Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-245/2022 06.04.2022 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X1 nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X2 qarşı «ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 06 aprel 2022-ci il tarixdə, Masallı Məhkəmə Kompleksinin binasında (ünvan: Masallı şəhəri, H.Əliyev prospekti) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X14in Lənkəran şəhər filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun yaşa görə pensiyaya çıxmaq hüququnun yaranması, ona əmək pensiyası təyin olunması və hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X14in Lənkəran şəhər filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X14in Lənkəran şəhər filialı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X14in 7 saylı regional ərazi filialı ilə əvəz olunmuşdur. İşin hazırlıq icraatı mərhələsində iddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “işlədiyi illərin sığorta stajı kimi nəzərə alınaraq ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X14in 7 saylı Regional Ərazi Filialının üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Bundan əlavə iddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X14 7 saylı Regional Ərazi Filialının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X3 ilə əvəz olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X14in 7 saylı regional ərazi filialı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X3 ilə əvəz olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, o, xx.xx.1956-cı il tarixdə Lənkəran şəhərində anadan olmuşdur. Hazırda isə ailə üzvləri ilə birlikdə Lənkəran şəhəri, ünvan 3 ünvanında yaşayır. İlk əmək fəaliyyətinə 10 iyun 1973-cü il tarixdə Lənkəran “Rayselxoztexnika” birliyində işə başlamış və 11.05.1974-cü il tarixə kimi həmin birlikdə işləmişdir. 1974-1976-cı illər 2 il SSRİ-nin Silahlı Qüvvələrində hərbi xidmətdə olmuş, hərbi xidmətdən qayıtdıqdan sonra yenidən 01.07.1976-cı il tarixdən 07.08.1984-cü il tarixədək Lənkəran “Rayselxoztexnika” birliyində işləmişdir. Daha sonra 15.10.1984-cü il tarixdən 01.07.1996-cı il tarixədək Lənkəran şəhər İşıqlandırma Kontorunda işləmişdir. Axırıncı iş yeri “X18” MMC-dir. Belə ki, 26.02.2020-ci il tarixdən hazırkı günədək “X18” MMC-də işləyir. Onun yuxarıda qeyd etdiyi yerlərdə işləməyini əmək kitabçası təsdiq edir. Beləliklə, işlədiyi bütün illər onun əmək kitabçasında qeyd edilmişdir. Hazırda o, pensiyaya çıxmaq üçün lazımi sənədləri toplayıb, Azərbaycan Respublikasının ƏƏSMN-nin tabeliyində DSMF X14 Lənkəran şəhər filialına təqdim etmişdir. Lakin Azərbaycan Respublikasının ƏƏSMN-nin tabeliyində DSMF X14 Lənkəran şəhər filialı tərəfindən ərizəsinə rədd cavabı verilərək bildirilmişdir ki, “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Təqdim etdiyi sənədlərə əsasən (əmək kitabçası, hərbi bilet) əmək stajı 23 il 11 ay 17 gün təşkil edir. Buna görə də əmək pensiyası təyin etmək qanuna müvafiq deyildir. Bunun üçün məhkəməyə müraciət etməyini tövsiyyə etmişlər. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X1 nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, İddiaçı cavabdehə müraciət edərək yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etmişdir. Lakin, İddiaçı 01.07.1976-cı il tarixdən 07.08.1984-cü il tarixədək Lənkəran “Rayselxoztexnika birliyi”ndə və 15.10.1984-cü il tarixdən 01.07.1996cı il tarixədək Lənkəran şəhər İşıqlandırma Kontorunda işləməyinə dair əmr və əmək haqlarını yoxlamaq mümkün olmadığı üçün onun müraciətinin müsbət həlli mümkün olmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017ci 1 iyul tarxinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir (Qeyd. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 22-1.1-ci maddəsinə əsasən, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Həmin Qanunun 22-1.2-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2020-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. İşin hallarını tam və dəqiq araşdırmaq məqsədi ilə İddiaçı işlədiyini iddia etdiyi müəssisələrin mövcudluğunu və iddiaçının 01.07.1976-cı il tarixdən 07.08.1984-cü il tarixədək Lənkəran “Rayselxoztexnika birliyi”ndə və 15.10.1984cü il tarixdən 01.07.1996-cı il tarixədək Lənkəran şəhər İşıqlandırma kontorunda işləməsi faktını dəqiqləşdirmək üçün müvafiq qurumlara lazımi sorğular göndərilmişdir. Azərbaycan Respublikası X10 filialı tərəfindən təqdim edilmiş 20 oktyabr 2021-ci il tarixli, b/303 nömrəli məktubda Lənkəran “Rayselxoztexnika birliyi”nin və “Lənkəran şəhər İşıqlandırma kontoru”nun sənədləri Azərbaycan Respublikası X10 filialına mühafizə üçün təhvil verilmədiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının aparatı tərəfindən təqdim edilmiş 22 oktyabr 2021-ci il tarixli, 10-54/7-1239 nömrəli məktubda Lənkəran “Rayselxoztexnika birliyi”ndə və “Lənkəran şəhər İşıqlandırma kontoru”nda işləyib-işləməməsi barədə məlumatların X10 filialında aşkar edilməmişdir. "xxxx" ASC tərəfindən təqdim edilmiş 20 oktyabr 2021-ci il tarixli, 01/05- 04/5377 nömrəli məktubda 1984-1996-cı illərdə fəaliyyətdə olan "xxxx" ASC-nin adı dəyişdirlərək "xxxx" ASC adlandırılmışdır. Qeyd olunan dövrlərlərdə Cəmiyyətin “Lənkəran şəhər İşıqlandırma kontoru” kimi struktur bölməsi, o cümlədən İddiaçı adında işçisi olmamışdır. İş materiallarından aydın olur ki, iddiaçının 01.07.1976-cı il tarixdən 07.08.1984-cü il tarixədək Lənkəran “Rayselxoztexnika birliyi”ndə və 15.10.1984-cü il tarixdən 01.07.1996-cı il tarixədək Lənkəran şəhər İşıqlandırma kontorunda işləməsi faktı əmək kitabçasında qeyd edilsə də qeyd edilən illər, aylar üzrə əmək haqqı cədvəlləri, əmək haqqı hesablanması barədə məlumatlar aşkar edilməmişdir. Bu isə iddiaçının 01.07.1976-cı il tarixdən 07.08.1984-cü il tarixədək Lənkəran “Rayselxoztexnika birliyi”ndə və 15.10.1984-cü il tarixdən 01.07.1996-cı il tarixədək Lənkəran şəhər İşıqlandırma kontorunda işləməsi ilə bağlı əmək kitabçasında olan qeydlərin qeyri-mötəbər olduğunu təsdiq edir. Həmçinin, iddiaçının əmək kitabçasında qeyd olunmuş 01.07.1976-cı il tarixdən 07.08.1984-cü il tarixədək Lənkəran “Rayselxoztexnika birliyi”nin və 15.10.1984cü il tarixdən 01.07.1996-cı il tarixədək Lənkəran şəhər İşıqlandırma Kontorunun faktiki və arxiv sənədlərini saxlanıldığı ünvan məlum olmadığı üçün (müəssisənin fəaliyyət göstərməsinə dair hər hansı bir sübüt yoxdur və sənədləri arxivə təhvil verilməmişdir) həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi mümkün hesab olunmur. Beləliklə, iş materialları ilə təsdiq olunur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçı ona əmək pensiyası təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq edilir. Belə ki, iddiaçıya əmək pensiyası təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Qanunun yaşla bağlı tələbinə cavab versə də, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir və ya azı 25 il sığorta stajına malik deyil. Buna görə də hesab edirlər ki, həmin dövrlər (01.07.1976-07.08.1984 və 15.10.1984-01.07.1996) sosial sığorta stajına daxil edilə bilməz. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X1 nümayəndəsi iddiaya qarşı etiraza əlavə təqdim etmişdir. Etiraza əlavədə qeyd olunmuşdur ki, İddiaçı cavabdehə müraciət edərək yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etmişdir. Lakin, İddiaçı 01.07.1976-cı il tarixdən 07.08.1984-cü il tarixədək Lənkəran “Rayselxoztexnika birliyi”ndə və 15.10.1984-cü il tarixdən 01.07.1996-cı il tarixədək Lənkəran şəhər İşıqlandırma kontorunda işləməyinə dair əmr və əmək haqlarını yoxlamaq mümkün olmadığı üçün onun müraciətinin müsbət həlli mümkün olmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci 1 iyul tarxinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir (Qeyd. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 22-1.1-ci maddəsinə əsasən, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Həminn Qanunun 22-1.2-ci maddəsinə əsasən 2019cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2020-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. İşin hallarını tam və dəqiq araşdırmaq məqsədi ilə İddiaçı işlədiyini iddia etdiyi müəssisələrin mövcudluğunu və iddiaçının 01.07.1976-cı il tarixdən 07.08.1984-cü il tarixədək Lənkəran “Rayselxoztexnika birliyi”ndə və 15.10.1984cü il tarixdən 01.07.1996-cı il tarixədək Lənkəran şəhər İşıqlandırma kontorunda işləməsi faktını dəqiqləşdirmək üçün müvafiq qurumlara lazımi sorğular göndərilmişdir. Azərbaycan Respublikası Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının aparatı tərəfindən təqdim edilmiş 21 dekabr 2021-ci il tarixli, 10-54/7-1442 nömrəli məktubda “Lənkəran şəhər İşıqlandırma kontoru”nun yaradılması haqqında Lənkəran Şəhər XDS İcraiyyə Komitəsinin 28.09.1984-cü il tarixli, 18 nömrəli protokolunun və həmin təşkilat üçün “Şəhərin azad büdcə qalığından vəsait ayrılması barədə” Lənkəran Şəhər XDS İcraiyyə Komitəsinin 25.12.1990-cı il tarixli, 19 nömrəli protokolu aşkarlandığı qeyd olunsa da, iddiaçının iddia etdiyi illərdə həmin müəssisədə işlədiyini sübut etmir. Həmin illərə dair əmək haqqı cədvəlləri təqdim olunmamışdır. Həmçinin iddiaçının işlədiyi iddia etdiyi Lənkəran “Rayselxoztexnika birliyi”nə dair məlumat verilməmişdir. "xxxx" ASC tərəfindən təqdim edilmiş 20 oktyabr 2021-ci il tarixli, 01/05-04/5377 nömrəli məktubda 1984-1996-cı illərdə fəaliyyətdə olan "xxxx" ASC-nin adı dəyişdirlərək "xxxx" ASC adlandırılmışdır. Qeyd olunan dövrlərlərdə Cəmiyyətin “Lənkəran şəhər İşıqlandırma kontoru” kimi struktur bölməsi, o cümlədən İddiaçı adında işçisi olmamışdır. İş materiallarından aydın olur ki, iddiaçının 01.07.1976-cı il tarixdən 07.08.1984-cü il tarixədək Lənkəran “Rayselxoztexnika birliyi”ndə və 15.10.1984-cü il tarixdən 01.07.1996-cı il tarixədək Lənkəran şəhər İşıqlandırma kontorunda işləməsi faktı əmək kitabçasında qeyd edilsə də qeyd edilən illər, aylar üzrə əmək haqqı cədvəlləri, əmək haqqı hesablanması barədə məlumatlar aşkar edilməmişdir. Bu isə iddiaçının 01.07.1976-cı il tarixdən 07.08.1984-cü il tarixədək Lənkəran “Rayselxoztexnika birliyi”ndə və 15.10.1984-cü il tarixdən 01.07.1996-cı il tarixədək Lənkəran şəhər İşıqlandırma kontorunda işləməsi ilə bağlı əmək kitabçasında olan qeydlərin qeyri-mötəbər olduğunu təsdiq edir. Mübahisələndirən illər: 10.06.1973- 11.05.1974-ci və 01.07.1976-07.08.1984-ci illərdə Lənkəran “Rayselxoztexnika birliyi” 15.10.1984-01.07.1996-cı illərdə Lənkəran şəhər işıqlandırma kontorunda işləməsi faktını yoxlamaq mümkün olmadığından (əmək haqqı cədvəlləri X12 filialına təhvil verilməmişdir). Mübahisələndirməyən illər: 18.05.1974-12.06.1976-cı illərdə hərbi xidmət dövrü, 01.09.1971-24.02.1973-ci illərdə Peşə təhsil illəri və “X18” MMC-də işlədiyi illər. Beləliklə, iş materialları ilə təsdiq olunur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçı ona əmək pensiyası təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq edilir. Belə ki, iddiaçıya əmək pensiyası təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Qanunun yaşla bağlı tələbinə cavab versə də, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir və ya azı 25 il sığorta stajına malik deyil. Buna görə də hesab edirlər ki, həmin dövrlər (01.07.1976-07.08.1984 və 15.10.1984-01.07.1996) sosial sığorta stajına daxil edilə bilməz. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazının məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçıya məxsus 10.07.1973-cü il tarixli notarial qaydada təsdiq olunmuş əmək kitabçasının surətindən görünür ki, o, 10.06.1973-cü il tarixli, 83 nömrəli əmrlə Lənkəran rayon “Azərkənd təsərrüfatı texnikası” MTM-nə İİ dərəcəli çilingər qəbul edilmiş, Sovet Ordusu sıralarına çağırıldığı üçün 11.05.1974-cü il tarixli, 64 nömrəli əmrlə tutduğu vəzifəsindən azad edilmiş, Sovet Ordusu sıralarından qayıtdığı üçün 23.06.1976-cı il tarixli, 93 nömrəli əmrlə MTM-nə İİ dərəcəli çilingər qəbul edilmiş, 30.09.1976-cı il tarixli, 142 nömrəli əmrlə müvəqqəti olaraq “QAZ-51” markalı, 83- 90 nömrəli avtomaşına təhkim edilmiş, 26.10.1976-cı il tarixli, 155 nömrəli əmrlə təmir emalatxanasına İİ dərəcəli çilingər vəzifəsinə keçirilmiş, 10.11.1977-ci il tarixli, 151 nömrəli əmrlə İİİ dərəcəli çilingər vəzifəsinə keçirilmiş, 09.11.1978-ci il tarixli, 1 nömrəli əmrlə Lənkəran rayon “Azərkənd təsərrüfatı texnikası”nın adı dəyişdirildiyindən Azərbaycan SSR kənd təsərrüfatı texnikası dövlət komitəsi adına dəyişdirilərək əvvəlki vəzifəsində saxlanılmış, 05.08.1981-ci il tarixli, 107 nömrəli əmrlə ərizəsinə əsasən tutduğu vəzifəsindən azad edilmiş, 20.07.1987-ci il tarixli, 63 nömrəli əmrlə küçənin işıqlandırılması xidməti üzrə üçüncü dərəcəli elektrik montyoru vəzifəsinə keçirilmiş, Azərbaycan Respublikası mənzil kommunal təsərrüfatı komitəsinin əmri ilə kontorun fəaliyyəti dayandırıldığından 01.07.1996-cı il tarixli, 37 nömrəli əmrlə işdən azad edilmişdir. İş materiallarında olan НЗ-3045945 saylı hərbi biletdən görünür ki, İddiaçı 18 may 1974-cü il tarixdən 12 iyun 1976-cı il tarixədək keçmiş Sovet ordusunda xidmət keçmişdir. İş materiallarında olan Azərbaycan SSR Nazirlər Sovetinin X16 Təhsili Komitəsi tərəfindən verilmiş 28.02.1973-cü il tarixli, 1309 nömrəli Atestatın surətindən görünür ki, İddiaçı 01.09.1971-ci ildən 24.02.1973-cü il tarixədək Azərbaycan SSR Nazirlər Sovetinin X16 Təhsili Komitəsində peşə təhsili almışdır. İş materiallarında olan Lənkəran Şəhər Statistika İdarəsinin 26.08.2021-ci il tarixli, 81 saylı Arayışından görünür ki, 2014-cü ildə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən təsdiq edilmiş Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin və onun tabeliyində olan təşkilatların, saxlama müddəti göstərilməklə, sənədlərin siyahısı” üzrə idarə, təşkilat, müəssisə, kənd təsərrüfatı müəssisələri tərəfindən tərtib edilən yarımillik, rüblük və aylıq hesabatların saxlanma müddəti müvafiq olaraq 5 il, 3 il və 1 il (Maddə 763 c), statistik vahidlərin dövlət reyestri və aktuallaşdırma materialları, müəssisələrin təqdim etdikləri siyahılar və arayışların saxlanma müddəti isə 5 il (Maddə 70) müəyyən edilmişdir. Bu səbəbdən, saxlanma müddəti keçmiş sənədlər Lənkəran Şəhər Statistika İdarəsinin ekspert komissiyası tərəfindən tərtib edilmiş müvafiq aktlar əsasında məhv edildiyinə görə, şəhər statistika idarəsi Lənkəran “Rayselxoztexnika birliyi”nin 1973-1984-cü illərdə və Lənkəran şəhər İşıqlandırma kontorunun 1984-1996-cı il tarixinədək fəaliyyətli olubolmaması barədə məlumata malik deyil. Hal-hazırda X5 reyestrində bu məsələlər haqqında məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası X10 filialının 27.08.2021-ci il tarixli, b/247 nömrəli arayışından görünür ki, Lənkəran “Rayselxoztexnika birliyi”nin və “Lənkəran şəhər İşıqlandırma kontoru”nun sənədləri X10 filialına təhvil verilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin 30.08.2021-ci il tarixli, **********130200 nömrəli məktubundan görünür ki, 30.08.2021-ci il tarixə baza və arxiv məlumatlarına əsasən bildirirlər ki, Lənkəran “Rayselxoztexnika birliyi” və “Lənkəran şəhər İşıqlandırma kontoru” adlı hüquqi şəxslərin dövlət qeydiyyatı və fəaliyyət göstərməsi ilə bağlı 6 saylı Ərazi Vergilər Baş İdarəsində məlumat mövcud deyildir. İş materiallarında olan Lənkəran Şəhər İcra Hakimyyətinin 08.09.2021-ci il tarixli, 10- 54/7-1061 nömrəli məktubundan görünür ki, İddiaçı 15.10.1984-cü il tarixdən 01.07.1996cı il tarixədək Lənkəran şəhər İşıqlandırma kontorunda işləyib-işləməməsi barədə məlumatlar Dövlət Arxiv İdarəsinin Lənkəran filialında aşkarlanmamışdır. İş materiallarında olan Lənkəran Şəhər Yaşıllaşdırma Müəssisəsinin 26.10.2021-ci il tarixli, 021281 nömrəli məktubundan görünür ki, İddiaçı 26.02.2020-ci il tarixdən halhazıradək “X18” MMC ilə müqavilə əsasında Lənkəran Şəhər Yaşıllaşdırma Müəssisəsinə təhkim olunmuş və sosial işçi kimi işləyir. İş materiallarında olan "xxxx" ASC-nin 20.10.2021-ci il tarixli, 01/05-04/5377 nömrəli məktubundan görünür ki, 1984-1996-cı illərdə fəaliyyətdə olan "xxxx" ASC-nin adı 2015-ci ildə dəyişdirilərək "xxxx" ASC adlandırılmışdır. Qeyd olunan dövrlərdə Cəmiyyətin Lənkəran şəhər İşıqlandırma kontoru kimi struktur bölməsi, o cümlədən İddiaçı adında işçisi olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat X17 Mərkəzinin 04.11.2021-ci il tarixli, **********3 nömrəli məktubundan görünür ki, İddiaçı ilə X18 arasında 26 fevral 2020-ci il tarixində əmək müqaviləsi bağlanılaraq Lənkəran şəhər Yaşıllaşdırma Müəssisəsində təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə təhkim olunmuşdur. İddiaçı ilə bağlanılmış əmək müqaviləsi hal-hazırda qüvvədədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X14in 7 saylı regional ərazi filialının 06.12.2021-ci il tarixli, **********6 nömrəli məktubundan görünür ki, Lənkəran şəhər sakini İddiaçı fərdi hesabında 1 il 4 ay müddətə 915,05 manat manat pensiya kapitalı qeydə alınmışdır. İddiaçı fərdi hesabında 2020-ci ilin mart ayında 57,82 manat, aprel ayında 57,82 manat, may ayında 57,82 manat, iyun ayında 57,82 manat, iyul ayında 57,82 manat, avqust ayında 57,82 manat, sentyabr ayında 57,82 manat, oktyabr ayında 57,93 manat, noyabr ayında 57,44 manat, dekabr ayında 57,44 manat, 2021-ci ilin yanvar ayında 56,25 manat, fevral ayında 56,25 manat, mart ayında 56.25 manat, aprel ayında 56,25 manat may ayında 56,25 manat iyun ayında, 56,25 manat pensiya kapitalı vardır. İş materiallarında olan Azərbaycan Respublikası X10 filialının 15.12.2021-ci il tarixli, b/377 nömrəli arayışından görünür ki, X10 filialında saxlanılan Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının 1996-2000-ci illərə aid sərancamları tərəflərindən yoxlanıldı. Həmin sənədlərdə “Lənkəran şəhər İşıqlandırma kontoru”nun ləğv edilməsi və ya hər hansı bir təşkilata birləşdirilməsi barədə heç bir sənəd müəyyən edilmədi. İş materiallarında olan Lənkəran Şəhər İcra Hakimiyyətinin 21.12.2021-ci il tarixli, 10-54/7-1442 nömrəli məktubundan görünür ki, X10 filialında “Lənkəran şəhər İşıqlandırma kontoru”nun yaradılması haqqında Lənkəran Şəhər XDS İcraiyyə Komitəsinin 28.09.1984-cü il tarixli, 18 nömrəli protokolu və həmin təşkilat üçün “Şəhərin azad büdcə qalığından vəsait ayrılması barədə” Lənkəran Şəhər XDS İcraiyyə Komitəsinin 25.12.1990-cı il tarixli, 19 nömrəli protokolu aşkarlanmışdır. X10 filialında “Lənkəran şəhər İşıqlandırma kontoru”nun ləğv edilməsi və ya hər hansı bir təşkilata birləşdirilməsi haqqında məlumat yoxdur. İddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu 03.08.2021-ci il tarixli, ********** nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, “Əmək Pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların (Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Təqdim etdiyiniz sənədlərə əsasən Sizin 01.01.2006-cı ilədək 24 il 3 ay 10 gün sığorta stajınız, 01.03.2020-ci ildən 30.09.2020-ci ilədək 7 ay (01.01.2020-ci ildən sonra fərdi hesabınızada pensiya kapiatlı pensiya alt sistemində qeydə alınmayıb) pensiya kapitalınız var, cəmi 24 il 10 ay 10 gün təşkil edir. Sizin 16 yaşınız 01.04.1972-ci il tarixdə tamam olmuşdur. 01.09.1971-ci ildən 24.02.1973cü il tarixədək Azərbaycan SSR Nazirlər Sovetinin X16 Təhsili Komitəsində təhsil almaq barədə sənəd təqdim etmisiniz. 16 yaşınızdan sığorta stajı qəbul edildiyi halda cəmi stajınız 23 il 17 gün təşkil edir. 10.06.1973-11.05.1974-cü, 01.07.1976-07.08.1984-cü illərdə “Azərsovxoztexnikum birliyi”ndə, 15.10.1984-01.07.1996-cı illərdə “Lənkəran şəhər İşıqlandırma kontoru”nda işləməyinizə dair əmr və əmək haqqlarını yoxlamaq mümkün olmadığından (sənədlər X12 fililına təhvil verilməmişdir) və 25 il sığorta stajınız olmadığı üçün Sizə yaşa görə əmək pensiyası təyin etmək Qanunamüvafiq deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçı xx.xx.1956-cı il tarixdə Lənkəran şəhərində doğulmuş, 01.09.1971-ci ildən 24.02.1973-cü il tarixədək Azərbaycan SSR Nazirlər Sovetinin X16 Təhsili Komitəsində təhsil almış, 10.06.1973-cü il tarixli, 83 nömrəli əmrlə Lənkəran rayon “Azərkənd təsərrüfatı texnikası” MTM-nə İİ dərəcəli çilingər qəbul edilmiş, Sovet Ordusu sıralarına çağırıldığı üçün 11.05.1974-cü il tarixli, 64 nömrəli əmrlə tutduğu vəzifəsindən azad edilmiş, Sovet Ordusu sıralarından qayıtdığı üçün 23.06.1976-cı il tarixli, 93 nömrəli əmrlə MTM-nə İİ dərəcəli çilingər qəbul edilmiş, 30.09.1976-cı il tarixli, 142 nömrəli əmrlə müvəqqəti olaraq “QAZ-51” markalı, 83-90 nömrəli avtomaşına təhkim edilmiş, 26.10.1976-cı il tarixli, 155 nömrəli əmrlə təmir emalatxanasına İİ dərəcəli çilingər vəzifəsinə keçirilmiş, 10.11.1977-ci il tarixli, 151 nömrəli əmrlə İİİ dərəcəli çilingər vəzifəsinə keçirilmiş, 09.11.1978-ci il tarixli, 1 nömrəli əmrlə Lənkəran rayon “Azərkənd təsərrüfatı texnikası”nın adı dəyişdirildiyindən Azərbaycan SSR kənd təsərrüfatı texnikası dövlət komitəsi adına dəyişdirilərək əvvəlki vəzifəsində saxlanılmış, 05.08.1981-ci il tarixli, 107 nömrəli əmrlə ərizəsinə əsasən tutduğu vəzifəsindən azad edilmiş, 20.07.1987-ci il tarixli, 63 nömrəli əmrlə küçənin işıqlandırılması xidməti üzrə üçüncü dərəcəli elektrik montyoru vəzifəsinə keçirilmiş, Azərbaycan Respublikası mənzil kommunal təsərrüfatı komitəsinin əmri ilə kontorun fəaliyyəti dayandırıldığından 01.07.1996-cı il tarixli, 37 nömrəli əmrlə işdən azad edilmişdir. Bundan əlavə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə X18 arasında 26 fevral 2020-ci il tarixində əmək müqaviləsi bağlanılmış və iddiaçı Lənkəran şəhər Yaşıllaşdırma Müəssisəsində təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə təhkim olunmuşdur. İddiaçı ilə bağlanılmış əmək müqaviləsi halhazırda qüvvədədir. İddiaçının 01.07.1976-cı il tarixdən 07.08.1984-cü il tarixədək Lənkəran “Rayselxoztexnika birliyi”ndə və 15.10.1984-cü il tarixdən 01.07.1996-cı il tarixədək Lənkəran şəhər İşıqlandırma kontorunda işləməsi faktı əmək kitabçasında qeyd edilsə də qeyd edilən illər, aylar üzrə əmək haqqı cədvəlləri, əmək haqqı hesablanması barədə məlumatlar aşkar edilmədiyindən həmin dövrlərin sosial sığorta stajına daxil edilməsinin qeyri-mümkün olması barədə cavabdehin imtina dəlilini əsassız sayan məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçı 01.07.1976-cı il tarixdən 07.08.1984-cü il tarixədək Lənkəran “Rayselxoztexnika birliyi”ndə və 15.10.1984cü il tarixdən 01.07.1996-cı il tarixədək Lənkəran şəhər İşıqlandırma kontorunda işləmiş, onun həmin illərdə işləməsi adına olan 10.07.1973-cü il tarixli əmək kitabçası ilə təsdiq olunur. Məhkəmə hesab edir ki, qanunvericiliyin tələbinə əsasən əmək stajı əmək kitabçası əsasında müəyyən edildiyindən həmin illər iddiaçının sosial sığorta stajına daxil edilməlidir. Belə olan halda, iddiaçı özü tərəfindən təqdim edilməli olan və qanunvericiliklə nəzərdə tutulmuş əsası, yəni əmək kitabçasını cavabdeh orqana təqdim etmiş, sonuncu formal əsaslara istinad etməklə iddiaçının işlədiyi illəri onun sosial sığorta stajına daxil etməkdən qanunsuz imtina etmişdir. Habelə, Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1-ci bəndinə əsasən, “Əmək Pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Məhkəmə cavabdehin imtina dəlilinə münasibətdə əlavə olaraq qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə hesab edir ki, iddiaçının işlədiyi illər onun adına olan əmək kitabçası ilə öz təsdiqini tapdığından, cavabdeh inzibati orqan tərəfindən bunun əksi sübuta yetirilmədiyindən, əmək kitabçasında qeyd olunanlar mötəbər hesab olunur. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin imtina dəlilləri qanunsuz, iddiaçının tələbi isə əsaslı olduğundan iddia tələbi təmin edilməli, iddiaçının tələbi üzrə cavabdeh inzibati orqanın üzərinə öhdəlik qoyulmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə görə bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçı xx.xx.1956-cı il tarixdə anadan olmuş, qanunvericiliyin tələbinə əsasən onun yaşa görə əmək pensiyası almaq hüququ 01.04.2021-ci ildə yaranmışdır. İddiaçının əmək kitabçasında qeyd olunan və X18ndə işlədiyi iş illəri, hərbi xidmət illəri və X16 Təhsili Komitəsində təhsil aldığı müddət nəzərə alınmaqla yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla tələb olunan sosial sığorta stajı vardır. Beləliklə, iddiaçının 25 ildən artıq sığorta stajının olduğu müəyyən olunur ki, bu da iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. Sonda məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, məhkəmə tərəfindən hazırki məhkəmə icraatı zamanı iddiaçının sovxozda işlədiyi illərin onun sosial sığorta stajına daxil edilməsinin əsasları və qaydasına dair tələblərə hüquqi qiymət verilmişdir. İddiaçının digər iş yerlərində əmək fəaliyyəti məhkəmə araşdırmasının predmetini təşkil etmədiyindən məhkəmə tərəfindən onun sovxozdan başqa işlədiyi illərin araşdırılması və üst-üstə düşən illərin olub-olmamasına dair araşdırma aparılmamışdır. Odur ki, iddiaçının ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdüyü zaman pensiya təyin edən orqan tərəfindən iddiaçının seçiminə görə iş dövrünün yalnız biri nəzərə alınmalıdır. Belə ki, “Əmək Pensiyaları haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən, sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, İddiaçı işlədiyi illər sığorta stajı kimi nəzərə alınaraq ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X1 üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı işlədiyi illər sığorta stajı kimi nəzərə alınaraq ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X1 üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-245/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-245/2022
06.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver