Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2454/2025 22.10.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclasının katibi Əlişova Nuridə Əliverdi qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “xx.xx.2024cü il tarixli, 3-13/Ə(ş/h)3838/2024 nömrəli əmrin ləğv edilməsi, işə bərpa edilməsi və işləmədiyi müddətə görə pul müavinətinin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (ünvan: ünvan 1əyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2024-cü il tarixli, 3-13/Ə(ş/h)3838/2024 nömrəli əmrin ləğv edilməsi, işə bərpa edilməsi və işləmədiyi müddətə görə pul müavinətinin verilməsini barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri məhkəmənin sərəncamına əsasən cavabdehə təqdim olunaraq, sonuncudan iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmək tələb olunmuş, həmçinin, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 49.1.1-ci maddəsinə əsasən tərəflər işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün məhkəməyə dəvət olunmuşlar. İddia tələbi onunla əsaslandırılmışdır ki, Naxçıvan Dövlət Universitetinin hüquq fakültəsinin məzunu olaraq, 2011-ci ilin mart ayında X8 xidmətə qəbul imtahanını verərək, X8 xidmətə qəbul edilmiş və Azərbaycan Respublikasının Daxili İşlər nazirinin müvafiq əmrinə əsasən Masallı Rayon Polis Şöbəsinin Cinayət Axtarışı Bölməsinin əməliyyat müvəkkili vəzifəsinə təyin edilmişdir. Daha sonralar DİN-nin Baş Narkotiklərlə Mübarizə Baş İdarəsinin Cənub X2 və Cəlilabad Rayon Polis X9 Bölməsində xidmətini davam etdirmişdir. 2023-cü ilin aprelindən isə Masallı Rayon Polis X7 Bölməsində polis sahə rəisi kimi xidmətini davam etdirmişdir. Boradigah PB-də xidmətdə olduğu müddətdə ona təhkim olunmuş Boradigah inzibati ərazi dairəsindən əlavə, vakant olan daha iki polis sahə rəisinin xidmət göstərməli olduğu ərazidə eyni zamanda xidmət aparmışdır. Xidmət dövründə üzərinə düşən xidməti vəzifəsini layiqincə yerinə yetirməyə çalışmışdır. Lakin 27 noyabr 2024-cü il tarixdə məlumat almışdır ki, o, DİN-nin Xüsusi Həkim Komissiyasının müvafiq rəyinə əsasən “Azərbaycan Respublikasının X8 xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 6-cı bəndi ilə (səhhətinə görə) xidmətdən xaric ediİmişdir. Əsasnamənin əmrdə istinad edilən həmin bəndinə görə isə əməkdaş xidmətdən səhhətinə görə, o cümlədən uzun müddətli (4 aydan artıq) xəstəliklə əlaqədar vəzifəsini yerinə yetirməsinin qeyri-mümkünlüyü barədə tibbi-həkim komissiyasının rəyi olduqda xaric edilə bilər. O isə xidməti vəzifəsini yerinə yetirməyini qeyri-mümkün edən hər hansı uzun müddətli xəstəlik keçirməmişdir. Doğrudur, RPŞ-nin göndərişi əsasında xx.xx.2024cü il tarixdə DlN-nin Xüsusi Həkim Komissiyasında müayinədə olmuşdur. Orada onda xidməti vəzifəsinin yerinə yetirməyini qeyri-mümkün edən hər hansı bir xəstəliyin olması barədə ona hər hansı bir xəbərdarlıq edilməmişdir. Lakin xx.xx.2024-cü il tarixdə RPŞ-də ona elan olunmuşdur ki, o, Xüsusi Həkim Komissiyasının xx.xx.2024-cü il tarixli rəyinə əsasən nazirin xx.xx.2024-cü il tarixli əmri ilə xidmətdən xaric edilmişdir. Baxmayaraq ki, “Azərbaycan Respublikasının X8 xidmət keçmə haqqında Əsasnamə”nin 142-ci maddəsində göstərilir ki, bu Əsasnamənin 135-ci maddəsinin 5, 6 və 11-ci bəndlərinə müaviq olaraq xidmətdən xaric edilən daxili işlər orqanlarının əməkdaşları xidmətdən xaric ediləcəkləri haqda bilavasitə rəisləri tərəfindən iki aydan gec olmayan müddətdə xəbərdar edilirlər”. O, 04 noyabrda həkim müayinəsində olmuşdur. xx.xx.2024-cü il tarixdə isə xidmətdən xaric olunmuşdur. Onun X8 xidmətdən xaric edilməsi barədə əmrin verilməsində Masallı RPŞ-nin rəisinin ona qarşı qərəzli münasibəti olması yəqin ki, əsas rol oynamışdır. Belə ki, RPŞ-nin rəisi ona qarşı qərəzli münasibətdə olduğu üçün uzun müddət onun xidmət yerinin Cəlilabad RPŞ-dən Masallı RPŞ-ə dəyişilməsinin qəti əleyhinə olmuş, Masallı RPŞ-də xidmətdə olduğum müddətdə də ona qərəzli münasibət sərgiləmişdir. Sonuncu qərəzli münasibəti də ondan ibarət olmuşdur ki. xidmət etdiyi RPŞdə ondan başqa da bədən çəkisi və boy ölçüsü nisbəti (bədən çəki indeksi) normalara uyğun olmayan əməkdaşların olmasına baxmayaraq, o təkcə iddiaçını həkim müayinəsinə göndərmiş, müayinədən sonra da onun dərhal X8 xidmətdən xaric olunmasından ötrü əlindən gələni etmişdir. X8 xidmətdən xaric olunması barədə əmr DİN-nin Xüsusi Həkim Komissiyasının 06 noyabr 2024-cü il tarixli 47 nömrəli rəyinə əsasən verildiyini nəzərə alaraq, həmin rəylə tanış olmaq məqsədi ilə 29 noyabr 2024-cü il tarixdə ərizə ilə Xüsusi Həkim Komissiyasının yerləşdiyi ünvana getmişdir. Lakin o, Komissiyanın inzibati binasına buraxılmamışdır. Girişdə xidmət aparan personal ona bildirmişdir ki, o, ancaq divardakı telefon vasitəsi ilə Komissiya ilə əlaqə saxlaya bilər. Ona görə də onun dediyi nömrəni yığıb, özünü Komissiyanın sədri kimi təqdim edən şəxslə danışıb, yuxarıda sözü gedən rəyin surətini istəmişdir. Telefonda özünü Komissiya sədri kimi təqdim edən şəxs bildirmişdir ki, əməkdaşa rəy verilmir. Rəy daxili işlər orqanına göndərilib, ordan surətini ala bilər. Ona görə də rəyin ona təqdim edilməsi barədə yazdığı ərizə də ondan qəbul edilmədi. Ona görə də 30 noyabr 2024-cü il tarixdə DİN-ə ərizə ilə müraciət edib, xidmətdən azad olunması barədə əmrin və Xüsusi Həkim Komissiyasının rəyinin surətlərinin ona təqdim olunmasını xahiş etmişdir. Lakin bu günə kimi həmin sənədləri ala bilməmişdir. Baxmayaraq ki, qanunvericiliyin tələbinə görə əmrin surəti, əmək kitabçası son haqq-hesabla birlikdə sonuncu iş günü ona verilməli idi. Bu barədə olan müraciətlərim bu günə kimi nəticəsiz qalmış və ona görə də həmin sənədləri məhkəməyə təqdim edə bilmir. Ona görə iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, İddiaçı iddia tələblərinin mahiyyətinə dair şəxsi mövqeyini ifadə edən mülahizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı, sabiq polis mayoru İddiaçı xx.xx.2011-ci ildən X8 xidmətə qəbul olunmuş, xx.xx.2023-cü ildən Masallı rayon polis şöbəsinin Boradigah BP-nin polis sahə rəisi vəzifəsinə təyin edilmişdir. xx.xx.2024-cü il tarixli normativ yoxlama zamanı İddiaçı bədən çəkisi (125 kq) və boy ölçüsünün (173 sm) nisbətinin normalara uyğun olmaması, düzgün bədən quruluşunun, qamətinin formalaşdırılmasından ötrü və xarici görkəminin səliqəsiz olması ilə bağlı xəbərdarlıq edilmiş və ona fiziki hazırlıq məşğələlərinə cəlb olunmaqla çəkisinin nəzarətdə saxlanması ilə bağlı 4 ay müddət verilərək profilaktik söhbət aparılmışdır. (Qoşmaya əlavə edilir)Daha sonra, növbəti yoxlama zamanı iddiaçının bədən çəkisi və boy ölçüsü nisbəti normalara uyğun olmadığı (boy 173, çəki 132 kq) müəyyən edilərək, fiziki hazırlıq səviyyəsinin qeyri-kafi olması ilə bağlı dəfələrlə edilən xəbərdarlıqlardan nəticə çıxarmadığı nozərə alınaraq barəsində xx.xx.2024-cü il tarixdə 97/Ə451/24 nömrəli əmrlə “Töhmət” intizam cəzası elan edilmişdir. (Qoşmaya əlavə edilir) İddiaçı F.X11 Nazirliyinin Tibb idarəsinin Xüsusi Fləkim Komissiyasında dərinləşdirilmiş müayinə zamanı İV dərəcə alimentar piylənmə (morbid piylənmə) diaqnozu ilə hərbi xidmətə yararsız olduğu müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən, DİN XİFİK-nın 06.11,2024-cü il tarixli, 47 nömrəli rəyi nəzərə alınmaqla, “Azərbaycan Respublikasının X8 xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 6-cı bəndi əsasən (səhhətinə görə, o cümlədən uzun müddətli (4 aydan artıq) xəstəliklə əlaqədar vəzifəsini yerinə yetirməsinin qeyrimümkünlüyü barədə tibbi-həkim komissiyasının rəyi olduqda) İddiaçı X8 xidmətdən 26.11,2024-cü il tarixli, 3-13/Ə3838/2024 saylı əmrinə əsasən xidmətdən xaric edilmişdir. Bundan sonra iddiaçı “əmrin ləğvi və işə bərpa” iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini aşağıdakı əsaslarla hüquqi və faktiki baxımdan əsassız hesab edir. İddiaçı yoxlamalar zamanı çəkisinin artıq olması faktını mübahisələndirmir. O müdafiəsini hazırda çəkisinin normaya uyğun olması üzərində qurmuşdur.İddiaçının əsas tələbi 26.11,2024-cü il tarixli, 3-13/Ə3838/2024 saylı əmrin ləğvi və onun xidmətə bərpa olunmasıdır. Əmrin ləğv olunması üçün əsas dəlili ondan ibarətdir ki, hazırda çəkisi qaydasındadır və hər hansı xəstəliyi yoxdur. İddiaçının yoxlamalar zamanı çəkisinin artıq olması isin mübahisəsiz halıdır və iddiaçı tərəfindən də mübahisələndirilmir. Hazırki iş üzrə tələb, inzibati prosessual qanunvericliyə uyğun olaraq mübahisələndirmə haqqında iddiadır. Məhkəmə araşdırmasının əsas istiqaməti müvafiq əmrin əsaslı olub-olmamasını araşdırmaqdır. Təqdim olunan inzibati icraat materiallarından aydın olur ki, iddiaçının yoxlamalar zamanı çəkisi normadan artıq olmuş və ona çəkisinin normaya uyğunlaşdırılınası üçün 4 ay vaxt verilmişdir. Lakin, bu müddət ərzində iddiaçının çəkisində dəyişiklik olmamış və ona edilən iradlardan nəticə çıxarmamışdır. Belə olan halda, “Azərbaycan Respublikasının X8 xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 6-cı bəndi əsasən (səhhətinə görə, o cümlədən uzun müddətli (4 aydan artıq) xəstəliklə əlaqədar vəzifəsini yerinə yetirməsinin qeyri-mümkünlüyü barədə tibbi-həkim komissiyasının rəyi olduqda) xidmətdən xaric edilmişdir.Göründüyü kimi, iddiaçının əmrin ləğv olunması üçün irəli sürdüyü dəlillər əsassızdır. O, hazırda səhhətinin normal olduğunu və xidmətə yararlı olduğunu düşünürsə, yenidən DİO-da xidmətə qəbul edilməsi üçün müvafiq qaydada müraciət edə bilər. Lakin, bu dəlillə xx.xx.2024-cü il tarixli, 3- 13/Ə3838/2024 saylı əmrin ləğvini tələb edə bilməz. Həmçinin, Məhkəmənin işin hallarının araşdırılması üçün ekspertiza təyin olunması ilə bağlı mövqeyi yalnışdır. Çünki, ekspertin təqdim edəcəyi iddiaçının hazırkı çəkisi ilə bağlı rəyi onun səhhətinin vəçəkisinin normal olduğunu müəyyən etsə belə, xx.xx.2024-cü il tarixli, 3-13/Ə3838/2024 saylı əmrin ləğvi üçün əsas ola bilməz. İddiaçının iddia tələbi o zaman əsaslı olardı ki, o, çəkisinin yoxlamalar zamanı normal olduğunu sübuta yetirə bilsin, işdə olan sübutlardan və məhkəmə çıxışları zamanı iddiaçı tərəfindən hər hansı sübut təqdim edilməmiş, nə də cavabdehin bu mövqeyi iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə’’nin 1.2-ci maddəsinə əsasən hərbi-həkim ekspertizası sülh və müharibə dövrlərində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətində, Azərbaycan Ordusunda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə (bundan sonra — digər qoşunlar), Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, və gömrük orqanlarında (bundan sonra — orqanlar) Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra — vətəndaşlar) sağlamlıq vəziyyətlərinə görə hərbi xidmətə və orqanlarda xidmətə yararlılıq kateqoriyasını, habelə vətəndaşların aldıqları xəsarətlərin (yaralanmaların, travmaların, kontuziyaların), xəstəliklərin hərbi xidmətlə (hərbi toplanışla), orqanlarda xidmət keçməklə səbəb əlaqəsini (bundan sonra — xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi) təyin etmək məqsədi ilə keçirilir.Əsasnamənin 1.11 -cü maddəsinə əsasən vətəndaşların sağlamlıq vəziyyətinə tələblər dedikdə, onların sağlamlığının və fiziki inkişafının vəziyyətini xarakterizə edən və hərbi xidmətə yararlılıq kateqoriyasının müəyyən edilməsi üçün əsas ola biləcək tibbi göstəricilər başa düşülür.Davamlı endokrin pozulmalar olduqda, şəhadətləndirilmə «Xəstəliklər cədvəli»nin 13-cü maddəsi üzrə keçirilir.İlkin hərbi qeydiyyata alınarkən, hərbi xidmətə çağırılarkən və ya hərbi xidmətə könüllü daxil olarkən vətəndaşların, habelə çağırış üzrə hərbi xidmət keçən hərbi qulluqçuların şəhadətləndirilməsi yalnız stasionar müayinə və müalicədən sonra keçirilir. «Xəstəliklər cədvəli»nin İİİ qrafası ilə şəhadətləndirilən hərbi qulluqçular ambulator müayinədən sonra şəhadətləndirilə bilərlər. «a» bəndinə aşağıdakılar aiddir:İV dərəcəli alimentar piylənmə;düyünlü və diffuz toksiki zobun ağır formaları ilə əlaqədar mühüm dərəcədə ifadə olunmuş davamlı pozulmalar (xəstəliyin başlanğıcından keçən dövr ərzində bədən çəkisinin 50 faizə qədər azalması, adinamiya, kəskin ifadə olunmuş ekzoftalm, sakit halda təngənəfəslik, nəbzin 1 dəqiqədə 120 və daha çox olması, əsas mübadilənin 50 faiz və daha çox artması, müxtəlif visseral fəsadlaşmalar);şəkərli diabetin ağır forması ilə əlaqədar mühüm dərəcədə ifadə olunmuş davamlı pozulmalar (karbohidrogen mübadiləsinin kompensasiyası üçün sutkada 60 vahid və daha çox insulin tələb olunur, asetonuıiya, ketoz).Polis əməkdaşları “Azərbaycan Respublikasının X8 xidmət keçmə haqqında” Əsasnamənin 135-ci maddəsinin 6-cı bəndinə əsasən səhhətinə görə, o cümlədən uzun müddətli (4 aydan artıq) xəstəliklə əlaqədar vəzifəsini yerinə yetirməsinin qeyri-mümkünlüyü barədə tibbi-həkim komissiyasının rəyi olduqda X8 xidmətdən xaric edilə bilərlər.Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının inzibati Prosessual Məcəlləsinin 33-cü və 35-ci maddələrinin tələblərinə istinadən, iddiaçının “26.11,2024-cü il tarixli, 3-13/Ə3838/2024 saylı əmrin ləğv edilməsi” tələbi üzrə iddia tələbi rədd edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən təqdim edilmiş ərizədən görünür ki, Cavabdehin nümayəndəsi iddia tələbimi əsassız hesab edərək, məhkəməyə etiraz təqdim edib və iddia tələbimin rədd edilməsini xahiş etmişdir. Etirazda bildirilir ki, iddiaçının əsas tələbi xx.xx.2024-cü il tarixli, 3- 13/Ə3838/2024 saylı əmrin ləğvi və onun xidmətə bərpa olunmasıdır.Əmrin ləğv olunması üçün isə əsas dəlili ondan ibarətdir ki, hazırda çəkisi qaydasındadır və hər hansı xəstəliyi yoxdur. Etirazda göstərilən “əmrin ləğv olunması üçün əsas dəlil ondan ibarətdir ki, hazırda çəkisi qaydasındadır və hər hansı xəstəliyi yoxdur'’ fikri əsassızdır.Mən heç vaxt bildirməmişəm ki,çəkim hazırda qaydasındadır və ona görə də əmr ləğv olunmalıdır.Əmrin ləğv olunması üçün mənim dəlilim xüsusi həkim komissiyasının rəyininin əsassız və müvafiq normativ hüquqi akta zidd olmasıdır. Belə ki, daxili işlər nazirinin xx.xx.2024-cü il tarixü,3-13/Ə3838/2024 №li əmrində göstərilir:”Azərbaycan Respublikasının X8 xidmət keçmə haqqında Əsasnamə”yə müvafiq olaraq X8 xidmətdən xaric edilsin: 135-ci maddənin 6-cı bəndinə əsasən (səhhətinə görə) polis mayoru İddiaçı, Masallı RPŞ-nin X4 polis sahə rəisi,’’istefadə olan polis mayoru” sayılmaqla 27 noyabr 2024-cü il tarixdən. 20 noyabr 2024-cü il tarixə xidmət müddəti-təqvim hesablama ilə-16 il, 07 ay, 25 gün təşkil edir. Əsas:DİN-in Xüsusi Həkim Komissiyasının 06 noyabr 2024-cü il tarixli 47 nömrəli rəyi”. Göründüyü kimi əmrdə onun verilməsinin əsası kimi DİN-nin Xüsusi Həkim Komissiyasının 06 noyabr 2024-cü il tarixli, 47 №-li rəyi göstərilmişdir. Bunu nəzərə alıb, rəyin məzmunu ilə tanış olmaqdan ötrü onun surətinin ona təqdim olunması xahişi ilə 27 noyabr 2024-cü il tarixdən başlayaraq Masallı RPŞ-ə, Xüsusi Həkim Komissiyasına və Daxili İşlər Nazirliyinə davamlı müraciətlər etmişdir. Lakin müraciətləri nəticəsiz qalmışdı. Xüsusi Həkim Komissiyasının 06 noyabr 2024-cü il tarixli 47 nömrəli rəyində göstərilmişdir ki, İddiaçı Xüsusi-həkim komissiyasında şəhadətləndirilərkən xx.xx.2024-cü il tarixdə DİOda xidmətə yararsız hesab edilmişdir. Bədən çəkisi və boy ölçüsü nisbətinin, bədən çəki indeksi normalara uyğun olmayan, yəni piylənmə xəstəliyi olan əməkdaşların sağlamlıq vəziyyətinə görə xidmətə yararlığının yoxlanması qaydaları həmin Əsasnamənin 5.18-ci bəndi ilə tənzimlənir ki, həmni bənddə də göstərilir: “Bədən çəkisi və boy ölçüsü nisbəti normalara uyğun olmayan əməkdaşların sağlmalıq vəziyyətinə görə xidmətə yararlılığının yoxlanması məqsədilə tibbi müayinəsi keçirilir. Müayinə nəticəsində piylənmə xəstəliyi səbəbindən X8 xidmətə müvəqqəti yararsız olması müəyyən edilmiş əməkdaşların bədən çəki indeksini normalara uyğunlaşdırılması üçün onlara xüsusi həkim komissiyası tərəfindən 4 ay müddətinədək fasiləsiz məzuniyyət verilməsi barədə rəy çıxarılır. Məzuniyyət müddətində əməkdaşlat tibbi nəzarətdə saxlanılır və ayda bir dəfə müayinədən keçirilir. Bu müddətdə bədən çəki indeksini normalara uyğunlaşdıra bilməyən əməkdaşların səhhətinə görə X8 xidmətə yararsızlığı barədə qərar qəbul edilir və aidiyyəti üzrə göndərilir." Deməli, Əsasnamənin sözü gedən bəndindən məlum olur ki, komissiya onu tibbi müayinədən keçirdikdən sonra bədən çəki indeksi normalara uyğunlaşdırılmasından ötrü 4 ay müddətinə fasiləsiz məzuniyyət verilməsi barədə rəy çıxarmalı, məzuniyyət müddətilə o, tibbi nəzarətdə saxlanılmalı və ayda bir dələ həkim müayinəsindən keçirilməli idi. Bütün bunlardan sonra mən bədən çəki indeksini normalara uyğunlaşdıra bilməyəcəyi təqdirdə komissiya onun səhhətinə görə X8 xidmətə yararsızlığımbarədə qərar verə bilərdi. Komissiya isə qüvvədə olan hüquq normasının tələbini pozaraq, normativ hüquqi aktda təsbit olunmuş proseduraları həyata keçirmək əvəzinə, şəhadətləndirilmədən dərhal sonra onun X8 xidmətə yararsızlığı barədə yanlış rəy vermişdir. Zamanın sonrakı axarı da komissiyanın yanlış rəy verdiyini təsdiqləmişdir. Belə ki, rəydə onun çəkisi 131 kq olduğu və bunun da normadan 39 kq artıq olduğu göstərilir. 131 kq dən 39 kq-ı çıxdıqda 92 kq qalır. O, xidmətdən xaric olunduqdan sonra heç bir həkim nəzarəti və tibbi müdaxilə olmadan sadə pəhriz yolu və idman hərəkətləri ilə bədən çəkisini azaltmağa çalışmış və çalışır. Masallı Rayon Mərkəzi Xəstəxanasında müraciəti əsasında 20 may 2025-ei il tarixdə çəkisi və boy ölçüsü yoxlanılmışdır. Xəstəxananın ona verdiyi və onun məhkəməyə təqdim etdiyi 20 may 2025-ci il tarixli, 18-1- 60/2-M-393-31- 360/2025 №-li arayışdan məlum olur ki, yoxlama tarixinə boyu 174 sm, bədən çəkisi isə 92 kq-dır. Deməli, DİN-nin Xüsusi Həkim Komissiyası mənim tibbi şəhadətləndirilməni müvafiq hüquq normalarının tələblərini pozmaqla aparıb, hüuq normasının tələbinə zidd rəy vermiş, hüquq normalarını pozmaqla verilmiş rəy əsasında isə onun X8 xidmətdən xaric olunması barədə əsassız və ədalətsiz əmr verilmişdir. Ona görə də cavabdehin nümayəndəsinin onun iddia tələbinin rədd edilməsi barədə xahişi əsassızdır, onun iddia tələbimin rədd edilməsi barədə xahişi təmin edilməməlidir. Göstərilənləri nəzərə alıb, iddiaçının X8n xaric edilməsi barədə cavabdehin 26 noyabr 2024-cü il tarixli, 3-13/0 (ş/h)3838/2024 nömrəli əmrinin ləğv edilməsi, daxili işlər orqanlarına bərpa edilməsi və bu orqana bərpa edildikdən sonra işləmədiyi müddətə görə ona pul müavinətinin verilməsi vəzifəsinin cavabdeh təşkilatın üzərinə qoyulması barədə olan iddia tələbimin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi Ə.Məmmədov tərəfindən təqdim edilmiş mülahizədən görünür ki, İddiaçı iddia tələbinin rədd edilməsi barədə təqdim etdiyi etirazın giriş hissəsində bildirir ki, İddiaçı iddia tələblərinin mahiyyətinə dair şəxsi mövqeyini ifadə edən mülahizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı hər hansı bir mülahizə ilə məhkəməyə müraciət etməmiş və eləcə cavabdehin nümayəndəsi həmin etirazında onun iddia tələblərilə bağlı müəyyən qeyri-obyektiv fikirlərə yol vermişdir deyə, həmin fikirlərə münasibətimi bildirməklə yanaşı, iddia tərəfinin iddia tələblərinin mahiyyəti və əsaslarına dair mülahizələrini məhkəməyə təqdim etməyi zəruri sayır. Çünki hal- hazıra kimi iddiaçı tərəf iddia tələblərinin mahiyyəti və əsaslan barədə məhkəməyə müfəssəl izahat verməmişdir. Ancaq epizodik olaraq fikir və mövqe bildirə bilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 26 noyabr 2024-cü il tarixli, 3-13/Ə(ş/h)3838/2024 nömrəli əmri ilə əsassız olaraq X8 xidmətdən xaric edilmişdir.Çünki həmin əmr DİN-nin Xüsusi Həkim Komissiyasının 06 noyabr 2024-cü il tarixli, 47 №-li rəyi əsas götürülərək verilmişdir və Xüsusi Həkim Komissiyası isə sözü gedən rəyi verərkən tələblərinə əməl etməyə borclu olduğu “Azərbaycan Respublikası X8 tibbi şəhadətləndirilmə qaydaları haqqında Əsasnamə” ilə təsbit olunmuş tələbləri pozmuşdur. Belə ki, DİN-nin iddiaçının X8 xidmətdən xaric edilməsi barədə olan 26 noyabr 2024-cü il tarixli,3-13/Ə3838/2024 №li əmrində göstərilir: “Azərbaycan Respublikasının X8 xidmət keçmə haqqında Əsasnamə”yə müvafiq olaraq X8 xidmətdən xaric edilsin: 135-ci maddənin 6-cı bəndinə əsasən (səhhətinə görə) polis mayoru İddiaçı, Masallı RPŞ-nin X4 polis sahə rəisi,’’istefadə olan polis mayoru” sayılmaqla 27 noyabr 2024-cü il tarixdən. 20 noyabr 2024-cü il tarixə xidmət müddəti-təqvimi hesablama ilə-16 il, 07 ay, 25 gün təşkil edir. Əsas:DİN-in Xüsusi Həkim Komissiyasının 06 noyabr 2024-cü il tarixli 47 nömrəli rəyi”. Əmrdən göründüyü kimi İddiaçı ’”Azərbaycan Respublikasının X8 xidmət keçmə haqqında Əsasnamə” nin 135-ci maddəsinin 6- cı bəndi ilə X8 xidmətdən xaric edilmişdir.Əsasnamənin həmin bəndində göstərilir ki, səhhətinə görə, o cümlədən uzun müddətli (4 aydan artıq) xəstəliklə əlaqədar vəzifəsini уerinə yetirməsinin qeyrimümkünlüyü barədə tibbi-həkim komissiyasının rəyi olduqda əməkdaş xidmətdən xaric edilə bilər. Tibbi həkim komissiyası bu rəyi hansı qaydada və hansı normativ hüquqi aktı rəhbət tutaraq qəbul edib?(çünki komissiya əməkdaşın sağlamlıq vəziyyətinə görə xidmətə yararlığı “Azərbaycan Respublikası X8 tibbi şəhadətləndirilmə qaydaları haqqında Əsasnamə” yə təsbit olunan əməl etməklə tibbi şəhadətləndirilmə yolu ilə və Əsasnamədə göstərilən qaydada rəy verməyə borcludur. Belə ki, Əsasnamənin 5.18-1-ci bəndində bədən çək iindeksi normalara uyğun olmayan, başqa sözlə piylənmə xəstəliyi olan əməkdaşların sağlamlıq vəziyyətinə görə xidmətə yararlığının yoxlanılması məqsədi ilə tibbi müayinənin keçirilmə qaydaları təsbit olunur. Həmin bənddə göstərilir:”Bədən çəkisi və boy ölçüsü nisbəti (bundan sonra bədən çəki indeksi) normalara uyğun olmayan əməkdaşların sağlamlıq vəziyyətinə görə xidmətə yararlılığının yoxlanılması məqsədilə tibbi müayinəsi keçirilir. Müayinə nəticəsində piylənmə xəstəliyi səbəbindən X8 xidmətə müvəqqəti yararsız olması əməkdaşların bədən çəki indeksini normalara uyğunlaşdıra bilməyən əməkdaşların səhhətinə görə həkim komissiyası tərəfindən 4 ay müddətinədək fasiləsiz məzuniyyət verilməsi barədə rəy çıxarılır. Məzuniyyət müddətində əməkdaşları tibbi nəzarətdə saxlanılır və ayda bir dəfə müayinədən keçirilir. Bu müddətdə bədən çəki indeksini normalara uyğunlaşdıra bilməyən əməkdaşların səhhətinə görə X8 xidmətə yararsızlığı barədə qərar qəbul edilir və üzrə göndərilir. 4 noyabr 2024-cü il tarixdə İddiaçı tibbi yoxlamadan keçirərkən Xüsusi Həkim Komissiyası şəhadətləndirilmə haqqında Əsasnamədə təsbit olunan hüquq normasının tələblərinə, daha dəqiq, Əsasnamənin 5.18- 1-ci bəndinə əməl edib, ona bədən çəki indeksini normalara uyğunlaşdırması üçün 4 ay müddətinə məzuniyyət verilməsi barədə rəy çıxarmaq əvəzinə, həmin bəndin tələblərini pozaraq, onun birbaşa X8 xidmətə yararsız hesab edilməsi barədə rəy vermişdir. Çünki İddiaçı qarşı şəxsi-qərəzliyi olan Masallı RPŞ-nin rəisi, polis polkovniki Azay Ağayev belə istəmişdir. Rəisin iddiaçıya qarşı şəxsi-qərəzliyinin sübutudur ki. şöbədə ondan başqa 10 nəfərdən çox bədən çəki indeksi normadan artıq olaıı əməkdaşın olmasına bamayaraq, rəis təkcə onu Xüsusi Həkim Komissiyasına tibbi müayinəya tibbi müayinəyə göndərmiş, onun X8 xidmətdən xaric edilməsinə nail olmuşdur. Bundan başqa, rəis həmçinin İddiaçı telefonunu dinləməyə qoydurmuşdur. Onun dəvəti ilə DİN-nin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşı, polis mayoru Natiq Şahverdiyev 25 noyabr 2024-cü il Masallı RPŞnə gələrək, dinləmə nəticəsində əldə olunmuş siyahı əsasında iddiaçının telefonla danışdığı şəxslərin və eyni zamnada iddiaçının özünün izahatlarının alınmasını həyata keçirməyə başlamışdır. Bu zaman 27 noyabrda iddiaçının X8 xidmətdən xaric edilməsi barədə əmrin verilməsi səbəti Masallı RPŞ-nə gəlib çatmış və N.Şahverdiyev də bu xəbəri eşidən kimi izahat almağı dayandırmış və RPŞ-ni dərhal tərk etmişdir. İddiaçının X8 xidmətdən xaric edilməsi barədə əmrin verildiyi vaxtdan 2025-ci ilin mart ayına kimi Xüsusi Həkim Komissiyasına, Masallı RPŞ-nə etdiyi müraciətlərə baxmayaraq, barəsində olan rəyin ala bilməməsidir. Məhkəmə hazırlıq iclasında rəyin yarımçıq surəti məhkəməyə təqdim edilmişdir. Rəyin giriş, təsvir hissəsindən məhrumdur. Hüquqi və tibbi əsaslandırma yoxdur, analiz və digər yoxlamaların göstəriçiləri bə nəticələri barədə məlumat yoxdur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Masallı rayon Polis şöbəsinin xx.xx.2024cü il tarixli, 97/7451/24 saylı əmrində göstərilmişdir ki, "DİO əməkdaşlarının etik davranış kodeksi"nin 1, 2, 9 və 22-ci maddələrinin, "İntizam Nizamnaməsi”nin 3.2 və 3.9-cü bədlərinin, xx.xx.2023-cü il tarixli 3-13/Q35/2023 nömrəli qərarının tələbələrinə uyğun olaraq icraatında olan materialların icrasını vaxtında icra etmədiyindən süründürməçiliyə yol verdiyindən icra intizamının pozulmasına səbəb olmuş və eyni zamanda xarici görkəminin səliqəsiz, dəfələrlə fiziki hazırlığnın səviyəsinin artırılması tələb olunmasına baxmayaraq fiziki hazırlıq dərslərində iştirak etmədiyi müəyyən edildiyinə görə RPŞ-nin Boradigah PB-nin polis sahə rəisi, polis mayoru İddiaçı “Töhmət" intizam cəzası elan edilməsi əmr edilmişdir. Əməkdaşın sağlamlıq vəziyyətinə görə X8 xidmətə yararlılığının yoxlanılması qaydaları və bu zaman rəhbər tutulan normativ f üquqi akt barədə yuxarıda izahat verdiyim üçün bir daha təkrarçılığa yol vermirəm. Nümayəndənin etirazında istinad etdiyi məktubları quraşdırmaq əvəzinə. Baş Kadrlar İdarəsi və Masallı RPŞ-nin rəisi yaxşı olardı ki, “Azərbaycan Respublikası X8 tibbi şəhadətləndirilmə qaydaları haqqında Osasnamə’də təsbit olunmuş qaydaları, xüsusən, Əsasnamənin 5.18-l-ci bəndinin tələblərini icra etməli idilər. Cavabdehin nümayəndəsinin etirazında daha sonra göstərilir kı, iddiaçı F. Məmməd ovun DİN-nin Tibb İdarəsinin Xüsusi Həkim Komissiyasında dərinləşdirilmiş müayinə zamanı İV dərəcə alimentar piylənmə (morbid piylənmə) diaqnozu ilə hərbi xidmətə yarasız olduğu müəyyən edilmişdir. Baxmayaraq ki, yuxarıda göstərdiyim kimi hər hansı dərinləşdirilmiş müayinənin aparıldığını təsdiq edən heç bir sübut yoxdur.Çünki əslində heç normal müayinələr aparılmamışdır. Aparılsaydı rəydə öz əksini tapardı. Rəydə iddiaçının boyu bir santimetr az, çəkisi isə faktiki olandan artıq göstəriimişdir.İddiaçının çəkisində azalma baş verdiyindən hazırda bunu mübahisələndirmək çətin olsa da, bir məsələ mübahisəsizdir ki, hazırda onun çəkisi rəydə goTənindən 45 kq-dan da azdır.Məlum məsələdir ki, keçən bu müddət ərzində heç bir həkim müalicəsi və müdaxiləsi olmadan bu qədər çəki atmaq mümkün deyil Deməli, komissiya müayinə zamanı iddiaçının çəkisini artıq göstərmişdi. İddiaçının çəkisinin və boyunun ölçüsünün həkim komissiyasının rəyində göstərildiyi kimi, müvafiq olaraq 131 kq və 173 sm olmasım qəbul edib, bu göstərilənlər əsasında hesablama apardıqda da onun piylənmə dərəcəsi rəydə göstərildiyi kimi İV dərəcə deyil, 111 dərəcə olur. Belə ki, piylənmənin dərəcəsini müəyyən etməkdən ötrü tətbiq olunan qaydaya görə müayinə olunanın kiloqramla ifadə olunmuş ölçüsünün kvardatına bölür və alınan nəticə 45-dən artıq olarsa, piylənmənin dərəcəsi İV dərəəc hesab olunur. Qaydalara uyğun olaraq hesablama aparılmışdır: 1.73mx1.73m=2.9929 kv.m; 131:2.29929=43.77 Göründüyü kimi cavab 45-dən azdır. İddiaçının piylənmə dərəcəsi İİ dərəcədir, rəydə isə səhvən İV dərəcə göstərilmişdir. Etirazda daha sonra göstərilir ki, guya iddiaçının əmrin ondan ibarətdir ki, hazırda çəkisi qaydasındadır,hər hansı bir xəstəliyi yoxdur, əmr ləğv olunmalıdır. Cavabdehin etirazda irəli sürdüyü bu fikri iddia tələbini müzakirəsini başqa səmtə yönəltmək cəhdidir. Çünki iddiaçı heç vaxt belə bir dəlil irəli sürməmiş və indi də sürmür ki, hal-hazırda çəkisi qaydasında olduğu və sağaldığı üçün DİN-nin sözü gedən əmri ləğv olunmalıdır. DİN-nin iddiaçının X8 xidmətdən xaric olunması barədə 26 noyabr 2024-cü il tarixli, 3-13/Ə3838/2024 №-li əmrinin ləğv olunması barədə iddia tələbinin dəlili ondan ibarətdir ki, X8 xidmətə yararsız hesab edilməsi barədə Həkim Komissiyasının 06 noyabr 2024-cü il tarixli, 47 nömrəli rəyi “Azərbaycan Respublikası X8 tibbi şəhadətləndirmə qaydaları haqqında Əsasnamə”nin 5.18-1 bəndinin tələbləri kobud şəkildə pozulmaqla verildiyindən, həmin rəyə əsasən iddiaçının daxili işlər oqranlarında xidmətdən xaric edilməsi barədə verilmiş DİN-nin 26 noyabr 2024-cü il tarixli, 3-13/Ə3838/2024 №-li əmri təbii ki, əsassızdır.Ona görə də əsassız əmr də ləğv olunmalıdır. Qaldı ki, hal-hazırda iddiaçının bədən çəki indeksinin normalara uyğunlaşması məsələsi. Əgər Xüsusi Həkim Komissiyası iddiaçının şəhadətləndirilməsi zamanı tibbi şəhadətləndirilmənin qaydalarını müəyyən edən “Azərbaycan Respublikası X8 tibbi şəhadətləndirmə qaydaları haqqında Əsasnamə”nin tələblərinə əməl etsəydi, xüsusən, Əsasnamənin 5.18-1-ci bəndi ilə müəyyən edilmiş hüquq normalarını pozmasaydı, 26 noyabr 2024-cü il tarixli, 3- 13/Ə3838/2024 №-li əsassız əmr də verilməzdi. Həm də ki, iddiaçı əgər heç bir həkim müdaxiləsi və müaliəcəsi olmadan, sadə idman təmrinləri və pəhrizlə xəstəliyinin müalicəsinə əsasən nail ola bilmişə, Əsasnamədə təsbit olunmuş qaydalar daxilində müalicəsindən ötrü tədbir görülsəydi, nəticəsi daha səmərəli olardı. Həmçinin, bir ailənin çörək qazananı, 14 ilə yaxın X8 xidmət etmiş bir polis mayoru bir göz qırpımında, soyuqqanlıqla, ədalətsizcəsinə X8 xidmətdən kənara atılmazdı. Beləliklə, göstərilənlərlə sübut olunur ki, iddiaçının X8 xidmətdən xaric edilməsi barədə Azərbaycan Respublikasının DİN-nin 26 noyabr 2024-cü il tarixli, 3-13/Ə3838/2024 №-li əmri əsassız və ədalətsizdir .Ona görə də həmin əmrin ləğv edilməsi, iddiaçının X8 xidmətə bərpa edilməsi və bu orqana bərpa edildikdən sonra işləmədiyi müddətə görə ona pul müavinətinin veriməsi vəzifəsinin cavabdeh təşkilatın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 15 oktyabr 2025-ci il tarixli məhkəmə zalında iddiaçının nümayəndəsi X5 iddia ərizəsi və təqdim etdikləri mülahizə və ərizələr üzrə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin təmin edilməsini xahiş etmişlər. 15 oktyabr 2025-ci il tarixli məhkəmə zalında cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinə etiraz edərək, iddia ərizəsinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın mümkünlüyü İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuşdur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Masallı rayonunun ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, iddiaçı Masallı rayonunda qeydiyyatda olduğundan doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia ərizəsinə baxılmalıdır. Baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş və ona münasibətdə əlverişsiz olan inzibati aktın (sərəncamın) ləğv edilməsini tələb edir. İPM-in 2.2.1-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İPM-in 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-nin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İş materiallarından aydın göründüyü kimi, mübahisələndirilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 26 noyabr 2024-cü il tarixli 3- 13/Ə(ş\h)3838/2024 nömrəli əmrinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi məhkəməyə xx.xx.2025-ci il tarixdə (zərf xx.xx.2024-cü il tarixdə göndərilmişdir) daxil olmuşdur. Buna görə də iddiaçı tərəfindən İnzibati Prosessual Məcəllənin 38-ci maddəsində müəyyən edilmiş iddia müddəti buraxılmamışdır. Əsaslandırma Hissəsi Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 26 noyabr 2024-cü il tarixli 3-13/Ə(ş\h)3838/2024 nömrəli əmrdə göstərilmişdir ki, Polis mayoru İddiaçı, Masallı RPŞ-nin X6 polis sahə rəisi, “istefada olan poiis mayoru" sayılmaqla “27” noyabr 2024-cü il tarixdən "Azərbaycan Respublikasının X8 xidmət keçmə haqqında Əsasnamə”yə (135-ci maddənin 6-cı bəndi ilə-səhhətinə görə) müvafiq olaraq X8 xidmətdən xaric edilmişdir. İşdə olan Masallı rayon Polis şöbəsinin polis polkovniki Ayaz Ağayev tərəfindən verilmiş 26 noyabr 2024-cü il tarixli 3-13/Ə(ş\h)3838/2024 nömrəli əmrdən çıxarışda göstərilmişdir ki, Polis mayoru İddiaçı, Masallı RPŞ-nin X6 polis sahə rəisi, “ istefada olan poiis mayoru " sayılmaqla, “27” noyabr 2024-cü il tarixdən "Azərbaycan Respublikasının X8 xidmət keçmə haqqında Əsasnamə”yə müvafiq olaraq (135-ci maddənin 6-cı bəndi iləsəhhətinə görə) X8 xidmətdən xaric edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli sifarişli xəbərnamənin verilməsi haqqında olan qəbzdən görünür ki, İddiaçı cavabdehə məktub ünvanlamışdır. İşdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı 2024cü ilin dekabr ayında Baş Kadrlar İdarəsinə daxil olmuş müraciətinə əsasən Daxili İşlər Nazirliyinin 3-13/Ə(ş/h)3838/2024 nömrəli əmri ilə “X8 xidmət keçmə haqqmda Əsasnamə”nin 135-ci maddəsinin 6-cı bəndinə (səhhətinə görə) əsasən xidmətdən xaric edilməsi haqqında baş idarənin xx.xx.2024-cü il tarixli 3-13-21/2-M-98219/2024 nömrəli məktubu ilə cavab göndərilmişdir. Baş Kadrlar İdarəsinin xx.xx.2024-cü il tarixli 3-13-21/2- 12063/2024 nömrəli məktubu ilə Masallı Rayon Polis Şöbəsinə göndərilmiş əmək kitabçası İddiaçı imzaladağı qəbz əsasında xx.xx.2024-cü il tarixdə özünə təhvil verilmişdir. DİN-in Tibb İdarəsinin rəyinə əsasən İddiaçı “Alimentar piylənmə İV dərəcə (morbid piylənmə)” diaqnozu qoyulmuşdur. İşdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı X8 xidmətdən xaric olunmasına əsas olmuş Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin Xüsusi Həkim Komissiyasının 06 noyabr 2024-cü il tarixli 47 nömrəli rəyinin təsdiq olunmuş surəti təqdim olunur. İşdə olan Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin Xüsusi Həkim Komissiyasının 06 noyabr 2024-cü il tarixli 47 nömrəli rəyində göstərilmişdir ki, İddiaçı “Alimentar piylənmə İV dərəcə (morbid piylənmə)” diaqnozu qoyulmuşdur. İddiaçı çəkisi 131 kq, 39 kq artıq, boyu 173 sm müəyyən edilmişdir. İddiaçı DİN-in 25 saylı, xx.xx.2002-ci il tarixli əmrinin xəstəlik cədvəlinin İİ qrafasının 13 a maddəsinə İ təyinat qrupu üzrə Xüsusi-həkim komissiyasında şəhadətləndirilərkən xx.xx.2024-cü il tarixdə DİO-da xidmətə yararsız hesab edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Masallı rayon Polis şöbəsinin Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru cənab Rafiq Abbasova ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Polis mayoru İddiaçı xx.xx.2011-ci ildən X8 xidmətə qəbul olunmuş, xx.xx.2023-cü ildən Masallı rayon polis şöbəsinin Boradigah BP-nin polis sahə rəisi vəzifəsində xidmət edir. Polis mayoru İddiaçı bədən çəki indeksi və boy ölçüsü nisbəti normalara uyğun olmaması, düzgün bədən quruluşunun, qamətinin formalaşdırılmasından ötrü və xarici görkəmin səliqəsiz olması ilə bağlı dəfərlərlə xəbərdarlıq olunmasına baxmayaraq müsbət nəticələr əldə olunmadığından barəsində tədbir görülməsindən ötrü aidiyyəti üzrə göndərilir. İşdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Masallı rayon Polis şöbəsinin Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru cənab Rafiq Abbasova ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Polis mayoru İddiaçı xx.xx.2011-ci ildən X8 xidmətə qəbul olunmuş, xx.xx.2023-cü ildən Masallı rayon polis şöbəsinin Boradigah BP-nin polis sahə rəisi vəzifəsində xidmət edir. Polis mayoru İddiaçı bədən çəki indeksi və boy ölçüsü nisbəti normalara uyğun olmaması,düzgün bədən quruluşunun, qamətinin formalaşdırılmasından ötrü və xarici görkəmin səliqəsiz olması ilə bağlı dəfərlərlə xəbərdarlıq olunmasına baxmayaraq müsbət nəticələr əldə olunmadığından DİN-in BKl-nə xx.xx.2024-cü il tarixdə 97/2-15754/24 nömrəli məktubla məlumat verilmişdir. DİN-in BKİ-nin xx.xx.2024-cü il tarixdə 3-13-21/2- 3907/2024 nömrəli məktubuna əsasən polis mayoru İddiaçı fiziki hazırlıq məşğələrinə cəlb olunmaqla çəkisinin nəzarətdə saxlaması ilə bağlı 4 ay müddət müddət verilməsi diqqətinə çatırılmaqla profilaktiki söhbətlər aparılmışdır. Polis mayoru İddiaçıbədən çəki indeksi və boy ölçüsü nisbət normalara uyğun olmaması, düzgün bədən quruluşunun, qamətinin formalaşdırılmasından ötrü və xarici görkəmin səliqəsiz, fiziki hazırlıq səviyyəsinin qeyri kafi olması ilə bağlı dəfərlərlə xəbərdarlıq olunmasına baxmayaraq müsbət nəticələr əldə olunmadığından və icratına daxil olmuş materilların icra müddətinin pozulması hallarına yol verdiyinə görə xx.xx.2024-cü il tarixdə 97/Ə451/24 nömrəli əmri ilə “Töhmət” intizam cəzası elan edilmişdir. Polis mayoru İddiaçı qeyd olunanlardan müsbət nəticə çıxartmadığından barəsində tədbir görülməsindən ötrü aidiyyəti üzrə göstəriş verilməsi xahiş edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Masallı rayon Polis şöbəsinin xx.xx.2024-cü il tarixli, 97/7451/24 saylı əmrində göstərilmişdir ki, "DİO əməkdaşlarının etik davranış kodeksi"nin 1, 2, 9 və 22-ci maddələrinin, "İntizam Nizamnaməsi”nin 3.2 və 3.9-cü bədlərinin, xx.xx.2023-cü il tarixli 3-13/Q35/2023 nömrəli qərarının tələbələrinə uyğun olaraq icraatında olan materialların icrasını vaxtında icra etmədiyindən süründürməçiliyə yol verdiyindən icra intizamının pozulmasına səbəb olmuş və eyni zamanda xarici görkəminin səliqəsiz, dəfələrlə fiziki hazırlığnın səviyəsinin artırılması tələb olunmasına baxmayaraq fiziki hazırlıq dərslərində iştirak etmədiyi müəyyən edildiyinə görə RPŞ-nin Boradigah PB-nin polis sahə rəisi, polis mayoru İddiaçı “Töhmət" intizam cəzası elan edilməsi əmr edilmişdir. Azərbaycan Respublikasının X8 xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununa görə X8 xidməti intizam - əməkdaşlar tərəfindən onlara həvalə olunmuş vəzifələrin icrasından və öz səlahiyyətlərini həyata keçirən zaman Azərbaycan Respublikasının qanunvericiliyinə, vəzifə təlimatlarına, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və bilavasitə rəislərin əmr və göstərişlərinə əməl etməkdən ibarətdir (maddə 108). Xidməti intizam qaydalarını pozmağa görə daxili işlər orqanlarının əməkdaşlarına xidmətdən xaric edilmə intizam tənbehi tətbiq edilə bilər (maddə 114). Daxili işlər orqanlarının əməkdaşı daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən ləyaqətsiz hərəkət etdikdə xidmətdən xaric edilə bilər (maddə 135.9). «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 45.1-ci maddəsinə görə inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. Həmin Qanunun 45.2-ci maddəsinə görə inzibati icraat zamanı inzibati orqan tərəfindən aşağıdakı sübutetmə vasitələrindən: - (maddə 45.2.1) sənədlərdən; - (maddə 45.2.2) tərəflərin və işdə iştirak edən üçüncü şəxslərin izahatlarından; - (maddə 45.2.3) şahid ifadələrindən; - (maddə 45.2.4) müvafiq müayinələrin aparılmasından; - (maddə 45.2.5) ekspert rəylərindən; - (maddə 45.2.6) hüquqi yardım qaydasında digər inzibati orqanlar tərəfindən təqdim olunmuş arayışlardan; - (maddə 45.2.7) işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər sübutlardan istifadə oluna bilər. Həmin Qanunun 45.3-cü maddəsinə görə qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması, həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Məhkəmə müəyyən etdi ki, İddiaçı 2011-ci ilin mart ayından Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin X8 xidmətə qəbul edilmişdir, Azərbaycan Respublikasının Daxili İşlər nazirinin müvafiq əmrinə əsasən Masallı Rayon Polis Şöbəsinin Cinayət Axtarışı Bölməsinin əməliyyat müvəkkili vəzifəsinə təyin edilmişdir. DİNnin Baş Narkotiklərlə Mübarizə Baş İdarəsinin Cənub X2 və Cəlilabad Rayon Polis X9 Bölməsində xidmətini davam etdirmişdir. 2023-cü ilin aprelindən isə Masallı Rayon Polis X7 Bölməsində polis sahə rəisi kimi xidmətini davam etdirmişdir. Boradigah PB-də xidmətdə olduğu müddətdə ona təhkim olunmuş Boradigah inzibati ərazi dairəsindən əlavə, vakant olan daha iki polis sahə rəisinin xidmət göstərməli olduğu ərazidə eyni zamanda xidmət aparmışdır. Bundan sonra onun barəsində tərtib edilmiş Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin Xüsusi Həkim Komissiyasının 06 noyabr 2024-cü il tarixli 47 nömrəli rəyinə əsasən, İddiaçı “Alimentar piylənmə İV dərəcə (morbid piylənmə)” diaqnozu qoyulduğu üçün o, DİN-in 25 saylı, xx.xx.2002-ci il tarixli əmrinin xəstəlik cədvəlinin İİ qrafasının 13 a maddəsinə İ təyinat qrupu üzrə Xüsusi-həkim komissiyasında şəhadətləndirilərkən xx.xx.2024-cü il tarixdə DİO-da xidmətə yararsız hesab edilmişdir. Sonradan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 26 noyabr 2024-cü il tarixli 3- 13/Ə(ş\h)3838/2024 nömrəli əmri ilə İddiaçı, Masallı RPŞ-nin X6 polis sahə rəisi, “istefada olan poiis mayoru" sayılmaqla “27” noyabr 2024-cü il tarixdən "Azərbaycan Respublikasının X8 xidmət keçmə haqqında Əsasnamə”yə (135-ci maddənin 6-cı bəndi ilə-səhhətinə görə) müvafiq olaraq X8 xidmətdən xaric edilmişdir. Masallı rayon Polis şöbəsinin polis polkovniki Ayaz Ağayev tərəfindən verilmiş 26 noyabr 2024-cü il tarixli 3- 13/Ə(ş\h)3838/2024 nömrəli əmrdən çıxarışla İddiaçı “27” noyabr 2024-cü il tarixdən "Azərbaycan Respublikasının X8 xidmət keçmə haqqında Əsasnamə”yə müvafiq olaraq (135-ci maddənin 6-cı bəndi ilə-səhhətinə görə) X8 xidmətdən xaric edilmişdir. Bundan sonra iddiaçı məhkəməyə müraciət edərək, əmri mübahisələndirmişdir. Beləliklə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2024-cü il tarixli, 3- 13/Ə(ş/h)3838/2024 nömrəli əmri ilə Azərbaycan Respublikasının X8 xidmət keçmə haqqında Əsasnamənin 135-ci maddəsinin 6-cı bəndinə əsasən, İddiaçı-səhhətinə görə X8 xidmətdən xaric edilmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq və sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının mübahisələndirdiyi inzibati aktın ləğv edilməsi üçün qanun pozuntusu müəyyən olunmadı. Belə ki, Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin Xüsusi Həkim Komissiyası tərəfindən 06 noyabr 2024-cü ill tarixdə keçirilmiş müayinə ərəfəsində İddiaçı öz çəkisinin müəyyən olunmuş normadan, həmçinin boyuna nisbətdə çox, yəni 39 kq artıq-131 kq müəyyən edilməsinə etirazını bildirməmiş və ya bunun əksini sübut edə biləcək hər hansı dəlil təqdim etməmişdir. Ona təyin edilmiş “Alimentar piylənmə İV dərəcə (morbid piylənmə)” diaqnozuna heç bir münasibət bəsləməmişdir. Lakin hazırda İddiaçı Xüsusi-həkim komissiyasının şəhadətləndirilərkən xx.xx.2024-cü il tarixdə DİO-da xidmətə yararsız hesab etməsinə etiraz etmişdir və xidmətdən xaric edildikdən sonra aradan keçən müddət ərzində mütəmadi olaraq idmanla məşğul olaraq, pəhriz saxlayaraq və sağlam qidalanmasına riayət etdiyini əsas gətirərək indiki vəziyyətdə bədən çəkisinin normaya qayıtdığı üçün X8 xidmətə qayıtmalı olduğunu bildirmişdir. Həmçinin iddiaçı özü barəsində tərtib edilmiş Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin Xüsusi Həkim Komissiyasının 06 noyabr 2024-cü il tarixli 47 nömrəli rəyinin qanunvericiliyə uyğun tərtib edilmədiyini qeyd etmiş, lakin qeyd etdiklərinə əsas olaraq hər hansı sübut təqdim etməmişdir, buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qeyd edilən halların özünü müdafiə xarakteri daşıyır. İddiaçı tərəfindən göstərilmişdir ki, Azərbaycan Respublikasının X8 xidmət keçmə haqqında Əsasnamə” nin 135-ci maddəsinin 6- cı bəndi ilə X8 xidmətdən xaric edilmişdir. Əsasnamənin həmin bəndində göstərilir ki, səhhətinə görə, o cümlədən uzun müddətli (4 aydan artıq) xəstəliklə əlaqədar vəzifəsini уerinə yetirməsinin qeyri-mümkünlüyü barədə tibbi-həkim komissiyasının rəyi olduqda əməkdaş xidmətdən xaric edilə bilər. Əsasnamənin 5.18-1-ci bəndində bədən çək iindeksi normalara uyğun olmayan, başqa sözlə piylənmə xəstəliyi olan əməkdaşların sağlamlıq vəziyyətinə görə xidmətə yararlığının yoxlanılması məqsədi ilə tibbi müayinənin keçirilmə qaydaları təsbit olunur. Həmin bənddə göstərilir:”Bədən çəkisi və boy ölçüsü nisbəti (bundan sonra bədən çəki indeksi) normalara uyğun olmayan əməkdaşların sağlamlıq vəziyyətinə görə xidmətə yararlılığının yoxlanılması məqsədilə tibbi müayinəsi keçirilir. Müayinə nəticəsində piylənmə xəstəliyi səbəbindən X8 xidmətə müvəqqəti yararsız olması əməkdaşların bədən çəki indeksini normalara uyğunlaşdıra bilməyən əməkdaşların səhhətinə görə həkim komissiyası tərəfindən 4 ay müddətinədək fasiləsiz məzuniyyət verilməsi barədə rəy çıxarılır. Məzuniyyət müddətində əməkdaşları tibbi nəzarətdə saxlanılır və ayda bir dəfə müayinədən keçirilir. Bu müddətdə bədən çəki indeksini normalara uyğunlaşdıra bilməyən əməkdaşların səhhətinə görə X8 xidmətə yararsızlığı barədə qərar qəbul edilir və üzrə göndərilir. 4 noyabr 2024-cü il tarixdə İddiaçı tibbi yoxlamadan keçirərkən Xüsusi Həkim Komissiyası şəhadətləndirilmə haqqında Əsasnamədə təsbit olunan hüquq normasının tələblərinə, daha dəqiq, Əsasnamənin 5.18-1-ci bəndinə əməl edib, ona bədən çəki indeksini normalara uyğunlaşdırması üçün 4 ay müddətinə məzuniyyət verilməsi barədə rəy çıxarmaq əvəzinə, həmin bəndin tələblərini pozaraq, onun birbaşa X8 xidmətə yararsız hesab edilməsi barədə rəy vermişdir. Məhkəmə tərəfindən nəzərə çatdırılır ki, İddiaçı “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi”nə uyğun olaraq polis əməkdaşı olaraq xidməti vəzifəsini yerinə yetirdiyi ərəfədə sağlam həyat tərzi keçirməli, bədən çəkisini nəzarətdə saxlamalı və sağlamlığına nəzarət etməli idi. Hətta məhkəməyə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Masallı rayon Polis şöbəsinin xx.xx.2024-cü il tarixli, 97/7451/24 saylı əmrinə əsasən, "DİO əməkdaşlarının etik davranış kodeksi"nin 1, 2, 9 və 22-ci maddələrinin, "İntizam Nizamnaməsi”nin 3.2 və 3.9-cü bədlərinin, xx.xx.2023-cü il tarixli 3-13/Q35/2023 nömrəli qərarının tələbələrinə uyğun olaraq icraatında olan materialların icrasını vaxtında icra etmədiyindən süründürməçiliyə yol verdiyindən icra intizamının pozulmasına səbəb olmuş və eyni zamanda xarici görkəminin səliqəsiz, dəfələrlə fiziki hazırlığnın səviyəsinin artırılması tələb olunmasına baxmayaraq fiziki hazırlıq dərslərində iştirak etmədiyi müəyyən edildiyinə görə RPŞ-nin Boradigah PB-nin polis sahə rəisi, polis mayoru İddiaçı “Töhmət" intizam cəzası elan edilməsi barədə məlumat daxil olmuşdur. Polis əməkdaşı xidməti iş vaxtında iş qrafikinə və zərurət yarandıqda tətbiq olunan xüsusi xidmət rejiminə ciddi riayət etməli, xidmət yerinə vaxtında gəlib vaxtında getməli, üzrsüz səbəbdən xidmətdən yayınma hallarına yol verməməlidir. Məhkəmə hesab edir ki, xidmətdən azad edildikdən sonra iddiaçının sağlam və ya digər qaydada bədən çəkisini qaydasına salması, pəhriz edərək və idmanla məşğul olaraq arıqlaması onun yenidən işə bərpa edilməsi üçün əsas ola bilməz. İddiaçı ərizəsində onunla rəhbərliyi arasında baş vermiş hər hansı münaqişənin, anlaşılmazlığın nəticəsi olaraq xidmətdən azad edildiyini vurğulsa da, bu barədə dəlillər və sübut məhkəməyə təqdim etməmişdir. İnzibati icraat materiallarından görünür ki, İddiaçı yoxlamalar zamanı çəkisi normadan artıq olması və ona çəkisinin normaya uyğunlaşdırılınası üçün 4 ay vaxt verilmişdir. Verilmiş müddət ərzində iddiaçının çəkisində dəyişiklik olmamış və ona edilən iradlardan nəticə çıxarmamışdır. Bundan sonra “Azərbaycan Respublikasının X8 xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 6-cı bəndi əsasən (səhhətinə görə, o cümlədən uzun müddətli (4 aydan artıq) xəstəliklə əlaqədar vəzifəsini yerinə yetirməsinin qeyri-mümkünlüyü barədə tibbi-həkim komissiyasının rəyi olduqda) xidmətdən xaric edilmişdir. “Azərbaycan Respublikasının X8 xidmət keçmə haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən, X8 xidmət keçmə - bu orqanlarının funksiya, vəzifə və hüquqların öz peşə fəaliyyətləri ilə keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. Həmin Əsasnamənin 114-cü bəndinə əsasən, xidməti intizam qaydalarını pozmağa görə daxili işlər orqanlarının əməkdaşlarına aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər: 1) məzəmmət; 2) töhmət; 3) şiddətli töhmət; 4) xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq; 5) tutduğu vəzifədən aşağı vəzifəyə keçirmə; 6) xüsusi rütbənin bir pillə aşağı salınması; 7) xidmətdən xaric edilmə. Həmin Əsasnamənin 129-cu bəndinə əsasən, Xidməti intizam qaydalarının pozulmasına görə daxili işlər orqanlarının istintaq aparatı işçilərinə intizam tənbehi verilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı və onun səlahiyyət verdiyi şəxslər tərəfindən, prosessual fəaliyyət ilə əlaqədar olduğu hallarda isə prokurorluq və məhkəmə orqanlarının aktları əsasında həyata keçirilir. Həmin Əsasnamənin 135-ci maddəsinə əsasən, daxili işlər orqanlarının əməkdaşı aşağıdakı hallarda xidmətdən xaric edilə bilər: 1) öz arzusu ilə X8 xidmətdən çıxmaq barəsində yazılı ərizə verdikdə; 2) and içməkdən imtina etdikdə; 3) cinayət törətdiyinə görə barəsində qanuni qüvvəyə minmiş məhkəmənin ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqi haqqında qərar olduqda; 4) X8 xidmətlə bir araya sığmayan fəaliyyətlə məşğul olduqda; 5) xidmətdə olmanın son yaş həddinə çatdıqda; 6) səhhətinə görə, o cümlədən uzun müddətli (4 aydan artıq) xəstəliklə əlaqədar vəzifəsini yerinə yetirməsinin qeyri-mümkünlüyü barədə tibbi-həkim komissiyasının rəyi olduqda; 7) X8 xidmətə tam yararsız olması barəsində attestasiya komissiyasının rəyi olduqda; 8) başqa dövlətin vətəndaşlığını qəbul etdikdə, Azərbaycan Respublikasının vətəndaşlığına xitam verildikdə və ya digər dövlət qarşısında öhdəlik götürdükdə; 9) daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən ləyaqətsiz hərəkət etdikdə; 10) intizam məsuliyyətinə cəlb edildikdən sonra xidmət və icra intizamını il ərzində yenidən kobudcasına pozduqda; 11) ştatlar ixtisar edildikdə; 12) fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə qaydasında müəyyənləşdirildikdə; 13) digər hüquq-mühafizə orqanlarına işə keçdikdə. Məhkəmə tərəfindən qeyd edilir ki, xüsusi kateqoriya şəxs olan X8 xidmət keçən şəxslərin xidmətə qəbuluna, xidmətin aparılmasına, xidmətdən buraxılmasına dair xüsusi tələblər vardır. Ona görə ki, polis əməkdaşının xidməti xüsusi xarakter daşıyır. Bu onunla bağlıdır ki, polis əməkdaşı insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət, qanunçuluq, humanistlik və təkbaşçılıq prinsipləri əsasında fəaliyyət göstərir. Polisin fəaliyyətinin əsas istiqamətləri aşağıdakılardır: 1) ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi; 2) cinayətlərin və digər xətaların qarşısının alınması və açılması. İddiaçı intizamın daim yüksək səviyyədə saxlanılmasını təmin etməyə borclu olmuş, ümumiyyətlə Azərbaycan Respublikasında polisin təyinatı insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini və mülkiyyətini hüquqa zidd əməllərdən qorumaqdan ibarətdir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə əsasən, polis əməkdaşının xidmətə qəbul edilməsi : İ. Polisdə xidmətə könüllülük əsasında, şəxsi və iş keyfiyyətlərinə, fiziki hazırlığına, sağlamlıq vəziyyətinə və təhsil səviyyəsinə görə polisin üzərinə düşən vəzifələri yerinə yetirməyə qadir olan, hərbi xidmət keçmiş və ya polis təhsil müəssisələrini bitirmiş, yaşı 20-dən aşağı olmayan və Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar. İİ. Polisdə xidmətə qəbul edilən şəxsin fiziki hazırlığı və sağlamlığı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qaydada yoxlanılmalıdır. İV. İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, din xadimləri, fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən müəyyənləşdirilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum edilmiş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, əvvəllər işdə ciddi nöqsanlara, polisdə xidmətlə bir araya sığmayan fəaliyyətlə məşğul olmasına, polisdə xidmətə tam yararsız olmasına, polis əməkdaşının adına ləkə gətirən ləyaqətsiz hərəkətlərə görə polisdən və digər hüquq-mühafizə orqanlarından xaric edilmiş şəxslər polisdə xidmətə qəbul edilə bilməzlər. Qeyd edilənlərə əsasən, Məhkəmə hesab edir ki, cavabdehin tərəfindən qəbul edilmiş əmrlər əsaslı olmuş, qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edilməmişdir. Həmçinin, iddiaçının digər tələblərinə münasibətdə də Məhkəmə qeyd edir ki, iddiaçının X8 xidmətdən xaric edilməsinə dair əmr əsaslı olduğundan, iddiaçının məcburi iş buraxma dövründə ödənilməli olan müavinətin hesablanıb ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində də tələbi əsassızdır. “Polis haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən, polis əməkdaşının ümumi vəzifələri aşağıdakılardır: 7) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş davranış qaydalarına riayət etmək. “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi”nin 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə, cəmiyyətdə qəbulolunmuş norma və qaydalara tam şəkildə əməl etməli, bu işdə digər şəxslərə nümunə olmalıdır. Maddə 2. Anda, xidməti və vətəndaşlıq borcuna sadiq olmalı, vətəndaşların həyatvə sağlamlığının, hüquq və azadlıqlarının, cəmiyyətin və dövlətin maraqlarının hüquqazidd qəsdlərdən qorunmasına görə öz şəxsi məsuliyyətini hiss etməlidir. Daim yadda saxlamalıdır ki, hətta bir əməkdaşın Andını pozması, xidməti borcunu yerinə yetirməməsi və nəlayiq hərəkətə yol verməsi, bir çox əməkdaşın fədakar əməyi və nümunəvi xidməti hesabına əldə olunmuş uğurlara və nüfuza kölgə sala bilər. Maddə 3. Dövlət hakimiyyəti nümayəndəsi olaraq sağlam düşüncəyə və aydınmövqeyə malik olmalı, insanlara ədalətli, humanist, alicənab və mədəni münasibət bəsləməli, hər kəsi hüquqa zidd əməllərdən və zorakılıqdan müdafiə etməli, ekstremal şəraitdə köməyə ehtiyacı olanları, xüsusilə qadın və uşaqları, qoca, xəstə və əlilləri köməksiz qoymamalıdır.Vətəndaşlarla ünsiyyətdə diqqətli və nəzakətli olmalı, bunu zəiflik əlaməti deyil,əksinə, qanunun gücünə arxalanan haqq və ədalətin təzahürü kimi qəbul etməlidir. Maddə 4. Dövlət tərəfindən verilmiş səlahiyyətlərdən yalnız qanun çərçivəsindəistifadə etməli, cinayət, yaxud digər hüquqpozmalar törətmiş şəxslərin qanunla qorunan hüquqlarına hörmətlə yanaşmalı, fiziki qüvvə və xüsusi vasitələr tətbiq etmək zərurəti yarandıqda, səlahiyyət həddini aşmamalı və adekvat tədbir seçməyi bacarmalıdır.Maddə 13. İcrasının mümkün olmayacağını qabaqcadan bildiyi (və ya bilməliolduğu) öhdəlikləri (borc pul, kirayə və s.), üzərinə götürməməlidir. Üzərinə götürdüyü öhdəlikləri müəyyənləşdirilmiş şərtlərə uyğun icra etməlidir. Maddə 11. Sağlam həyat tərzi keçirməli, həkim təyinatı istisna olmaqla, sərbəst dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış narkotik vasitələr və psixotrop maddələr qəbul etməməli, xidmət vaxtı, habelə xidmətdə olmadığı hallarda belə, xidməti geyim formasında olarkən spirtli içkilər içməməli, onları xidmət yerinə gətirməməlidir. Xidmətdən kənar vaxtlarda spirtli içkilər qəbul edərkən özünü idarə etməyi bacarmalı, həddini bilməli, şərəf və ləyaqəti alçaldan, eləcə də ertəsi gün xidməti vəzifələrin layiqincə yerinə yetirilməsinə mane ola biləcək dərəcədə spirtli içkilər qəbul etməməli, xidmətə gələrkən alkoqolun təsirindən tam azad olmalıdır. Maddə 14. İş qrafikinə və zərurət yarandıqda tətbiq olunan xüsusi xidmət rejiminə ciddi riayət etməli, xidmət yerinə vaxtında gəlib vaxtında getməli, üzrsüz səbəbdən xidmətdən yayınma hallarına yol verməməli, fövqəladə hallar istisna olmaqla, birbaşa rəislərin icazəsi olmadan xidmət yerini tərk etməməlidir. Birbaşa rəislərinin ilk çağırışı ilə, eləcə də, təbii fəlakətlər, geniş miqyaslı texnogen qəzalar, yanğınlar, iğtişaşlar və sair fövqəladə hadisələr baş verdikdə çağırışsız xidmət yerinə gəlməlidir. Xidmətdə olarkən vaxtını xidməti vəzifələrindən kənar işlərə sərf etməməlidir. Maddə 19. Öz xidməti vəzifələrinin icrası ilə birbaşa bağlı olmayan xidməti məsələlərə müdaxilə etməməli, başqa əməkdaşların səlahiyyət dairəsinə aid məsələlərə, icraatında olan sənəd və materialların həllinə təsir etməyə cəhd etməməli, xidməti zərurətdən irəli gəlməyən maraq göstərməməlidir. Subordinasiya qaydalarını gözləməli, şikayət halları istisna olmaqla, DİN-in rəhbərliyinə yalnız birbaşa rəisləri vasitəsi ilə müraciət etməlidir. Maddə 22. Davranış kodeksində təsbit olunmuş prinsip və qaydaların əməkdaş tərəfindən yerinə yetirilməməsi xidməti və icra intizamının pozulması, daxili işlər orqanları əməkdaşının adına ləkə gətirən hərəkət kimi qiymətləndirilir və "Azərbaycan Respublikası daxili işlər orqanlarının intizam nizamnaməsi"ndə müəyyən olunmuş qaydada intizam məsuliyyəti doğurur. Etik davranış qaydalarının pozulması daxili işlər orqanları əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Yuxarıda qeyd edilənləri əsas gətirərək məhkəmə tərəfindən qeyd edilir ki, İddiaçı “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi”nin 11-ci maddəsi üzrə (sağlam həyat tərzi keçirmək və s.) göstərilmiş qaydaya riayət etməməsi nəticəsində bədən çəkisi normadan artıq olmuş və X8 xidmətə yararsız hesab edilmişdir. "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 1.0.25-ci maddəsinə əsasən diskresion səlahiyyətlər - orqanın (şəxsin) öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.7-ci maddəsinə müvafiq olaraq diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Həmin Qanunun 14.3-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Hazırki iş üzrə iddiaçı işdən xaric edilməsi barədə əmri mübahisələndirir. Həmin əmri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin malik olduğu diskresion səlahiyyətlərin icrası qaydasında qəbul edilmişdir. Bununla bağlı olaraq məhkəmə qeyd edir ki, diskresion səlahiyyətlər inzibati orqanın öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir və qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi deməkdir. Lakin aydındır ki, inzibati orqan özünün diskresion səlahiyyətini özbaşına və hüdudsuz istifadə edə bilməz. Bu səlahiyyət heç bir halda inzibati orqana əsaslandırılmamış şəkildə hər hansı qanuni meyarlara söykənmədən öz mülahizəsinə uyğun davranmaq imkanının verilməsi kimi də yozula bilməz. Belə yanaşma hüquqi dövlət prinsipi ilə ziddiyyət yaratmış olardı. Hər bir inzibati orqan özünün malik olduğu diskresion səlahiyyətləri qanun güddüyü məqsəd naminə və səlahiyyətlərin qanunla müəyyən edilmiş hüdudları daxilində həyata keçirməlidir. Diskresion səlahiyyətlər həddində hərəkət edən inzibati orqanın fəaliyyətinin məhkəmə tərəfindən yoxlanılması da məhz bu meyarlara əsaslanmaqla inzibati orqanın hərəkətlərinə qiymət verilməsini ehtiva edir. Hazırki halda cavabdeh inzibati orqan tərəfindən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarına əsassız müdaxiləyə yol verilməmiş, inzibati orqanın diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirmişdir. Mübahisələndirilən əmrdən və iş materiallarında olan digər sənədlərdən görünürki, iddiaçı hüquq mühafizə əməkdaşına xas şəxsi keyfiyyətə malik olmamış, xidməti borcuna sədaqət göstərməmiş, daxili işlər orqanları əməkdaşlarının etik davranış kodeksinin tələblərinə sözsüz əməl edəcəyi barədə üzərinə götürdüyü öhdəliyi və xidməti borcunu yerinə yetirməmiş, fəaliyyətini ictimai maraqlara uyğun, habelə cəmiyyətdə polis əməkdaşına olan etimadın artırılması məqsədləri üzərində qurmamış, xidmətin əsas meyarı kimi intizamlılıq göstərməmiş, bununla da xidməti intizamı və etik davranış qaydalarını mütəmadi olaraq pozmuş, nəticədə X8 xidmətdən xaric edilmişdir. Beləliklə də yuxarıda qeyd edilən hüquq normalarını işin müəyyən edilmiş bütün faktiki hallarına tətbiq edərək məhkəmə belə qənaətə gəlir ki, hazırkı halda mübahisələndirilən əmr «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun, Polis haqqında” Azərbaycan Respublikası Qanununun, “Azərbaycan Respublikasının X8 xidmət keçmə haqqında” Əsasnamənin, “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi”nin tələblərinə uyğun qəbul edildiyindən və onun qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirildiyindən, iddiaçının həmin inzibati orqana qarşı “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “xx.xx.2024-cü il tarixli, 3-13/Ə(ş/h)3838/2024 nömrəli əmrin ləğv edilməsi, işə bərpa edilməsi və işləmədiyi müddətə görə pul müavinətinin verilməsi” barədə tələbi əsaslı deyil. Ona görə də, cavabdeh inzibati orqanın mübahisələndirilən əmri əsaslı və qanuni olduğundan, iddiaçının iddia tələbi əsassız və qanunsuz olduğundan, həmin tələb təmin edilməməlidir. Beləliklə, iddiaçının öz tələbində əsaslandığı iddiasının hüquqi əsasları mövcud deyildir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia);.. Həmin Məcəllənin 32.1 -ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər:32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt;32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt);32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “xx.xx.2024-cü il tarixli, 3- 13/Ə(ş/h)3838/2024 nömrəli əmrin ləğv edilməsi, işə bərpa edilməsi və işləmədiyi müddətə görə pul müavinətinin verilməsi” barədə iddia tələbi təmin edilməməlidir. İş üzrə prosessual xərc yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “xx.xx.2024-cü il tarixli, 3-13/Ə(ş/h)3838/2024 nömrəli əmrin ləğv edilməsi, işə bərpa edilməsi və işləmədiyi müddətə görə pul müavinətinin verilməsi” barədə iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-2454/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2454/2025
22.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver