Məhkəmə qərarları › İş №2-1(120)-2464/2024

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-2464/2024

14.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-2464/2024 14.03.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıqov Şaiq Şahmalı oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “19 sentyabr 2023-cü il tarixli **********796700 nömrəli qərarının ləğv edilməsi və ölkədən getmək hüququnun məhdudlaşdırılmasının aradan qaldırılması” tələbinə dair inzibati iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “19 sentyabr 2023-cü il tarixli **********796700 nömrəli qərarının ləğv edilməsi və ölkədən getmək hüququnun məhdudlaşdırılmasının aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinin tələbinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdehin nümayəndəsi isə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərardad qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdeh inzibati orqanın nümayəndəsi məhkəməyə vəsatət ünvanlayaraq işin ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, “mübahisənin ərazi aidiyyəti barədə” vəsatət təmin edilməli, iş baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. İşin məhkəmə araşdırılması zamanı məlum olur ki, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən 19 sentyabr 2023-cü il tarixli **********796700 nömrəli qərarının ləğv edilməsi və ölkədən getmək hüququnun məhdudlaşdırılmasının aradan qaldırılmasına dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin məhkəməyə ünvanladığı 08 fevral 2024-cü il tarixli vəsatətə əsasən müəyyən olunur ki, “Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632- VQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 İyul tarixli 1325 nömrəli sərəncamı ilə 1 və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəmələri də ləğv edilmiş, yeni Bakı İnzibati Məhkəməsi və Bakı Kommersiya Məhkəməsi təşkil edilmişdir. Eyni zamanda həmin sərəncamla verilmiş tapşırıqların icrası ilə əlaqədar Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli 4 nömrəli qərarı ilə "Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası" təsdiq edilmişdir. Həmin qərarın əlavəsinin 15-ci bəndinə əsasən Bakı şəhəri, Nizami rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aiddir. Əlavə olaraq qeyd edilir ki, uçot baza məlumatlarına əsasən İddiaçı sahibkarlıq fəaliyyətini aktiv təsərrüfat subyekti (obyekti) olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sədərək ticarət mərkəzi, zona 3, sıra 9, korpus 2, mağaza 77-də həyata keçirir və istilik sistemlərinin pərakəndə satışı ilə məşğul olur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Göründüyü kimi, hazırkı iş üzrə iddiaçının tələbi tələbi İPM-in 2.2.1-ci maddəsi ilə təsbiq edilmiş “mübahisələndirmə haqqında” iddialara aiddir. İşdə olan sənədlərə əsasən hazırkı iş üzrə iddiaçı vergi ödəyicisi kimi Bakı şəhəri Qaradağ rayonu ərazisində fəaliyyət göstərir. Buna görə də məhkəmə işin faktiki və hüquqi hallarını nəzərə alaraq hesab edir ki, iddiaçı vergi ödəyicisi kimi Bakı şəhəri Qaradağ rayonu ərazisində fəaliyyət göstərdiyindən, cavabdehin səlahiyyəti isə birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyindən, işə iddiaçının vergi ödəyicisi kimi fəaliyyət göstərdiyi Bakı şəhəri Qaradağ rayonunun aid olduğu inzibati məhkəmədə baxımalıdır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati-iqtisadi məhkəmələrin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi və inzibati məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir ki, həmin qərara əsasən Bakı şəhəri Qaradağ rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aiddir. İPM-in 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Beləliklə məhkəmə hesab edir ki, cavabdehin “mübahisənin ərazi aidiyyəti barədə” vəsatəti əsaslı olduğundan təmin edilməli və iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. İPM-in 8.5-ci maddəsinə görə bu Məcəllənin 8.2-8.4-cü maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 8-ci, 23.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “mübahisənin ərazi aidiyyəti barədə” vəsatəti təmin edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “19 sentyabr 2023-cü il tarixli **********796700 nömrəli qərarının ləğv edilməsi və ölkədən getmək hüququnun məhdudlaşdırılmasının aradan qaldırılması” tələbinə dair inzibati iş baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu vaxtdan 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri,Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar