyüş tapşırıqlarını yerinə yetirmək üçün Ağdam şəhərinə, döyüş əməliyyatları bölgəsinə, ezamiyyətə göndərilərək xx.xx.N993-cü il tarixdən qazan təminatından çıxarılan N №-li hərbi hissənin hərbi qulluqçularının siyahısında «С.А.Наджафов»un adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli N69 №-li əmrində döyüş əməliyyatları bölgəsindən, Ağdam şəhərindən qayıtmış hesab edilərək xx.xx.N993-cü il tarixdən qazan təminatına qoyulan N №-li hərbi hissənin hərbi qulluqçularının siyahısında «С.А.Наджафов»un adı qeyd edilmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N996-cı il tarixli N4N №li əmrinə əsasən, N №-li hərbi hissənin hərbi qulluqçusu, mexanik, sıravi «Наджафов Садых Агаджан» oğlu Silahlı Qüvvələrin sıralarından ehtiyata tərxis olunduğundan N №-li hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli N5N №-li əmrilə (əsas: §-N, səh-46, sıra- N6, hərbi rütbəji “sıravi” yazılmışdır, əmr rus əlifbası ilə yazılmışdır) hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Astara RHK-na göndərilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli N №li əmrində (əsas: §-5, səh-2N, sıra-26, əmrdə hərbi rütbəsi “sıravi”, adı «Эльман» yazılmışdır, vəzifəsi göstərilməmişdir, əmr hərbi hissə komandiri tərəfindən imzalanmamışdır, əmr rus əifbası ilə yazılmışdır) MDB-nin hərbi hissəsindən xidmətlərini davam etdirmək üçün gəlmiş, xx.xx.N992-ci il tarixdən N №-li hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlarla salınmış hərbi qulluqçuların siyahısında, sıravi «Мамедов Эльман Джабраил» oğlunun adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 60 №-li əmrində döyüş tapşırıqlarını yerinə yetirmək üçün Ağdam şəhərinə, döyüş əməliyyatları bölgəsinə, ezamiyyətə göndərilərək xx.xx.N993-cü il tarixdən qazan təminatından çıxarılan N №-li hərbi hissənin hərbi qulluqçularının siyahısında «Э.Д.Мамедов»un adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 69 №-li əmrində döyüş əməliyyatları bölgəsindən qayıtmış hesab edilərək xx.xx.N993-cü il tarixdən qazan təminatına qoyulan N №-li hərbi hissənin hərbi qulluqçularının siyahısında «Э.Д.Мамедов»un adı qeyd edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli N07 №-li əmrində döyüş tapşırıqlarını yerinə yetirmək üçün Ağdam şəhərinə, döyüş əməliyyatları bölgəsinə, ezamiyyətə göndərilərək xx.xx.N993-cü il tarixdən qazan təminatından çıxarılan N №-li hərbi hissənin hərbi qulluqçularının siyahısında «Э.Д.Мамедов»un adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli NN8 №-li əmrində döyüş əməliyyatları bölgəsindən, Ağdam şəhərindən qayıtmış hesab edilərək xx.xx.N993-cü il tarixdən qazan təminatına qoyulan N №-li hərbi hissənin hərbi qulluqçularının siyahısında «Э.Д.Мамедов»un adı qeyd edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli N30 №-li əmrində döyüş tapşırıqlarını yerinə yetirmək üçün Ağdam şəhərinə, döyüş əməliyyatları bölgəsinə, ezamiyyətə göndərilərək xx.xx.N993-cü il tarixdən qazan təminatından çıxarılan N №-li hərbi hissənin hərbi qulluqçularının siyahısında, sıravi «Мамедов Эльмар Джабраил» oğlunun adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli N39 №-li əmrində döyüş əməliyyatları bölgəsindən qayıtmış hesab edilərək xx.xx.N993-cü il tarixdən qazan təminatına qoyulan N №-li hərbi hissənin hərbi qulluqçularının siyahısında, sıravi «Мамедов Эльмар Джабраил» oğlunun adı qeyd edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli N66 №-li əmrində döyüş tapşırıqlarını yerinə yetirmək üçün Ağdam şəhərinə, döyüş əməliyyatları bölgəsinə, ezamiyyətə göndərilərək xx.xx.N993-cü il tarixdən qazan təminatından çıxarılan N №-li hərbi hissənin hərbi qulluqçularının siyahısında, sıravi «Мамедов Эльмар Джабраил» oğlunun adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli N77 №-li əmrində döyüş əməliyyatları bölgəsindən qayıtmış hesab edilərək xx.xx.N993-cü il tarixdən qazan təminatına qoyulan N №-li hərbi hissənin hərbi qulluqçularının siyahısında, sıravi «Мамедов Эльмар Джабраил» oğlunun adı qeyd edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 20N №-li əmrində döyüş tapşırıqlarını yerinə yetirmək üçün Ağcabədi şəhərinə, döyüş əməliyyatları bölgəsinə, ezamiyyətə göndərilərək xx.xx.N993-cü il tarixdən qazan təminatından çıxarılan N №-li hərbi hissənin hərbi qulluqçularının siyahısında «Э.Д.Мамедов»un adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 2N7 №-li əmrində döyüş əməliyyatları bölgəsindən, Ağcabədi şəhərindən qayıtmış hesab edilərək xx.xx.N993-cü il tarixdən qazan təminatına qoyulan N №-li hərbi hissənin hərbi qulluqçularının siyahısında «Э.Д.Мамедов»un adı qeyd edilmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N996-cı il tarixli N94 №-li əmrinə əsasan, 984B №-li hərbi hissənin hərbi qulluqçusu, aşpaz, sıravi «Мамедов Эльмар Джабраил» oğlu Silahlı Qüvvələrin sıralarından ehtiyata tərxis olunduğundan N №-li hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli N №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Astara RHK-na göndərilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli N №-li əmrində MDB-nin hərbi hissəsindən xidmətlərini davam etdirmək üçün gəlmiş, xx.xx.N992-ci il tarixdən N “A” №-li hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlarla salınmış hərbi qulluqçuların siyahısında, sıravi «Оруджов Наиль Амираслан» oğlunun adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli N №-li əmrilə N “A” №-li hərbi hissənin hərbi qulluqçusu, sıravi «Оруджов Наиль Амираслан» oğlu rabitə tağımında radioteleqrafçımexanik vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli NN №-li əmrində Ağdam şəhərinə, döyüş əməliyyatları bölgəsinə, ezamiyyətə göndərilərək xx.xx.N993-cü il tarixdən qazan təminatından çıxarılan N №-li hərbi hissənin hərbi qulluqçularının siyahısında, sıravi «Н.А.Оруджов»un adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli NN №-li əmrində döyüş əməliyyatları bölgəsindən, qayıtmış hesab edilərək xx.xx.N993-cü il tarixdən qazan təminatına qoyulan N №-li hərbi hissənin hərbi qulluqçularının siyahısında, sıravi «Н.А.Оруджов»un adı qeyd edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli N №-li əmrilə N “B” №-li hərbi hissənin hərbi qulluqçusu, sıravi «Оруджов Наиль Амираслан» oğlu rabitə tağımında planşetçi-telefonçu vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N996-cı il tarixli N94 №-ii əmrinə əsasən, 984B №-li hərbi hissənin hərbi qulluqçusu, planşetçi-telefonçu, sıravi «Оруджов Наиль Амираслан» oğlu Silahlı Qüvvələrin sıralarından ehtiyata tərxis olunduğundan N №-li hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli N №-li əmrilə (əsas: §-7, səh-97, sıra-NN8, hərbi rütbəsi “sıravi” yazılmışdır, əmr rus əlifbası ilə yazılmışdır) hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Astara RHK-na göndərilmişdir. Qeyd edirik ki, N №-!i hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixdən xx.xx.N994- cü il tarixədək olan əmrlərində İddiaçı barəsində əlavə məlumat aşkar olunmamışdır. N №-li hərbi hissə komandirinin N992-N994-cü il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. (maddə 3). Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları (müharibə veteranı, Silahlı Qüvvələrin veteranı adlarının verilməsi ilə əlaqədar öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti nəzərdə tutulur) tərəfindən verilir (maddə 7). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” əsasnamənin N-ci bəndinə əsasən N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N0 may N994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir (Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında”Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur.). Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” əsasnamənin N-ci bəndinə əsasən N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N0 may N994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara müharibə veteranı adı verilir. Qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər müharibə veteranı adının verilməsi üçün əsas hesab edilir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 28.6-cı maddəsinə əsasən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlara, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına, çağırış komissiyasının qərarı ilə çağırışdan azad edilib ehtiyata keçirilmiş, həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilmiş vətəndaşlara, öz razılığı ilə hərbi qeydiyyata götürülmüş N9 yaşdan 40 yaşadək qadınlara və ehtiyatda olan zabitlərə hərbi bilet verilir. Müvafiq icra hakimiyyəti orqanından ehtiyata keçirilmiş zabitlərə hərbi biletin verilməsi həmin orqan tərəfindən həyata keçirilir. Hərbi biletlərin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Məhkəmə, işdə materiallarında olan iddiaçıya məxsus НЗ ******* nömrəli hərbi bileti mötəbər sübut hesab edir və həmin hərbi biletdə (təsdiq edilmiş) İddiaçı döyüş əməliyyatlarında iştirak etməsi ilə bağlı müvafiq qeydiyyat aparılmışdır. Eyni zamanda işdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirliyinin Katibliyi Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli, 4/2-N026 nömrəli arxiv arayışından görünür ki, MDB-nin hərbi hissəsindən xidmətini davam etdirmək üçün gəlmiş, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli N №-li əmrilə xx.xx.N992-ci il tarixdən N “A” №-li hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli N №-li əmrilə sürücü-elektrik sıravi İddiaçı N “A” №-li hərbi hissənin rabitə tağımında radictelefonçu-mexanik vəzifəsinə təyin edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli NN №-li əmrində N №-li hərbi hissənin sıravisi İddiaçı Ağdam rayonu döyüş əməliyyatları bölgəsinə ezamiyyətə göndərilərək qazan təminatından çıxarılması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli NN №-li əmrində N №-li hərbi hissənin sıravisi İddiaçı Ağdam rayonu döyüş əməliyyatları bölgəsindən hərbi hissəyə qayıtdığı üçün qazan təminatına daxil edilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli N №-li əmrilə sıravi İddiaçı N “B” №-li hərbi hissədə planşetçi- telefonçu vəzifəsinə təyin edilmişdir. Müdafiə nazirinin xx.xx.N996-cı il tarixli müvafiq əmrinə əsasən N “B” №-li hərbi hissənin planşetçitelefonçusu, sıravi İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarından ehtiyata tərxis edildiyi N №-li hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli N №-li əmrilə xx.xx.N996-cı il tarixdən şəxsi heyətin siyahısından bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Astara RHK-na göndərilmişdir. Cavabdeh imtina və etiraz ərizələrində Mərkəzi Arxivin xx.xx.2022-ci il tarixli 4/2- N026 nömrəli arayışına əsasən N nömrəli hərbi hissə Silahlı Qüvvələrin Baş Qərargah rəsinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmadığından və döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrə ezam olunmağınız barədə məlumat olmadığından ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun olmadığını qeyd edir. Lakin iş materiallarına əlavə edilən sənədlərə əsasən iddiaçının döyüş əməliyyatlarında iştirak etdiyi, döyüş əməliyyatları bölgəsinə ezam olunduğu, daha sonra həbi hissəyə qayıtdığı və qanuni əsaslarla təxris edildiyi öz təsdiqini tapır. Belə olan halda, məhkəmə cavabdehin imtinasının qanunazidd və iddiaçının hüquqlarının pozulması halı kimi qəbul edir. Göründüyü kimi iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə döyüşdüyündən, ezamiyyət əmrlərinin olduğu müəyyən edildiyindən, eyni zamanda qanuni əsaslarla hərbi hissədən tərxis olunduğundan (hərbi biletində müvafiq qeydiyyat aparılmışdır və müvafiq əmrlər vardır) о, müharibə veteranı sayılır və bu barədə ona müvafiq vəsiqə verilməlidir. Qeyd olunan funksiyaları hərbi qulluqçulara münasibətdə hal-hazırda Müdafiə Nazirliyi həyata keçirdiyi üçün, iddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə N7). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə N9.N). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə N9.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Beləliklə, iddia təmin edilməli, İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.N-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 8N və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar