Məhkəmə qərarları › İş №2-1(120)-246/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-246/2024

10.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-246/2024 10.06.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Abdullayev Cavid Tariyel oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reablitasiya Agentliyinə qarşı “xx.xx.2022-ci il tarixli, **********2 nömrəli qərarın ona aid olan hissədə qismən ləğv edilməsi və ona 61-80 faiz aralığında əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə müraciət edərək, “əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə “X8” X22 üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək və iddianın dəyişdirilərək “ona təyin edilmiş ikinci dərəcə əlilliyin dayandırıldığı vaxtdan bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2022-ci il tarixli, **********2 nömrəli qərarın ona aid olan hissədə qismən ləğv edilməsi və ona 61-80 faiz aralığında əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 20 aprel 2007-ci il tarixdə Saatlı rayon Hərbi Komissarlığı tərəfindən həkim müayinəsindən keçərək, tam sağlam şəkildə hərbi xidmətə yollanmış, hərbi xidmət dövrünün altıncı ayında, yəni 2007-ci ilin sentyabr ayında xəstəliyi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalına müalicəyə göndərilmiş, Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalı HHK-nın xx.xx.2008-ci il tarixli, 20 saylı qərarı ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 2000-ci il 24 mart 95 saylı əmri ilə təsdiq edilən “Xəstəliklər cədvəlinin 2 “C” maddəsinin İİ qrafasına əsasən, dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövrü məhdud yararlı kimi evə buraxılmışdır. Evdə olduğu müddət ərzində mütəmadi olaraq çoxsaylı müalicələr almış, xəstəxanalarda yatmağına və müxtəlif növ müayinələrdən keçməsinə dair çıxarış, epikriz, müayinə protokolu, digər sənədlər mövcuddur. 2008-2016-cı illər ərzində hər il yoxlama komissiyasından keçmiş, 2016-cı ilin noyabr ayında sonuncu dəfə illik vəziyyətinin yenidən qiymətləndirilməsi ilə bağlı Bakı şəhərində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyində müayinədən keçmişdir. 2016-2021-ci ilin noyabr ayına qədər Bakı şəhər 4 saylı X16də, Şirvan MRX, X20 Xəstəliklər İnstitutunda, o cümlədən Saatlı MRX-də müalicələr almışdır. Xidməti əlliliyi ilə bağlı pensiya alırdı, lakin 2021-ci ilin noyabr ayında hərbi xidməti dövrlə əlaqədar aldığı pensiya dayandırılmışdır. Bu səbəbdən də Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etməli olmuş, Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi haqqında Nizamnaməyə uyğun olaraq, agentlik strukturuna daxil olan tibbi-sosial ekspertiza komissiyaları vasitəsi ilə əlilliyin qiymətləndirməsini həyata keçirən, əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. xx.xx.2022-ci ildə adıçəkilən Agentlikdə müayinədən keçmiş, belə ki, Agentlik heç bir müayinə aktı təqdim etmədən təqdim etdiyi tibbi sənədlər və Agentliyin keçirdiyi əyani müayinənin nəticəsi olaraq şifahi formada “Diaqnoz əlillik əlaməti müəyyən etmir” qərarı qəbul edilmişdir. Əlilliyinin təyin olunması məsələsində bunu əsaslı hesab etmir və elə bu səbəbdən də məhkəməyə müracət etməli olmuşdur. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qərar qəbul edilmiəsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi sərəncama münasibət barədə məktubla bildirmişdir ki, iddiaçının əlillik vəziyyətinə Saatlı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2018-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar, X3: İ Sinif - Bəzi infeksion və parazitar xəstəliklər -> A15-A19 - Vərəm => A15 - Tənəffüs orqanlarının bakterioloji və histoloji təsdiq edilmiş vərəmi => A15.3 - Ağ ciyər vərəmi, dəqiqləşdirilməmiş üsull...; Diaqnozun mətni: Sol aq ciyərin infiltrativ vərəmi infiltrasiya mər. VMB (-) TÇ-İİ dər.; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.5. Ağciyərlərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, intoksikasiya əlamətləri ilə” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Saatlı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Hərbi xidmət dövrü ilə əlaqədar; X3: İ Sinif - Bəzi infeksion və parazitar xəstəliklər => A15-A19 - Vərəm => A15 - Tənəffüs orqanlarının bakterioloji və histoloji təsdiq edilmiş vərəmi => A15.3 - Ağ ciyər vərəmi, dəqiqləşdirilməmiş Üsull...; Diaqnozun mətni: Sol ağ ciyərin infiltrativ vərəmi infiltrasiya mər. VMB (-) TÇ-İİ dər; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.5. Ağciyərlərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, intoksikasiya əlamətləri ilə” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Saatlı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Hərbi xidmət dövrü ilə əlaqədar; X3: İ Sinif - Bəzi infeksion və parazitar xəstəliklər => A15-A19 - Vərəm => A16 - Tənəffss orqanlarının vərəmi, bakterioloji və ya histoloji təsdiq edilməmiş => A16.0 - Ağ ciyər vərəmi, bakterioloji və hi...; Diaqnozun mətni: Sol ağ ciyərin infiltrativ vərəmi, infiltrasiya mərhələsində.Sağ tərəfli eksudativ flebritlə fəsadlaşma.Xroniki respirator çatmamazlıq, TÇ İİ dərəcə.; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.5. Ağciyərlərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, intoksikasiya əlamətləri ilə” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron Təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X3: İ Sinif - Bəzi infeksion və parazitar xəstəliklər => A15-A19 - Vərəm => A16 - Tənəffss orqanlarının vərəmi, bakterioloji və ya histoloji təsdiq edilməmiş => A16 0 Ag ciyər vərəmi, bakterioloji və hi...; Diaqnozun mətni: Sol ağ ciyərin infiltrativ vərəmi, infiltrasiya mərhələsində. Sağ tərəfli eksudativ flebritlə fasadlaşma. Xroniki respirator çatmamazlıq. TÇ İİ dərəcə.; Meyar: 2.2. İkinci dərəcə əlillik=> 2.2.5. Ağciyərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, intoksikasiya əlamətləri ilə” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Sabirabad Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli, 0311003AAU80 saylı göndərişi əsasında baxılmış və “X3: İ Sinif - Bəzi infeksion və parazıtar xəstəliklər => A15-A19 - Vərəm => A16 - Tənəffss orqanlarının vərəmi, bakterioloji və ya histoloji təsdiq edilməmiş => A16 0 Ag ciyər vərəmi, bakterioloji və hi...; Diaqnozunmətni: Ağ ciyər vərəmi, bakterioloji və histoloji müayinələrin nəticələri mənfi olmaqla, Ağ ciyərlərin fibrozkovernoz vərəmi infiltrasiya mərhələsi VMB (-) mənfi; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Mütəxəssis rəyləri.xəstənin azırkı vəziyyəti,əsas xəstəliyin ağırlaşmalarını təsdiq edən müayinələr dəqiqləşdirilsin və ətraflı qeyd olunsun” səbəbi ilə imtina verilmişdir. Sabirabad Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli, 0311003AAU80 saylı təkrar göndərişi, xx.xx.2022-ci il tarixli müayinə aktı əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X3: İ Sinif - Bəzi infeksion və parazıtar xəstəliklər => A15-A19 - Vərəm => A16 - Tənəffss orqanlarının vərəmi, bakterioloji və ya histoloji təsdiq edilməmiş => A16.0 - Ağ ciyər vərəmi, bakterioloji və hi...; Diaqnozun mətni: Ağ ciyər vərəmi, bakterioloji və histoloji müayinələrin nəticələri mənfi olmaqla, Ağ ciyərlərin fibrozkovernoz vərəmi infiltrasiya mərhələsi VMB (-) mənfi; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir” səbəbi ilə imtina verilmişdir. Göründüyü kimi, İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin 0311003AAU80 nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və göndəriş natamam doldurulduğundan müvafiq qeyd olunarac geriyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılarac müəvvən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Dövlə Sərhəd Xidmətinin Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2008-ci il tarixli 2 nömrəli X9 verilmişdir. Həmin şəhadətnaməd «Sağtərəfli ekssudativ plevritlə fəsadlaşmış sol ağ ciyərin yuxarı payının ocaq vərəmi, sorulma və bərkimə mərhələsində. BK(-) mənfi.” diaqnozlu xəstəliy səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin müayinəsi zamanı şikayətləri: döş qəfəsinin sağ yarısında ol. ağrıdan, təngənəfəslikdən, öskürəkdəndir. Obyektiv müayinədə, huşu aydınc normostenik bədən qurluşludur, dərialtı piy təbəqəsi orta dərəcədə inkişaf edib, bo 190 sm çəkisi 77kq, BKİ-21,3.-dür. Dəri və görünən selikli qişaları rəngi adı< Tənəffüsü hər iki tərəfdə sərbəstdir, auskultasiyada ağ ciyərlər üzərində vezikulyar tənəffüs eşidilir, perkutor səs hər iki tərəfdə aydındır. Urək tonları aydındır. Dili nəm, təmizdir, qarnı yumşaq, ağrısızdır.Təqdim etdiyi tibbi sənədlərə əsasən 2008-ci ildən bu qünə kimi bir dəfə ixtisaslaşmış stasionar müalicə almışdır (Bakı Şəhər 4 saylı X16, XTÇ 939, xx.xx.2021-ci il tarixli). X21 Xəstəlikləri istitutunun xx.xx.2021-ci il tarixli 2160 nömrəli Spirometriya müayinəsinin “Qarışıq tipli əhəmiyyətli ventilasiya pozğunluğu qeyd olunur” kimi qeyd olunmuşdur. Anamnestik məlumatlara, obyektiv müayinələrin nəticələrinə əsaslanıb, X9də göstərilən “Sağtərəfli ekssudativ plevritlə fəsadlaşmış sol ağ ciyərin yuxarı payının ocaqlı vərəmi, sorulma və bərkimə mərhələsində. BK(-) mənfi” ağırlaşmaları əlillik təyinatına əsas vermir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarlarf’na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1 -ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbisosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı- ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul etməyinizi xahiş etmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin və “X8” X18 nümayəndələri məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin və “X8” X18 nümayəndələrinin iştirakları olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və X7-sosial ekspert komissiyasının xx.xx.2022-ci il tarixli, **********2 nömrəli qərarından görünür ki, Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyası (bundan sonra - Komissiya) xx.xx.2022-ci il tarixdə aşağıda adı göstərilən 42 nəfər vətəndaşın əlilliyinin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir: 1 .Quba rayon sakini xx.xx.1987-ci il təvəllüdlü X4 (FİN:4V0ZXUD) əlillik vəziyyəti tibb müəssisəsinin 0244003AAP8R nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacı olması barədə qərarı verilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, E.Allahverdiyevə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2006-cı il tarixli 2356 nömrəli X9 verilmişdir. Həmin şəhadətnamədə “Qanaxma ilə fəsadlaşmış və qidalanma zəifliyi (BÇİ-16,8) ilə müşayiət olunan, fasiləsiz residiv gedişli, xroniki qeyri-spesifik xoralı kolit, natamam remissiya mərhələsində, həzm funksiyasının mülayim dərəcədə pozulması ilə. Hər iki gözün makulodistrofiyası nəticəsində görmə itiliyinin 0.3-ə qədər ( korreksiya olunmur) azalması” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin obyektiv müayinəsində şikayətləri: qarın nahiyəsində yayılmış ağrının və defekasiya aktı zamanı nəcisdə qan izlərinin olmasındandır. Hal-hazırda vəziyyəti aktiv, suallara adekvat cavab verir. Dərisi və görünən selikli qişaları təmizdir. Dərialtı piy toxuması kafi inkişaf edib, boyu-167 sm, çəkisi-67 kq, BKİ-23,3-dir.Tənəffüsü sərbəstdir. Ürək tonları aydındır. Dili nəm, ərplidir, qarnı yumşaq, ağrısızdır, qaraciyər və dalaq böyüməyib, köp izlənilmir. Müayinə zamanı vətəndaş pampersdə idi və pampersdə al qan izləri görünürdü. Anamnestik, klinik məlumatlarda və təqdim olunmuş tibbi sənədlərdə xəstəliyi ilə əlaqədar cərrahi əməliyyat keçirməməsi müəyyən edilmiş, pampers istifadəsinə göstəriş olan anal sfinkter çatışmalığı aşkarlanmamış, pampersdə izlənən qan izləri düz bağırsağın distal hissəsinin zədələnməsi xüsusiyyəti kimi qiymətləndirilərək, hərbi şəhadətnamədə göstərilən əsas xəstəliyin ağırlaşması kimi dəyərləndirilməmişdir. İxtisaslaşmış instrumental və laborator müayinələr təqdim edilməmişdir, hazırkı qanaxmanın etiologiyasının dəqiqləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq müalicənin davam etdirilməsi barədə qərar qəbul edilmişdir. Xocavənd rayon sakini xx.xx.1995-ci il təvəllüdlü X5 (FİN:6CGXML6) əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmişdir, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Komissiyası tərəfindən xx.xx.2008-ci il tarixli 222 nömrəli X9 verilmişdir. Həmin şəhadətnamədə “Sağ ağ ciyərin yuxarı payının infiltrativ vərəmi, sorulma mərhələsində Xroniki obstruktiv bronxit. Ağciyər-ürək çatışmazlığı İİ dərəcə" diaqnozlu əliyin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi müyyənləşdirilmişdir. Hərbi qərarın əsli təqdim edilməyib. Xəstənin müayinəsi zamanı şikayətləri: təngənəfəslikdən, öskürəkdən, bəlğəmdə ara bir qan inin olmasındandır. Obyektiv müayinədə, huşu aydındır, normastenik bədən qurluşludur, dərialtı :əbəqəsi orta dərəcədə inkişaf edib, boyu- 170 sm, çəkisi-53 kq, BKİ- 18,3-dür. Görünən selikli lari adi rəngdədir. Sağ qoltuqaltında köndələn istiqamətdə əməliyyat çapığının izi qeyd olunur, əffüsü hər iki tərəfdə sərbəst ötürülür. SpO2-96%. Auskultasiyada hər iki ağ ciyərin üzərində kulyar tənəffüs eşidilir. Ürək tonları aydındır. Ps-143 vurğudur. Dili nəm, təmizdir, qarnı yumşaq, sızdır. Anamnestik məlumatlara, obyektiv və instrumental müayinələrin nəticələrinə əsasən əlillik ıatına əsas verən xroniki tənəffüs çatışmazlığı əlamətləri qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 irəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması arlarına dair Əsasnamə” yə uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Saatlı rayon sakini xx.xx.1989-cu il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0311003AAU80 nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və göndəriş natamam doldurulduğundan müvafiq qeyd araq geriyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən du ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Dövlət Sərhəd Xidmətinin Hərbi im Komissiyası tərəfindən xx.xx.2008-ci il tarixli 20 nömrəli X9 mişdir. Həmin şəhadətnamədə “Sağtərəfli ekssudativ plevritlə fəsadlaşmış sol ağ ciyərin arı payının ocaqlı vərəmi, sorulma və bərkimə mərhələsində. BK(-) mənfi.” diaqnozlu əliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müyyənləşdirilmişdir. Xəstənin müayinəsi zamanı şikayətləri: döş qəfəsinin sağ yarısında olan ağrıdan, ənəfəslikdən, öskürəkdəndir. Obyektiv müayinədə, huşu aydındır, normostenik bədən jşludur, dərialtı piy təbəqəsi orta dərəcədə inkişaf edib, boyu 190 sm, çəkisi 77kq, BKİ-21,3.- Dəri və görünən selikli qişaları rəngi adidir. Tənəffüsü hər iki tərəfdə sərbəstdir, auskultasiyada :iyərlər üzərində vezikulyar tənəffüs eşidilir, perkutor səs hər iki tərəfdə aydındır. Ürək tonları ndır. Dili nəm, təmizdir, qarnı yumşaq, ağrısızdır.Təqdim etdiyi tibbi sənədlərə əsasən, 2008-ci ı bu günə kimi bir dəfə ixtisaslaşmış stasionar müalicə almışdır (Bakı Şəhər 4 saylı Vərəm hinə Dispanser, XTÇ 939, xx.xx.2021 -ci il tarixli). Elmi X11 İstitutunun xx.xx.2021-ci il tarixli 2160 nömrəli Spirometriya müayinəsinin nəticəsi “Qarışıq tipli əhəmiyyətli ilvasiva pozğunluğu qeyd olunur” kimi qeyd olunmuşdur. Anamnestik məlumatlara, obyektiv yinələrin nəticələrinə əsaslanıb, X9də göstərilən “Sağtərəfli ekssudativ plevritlə fəsadlaşmış sol ağ ciyərin yuxarı payının ocaqlı vərəmi, sorulma və bərkimə mərhələsində. BK(-) mənfi.” ağırlaşmaları əlillik təyinatına əsas vermir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 rəli qərarı ilə təsdiq ediimiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması arlarına dair Əsasnamə’yə uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və X6 Ənvər Fərhad oğluna ünvanladığı xx.xx.2022-ci il tarixli, **********0 nömrəli məktubundan görünür ki, “Hərbi xidmət dövrü ilə əlaqədar” əlillik vəziyyətinizin qiymətləndirilməsi üçün Siz xx.xx.2022-ci ildə Agentlikdə nəzarət qaydasında əyani müayinə olunmuşunuz. Təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. Belə ki, sizin hazırkı obyektiv vəziyyətinizin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Ağ ciyər vərəmi, bakterioloji və histoloji müayinələrin nəticələri mənfi olmaqla, ağ ciyərlərin fibroz-kovernoz vərəmi infiltrasiya mərhələsi VMB (-) mənfi” diaqnozu - anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır. Bundan irəli gələrək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq xx.xx.2022-ci il tarixindən “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı verilmişdir. İş materiallarında olan “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “Saatlı rayon Məhkəzi Xəstəxanası” X18 məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, PHŞ/6.65-2- 2022-1645 nömrəli məktubunda qeyd edilmişdir ki, Əliyev X15 Rayon Mərkəzi Xəstəxanasının ftiziatrik kabinetində “Ağciyər vərəmi, bakterioloji və histoloji müayinələrin nəticələri mənfi olmaqla, Ağciyərin fibroz-kovernoz vərəmi, infiltrasiya mərhələsi VMB (-) mənfi” diaqnozu ilə qeydiyyatda durur. İddiaçı zəruri tibbi sənədləri Saatlı Rayon Mərkəzi X10 Komissiyası tərəfindən əlillik dərəcəsinin qiymətləndirilməsi üçün TSEK-na müvafiq sistem üzərindən göndərilmişdir. (TSEK-na göndərilən Forma-088 proqramı TƏBİB-in tabeliyinə keçdiyi üçün Səhiyyə Nazirliyindən proqramında olan köhnə Forma-088 ləğv olduğu üçün məktuba əlavə etmək mümkün olmadı) Rəsmiləşdirilmiş göndərişə TSEK-sı tərəfindən xx.xx.2022-ci il tarixdə imtina verilmişdir. İmtina səbəbi olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir” göstərilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin olunaraq ekspertlər qarşısında – iddiaçı xx.xx.1989-cu ildə Saatlı şəhərində anadan olmuş və Saatlı şəhəri, H.Əliyev prospekti 215 ünvanında qeydiyyatda olan İddiaçı (ş/v seriyası AA*******) canlı müayinə olunmaqla, iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsinin verdiyi göndərişlərdə və digər tibb müəssisəsinin verdiyi sənədlərdə; - İş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi “Sabirabad rayon Mərkəzi Xəstəxanası” X22 tərəfindən tərtib edilmiş göndərişlərlə göndərilmiş № 088 saylı arayışlarda şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik müayinələrinin nəticələri, xəstəliyin dinamikası, müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılmışdırmı və iddiaçıda göndərişdə qeyd olunmuş xəstəliklər müəyyən olunurmu? – Cavabdehin həmin göndəriş əsasında əlilliyin təyinindən imtina əsasları (natamam doldurulma- mütəxəssis rəyləri, xəstənin hazırki vəziyyəti, əsas xəstəliyin ağırlaşmalarını təsdiq edən müayinələr dəqiqləşməyib, ətraflı qeyd edilməyib, Diaqnozun əlillik əlaməti təyin etməməsi – diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilib) tibbi cəhətdən əsaslanlaşdırılmış və iddiaçının real tibbi sağlamlıq vəziyyətini əks etdirirmi? – aparılan müayinələrin nəticələri diaqnozda öz əksini tapırmı? - “Sabirabad rayon Mərkəzi Xəstəxanası” X22 tərəfindən iddiaçı barəsində tərtib edilmiş göndərişlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli № 187 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə uyğun olaraq əlilliyin təyin edilməsinə əsas verirmi, göstərilən xəstəliklərin əhatə dairəsinə düşürmü, düşürsə konkret olaraq hansı xəstəlikdir (Əsasnamədə nəzərdə tutulan xəstəliklə bağlı maddə konkret göstərilməklə)? - Cavabdehin həmin göndəriş əsasında əlilliyin təyinindən imtina əsasları, yəni göndərişin natamam doldurulması (mütəxəssis rəyləri, xəstənin hazırki vəziyyəti, əsas xəstəliyin ağırlaşmalarını təsdiq edən müayinələr dəqiqləşməyib, ətraflı qeyd edilməyib) və Diaqnozun əlillik əlaməti təyin etməməsi (diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilib) halı mövcuddurmu? – İddiaçıya əlillik dərəcəsi təyin edilərkən onda olan xəstəliklər hazırda müşahidə olunurmu? – İddiaçıda həmin xəstəlik mövcuddursa xəstəliyin müalicə alınmaqla reabilitasiyası mümkündürmü? – Aparılan müayinələrin nəticələri əsasında əldə olunmuş diaqnoza əsasən əlavə müalicəyə (bərpa müalicəsini davam etdirməyə) zərurət varmı? məzmununda suallar qoyulmuşdur. Həmin təyinat əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X12” X18 verdikləri 05 yanvar 2023-cü il tarixli, T 09/2023 saylı rəydə göstərilmişdir ki, Vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin qiymətləndirilməsi üçün adma tibb müəssisəsində doldurulub göndərilmiş 0311003AAU80 saylı göndərişdə qeyd edilmiş diaqnoz xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında qoyulmuş, şəxsin əlillik dərəcəsinin təyini ilə əlaqədar TSEK-də müayinəsi zamanı müvəqqəti əmək qabiliyyətini itirməmiş hesab edilmişdir. Həmin diaqnozda göstərilənlərdən “Ağciyərlərin fıbroz- kavernoz vərəmi infıltrasiya mərhələsi VMB (-) mənfi” aparılmış uzun müddətli müalicədən sonra sorularaq yerində fıbroz toxuma (Qan ocaqları) əmələ gəlmiş, ağırlaşmalar (tənəffüs çatmamazlığı) isə daha yüngül formaya keçmişdir. Qeyd edilən nəticə şəxsin məhkəmə-tibbi müayinəsi zamanı Elmi- X11 İnstitutuna göndərilərkən döş qəfəsinin aparılmış Rentgen və ağciyərlərin spiroqrafık müayinələrinin nəticələri ilə təsdiq olunur. İddiaçı göstərilən diaqnozla əlaqədar zərurət yaranarkən əlavə reabilitasiya müalicəsinə cəlb oluna bilər. Əlilliyin təyini ilə əlaqədar sualların həlli məhkəmə tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1- ci bəndinə görə bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir. İş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X1 X17 Şəxsindən mütəxəssis rəyinin alnması ilə əlaqərar xx.xx.2023-cü il tarixli qərardad qəbul edilmişdir. İş üzrə suallara cavab verilməklə mütəxəssisin qarşısında - xx.xx.1989-cu il tarixdə Saatlı şəhərində doğulmuş, Saatlı şəhəri, Heydər Əliyev prospekti 269 ünvanında qeydiyyatda olan İddiaçı (ş/v AA 2178586) üzərində aparılmış əyani müayinələrin nəticələri əsasında təyin olunmuş diaqnoza, həmçinin müvafiq tibb müəssisələri tərəfindən verilmiş göndəriş və digər tibbi sənədlərdə qeyd edilən diaqnoza əsasən İddiaçı əlilliyin təyin edilməsi mümkündürmü, mümkündürsə həmin diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın hansı bəndinə uyğundur, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş”Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarına dair” Əsasnamənin hansı bəndinə uyğun olmuşdur? - Aparılmış əyani müayinələrin nəticələrinə dair tibbi sənədlərdə, həmçinin müvafiq tibb müəssisələri tərəfindən verilmiş göndəriş və digər tibbi sənədlərdə İddiaçı təyin olunmuş diaqnoz aparılmış müayinələrin nəticələrinə uyğundurmu və ya aparılmış müayinələrin nəticələri İddiaçı müvafiq diaqnozun təyin olunması üçün kifayət edirmi? - Mütəxəssis rəyi tərtib edilərkən aparılmış əyani müayinələrin nəticələrinə dair tibbi sənədlərdə, həmçinin müvafiq tibb müəssisələri tərəfindən verilmiş göndəriş və digər tibbi sənədlərdə İddiaçı sağlamlıq vəziyyətini əks etdirən bütün funksional diaqnostik müayinələrin nəticələri, xəstəliyin dinamikası, müalicə tədbirləri və onların səmərəliyi, onun orqanizminin funksiyalarının pozulmasının klinik funksional xüsusiyyətləri əsaslandırılsın. - Barələrində sual qoyulmayan, lakin işin düzgün həlli üçün əhəmiyyət kəsb edən sair halların aydınlaşdırılması mütəxəssisin öz səlahiyyətinə (sərəncamına) buraxılsın. məzmununda suallar qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X1 X17 Şəxsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-28-9/2-307/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, ünvan 4 ünvanında qeydiyyatda olan xx.xx.1989-cu il təvəllüdlü İddiaçı 3 dəfə (xx.xx.2021; xx.xx.2022 və xx.xx.2023-cü il tarixlərində) “Elmi- X11 İnstitutu” (ETAXİ) X22n poliklinika şöbəsinə müraciət etmişdir. Müvafiq müayinələrdən sonra İddiaçı xx.xx.2021 və xx.xx.2023-cü il tarixlərində “Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu” ilə spirome:riyaların nəticələri xx.xx.2023-cü il tarixində “Ağciyərlərin fibroz-kavernoz vərəmi. Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu. Ağciyərlərin xroniki obstruktiv xəstəliyi, orta ağır gedişli” diaqnozu ilə ambulator kartadan çıxarış verilmişdir. 1-ci sualla bağlı: İddiaçı ETAXl-də üzərində aparılmış əyani müayinələrin nəticələrinə görə axırıncı dəfə xx.xx.2023-cü il tarixdə verilmiş ambulator kitabçadan çıxarışa əsasən ona əsas xəstəliklə bağlı “Ağciyərlərin fibroz-kavernoz vərəmi” diaqnozu qoyulmuş əsas xəstəliyin ağırlaşmasına səbəb olan “Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu” və yanaşı xəstəlik olaraq "Ağciyərlərin xroniki obstruktiv xəstəliyi orta ağır gedişli” qeyd edilmişdir. İddiaçı əsas xəstəliyi, əsas xəstəliyin ağırlaşmasına səbəb olan digər xəstəlik və eyni zamanda yanaşı xəstəliklə bağlı xx.xx.2023-cü il tarixli ambulator kitabçadan çıxarışda qeyd olunanlar AR Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarfnm tənəffüs sistemi orqanlarının xəstəlikləri bölməsinin 1.1.6.4-cü bəndində və 1.1.1 bəndinin 4 və 8-ci abzaslarında nəzərdə tutulan hallara uyğundur. 2-ci sualla bağlı: İddiaçı əsas xəstəliyi, əsas xəstəliyin ağırlaşmasına səbəb olan hal və yanaşı xəstəlik barədə çıxarışda qeyd edilənlər aparılmış müayinələrin nəticələrinə uyğundur və aparılmış müayinələrin nəticələri müvafiq diaqnozun təyin olunması üçün kifayət edir. 3-cü sualla bağlı: İddiaçı sağlamlıq vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli diaqnostik müayinələr zamanı aparılmış Rentgen müayinəsinə əsas “Sağda fibroz fonunda infiltirat bərkimələr boşluqlar, solda ocaqlar, işıqlı sahələr göründüyü, Spirometriya müayinəsinə görə isə qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu” qeyd olunur. 4-cü sualla bağlı: İşin düzgün həlli üçün əhəmiyyət kəsb edən sair halların aydınlaşdırılması ilə bağlı hər hansı zəruriyyət aşkar edilmədi. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə-tibbi ekspertizası təyin olunaraq ekspertlər qarşısında – xx.xx.1989-cu il tarixdə Saatlı şəhərində doğulmuş, Saatlı şəhəri, Heydər Əliyev prospekti 269 ünvanında qeydiyyatda olan İddiaçı (ş/v AA 2178586) üzərində aparılmış əyani müayinələrin nəticələri əsasında təyin olunmuş diaqnoza, həmçinin hazırki vəziyyətini əks etdirən diaqnozu ona birinci, ikinci və ya üçüncü dərəcə əlilliyin təyin olunması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, № 413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamədə” qeyd olunan hallara uyğundurmu? - Uyğunluq təşkil etdiyi halda İddiaçı xəstəlik vəziyyəti hansı dərəcə əlilliyə uyğun gəlir? məzmununda suallar qoyulmuşdur. Həmin təyinat əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X12” X18 verdikləri 12 yanvar 2024-cü il tarixli, T 14/2024 saylı rəydə göstərilmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə “X2 İnstitutu” X19 ambulator müayinələrdən sonra ona “A 16- Ağciyərlərin fıbroz-kavemoz vərəmi. Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu. J44.8- Ağciyərlərin xroniki obstruktiv xəstəliyi orta-ağır gedişli.” diaqnozu qoyulmuşdur. - İş materiallarında olan əlillik vəziyyətinin qiymətləndirilməsi üçün adma tibb müəssisəsində doldurulub göndərilmiş son göndərişdə qeyd edilmiş “Ağciyər vərəmi, bakterioloji və histoloji müayinələrin nəticələri mənfi olmaqla. Ağciyərlərin fıbroz-kavemoz vərəmi infıltrasiya mərhələsi VMB (-) mənfi” diaqnozunda “Ağciyərlərin fıbroz-kavemoz vərəmi infıltrasiya mərhələsi VMB (-) mənfi” aparılmış uzun müddətli müalicədən sonra sorularaq yerində fıbroz toxuma (Qan ocaqları) əmələ gəlmiş, ağırlaşmalar (tənəffüs çatmamazlığı) isə daha yüngül formaya keçmişdir. Diaqnoz nəzərə alınmaqla, şəxsin əyani müayinəsində aşkar edilən patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyini zamanı ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, № 413 qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin bəndlərindən birini aid etməyə əsas vermədi. Göründüyü kimi, İddiaçı xəstəliyi ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X12” X18 verdiyi 12 yanvar 2024-cü il tarixli, T 14/2024 saylı rəyi ilə iddiaçıda əlilliyin təyini ilə əlaqədar qeyd edilən xəstəliklərin olduğu göstərilmiş, lakin iddiaçının əliliyinin müəyyən edilməsi mümkün olmamışdır. Kifayət qədər əsasların mövcudluğu məhkəməyə bu qənaətə gəlməyə əsas verir ki, İddiaçı xəstəlikləri ilə bağlı əlilliyinin yenidən qiymətləndirilməsinə zərurət vardır. Məhkəmənin qənaətinə görə yuxarıda qeyd olunan hallar zəruri inzibati icraat aparılmaqla cavabdeh inzibati orqan tərəfindən araşdırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş ‘‘Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”-nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. “İnzibati icraat haqqında” Qanunun 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 61-ci maddəsinin tələblərinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Göründüyü kimi, inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Məhkəmə hesab edir ki, cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.2-ci maddəsinə görə iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.3-cü maddəsinə görə aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: - (maddə 73.3.1) inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; - (maddə 73.3.2) inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; - (maddə 73.3.3) inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı iddia ərizəsində “əlilliyinin dayandırıldığı vaxtdan bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbini irəli sürsə də, mahiyyət etibarı ilə ona əlilliyin təyin edilməsini tələb edir. Məhkəmənin hüquqi mövqeyi inzibati orqan tərəfindən nəzərə alınmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə İddiaçı əlilliyinin qiymətləndirilməsi ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərarı iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 69-cu, 75-ci, 78 – 79-cu, 81ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə İddiaçı əlilliyinin qiymətləndirilməsi ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar