Məhkəmə qərarları › İş №2-1(120)-2469/2023

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-2469/2023

19.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-2469/2023 19.07.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Rüfət İlham oğlunun katibliyi, Cavabdeh X7 İstismar İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh X7 İstismar İdarəsinə qarşı «Lənkəran rayonu, Havzava kəndində yerləşən iaşə obyektinin təbii qaz şəbəkəsinin Cavabdeh İstehsalat Birliyinin hesabına təbii qaz sayğacı ilə təchiz edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə iş materiallarına Masallı Məhkəmə Kompleksinin binasında (ünvan: Masallı şəhəri, H.Əliyev prospekti) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh X7 İstismar İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «Lənkəran rayonu, Havzava kəndində yerləşən iaşə obyektinin təbii qaz şəbəkəsinin Cavabdeh İstehsalat Birliyinin hesabına təbii qaz sayğacı ilə təchiz edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, uzun müddətdir ki, rayonun Havzava kəndində iaşə obyektini(mağaza) işlədir. Həmin obyekt təbii qazla təmin edilmişdir. Tez-tez qaz idarəsinin əməkdaşları obyektin qaz şəbəkəsinə qoşulan qaz sayğacını şəbəkədən açıb,aparırlar.Sonra isa onun hesabına yeni sayğacla təhciz edirlər. Sonuncu dəfə 2021-ci ilin son aylarında idarənin əməkdaşları gəlib,yenə də mağazanın qaz sayğacını açıb,aparmışlar. Onlar demişlər ki, sayğacı yoxlamaya göndərirlər. Uzun müddət keçməsinə baxmayaraq, idarə əməkdaşları sayğacı şəbəkəyə qoşmamışlar. O bunun səbəbini idarə əməkdaşlarından soruşanda,onlar demişlər ki, sayğac yararsızdır. O məcbur qalıb, bununla bağlı məktubla X7 İstismar İdarəsinə müraciət etmişdir. X7 İstismar İdarəsinin Ol/N-M-445 sayl,xx.xx.2023-cü il tarixli məktubu ilə ona cavab verilmişdir ki, həmin sayğac qaydaya uyğun olaraq növbəti yoxlamaya göndərilmişdir. Azərbaycan Metrologiya İnstitutu tərəfindən təsdiqlənmiş xx.xx.2022-ci il tarixli MS-29/1640-03213-2 saylı aktla “Zavod nömrə olan lövhə yararsızdır. Xətalar normaya uyğun deyil” nəticəsi ilə sayğacın istismara yararsız olduğu müəyyən edilmişdir.Nazirlər Kabinetinin 12.0.2011-ci il tarixli ,80 saylı qərarı ilə təsdiq edilmiş “X5” nın 4.2 bəndinin tələbinə görə yeni qaz sayğacı onun hesabına təmin edilməli və hazırda istismarda olan sayğac şəbəkədən açılmalıdır. Bununla da,ona məxsus mağazanın təbii qaz şəbəkəsinə idarə hesabına sayğacın quraşdınlmasından imtina edilmişdir.Həmin sayğaca heç bir müdaxilə olunmamışdır. Bundan əlavə,məktub və aktda qeyd edilir ki,”zavod nömrə olan lövhə yararsızdır,xətalar normaya uyğun deyil.” Göründüyü kimi,burada sayğaca hər-hansı bir müdaxilədən söz getmir.Sayğac uzun istismar dövründə hər-hansı keyfiyyətini itirmişdir ki, bu da təbiidir.Belə olan halda,sayğac onun hesabına deyil,idarənin hesabına şəbəkəyə qurulmalıdır. Yəni,sayğacın yararsız hala düşməsində iddiaçının heç bir təqsiri yoxdur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddia ərizəsini qəbul etməyərək, bildirmişdir ki, **********00090 abonent kodu ilə fiziki şəxs İddiaçı adına qeydiyyata alınmış mağazanın qaz xətti üzərində quraşdırılmış G-4 markalı qaz sayğacı Nazirlər Kabinetinin xx.xx.2011 -ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş “X5”nın tələblərinə uyğun olaraq ( 4.3 Qaz sayğacları Xidmət tərəfindən müəyyən edilmiş dövlət standartlarının tələblərinə uyğun olaraq dövlət yoxlamasından keçirilir. ) növbəti dövlət yoxlaması müddəti çatdığı üçün 21,09.2021-ci il tarixdə qaz xəttinin üzərindən açılaraq dövlət yoxlamasına göndərilmiş, əvəzində obyektin qaz təchizatında məhdudiyyət olmaması üçün Cavabdeh İstehsalat Birliyinə məxsus G-4 markalı ******* zavod nömrəli qaz sayğacı quraşdırılmışdır. Azərbaycan Metrologiya İnstitutu tərəfindən də təsdiqlənmiş xx.xx.2022-ci il tarxili MS- 29/1640-03213-25 saylı aktla “Zavod nömrə olan lövhə yararsızdır. Xətalar normaya uyğun deyil” nəticəsi ilə sayğacın istismara yararsız olduğu müəyyən edilmişdir. Ona görə iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə məhkəmə iclası təyin edilərək, bu barədə tərəflərə məlumat verilmişdir. İddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğundan və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan cavabdeh X7 İstismar İdarəsinin məhməyə ünvanladığı 12 iyun 2023-cü il tarixli 14-2-2-10/2-925/2023 nömrəli məktubunda göstərilmişdir ki, Şirvan İnzibati Məhkəməsinin icraatında olan Lənkəran rayonu, Havzava kənd sakini İddiaçı X2 cavabdeh X7 İstismarı İdarəsinə qarşı “Lənkəran rayonu, Havzava kəndində yerləşən iaşə obyektinin təbii qaz şəbəkəsinin Cavabdeh İstehsalat Birliyinin hesabına təbii qaz sayğacı ilə təchiz edilmə öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddia ərizəsinə dair inzibati iş üzrə 09 mart 2023-cü il tarixli 2-1(120)- 2469/2023 saylı sərəncamınıza cavab olaraq bildiririk ki, həmin sərəncam 30 may 2023-cü il tarixdə X7 İstismarı İdarəsinə daxil olmuşdur.Belə ki, iddiaçı Lənkəran rayonu, Havzava kənd sakini X4 fiziki şəxs kimi X7 İstismarı İdarəsinin Lənkəran Xidmət Sahəsində **********00090 saylı kodla abonent qeydiyyatındadır. Lənkəran rayonu, Havzava kəndində yerləşən iaşə(mağaza) obyektinə fiziki şəxs X2 adına xx.xx.2023-cü il tarixdə ZENNER G4T markalı **********6 saylı mexaniki sayğac quraşdırılmışdır. Hal-hazırda təbii qazdan istifadə edir.“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin 9-cü bəndinə əsasən “Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir”.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş "X5nın 4-cü maddəsinin 4.1. yarımbəndində göstərilir ki, Qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərəddində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq SMPDK tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdır-ılmış müvafiq qaz sayğacları quraşdırılır.Tipi təsdiq edilməmiş sayğacların və digər ölçmə vasitələrinin istismarı qadağandır."X5nın 4-cü maddəsinin 4.2. yarımbəmdində göstərilir ki,məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı tərəfindən iddia ərizəsi təqdim edildikdən sonra, Lənkəran rayonu, Havzava kəndində yerləşən iaşə(mağaza) obyektində fiziki şəxs X2 adına xx.xx.2023-cü il tarixdə ZENNER G4T markalı **********6 saylı mexaniki sayğac quraşdırılmışdır. İPM-in 67.2-ci maddəsinə görə sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. İPM-in 67.3-cü maddəsinə görə bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Məhkəmənin qənaəti belədir ki, iddiaçının tələbi cavabdeh inzibati orqan tərəfindən təmin edildiyindən, tələb üzrə hazırda mübahisə mövcud olmur, odur ki, iş üzrə icraata xitam verilməlidir. İPM-in 80.1-ci maddəsinə görə bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. İPM-in 81.1-ci maddəsinə görə inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları tərəfindən baxılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 67-ci və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh X7 İstismar İdarəsinə qarşı «Lənkəran rayonu, Havzava kəndində yerləşən iaşə obyektinin təbii qaz şəbəkəsinin Cavabdeh İstehsalat Birliyinin hesabına təbii qaz sayğacı ilə təchiz edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə iddia tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar