Məhkəmə qərarları › İş №2-1(120)-2457/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2457/2025

28.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2457/2025 28.07.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclasının katibi Əlişova Nuridə Əliverdi qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “Salyan rayon Qızılağac kənd İƏN-i tərəfindən tərtib edilmiş xx.xx.2002-ci ildə 01 nömrəli ölüm haqqında akt qeydində ölən şəxsin ata adının “Ələkrəm” və “Ələkbər”ə, Salyan rayon Qızılağac kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1960-cı il tarixli 20 nömrəli doğum haqqında akt qeydində ata haqqında məlumatlar qrafasında atanın atasının (baba) adının "Əkbər"dən “Ələkbər"ə düzəliş edilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması” tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Salyan rayon Qızılağac kənd İƏN-i tərəfindən tərtib edilmiş xx.xx.2002-ci ildə 01 nömrəli ölüm haqqında akt qeydində ölən şəxsin ata adının “Ələkrəm” və “Ələkbər”ə, Salyan rayon Qızılağac kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1960-cı il tarixli 20 nömrəli doğum haqqında akt qeydində ata haqqında məlumatlar qrafasında atanın atasının (baba) adının "Əkbər"dən “Ələkbər"ə düzəliş edilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1926-cı ildə Salyan rayonunun Bəydili kəndində anadan olmuş atası - X8 xx.xx.2002-ci ildə Salyan rayonunun Bəydili kəndində vəfat etmişdir. Onun ölümü Salyan rayon Qızılağac kənd İƏN-i tərəfindən xx.xx.2002-ci ildə 01 nömrəli aktla dövlət qeydiyyatına alınmışdır. Mərhum atasının adına verilmiş ölüm haqqında ilkin şəhadətnamənin itməsi ilə əlaqədar Cavabdehnə müraciət edərkən məlum olmuşdur ki, doğumu haqqında Salyan rayon Qızılağac kənd icra nümayəndəliyinin xx.xx.1960-cı il tarixli 20 nömrəli akt qeydində və verilmiş şəhadətnamədə atasının atasının (babasının) adı "Ələkbər" olduğu halda "Əkbər”, Qızılağac icra nümayəndəliyinin xx.xx.2002-ci ildə 01 nömrəli akt qeydində isə mərhum atası Əzizov Cahangirin ata adı "Ələkrəm" yazılmışdır. Digər tərəfdən də doğumunda baba adına, mərhum atasının ölüm sənədində isə ata adına düzəliş edilməsi ilə bağlı tələbi Cavabdeh tərəfindən təmin edilməmişdir. Düzəliş olunmasını tələb etdiyi Qızılağac icra nümayəndəliyinin ölüm sənədində atasının atasının (babası Əzizov Cahangirin) adı Ələkrəm oğlu, 1926-cı il təvəllüdlü və Qızılağac icra nümayəndəliyinin Bəydili kənd ərazisində yaşaması qeyd edilmişdir. Bəydili kənd ərazisində isə atası Əzizov Cahangirdən başqa bu adda başqa şəxs olmamış və onun atasının adı Ələkbər olmuşdur. Göstərdiyi bu fakt həm də Qızılağac icra nümayəndəliyi tərəfindən verilmiş arayışda da öz təsdiqini tapmışdır. Həmçinin Milli Arxiv İdarəsinin Salyan filialından verilmiş arayışda da atası X8 ilə anası X1 xx.xx.1946-cı ildə nikaha daxil olduqları qeyd edilmiş və həmin nikah Qızılağac icra nümayəndəliyində rəsmiləşdirilmişdir. Həmçinin qardaşları Ələkbər və Ələsgər, bacısı Zöhrə və digərlərinin doğum sənədlərində valideynlərinin X8 ilə X18 olması öz təsdiqini tapır. Bundan başqa Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(057)-111/2024 nömrəli qətnaməsi ilə xx.xx.1996-cı ildə vəfat etmiş bibisi- X4 ilə xx.xx.2002-ci ildə vəfat etmiş atası-X2 bacı-qardaş olması faktı müəyyən edilmişdir. İddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı və Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmişdir və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçı və Cavabdeh nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Əlavə olaraq bildirilir ki, hazırki işin məhkəmə aidiyyəti müəyyən edilərkən 2 ərizə növü fərqləndirilməlidir. Birincisi, qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə; ikincisi, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqan tərəfindən qeydə düzəliş edilməsindən imtina olması ilə bağlı maraqlı şəxslə həmin orqan arasında olan mübahisə üzrə ərizə. birinci, ərizəyə ümumi məhkəmədə, ikinci ərizəyə isə inzibati məhkəmədə baxılmalıdır. Bu barədə izah “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Ali Məhkəmənin Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 9.1-ci bəndində də verilib. Hazırki ərizə 2ci növ ərizəyə aiddir, çünki iddiaçı ilə qeydiyyat orqanı arasında mübahisə yaranmışdır. 1ci növə aid olan ərizə o zaman verilir ki, belə mübahisə olmasın. İddia ərizəsindən də görünür ki, iddiaçı qeydin düzgün olmamasının müəyyən edilməsini deyil, qeydə düzəliş edilməsi öhdəliyinin qeydiyyat orqanının üzərinə qoyulmasını tələb edib. Bu baxımdan, hazırkı mübahisə inzibati mübahisə hesab edilir. Bundan başqa nəzərə alınmalıdır ki, oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi də bu növ iddialara baxılmasının inzibati məhkəmələr tərəfindən həyata keçirildiyini nəzərdə tutur. (Bax: Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)- 360/2022 saylı, xx.xx.2022-ci il tarixli) İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İşdə olan iddiaçının şəxsiyyət vəsiqəsinin surətindən və iş materiallarından görünür ki, İddiaçı xx.xx.1960-cı il tarixdə anadan olmuş, Salyan rayonu, Bəydili kəndində qeydiyyatdadır. İşdə olan Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-ci il tarixli arayışlarda göstərilmişdir ki, X4 xx.xx.1996-ci il tarixli 15 nömrəli ölüm akt qeydi və X9 xx.xx.2002-ci il tarixli, 01 nömrəli ölüm akt qeydləri Cavabdeh tərəfindən tərtib olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Dövlət Salyan Arxiv İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-48 DA/9F-2-564/2024 nömrəli arayışında X7 ilə X1 xx.xx.1946-cı il tarixli 07 nömrəli nikah akt qeydi ilə nikahlarının bağlanması haqqında məlumat aşkar olunmuşdur. İşdə olan Salyan rayon Qızılağac Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 178 nömrəli arayışında İddiaçı (Şəxsiyyət vəsiqəsi AZENQ06096669 , Salyan RPŞ 03 08 2011 . FİN: 0VA5H6F) ondan ötəri ki . həqiqətən də onun bibisi İbrahimova Darayı Ələkbər qızı 08 noyabr 1996-ci il tarixində vəfat etmişdir. Faktiki olaraq ondan qalmış miras İddiaçı tərəfindən qəbul edilərək həyətyanı və bütün pay torpaq sahəsininin vergi və digər borcları ödənilmişdir Mərhumun dəfn və yas mərasimiləri üçün xərclər də İddiaçı Canangir oğlu tərəfindən ödənildiyi bildirilir. İşdə olan Cavabdeh xx.xx.2024-cü il tarixli, 3-16-5/8-15-Ə-96/2024 nömrəli imtina məktubundan görünür ki, Salyan rayon Qızılağac kənd icra nümayəndəliyi tərəfindən X3 adına tərtib edilmiş xx.xx.2002-ci il tarixli 01 nömrəli ölüm haqqında akt qeydində ölən şəxsin ata adının “Ələkrəm”-dən “Ələkbər”-ə, doğumu haqqında Salyan rayon Qızılağac kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1960-cı il tarixli 20 nömrəli akt qeydində ata haqqında məlumatlar qrafasında atanın atasının (baba) adının “Əkbər”-dən “Ələkbər”-ə düzəliş edilməsi və yeni şəhadətnamə verilməsi barədə müraciətinə Cavabdehndə baxılmışdır. Müəyyən olunmuşdur ki, Salyan rayon Qızılağac kənd icra nümayəndəliyinin xx.xx.2002-ci il tarixli 01 nömrəli ölüm haqqında akt qeydində ölən şəxsin tam adı X9 qeyd edilmiş və həmin akt qeydinin üzərində hər hansı dəyişiklik edilməsi barədə heç bir qeyd aparılmamışdır. “Ələkrəm” və “Ələkbər” adları tamamilə fərqli adlar olduğundan bu şəxslərin inzibati icraat qaydasında eyniləşdirilməsi mümkünsüzdür və belə olduğu halda ölüm haqqında akt qeydinə müvafiq dəyişiklik edilməsi tələbi şöbədə başlanılmış inzibati icraat üzrə təmin oluna bilməz. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyətiaktlarınınqeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaların 1-ci bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi qeydiyyat şöbələri tərəfindən həyata keçirilir. Göründüyü kimi müvafiq normalarda, kifayət qədər əsasların olması vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinin mümkünlüyünü şərtləndirən imperativ qaydalardan biri kimi təsbit edilmişdir. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.8.1.-ci bəndinə əsasən öz aralarında nikahda olan ata və ana doğum haqqında aktın qeydində və doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Uşağın atası və ya anası kimi qeyd olunmuş şəxsin həmin qeydiyyat barədə məlumatı olduqda və ya məlumatı olması yəqin edildikdə, o, həmin qeydiyyata dair məhkəmə qaydasında iddia verə bilər. Həmin Qaydanın 2.8.2,-ci bəndinə görə valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.9.-cu bəndinə əsasən bu Qaydanın 2.8.1 və 2.8.2-ci yarımbəndlərinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mühasibə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Doğumu haqqında Salyan rayon Qızılağac kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1960-cı il tarixli 20 nömrəli akt qeydində ata haqqında məlumatlar qrafasında atanın atasının (baba) adı "Əkbər”, ata haqqında qeydin əsasları qrafasında valideynlərin nikahının xx.xx.1946-cı ildə Qızılağac icra nümayəndəliyi tərəfindən 04 nömrəli aktla qeydə alındığı qeyd edilmiş, X22 filialının xx.xx.2024-cü il tarixli arayışında isə Əzizov Cahangir Əliəkbər oğlu ilə X1 nikahının xx.xx.1946-cı ildə 7 nömrəli aktla rəsmiləşdirildiyi qeyd edilmişdir. Göstərilənlərə əsasən “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaların 8-ci bəndini rəhbər tutaraq, Salyan rayon Qızılağac kənd icra nümayəndəliyi tərəfindən X3 adına tərtib edilmiş xx.xx.2002-ci il tarixli 01 nömrəli ölüm haqqında akt qeydində ölən şəxsin ata adının “Ələkrəm” dən “Ələkbər” ə, doğumu haqqında Salyan rayon Qızılağac kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1960-cı il tarixli 20 nömrəli akt qeydində ata haqqında məlumatlar qrafasında atanın atasının (baba) adının “Əkbər”dən “Ələkbər”ə düzəliş edilməsi və yeni şəhadətnamə verilməsi tələbinin icrasından imtina olunduğu bildirilir. İşdə olan Salyan rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(057)-111/2024 nömrəli qətnaməsinə əsasən, ərizəçi İddiaçı maraqlı şəxs Salyan Regional "Asan Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı 07 noyabr 2002-ci il tarixdə ölmüş X2 və 08 noyabr 1996-cı ildə ölmüş İbrahimova Darayı Ələkbər qızının arasında qohumluq münasibətlərinin, yəni həmin şəxsin onun bacısı olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə, 08 noyabr 1996-cı il tarixdə ölmüş X4 ilə 07 noyabr 2002-ci il tarixdə ölmüş X8 arasındakı qohumluq münasibətləri, yəni mərhum X4 ilə X2 bacı-qardaş olması faktı müəyyən edilmişdir. İşdə olan Cavabdeh xx.xx.2025-ci il tarixli, 3-16-5/7-13-77/25 nömrəli məktubuna əsasən, İddiaçı müraciəti, baxılmasının nəticəsi və xx.xx.1926-cı il təvəllüdlü X19 (Ələkrəm) oğlunun doğumu və ölümü haqqında akt qeydlərinin, həmin qeydlərin tərtib olunmasına əsas olmuş sənədlərin, sonuncunun yaxın qohumları (ata, ana, bacı və qardaşları)nın doğumu haqqında akt qeydlərinin təsdiq olunmuş surətlərinin göndərilməsi istənilmişdir. Sorğuya cavab olaraq iddiaçının doğumu haqqında akt qeydinin, müraciəti və baxılmasının nəticəsi barədə təsdiqedici sənədlərin surəti və X3 adına Qızılağac kənd İƏN-i tərəfindən tərtib edilmiş xx.xx.2002-ci il tarixli 01 nömrəli ölüm haqqında akt qeydinin təsdiq olunmuş surəti göndərilir. “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üzrə kargüzarlığın aparılması qaydası haqqında Təlimafın 15N°-li əlavəsinə əsasən ölüm haqqında tibbi şəhadətnamələrin saxlanma müddəti 1 (bir) il, ölən şəxslərin şəxsiyyətini təsdiq edən sənədlərin daxili işlər orqanlarının və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumlarına təhvil verilməsi barədə siyahıların saxlanma müddəti 3 (üç) il müəyyən olunduğu üçün sorğu məktubunun ölüm haqqında akt qeydinin tərtib olunmasına əsas olmuş sənədlərin göndərilməsinə dair hissədə icrası mümkünsüzdür. Eyni zamanda “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində 1926-cı il təvəllüdlü X19 (Ələkrəm) oğlunun doğumu haqqında akt qeydi aşkar olunmadığı üçün həmin şəxsin yaxın qohumları (ata,ana, bacı və qardaşları)nı müəyyən etmək mümkün olmamışdır.Hazırda Cavabdeh arxivində saxlanılan akt qeydləri kitabları 1949-cu il və sonrakı dövrü əhatə edir,əvvəlki illərə aid akt qeydləri kitabları saxlanma müddətinə dair tələbə əsasən X22 filialına təhvil verilmişdir. İşdə olan 01 saylı, xx.xx.2002-ci il tarixli ölüm haqqında akta əsasən, X9 xx.xx.2002-ci il tarixdə kəskin tənəffüs çatışmazlığından vəfat etmişdir. İşdə olan 20 saylı, xx.xx.1960-cı il tarixli doğum akt qeydinə əsasən, İddiaçı xx.xx.1960-cı il tarixdə anadan olmuşdur, atası X14, anası X18 qeyd edilmişdir. İşdə olan Salyan rayon Polis şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-13-104/2-3571/25 nömrəli məktubundan görünür ki, Salyan rayonu Bəydili kəndində anadan olmuş xx.xx.1926-cı il təvəllüdlü mərhum X2 barəsində Salyan rayon PŞ-də heç bir təqsirləndirici material qeydə alınmamışdır. Məlumat üçün bildirilir ki,vətəndaş X8 şəxsiyyət vəsiqəsi almadığından sonuncunun fərdi uçot kartoçkasının surətini təqdim etmək mümkün olmamışdır. İşdə olan Salyan rayoni İHB-nın Qızılağac kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, mərhum X8 xx.xx.1926-cı il tarixində Salyan rayonu Qızılağac kəndində doğulmuş və həmin ərazinin Bəydili kəndində yaşamışdır. Heç bir təhsil almamışdır. Ərazidə yaşadığı müddətdə o, X8 adı ilə tanımış və həmin adla ona müraciət edilmişdir. Salyan rayonu Bəydili kənd sakini X10 ilə rəsmi nikaha daxil olmuş və həmin nikahdan aşağıda adları qeyd olunan İddiaçı, X5, X11, X13, X12 övladları olmuşdur. X8 1965-ci ilə kimi Salyan rayonu Bəydili kəndində, sonar isə Şirvan (Əlibayramlı) şəhərinə köçərək yenidən ailə həyatı quraraq orada yaşamışdır. İşdə olan Cavabdeh xx.xx.2025-cil tarixli sorğuya cavab olaraq bildirir ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci il tarixədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və 1926-cı il təvəllüdlü X19 (Ələkrəm) oğlunun doğumu haqqında akt qeydi aşkar olunmamışdır. Digər tərəfdənhəmin şəxsin doğumu haqqında akt qeydi aşkarlanmadığı üçün onun yaxın qohumlarını (ata, ana, bacı və qardaşlarını) müəyyən etmək mümkün olmamışdır. Hazırda Cavabdeh arxivində saxlanılan akt qeydləri kitabları 1949-cu il və sonrakı dövrü əhatə edir, əvvəlki illərə aid akt qeydləri kitabları saxlanma müddətinə dair tələbə əsasən X22 filialına təhvil verilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının hazırki iddia tələbini irəli sürməkdə əsas məqsədi ölüm haqqında akt qeydində və doğum akt qeydində düzəlişlərin edilməsidir ki, bu zaman məhkəmə, ölüm və doğum haqqında akt qeydində səhvələrə yol verilib-verilməməsini müəyyən etməli və bu istiqamətdə qiymətləndirməni aşağıdaki qanunvericiliyin müddəaları əsasında həyata keçirməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Məhkəmə tərəfindən iddiaçının qardaşı X6 məxsus AZ-İİ seriyalı, 096382 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1956-cı il tarixdə Salyan rayonu, Qızılağac kəndində anadan olmuşdur. Təqdim edilmiş sənəddə şəxsin ata adı “X8” kimi qeyd edilmişdir. mərhum X8 xx.xx.1926-cı il tarixində Salyan rayonu Qızılağac kəndində doğulmuş və həmin ərazinin Bəydili kəndində yaşamışdır. Heç bir təhsil almamışdır. Ərazidə yaşadığı müddətdə o, X8 adı ilə tanımış və həmin adla ona müraciət edilmişdir. Salyan rayonu Bəydili kənd sakini X10 ilə rəsmi nikaha daxil olmuş və həmin nikahdan aşağıda adları qeyd olunan İddiaçı, X5, X11, X13, X12 övladları olmuşdur. X8 1965-ci ilə kimi Salyan rayonu Bəydili kəndində, sonar isə Şirvan (Əlibayramlı) şəhərinə köçərək yenidən ailə həyatı quraraq orada yaşamışdır və orada da vəfat etmişdir. Məhkəmə qeyd edir ki, qanunvericilikdə ölüm və doğum haqqında akt qeydlərində düzəlişlərin edilməsi və yeni ölüm və doğum haqqında şəhadətnamələrin verilməsi barədə qadağanedici norma mövcud deyildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 26.5.Fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 159.2.Müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 160.1.Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 166.1.Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 166.3.Doğum haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə məlumat informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 168.1.Doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın: 1.1.Bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri (bundan sonra – müvafiq olaraq "Qeydiyyat şöbəsi", "konsulluq idarəsi, "icra hakimiyyətinin nümayəndəliyi") tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasını müəyyən edir. 1.4. Qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nigahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 2.1.Doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. 2.2. Doğumun qeydə alınması üçün uşağın valideyni, qəyyumu, himayəçisi və ya onların notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxs qeydiyyat şöbəsinə, konsulluq idarəsinə, icra hakimiyyətinin nümayəndəliyinə müraciət edirlər.Doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri, şəxsiyyət vəsiqəsinin nömrəsi və verilmə tarixi) Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki tibb müəssisəsi tərəfindən dərhal İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə, digər tibb müəssisəsi tərəfindən isə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ötürülür. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən həmin məlumat informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ananın yaşayış yeri üzrə qeydiyyat şöbəsinə ötürülür. 8.1. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyində dövlət qeydiyyatına alınır. 8.2. Ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ölümün baş verdiyi yer üzrə qeydiyyat şöbəsinə ötürülür. 8.3. Ölüm haqqında məlumatın Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə tibb müəssisəsi, həmin məlumatın EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin vəzifəli şəxsləri qanunla müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. 8.14. Ölüm qeydə alındıqdan sonra ölüm haqqında şəhadətnamə ölən şəxsin müraciət etmiş yaxın qohumlarına təqdim olunur. Ölüm haqqında şəhadətnamənin tarixi və nömrəsi barədə məlumatlar ölüm haqqında akt qeydinin 16-cı qrafasına əlavə edilir. 11.1. İcra hakimiyyətinin nümayəndəliyi hər ayın 2-dən gec olmayaraq hesabatla birlikdə doğum, nikah və ölüm haqında akt qeydlərinin birinci və ikinci nüsxələrini, tibb müəssisəsinin sənədini, həkim və feldşer arayışlarını əlavə etməklə, müvafiq rayonun Qeydiyyat şöbəsinə təqdim edir. 12.7. Uçot kitabları dəqiq və aydın doldurulur, buraxılmış səhvlər müvafiq qeydlərdə düzəldilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın: 1.Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.

2. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır.

3. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: -vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə;

5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir.

8. Ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir.

9. Bu əsas müddəaların 4-cü bəndində sadalanan sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi toplanmış bütün materiallarla birlikdə icra üçün müvafiq qeydin olduğu yerdəki qeydiyyat şöbələrinə və ya konsulluq idarələrinə 3 gün müddətində göndərilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi məhkəmənin qərarı əsasında aparıldıqda, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi tələb olunmur.

10. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 195.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır. Şərh olunan qanunvericiliyin və normativ hüquqi aktların müddəalarından görünür ki şəxsin ölümü müvafiq olaraq qeydə alınır və ölüm haqqında akt qeydi ilə rəsmiləşdirilir. Qeyd olunmalıdır ki, əgər ölüm haqqında akt qeydində səhvə yol verilərsə bu səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Yuxarıda göstərilənləri hazırki iddiaya tətbiq etdikdə görünür ki, iddiaçının mərhum atasının ölüm haqqında akt qeydində və iddiaçının öz doğum akt qeydində onun ata adı qrafasında həqiqətən də səhvlərə yol verildiyi müəyyən olunur. Belə ki, məhkəmənin sorğusuna cavab olaraq iddiaçının atasının ölümü barədə tərtib olunmuş akt qeydinin və özünün doğum akt qeydinin təsdiq edilmiş surəti məhkəməyə təqdim olunmuşdur. Həmin akt qeydlərinin təhlili zamanı müəyyən olunmuşdur ki, iddiaçının mərhum atasının ata qrafasında yanlışlığa yol verilərək “Ələkrəm” kimi qeyd aparılmışdır. Həmçinin iddiaçının öz doğum akt qeydində ata qrafasında X2 atasının adı (yəni iddiaçının babasının adı) “Əkbər” kimi göstərilmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının mərhum atasının ölüm haqqında akt qeydində iddiaçının mərhum atasının ata adının səhv yazıldığı müəyyən olunduğundan və bu halı təsdiq edən kifayət qədər dəlillər olduğundan iddiaçının mərhum atasının ölüm haqqında akt qeydində düzəlişlərin edilməsindən imtina edilməsi və həmçinin iddiaçının doğum akt qeydində uşağın atası barədə məlumatlarda iddiaçının atasının atası barədə qeydə düzəliş edilməsi ilə bağlı cavabdehin imtinası əsassızdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Salyan rayon Qızılağac kənd İƏN-i tərəfindən tərtib edilmiş xx.xx.2002-ci ildə 01 nömrəli ölüm haqqında akt qeydinə düzəliş edilsin, cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdeh üzərinə ata adı “Ələkrəm” kimi göstərilmiş X2 ata adı qrafasına düzəliş edilərək “Ələkbər” kimi qeyd edilməklə, yeni ölüm haqqında şəhadətnamə verilməsi öhdəliyi qoyulsun. İddiaçı barəsində xx.xx.1960-ci il tarixdə tərtib edilmiş 20 nömrəli doğum haqqında akt qeydində düzəliş edilsin, cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdeh üzərinə uşağın ata qrafasında adı “Əkbər” kimi göstərilmiş uşağın atası X2 ata adı qrafasına düzəliş edilərək «Ələkbər» kimi qeyd edilməklə, yeni doğum haqqında şəhadətnamə verilməsi öhdəliyi qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər. Hakim: Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar