Məhkəmə qərarları › İş №2-1(120)-2447/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2447/2024

21.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2447/2024 21.08.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal оğlunun sədrliyi, Məhkəmə iclas katibi X14 оğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə Keyfiyyət Təminatı X2rşı “diplomunun tanınması haqqında müvafiq ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Şirvan şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Təhsildə Keyfiyyət Təminatı X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi və diplomun tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. İddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 1999-2003-cü illərdə Azərbaycan Dövlət Neft Akademiyası, X1 X3 İxtisası üzrə bakalavr, 2012-2014-cü illərdə Bakı Slavyan Univeristeti, Yaradıcılıq Fakültəsində bakalavr təhsili almışdır. 2016-2018-ci illərdə X7 Univeristeti, Sosial Bilimlər İnstitutu, Türk Dili və Ədəbiyyatı bölümündə, X15 ixtisası üzrə magistr təhsili almışdır. 2020-ci ildən hal-hazıradək Türkiyə Cumhuriyyəti, İstanbul Univeristeti, Sosial Bilimlər İnstitutu, Türkiyat Araşdırmaları ixtisası üzrə doktorantura təhsili alır. Bunula yanaşı 2005-ci ildə Bakı Jumalstika Məktəbində, 2017-ci ildə X16 Espanolda (Bakı İspan Dili Mərkəzi), xx.xx.2021-xx.xx.2022-ci illərdə X4, X5 Təhsili üzrə kurslar keçmişdir. 2012-ci ildən Türkiyə Televiziyalarında təcrübə keçmişdir. “Mədəniyyət paytaxtına aparan yol” (X11 17 illik mədəniyyət siyasəti haqqında), sənədli filminin; “Abdulla Şaiq - Danışan Xatirələr”, bədii-sənədli filminin; “Repressiya zindanı” bədii-sənədli filmi ssenari müəllifi olmuşdur. “Nəriman Nərimanov - Son səfər”, bədii-sənədli filminin; “Mirzə Cəlil - Keçmişdən reportaj”, bədii-sənədli filminin; “Cəfər Cabbarlı - Azad bir ruh”, bədii-sənədli filminin; “Uçan xalçanın nağılı” bədii-sənədli filmi, filminin redaktoru olmuşdur. “Zəng” bədii filminin; “Yağlı boya ilə ailə portreti” bədii filminin; “Üzeyir Hacıbəyli - Bir portretin ştrixləri”, bədii-sənədli filminin; “Turan Cavid - Sədaqət” bədii-sənədli filminin; “M.S.Ordubadi-Gələcəyə müsahibə” bədii-sənədli filminin; “A.M.Şərifzadə - Sonuncu monoloq” bədii-sənədli filminin; “M.Ə.Sabir - Arizi qəmlər əlindən” bədii-sənədli filminin; “Y.V.Çəminzəminli - Azad bir ruh” bədii-sənədli filminin; “Ə.Haqverdiyev - Ömrün, günün sonunda” bədii-sənədli filminin; “Xədicə Qayıbova - Ömrün sonatası” bədii-sənədli filminin redaktoru olmuşam. “Ocaq yeri”, bədii filminin direktoru olmuşdur. “Televizor”, bədii filmi, prodüser-inzibatçısı olmuşdur. 2010-cu ildə "Hər zaman və heç vaxt", şeirlər kitabı (Gənclər və İdman Nazirliyində; 2014-cü ildə “İsanın qadını”, romanı (Qanun Nəşriyyatında); 2019-cu ildə “Nar ağacının nəğmələri”, kitabı (Təhsil Nəşriyyatı və AYBdə); 2019-cu ildə “İsanın qadını”, romanı (Avanqard Yayınlarında) çap edilmişdir. 2017-ci ildə Karsda keçirilən X8 toplanmasında Salman Mümtazın fəaliyəti, İ. X10 Kültürü Kongresi, beynəlxalq konfransında iştirak etmişdir. 2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin Təqaüdünü (Bir illik, Ədəbi yaradıcılıq üzrə); 2015-ci ildə Azərbaycan Yazıçılar Birliyi və TİKA (Türkiyə) Səməd Behrəngi ədəbi mükafatını; 2008-ci ildə Azərbaycan Yeni Yazarlar və Sənətçilər Qurumunun mükafatını almışdır. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Magistr təhsili barədə X9 Univeristeti, Sosial Bilimlər İnstitutundan xx.xx.2018-ci il tarixli, 442103 saylı diplom almışdır. Diplomu aldıqdan sonra onu müvafiq orqanlarında apostil etmişdir. Daha sonra diplomun Azərbaycan Respublikası ərazisində tanınması üçün Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Təhsil nazirliyi diplomun tanınmasından əsassız olaraq xx.xx.2023-cü il tarixli məktubla imtina etmişdir. İmtina ilə bağlı ona bildirilmişdir ki, tanınmamanın səbəbi təhsil müddətində Azərbaycan Respublikası Dövlət Sərhədini az keçməyidir. Azərbaycan Respublikası xx.xx.2018-ci il tarixli, 1004-VQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında” Sazişinin 12-ci maddəsinə əsasən Azərbaycanlı tələbələrə Türkiyə Respublikasının ali təhsil müəssisələri tərəfindən verilən diplomların ekvivalentliyi və tanınması Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq, türkiyəli tələbələrə Azərbaycan Respublikasının ali təhsil müəssisələri tərəfindən verilən diplomların ekvivalentliyi və tanınması Türkiyə Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. xx.xx.2023-cü il tarixli imtina məktubu magistr diplomu ilə təkzib edilir. Çünki İnstitutda proqramı üzrə təhsil müddəti 2 ildir. İnstitutda tədris fərdi təhsil planına uyğun olaraq sürətləndirilmiş təhsil formasında keçirilə bilər. İstənilən kursun proqramını qısa müddət ərzində yerinə yetirmək olar. Tələbənin istəyinə və hazırlıq təhsil proqramını bir ildə mənimsəmə qabiliyyəti nəzərə alınaraq bu imkandan istənilən kursda yararlanmaq mümkündür. Bu hal nə Türkiyə, nə də ki, Azərbaycan Respublikasının təhsil qanunvericiliyinin ziddiyyət təşkil etmir. İxtisas proqramının mənimsənilməsi üçün normativ müddətin azaldılması təhsil müəssisəsinin yerləşdiyi dövlətin qanunvericiliyinə əsaslanırsa, bu hal pozuntu kimi qiymətləndirməməlidir. Belə bir qadağa Azərbaycan Respublikasının təhsil qanunvericiliyində də nəzərdə tutulmadığından, cavabdehin iddiaçının diplomunun tanınmasından imtinası qüvvədə olan qanunvericiliyin tələblərinə ziddiyət təşkil edir. Digər tərəfdən isə cavabdeh orqan təhsil müddəti ərzində Türkiyədə olmaması dəlilini irəli sürməzdən əvvəl bu istiqamətdə araşdırma aparmalı, bu məqamları aydınlaşdırmalı, bununla bağlı şübhə yaranan hallar barədə ondan izah tələb etməli idi ki, belə bir sual ünvanlamamış, müzakirə aparmamış, diplomu vermiş İnstitutun mövqeyini öyrənməmişdir. Göstərilənlərə və İnzibati-Prosessual Məcəllənin 68-80-cı maddələrinə əsasən məhkəmədən Magistr təhsili alması barədə X9 Univeristeti, Sosial Bilimlər İnstitutu tərəfindən ona verilmiş xx.xx.2018-ci il tarixli, 442103 saylı diplomun Azərbaycan Respublikası ərazisində tanınmasından imtina olunması barədə cavabdehin xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və diplomun tanınması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin 14 may 2024-cü il tarixli, 2-1(120)-2447/2024 nömrəli qərardadı ilə, iddia tələbində iddiaçı və cavabdeh olduğu kimi saxlanılmaqla iddia tələbinə “diplomunun tanınması haqqında müvafiq ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. Cаvаbdеh Təhsildə Keyfiyyət Təminatı X13 Şəxsinə məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, cavabdehin nümayəndəsi məhkəmə iclаsınа gəlməmişdir. Məhkəmə Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə cavabdeh Təhsildə Keyfiyyət Təminatı X13 Şəxsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçı şifahi məhkəmə iclasında izahatında iddia tələbini müdafiə edərək, onun məhkəmə tərəfindən təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının izahatını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1982-ci ildə Beyləqan rayonu, 1-ci Şahsevən kəndində doğulmuşdur. - Təhsildə Keyfiyyət Təminatı Agentliyinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-29-61/2-Ə-589-4/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyinə daxil olmuş xx.xx.2023-cü il tarixli 3-29-61/1-Ə-589-4/2023 nömrəli ərizənizlə əlaqədar olaraq bildiririk ki, xarici ali təhsil ixtisasınızın tanınması ilə bağlı elektron müraciətinizin nəticəsi barədə sizə xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli 235 nömrəli qərarı ilə təsdiq edilmiş Elektron xidmət növlərinin Siyahısına daxil olan “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyin müəyyən edilməsinin (nostrifikasiyası) onlayn yoxlanılması” elektron xidməti vasitəsilə məlumat verilmişdir. Məlumat üçün bildiririk ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.2-ci maddəsinə əsasən, poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. - X7 Univeristeti, Sosial Bilimlər İnstitutu tərəfindən verilmiş qeydiyyat nömrəsi xx.xx.2018-ci il tarixli, 442103 saylı diplomunun və həmin diploma əlavənin azərbaycan dilinə tərcümə edilmiş surətindən görünür ki, İddiaçı universitetinin tam kursunu bitirərək Türk Dili və Ədəbiyyatı bölümündə, X15 ixtisası üzrə magistr təhsili almışdır. - Təhsildə Keyfiyyət Təminatı Agentliyinin məhkəməyə ünvanladığı etirazında qeyd edilmişdir ki, iddiaçı Əzizov X6 Ardahan Universiteti tərəfindən verilmiş №442103 nömrəli xx.xx.2018-ci il tarixli diplom üzrə "X15" (magistratura/əyani) üzrə aldığı kvalifikasiyanın Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir.Cavabdeh iddiaçının müraciəti üzrə inzibati icraat apararaq iddiaçının təhsil aldığı ölkədə aşağıdakı müddətlərdə olduğunu müəyyən etmişdir: 2016/2017-ci tədris ili üzrə -1 ay 15 gün, 2017/2018-ci tədris ili üzrə -15 gün. Ərizəçinin təhsil aldığı ölkədə olduğu müddət onun diplom əlavəsində göstərilən tədris yükünün yerinə yetirilməsi üçün kifayət deyildir. Belə ki, sözügedən müddət ərzində iddiaçının tədris ili ərzində müvafiq kvalifıkasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər həmin ölkədə olmadığı və ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü dövlət standartlarının tələblərinə uyğun yerinə yetirməsinin qeyri-mümkün olması müəyyən edilmişdir. Bu səbəbdən iddiaçının ali təhsilə dair kvalifıkasiyasının tanınmasından imtina edilmiş və xx.xx.2020-ci il tarixdə inzibati akt tərtib edilərək onun elektron kabinetində yerləşdirilmişdir. Bildiririk ki, icraat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifıkasiyası) Qaydaları”na əsasən aparılmış, və həmin qaydaların 3.7-ci bəndinə əsasən iddiaçının əldə etdiyi kvalifikasiyanın tanınmasında imtina edilmişdir. Hesab edirik ki, cavabdehin imtinası qanuni və əsaslıdır. iddia tələbi aşağıdakı əsasa görə təmin edilməməlidir: - Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.3-cü maddəsinin tələblərinə əsasən inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz; - cavabdeh orqan inzibati aktı qəbul edərkən diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl etmiş və diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməsini təmin etmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası oxşar işlər üzrə qərarlarında dəfələrlə (2-1(102)-265/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli, 2-1 (102)-251 /2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qərarlar) xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və onların ekvivalentliyinin müəyyən edilməsinin cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərinə aid olmasını vurğulamışdır. Xarici dövlətlərin ali təhsilə aid kvalifıkasiyalarının tanınması Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyaları tanınması Qaydaları”(bundan sonra- Qaydalar)na uyğun olaraq həyata keçirilir. Sözügedən qaydaların 1.3-cü bəndinə əsasən tanınma Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunu, Azərbaycan Respublikasının digər qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, bu qaydalar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərarları, həmçinin sərəncamları, habelə Azərbaycan Respublikasının digər hüquqi aktlarının tələbləri nəzərə alınmaqla həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifıkasiyalarının tanınması Qaydalarfnın 4.1.1-ci yarımbəndinə əsasən tanınma üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli, 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifıkasiyalar Çərçivəsi” üzrə orta ixtisas təhsili, bakalavriat və magistratura səviyyəsinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçi hər bir tədris ili ərzində müvafiq kvalifıkasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmalıdır. Həmin Qaydaların 3.10-cu bəndinə əsasən bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda kvalifıkasiyanın tanınmasından imtina haqqında qərar qəbul edilir. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cu il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydalarının 3.2.2-ci yarımbəndinə əsasən, Ali təhsilin hər iki səviyyəsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cu il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydalarının 3.2.4-cü yarımbəndinə əsasən ixtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə magistraturada təhsilin normativ müddəti 1,5 il olduğu halda 90,2 (iki) il olduğu halda isə 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir .Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 12 may tarixli, 88 nömrəli qərarı ilə təsdiq edilmiş “ Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydalan”nm 2.9-cu bəndinə əsasən əyani formanın təhsil müddətində nəzəri tədrisə - 45, elmi tədqiqat və elmi-pedaqoji təcrübələrə - 8, imtahan sessiyalarına isə 15 həftə ayrılır. Bu zaman auditoriya saatları 12-16 həftədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.1 -ci yarımbəndinə əsasən həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır. Belə ki, magistratura səviyyəsinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçi təhsil müddətində hər bir tədris ili üzrə tələb olunan normativ müddətə riayət etməlidir. Göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat (magistratura) səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydalarfnm 3-cü bölməsinə əsasən, ərizəçinin aldığı təhsilin müddəti Azərbaycan Respublikasında ona ekvivalent ixtisas üzrə təhsilin müddətinə uyğun gəlmir. Qeyd olunan normativ-hüquqi aktların müddəalarından da göründüyü kimi, iddiaçıya məxsus olan kvalifikasiyanın tanınmasına hüquqi əsas olmadığından onun iddia tələbi rədd edilməlidir. -Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-38-2/33-1707/24 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.1982-ci il təvəllüdlü İddiaçı 2016-2020-ci illər ərzində dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında aşağıdakı məlumatlar qeydə alınmışdır: Tarix İstiqamət Ölkə xx.xx.2017 Çıxış Gürcüstan xx.xx.2017 Giriş Gürcüstan xx.xx.2017 Çıxış Gürcüstan xx.xx.2017 Giriş Gürcüstan xx.xx.2017 Çıxış Gürcüstan xx.xx.2017 Giriş Rusiya xx.xx.2017 Çıxış Gürcüstan xx.xx.2017 Giriş Gürcüstan xx.xx.2017 Çıxış Türkiyə xx.xx.2017 Giriş Türkiyə xx.xx.2018 Çıxış Gürcüstan xx.xx.2018 Giriş Gürcüstan xx.xx.2018 Çıxış Gürcüstan xx.xx.2018 Giriş Gürcüstan xx.xx.2018 Çıxış Gürcüstan xx.xx.2018 Giriş Gürcüstan xx.xx.2019 Çıxış Rusiya xx.xx.2019 Giriş Rusiya Tarix İstiqamət Ölkə xx.xx.2016 Çıxış Gürcüstan xx.xx.2016 Giriş Gürcüstan xx.xx.2016 Çıxış Rusiya xx.xx.2016 Giriş Rusiya xx.xx.2016 Çıxış Gürcüstan xx.xx.2016 Giriş Gürcüstan xx.xx.2016 Çıxış Gürcüstan xx.xx.2016 Giriş Gürcüstan xx.xx.2016 Çıxış Gürcüstan xx.xx.2016 Giriş Gürcüstan xx.xx.2016 Çıxış Gürcüstan xx.xx.2016 Giriş Gürcüstan xx.xx.2016 Çıxış Gürcüstan xx.xx.2016 Giriş Gürcüstan xx.xx.2017 Çıxış Gürcüstan xx.xx.2017 Giriş Gürcüstan xx.xx.2017 Çıxış Gürcüstan xx.xx.2017 Giriş Gürcüstan Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı 2016-2018-ci illərdə X7 Univeristeti, Sosial Bilimlər İnstitutu, Türk Dili və Ədəbiyyatı bölümündə, X15 ixtisası üzrə magistr təhsili almışdır. Bunun bağlı iddiaçıya xx.xx.2018-ci il tarixli, 442103 saylı diplom və diploma əlavə təqdim edilmişdir. İddiaçı elmi tədqiqat və elmi-pedaqoji təcrübələri Azərbaycan Respublikasında həyata keçirmiş, nəzəri tədrisilə əlaqədar X7 Univeristetinə getmiş, 2016-2018-ci illərdə Azərbaycan Respublikasından quru yolla bir başa Türkiyə Cümhüriyyətinə gediş olmadığı üçün Gürcüstan Respublikasından keçməklə həyata keçirmişdir. Məhkəmə sorğusu əsasında əldə olunmuş məlumatlardan görünür ki, 2016-cı ilin may ayından etibarən 2018-cilin noyabr ayınadək iddiaçı müxtəlif vaxtlarda ölkə hüdudlarını tərk etmişdir. İddiaçının elmi tədqiqat və elmi-pedaqoji təcrübələri həyata keçirməsi iş materiallarına əlavə elmi tədqiqat əsərləri ilə bir daha sübuta yetirilir. İş materialların olan “Baku Arşivlerinde 1900-1930 arası Türk Edebiyatına dair yazılar” magistr işdən görünür ki, iddiaçının gedniş aradırması Bakı axirvlərində həyata keçirilmişdir. Bunanla yanışı iş materialları ilə müəyyən edilir ki, iddiaçı 2020-ci ildən etibarən Türkiyə Cumhuriyyəti, İstanbul Univeristeti, Sosial Bilimlər İnstitutu, Türkiyat Araşdırmaları ixtisası üzrə doktorantura təhsili alır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı magistr səviyəsində həhsil almamış olsaydı onun doktorantura səviyəsinə qəbul olması mümkünsüz olardı. İddiaçı X7 Univeristeti, Sosial Bilimlər İnstitutu, Türk Dili və Ədəbiyyatı bölümündə, X15 ixtisası üzrə magistr ixtisası üzrə diplomunun tanınması haqqında müvafiq ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, inzibati orqan iddiaçının müraciətini təmin etməmişdir. Hazırda iddiaçı cavabdehin imtinasını mübahisələndirir. Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinin İ hissəsinə görə hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Azərbaycan Respublikası Prezidentinin 203 nömrəli, xx.xx.2005-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə»nin 8.28-ci bəndinə görə Nazirlik xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasına dair sənədlər verir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun: - 27.1-ci maddəsinə əsasən təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini (doktorantura istisna olmaqla) bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında dövlət sənədi verilir. - 27.4-cü maddəsinə əsasən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. - 29.0.21-ci maddəsinə əsasən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biridir. - 44.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Przidentinin 29 dekabr 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”nin: - 1.1-ci bəndinə əsasən Təhsildə Keyfiyyət Təminatı Agentliyi (bundan sonra – Agentlik) mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin akkreditasiyası və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması, habelə peşə təhsili üzrə qeyriformal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahan keçirilməsi və peşə ixtisasını təsdiq edən təhsil haqqında dövlət sənədinin verilməsi sahəsində (bundan sonra – müvafiq sahədə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. - 2.2.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasını həyata keçirmək Agentliyin fəaliyyət istiqamətlərindən biridir. - 3.1.4-cü bəndinə görə xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması ilə bağlı ekspertizanı təşkil etmək Agentliyin vəzifəsidir. - 3.1.8-ci bəndinə görə bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və Agentliyinin fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək Agentliyin vəzifəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın: - 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. - 1.3-cü bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir. - 1.4-cü bəndinə görə isə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyi haqqında Şəhadətnamə onun sahibinə əlavə (ikinci) ixtisas almaq, ixtisasını artırmaq, diplomdan sonrakı hazırlıq pilləsinə qəbul olunmaq, habelə müvafiq peşə fəaliyyəti göstərmək hüququ verir. - 1.6-cı bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. - 3.2-ci bəndinə görə ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: - ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). - 3.3-cü bəndinə görə təhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin elmimetodiki bölmələri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislərindən ibarət ekspert qrupu yaradılır. - 3.6-cı bəndinə görə ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: - təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; - təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; - Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. - 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: - xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; - təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); - xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli Qərarı ilə təsdiq edilmiş «Ali təhsil pilləsinin dövlət standartı və proqramı»nın: - 5.5-ci bəndinə görə, ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə təhsil müddətləri təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Magistratura səviyyəsində əyani forma üzrə həmin müddət 1,5-2 (qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır) ildir. - 8.7.2-ci bəndinə əsasən qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180- 240, magistraturada isə 120-160 saat nəzərdə tutulur. - 8.7.5-ci bəndinə əsasən əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 12 may tarixli, 88 nömrəli qərarı ilə təsdiq edilmiş “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nın: - 1.5-ci bəndinə əsasən magistratura səviyyəsində əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime) və qiyabi təhsilalma formaları müəyyən edilir. - 1.6-cı bəndinə əsasən magistratura səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 1,5-2 ildir (qiyabi forma üzrə təhsil müddəti əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddətindən altı ay artıqdır). Bu müddət ayrı-ayrı ixtisaslaşmaların təhsil proqramları ilə müəyyənləşdirilir. Magistratura səviyyəsində əyani təhsilalma formasının tədrisə qismən cəlb olunma (parttime) növü üzrə isə təhsilin müddəti təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir. - 2.3-cü bəndinə əsasən magistr təhsilinin məzmunu tədris prosesinin və elmi tədqiqat işlərinin planlaşdırılmasını, onun həyata keçirilməsinin forma və metodlarını, tədris yükünün həcmini, tədris mərhələlərinin (semestrlərin) müddətini, tədris növlərini (mühazirə, məşğələ, laboratoriya və s.), ayrı-ayrı fənlərin həcmini, ixtisasın ixtisaslaşmaları üzrə təhsil proqramında qoyulan tələbləri əhatə edir. “Təhsil haqqında” Qanunun 13.1-ci maddəisndə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 75 №-li qərarı ilə təsdiq edilmiş «Ali təhsil pilləsinin dövlət standartı və proqramı»nın 5.4-cü bəndinə əsasən ali təhsil pilləsində aşağıdakı təhsilalma formaları müəyyən edilir: əyani; qiyabi; distant (məsafədən); sərbəst (eksternat). Həmin formalar üzrə təhsilalma qaydaları müvafiq qanunvericilik aktları ilə müəyyənləşdirilir. Bundan əlavə Azərbaycan Respublikasının xx.xx.2018-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikası Hökuməti və ilə Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında Sazişin»in 1-ci maddəsində nəzərdə tutulmuşdur ki, hazırkı Sazişin məqsədi beynəlxalq hüquq normalarına və Tərəflərin milli qanunvericiliklərinə uyğun olaraq hər iki Tərəfin müvafiq qurumları arasında bərabərlik və qarşılıqlı hörmət əsasında təhsil sahəsində əməkdaşlığı inkişaf etdirməkdir. Həmin Sazişin 12-ci maddəsinə əsasən Azərbaycanlı tələbələrə Türkiyə Respublikasının ali təhsil müəssisələri tərəfindən verilən diplomların ekvivalentliyi və tanınması Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq, türkiyəli tələbələrə Azərbaycan Respublikasının ali təhsil müəssisələri tərəfindən verilən diplomların ekvivalentliyi və tanınması Türkiyə Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Məhkəmə qeyd edir ki, iddiaçının elmi tədqiqat və elmi-pedaqoji təcrübələrə bağlı fəaliyyəti təkzibolunmaz haldır. Türkiyədə magistr səviyyəsində təhsil alaması, elmi tədqiqat və elmi-pedaqoji təcrübələri ölkə daxilində həyata keçirilməsi iddiaçının ziyanına dəyişmir. Göründüyü kimi, iddiaçının 2016-2018-ci illərdə Türkiyə Cumhiryətində nəzəri tədrisə getməsi iş materialları ilə bir daha sübut olunur. Belə ki, Təhsil haqqında” Qanunun normalarına əsasən dövlət təhsil standartları və onların qüvvədə olma müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun tətbiq edilməsinə dair Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli № 156 saylı Fərmanına əsasən, müvafiq icra hakimiyyəti orqanının səlahiyyətini Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 75 №-li qərarı ilə təsdiq edilmiş «Ali təhsil pilləsinin dövlət standartı və proqramı»nın 8.4-cü bəndinə əsasən, Magistratura səviyyəsində: - humanitar fənlər; - ixtisaslaşma fənləri. Bu bölümlərə daxil olan fənlərin tədrisi zamanı magistrantlara müvafiq elm sahəsində elmi tədqiqat işlərini aparmaq və təşkil etmək, müasir informasiya texnologiyalarından istifadə etmək, ali təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmaq, idarəetmə sahəsində fəaliyyət göstərmək vərdişləri aşılanır. Təhsil proqramları təhsil və elmi tədqiqat hissələrindən ibarətdir. Bu zaman təhsil hissəsinə ayrılan saatların həcmi 40-50 faiz təşkil edir. Bakalavr və magistr təhsil proqramlarının bütün fənn bölümlərinə seçmə fənlər daxildir. Hər iki proqramda seçmə fənlərə ayrılan saatın həcmi ümumi saat miqdarının 25-30 faizini təşkil edir. Həmin fənlər təhsil müəssisəsi tərəfindən müəyyənləşdirilir. “Təhsil haqqında” Qanunda və həmin Qanunun tətbiqi ilə bağlı normativ xarakterli aktlarda elmi tədqiqat işlərini, magistrlik dissertasiyalarının yerinə yetirilməsinə, tələbələrin yekun dövlət attestasiyasına dair metodiki göstərişlər tələbənin vətəndaşı olduğu dövlətdə həyata keçirməsi bilavasitə təsbit olunmaması, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin tanınmasından imtinanın əsası kimi çıxış edə bilməz. Magistr səviyyəsində təhsilin elmi tədqiqat işlərini, magistrlik dissertasiyalarının yerinə yetirilməsinə, tələbələrin yekun dövlət attestasiyasına dair metodiki göstərişlər tələbənin vətəndaşı olduğu dövlətdə həyata keçirməsi tədrisin təşkili qaydaları və müddəti ilə bağlı qanunvericilik aktları qəbul edilməsə belə, tələbələrin (hazırki halda iddiaçının) təhsilinin tamamlanmasını təsdiq edən magistr diplomunun olması və həmin diplomun apostil olması, həmin diplom üzrə kvalifikasıyanın tanınması üçün kifayət qədər zəruri əsasdır. Belə məhdudlaşdırma həmçinin xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən şəxsə verilmiş, həmin şəxsin ali təhsil proqramını uğurla mənimsədiyini, bu və ya digər səviyyədə onun ali təhsil aldığını təsdiq edən sənədin, diplomun, yaxud da şəhadətnamənin tanınmasına da şamil oluna bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə mövcud qanunvericilikdə (AR NK-nin xx.xx.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş Qaydalarda) diplomun tanınmasından imtina üçün əsas kimi nəzərdə tutulan hallar mövcud olmadığından, həmçinin, Qaydaların 3.7-ci bəndi ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticəsinə iş üzrə riayət edilmədiyindən, cavabdeh inzibati orqanın iddiaçının kvalifikasiyanın tanınmasından imtinası formal tələblərə əsaslanır. Məhkəmə hesab edir ki, Türkiyə Respublikasının Ardahan Universiteti tərəfindən verilmiş 442103 nömrəli, xx.xx.2018-ci il tarixli diplom üzrə ali təhsilə aid kvalifikasiyanın tanınmasından cavabdeh inzibati orqanın imtinası qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Türkiyə Respublikasının Ardahan Universiteti tərəfindən verilmiş 442103 nömrəli, xx.xx.2018-ci il tarixli tanınması haqqında müvafiq ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Türkiyə Respublikasının Ardahan Universiteti tərəfindən verilmiş 442103 nömrəli, xx.xx.2018-ci il tarixli diplomun tanınması haqqında müvafiq ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Təhsildə Keyfiyyətin Təminatı X13 Şəxsinin üzərinə qoyulsun. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar