Məhkəmə qərarları › İş №2-1(120)-245/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-245/2023

19.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-245/2023 19.12.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X4, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2021-ci il tarixdən iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Sonradan İddiaçı məhkəməyə ərizə təqdim edərək və iddianın dəyişdirilərək “xx.xx.2021-ci il tarixdən iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Məhkəmənin 26 may 2023-cü il tarixli protokolu ilə cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X11 Filialı əsl cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1955-ci ildə Kürdəmir rayonunun Xırdapay kəndində anadan olmuş, hazırda 65 yaşın içindədir, iyun 2021-ci il tarixə kimi əlillik pensiyası almış, təkrar əlilliyin təyin olunması barədə müraciətinə imtina olunmuşdur. Onun yaşa görə əmək pensiyası almaq hüququ 2019-cu ildə yaranmış və əlillik pensiyası kəsildikdən sonra bu hüququ iyun 2021-ci ildən yarandığına görə cavabdehə ərizə ilə müraciət etmişdir. Ona 130 manat sosial müavinət təyin olunmalıdır. Bundan sonra işləmiş və kifayət qədər iş stajı vardır. Ona yaşa görə əmək pensiyası təyin olunması üçün 25 il iş stajın tələb olunur. onun iş stajı 25 il 22 gündür. Hərbi xidməti 2 il də nəzərə alınmaqla ümumilikdə iş stajı 27 il 22 gündür. Qeyd olunanları nəzərə alaraq, onun iyun 2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin olunmasına göstəriş verilməsi barədə cavabdehə ərizə ünvanlamaqla, sənədlərini cavabdehə təqdim etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli məktubu ilə ona imtina cavabı göndərilmiş və ona iyun 2021-ci il tarixdən 130 manat sosial müavinət təyin edilmiş və hazırda müavinəti alır. Cavabdeh imtina məktubunda onun dövlət arxivi arayışı üzrə təqdim etdiyi 2 illik sığorta stajını ona görə tanımır ki, həmin staj əmək kitabçasına qeyd olunmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununua əsasən əmək pensiyasının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1.1-ci maddəsinə əsasən qanunun qüvvəyə mindiyi gündən sığortaolunanlarm qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir və ya bu barədə arxiv arayışı nəzərə alınır. Buradan aydın olur ki, cavabdeh yuxarıda adı çəkilən qaydaların 3.1.1-ci maddəsini təhrif etmiş, izahını səhv şərh etmişdir. Həmçinin cavabdeh onun 1994-2000-ci illərdə Kürdəmir 1 saylı rayonlararası Təmir Tikinti İdarəsindəki iş stajının tanmmamasmı həmin müəssisənin halhazırda fəaliyyətdə olmaması, sənədlərin saxlandığı hüquqi ünvanı məlum edilməməsi və həmin sənədlərin Kürdəmir rayon dövlər arxivinə təhvil verilməməsi ilə əlaqələndirir. 1994-2000ci illərdə işlədiyi Təmir Tikinti İdarəsinin 21 ildən sonra harada yerləşməsinin tapılması və sənədlərin arxivə təhvil verilməsi onun vəzifəsinə aid deyil və bu sahədə heç bir öhdəliyi yoxdur. Digər tərəfdən “Əmək pensiyaları haqqında” Qanuna əsasən hazırki qanun qüvvəyə minənədək iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Cavabdehin onun 1994-2000-ci illər üzrə əmək kitabçasındakı rəsmi qeydlərin nəzərə alınmaması qanunun tələblərinə tam ziddir. Beləliklə cavabdeh təqdim etdiyi sənədlər üzrə iş stajının 25 ildən çox olması öz təsdiqini tapır və bunları nəzərə almadan imtinanın əsassız olduğu subuta yetir. Əlavə sənədlər təqdim edəcəyi təqdirdə sığorta stajını qanunvericiliklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrlərinə müvafiq qaydada araşdırılmaqla yenidən baxıla bilər. Faktiki işlədiyi müddət 25 ildən çox olduğunu və bunu əmək kitabçası və şahidləri də sübut edə biləcəyini bildirmişdir. Hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasını təyin edilməsi və ödənilməmiş məbləğin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi cavabdeh iddiaçının iddia tələbini etirazla qarşılayır və bu halı onunla əsaslandırır ki, İddiaçı yaşa görə pensiya təyin edilməsi üçün 1 saylı X11 filialına müraciət etmiş, lakin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsində pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən və ya 25 il sığorta stajı olmadığından müraciətin müsbət həlli mümkün olmamışdır. xx.xx.1955-ci il təvəllüdlü İddiaçı (AZE 0*******, FİN xxxxxxx) hazırki qanunvericiliyin tələbləri ödənildiyi halda yaşa görə əmək pensiyası hüququ xx.xx.2019-cu il tarixdə yaranır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan - pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq - pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci 1 iyul tarxinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyuiun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il İyulun 1-dək hər il 6 ay artırılır. İddiaçı onun barəsində ikinci halın mövcudluğundan çıxış etməklə, yəni pensiyanın təyin olunması üçün kifayət edəcək sığorta stajına malik olduğu nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İş materiallarında iddiaçıya məxsus olan xx.xx.1982-ci il tarixli ******* nömrəli əmək kitabçasının və ******* nömrəli hərbi biletin surətinə əsasən İddiaçı ümumilikdə mübahisəsiz sığorta stajı 19 il 07 gün təşkil edir. İddiaçı 1971-1972-ci il tarixlərdə Kürdəmir rayonu “Bakı Fəhləsi” adma kolxozda, xx.xx.1994-xx.xx.2000-ci il tarixlərdə “Kürdəmir 1 saylı rayonlararası Təmir- Tikinti İdarəsi”ndə işlədiyini iddia edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 31.2-ci maddəsinə görə əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş sənədlərə baxılmaqla təyinat aparılır. Sözügedən siyahı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2017-ci il 11 dekabr tarixli 17 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” ilə müəyyən edilmişdir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərininxidmət müddətinə dair məlumat vərəqi, İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt və sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayışları aid edilməmişdir. Habelə nəzərə alınmalıdır ki, Qanunun 31.2-1-ci maddəsinə uyğun olaraq sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda Qanunun 31,2-ci maddəsində göstərilən sənədlərə onların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Yəni, 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanın arxiv arayışı üzrə iş stajı o halda keçərlidir ki, o, əmək kitabçası ilə birlikdə təqdim olunsun və əmək kitabçasında öz əksini tapsın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli 638 nömrəli qərar ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə“ Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Maddələrin məzmunundan görünür ki, sosial sığorta stajını təsdiq edən sənəd əmək kitabçasıdır. İddiaçı 1971-1972-ci il tarixlərdə Kürdəmir rayonu “Bakı Fəhləsi” adına kolxozda işlədiyi (02 il) dövr əmək kitabçasında öz əksini tapmadığından tərəfimizdən mübahisələndirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarf’nın 4.2.7 bəndinə uyğun olaraq qeyd olunan fəaliyyətin yerində qarşılıqlı yoxlanılması zəruri hesab edilmişdir. Lakin “Kürdəmir 1 saylı rayonlararası Təmir-Tikinti İdarəsi”nin halhazırda fəaliyyəti, sənədlərin saxlanıldığı hüquqi ünvan məlum olmadığından və sənədlər Kürdəmir Rayon Dövlət Arxivinə (18 fevral 2022-ci il tarixli 13 nömrəli Kürdəmir Rayon Dövlət Arxivinin məktubuna əsasən) təhvil verilmədiyindən əmək kitabçasındakı qeydləri qarşılıqlı yoxlamaq mümkün olmamış və həmin dövr (05 il 10 ay 19 gün) əmək kitabçasında qeyd olunmasına baxmayaraq tərəfimizdən mübahisələndirilmiş, ümumi əmək stajına daxil edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 48-ci maddəsinə görə, hüquqi şəxs müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmalıdır. Eyni zamanda “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində hüquqi şəxs statusu almaq istəyən qurum, habelə xarici hüquqi şəxsin nümayəndəliyi və ya filialı dövlət qeydiyyatına alınmalı və dövlət reyestrinə daxil edilməlidir. Kommersiya təşkilatları, publik hüquqi şəxslər, habelə xarici hüquqi şəxslərin nümayəndəlikləri və ya filialları yalnız dövlət qeydiyyatına alındıqdan sonra fəaliyyət göstərə bilərlər. Onların dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsi qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. iddiaçının əmək kitabçasında qeyd olunan müəssisə ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər idarəsindən daxil olmuş cavab məktubunda “Kürdəmir 1 saylı rayonlararası Təmir-Tikinti İdarəsi”nin vergi uçotuna alınmadığı qeyd olunmuşdur. Beləliklə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsində pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən və ya 25 il sığorta stajı olmadığından iddia tələbi təmin edilə bilməz. Yuxarıda qeyd edilənləri rəhbər tutaraq məhkəmədən, İddiaçı iş üzrə iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddia tələbinə qarşı qeyd etdikləri etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı xx.xx.1955-ci il tarixdə doğulmuşdur və xx.xx.2019-cu il tarixdə 64 yaşı tamam olmuşdur. İddiaçının əmək kitabçasındakı iş illəri sosial sığorta stajı kimi nəzərə nəzərə alınmaqla qanunla tələb olunan sosial sığorta stajı (25 il) yaranmışdır. İddiaçının yaşa görə əmək pensiyası hüququ xx.xx.2019-cu il tarixdən yaransa da, xx.xx.2021-ci il tarixə kimi əlilliyə görə əmək pensiya aldığından yaşa görə əmək pensiyası xx.xx.2021-ci il tarixdən təyin edilməlidir. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə anadan olmuş, Kürdəmir rayonu, Xırdapay kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan xx.xx.1973-cü il tarixli, НЗ ******* nömrəli hərbi biletinin surətindən görünür ki, İddiaçı xx.xx.1973-xx.xx.1973-cü illərdə hərbi xidmətdə olmuşdur. İşdə olan iddiaçıya məxsus xx.xx.1982-ci il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.2000-ci il tarixədək əmək fəaliyyətində olmuşdur. İşdə olan Kürdəmir rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 78 nömrəli arxiv arayışından görünür ki, Kürdəmir rayonu Xırdapay kənd sakini İddiaçı1971-1972-ci illərdə Kürdəmir rayonu “Bakı fəhləsi” adına kolxozda işləyərək natura dəyəri ilə birlikdə əmək haqqı qazanmışdır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinayı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********7 nömrəli məktubunda qeyd edilmişdir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017- ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd edirik ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 22- 1 maddəsinə əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək qeydə alınmış pensiya kapitalının olacağı təqdirdə avtomatlaşdırılmış qayda da yaşa görə əmək pensiyası təyin olunacaqdır. Lakin həmin dövrdə (xx.xx.2006-xx.xx.2018) pensiya kapitalı yoxdur. Ona xx.xx.2009-cu il tarixdən xx.xx.2006-cı il tarixədək 19 il sosial sığorta stajı nəzərə alınaraq 2-ci qrup əlilliyə görə əmək pensiyası təyin olunmuşdur və TSEK-də müayinə aktından çıxarışın xx.xx.2021-ci il tarixdə müddəti bitiyindən pensiya ödənişi dayandırılmışdır. ərizəsi ilə birlikdə şəxsiyyət vəsiqənisinin, əmək kitabçanın, hərbi biletinin surətlərini və Kürdəmir rayon Dövlət arxivi tərəfindən verilmiş Kürdəmir rayon keçmiş “Bakı fəhləsi” adına kolxozunda işləməyi barədə arayış (1971-1972) təqdim etmişdir. Təqdim etdiyi arxiv arayışında qeyd olunan 1971-1972-ci illər əmək kitabçansında qeyd edilməmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları»nın 3.1.1 maddəsinə əsasən qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları»nın 3.2. maddəsinin 3.2.1. bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Təqdim etdiyi sənədlərə baxış keçirilərkən xx.xx.1973xx.xx.1975-ci il tarixdə hərbi xidmət dövrü (2 il 10 gün), əmək kitabçasında qeyd olunan xx.xx.1977-xx.xx.1981, xx.xx.1981-xx.xx.1994, xx.xx.1994-xx.xx.2000-ci il tarixlərində müxtəlif təşkilatlarda (22 il 10 ay 16 gün) işlədiyi illər və 1971-1972-ci il tarixlərdə kolxozda işlədiyi (2 il) illər nəzərə alınmaqla, xx.xx.2005-ci il tarixədək 26 il 10 ay 26 gün ümumi iş stajı hesablanmışdır. Lakin onun xx.xx.1994-ci il tarixdən xx.xx.2000-ci il tarixədək Kürdəmir 1 saylı rayonlararası Təmir Tikinti idarəsində işləməyi əmək kitabçasında qeyd olunmuşdur. Bu qeydlərin «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları»nın 4.2.7 bəndinə uyğun olaraq yerində qarşılıqlı yoxlanılması zəruri hesab edilmişdir. Kürdəmir 1 saylı rayonlararası Təmir Tikinti idarəsinin hal hazırda fəaliyyəti olmadığından, sənədlərin saxlandığı hüquqi ünvan məlum olmadığından və sənədlər Kürdəmir rayon Dövlət arxivinə təhvil verilmədiyindən əmək kitabçasındakı qeydlərin qarşılıqlı yoxlanılaraq təsdiq edilməsini həyata keçirmək mümkün olmamış və həmin dövür ümumi əmək stajına daxil edilməmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci məddəsində göstərilir ki, Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə mülkiyyət formasında əmək fəaliyyətinin xarakterindən və müddətindən aslı olmayaraq müəssisə, idarə və təşkilatlardan əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcədə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin qanunun 25-ci maddəsinə əsasən sığorta stajı müvafiq İcra Hakimiyyəti orqanı tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verilən sənədlə təsdiq olunur. Qeyd etdiyi dövrləri çıxdıqdan sonra 21 il 7 gün sosial sığorta stajı hesablanmışdır. Bu səbəblərdən də ona yaşa görə əmək pensiyası təyin edilməsi mümkün olmamışdır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinayı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********0 nömrəli məktubunda qeyd edilmişdir ki, vətəndaş X6 yaşa görə əmək pensiyası təyin edilərkən xx.xx.1990-cı il tarixindən xx.xx.1997ci il tarixinədək Kürdəmir rayonu 1 nömrəli SMD “Azkəndtəsərrüfatısuçəkilişitikintisi” birliyində işlədiyi dövrlər sığorta stajında nəzərə alınmışdır. Əlavə olaraq bildiririk ki, vətəndaş X2 pensiya işinə dair sənədlərdə Kürdəmir rayonu 1 saylı rayonlararası Təmir Tikinti idarəsində işləməsi barədə məlumat aşkar edilməmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, **********726600 nömrəli məktubunda qeyd edilmişdir ki, Kürdəmir "xxxx" X12 Cəmiyyəti xx.xx.2001-ci il tarixdə ********* nömrəli (doqquz rəqəmli) VÖEN-lə qeydiyyata alınmışdır. “Kürdəmir Tikinti 1” X13 Cəmiyyəti xx.xx.2004-cü il tarixdə ********** nömrəli (on rəqəmli) VÖEN-lə Kürdəmir "xxxx" X13 Cəmiyyətinin bazasında yaradılmışdır və 9 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alınmışdır. Vergi ödəyicisinin rəsmi müraciəti əsasında fəaliyyəti xx.xx.2014-cü il tarixdən xx.xx.2019-cu il tarixədək və yenidən rəsmi müraciətinə əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixədək dayandırılıb. Kürdəmir Təmir Tikinti idarəsi Kürdəmir rayon İcra Hakimiyyəti başçısının sərəncamına əsasən xx.xx.2012-ci tarixdə ********** nömrəli VÖEN-lə 9 saylı Ərazi Vergilər İdarəsində vergi uçotuna alınmışdır. Vergi ödəyicisinin rəsmi müraciəti əsasında fəaliyyəti xx.xx.2012-ci il tarixdən xx.xx.2017-ci il tarixədək və yenidən rəsmi müraciətinə əsasən xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və yenidən rəsmi müraciətinə əsasən xx.xx.2022-ci il tarixdən 01,09.2142-ci il tarixədək dayandırılıb. “Kürdəmir 1 nömrəli” X3 xx.xx.1998-ci il tarixdə ********* nömrəli (doqquz rəqəmli) VÖEN-lə qeydiyyata alınmışdır. Vergi ödəyicisi 2004-cü il tarixdən (on rəqəmli) VÖEN-ə keçid ilə əlaqədar yenidən dövlət qeydiyyatına alınması üçün 9 saylı Ərazi Vergilər İdarəsinə müraciət etməmişdir. Məktubunuzda qeyd olunan “Kürdəmir 1 saylı rayonlararası Təmir Tikinti İdarəsi” və “Kürdəmir PMK 1” 9 saylı Ərazi Vergilər İdrəsində dövlət qeydiyyatına alınmamışdırlar. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinayı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-164905/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2019-cu il tarixində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan yaş həddinə çatmışdır. İddiaçının təqdim etdiyi hərbi biletin surətinə əsasən onun xx.xx.1973-cü il tarixindən xx.xx.1975-ci il tarixinədək hərbi xidmət dövrü, Kürdəmir Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 13 nömrəli arayışının surətinə əsasən xx.xx.1972-ci il tarixindən xx.xx.1972-cü il tarixinədək, əmək kitabçasının surətinə əsasən xx.xx.1982-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək olan əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək ümumi 15 il 10 gün mübahisələndirilməyən sığorta stajı təşkil edir. Adıçəkilən şəxsin 15 il 10 gün mübahisələndirilməyən sığorta stajına uyğun olaraq 10857,90 manat pensiya kapitalı pensiya yaşına çatdığı tarixdə qanunvericiliklə tələb olunan 17245,17 manat pensiya kapitalından azdır. İddiaçı xx.xx.2006-cı il tarixindən sonra fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçı əmək kitabçasında qeyd edilən 07.11,1977-ci il tarixindən xx.xx.1982-ci il tarixinədək olan əmək fəaliyyəti dövrü işdənçıxma əmrinə 31 noyabr tarixi yazıldığından (noyabr ayı təqvimdə 30 gündən ibarət olduğu halda) və işədaxilolma, işdənçıxma qeydləridə qaralamalar olduğundan həmin dövrləri sığorta stajına daxil etmək mümkün olmamışdır. Həmçinin əmək kitabçasında qeyd edilən xx.xx.1994-cü il tarixindən xx.xx.2000-ci il tarixinədək olan əmək fəaliyyəti dövrlərində işdənçıxma qeydində səlahiyyətli şəxsin ad, soyad və imzası olmadığından, Kürdəmir Rayon Dövlət Arxivinin arayışında qeyd edilən kolxozdakı əmək fəaliyyəti dövründə 1971-ci il tarixinə aid sənədlərdə ad müxtəlifliyi olduğundan yuxarıda qeyd edilən dövrlər ümumilikdə 11 il 10 ay 19 gün olmaqla mübahisələndirilən dövr kimi sığorta stajına daxil edilə bilməmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-228024/2023 nömrəli etiraza əlavəsində qeyd edilmişdir ki, İddiaçı yaşa görə pensiya təyin edilməsi üçün 1 saylı X11 filialına müraciət etmiş, lakin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsində pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən və ya 25 il sığorta stajı olmadığından müraciətin müsbət həlli mümkün olmamışdır. xx.xx.1955-ci il təvəllüdlü İddiaçı (AZE 0*******, FİN xxxxxxx) hazırki qanunvericiliyin tələbləri ödənildiyi halda yaşa görə əmək pensiyası hüququ xx.xx.2019-cu il tarixdə yaranır. Lakin qeyd etmək lazımdır ki, T.S.Vəliyevə xx.xx.2021-ci il tarixədək əlilliyə görə əmək pensiyası ödənilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci 1 iyul tarxinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçı onun barəsində ikinci halın mövcudluğundan çıxış etməklə, yəni pensiyanın təyin olunması üçün kifayət edəcək sığorta stajına malik olduğu nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçının təqdim etdiyi hərbi biletin surətinə əsasən onun xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixədək hərbi xidmət dövrü, Kürdəmir Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 13 nömrəli arayışının surətinə əsasən xx.xx.1972-ci il tarixdən xx.xx.1972-cü il tarixədək, əmək kitabçasının surətinə əsasən xx.xx.1982-ci il tarixdən xx.xx.1994-cü il tarixədək olan əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək ümumi 15 il 10 gün mübahisələndirilməyən sığorta stajı təşkil edir. İddiaçının 15 il 10 gün mübahisələndirilməyən sığorta stajına uyğun olaraq 10857,90 manat pensiya kapitalı pensiya yaşına çatdığı tarixdə qanunvericiliklə tələb olunan 17245,17 manat pensiya kapitalından azdır. İddiaçı xx.xx.2006-cı il tarixindən sonra fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçının 1971-ci il tarixdə Kürdəmir rayonu “Bakı Fəhləsi” adına kolxozda, xx.xx.1977xx.xx.1982-ci il tarixlərdə əmək kitabçasında qeyd olunmuş fəaliyyət dövrü, xx.xx.1994xx.xx.2000-ci il tarixlərdə “Kürdəmir 1 saylı rayonlararası Təmir-Tikinti İdarəsi”ndə işlədiyini iddia edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 31.2-ci maddəsinə görə əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı Əmək və Əhalinin Sosial Müdafjəsi Nazirliyi tərəfindən müəyyən edilmiş sənədlərə baxılmaqla təyinat aparılır. Sözügedən siyahı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2017-ci il 11 dekabr tarixli 17 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” ilə müəyyən edilmişdir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərininxidmət müddətinə dair məlumat vərəqi, İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt və sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayışları aid edilməmişdir. Habelə nəzərə alınmalıdır ki, Qanunun 31.2-1-ci maddəsinə uyğun olaraq sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Yəni, 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanın arxiv arayışı üzrə iş stajı o halda keçərlidir ki, o, əmək kitabçası ilə birlikdə təqdim olunsun və əmək kitabçasında öz əksini tapsın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli 638 nömrəli qərar ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə“ Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Maddələrin məzmunundan görünür ki, sosial sığorta stajını təsdiq edən sənəd əmək kitabçasıdır. İddiaçı 1971-ci il tarixdə Kürdəmir rayonu “Bakı Fəhləsi” adma kolxozda işlədiyi (01 il) dövr əmək kitabçasında öz əksini tapmadığından tərəfimizdən mübahisələndirilir. xx.xx.2022-ci il tarixli 13 nömrəli arxiv arayışında 1971-ci il üzrə göstərilən ad və soyad müxtəlifliyi mübahisə predmeti olduğundan arayışın iddiaçıya məxsus olması təsdiqini tapmamışdır, Mülki Prosessual Məcəllənin 307-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı da aid edilmişdir. Habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarına əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə ( mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın-yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. İddiaçı əmək kitabçasında qeyd edilən xx.xx.1977- xx.xx.1982-ci il tarixədək olan əmək fəaliyyəti dövrü işdənçıxma əmrinə 31 noyabr tarixi yazıldığından (noyabr ayı təqvimdə 30 gündən ibarət olduğu halda) və işədaxilolma, işdənçıxma qeydləridə qaralamalar olduğundan həmin dövrləri sığorta stajına daxil etmək mümkün olmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarf’nın 4.2.7 bəndinə uyğun olaraq qeyd olunan fəaliyyətin yerində qarşılıqlı yoxlanılması zəruri hesab edilmişdir. Lakin “Kürdəmir 1 saylı ravonlararası Təmir-Tikinti İdarəsi”nin halhazırda fəaliyyəti, sənədlərin saxlanıldığı hüquqi ünvan məlum olmadığından və sənədlər Kürdəmir Rayon Dövlət Arxivinə (18 fevral 2022-ci il tarixli 13 nömrəli Kürdəmir Rayon Dövlət Arxivinin məktubuna əsasən) təhvil verilmədiyindən əmək kitabçasındakı qeydləri qarşılıqlı yoxlamaq mümkün olmamış və həmin dövr (05 il 10 ay 19 gün) əmək kitabçasında qeyd olunmasına baxmayaraq tərəfimizdən mübahisələndirilmiş, ümumi əmək stajına daxil edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 48-ci maddəsinə görə, hüquqi şəxs müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmalıdır. Eyni zamanda “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində hüquqi şəxs statusu almaq istəyən qurum, habelə xarici hüquqi şəxsin nümayəndəliyi və ya filialı dövlət qeydiyyatına alınmalı və dövlət reyestrinə daxil edilməlidir. Kommersiya təşkilatları, publik hüquqi şəxslər, habelə xarici hüquqi şəxslərin nümayəndəlikləri və ya filialları yalnız dövlət qeydiyyatına alındıqdan sonra fəaliyyət göstərə bilərlər. Onların dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsi qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. İddiaçının əmək kitabçasında qeyd olunan müəssisə ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsindən daxil olmuş cavab məktubunda “Kürdəmir 1 saylı ravonlararası Təmir-Tikinti İdarəsi”nin vergi uçotuna alınmadığı qeyd olunmuşdur. Eyni zamanda qeyd edilən xx.xx.1994-xx.xx.2000-ci il tarixinədək olan əmək fəaliyyəti dövrlərində işdənçıxma qeydində səlahiyyətli şəxsin ad, soyad və imzası əks olunmamışdır. Nəticədə, ümumilikdə 11 il 10 ay 19 gün olmaqla mübahisələndirilən dövr kimi sığorta stajına daxil edilə bilməmişdir. Beləliklə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7- ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsində pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən və ya 25 il sığorta stajı olmadığından iddia tələbi təmin edilə bilməz. Yuxarıda qeyd edilənləri rəhbər tutaraq məhkəmədən, İddiaçı inzibati iş üzrə iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, **********343800 nömrəli məktubunda qeyd edilmişdir ki, “Azmənzilsənayetikintitəmir” Birliyinin (VÖEN: **********) təsisçiliyi ilə “Kürdəmir Təmir Tikinti İdarəsi” xx.xx.2012-ci il tarixdə ********** nömrəli VÖEN-lə 9 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alınmışdır. Vergi ödəyicisi “Kürdəmir Təmir Tikinti İdarəsi”-nin rəsmi müraciəti əsasında fəaliyyəti xx.xx.2012-ci il tarixdən xx.xx.2017-ci il tarixədək və yenidən rəsmi müraciətinə əsasən xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və yenidən rəsmi müraciətinə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2142-ci il tarixədək dayandırılıb. “Kürdəmir 1 nömrəli” X3 xx.xx.1998-ci il tarixdə ********* nömrəli (doqquz rəqəmli) VÖEN-lə qeydiyyata alınmışdır və vergi ödəyicisi 2004-cü il tarixdən (on rəqəmli) VÖEN-ə keçid ilə əlaqədar yenidən dövlət qeydiyyatına alınması üçün 9 saylı Ərazi Vergilər İdarəsinə müraciət etməmişdir. Belə ki, cavabdeh tərəfindən verilmiş imtina məktubuna və yazılı etirazların surətinə nəzər yetirilən zaman iddiaçının stajı ilə bağlı mübahisəli və mübahisəsiz dövrlər üzrə fərqli eirazların verildiyi müəyyən edilmiş, dəqiqləşdirmələr aparıldıqdan sona məhkəməyə daxil olan son etiraz ərizəsinə əsasən iddiaçının 15 il 10 gün sığorta stajının mübahisələndirilməyən illər kimi götürüldüyü və sosial sığorta stajına daxil edildiyi və iddiaçının yaşa görə əmək pensiyası hüququnun xx.xx.2019-cu il tarixdən yarandığı, xx.xx.2021-ci il tarixə kimi əlilliyə görə əmək pensiya aldığı müəyyən edilmişdir. Belə ki, cavabdeh tərəfindən verilmiş imtina məktubundan və yazılı etirazın surətindən görünür ki, cavabdeh imtina üçün 4 halı əsas götürmüşdür: - 1971-ci il tarixdə Kürdəmir rayonu Bakı Fəhləsi adına kolxozda işlədiyi dövrün əmək kitabçasında qeyd edilməməsi və arxiv aayışında ad və soyad müxtəlifliyinin olması, - xx.xx.1977-xx.xx.1982-ci il tarixlərdə əmək kitabçasında qeyd olunmuş fəaliyyət dövrü ilə bağlı əmək kitabçasının düzgün doldurulmaması, - xx.xx.1994-xx.xx.2000-ci il tarixlərdə “Kürdəmir 1 saylı rayonlararası Təmir-Tikinti İdarəsi”ndə işlədiyi dövrlə bağlı arxiv arayışın olmaması, - iddiaçının 25 il ümumi iş stajının toplamaması; Məhkəmə cavabdehin imtina məktubunda göstərilən hər dörd əsasa münasibət bildirməzdən əvvəl, ümumiyyətlə vətəndaşların yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlərin nədən ibarət olmasına aydınlıq gətirir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin hazırki redaksiyasına görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.2-ci bəndinə əsasən, 01 iyul 2018-ci il tarixdən 30 iyun 2019-cu il tarixədək kişilərin pensiya yaşı 64 yaş müyyən edilmişdir. Şərh olunan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olmasıdır. Yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt iddiaçı tərəfindən ödənilmişdir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi, iddiaçının xx.xx.1955-cı il tarixdə doğulması və xx.xx.2019-cu il tarixində, yəni 64 yaşında pensiya yaşına çatması işin mübahisəsiz hallarına aiddir. Belə olan halda isə iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı yaş şərtini ödəmişdir. Ümumi iş stajı ilə bağlı şərtin ödənilib-ödənilməməsi, həmçinin iddiaçının əmək fəaliyyəti üzrə dövrlərin ümumi sığorta stajına daxil edilməsi üçün əmək kitabçasının kifayət olubolmaması ilə bağlı məhkəmə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının müddəalarınına istinad edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının: - 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; - Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. - 3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, istinad olunan Qaydalar “Əmək pensiyaları haqqında” Qanun, bu Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. İş materiallarında olan İddiaçı məxsus xx.xx.1982-ci il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasına nəzər yetirdikdə məlum olur ki, iddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.2000-ci il tarixədək müxtəlif idarələrdə çalışmışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 3.1.1-ci maddəsinə nəzər yetirdikdə məlum olur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinə görə sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. xx.xx.2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə:

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bundan başqa, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il –ci 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 02 dekabr tarixli, 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3-cü bəndinə görə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ona həvalə olunmuş vəzifələri, həm bilavasitə həm də respublika dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının arxiv idarəsi və digər yerli dövlət arxivləri vasitəsi ilə həyata keçirir. Göründüyü kimi arxiv idarəsi icra hakimiyyəti orqanı olmaqla Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin dövlət arxivlərində komplektləşdirilməsi və mühafizə işini təşkil edir, onların müəyyən olunmuş qaydalara uyğun dövlət arxivlərinə verilməsi işinə nəzarət edir, habelə Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin mərkəzləşdirilmiş dövlət uçotunu aparır, həmin sənədlərin mühafizəsi və istifadəsi üzərində nəzarəti təmin edir. Belə olduğu təqdirdə həmin orqan tərəfindən verilmiş sənədlərdə olan məlumatların həqiqiliyinin şühbə altına alınması məntiqə uyğun deyildir. Məhkəmə bir daha vurğulayır ki, analoji işlərə dair Ali Məhkəmənin İnzibati Kollegiyasının formalaşdırdığı məhkəmə təcrübəsinə görə Dövlət arxiv orqanları tərəfindən verilmiş arxiv arayışları mötəbər sübut kimi qəbul olunur. Bu yanaşma əmək pensiyaları haqqında qanunvericiliyin məqsədlərinə də uyğundur. Eyni zamanda nəzərə alınmalıdır ki, həm arxiv arayışındakı məlumatlar, həm də əmək kitabçasında qeyd edilən məlumatlar eyni sənədlərə (məsələn, müvafiq qurumun əmrlərinə) əsaslanır, yəni hər iki sənəddə nəzərdə tutulan məlumatların mənbəyi eyni ilkin sənədlərdir (bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)-2197/2020 nömrəli qərarı). Cavabdeh tərəfindən mübahisələndirilməyən iş stajı 15 il 10 gün (xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixədək hərbi xidmət dövrü, Kürdəmir Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 13 nömrəli arayışının surətinə əsasən xx.xx.1972-ci il tarixdən xx.xx.1972-cü il tarixədək, əmək kitabçasının surətinə əsasən xx.xx.1982-ci il tarixdən xx.xx.1994-cü il tarixədək olan əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək) əmək fəaliyyəti dövrləri kimi qeyd edilmişdir. Belə ki, bir daha qeyd olunur ki, iddiaçının hazırda mübahisələndirilən iş stajı “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə minənədək olan dövrlə əhatə edilir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçı həmin illərdə işləməsi barədə əmək kitabçasını təqdim etmişdir. İddiaçının müxtəlif vəzifələrdə işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün məhkəmə əmək kitabçasında olan qeydlərə istinad edir. Yuxarıda da göstərildiyi kimi, vətəndaşın xx.xx.2006-cı il tarixədək sosial sığorta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.2.1-ci bəndinə əsasən əmək kitabçasında olan məlumatlar əsasında yoxlanır. Nəzərə alınmalıdır ki, bu yoxlamanın həyata keçirilməsi sözügedən qaydalardan başqa, həmçinin pensiya qanunvericiliyin müddəalarında əks olunmuşdur. Belə ki, 1992-ci ildən xx.xx.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də göstərilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada siğorta stajına daxil edilir. Diqqətəlayiq hal kimi qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin "Əmək pensiyalarının təyin edilməsi və yenidən hesablanması barədə" 03 aprel 2018-ci il tarixli 2-159/18 nömrəli icmal məktubuna əsasən, vətəndaşların əmək pensiyası hüququnu təmin edən orqanların - DSMF-in rayon (şəhər) şöbələrinin cavabdeh qismində iştirak etdiyi işlərdə 2016-2017-ci illərdə adı çəkilən Qanunun məhkəmə təcrübəsində tətbiqi vəziyyəti öyrənilmiş, bəzi oxşar işlər üzrə fərqli qərarlar qəbul edildiyi müəyyən edilmişdir. Odur ki, bir sıra hüquq normalarının, eləcə də "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 67-ci maddəsinin birinci bəndinin nəzərə alınması məhkəmələrə tövsiyə olunmuşdur. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Göründüyü kimi istər hazırda qüvvədə olan və qüvvədən düşmüş pensiya qanunvericiliyinə, istərsə də formalaşmış məhkəmə təcrübəsinə görə vətəndaşın xx.xx.2006-cı il tarixədək olan sosial sığörta stajı əmək kitabçasında olan qeydlər əsasında yoxlanılır. Nəzərə alınmalıdır ki, hazırki mübahisə üzrə əmək kitabçasında olan qeydlər hər hansı şübhə doğurmamışdır. Belə olan halda Məhkəmə hesab edir ki, iddiaçının əmək fəaliyyəti ilə bağlı əmək kitabçasında göstərilən qeydlər mötəbər hesab olunur. Cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən iddiaçının işlədiyi illərlə bağlı arxiv sənədlərinin olmamasına dair cavabdehin irəli sürdüyü mülahizələrə münasibətdə məhkəmə bildirir ki, adıçəkilən müəssisə ilə bağlı arxiv sənədlərinin olmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz. Bununla bağlı olaraq həmçinin qeyd edilməlidir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. (Bax: Ali Məhkəmənin № 2- 1(102)-594/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı) Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə əsas kimi gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-218/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Ali Məhkəmə tərəfindən formalaşdırılmış təcrübəyə əsasən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bundan əlavə, iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr Siyahıdakı kodlarla müvafiq qaydada uyğunlaşdırılmalıdır. Onu da nəzərə almaq lazımdır ki, məhkəmələr iş yerlərindən təqdim edilmiş belə arayışları həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi daşımırlar. Ona görə də, işlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır. Bəzən iddiaçının zərərli əmək şəraitində işlədiyini iddia etdiyi müəssisələr məhkəmə araşdırmasının aparıldığı dövrdə fəaliyyət göstərməyən müəssisələr ola bilərlər. Bu halda, məhkəmə ilk növbədə həmin müəssisənin iddiaçının işlədiyi dövrdə fəaliyyət göstərən müəssisə olub-olmamasını yoxlamalıdır. Zərurət yaranarsa, bununla bağlı müvafiq dövlət qurumlarına - ƏƏSMN-ə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə, Ədliyyə Nazirliyinə, Dövlət Statistika Komitəsinə, Dövlət Arxivinə, eləcə də digər aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarına sorğu verilə bilər. Bu növ araşdırma yalnız güzəştli staj barəsində yox, həmçinin tələb olunduqda ümumi iş stajının yoxlanılması zamanı da aparılmalıdır. Müəssisənin iddiaçının işlədiyi dövrdə fəaliyyət göstərməyən müəssisə olduğu müəyyən edildikdə, güzəştli işlə bağlı arayış varsa onun hüquqi varisindən əldə edilməlidir. Əgər hüquqi varis yoxdursa, onda sözügedən arayışı müəssisənin sənədlərinin saxlanıldığı qurum verməlidir. Hər hansı səbəbdən müəssisənin sənədləri qorunub saxlanılmamışsa, oxşar sahədə fəaliyyət göstərən müəssisə ona təqdim edilmiş iş stajına dair sübutlar əsasında lazımi qaydada əsaslandırma aparmaqla iddiaçının işlədiyi sahələrin, peşələrin və vəzifələrin Siyahıdakı kodlarla uyğunlaşdırılmasına dair arayış verə bilər.” Məhkəmə diqqətə çatdırır ki, yuxarıda göstərilən qərarda Ali Məhkəmənin formalaşdırılmış təcrübəsi odur ki, vətəndaşın güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün nəzərdə tutulan güzəştli iş stajı ilə bağlı şərtin ödənilib-ödənilməməsinin müəyyən edilməsi güzəştli arayış əsasında həyata keçirilir. Nəzərə alınmalıdır ki, şəxsin işlədiyi dövrdə müəssisənin fəaliyyət göstərən müəssisə olub-olmamasının müəyyən edilməsi mühüm olan məsələlərdən biridir ki, bu zaman müvafiq araşdırmanın aparılması üçün aidiyyəti orqanlara müraciət olunmalıdır. Qeyd olunmalıdır ki, bu araşdırma təkcə güzəştli staj barəsində yox, həmçinin tələb olunduqda ümumi iş stajının yoxlanılması zamanı da aparılmalıdır. Ali Məhkəmə xüsusi ilə vurğulamışdır ki, əgər hər hansı səbəbdən müəssisənin sənədləri qorunub saxlanılmamışsa, oxşar sahədə fəaliyyət göstərən müəssisə ona təqdim edilmiş iş stajına dair sübutlar əsasında lazımi qaydada əsaslandırma aparmaqla iddiaçının işlədiyi sahələrin, peşələrin və vəzifələrin Siyahıdakı kodlarla uyğunlaşdırılmasına dair arayış verə bilər. Nəzərə alınmalıdır ki, bu hissə məhz güzəştli arayış ilə bağlı olmuşdur ki, vətəndaşın ümumi iş stajının yoxlanılması zamanı hər hansı oxşar müəssisəyə sorğu verilməsi zərurəti yaranmır. Yuxarıda göstərilənlər əsasında öz xidməti vəzifəsinə uyğun olaraq məhkəmə tərəfindən aidiyyəti üzrə inzibati orqanlara sorğular vermiş və məhkəmə icraatı zamanı məhkəməyə ünvanlanmış sorğulara cavab məktublarından məlum olmuşdur ki: - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, **********726600 nömrəli məktubunda qeyd edilmişdir ki, Kürdəmir "xxxx" X12 Cəmiyyəti xx.xx.2001-ci il tarixdə ********* nömrəli (doqquz rəqəmli) VÖEN-lə qeydiyyata alınmışdır. “Kürdəmir Tikinti 1” X13 Cəmiyyəti xx.xx.2004-cü il tarixdə ********** nömrəli (on rəqəmli) VÖEN-lə Kürdəmir "xxxx" X13 Cəmiyyətinin bazasında yaradılmışdır və 9 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alınmışdır. Vergi ödəyicisinin rəsmi müraciəti əsasında fəaliyyəti xx.xx.2014-cü il tarixdən xx.xx.2019-cu il tarixədək və yenidən rəsmi müraciətinə əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixədək dayandırılıb. Kürdəmir Təmir Tikinti idarəsi Kürdəmir rayon İcra Hakimiyyəti başçısının sərəncamına əsasən xx.xx.2012-ci tarixdə ********** nömrəli VÖEN-lə 9 saylı Ərazi Vergilər İdarəsində vergi uçotuna alınmışdır. Vergi ödəyicisinin rəsmi müraciəti əsasında fəaliyyəti xx.xx.2012-ci il tarixdən xx.xx.2017-ci il tarixədək və yenidən rəsmi müraciətinə əsasən xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və yenidən rəsmi müraciətinə əsasən xx.xx.2022-ci il tarixdən 01,09.2142-ci il tarixədək dayandırılıb. “Kürdəmir 1 nömrəli” X3 xx.xx.1998-ci il tarixdə ********* nömrəli (doqquz rəqəmli) VÖEN-lə qeydiyyata alınmışdır. Vergi ödəyicisi 2004-cü il tarixdən (on rəqəmli) VÖEN-ə keçid ilə əlaqədar yenidən dövlət qeydiyyatına alınması üçün 9 saylı Ərazi Vergilər İdarəsinə müraciət etməmişdir. Məktubunuzda qeyd olunan “Kürdəmir 1 saylı rayonlararası Təmir Tikinti İdarəsi” və “Kürdəmir PMK 1” 9 saylı Ərazi Vergilər İdrəsində dövlət qeydiyyatına alınmamışdırlar. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, **********343800 nömrəli məktubunda qeyd edilmişdir ki, “Azmənzilsənayetikintitəmir” Birliyinin (VÖEN: **********) təsisçiliyi ilə “Kürdəmir Təmir Tikinti İdarəsi” xx.xx.2012-ci il tarixdə ********** nömrəli VÖEN-lə 9 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alınmışdır. Vergi ödəyicisi “Kürdəmir Təmir Tikinti İdarəsi”-nin rəsmi müraciəti əsasında fəaliyyəti xx.xx.2012-ci il tarixdən xx.xx.2017-ci il tarixədək və yenidən rəsmi müraciətinə əsasən xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və yenidən rəsmi müraciətinə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2142-ci il tarixədək dayandırılıb. “Kürdəmir 1 nömrəli” X3 xx.xx.1998-ci il tarixdə ********* nömrəli (doqquz rəqəmli) VÖEN-lə qeydiyyata alınmışdır və vergi ödəyicisi 2004-cü il tarixdən (on rəqəmli) VÖEN-ə keçid ilə əlaqədar yenidən dövlət qeydiyyatına alınması üçün 9 saylı Ərazi Vergilər İdarəsinə müraciət etməmişdir. - Kürdəmir rayon Dövlət Arxivinin məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli, 3- 48RA/2-61/2023 saylı sorğu cavabına əsasən Dövlət Arxiv İdarəsində saxlanılan Kürdəmir rayon Xırdapay kənd İcra Nümayəndəliyinin arxiv sənədləri arasında 1977-1982-ci illərə aid olan Əmək haqqı cədvəlləri aşkar edilərək təsdiq olunmuş surətləri məhkəmə təqdim edilmişdir. Lakin nümayəndəliyin qeyd edilən dövrlərlə bağlı əmək kitabları, əmək müqavilələri arxivdə aşkar edilməmişdir. Qeyd edilən əmək haqqı cədvəllərinə baxış keçirilən zaman İddiaçı adına rast gəlinmişdir. Son əmək haqqının isə iddiaçıya 1982-ci ilin noyabr ayında təqdim edildiyi müəyyən edilir. Beləliklə, iddiaçının əmək fəaliyyəti göstərdiyi və cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən dövrlərin əmək stajına əlavə əlavə edilib-edilməməsi ilə bağlı təqdim etdiyi etiraz məktubunda göstərilən hallarla bağlı məhkəmə aşağıdakıları qeyd edir: - 1971-ci il tarixdə Kürdəmir rayonu Bakı Fəhləsi adına kolxozda işlədiyi dövr. Qeyd edilən dövrlə bağlı araşdırılma aparılan zaman həmin dövrün əmək kiabçasında qeyd edilmədiyi və arxiv arayışlarında ad və soyadın fərqli olması halı müəyyən edilir. Həmin dövün sığorta stajına əlavə edilməsi məqsədilə ilk növbədə əhəmiyyəti olan faktların müəyyən edilməsi ilə bağlı müvafiq məhkəməyə müraciət etmək hüququ iddiaçıya məhkəmə iclasında izah olunmuş, iddiaçı tərəfindən qeyd edilən halların ona aydın olduğu və mübahisəyə qeyd edilən qaydada hüquqi qiymət verilməsi xahiş edilmişdir. Yuxarıda şərh olunan qanunvericiliyin müddəalarını hazırki işin faktiki hallarına tətbiq etdikdə, məhkəmənin formalaşdırdığı hüquqi mövqeyi odur ki, iddiaçının 1971-ci il tarixdə Kürdəmir rayonu Bakı Fəhləsi adına kolxozda işlədiyi dövrün ona aid olması faktının təsdiq olunması ilə bağlı sənəd və sübutlar məhkəməyə təqdim olmadığından həmin 1 il müddətinə olan dövrü sığorta stajı kimi qəbul etmir. - xx.xx.1977-xx.xx.1982-ci il tarixlərdə əmək kitabçasında qeyd olunmuş fəaliyyət dövrü. Cavabdeh inzibati orqan tərəfindən qeyd edilən dövrlə bağlı mübahisə əmək kitabçasının düzgün doldurulmaması ilə bağlı olmuşdur. Məhkəmə araşdırması nəticəsində arxivdən təqdim edilən sənədlərə əsasən Dövlət Arxiv İdarəsində saxlanılan Kürdəmir rayon Xırdapay kənd İcra Nümayəndəliyinin arxiv sənədləri arasında 1977-1982-ci illərə aid olan Əmək haqqı cədvəlləri aşkar edilərək təsdiq olunmuş surətləri məhkəmə təqdim edilmişdir. Lakin nümayəndəliyin qeyd edilən dövrlərlə bağlı əmək kitabları, əmək müqavilələri arxivdə aşkar edilməmişdir. Qeyd edilən əmək haqqı cədvəllərinə baxış keçirilən zaman İddiaçı adına rast gəlinmişdir. Son əmək haqqının isə iddiaçıya 1982-ci ilin noyabr ayında təqdim edildiyi müəyyən edilir. xx.xx.1977-xx.xx.1982-ci il tarixədək Kürdəmir rayon Xırdapay kənd İcra Nümayəndəliyinin əmək fəaliyyətdə olan təşkilat olduğu müəyyən edilmişdir. Araşdırma ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, burada əsas müəyyən edilən hal təşkilatın həqiqətən də fəaliyyətdə olmuş təşkilat olmasıdır ki, Kürdəmir rayon Xırdapay kənd İcra Nümayəndəliyinin əmək kitablarının və əmək müqavilələrinin arxivə təhvil verilməməsinə görə, eləcə də əmək kitabçasında yanlışlıqla işdənçıxma əmrində 31 noyabr qeyd edilməsinə görə həmin dövrün ümumi əmək stajına daxil edilməməsini məhkəmə hesab edir ki, iddiaçının təqsiri səbəbilə olmamışdır. Həmçinin bununla bağlı arxiv və müəssisədə məlumatın olmamasını da məhkəmə iddiaçının ziyanına şərh etmir. Belə ki, əgər arxiv və müəssisədə yalnız İddiaçı ilə bağlı əmək kitabları və əmək müqavilələri olmasaydı o halda məhkəmə bu halı iddiaçının ziyanına şərh edə bilərdi. Məhkəmə nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Başqa sözlə, qanunverciliyin tələblərinə əsasən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğunu subut etmək vəzifəsi iddiaçının deyil, cavabdeh inzibati orqanın üzərinə düşür. Həmçinin bunu məhkəmə iddiaçının ziyanına şərh etmir. Odur ki, həmin illərlə bağlı nəzərə alınacaq stajı – cəmi: 05 il kimi müəyyən edilir. - xx.xx.1994-xx.xx.2000-ci il tarixlərdə “Kürdəmir 1 saylı rayonlararası Təmir-Tikinti İdarəsi”ndə işlədiyi dövr. Cavabdeh inzibati orqan tərəfindən qeyd edilən dövrlə bağlı mübahisə hal hazırda fəaliyyəti olmadığı, sənədlərin saxlandığı hüquqi ünvan məlum olmadığı, sənədlərin Kürdəmir rayon Dövlət arxivinə təhvil verilmədiyi ilə bağlı olmuşdur. xx.xx.1994-ci il tarixdən xx.xx.2000-ci il tarixədək Kürdəmir 1 saylı rayonlararası Təmir Tikinti idarəsində əmək fəaliyyətdə olan təşkilat olduğu müəyyən edilmişdir. Araşdırma ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, burada əsas müəyyən edilən hal təşkilatın həqiqətən də fəaliyyətdə olmuş təşkilat olmasıdır ki, Kürdəmir 1 saylı rayonlararası Təmir Tikinti idarəsinin hal hazırda fəaliyyəti olmadığı, sənədlərin saxlandığı hüquqi ünvan məlum olmadığını, sənədlər Kürdəmir rayon Dövlət arxivinə təhvil verilmədiyindən əmək kitabçasındakı qeydlərin qarşılıqlı yoxlanılaraq təsdiq edilməsini həyata keçirmək mümkün olmadığı və həmin dövür ümumi əmək stajına daxil edilməməsi məhkəmə hesab edir ki, iddiaçının təqsiri səbəbilə olmamışdır. Həmçinin bununla bağlı arxiv və müəssisədə məlumatın olmamasını da məhkəmə iddiaçının ziyanına şərh etmir. Belə ki, əgər arxiv və müəssisədə yalnız İddiaçı ilə bağlı əmək haqqı arayışı və cədvəlləri olmasaydı o halda məhkəmə bu halı iddiaçının ziyanına şərh edə bilərdi. Sorğu cavablarına əsasən müəssisənin işçilərinin o cümlədən İddiaçı əmək haqqı cədvəlləri, eləcə də digər maliyyə sənədlərinin arxivə təqdim edilmədiyi aşkar qeyd edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, **********343800 nömrəli məktubunda qeyd edilmişdir ki, “Azmənzilsənayetikintitəmir” Birliyinin (VÖEN: **********) təsisçiliyi ilə “Kürdəmir Təmir Tikinti İdarəsi” xx.xx.2012-ci il tarixdə ********** nömrəli VÖEN-lə 9 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alınmışdır. Sorğu cavabına “Azmənzilsənayetikintitəmir” Birliyinin əsasnaməsi və digər sənədlər əlavə edilmişdir. Sənədlərə baxış keçirilən zaman birliyin rayon və şəhər Təmir Tikinti İdarələrinin fəaliyyətinin 2000-ci ildə dayandırıldığı, daha sonra Birliyin 01 avqus 2011-ci il tarixli, 23 nömrəli əmrinə əsasən rayon və şəhər Təmir Tikinti İdarələrinin fəaliyyətinin 01 sentyabr 2011-ci il tarixdən bərpa edildiyi və əmrə əsasən vergi uçotuna alındığı müəyyən edilir. Hazırkı halda inzibati orqanların bazasında olan məlumatlar arasında əmək haqqı cədvəllərinin mövcud olmaması iddiaçının pensiya hüququnun təminini istisna edən hal hesab edilməməlidir. Bu səbəbdən Məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş əmək kitabçasında göstərilmiş qeydlərin mötəbərliyini şübhə altına almır, əksinə həmin qeydlər əsasında iddiaçının işlədiyi illəri onun sığorta stajına daxil edir. Odur ki, həmin illərlə bağlı nəzərə alınacaq stajı – cəmi: 05 il 10 ay 19 gün kimi müəyyən edilir. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən pozuntular iddiaçının işləmədiyi və səhvi nəticəsində yarandığı anlamına gəlməməlidir. Yəni başqa şəxsin (mühasibin və s) hər hansı əməli (hərəkət və ya hərəkətsizliyi) vətəndaşın konstitusion hüququ olan sosial təminat hüququnun pozulmasına səbəb ola bilməz. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.2-ci bəndinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən müəyyən edilir. Göründüyü kimi məhkəməyə arxivdən təqdim edilən sənədlərin əsillərinə baxış keçirilən zaman qeyd edilən hallar arxiv arayışında aşkar edilməmiş, arayış tərtib edildiyi zaman qanunvericiliyin qeyd edilən normaları pozulmamışdır. Eyni zamanda məhkəmə qeyd edir ki, arxiv arayışında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün məhkəmə tərəfindən hər hansı əsaslar müəyyən edilməmiş, bu hala dair cavabdeh tərəfindən hər hansı mötəbər subutlar təqdim edilməmişdir. Məhkəmə nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Başqa sözlə, qanunverciliyin tələblərinə əsasən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğunu subut etmək vəzifəsi iddiaçının deyil, cavabdeh inzibati orqanın üzərinə düşür. Sadalanmış qanunvericiliyin müddəalarının hazırki işin faktiki hallarına tətbiq etdikdə müəyyən olunur ki, iddiaçının işlədiyi müddət nəzərə alınmaqla ümumilikdə 25 ildən çox (15 il 10 gün + 05 il + 05 il 10 ay 19 gün = 25 il 10 ay 29 gün) ümumi iş stajı mövcuddur. Beləliklə, iddiaçıya pensiya hüququ xx.xx.2019-cu il tarixdə yarasa da, ididaçının xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixə kimi əlilliyə görə əmək pensiyası aldığı nəzərə alınaraq xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməlidir. İddiaçı tələbində həmçinin, pensiya hüququ yarandığı vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanıb ona ödənilməsinin cavabdehin üzərinə öhdəlik qoyulmasını xahiş edir. Məhkəmə hesab edir ki, bu hissədə də iddia tələbi təmin edilməlidir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, inzibati orqan tərəfindən pensiya məbləği ilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həmin hissəsini birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan, yəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinayı üzrə Mərkəzi Filialı öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. Şərh olunan qanunvericiliyin müddəaları əsasında məhkəmə hesab edir ki, iddiaçıya xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasını təyin olunması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Göründüyü kimi, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər tam ödənildiyindən, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Odur ki, ödənilən 10 manat dövlət rüsumu iddiaçıya aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. İddiaçı xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasını təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinayı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar