Məhkəmə qərarları › İş №2-1(120)-2464/2023

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-2464/2023

31.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-2464/2023 31.05.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi ilə, İddiaçı cavabdeh “X1” BOKT MMC-yə qarşı “hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair işə məhkəmənin binasında hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “X1” BOKT MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən cavabdehə təqdim olunmuş, sonuncuya iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmək, həmçinin, etirazı əsaslandıran sübutların məhkəməyə təqdim olunması üçün müddət təyin olunmuşdur. Tərəflər 31 may 2023-cü il tarixdə, saat 12:00-da hazırlıq icraatı ilə bağlı məhkəmə iclasına dəvət olunmuşlar. İddiaçı və cavabdeh “X1” BOKT MMC-nin nümayəndəsi naməlum səbəblərdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələyə İddiaçı və cavabdeh “X1” BOKT MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalı, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya qaytarılmalıdır. Belə ki, iddia tələbində iddiaçı Ağcabədi rayon Meliorasiya Su Tikinti Quraşdırma idarəsində ixtisara düşdüyü zaman əmək kitabçasında işdən çıxma qrafasında əmr 01/12 xx.xx.1989-cu il kimi qeyd olunmuş tarixin, 01/12 xx.xx.1999-cu il kimi müəyyən edilməklə hüquqmüəyyənedici sənədlərin ona məxsus olması faktının müəyyən edilməsini xahiş etmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə görə bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Qeyd olunmalıdır ki, iddiaçıların iddia tələbi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati məhkəmə icraatı qaydasında baxılan iddia növü kimi nəzərdə tutulmamışdır. Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında işlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin XXXİ fəslinə əsasən xüsusi icraat qaydasında ümumi (rayon və ya şəhər) məhkəmələrdə baxılır. Bunun üçün iddiaçılar xüsusi icraat qaydasında aidiyyəti üzrə ümumi məhkəməyə (rayon və ya şəhər məhkəməsinə) müraciət etmək hüququndan istifadə edə bilər. Bundan başqqa məhkəmə qeyd edir ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 16.2-ci maddəsində qeyd edilir ki, iddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. Həmin qərarın 6.3-cü bəndinə əsasən həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. Həmin qərarın 16.4-cü bəndinə əsasən İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1 -ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. Həmin qərarın 16.6-ci bəndinə əsasən iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 51.1 -cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını rəhbər tutub, yazılı məktubla iddiaçıya yardıb edərək iddia ərizəsinin imzalanmadığını onun nəzərinə çatdırmış və iddia tələbinin dəqiqləşdirilməsi xahiş olunmuşdur. Lakin iddiaçı məhkəmənin məktubunu almasına baxmayaraq, təyin olunmuş vaxt ərzində (məhkəmə iclası gününə kimi) məhkəmənin məktubuna münasibət bildirməmiş və özü də məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə xüsusilə vurğulayır ki, iddia ərizəsinin imzalanmaması və buna dair məhkəmənin yazılı məktubuna münasibət bildirilməməsi təqdim olunmuş iddia ərizəsinin iddiaçının iradəsinə uyğun olub-olmadığına, başqa sözlə hazırkı tələbin iddiaçının hüquqi marağına uyğun olmasını müəyyən etmək olmur. Məhz bu halların aradan qaldırlması və hazırkı tələbin iddiaçının iradəsinə uyğun olduğunu müəyyən etməkdən ötrü iddia ərizəsi iddiaçı tərəfindən imzalanmalıdır. Məhkəmə iddiaçıya izah edərək bildirir ki, iddianın mümkün sayılmamasına səbəb olan hallar aradan qaldırıldıqdan sonra yəni iddia ərizəsi imzalandıqdan sonra aidiyyatı üzrə müvafiq məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsindən inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh “X1” BOKT MMC-yə qarşı “hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsi” barədə iddiası mümkün sayılmamalı, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 50 və 80-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh “X1” BOKT MMC-yə qarşı “hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsi” barədə iddiası mümkün sayılmamalıdır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsiilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar