Məhkəmə qərarları › İş №2-1(120)-246/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-246/2025

03.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-246/2025 03.10.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Abdullayev Cavid Tariyel oğlunun katibliyi ilə, İddiaçı cavabdeh İmişli rayon İcra Hakimiyyətinə qarşı “İmişli rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, 91 saylı icarəsinə verilmiş Çaxırlı kəndi ərazisində yerləşən 11 hektar torpaq sahəsinə dair xx.xx.2007-ci il tarixli, 169 saylı sərəncamın ləğv hissəsində ləğv edilməsi, xx.xx.2007-ci il tarixli, 28 saylı icra müqaviləsinin ləğv edilməsi hissəsində isə etibarsız sayılması” barədə iddianın mümkünlüyü məsələsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Тəsviri hissə: İşin halları İddiaçı cavabdeh İmişli rayon İcra Hakimiyyətinə qarşı “İmişli rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, 91 saylı icarəsinə verilmiş Çaxırlı kəndi ərazisində yerləşən 11 hektar torpaq sahəsinə dair xx.xx.2007-ci il tarixli, 169 saylı sərəncamın ləğv hissəsində ləğv edilməsi, xx.xx.2007-ci il tarixli, 28 saylı icra müqaviləsinin ləğv edilməsi hissəsində isə etibarsız sayılması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, İmişli Rayon İcra Hakimiyyəti başçısının 27 iyun 2007-ci il tarixli, 169 saylı Sərəncamı ilə İmişli rayonu Çaxırlı kəndi yaxınlığında yerləşən dövlət fondundan ona qum-çınqıl materiallarının çıxarılması üçün 11.0 hektar torpaq sahəsi ayrılıb icarəyə verilmiş və qeyd olunan topaq sahəsində “Dağ-mədən işlərinin inkişaf planı” razılaşdırılmışdır. Azərbaycan Respublikası Ekalogiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsi 25 dekabr 2019-cu il tarixli 01245 nömrəli “Dağ-mədən ayırması” aktı ilə 5 il müddətinə ona yerin təkindən istifadə hüququ verilmişdir. Beləliklə yuxarıda sadalananlardan göründüyü kimi ona ayrılmış torpaq sahəsində dağ-mədən işlərinin aparılması və qum-çınqıl hasilatının həyata kemirilməsi üçün qanunda nəzərdə tutulmuş bütün icazələr əldə edilmişdir. Yəni onun tərəfindən aparılan fəaliyyət tam qanuni və əsaslı olmuşdur. Lakin bütün bunlara baxmayaraq 08 aprel 2022-ci il tarixdə İmişli Rayon İcra Hakimiyyəti tərəfindən ayrılan Çaxırlı kəndi yaxınlığında yerləşən 11.0 hektar torpaq sahəsinə dair 27 iyun 2007-ci il tarixli, 169 saylı Sərəncamı və 27 iyun 2007-ci il tarixli, 28 saylı icarə müqaviləsi ləğv edilməsi qərara alınmışdır. Sözügedən Sərəncam onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ekalogiya və Təbii Sərvətlər Nazirliyi yanında X5 X1 mütəxəssisləri İmişli rayonu ərazisində mövcud olan qum-çınqıl karxanalarının fəaliyyəti ilə bağlı monitorinq apararaq müəyyən etmişdir ki, qum-çınqıl materiallarının çıxarılması zamanı Yerin təkinin səmərəli istifadəsinə və mühafizəsinə dair qanunların tələblərini pozmuş və bununlada əlaqədar olaraq Azərbaycan Respublikası Ekalogiya və Təbii Sərvətlər Nazirliyi yanında X5 X3 İdarə Heyətinin qərarı ilə ona 25 dekabr 2019-cu il tarixində verilmiş 01245 nömrəli “Dağmədən ayırması aktı ləğv edilmişdir. Bununla bağlı İmişli Rayon İcra Hakimiyyəti tərəfindən fəalivətinin dayandırılması və torpaq sahəsinin rekultivasiya olanaraq əvvəlki vəziyyətinə gətirilməsi barədə ona məktub ünvanlanmışdır. Həmçinin AR Ekalogiya və Təbii Sərvətlər Nazirliyinin Azərbaycan Respublikası Nazirlər Kabinetindən Rayon İcra Hakimiyyətinə daxil olmuş 10 dekabr 2021-ci il tarixli. 40276/26477 saylı məktubunda İmişli rayonu ərazisində fəaliyyət göstərən qum-çınqıl karxanalarının və o cümlədən İddiaçı fəaliyyət göstərməsi üçün hüquqi icazə sənədləri olmadığına, dövlət və ictimai maraqlara ziyan vurduğuna görə torpaq ayırma sənədlərinin yerli icra hakimiyyətləri tərəfindən ləğv edilməsi tövsiyyə edilmişdir. İmişli Rayon İcra Hakimiyyəti başçısının 08 aprel 2022-ci il 91 saylı Sərəncamı təmamilə qanunsuz və əsassız olmaqla əlverişsiz inzibati aktdır. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı və cavabdeh İmişli rayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının və cavabdehlərin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materiallarında olan Cavabdeh başçısının xx.xx.2007-ci il tarixli, 169 nömrəli sərəncamının surətindən görünür ki, Boşçalılar kənd sakini İddiaçı müraciəti nəzərə alınmış və ona Çaxırlı kəndi yaxınlığında yerləşən asudə dövlət fondundan qum-çınqıl materiallarının çıxarılması və istehsalı üçün müvəqqəti istifadə hüququ ilə 11.0 ha torpaq sahəsi ayrılıb verilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2007-ci il tarixli, 28 nömrəli torpaq icarə müqaviləsindən görünür ki, xx.xx.2007-ci il tarixli, 169 nömrəli sərəncam əsasında İmişli rayonu, Boşçalılar kənd sakini İddiaçı verilmiş 11 ha torpaq sahəsinə 40 il müddətinə icarə müqaviləsi bağlanmışdır. İş materiallarında olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsinin xx.xx.2019-cu il tarixli, 01245 nömrəli Dağ-Mədən ayırması aktından görünür ki, İddiaçı dağ-mədən ayırması İmişli rayonunun inzibati ərazisində yerləşir, markşeyder planının üzərində 4 sahə künc nöqtələri ilə nömrələnmiş, yer səthinin planında 5.0 hektar, mədən ayırmasının müddəti 5 il müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindəki X5 X2 xx.xx.2021-ci il tarixli, 13 nömrəli idarə heyətinin qərarının surətindən görünür ki, 25 dekabr 2019-cu il tarixli, 01245 nömrəli “Dağ-mədən ayırması” aktı ilə İddiaçı verilmiş yerin təkindən istifadə hüququ “Yerin təki haqqında” Qanunun 21-ci maddəsi ilə müəyyən edilmiş yer təkinin səmərəli istifadəsinə və mühafizəsinə aid əsas tələblərin, yerin təkindən istifadə qaydasının və icazə şərtlərinin pozulmasına görə bu qərar imzalandığı gündən ləğv edilməsi qərara alınmışdır. İş materiallarında olan Cavabdeh başçısının xx.xx.2022-ci il tarixli, 91 nömrəli sərəncamının surətindən görünür ki, İddiaçı rayonun Çaxırlı kəndi yaxınlığında yerləşən dövlət fondundan qum-çınqıl materiallarının çıxarılması üçün 11,0 ha torpaq sahəsinin icarəyə ''erılməsi barədə İmişli Rayon icra Hakimiyyəti başçısının 27 iyun 2007-ci il tarixli, 169 saylı Sərəncamı və 27 iyun 2007-ci il tarixli, 28 saylı saylı icarə müqaviləsi ləğv edilməsi qərara alınmışdır. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2- 1(106)-561/2024 nömrəli məktubundan görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X5 X4 publik hüquqi şəxsinə qarşı “xx.xx.2021-ci il tarixli, 13 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 19 avqust 2024-cü il tarixli, 2-1(120)-2087/2024 saylı qərarından iddiaçı tərəfindən verilən apellyasiya şikayəti qismən təmin edilərək Şirvan İnzibati Məhkəməsinin 19 avqust 2024-cü il tarixli, 2-1(120)-2087/2024 saylı qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün xx.xx.2025-ci il tarixdə Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. Əsaslandırma hissəsi: Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını və iddianın mümkünlüyünə dair şərtləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir. Mübahisələndirmə haqqında iddianın predmeti olması üçün qanunla qorunan maraq birbaşa pozulmalıdır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh başçısının xx.xx.2007-ci il tarixli, 169 nömrəli sərəncamı ilə Boşçalılar kənd sakini İddiaçı müraciəti nəzərə alınmış və ona Çaxırlı kəndi yaxınlığında yerləşən asudə dövlət fondundan qumçınqıl materiallarının çıxarılması və istehsalı üçün müvəqqəti istifadə hüququ ilə 11.0 ha torpaq sahəsi ayrılıb verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindəki X5 X2 xx.xx.2021-ci il tarixli, 13 nömrəli idarə heyətinin qərarı ilə 25 dekabr 2019-cu il tarixli, 01245 nömrəli “Dağ-mədən ayırması” aktı ilə İddiaçı verilmiş yerin təkindən istifadə hüququ “Yerin təki haqqında” Qanunun 21ci maddəsi ilə müəyyən edilmiş yer təkinin səmərəli istifadəsinə və mühafizəsinə aid əsas tələblərin, yerin təkindən istifadə qaydasının və icazə şərtlərinin pozulmasına görə bu qərar imzalandığı gündən ləğv edilməsi qərara alınmışdır. Cavabdeh başçısının xx.xx.2022-ci il tarixli, 91 nömrəli sərəncamı ilə İddiaçı rayonun Çaxırlı kəndi yaxınlığında yerləşən dövlət fondundan qum-çınqıl materiallarının çıxarılması üçün 11,0 ha torpaq sahəsinin icarəyə ''erılməsi barədə İmişli Rayon icra Hakimiyyəti başçısının 27 iyun 2007-ci il tarixli, 169 saylı Sərəncamı və 27 iyun 2007-ci il tarixli, 28 saylı saylı icarə müqaviləsi ləğv edilməsi qərara alınmışdır. Məhkəmə hesab edir ki, işin müəyyən edilmiş faktiki hallarına aşağıdakı hüquq normalarının tələblərinə müvafiq qaydada hüquqi qiymət verilməlidir. Bu baxımdan, inzibati aktların qəbul edilməsi, iсra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edən «İnzibati iсraat haqqında» AR Qanununun tələblərinə nəzər yetirilməlidir. Belə ki, həmin Qanunun: «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (bundan sonra - İPM): Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 14. Sübut etmə vəzifəsi 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. İPM-in 24.4-cü maddəsinə görə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İPM-in 30.1-ci maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İPM-in 70.1-ci maddəsinə görə İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Qeyd edilən normaların tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İHAM-ın “Mahmudov Rusiyaya qarşı” iş üzrə 2007-ci il 26 iyul tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Şirvan Apellyasiya Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X5 X4 publik hüquqi şəxsinə qarşı “xx.xx.2021-ci il tarixli, 13 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 19 avqust 2024-cü il tarixli, 2-1(120)-2087/2024 saylı qərarından iddiaçı tərəfindən verilən apellyasiya şikayəti qismən təmin edilərək Şirvan İnzibati Məhkəməsinin 19 avqust 2024-cü il tarixli, 2-1(120)-2087/2024 saylı qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün xx.xx.2025-ci il tarixdə Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. Şirvan İnzibati Məhkəməsinin 20 may 2025-ci il tarixli, 2-1(120)- 2537/2025 nömrəli qərardadı ilə İddiaçı cavabdeh “X5 X3” publik hüquqi şəxsinə qarşı “xx.xx.2021-ci il tarixli, 13 nömrəli qərarın ləğv edilməsi” öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi geri götürülmüş sayılsın və iş üzrə icraata xitam verilmişdir. Elektron məhkəmə sisteminə baxıldığı zaman Şirvan İnzibati Məhkəməsinin 20 may 2025-ci il tarixli, 2-1(120)-2537/2025 nömrəli qərardadından şikayət verilmədiyi və hal-hazırda qüvvədə olduğu müəyyən edilir. Qeyd edilən istiqamətdə də məhkəmə iddiaçıya hüquqi yardım göstərmiş və müvafiq sübutlar təqdim etməklə və düzgün tələblə iddia ilə məhkəməyə müraciət etməli olduğu halları izah edilmişdir. Məhkəmənin qənaətinə görə iddiaçının hüquqi marağı sərəncamın ləğvi olsa da, qeyd edilən sərəncam X5 X3” publik hüquqi şəxsinin xx.xx.2021-ci il tarixli, 13 nömrəli qərarı əsasında verilmişdir. Belə ki, iddiaçıya torpaq sahəsi yerin təkindən müddətli istifadə üçün ayrılmışdır. Qeyd edilən formada istifadə isə iddiaçıya müvafiq səlahiyyətli qurumlar tərəfindən verilən icazə əsasında yol veriləndir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsinin xx.xx.2019-cu il tarixli, 01245 nömrəli Dağ-Mədən ayırması aktından görünür ki, İddiaçı dağ-mədən ayırması İmişli rayonunun inzibati ərazisində yerləşir, markşeyder planının üzərində 4 sahə künc nöqtələri ilə nömrələnmiş, yer səthinin planında 5.0 hektar, mədən ayırmasının müddəti 5 il müəyyən edilmişdir. Cavabdehin mübahisəli sərəncamı qəbul etməklə iddiaçı barəsində əvvəllər qəbul edilmiş əlverişli inzibati aktı ləğv etmiş və bu ləğv etmənin hüquqi və faktiki əsasını X5 X4 tərəfindən aparılmış inzibati icraat təşkil etmişdir. İlk növbədə qeyd edilməlidir ki, inzibati hüquq konsepsiyasına əsasən, inzibati orqan xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə haqlıdır. Qeyd edilməlidir ki, inzibati icraat zamanı yol verilmiş hər pozuntu əsasında yekun qərar qanunsuz hesab edilə bilməz, burada qanunsuzluğa zəmin yaradan əsaslardan biri də müvafiq pozuntunun işin hansı hissəsində əhəmiyyət daşıması, yekun nəticəyə təsiri, həmçinin bu pozuntunun olmadığı təqdirdə hadisələrin seyrinin necə dəyişməsi ilə əlaqədardır. “X5 X3” publik hüquqi şəxsinin xx.xx.2021-ci il tarixli, 13 nömrəli qərarı ilə yerin təkindən istifadə hüququnun bu qərarın imzalandığı gündən ləğv edilməsi barədə qərar qəbul edilmişdir ki, qeyd edilən qərarın hal-hazırda qüvvədə olduğu müəyyən edilir. Belə olan halda məhkəmə hesab edir ki, yuxarıda qeyd edilənlərə əsasən iddiaçının iddiası mümkün sayılmamalıdır. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçı hüquqi marağı üzarə yenidən hüquqlarının qeydə alınması məqsədilə müvafiq inzibatii orqana müraciət etmək hüququ da vardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddiaçıya xx.xx.2025-ci il tarixli, 2-1(120)-246/2025 nömrəli real yardım edilməklə iddianın mümkünlüyü məsələsinin müzakirəsi üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh İmişli rayon İcra Hakimiyyətinə qarşı “İmişli rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, 91 saylı icarəsinə verilmiş Çaxırlı kəndi ərazisində yerləşən 11 hektar torpaq sahəsinə dair xx.xx.2007-ci il tarixli, 169 saylı sərəncamın ləğv hissəsində ləğv edilməsi, xx.xx.2007-ci il tarixli, 28 saylı icra müqaviləsinin ləğv edilməsi hissəsində isə etibarsız sayılması” barədə iddiası mümkün sayılmamalıdır. Məhkəmə onu da qeyd edir ki, iddianın mümkün sayılmaması haqında qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Buna görə də iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə inzibati orqana müraciət etmək imkanını və məhkəmədə iddia qaldırmaq imkanını istisna etmir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-cı, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı “İddiaçı cavabdeh İmişli rayon İcra Hakimiyyətinə qarşı “İmişli rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, 91 saylı icarəsinə verilmiş Çaxırlı kəndi ərazisində yerləşən 11 hektar torpaq sahəsinə dair xx.xx.2007-ci il tarixli, 169 saylı sərəncamın ləğv hissəsində ləğv edilməsi, xx.xx.2007-ci il tarixli, 28 saylı icra müqaviləsinin ləğv edilməsi hissəsində isə etibarsız sayılması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar