Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2456/2024 03.09.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X4, Üçüncü şəxs X9 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 20 oktyabr 2022-ci il tarixli, 12848 saylı qərarının ləğv edilməsi və İmişli Rayon Məhkəməsinin qətnaməsinin qanuni qüvvəyə mindiyi 12 sentyabr 2022-ci il tarixdən şəhid olmuş övladı X6 münasibətdə verilən ödənişlərin tam şəkildə ona yenidən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 03 sentyabr 2024-cü il tarixdə, məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X11 07 oktyabr 2020-ci il tarixdə şəhid olmuş övladı X6 münasibətdə verilən ödənişlərin dayandırılması, İmişli Rayon Məhkəməsinin qətnaməsinin icra olunması barədə Dövlət Sosial Müdafiə Fondunun 30 sentyabr 2022-ci il tarixli təqaüd ödənişinin dayandırılması barədə qərarının icra olunmaması ilə əlaqədar 30 sentyabr 2022-ci il tarixdən X11 ödənilən ödənişləri hesablamaqla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun öz hesabından tam şəkildə ona ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması, 07 oktyabr 2020-ci il tarixdə şəhid olmuş övladı X6 münasibətdə verilən ödənişləri tam şəkildə ona yenidən hesablanaraq ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı ilə əvəz olunmuşdur. Bundan əlavə məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X13 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə təqdim etmiş və iş üzrə iddianın dəyişdirilərək “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 20 oktyabr 2022-ci il tarixli, 12848 saylı qərarının ləğv edilməsi və İmişli Rayon Məhkəməsinin qətnaməsinin qanuni qüvvəyə mindiyi 12 sentyabr 2022-ci il tarixdən şəhid olmuş övladı X6 münasibətdə verilən ödənişlərin tam şəkildə anası İddiaçı yenidən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla X13 arasında olan nikahları İmişli Rayon Məhkəməsinin 10 iyul 2000-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Ümumiyyətlə ailə qurduqları vaxtdan Məmmədov Valeh ailəsinə baxmamış, ailəsı ilə maraqlanmamışdır. Nikahları pozulduqdan sonra daha da vəziyyəti çətinləşmiş, məhkəmənin təyin etdiyi aliment pullarını da ödəməyərək, bir ana kimi onu açınacaqlı vəziyyətə qoymuşdur. Uşaqlarını zəhmətkeş bir ana kimi təkbaşına çox cətin vəziyyətdə böyüdərək, özü onları boya başa çatdırmışdır. Heç vaxt uşaqlarından, ailəsindən xəbəri olmayan, Məmmədov Valeh uşaqlara heç vaxt atalıq etməyərək, tüfeyli, səfalət içində həyat yaşamış, uşaqlarının kim olduğunu, nə iş gördüyündən məlumatı olmamışdır. Bunun nəticəsidir ki, hər iki oğlu Qarabağ uğrunda gedən döyüşlərə iştirak etmək üçün gedərkən onları belə yola salmağa gəlməmiş, onların hara getdiyindən belə xəbəri olmayan ləyaqətsiz ata olmuşdur. Övladlarından biri X10 döyüşlərdə şəhid olarkən onun yas mərasimində iştirak etməmiş, ləyaqətsiz davranmışdır. X9 bu davranışlarına görə onun şəhid olmuş övladı X10 ilə bağlı, qanun üzrə vərəsə ola bilməyən şəxs olması barədə İmişli Rayon Məhkəməsinə iddia tələbi ilə müraciət etmişdir. İddia tələbi İmişli Rayon Məhkəməsinin 20 iyul 2022-ci il tarixli qətnaməsi ilə tam şəkildə təmin edilərək, 07 oktyabr 2020-ci il tarixdə Qarabağ torpaqları uğrunda gedən döyüşlərdə şəhid olmuş övladı X6 münasibətdə, X13 qanun üzrə vərəsə ola bilməyən valideyn hesab olunmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli qərardadı ilə apelyasiya şikayət verilməsi üçün X13 tərəfındən müddətin ötürülməsi qərara alınaraq qətnamə həmin tarixdən qanuni qüvvəyə minmişdir. Bundan sonra üçüncü şəxsə, şəhid övladına münasibətdə, heç bir ödənçlər verilməyəcəyi barədə cavabdeh AR ƏƏSMN-yi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən 28 sentyabr 2022-ci il tarixdə məktub gündərilmiş, məktubda X11 verilən ödənclərin dayandırılması, yenidən hesablanaraq tam şəkildə anaya verilməsi barədə qərar qəbul edildiyi qeyd olunmuşdur. Eyni zamanda 22 oktyabr 2022-ci il tarixdə cavabdeh AR ƏƏSMN-yi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən X11 yenidən məktub göndərilərək, qanun üzrə vərəsə ola bilməyən valideyn hesab olunduğundan, artıq ödənilmiş vəsaitləri Döslət Sosial Müdaliə Fonduna geri qaytarılmasını təmin etməyini, əks halda məhkəməyə müraciət ediləcəyi qeyd olunmuşdur. Göründüyü kimi bu barədə qanuni qüvvəyə minmiş qətnamə, AR ƏƏSMN-yi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən qəbul olunmuş qərarlar olduğu halda, cavabdeh özü öz qərarlarını icra etməmiş, yerinə yetirməmişdir. X13 şəhid övladına münasibətdə aylıq ödənişləri almaqda davam edir. Cavabdeh AR ƏƏSMN-yi yanında Dövlət Sosial Müdafiə Fondunun laqeyd, səhlənkar münasibətləri nəticəsində kobud hüquq pozuntuları baş verir, məhkəmənin qanuni qüvvəyə minmiş qərarları icra olunmur. Bununla əlaqədar 04 may 2023-cü il tarixdə rəsmi poçt qəbzi ilə, cavabdeh AR ƏƏSMN-yi yanında Dövlət Sosial Müdafiə Fonduna bu barədə rəsmi ərizə ilə müraciət edərək bu özbaşınalıqlara son qoymağa, məhkəmə qərarlarını icra etməyən şəhid övladı ilə bağlı ödənişləri var ola bilməyən atasına verməməyi tələb etsə də, onlar cavab verməyərək, ödənişləri X11 verməyə davam etmişlər. Bununla əlaqədar pozulmuş hüquqlarının müdafiə olunması üçün məhkəməyə müraciət edir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə filialına müraciət edərək, X11 ödənilən şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün dayandırılmasını, tam şəkildə ona ödənilməsini xahiş etmişdir. X13 şəhid ailə üzvlərinə münasibətdə valideyn hüququndan mərhum edilmiş hesab olunmadığından onun Prezident təqaüdünün ödənişinin dayandırılaraq İddiaçı tam pay ödənilməsi mümkün hesab olunmamışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli 493 nömrəli Fərmanına əsasən xx.xx.2007-ci il tarixindən “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatlarla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması və ödənilməsi Qaydaları”nın 2-ci və 3-cü bəndlərinə uyğun olaraq “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nü ailə üzvlərinin - ər-arvadın, valideynlərin, 18 yaşına çatmamış və ya 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan uşaqların, uşaq evlərində tərbiyə olunan qardaş və bacıların, qanunla onları saxlayan şəxs olmadıqda baba və nənələrin, eyni zamanda şəhidin 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan uşaqları, uşaq evlərində tərbiyə olunan qardaş və bacıları tədris müəssisələrində əyani təhsil aldıqda, təhsili bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək almaq hüququ vardır. Sözügedən Qaydaların 6-cı bəndinə əsasən “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” hər bir şəhidə görə təyin edilir və ailə üzvlərinin sayına bərabər bölünməklə ödənilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli 493 nömrəli Fərmanına əsasən xx.xx.2007-ci il tarixindən “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” xx.xx.2006-cı il tarixli 493 nömrəli fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli, 1972 nömrəli Fərmanına əsasən sözügedən təqaüdün məbləği xx.xx.2023-cü il tarixdən 600 manata çatdırılmışdır. İddiaçı xx.xx.2020-ci il tarixdən şəhid ailəsinin üzvlərinə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmiş, xx.xx.2023-cü il tarixindən 300 manat (X9 hüququ nəzərə alınmaqla) məbləğində olmaqla ödənilməkdədir. İddiaçı İmişli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(036)-1343/2022 saylı qətnaməsi ilə X9 şəhid X5 vərəsə ola bilməyən valideyni hesab edilməsi barədə qətnaməsinə istinad edərək X9 şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü almaq hüququndan məhrum olduğunu iddia etmişdir. Lakin şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü miras əmlaka daxil olmadığından, eyni zamanda X13 şəhid ailə üzvlərinə münasibətdə vərəsəlik hüququndan mərhum edilmiş valideyn hesab edilməsinə baxmayaraq müvafiq qanunvericiliyə əsasən valideyn hüququndan mərhum edilmiş hesab olunmadığından onun Prezident təqaüdünün ödənişinin dayandırılması qanunamüvafiq hesab edilməmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə və üçüncü şəxsə məlumat ünvanlanmışdır. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən X13 iddia tələbinin əsassız olduğunu və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İPM-in 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İş materiallarında olan İmişli rayon VVAQ şöbəsi tərəfindən verilmiş XXİ –ЖГ № 297903 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1997ci il tarixdə İmişli rayonunda doğulmuş, akt qeydinin ata qrafasında X13, ana qrafasında anası X12 yazılmışdır. İş materiallarında olan 18 fevral 2021-ci il tarixli, AZ-İİ № 137495 saylı “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X10 07 oktyabr 2020-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2021-ci ilin 02 ayının 16 günündə 10 № ilə qeyd edilmişdir. Ölümün səbəbi “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr” olaraq qeyd olunmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, № 005451 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı Şəhid ailəsinin üzvünün vəsiqəsi verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, № 003371 nömrəli vəsiqənin surətindən görünür ki, X11 Şəhid ailəsinin üzvünün vəsiqəsi verilmişdir. İş materiallarında olan İmişli Rayon Məhkəməsinin 20 iyul 2022-ci il tarixli, 2(036)- 1343/2022 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdeh X11 qarşı “vərəsə ola bilməyən valideyn hesab edilmə” tələbinə dair iddiası təmin edilərək, cavabdeh X9 İddiaçı doğulmuş 20 sentyabr 1997-ci il təvəllüdlü X1 üzrə öhdəsinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçırmasının təsdiq olunması və ona 07 oktyabr 2020-ci il tarixdə həlak olaraq ölmüş X6 münasibətdə qanun üzrə vərəsə ola bilməyən valideyn hesab edilməsi qət edilmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 dekabr 2022-ci il tarixli, 2(106)-2363/2022 saylı qərardadının surətindən görünür ki, İmişli Rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli, 2(106)-2363/2022 saylı qərardadından cavabdeh X13 tərəfindən verilmiş şikayət təmin edilməmiş, İmişli Rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli, 2(106)-2363/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardaddan aydın olur ki, cavabdeh X3 Rayon Məhkəməsinin 20 iyul 2022ci il tarixli, 2(036)-1343/2022 saylı qətnaməsindən apellyasiya şikayəti vermiş, İmişli Rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qanunla müəyyən edilən müddət ərzində verilməməsi əsası ilə geri qaytarılmışdır. Həmin qərardaddan cavabdeh şikayət verərək ləğv olunmasını və apellyasiya şikayətinin qəbul edilərək aidiyyəti üzrə baxılmasından ötrü göndərilməsini xahiş etmişdir. İmişli Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 2(106)-2363/2022 saylı qərardadı ilə şikayət təmin edilməyərək, iş materialları ilə birlikdə baxılmasından ötrü Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan İmişli Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli, 2(036)-1439/2021 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdeh X11 qarşı “ləyaqətsiz vərəsə hesab edilmə” tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 fevral 2022-ci il tarixli, 2(106)-345/2022 saylı qətnaməsinin surətindən görünür ki, İmişli Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli, 2(036)-1439/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, İmişli Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli, 2(036)-1439/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********8 saylı məktubunda aşağıdakılar bildirilmişdir: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Mil-Muğan regional filialından daxil olmuş ərizənizə və ona əlavə olunmuş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli, 493 nömrəli Fərmanına əsasən xx.xx.2007-ci il tarixindən “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmişdir. Azərbaycan Respublikası Prezidentinin Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında xx.xx.2006-cı il tarixli, 493 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli, 1225 nömrəli Fərmanına əsasən sözügedən təqaüdün məbləği xx.xx.2021-ci il tarixindən 500 manata çatdırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi Qaydaları”nın 2-ci bəndinə əsasən “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nü ailə üzvlərinin-ər-arvadın, valideynlərin, 18 yaşına çatmamış və ya 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş, 18 yaşından yuxarı əlilliyi olan uşaqların, uşaq evlərində tərbiyə olunan qardaş və bacıların, qanunla onları saxlayan şəxs olmadıqda baba və nənələrin almaq hüququ vardır. Sözügedən Qaydaların 6-cı bəndinə əsasən “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” hər bir şəhidə görə təyin edilir və ailə üzvlərinin sayına bərabər bölünməklə ödənilir. Məlumat üçün bildiririk ki, Sizə və X11 xx.xx.2020-ci il tarixindən şəhid ailəsinin üzvlərinə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir. Təqdim etdiyiniz İmişli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(036)-1343/2022 saylı qətnaməsinə əsasən X13 şəhid ailə üzvlərinə münasibətdə vərəsə ola bilməyən valideyn hesab edildiyindən ona təyin olunmuş Prezident təqaüdünün ödənişi xx.xx.2022-ci il tarixindən dayandırılaraq Sizin Prezident təqaüdünüzün məbləği yenidən hesablanmışdır (500 manat məbləğində olmaqla). Əlavə olaraq bildiririk ki, ötən dövr üzrə (xx.xx.2022-ci il tarixindən) ödənilməli olan təqaüdün məbləği cari təqaüdünüzün üzərində əlavə olunmaqla Sizə ödəniləcəkdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi X2 ünvanlanmış 11 oktyabr 2022-ci il tarixli, **********4 nömrəli məktubunda aşağıdakılar bildirilmişdir: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialın “Təqaüdün dayandırılması haqqında” xx.xx.2022-ci il tarixli, 12848 nömrəli qərarına və İmişli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(036)- 1343/2022 saylı qətnaməsinə əsasən şəhid ailə üzvlərinə münasibətdə vərəsə ola bilməyən valideyn hesab edilmişdir. Təqaüd almaq hüququnuz olmadığı üçün Sizə (İmişli rayonu, iş № 863426) təyin edilən Şəhid ailəsinin üzvlərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü ödənişi xx.xx.2022-ci il tarixindən etibarən dayandırılmışdır. Nəzərinizə çatdırırıq ki, Sizə xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək dövr üzrə 250,00 manat məbləğində vəsaitin artıq ödənildiyi müəyyən edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun müvafiq filialına yaxınlaşıb artıq ödənilmiş vəsaitin geri qaytarılmasını təmin etməyiniz xahiş olunur. Diqqətinizə çatdırırıq ki, artıq ödənilmiş vəsaitin geri qaytarılması tərəfinizdən təmin edilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəkdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-17-1/2-H-118802/2023 saylı məktubunda aşağıdakılar bildirilmişdir: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan daxil olmuş ərizənizə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli 493 nömrəli Fərmanına əsasən 01.0l.2007-ci il tarixindən “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” xx.xx.2006cı il tarixli 493 nömrəli fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli 1972 nömrəli Fərmanına əsasən sözügedən təqaüdün məbləği xx.xx.2023-cü il tarixindən 600 manata çatdırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması və ödənilməsi Qaydaları”nın 2-ci və 3-cü bəndinə uyğun olaraq “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nü ailə üzvlərinin-ər-arvadın, valideynlərin, 18 yaşına çatmamış və ya 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan uşaqların, uşaq evlərində tərbiyə olunan qardaş və bacıların, qanunla onları saxlayan şəxs olmadıqda baba və nənələrin, eyni zamanda şəhidin 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan uşaqları, uşaq evlərində tərbiyə olunan qardaş və bacıları tədris müəssisələrində əyani təhsil aldıqda, təhsili bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək almaq hüququ vardır. Sözügedən Qaydaların 6-cı bəndinə əsasən “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” hər bir şəhidə görə təyin edilir və ailə üzvlərinin sayına bərabər bölünməklə ödənilir. Məlumat üçün bildiririk ki, sizə xx.xx.2020-ci il tarixindən şəhid ailəsinin üzvlərinə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmiş, xx.xx.2023-cü il tarixindən 300 manat (X9 hüququ nəzərə alınmaqla) məbləğində olmaqla ödənilməkdədir. Təqdim etdiyiniz Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli Qərardadına əsasən X9 şəhid X5 vərəsə ola bilməyən valideyni hesab edilməsi barədə İmişli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli N° 2(036) 1343/2022 saylı Qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qeyd olunanlara əsasən əsasən X13 şəhid ailə üzvlərinə münasibətdə vərəsəlik hüququndan mərhum edilmiş valideyn hesab edilməsinə baxmayaraq müvafiq qanunvericiliyə əsasən valideyn hüququndan mərhum edilmiş hesab olunmadığından onun Prezident təqaüdünün ödənişinin dayandırılaraq sizə tam pay ödənilməsi mümkün hesab olunmur. Cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərdən müəyyən olunur ki, X13 ona Şəhid ailəsinin üzvlərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi barədə xx.xx.2022-ci il tarixdə ******* nömrə ilə qeydiyyata alınmış ərizə ilə Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına müraciət etmiş, həmin inzibati orqanın xx.xx.2022-ci il tarixli 12848 nömrəli qərarı ilə ərizə təmin edilmiş və xx.xx.2022-ci il tarixdən ona təqaüd təyin olunmuşdur. Beləliklə, iş materiallarına əsasən İddiaçı və X11 xx.xx.2020-ci il tarixdən şəhid ailəsinin üzvlərinə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmiş, İmişli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(036)-1343/2022 saylı qətnaməsinə əsasən Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının “Təqaüdün dayandırılması haqqında” xx.xx.2022-ci il tarixli, 12848 nömrəli qərarı ilə X11 Şəhid ailəsinin üzvlərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənişi xx.xx.2022-ci il tarixdən etibarən dayandırılmış, X9 müraciətinə əsasən Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının xx.xx.2022-ci il tarixli 12848 nömrəli qərarı ilə xx.xx.2022-ci il tarixdən ona həmin təqaüd yenidən təyin olunmuşdur. İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının xx.xx.2022-ci il tarixli, 12848 nömrəli qərarını mübahisələndirərək İmişli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(036)-1343/2022 saylı qətnaməsi ilə X9 şəhid X5 vərəsə ola bilməyən valideyni hesab edilməsi barədə qətnaməsinə əsasən X9 şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünü almaq hüququndan məhrum olunduğunu və həmin təqaüdün tam şəkildə ona ödənilməli olduğunu iddia edir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının 2.1.2-ci bəndinə əsasən şəhidin valideynləri Şəhid ailə üzvləri hesab olunurlar. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli 493 nömrəli Fərmanına əsasən xx.xx.2007-ci il tarixindən “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması və ödənilməsi Qaydaları”nın 2-ci və 3-cü bəndlərinə uyğun olaraq “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nü ailə üzvlərinin - ər-arvadın, valideynlərin, 18 yaşına çatmamış və ya 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan uşaqların, uşaq evlərində tərbiyə olunan qardaş və bacıların, qanunla onları saxlayan şəxs olmadıqda baba və nənələrin, eyni zamanda şəhidin 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan uşaqları, uşaq evlərində tərbiyə olunan qardaş və bacıları tədris müəssisələrində əyani təhsil aldıqda, təhsili bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək almaq hüququ vardır. Həmin Qaydaların 6-cı bəndinə əsasən “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” hər bir şəhidə görə təyin edilir və ailə üzvlərinin sayına bərabər bölünməklə ödənilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli 493 nömrəli Fərmanına əsasən xx.xx.2007-ci il tarixindən “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” xx.xx.2006-cı il tarixli 493 nömrəli fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli, 1972 nömrəli Fərmanına əsasən sözügedən təqaüdün məbləği xx.xx.2023-cü il tarixdən 600 manata çatdırılmışdır. İş materiallarına əsasən İddiaçı xx.xx.2020-ci il tarixdən şəhid ailəsinin üzvlərinə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmiş, xx.xx.2023-cü il tarixindən 300 manat (X9 hüququ nəzərə alınmaqla) məbləğində olmaqla ödənilməkdədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Göründüyü kimi, qanunverici mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarını daxil etmiş və nəticə olaraq mülki qanunvericiliyə əsasən miras qoyanın (hazırki iş üzrə şəhidin) ölümündən sonra təyin edilən şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü miras əmlaka daxil deyildir. İmişli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(036)-1343/2022 saylı qətnaməsi ilə X9 şəhid X5 vərəsə ola bilməyən valideyni hesab edilməsinə baxmayaraq, şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün miras əmlaka daxil olmadığını və X9 şəhid ailəsi statusundan və müvafiq qanunvericiliyə əsasən valideyn hüququndan mərhum edilmiş hesab olunmadığını (bu barədə iddiaçı tərəfindən məhkəməyə heç bir dəlil-sübut təqdim olunmamışdır) nəzərə alaraq məhkəmə hesab edir ki, X11 şəhid X5 valideyni kimi Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyinatı barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 20 oktyabr 2022-ci il tarixli, 12848 saylı qərarının qəbul olunmasında qanunvericiliyin tələblərinin və iddiaçının hüquqlarının pozulması hallarına yol verilməmiş, mübahisələndirilən qərarın ləğv edilməsi tələbinin hüquqi əsası yoxdur və həmin təqaüdün tam şəkildə yenidən hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qanunamüvafiq deyildir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 20 oktyabr 2022-ci il tarixli, 12848 saylı qərarının ləğv edilməsi və İmişli Rayon Məhkəməsinin qətnaməsinin qanuni qüvvəyə mindiyi 12 sentyabr 2022-ci il tarixdən şəhid olmuş övladı X6 münasibətdə verilən ödənişlərin tam şəkildə ona yenidən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-ci, 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 20 oktyabr 2022-ci il tarixli, 12848 saylı qərarının ləğv edilməsi və İmişli Rayon Məhkəməsinin qətnaməsinin qanuni qüvvəyə mindiyi 12 sentyabr 2022-ci il tarixdən şəhid olmuş övladı X6 münasibətdə verilən ödənişlərin tam şəkildə ona yenidən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-2456/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2456/2024
03.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver